Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-661/2025 16.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı 9 saylı X5 Mərkəzinin nümayəndəsi X7 və cavabdeh Ağcabədi şəhər X4 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı 9 saylı X5 Mərkəzinin cavabdeh Ağcabədi şəhər X3rşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə gətirilərək boşaldılması tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 9 saylı X5 Mərkəzinin cavabdeh Ağcabədi şəhər X3rşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə gətirilərək boşaldılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi şəhəri X9 tərəfindən 9 saylı X5 Mərkəzinin 4 saylı meşəbəyliyinin 4 saylı dolayının 4-cü kvartalında mişar daşlarından inşa edilmiş 1 ədəd 18x15 metr ölçüdə yeməkxananın və 1 ədəd 5x4 metr ölçüdə köməkçi tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, ərazinin əvvəlki vəziyyətə gətirilərək boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 9 saylı X5 Mərkəzinin əməkdaşları tərəfindən 4 saylı meşəbəyliyin xidməti ərazisində Meşə Fondu torpaqlarının təyinatından kənar istifadə hallarının müəyyənləşdirilməsi və istifadə imkanlarının təkrar araşdırması məqsədi ilə əraziyə baxış keçirilən zaman, meşəbəyliyin 4 saylı dolayının 4-cü kvartalında Ağcabədi şəhəri X9 tərəfindən mişar daşlarından inşa edilmiş 1 ədəd 18x15 metr ölçüdə yeməkxana və 1ədəd 5x4 metr ölçüdə köməkçi tikili tikdirilməklə, ümumillikdə 0,20 ha sahədən qeyriqanuni olaraq istifadə edildiyi müəyyən edilmişdir. Ağcabədi şəhəri X1suz olaraq istifadə etdiyi X13 torpağından könüllü olaraq çıxması barədə xx.xx.2024-cü il tarixdə 3-14-27-1/2- 139/2024 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Lakin, Ağcabədi şəhəri X9 könüllü olaraq ərazidən çıxmaqdan imtina etmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə iddia ərizəsinin surəti və ona əlavə olunmuş sənədləri elektron qaydada cavabdeh Ağcabədi şəhəri X6 göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 izahatında bildirdi ki, təmsil etdiyi orqan kommersiya hüquqi şəxs deyil, buna baxmayaraq hesab edir ki, hazırki işə adiyyəti üzrə Şirvan Kommersiya məhkəməsində baxılmalı və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mübahisənin və tərəflər arasında olan hüquq münasibətinin mülki (kommersiya) xarakteri daşımaması və buna görə də iddia tələbinə mülki (kommersiya) mübahisələrinə dair iş kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin materiallarından aydın olur ki, 9 saylı X5 Mərkəzi – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin tabeliyində olan bir Mərkəzdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti (bundan sonra – Xidmət) meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. Əsasnamənin 1.3-cü bəndinə əsasən, Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələri və hüquqları Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və yerli bölmələri vasitəsilə həyata keçirir. Həmin əsasnamənin 2.0.6-cı bəndinə əsasən, meşələrin qorunması, meşə fondundan səmərəli istifadə, meşələrin məhv olmaqdan, zədələnməkdən, xəstəlik və zərərvericilərdən, yanğından, çirklənmədən və digər mənfi təsirlərdən mühafizəsi məqsədilə fəaliyyəti həyata keçirmək Xidmətin fəaliyyət istiqamətlərindəndir. Qeyd edilən əsasnamənin 3.0.28-ci bənidinə əsasən, meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması, habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək Xidmətin vəzifələrindəndir. Göründüyü kimi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti dövlət (inzibati) orqandır. Həmçinin, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X5 Mərkəzi özü də dövlət (inzibati) orqandır. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X5 Mərkəzi haqqında əsasnamənin 1.1-ci bəndinə əsasən, 9 saylı X5 Mərkəzi (bundan sonra “Mərkəz”) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra “Nazirlik”) 2018-ci il 13 iyul tarixli 374/ü nömrəli əmri ilə yaradılmışdır və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin tabeliyindəki qurumdur. Əsasnamənin 1.3-cü bəndinə əsasən, Mərkəz öz xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsi, onların bərpası, yeni meşə sahələrinin salınması işlərini, aralıq istifadə üçün aparılan qırmaları və sanitar qırmalarını, bundan əldə edilən oduncağın (işlik odun, şax və çırpı) həmçinin ikinci dərəcəli meşə ehtiyyatlarının və meşədən əlavə istifadə zamanı əldə olunan məhsulların tədarükünə və istifadəsinə aid olan fəaliyyəti, o cümlədən meşə fondu torpaqlarından istifadəyə nəzarəti həyata keçirən dövlət qurumudur. Həmin əsasnamənin 1.6-cı bəndinə əsasən, Mərkəz müstəqil balansa, Nazirlik tərəfindən onun operativ idarəçiliyinə verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, nazirliyin departamentin və öz adı əks olunmuş möhürə, muvafiq ştamplara və blanklara malikdir. Qeyd edilən əsasnamənin 1.7-ci bəndinə əsasən, Mərkəzin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi, fond, büdcədənkənar xüsusi vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir. Göstərilən əsasnamənin 2.1.2, 2.1.9-cu və 2.1.10-cu bəndindlərinə əsasən, meşə qanunvericiliyinin pozulması hallarının qarşısını almaq, meşə qanunvericiliyinin tələblərinə əməl edilməsinə mütəmadi və operativ nəzarəti təşkil etmək və həyata keçirmək; Meşə istifadəçiləri tərəfindən köküstə oduncaq buraxılışı qaydalarının yerinə yetirilməsinə, ot çalınmasına, mefə fondu torpaqlarında digər istifadə növlərinə dair normativ hüquqi aktlara riayət olunmasına nəzarət etmək; Mərkəzin fəaliyyəti barədə Nazirliyin müvafiq struktur bölmələrinə müəyyən olunmuş qaydada, hesabatlar təqdim etmək Mərkəzin əsas vəzifələrindəndir. Əsasnamənin 3.1-ci bəndinə əsasən, meşə qanunvericiliyinin pozulması hallarının qarşısını alır, meşə qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarəti təşkil edir və həyata keçirir. Həmin əsasnamənin 5.1-ci bəndinə əsasən, Mərkəzə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan direktor rəhbərlik edir. Qeyd edilən əsasnamənin 5.3.4-cü bəndinə əsasən, Direktor Mərkəzin xidməti ərazisində meşə qanunvericiliyinin tələbləri pozulduqda inzibati xətalar haqqında işlər üzrə icraata başlayır, inzibati araşdırma aparır və inzibati xətalar haqqında işlərə baxır, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərir. Göstərilən əsasnamənin 5.14-cü bəndinə əsasən, Mərkəzin ştat cədvəli müəyyən olunmuş qaydada hazırlanır və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı X5 Mərkəzi dövlət (inzibati) orqandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, hazırki tələb əşya hüquqi tələbidir. Belə ki, iddiaçı 9 saylı X5 Mərkəzi cavabdeh X8 tərəfindən qanunsuz olaraq inşa edilmiş tikilinin sökülməsini və zəbt edilmiş dövlət mülkiyyətində olan torpaq sahəsinin boşaldılaraq geri təhvil verilməsini tələb edir. İddiaçı göstərilən məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun, yəni hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun mövcud olmasını isə özünün və tabe olduğu qurumun Əsasnamələri ilə müəyyən edildiyini qeyd edir. Beləliklə yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, hazırki mübahisənin tərəflərinin biri dövlət (inzibati) orqanı, digəri isə sahibkarlıq subyektidir, mübahisənin predmeti dövlət mülkiyyətində olan torpaqlar üzərində dövlətin müstəsna mülkiyyət hüququnun həmin torpaqların qanunsuz zəbt edilməsi yolu ilə pozulmasının aradan qaldırılması barədədir. Qeyd edilən predmet üzrə cavabdehə qarşı iddia tələbi ilə çıxış etməsini iddiaçı torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsinə dair müvafiq normativ aktla (əsasnamə ilə) müəyyən edilmiş vəzifəsinə və bu vəzifəni yerinə yetirmək üçün nəzərdə tutulmuş məhkəmədə iddia qaldırmaq hüququna istinad etməklə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətlərinin xarakterinin müəyyən edilməsində yuxarıda sonuncu göstərilən xüsusat əsas götürülməlidir. Belə ki, hazırki mübahisə üzrə tərəflər arasında münasibətin yaranmasına səbəb iddiaçının normativ hüquqi aktlarla müəyyən edilmiş nəzarət funksiyasını yerinə yetirməsi, cavabdehin isə iddia ərizəsində göstərildiyi kimi dövlət mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etməsi olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsini həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması məqsədi ilə əlaqələndirmək mümkün olsa da, iddiaçının dövlət orqanı olan Xidmətin tabeçiliyində olan dövlət qurumu olaraq dövlət mülkiyyətində olan torpaqların mühafizəsinə nəzarət funksiyasını həyata keçirməklə bağlı yaranmış hazırki tələbini heç bir halda iddiaçının mülki hüquq subyekti olaraq həyata keçirdiyi fəaliyyətindən, o cümlədən sahibkarlıq fəaliyyətindən irəli gələn tələb kimi qəbul etmək olmaz. Bu tələb əşya hüquqi tələb olmaqla, iddiaçının dövlət orqanı kimi nəzarət səlahiyyətlərindən yaranan tələbdir. Bu tələbə isə mülki, o cümlədən kommersiya xarakterli mübahisədən yaranan tələb kimi baxıla bilməz. Məhkəmə gəldiyi nəticənin maddi və prosessual hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 nömrəli qərarında göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır (1-ci bənd). Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (2-ci bənd). Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (3.1-ci bənd). İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır 3.2-ci bənd). İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (4-cü bənd). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə bağlı deyil, habelə iş üzrə tərəflər xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etmədiklərindən, iddiaçı 9 saylı X5 Mərkəzinin cavabdeh Ağcabədi şəhər X3rşı “qanunsuz tikdirdiyi tikilinin öz vəsaiti hesabına sökülməsi, ərazinin əvvəlki vəziyyətə gətirilərək boşaldılması tələbi”nə dair iş mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalı deyil, ona görə də hazırki iş üzrə icraata xitam verilməli və iddiaçıya hazırkı iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 9 saylı X5 Mərkəzinin cavabdeh Ağcabədi şəhər X3rşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə gətirilərək boşaldılması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. İddiaçı 9 saylı X5 Mərkəzinə hazırkı tələbi ilə əlaqədar inzibati icraat qaydasında aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-661/2025
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-661/2025
16.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver