Məhkəmə qərarları › İş №e-2-2(121)-672/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-672/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-672/2024 04.03.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu İddiaçı MMCnin Cavabdeh qarşı pul tələbinə dair işə sadələşdirilmiş icraat qaydasında Şirvan şəhərində, məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək abunə borcu 210 (iki yüz on) manat, qeydiyyatdan çıxma aktı 35 (otuz beş) manat və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ərizənin qaytarılması barəsində ərizə verdiyindən, mövcud ərizə əsasında işin mahiyyəti üzrə baxılmasına zərurət və əsas yoxdur. Odur ki, mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı MMC-yə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci, 260.1-ci, 260.6-cı, 263-cü, 264-cü və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC (VÖEN: **********) tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı MMCyə geri qaytarılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar