Məhkəmə qərarları › İş №e-2-2(121)-694/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-694/2020

01.05.2020 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-694/2020 01.05.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı Məhdud Məsuliyyyətli Cəmiyyətinin Cavabdeh qarşı İddiaçı MMC-nin müflis elan edilməsi və Cavabdeh əmlak inzibatçısı təyin edilməsi tələbinə dair iddia ərizəsinə (ərizəsinə) baxaraq, müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyyətli Cəmiyyəti Cavabdeh qarşı İddiaçı MMC-nin müflis elan edilməsi və Cavabdeh əmlak inzibatçısı təyin edilməsi tələbinə dair iddia ərizəsi (ərizə) ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1). İddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı (149.2.1), işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları (149.2.2), iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5) göstərilməlidir. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir (149.4). Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə cavab vermir. Belə ki, İddiaçı MMC-nin qanuni təmsilçisi Cavabdehdır. İddia ərizəsi də məhz onun tərəfindən imzalanmışdır. Hazırki iş üzrə cavadeh qismində də Cavabdeh seçilmişdir. Yəni faktiki olaraq, iddiaçı öz nümayəndəsini cavabdeh qismində seçmişdir. Digər tərəfdən Cavabdeh yönəlmiş hər-hansı tələb də mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 4-cü bəndinə əsasən, borclunun müdiri və ya keçmiş müdiri, mülkiyyətçiləri, borcluları və ya kreditorları əmlak inzibatçısı seçilə bilməz. Məhkəmə qeyd edir ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair internet vergi idarəsinin rəsmi internet səhifəsindən edilmiş çıxarışla Cavabdeh İddiaçı MMC-nin qanuni təmsilçisi olması müəyyən olunmuşdur. Qanunvericiliyin yuxarıda göstərilə normasına əsasən, o, İddiaçı MMC-nin inzibatçısı təyin oluna bilməz. Digər tərəfdən, “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən, iflas haqqında məhkəməyə verilən ərizədə ərizənin verildiyi məhkəmənin adı, borclunun adı (fərdi borclunun və ya onun nümayəndəsinin adı, atasının adı, soyadı) və ünvanı, bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri, borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat, bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması, borclunun ərizəsinə qoşulan sənədlərin siyahısı, borclunun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, o cümlədən fərdi borcluya aid halda müəyyən aktivlərin borclunun əmlakından çıxarılmasına dair onun tələbini təsdiq edən müfəssəl məlumat, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar göstərilməlidir. Həmin Qanunun 5-ci maddəsinin 2-ci bəndinə əsasən, borclu müəssisənin iflas haqqında ərizəsinə sonuncu hesabat tarixinə olan maliyyə hesabatları əlavə edilir. İddiaçı MMC-nin iddia ərizəsindən göğrünür ki, iddia ərizəsi yuxarıda qeyd olunan normaların tələblərinə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 38-ci maddəsin əsasən, müflisləşmə (iflas) haqqında işlərə borclu fiziki şəxsin yaşadığı yerin, hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsində baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 63.2-ci maddəsinə əsasən hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən, iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci və 152.3-cü maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: İddiaçı Məhdud Məsuliyyyətli Cəmiyyətinin Cavabdeh qarşı İddiaçı MMC-nin müflis elan edilməsi və Cavabdeh əmlak inzibatçısı təyin edilməsi tələbinə dair iddia ərizəsi (ərizə)iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan İnzibati-İqtisadi Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar