Məhkəmə qərarları › İş №e-2-2(121)-75/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-75/2025

08.05.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-75/2025 08.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, iddiaçı "xxxx" şirkətinin Cavabdeh qarşı əmtəə nişanlı malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" şirkəti Cavabdeh qarşı əmtəə nişanlı malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinin 03 may 2024-cü il tarixli №3-33-1100/000021Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən cavabdeh fərdi sahibkar Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 2603EXP saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 610AE02/55VAZ02 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********5203 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş 253 kq "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 253 kq idman ayaqqabısı **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və cavabdeh fərdi sahibkar Cavabdeh (VÖEN: **********) 50000 (əlli min) manat məbləğində kompensasiyanın tutularaq İddiaçı "xxxx" Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Hüquq sahibi, baş ofisi: Fransa, Paris, 75016, Boulevard de Montmorency 31-37 ünvanında yerləşən"xxxx" Şirkətinə ("xxxx") ünvanladığı 03 may 2024-cü il tarixli Bildiriş №21 (“Bildiriş”) və 03 may 2024-cü il tarixli №3-33- 1100/000021Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına (“Qərar”) əsasən, qeydiyyat ünvanı: Laçın şəhəri, H.Aslanov küçəsi, ev 08 olan Fərdi sahibkar Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 2603EXP saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 610AE02/55VAZ02 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir və baxış zamanı **********5203 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 253 kq idman ayaqqabısı **********) kontrafakt olması əlamətləri aşkar olunmaqla həmin malların buraxılışı 10 (on) iş günü müddətinə 03 may 2024-cü il tarixindən 20 may 2024-cü il tarixinədək dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi "xxxx" Şirkətinin etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1, idxalçı (mal sahibi) fərdi sahibkar Cavabdeh və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 03 may 2024-cü il tarixli №3-33-1100/000021Q saylı saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi "xxxx" Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1 03 may 2024-cü ildə rəsmən təqdim olunmuşdur. "xxxx" Şirkətinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 20 may 2024-cü il tarixli Bildiriş №33 (“Bildiriş”) və 20 may 2024-cü il tarixli №3-33-1100/000033Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına (“Qərar”) əsasən, həmin malların buraxılışının dayandırılması daha 10 (on) iş günü müddətinə 20 may 2024- cü il tarixindən 04 iyun 2024-cü il tarixinədək uzadılmışdır. Bakı Baş Gömrük İdarəsinin müvafiq Qərar və Bildirişi bu Ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi "xxxx" Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1, idxalçı (mal sahibi) Fərdi sahibkar Cavabdeh və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 20 may 2024-cü il tarixli №3-33-1100/000033Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi "xxxx" Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1 21 may 2024-cü ildə rəsmən təqdim olunmuşdur. "xxxx" Şirkətinin müraciəti əsasında Şirvan Kommersiya Məhkəməsinin №e-16(121)-37/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə ərizəçi "xxxx" Şirkətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 03 may 2024-cü il tarixli №3-33-1100/000021Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına və “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” 20 may 2024-cü il tarixli №3-33-1100/000033Q saylı Qərarına əsasən fərdi sahibkar Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 2603EXP saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 610AE02/55VAZ02 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********5203 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 253 kq idman ayaqqabısı **********) üzərinə həbs qoyulmuşdur. Şirvan Kommersiya Məhkəməsinin №e-16(121)-37/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı bu Ərizəyə əlavə olunur. Hüquq sahibi "xxxx" Şirkətinə məxsus müvafiq "xxxx" əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair "xxxx" Şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikasında qeydiyyata alınmış "xxxx" X3 Əqli Mülkiyyət Təşkilatının (WİPO) Beynəlxalq Reyestrinin Madrid Monitorunun online məlumat bazasından əldə edilmiş Qeydiyyat Məlumatlarının surətləri (qeydiyyat təsnifat kodları, qeydiyyat nömrələri və qüvvədə olma tarixləri ilə) bu ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tərəfindən verilmiş "xxxx" əmtəə nişanlarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olması barədə xx.xx.2019-cu il tarixli müvafiq bildirişləri bu ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən "xxxx" Şirkətinə məxsus əmtəə nişanları tərkibində Əqli Mülkiyyət Hüquqları obyektləri olan mallarının Gömrük Reyestrinə xx.xx.2022-ci il tarixində daxil edilmişdir və qorunur. İddiaçı "xxxx" şirkətinin vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı "xxxx" Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinin 03 may 2024-cü il tarixli №3-33- 1100/000021Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən cavabdeh fərdi sahibkar Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 2603EXP saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 610AE02/55VAZ02 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********5203 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş 253 kq "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 253 kq idman ayaqqabısı **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və cavabdeh fərdi sahibkar Cavabdeh (VÖEN: **********) əlli min (50.000) manat məbləğində kompensasiyanın tutularaq İddiaçı "xxxx" Şirkətinə ödənilməsinə dair müvafiq qərar qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh şəxslə şifahi şəkildə razılıq əldə edilmişdir və cavabdeh iddia tələbinin ilk hissəsi ilə razı olduğunu və kompensasiya ilə bağlı tələblə razı olmadığını bildirərək, məhkəməyə ərizə ünvanlayacağını bəyan etmişdir. Tərəflər arasında şifahi şəkildə əldə edilmiş qarşılıqlı razılığı əsas gətirərək, iddia tələbində cavabdehdən kompensasiya tutulması hissəsini çıxardaraq, məhkəmədən, Bakı Baş Gömrük İdarəsinin 03 may 2024-cü il tarixli №3-33-1100/000021Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən cavabdeh Fərdi sahibkar Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 2603EXP saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 610AE02/55VAZ02 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********5203 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş 253 kq "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 253 kq idman ayaqqabısı **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfin məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında razılaşmaya uyğun olaraq iddia tələbinin həcmini azaltdığını, 50000 manat kompensasiya tələbini iddia ərizəsindən xaric etdiyini, tərəflər arasında belə razılaşma olduğunu, iddiaçı tərəfin Bakı Baş Gömrük İdarəsinin 03 may 2024-cü il tarixli №3-33-1100/000021Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən cavabdeh Fərdi sahibkar Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024cü il tarixli 2603EXP saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 610AE02/55VAZ02 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********5203 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş 253 kq "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 253 kq idman ayaqqabısı **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə dair iddia tələbini qəbul etdiklərini bildirmişdir. İddiaçı "xxxx" şirkətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, 50000 manat kompensasiya tələbinin iddia ərizəsindən xaric edilməsini qəbul etdiklərini, iddia tələbinin həcminin azaldılması versiyası ilə razılaşdıqlarını bildirmiş və işin məhkəmə baxışını iştirakları olmadan keçirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisinin “Malların buraxılışının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli əmrində Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 2603EXP saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 610AE02/55VAZ02 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş malların buraxılışının 10 (on) iş gunu müddətinə dayandırılması, həmçinin Bakı Baş Gömrük İdarəsi tərəfindən ərizəçinin numayəndəsi X1 xx.xx.2024-cü il tarixdə təqdim olunmuş 21 nömrəli “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqinda ərizəçiyə və bəyannaməçiyə Bildiriş”də üzərinə həbs qoyulması xahiş edilən malların xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək buraxılışının dayandırıldığı müəyyən edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, hüquq sahibi - "xxxx" Şirkətinin əmtəə nişanlarından qanunsuz olaraq istifadəni dərhal dayandıraraq son qoyulması və hüquq sahibi - "xxxx" Şirkətinə vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə 50000 manat məbləğində kompensasiyanı xx.xx.2024-cü il tarixinədək ödənilməsi tələb olunmuş, əks təqdirdə, kompensasiyanın məcburi tutularaq "xxxx" Şirkətinə ödənilməsi üçün məhkəmə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 25-ci maddəsində göstərilir ki, əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Həmin Qanunun 32-ci maddəsində göstərilir ki, bu Qanunun 25-ci və 26cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Azərbaycan Respublikasında qeydiyyata alınan geniş tanınmış əmtəə nişanının başqa şəxs tərəfindən bütün növ əmtəələrdə və xidmətlərdə istifadə edilməsi onun sahibinə ziyan vurduqda bu xal geniş tanınmış əmtəə nişan sahibinin hüquqlarının pozulması hesab edilir. Mühafizə edilən əmtəə nişanı və coğrafi göstəricinin istifadəsi ilə bağlı aşağıdakılar qadağan olunur: əmtəənin, göstərilən xidmətin və ya sahibkarlıq fəaliyyətinin başqası ilə qarışdırılmasına səbəb olan hərəkətlər; kommersiya fəaliyyəti həyata keçirilərkən əmtəəni, göstərilən xidməti və ya sahibkarlıq fəaliyyətini gözdən salan yanlış rəylər; kommersiya fəaliyyəti həyata keçirilərkən istifadəsi əmtəənin xüsusiyyəti, keyfiyyəti, yararlığı barədə ictimaiyyəti çaşdıra bilən göstəricilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, Əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir.[ Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların. Hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə qeyd edir ki, işin məhkəmənin icraatında olduğu dövrdə mübahisə tərəfləri aralarında razılığa gələrək, iddia tələbinin 50000 manat kompensasiya tutulması hissəsindən iddiaçının imtina etdiyini, qalan hissədə isə cavabdehin iddianı etiraf etdiyini bəyan etmişlər və həmin bəyanlarını məhkəməyə ünvanladıqları ərizələri ilə təsdiq etmişlər. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, mübahisəli malların kontrafakt əlamətlərini daşıması və həmin malların ticarət dövriyyəsinə buraxılacağı təqdirdə iddiaçının müvafiq zərərə məruz qalması ilə bağlı hallar mübahisəsiz şəkildə baxılan işin müəyyən edilmiş halları kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə həmçinin hesab edir k, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumu məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 və 9.1.4-cü maddələrinə əsasən, müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin olunmalı, həmçinin məhkəmə xərcinə aid olan dövlət rüsumu məbləği cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Bakı Baş Gömrük İdarəsinin 03 may 2024-cü il tarixli №3-33-1100/000021Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh Fərdi sahibkar Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024cü il tarixli 2603EXP saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 610AE02/55VAZ02 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********5203 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş 253 kq "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 253 kq idman ayaqqabısı **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar