Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-768/2025 04.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı1 nümayəndələri X4, X6, iddiaçının nümayəndəsi və vəkili İddiaçı2, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X23 6 saylı Beyləqan Ərazi İdarəsi, İmişli Rayon İcra Hakimiyyəti, İmişli Rayon Yalavac Bələdiyyəsi cəlb olunmaqla) qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı1 cavabdehlər Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X23 6 saylı Beyləqan Ərazi İdarəsi, İmişli Rayon İcra Hakimiyyəti, İmişli Rayon Yalavac Bələdiyyəsi cəlb olunmaqla) qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarına əsasən İddiaçı1nə ayrılmış 0,50 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, onun üzərinə qanunsuz olaraq zəbt edərək həmin sahədə inşa etdiyi tikililərin öz hesabına sökülməsi, ərazidən daşınması və ərazinin ilkin vəziyyətə gətirlməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarına əsasən İmişli-Bəhramtəpə avtomobil yolunun sol tərəfindən keçmiş “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən avtomobillərə texniki xidmət sexinin tikintisi məqsədilə İddiaçı1 Xırda Müəssisəsinə 0,5 ha torpaq sahəsi ayrılmış və həmin sahənin planı hazırlanaraq təsdiq edilmişdir. 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən İddiaçı1 Xırda Müəssisəsi İddiaçı1nə çevrilmiş və hüquqi varis olaraq sələfinin bütün hüquq və vəzifələrini qəbul etmişdir. 1991-ci ildə yuxarıda qeyd edilən qərar verildikdən sonra ayrılmış sahədə tərəflərindən avtomobillər üçün yuyucu sexi inşa etdirilmiş və 35 metr dərinlikdən diametri 300 mm olan artezian quyusu qazdırılmışdır. Sonradan obyektiv vəziyyətlə əlaqədar olaraq uzun müddət Bakı şəhərində olmuş, lakin bu dövr ərzində daim müəssisə üçün ayrılmış sahədəki tikililərə nəzarət etmişdir. Həmin dövrlərdə İddiaçı1 Xırda Müəssisəsinə ayrılmış torpaq sahəsinin yaxınlığında Vidadi adlı şəxs tərəfindən kiçik bir sex tikilirdi. Əldə edilmiş məlumata əsasən həmin şəxsə torpaq sahəsi ayrılmamışdır və tikinti qanunsuz aparılmışdır. Sonradan Cavabdeh İddiaçı1 Xırda Müəssisəsinə ayrılmış torpaq sahəsində qanunsuz olaraq daş sexi və ona əlavə yardımçı tikililər inşa etməklə ərazisini daş hasara alaraq genişləndirmişdir. Dəfələrlə ərazini boşaltmağı tələb edilsə də tezliklə ərazini təmizləyəcəyini bildirmiş və dedikləri bu günədək söz olaraq qalmaqdadır. 2021-ci ilin yanvar ayının 29-da Cavabdehlə görüşülərək iddiaçı müəssisəyə aid torpaq sahəsini indiyədək hansı səbəbə görə boşaltmadığı soruşulduqda o, bildirmiş ki, guya həmin torpaq sahəsi ona verilib və özəlləşdirmə məqsədilə müvafiq sənədləri İmişli Rayon İcra Hakimiyyəti aparatına təqdim etmişdir. Dediyinə görə İmişli Rayon İcra Hakimiyyəti tərəfindən qısa müddətdə ona özəlləşdirmə sənədi veriləcəkdir. Respublika ərazisində özəlləşdirmə ilə bağlı hüquqi hərəkətlərin edilməsi qanunvericiliyə əsasən AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinə həvalə edilmişdir. Yuxarıda qeyd edilən torpaq sahəsi qanunsuz olaraq Cavabdeh tərəfindən zəbt edilmiş və sahə ilə bağlı həmin şəxsin xeyrinə hər hansı sənədin verilməsi qanunsuzdur. Hesab edilir ki, Cavabdeh İmişli Rayon İcra Hakimiyyəti vasitəsilə sahənin özəlləşdirilməsi üçün işlər görüldüyünü yalandan deyərək iddiaçını yanlış istiqamətə yönəltmək istəmişdir. Bu cür bəhanələrlə uzun illərdir ki, Cavabdeh iddiaçıya həmin ərazidə müəssisənin planlaşdırdığı müvafiq tikililərin inşasının, o cümlədən yeni iş yerlərinin açılmasının qarşısını almışdır. İmişli rayon, Yalavac Bələdiyyəsinə müraciət edilərək İddiaçı1 Xırda Müəssisəsinə ayrılmış 0,5 ha torpaq sahəsindən Cavabdeh hansı sənədlər əsasında və nə qədər torpaq sahəsi ayrıldığı barədə arayış verilməsi xahiş edilmişdir. İmişli rayonu, Yalavac Bələdiyyəsinin 30 oktyabr 2013-cü il tarixli, iclasının 010 saylı Protokoluna əsasən Cavabdeh Bələdiyyənin perspektiv inkişaf fondundan 0,04 ha torpaq sahəsinin ayrıldığını bildirilmiş, qeyd edilən iclas protokolunun təsdiq edilmiş surəti məktuba əlavə edilmişdir. İddiaçı1 Xırda Müəssisəsinə ayrılmış 0,5 ha torpaq sahəsinin Bələdiyyənin perspektiv inkişaf fonduna aid olub-olmaması barədə heç bir məlumat verilməmiş, ümumiyyətlə Bələdiyyənin perspektiv inkişaf fondu dedikdə hansı ərazinin başa düşüldüyü, həmin ərazinin koordinatları və digər təsdiqedici məlumatlara istinad edilməmişdir. Bakı şəhəri 33 saylı Vəkil Bürosu tərəfindən Milli Arxiv İdarəsinə 11 avqust 2021-ci il tarixdə rəsmi məktubla İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarına əsasən İmişli-Bəhramtəpə avtomobil yolunun sol tərəfindən keçmiş “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən avtomobillərə texniki xidmət sexinin tikintisi məqsədilə İddiaçı1 Xırda Müəssisəsinə 0,5 ha torpaq sahəsinin ayrılması ilə bağlı arxiv sənədlərinin olub-olmaması, cavab müsbət olduğu təqdirdə mövcud sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi xahiş edilmişdir. Həmin müraciət İmişli rayon Dövlət Arxivinə göndərilmiş və İmişli rayon Dövlət Arxivi özünün 30 avqust 2021-ci il tarixli, 100 nömrəli məktubu ilə 7 vərəqdən ibarət arxiv sənədini (xx.xx.1991-ci il tarixli qərar, akt, ayrılmış 0,50 ha torpaq sahəsinin planı, protokoldan çıxarış, məktub) təsdiq edərək Vəkil Bürosunun ünvanına göndərmişdir. Tərəflərindən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə İddiaçı1nə ayrılmış 0,5 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olub-olmaması, mənsubiyyəti, onun hazırkı statusu və baş plandan çıxarışı barədə məlumat verilməsi üçün 08 iyun 2022-ci il tarixdə Bakı şəhəri 33 saylı Vəkil Bürosu tərəfindən 70 saylı məktubla müraciət edilmişdir. Bildirilmişdir ki, kiçik müəsisəyə ayrılmış 0,5 ha torpaq sahəsinin 0,1 ha hissəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Həmin şəxs çöl ölçmə işlərinə hər vasitə ilə mane oldu və bu səbəbdən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə müvafiq çöl ölçmə işlərini apara bilmədilər. İddiaçı1 Xırda Müəssisəsinə ayrılmış torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər hazırda qüvvədədir, müəssisənin yazılı razılığı olmadığı təqdirdə yalnız məhkəmə qətnaməsi ilə dəyişdirilə bilər. Rayon XDS İcraiyyə Komitəsinin Qərarı ilə 1991-ci ildə sahibkarlıq fəaliyyəti üçün hüquqi şəxsə verilən (0,5 ha) torpaq sahəsinin bələdiyyələr yaranarkən 2000-ci ildə qanunvericiliyin tələblərinə uyğun olaraq, bələdiyyə mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır və belə torpaqlara bələdiyyələrin subyektiv hüququ yaranmır. Cavabdeh Fazileli oğlunun vəkili və nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Cavabdeh Fəziləli oğluna qarşı "zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsinə dair" iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazda göstərilir ki, iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd edilməlidir. İlk növbədə qeyd edilir ki, iddiaçının mübahisələndirdiyi və cavabdehin istifadəsində olan torpaq sahəsi İddiaçı1nə torpaq sahəsi ayrılmasından 2 (iki) il əvvəl cavabdehə ayrılmışdır. Belə ki, Cavabdeh İmişli rayonu M.B.Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 nömrəli qərarı əsasında Məmmədli kəndindəki su anbarının sol tərəfindən 15 metr aralı, Bəhramtəpə-lmişli magistral avtomobil yolunun 16 metr aralığından bu yolun sağ tərəfindən eni 30 metr, uzunluğu isə 35 metr olmaqla boş ərazidən ümumilikdə 0,10 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin qonşuluqları və istinad nöqtələri açıq mətinlə göstərilməklə ilkin torpaqayırma sənədi planı (sxemi) yerquruluşu qaydasında hazırlanmaqla 01 iyun 1989-cu il tarixli akt əsasında ona təhvil verilmişdir. 1991-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi yerquruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında aparılırdı və torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilirdi. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinin tələbinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir, həmin Məcəllənin 3-cü bəndinin tələbinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruiuşu qaydasında aparılır. Eyni zamanda həmin Məcəllənin 6-cı bəndinin tələbinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 1991-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 32-ci maddəsinin 8-ci bəndinin tələbinə görə kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən 1 (bir) il ərzində və qeyri-kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq üzərində mülkiyyət, sahiblik, istifadə və icarə hüquqlarına xitam verilirdi. Eyni zamanda hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələbinə görə də kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilməcfikdə torpaq üzərində mülkiyyət, sahiblik istifadə və icarə hüquqlarına xitam verilir. Göründüyü kimi Cavabdeh 0,10 ha torpaq sahəsi həmin qanunların tələblərinə uyğun ayrılmışdır və hal-hazırda da onun istifadəsindədır. Cavabdehin müraciəti əsasında “X19 və Ekpertiza Mərkəzi" MMC-nin mütəxəssisləri tərəfindən ərziyə baxış keçirilmiş, təqdim olunmuş sənədlər əsasında araşdırılma aparılmaqia müvafiq mütəxəsis rəyi tərtib olunmuşdur. Həmin rəydən də müəyyən olunur ki, Cavabdeh faktiki istifadə etdiyi 0,10 ha torpaq sahəsi İmişli rayonu M.B.Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 nömrəli qərarı əsasında onlara ayrılmış ölçülər daxilində olmaqla ilkin torpaqayırma sənədlərinə planına (sxeminə) uyğundur. Eyni zamanda mütəxəssislər tərəfindən 'Kilim” X12 ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədləri əsasında yerdə naturada müəyyən edilməsi üçün araşdırma aparılarkən o da müəyyən olmuşdur ki, sözügedən müəssisəyə ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədi plan (sxemi) ilə natura arasında ciddi uyğyunsuzluq mövcuddur. Belə ki, ilkin sxemdə göstərilən su anbarının yeri və kənddaxili yolun yeri naturada olduğundan tamamilə fəqli yerlərdə yerləşir. Mütəxəssislər tərəfindən xüsusi proqram vasitəsi ilə "Kilim” X12 ayrılmış torpaq sahəsinin 1:10000 miqyasında olan sxem və həmin sxemdə tərpənməz nöqtələr kimi göstərilmiş kənddaxili yol və su anbarına əsasən Google Yer proqramının ortofoto görüntüləri üzərinə, yəni naturaya yerləşdirilərkən məlum olur ki, kiçik müəssisəyə ayrılmış torpaq sahəsi ərizəçilərə ayrılmış torpaq sahələrindən kənarda yerləşir, Bu da onu göstərir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmamışdır. Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində inşa etdiyi tikililər Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 17 mart 2006-cı il tarixdə reyestrdə 133 nömrə ilə qeydiyyata alınmaqla Qeydiyyat Vəsiqəsi və tikililərə texniki pasport verilmişdir. Göründüyü kimi cavabdehə torpaq sahəsi yuxarıda qeyd olunan qanunların tələbinə uyğun ayrılmış və həmin cavabdeh tərəfindən 30 (otuz) ildən artıqdır ki, torpaq sahəsi fasiləsiz istifadə edilir, Hətta torpaq sahəsinin üzərində İnşa edilmiş tikililər onun mülkiyyətindədir. İmişli rayonu Yalavac bələdiyyəsinin 30 oktyabr 2013-cü il tarixli 10 saylı iclas protokolundan çıxarışa əsasən Cavabdeh satılmış 0,04 ha torpaq sahəsinə gəldikdə isə bildirilir ki, həmin dövrdə bələdiyyənin belə qərar vermək səlahiyyəti olmamış, mövcud qanunvericiliyə əsasən torpaq sahələri ancaq hərrac və müsabiqə yolu ilə vətəndaşların mülkiyyətinə verilə bilərdi. Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, “Kilim" X9 Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsinə dair" iddia ərizəsi üzrə iddia müddəti tədbiq edilməklə, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin qanuni istifadəsində olan torpaq sahəsi İddiaçı1nə torpaq sahəsi ayrılmamışdan 2 (iki) il əvvəl ayrılmışdır. Belə ki, cavadeh Cavabdeh İmişli rayonu M.B.Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 nömrəli qərarı əsasında Məmmədli kəndindəki su anbarının sol tərəfindən 15 metr aralı, Bəhramtəpə-lmişli magistral avtomobil yolunun 16 metr aralığından bu yolun sağ tərəfindən eni 30 metr, uzunluğu isə 35 metr olmaqla boş ərazidən ümumilikdə 0,10 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin qonşuluqları və istinad nöqtələri açıq mətinlə göstərilməklə ilkin torpaqayırma sənədi planı (sxemi) yerqruluşu qaydasında hazırlanmaqla 01 iyun 1989-cu il tarixli akt əsasında ona təhvil verilmişdir. İddiaçının nümayəndəsi və vəkili X10 xx.xx.2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, “Bakı şəhəri 33 saylı vəkil bürosu tərəfindən göndərilmiş sorğuya İmişli rayonu Yalavac Bələdiyyəsi özünün xx.xx.2021-ci il, 12 saylı məktubunda ətraflı məlumat verməklə yanaşı, 17 saylı sərancamı da xüsusi olaraq qeyd etmişdir. Bu sərəncam onu deməyə əsas verir ki, həmin daş sexi Cavabdeh tərəfindən 0.02 ha torpaqda olmaqla, 1994-cü il tarixdə tikilmişdir. Cavabdeh saxta yolla əldə etdiyi Texniki Pasport və Qeydiyyat Vəsiqəsinin verilməsinə əsas olan, amma özü iş materiallarında olmayan 78 saylı arayış nə üçün diqqətdən yayınaraq gizlədilmişdir? (əslində 78 “a”dır).Məlumat xarakterli bu arayış Texniki Pasportun verilməsinə əsas ola bilməz. Həmçinin bu arayışın verilməsinə səbəb olmuş Rəsullu icra nümayəndəliyinin 17 saylı sərəncamı da iş materiallarında yoxdur və onun gündəmə gətirilməsi zəruridir. Cavabdeh adına verilmiş 17 mart 2006-cı il tarixli (reys.№133) Qeydiyyat Vəsiqəsi və Texniki Pasportun verilməsinə əsas olmuş arxiv sənədlərinin mövcudluğu və onun hüquqi statusu barədə Bakı şəhəri 33 saylı vəkil bürosu tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Reyestri X23 İdarə Heyətinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və İmişli rayon Dövlət Arxivinə müvafiq sorğular göndərilmişdir. İddia edilir ki, xx.xx.1989-cu ildə İmişli rnu, keçmiş M.B.Qasımov adına kolxozun guya 05 №-li iclas protokolundan çıxarışı olub.(İclasın sədri Simsar Nuruşov və katib İmamət Hüseynov, hazırda hər ikisi vəfat edib.). Cavabdeh (35x30) 0.1050 ha fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsi ayrılıb. Halbuki Məhəmmədli kəndində torpaq islahatı aparılarkən, yuxarıda qeyd olunan həmin torpaq sahəsi yaşayış sahəsi kimi qeyd edilməmişdir və perspektiv inkişaf fondunun ərazisinə də aid olmamışdır.Belə olan təqdirdə bu ərazidən fərdi yaşayış evi tikmək məqsədilə həyətyanı torpaq sahəsi verilə bilməzdi. Saxta sənəd düzəltməklə cinayətə bulaşanlar görünür bu amili nəzərə almayıblar. Cavabdeh “sənədinə” baxdıqda məzmun belədir: “...Su anbarının sol tərəfindən 15 metr aralı, yoldan 16 metr aralı, eni 30 metr, uzunluğu 35 metr...”və s. Halbuki belə bir sənəd o zaman heç kimə verilmirdi və torpağın sahəsi miqyasla göstərilirdi. Qeyd olunan bu sənədlərin arxiv arayışının təqdim olunması barədə İmişli rayon Dövlət Arxivinə Bakı şəhəri 33-saylı vəkil bürosu tərəfindən sorğu göndərilmişdir. Dövlət Arxivi vəkil sorğusunu cavablandırarkən, bu barədə məlumatın arxivdə aşkar edilmədiyini qeyd etmişdir. Cavabdeh qanunsuz olaraq istifadə etdiyi ərazinin hazırkı vəziyyətinə uyğun olaraq, köhnə tarixə sənəd və cizgi hazırlatdırmışdır. Əvvəllər bundan soruşulanda hər dəfə bələdiyyə tərəfindən sənəd aldığını bildirərdi. Bələdiyyə sənədinin yetərli olmayacağını yəqin ki, 12 oktyabr 2022-ci il tarixli birinci məhkəmə iclasından sonra buna başa salıblar. O, da iddiaçının sənədinin Bələdiyyələrdən öncə, yəni 1991-ci ildə verildiyini öyrəndikdən sonra, dərhal iddiaçıdan əvvəlki tarixə bu saxta sənədləri sifariş verərək hazırlatdırmışdır. Əgər 1989-cu ilə aid sənədlər əvvəldən mövcud olmuş olsaydı, o halda xx.xx.2022-ci il tarixdə Cavabdeh məhkəmə iclasında iştirak edərdi və kolxozun verdiyi bu “sənədləri” hakimə təqdim edərdi. Lakin özü məhkəməyə gəlmədiyi üçün, iclasda iştirak edən Bələdiyyənin sədri X24 Əliyevə xx.xx.2013-cü il tarixdə Yalavac Bələdiyyəsi tərəfindən məhz həmin yerdən ayrılmış 0.04 ha torpağ sahəsinin sənədlərini hakimə təqdim etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına baxdıqda, hakim tərəfindən ekspertlər qarşısında qoyulmuş 3-cü sual bir daha bunu təsdiq edir. Burada bir neçə sual yaranır: Birincisi, M.B.Qasımov adına kolxozun 1989-cu ildə verdiyi sənədlər həqiqətən mövcud olmuş olsaydı, Yalavac Bələdiyyəsinin sədri Fəqani Cəfərov vəkil sorğusuna cavab verərkən, özünün xx.xx.2021ci il, 12 saylı məktubunda hökmən bu barədə məlumat verərdi. Bələdiyyə sədri vəkil sorğusunu cavablandırarkən, qeyd edir ki, “...xx.xx.1994-cü ildə 17-saylı sərəncam ilə Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq üçün həmin ərazidən (0,02ha) torpaq verilmişdir”. İmişli RİHB-nın Yalavac kənd ərazi nümayəndəliyi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş 78”a” saylı arayışda da bu fakt qeyd olunmuşdur. Sədr daha sonra yazır ki,”...Həmin ərazidən 0.04 ha torpaq sahəsi 30 oktyabr 2013-cü ildə 10 saylı iclas protokoluna əsasən həyətyanı torpaq sahəsi kimi Məhəmmədli kənd sakini Cavabdeh Fəzləli oğluna verilib”. İkincisi, M.B.Qasımov adına kolxozun 1989-cu ildə verdiyi sənədlər əgər həqiqətən mövcud olmuş olsaydı, 17 mart 2006-cı il tarixdə Cavabdeh verilmiş Qeydiyyat Vəsiqəsi və Texniki Pasportun verilməsinə əsas və səbəb kimi hansısa bir məlumat xarakterli arayış deyil, kolxozun verdiyi o sənədlər göstərilməliydi. Üçüncüsü, M.B.Qasımov adına kolxozun 1989-cu ildə verdiyi (0.1050 ha) torpaq sahəsinin sənədləri doğrudan da mövcud idisə, nə gərək var idi ki, 5 ildən sonra xx.xx.1994-cü ildə Cavabdeh yenidən həmin yerdən səlahiyyətinin olmadığı halda İmişli RİHB-nın kənd ərazi nümayəndəliyi tərəfindən 17 saylı sərancamla 0.02 ha torpaq verilərək, daş sexinin tikintisinə icazə verilib? Bu azmış kimi nədən 24 il sonra xx.xx.2013-cü il tarixdə qanunsuz olaraq 10 saylı qərarla Yalavac Bələdiyyəsi tərəfindən yenə həmin yerdən 0.04 ha torpaq sahəsi ayrılıb? Hansı ki, bu sahə qanuniliyinə şübhə ilə yanaşdığımız 0.1050 ha torpaq sahəsinin daxilində yerləşir və həmin sahənin təkrar ayrılmasına hansı zərurət yaranmışdır? Aydınlıq üçün qeyd edim ki, ilk məhkəmə iclası xx.xx.2022-ci il tarixdə keçirilmişdir. Məhkəmənin qərardadına əsasən məhkəmə mühəndis-texniki və torpaqşünaslıq ekspertizası təyin edilərək, mütəxəssislər tərəfindən ərazidə çöl-ölçmə işlərinin xx.xx.2022-ci il tarixdə keçirilmə vaxtı bütün tərəflərə bildirilmişdir. Məhz həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Cavabdeh keçmiş M.B.Qasımov adına kolxozun adından bu “əldəqayırma sənədləri” məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən bu saxta sənədlərin ilk məhkəmə iclasından 75 gün sonra məhkəməyə təqdim etməsi şübhə doğurmaya bilməz. Bununla əlaqədar məhkəmə tərəfindən müvafiq Dövlət qurumlarına və arxivlərə sorğular göndərilməliydi. Deməli bu qədər müddət yetərli olmuşdur ki, Cavabdeh bu kağızları hazırlatdıra bilmişdir. Yuxarıda qeyd etdiyimiz bu qədər sübutların və arqumentlərin qarşılığında onun saxta əməlləri və yalanları ifşa olunmalıdır. İmişli RİK XDS-nin 1991-ci ildə verdiyi 0,5 ha torpaq sahəsinin aktına baxdıqda, iddiaçıya ayrılmış o zamankı sahənin əhatəsində nələrin olduğu çox aydın görünür: 1). Şərqdən – Su kanalı, 2). Cənubdan – Boş sahə, 3). Qərbdən – İmişli-Bir May yolu. Göründüyü kimi o dövrdə həmin ərazi və onun ətrafı təmamilə boş olmuşdur. Hazırkı dövrdə Cənubda – Ağalarov Mülkədarın, Qərbdə isə - Cavabdeh hasarlayaraq zəbt etdiyi torpaqlar mövcuddur. Hesab edilir ki, cavabdehin məhkəməyə təqdim etdiyi adi hüquqi əhəmiyyət kəsb etməyən bir kağız parçasıdır və onlar hüquqi sənəd kimi qəbul edilə bilməzlər. Cavabdeh bu əməllərində Cinayət Məcəlləsinin 320.1–320.2-ci maddələrinin tərkib hissələrinin olduğu ehtimal olunduğundan, onun təqdim etdiyi bu kağızlar araşdırılmaq üçün prokurorluq orqanına göndərilməlidir.” İddiaçı1 nümayəndələri X11, X13 və iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təçin olunmasını xahiş etdilər. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddianın əsassız olduğunu, istifadəsində olan torpaq sahəsinin qanuni əsaslarla ona ayrıldığını, həmin sahədə inşa etdiyi tikili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını və bu barədə ona müvafiq çıxarış verildiyini, uzun müddətdir ki, mübahisəli torpaq sahəsinin onun faktiki istifadəsində olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbinin əsassız olduğunu, mübahisəli torpaq sahəsinin iddiaçıdan əvvəl qanuni şəkildə cavabdehin istifadəsinə ayrıldığını, həmin torpaq sahəsinə və onun üzərində inşa edilmiş cavabdehə məxsus olan tikiliyə dair hüquqmüəyyənedici sənədlərin mövcud olduğunu, iddiaçıya ayrılmış torpaq sahəsinin tamamilə başqa ərazidə yerləşdiyini, cavabdehə məxsus torpaq sahəsi ilə kəsişmədiyini, bildirdi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 6 saylı Beyləqan Ərazi İdarəsi, İmişli Rayon İcra Hakimiyyəti, İmişli Rayon Yalavac Bələdiyyəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı1 yeni redaksiyada olan Nizamnaməsinin surətindən görünür ki, İddiaçı1 Nizamnaməsi xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə İmişli bölgə şöbəsində qeydiyyata alınmışdır. İddiaçı1 İmişli rayon icra hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 196 №-li sərəncamı ilə qeydə alınmış İddiaçı1 hüquqi davamçısıdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı1 xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2005-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda İmişli rayonu, Məhəmmədli kəndi ünvanı üzrə qeydiyyatdadır. İş materiallarında olan İmişli rayonunun “Ulduz” kolxozunun ümumi yığıncağının 17 avqust 1991-ci il tarixli 3 №-li protokolundan çıxarışın arxiv çıxarışından görünür ki, həmin yığıncağın qərarı ilə “Ulduz” kolxozunun torpağından 0,5 ha yararsız torpaq sahəsinin İmişli İddiaçı1 Xırda müəssisəsinə tikinti altına ayrılması və bu qərarın təsdiqinin İmişli rayon XDS-dən xahiş edilməsi qərara alınmışdır. İş materiallarında olan İmişli şəhər XDS İcraiyyə Komitəsinin Komissiyası tərəfindən tərtib edilmiş “Akt”ın arxiv çıxarışından görünür ki, İmişli rayonunun “Ulduz” kolxozunun ərazisindən İmişli İddiaçı1 Xırda müəssisəsinə tikinti altına ayrılması nəzərdə tutulmuş torpaq sahəsi şərqdən su kanalı, cənubdan boş sahə, qərbdən İmişli – Bir May yolu ilə əhatə olunmuşdur, ayrılmış sahədə söküləcək tikinti yoxdur, ayrılmış sahə ölçülməsinə və yerləşməsinə görə qüvvədə olan normalara tam uyğun hesab edilir. İş materiallarında olan İmişli şəhər XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarının arxiv çıxarışından görünür ki, həmin qərarla İmişli İddiaçı1 Xırda müəssisəsinin 16 avqust 1991-ci il tarixli, 04 №-li məktubu və “Ulduz” kolxosunun 17 avqust 1991-ci il tarixli, 3 №-li qərarı nəzərə alınaraq, rayonun “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən İmişli-Bəhrəmtəpə avtomobil yolunun sol tərəfindən avtomobillərə texniki xidmət sexinin tikintisi altına 0,5 ha torpaq sahəsinin ayrılmasına razılıq verilmişdir. İş materiallarında olan İmişli rayon M.B.Qasımov adına kolxozun İdarə Heyətinin 30 may 1989-cu il tarixli, 05 №-li iclas protokolundan çıxarışın surətindən görünür ki, M.B.Qasımov adına kolxozun üzvü Məhəmmədli kənd sakini Cavabdeh Məhəmmədli kəndindəki su anbarının sol tərəfindən 15 metr aralı, Bəhrəmtəpə-İmişli magistral avtomobil yolunun 16 metr aralığından bu yolun sağ tərəfindəki eni 30 metr uzunu isə 35 metr olmaqla boş ərazidən ümumilkdə 0,10 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan “Qeydiyyat Vəsiqəsi”nin surətindən görünür ki, həmin qeydiyyat vəsiqəsi İmişli X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilir ondan ötrü ki, Məhəmmədli kəndində yerləşən qeyri-yaşayış obyekti (məzar daşı sexi) İmişli RİHB-nin Rəsullu, Yalavac və Məhəmmədli kənd üzrə nümayəndəsinin xx.xx.2001-ci il tarixli 78 saylı arayışına əsasən mülkiyyət hüququ əsasında Cavabdeh adına 17 mart 2006-ci ildə 133 №-si ilə reyestr kitabında qeydə alınmışdır. İş materiallarında olan İmişli rayonu Yalavac bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda göstərilir ki, sözügedən torpaq sahəsinin 0,02 ha hissəsi 30 noyabr 1994-cü il tarixli 17 saylı sərəncamla məzar daşı düzəltmək üçün Məhəmmədli kənd sakini Cavabdeh verilib. Qalan boş torpaq sahəsi 2000-ci ildə Məhəmmədli bələdiyyəsinin mülkiyyətinə aid edilmişdir. Həmin ərazidən 0,04 ha torpaq sahəsi 30 oktyabr 2013-cü ildə 10 saylı iclas protokoluna əsasən həyətyanı torpaq sahəsi kimi Məhəmmədli kənd sakini Cavabdeh verilib. Hal-hazırda həmin ərazidə məzar daşı düzəldilir. İş materiallarında olan İmişli rayon İcra hakimiyyətinin başçısının Rəsullu, Yalavac və Məhəmmədli kəndləri üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli arayışda göstərilir ki, arayış verilir Məhəmmədli kənd sakini Cavabdeh ondan ötrü ki, onun Məhəmmədli kəndində özünə məxsus sahəsi 0,02 ha torpaq sahəsində əhaliyə xidmət göstərən məzar daşı düzəltmək üçün sexi vardır. Həmin sexin tikilməsi üçün Rəsullu icra nümayəndəliyinin 17 saylı, 30 noyabr 1994-cü il tarixli sərəncamı verilib. İş materiallarında olan İmişli rayon Dövlər Arxivinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, İmişli rayon M.B.Qasımov adına kolxozun İmişli rayon Dövlət Arxivində hər hansı bir iclas protokolu saxlanılmır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında göstərilir ki, arxiv materialları üzrə aparılmış axtarışın nəticəsi olaraq Cavabdeh məxsus olan “Məzar daşı sexi”nə aid olan “Texniki pasport”un verilməsinə əsas olan ilkin sənədlər barəsində məlumat aşkar edilməmişdir. İş materiallarında olan İmişli rayon İcra hakimiyyətinin başçısının Rəsullu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, nümayəndəliyin 1994-cü il sərəncam kitabı və 2001-ci il arayışların qeydiyyatı kitabı nümayəndəlikdə saxlanılmır. xx.xx.2023-cü il tarixdə hazırki nümayəndə işə təyin olunarkən təhvil alınmış sənədlər siyahısında qeyd edilmiş sənədlər olmamışdır. Həmin adı keçən sənədlərin harada və hansı şəraitdə saxlanılması barədə rəsmi məlumat yoxdur. İmişli rayon Dövlət Arxivinə indiyədək aktla təhvil verilən sənədlər siyahısında da bu sənədlər qeyd olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış tikinti-texniki ekspertizasının 10/4556 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki;
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdjyi mütəxəssis rəyində göstərilmişdir ki, İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarına əsasən, “Kilim" X12 ayrılmış 0.50 ha torpaq sahəsinin hüdudları miİki işm içərisində olan İmişli rayon X21 baş yerquruluşçusu tərəfindən tərfb olunaraq təsdiq edilmiş yerquruluşu planına əsasən, müəyyən edilmişdir. Eyni zamanda ölçmə işləri zamanı qeyd olunan 0.50 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən İmişli Rayon Məhkəməsi tərəfindən sonradan 27 dekabr 2022-ci il tarixli 2(036)-2893/2022 saylı məktub vasitəsi ilə təqdim olunan sənədlər əsasında (xx.xx.2023-cü il tarixli ********** nömrə ilə qeydə alınmışdır.) İmişli rayonu keçmiş M.B.Qasımov adına kolxozun idarə heyətinin 30 may 1980-cu il tarixli 05 nömrəli icias protokoluna əsasən, Cavabdeh ayrılmış 0.10 ha torpaq sahəsinin (İmişli rayon Yalavac bələdiyyəsinin 30 oktyabr 2Oİ3-cü il tarixli 10 saylı qərarına əsasən. Cavabdeh ayrılmış 0.04 ha torpaq sahəsi 0.10 ha torpaq sahəsinin daxilində yerləşir) və İmişli rayonu keçmiş M.B.Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 nömrəli iclas protokoluna əsasən, X2 ayrılmış 0.15 ha torpaq sahəsinin hüdudları müəyyən olunmuşdur. 2. İmişli rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarına əsasən, ’‘Kilim” X12 ayrılmış 0.50 ha torpaq sahəsinə müdaxilə olunmaqla 0.10 ha hissəsi Cavabdeh və 0,15 ha hissəsi isə X7 tərəfindən istifadə olunur.
3. İmişli rayon Yalavac bələdiyyəsinin 30 oktyabr 2013-cü il tarixli 10 saylı iclas protokolundan çıxarışa əsasən. Cavabdeh ayrılmış 0.04 ha torpaq sahəsinin hüdudları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş və təsdiq edilmiş yerquruiuşu planına əsasən müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, İmişli rayon Yalavac bələdiyyəsinin 30 oktyabr 2013-cü il tarixli 10 saylı qərarına əsasən, Cavabdeh ayrılmış 0.04 ha torpaq sahəsi İmişli keçmiş M.B.Qasımov adına kolxozun adına idarə heyətinin 30 may 1989-cu il tarixli iclas protokoluna əsasən, Cavabdeh ayrılmış 0.10 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. 4. Qeyd olunan 0.04 ha torpaq sahəsinə müdaxilə faktı mövcud deyildir və Cavabdeh tərəfindən istifadə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış tikinti-texniki ekspertizasının 3-16-16/2-10/3365 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki;
1. Cavabdehlər Cavabdeh və X1 faktiki istifadələrində olan torpaq sahələrinin ölçüləri yerində müəyyən edilmişdir, Cavabdeh faktiki istifadəsində 0.10 ha və X1 faktiki istifadəsində isə 0.34 ha torpaq sahəsi mövcuddur. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü ilə sənəd üzrə ayrılmış torpaq sahəsinin ölçüsü eynidir. X1 faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü ilə sənəd üzrə ayrılmış torpaq sahəsinin ölçüsü arasında uyğunsuzluq vardır. X5 ayrılmış torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları tərtib olunmuş ölçü planında qeyd olunmuşdur. 2. İmişli rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarına əsasən, ’’Kilim" X12 ayrılmış 0.50 ha torpaq sahəsinin hüdudları mülki işin içərisində olan İmişli rayon X21 baş yerquruluşçustı tərəfindən tərtib olunaraq təsdiq edilmiş yerquruluşu planına əsasən, müəyyən edilmişdir.
3. İddiaçı1nə ayrılmış 0.50 ha torpaq sahəsinə müdaxilə faktları vardır. İddiaçı1nə ayrılmış 0.50 ha torpaq sahəsinin 0.10 ha hissəsi Cavabdeh və 0.15 ha hissəsi isə X8 tərəfindən istifadə olunur. 4. Cavabdeh faktiki istifadə etdiyi 0.10 ha torpaq sahəsi İmişli rayonu keçmiş M.B.Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 saylı qərarı ilə (iclas protokolundan çıxarış) ayrılmış 0.10 ha torpaq sahəsi onun tərəfindən yerində (naturada) qərarda göstərilən ölçü daxilində istifadə olunur. Torpaq sahəsi İmişli rayon X21 baş yerquruluşçusu tərəfindən tərtib olunaraq təsdiq edilmiş yerquruluşu planına (ilkin torpaqayırma sənədinə) uyğundur. Ölçmə işləri aparılan zaman müəyyən olunmuşdur ki, İmişli rayonu keçmiş M.B.Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 saylı qərarı ilə (iclas protokolundan çıxarış) Cavabdeh 0.10 ha həyətyanı torpaq sahəsi üçün ayrılmasına baxmayaraq naturada məzar daşının hazırlanması sexi kimi istifadə olunur. 5. Cavabdeh ayrılmış 0.10 ha torpaq sahəsinin ərazisində inşa edilmiş tikilinin Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 17 mart 2006-cı tarixdə reyestrdə 133 nömrə ilə qeydiyyata alınmış Qeydiyyat vəsiqəsinə əlavə olunmuş texkini pasportda göstərilən parametrlərə uyğunluğunu tərtib olunmuş sxemdə istinad nöqtələrinin olmaması səbəbindən müəyyən etmək mümkün olmadı. Ancaq, ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikili (alətlər otağı) və qurğular qeyd olunan 0.10 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. ... 8. İddiaçı1nə “Ulduz” kolxozunun ərazisindən ayrılmış 0.50 ha torpaq sahəsi, Cavabdeh və X2 ayrılmış torpaq sahələrinin ölçülərinə uyğun deyildir. İddiaçı1nə “Ulduz” kolxozunun ərazisindən ayrılmış 0.50 ha torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan 0.10 ha sahəsi və X1 istifadəsində olan 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşür. 9. Cavabdeh faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsində inşa edilmiş tikili məzar daşının hazırlanması zamanı xidməti istifadə üçün nəzərdə tutulmuş köməkçi tikili (alətlər otağı) kimi istifadə olunur. Eyni zamanda 0.10 ha torpaq sahəsində məzar daşının hazırlanması üçün qurğular mövcuddur. Məhkəmə sorğusuna cavab olaraq İmişli rayon Dövlər Arxivindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilir ki, İmişli rayon M.B.Qasımov adına kolxozun İdarə Heyətinin 30 may 1989-cu il tarixli, 05 saylı qərarı mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlər Arxivinə təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq İmişli rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş sənədlərin içərisində olan Rəsullu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışında və İmişli rayon Yalavac bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışında göstərilir ki, Cavabdeh İmişli rayon M.B.Qasımov adına kolxozun İdarə Heyətinin 30 may 1989-cu il tarixli, 05 saylı qərarı ilə İmişli rayonunun Məhəmmədli kəndi ərazisində verilmiş torpaq sahəsində o, 1990-cı ildə özünə məxsus qeyri-yaşayış sahəsi inşa etmişdir və həmin qeyri-yaşayış sahəsi bu günə qədər özünün istifadəsindədir. Beləliklə, məhkəmə tərəfindən işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər materiallara əsasən müəyyən edilmiş işin faktiki halları belədir ki, iddiaçı istifadə hüququ ilə ona məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz istifadə edildiyini, əlavə olaraq cavabdehin təqdim etdiyi sənədlərin saxta olduğunu iddia edir, cavabdeh isə istifadə etdiyi torpaq sahəsi ilə iddiaçının istifadəsində olan torpaq sahələrinin başqa-başqa yerlərdə yerləşdiyinə görə üst-üstə düşmədiyini, istifadəsində olan torpaq sahəsinin qanuni əsaslarla ona ayrıldığını, həmin sahədə inşa etdiyi qeyriyaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını bildirir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan mübahisə iki halın, tərəflərin faktiki istifadələrində olan torpaq sahələrinin və həmin sahələrdə inşa edilmiş olan tikililərin müvafiq hüquq müəyyənedici sənədlərə əsasən ayrılması və inşası faktının araşdırılması və həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi ilə öz hüquqi həllini tapa bilər. Qeyd edilən xüsusatlar isə ilk növbədə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi və eləcə də torpaq sahələrinin zəbt edilməsi məsələsi xüsusi bilik tələb etdiyindən bu sahədə ixtisaslaşmış mütəxəssislərin müvafiq rəyinin alınması, daha sonra isə işdə mövcud olan sənədlər və digər sübutlar əsasında qiymətləndirilməsi yolu ilə aşkara çıxarıla bilər. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd edilən mübahisəli hallarının müəyyən edilməsi ilə baxılan işdə iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun olub-olmaması, bununla da iddianın uğurluluq şərtlərinin mövcudluğu məsələləri həllini tapa bilər. Məhkəmə, mübahisəli torpaq sahələrinin ayrılmasına dair təqdim olunmuş sənədləri işin müəyyən edilmiş hallarına əsasən tədqiq edərək ilk növbədə belə qənaətə gəlir ki, iddiaçıya 1991-ci ildə İmişli rayonu “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən İmişli-Bəhrəmtəpə avtomobil yolunun sol tərəfindən avtomobillərə texniki xidmət sexinin tikintisi altına 0,5 ha torpaq sahəsinin ayrılması işin mübahisəsiz halıdır. Belə ki, qeyd edilən torpaq sahəsinin ayrılmasına dair İmişli rayon XDS İcraiyyə Komitəsinin müvafiq qərarının və həmin qərarın qəbul edilməsinə əsas olan digər sənədlərin (kolxozun idarə heyətinin qərarı, akt və s.) arxiv çıxarışları işdə mövcuddur və həmin sənədlərin mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir, həmçinin buna səbəb ola bilən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinə dair cavabdehin etirazının əsaslarından biri həmin torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsi ilə tamamilə başqa ərazilərdə olmasından ibarətdir ki, bu hala daha sonra hüquqi qiymət veriləcəkdir. Sözügedən torpaq sahəsinə dair hüquqla bağlı cavabdehin etirazının bir başqa əsası ondan ibarətdir ki, iddiaçı istifadə hüququ ilə ona ayrılmış torpaq sahəsindən uzun müddət istifadə etmədiyinə görə həmin dövrdə və hazırda qüvvədə olan torpaq qanunvericiliyinə əsasən torpaq sahəsi üzərində istifadə hüququna xitam verilmişdir, buna görə də iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququ yoxdur. Məhkəmə, cavabdehin istinad etdiyi həmin hala qiymət verərək qeyd edir ki, 1991ci il 9 noyabr tarixli, 254Xİİ nömrəli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 32-ci maddəsinin 8-ci bəndinə əsasən, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən bir il ərzində və qeyri-kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal iki il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət, sahiblik və istifadə hüquqlarına bu torpaqları vermiş rayon, şəhər xalq deputatları Sovetləri xitam verir. Həmin Məcəllənin 36-cı maddəsinin birinci abzasında təsbit olunmuşdur ki, bu Məcəllənin 32-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulan halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, həmin maddədə göstərilən digər hallarda isə torpaq üzərində mülkiyyət hüququna, torpağa sahiblik, torpaqdan istifadə və digər hüquqlara rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən xitam verilir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 9-ci abzasında nəzərdə tutulmuşdur ki, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, torpaq sahəsi üzərində istifadə hüququna, torpaq sahəsindən istifadə edilməməsi halında xitam verilməsi yalnız həmin torpaq sahəsinin istifadəyə verilməsi barədə qərarı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilə bilər. Bu isə həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsi yolu ilə həyata keçirilə bilər. Lakin, iş materiallarında iddiaçının ayrılmış torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsinə dair akt (qərar, sərəncam və s.) mövcud deyildir və aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən belə bir aktın qəbul edilməsinə dair sübut da məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının istifadə hüququ ilə ona ayrılmış torpaq sahəsindən uzun müddət istifadə etmədiyinə görə həmin dövrdə və hazırda qüvvədə olan torpaq qanunvericiliyinə əsasən mübahisəli torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, buna görə də hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun olmamasına dair cavabdehin etirazı əsassızdır. Məhkəmə, cavabdehin mübahisəli torpaq sahəsi və həmin sahədə inşa edilmiş qeyri-yaşayış sahəsinə dair hüququnu təsbit edən sənədlərə hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, işin hallarından göründüyü kimi hüquqi qiymət verilməsi tələb olunan həmin sənədlər M.B.Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989cu il tarixli iclas protokolu (0,10 ha ölçüdə), qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair “Qeydiyyat vəsiqəsi” və istinad olunan İmişli rayon Yalavac bələdiyyəsinin 30 oktyabr 2013-cü il tarixli 10 saylı qərarıdır. Son adı çəkilən bələdiyyə qərarının qanuniliyi və mötəbərliliyi cavabdehin özü tərəfindən mübahisələndirildiyinə, cavabdeh etirazının əsası kimi həmin qərara istinad etməkdən imtina etdiyinə görə, məhkəmə həmin qərarın geniş hüquqi dəyərləndirilməsinin aparılmasına zərurət görmür. Bununla yanaşı bir fakt qeyd olunmalıdır ki, iş materiallarında bələdiyyə torpaqlarının idarə edilməsinə, bələdiyyələrin statusuna, bələdiyyə mülkiyyətində olan torpaqların satılmasına dair həmin vaxt qüvvətə olan qanunvericilik normalarına uyğun torpaq sahəsinin hər hansı bir hüquqla ayrılması və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin özgəninkiləşdirilməsi haqqında qəbul edilmiş sənəd (qərar, protokol, alqısatqı müqaviləsi və s.) mövcud deyildir. Şərh olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, cavabdehin mübahisəli torpaq sahəsi üzərində hər hansı bir hüququnun mövcud olmasının təsbit edilməsi üçün sözügedən bələdiyyə sənədinə istinad edilməsi istisna olunur. Məhkəmə, iş üzrə sübut qismində təqdim edilmiş İmişli rayon M.B.Qasımov adına kolxozun İdarə Heyətinin 30 may 1989-cu il tarixli, 05 №-li iclas protokolunun mötəbərliliyinə hüquqi qiymət verilməsi məqsədilə ilk öncə qeyd edir ki, 1970-ci il 7 iyul tarixli Qanunla təsdiq olunmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin: 13-cü maddəsinə əsasən, torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. 16-cı maddəsinə əsasən, kolxozlar, sovxozlar, digər müəssisələr, təşkilatlar və idarələr qanunla müəyyən edilmiş hallarda, onlara təhkim olunmuş torpaqlardan təkrar istifadə üçün torpaq sahələri ayıra bilərlər. 24-cü maddəsinə əsasən, kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur. ... Torpaqdan müvəqqəti istifadə hüququ Azərbaycan SSR Nazirlər Soveti tərəfindən müəyyən edilən forma üzrə şəhadətnamə ilə təsdiq olunur. 25-ci maddəsinə əsasən, torpaqdan müddətsiz (daimi) istifadə hüququ barədə dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin ərazisində yerləşirsə, həmin icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara.... habelə vətəndaşlara verilir. 26-cı maddəsinə əsasən, verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. 73-cü maddəsinə əsasən, kolxoza dövlət aktı əsasında müddətsiz (həmişəlik) istifadəyə verilən torpaqlar ictimai istifadədə olan torpaqlardan və həyətyanı torpaqlardan ibarətdir. 74-cü maddəsinə əsasən, həyətyanı torpaqlardan kolxozçu həyətlərinə, kolxoz ərazisində yaşayan fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara həyətyanı torpaq sahələri verilməsi üçün istifadə edilir. 75-ci maddəsinə əsasən, kolxozçu həyətlərinə kolxoz Nizamnaməsində nəzərdə tutulan normalarda torpaq sahələri verilməsi üçün həyətyanı torpaqlar çatışmadıqda, həyətyanı torpaqlar sahəsinin ictimai istifadədə olan torpaqların hesabına, kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının Azərbaycan SSR Nazirlər Soveti tərəfindən təsdiqedilən qərarı ilə artırmağa yol verilir. 91-ci maddəsinə əsasən, kolxozçu həyətinin həyətyanı torpaq sahəsi yanında ən çoxu 0,2 hektar istifadəsiz torpaq sahəsi olduqda, .... bu sahə hansı kolxozçu həyətinin həyətyanı sahəsinin yanında yerləşirsə, yardımçı kənd təsərrüfatı üçün həmin kolxozçu həyətinə verilə bilər. Belə hallarda həyətyanı sahənin ölçüsü kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillər yığıncağının rayon zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilən qərarı əsasında artırılır. Tədqiq olunan İmişli rayon M.B.Qasımov adına kolxozun İdarə Heyətinin 30 may 1989-cu il tarixli, 05 №-li iclas protokolu qəbul edilən zaman qüvvədə olmuş yuxarıda sadalanan maddi hüququ normalarının tələblərindən göründüyü kimi, kolxozların daimi istifadəsində olan həyətyanı torpaq sahələrinin kolxozçu həyətinə verilməsi kolxoz üzvlərinin ümumi yığıncağının həmin kolxozun yerləşdiyi rayon və ya şəhərin zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilən qərarı əsasında həyata keçirilə bilər. Qeyd edilən qanunvericilik normalarının imperativ tələbinə görə torpaqdan istifadə hüququ müvafiq zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilən torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktı ilə təsdiq olunur. Eləcə də, belə sənəd verilməmişdirsə həmin sahədən istifadəyə başlamaq qadağan olunmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən kolxoz üzvlərinin ümumi yığıncağının həmin kolxozun yerləşdiyi rayon və ya şəhərin zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilən qərarı məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin sorğusuna yerli icra hakimiyyətindən, reyestr və arxiv idarələrindən verilmiş cavablara əsasən isə adı çəkilən sənədlərə dair məlumatların həmin təşkilatlarda mövcud olmadığı bildirilmişdir. Məhkəmə, cavabdeh tərəfindən sübut qismində təqdim olunmuş mübahisəli torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun cavabdehin adına qeydiyyata alınması haqqında “Qeydiyyat vəsiqəsi”nə hüquqi qiymət verərək müəyyən edir ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən, arxiv materialları üzrə aparılmış axtarışın nəticəsi olaraq Cavabdeh məxsus olan “Məzar daşı sexi”nə aid olan “Texniki pasport”un verilməsinə əsas olan ilkin sənədlər barəsində məlumat aşkar edilməmişdir. Məhkəmə, cavabdeh tərəfindən təqdim olunmuş, onun mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlərin tədqiqinə dair araşdırmanın nəticələrini ümumiləşdirərək bu qənaətə gəlir ki, həmin sənədlər mənşəyi, forma və məzmunları və aidiyyəti nəzərə alınmaqla mötəbər sübut vasitələri kimi qəbul edilə bilinmədikləri üçün cavabdehin mübahisəli torpaq sahəsi üzərində hüquqlarının müəyyən və təsbit edilməsində nəzərə alına bilməzlər. Məhkəmə hesab edir ki, baxılan işin digər mübahisəli halını təşkil edən tərəflərin faktiki istifadələrində olan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən bu sahədə ixtisaslaşmış mütəxəssislərin müvafiq rəyinin alınması, daha sonra isə işdə mövcud olan sənədlər və digər sübutların qiymətləndirilməsi yolu ilə aşkara çıxarıla bilər. Belə ki, iddiaçı istifadə hüququ ilə ona məxsus olan 0,50 ha ölçüdə torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini və orada qanunsuz tikili inşa etdiyini, cavabdeh isə istifadə etdiyi torpaq sahəsi ilə iddiaçının istifadəsində olan torpaq sahələrinin başqa-başqa yerlərdə yerləşdiyinə görə üst-üstə düşmədiyini iddia edirlər. Məhkəmə qeyd edir ki, işdə olan məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/4556 saylı, xx.xx.2023-cü il tarixli və 3-16-16/2-10/3365 saylı, xx.xx.2024-cü tarixli rəyləri ilə, tərəflərin faktiki yerləşdikləri ərazinin yerquruluşu sənədlərində göstərilən ərazi ilə eynilik təşkil etdiyi, İmişli rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarına əsasən, ’‘Kilim” X12 ayrılmış 0.50 ha torpaq sahəsinə müdaxilə olunmaqla 0.10 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Göründüyü kimi, mübahisənin xüsusi bilik tələb edən xüsusatı ilə bağlı ekspert tərəfindən müvafiq rəy verilmişdir. Ekspertizanın nəticəsinə dair rəyin mötəbərliliyi cavabdeh tərəfindən mübahisələndirildiyinə görə, rəy məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, rəy Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən hazırlanmış mütəxəssis rəyi əsasında verilmişdir. Mütəxəssislər tərəfindən araşdırma aparılarkən mövcud kadastr və reyestr məlumatlarına əsasən tərtib edilmiş mübahisəli torpaq sahələrinin “Yerquruluşu planı”ndan istifadə edilmişdir. Məhkəmə, ekspert rəylərini (mütəxəssi rəyi ilə birlikdə) işdə olan digər sübut əhəmiyyətli materiallarla birgə qiymətləndirərək hesab edir ki, rəylər mövcud qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılaraq tam və obyektiv şəkildə hazırlanmışdır. Ekspert rəylərinin mötəbərliliyini şübhə altına ala biləcək xüsuslar məhkəmə tərəfindən müəyyən edilmədiyi kimi, cavabdeh tərəfindən də ekspert rəylərini şübhə altına alan sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, təqdim olunmuş ekspert rəyləri mötəbər və yetərli sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə yuxarıda şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, iddia tələbi həm təyin edilmiş ekspertizanın nəticələrinə dair rəylərlə, həm də işdə olan digər sənədlərlə öz təsdiqini tapdığına görə əsaslı hesab edilməlidir və iddiaçının hazırki tələblə çıxış etməsi üçün müvafiq subyektiv hüquqa malik olması təsbit edilməlidir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı torpaq sahəsinin istifadəçisi statusundan irəli gələn qanuni əsaslarla istifadəsində olan torpaq sahəsini digər şəxslərin qanunsuz müdaxilələrindən qorumaq və bununla əlaqədar hüquq müdafiə vasitələrindən istifadə etmək hüququna malik olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1 və 158.1.2-ci maddələrinə əsasən, əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (1). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (2). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (3). Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ’‘Kilim” X9 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə, iddia tələbini qismən təmin edərək nəzərə alır ki, işdə olan ekspert rəyinə əsasən zəbt edilmiş torpaq sahəsinin ölçüsü 0,10 hektar təşkil edir. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5).
Nəticə hissəsi:
Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia ərizəsi qismən təmin edilsin. İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və xx.xx.1991-ci il tarixli 277 nömrəli qərarına əsasən İddiaçı1nə ayrılmış 0,50 ha torpaq sahəsinin 0,10 ha hissəsindən Cavabdeh çıxarılsın, həmin ərazidə inşa edilmiş tikililər Cavabdeh tərəfindən sökülsün və ərazi ilkin vəziyyətə gətirilərək İddiaçı1nə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zaur Abbasov