Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-792/2024 25.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.862 (iyirmi min səkkiz yüz altmış iki) manat pul məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə satış xidmətlərinin göstərilməsi haqqında 044/21 saylı müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh İddiaçı MMC-dən satış üçün nəzərdə tutulan malları (müxtəlif adda və çeşiddə gübrələr) təhvil alaraq, onların satışını həyata keçirməli idi. Müqaviləyə uyğun olaraq, ona müxtəlif dövrlərdə, müxtəlif adda və çeşiddə gübrələr mallar təhvil verilmişdir. Cavabdeh təhvil aldığı malların dəyərinin tam olaraq vaxtında İddiaçı MMC-ə ödənilməsi üçümn əsuliyyət daşısa da, təhvil aldığı malların dəyərindən – 20.862 (iyirmi min səkkiz yüz altmış iki) manat pul məbləğini bu günə kimi ödəməmişdir. Həmin pulun ödənilməsi ilə bağlı ona dəfələrlə həm şifahi, həm də rəsmi müraciət edilməsinə baxmayaraq, pulun ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə tərəfimizdən məhkəməyə müraciət edilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsi ilə müəyyən olunmuş qaydada və müddətdə məhkəməyə iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AGR 044/21 saylı satış xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı MMC (“İcraçı”) və Cavabdeh (“Sifarişçi”) arasında “satış xidmətinin göstərilməsinə dair müqavilə” bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi” satış xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada satış xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən Xidmət aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair elektron qaimədə qeyd edilir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən hazırki Müqavilə üzrə hesablaşmalar nağdsız qaydada bank hesabına köçürmə yolu ilə həyata keçirilir. İş materiallarında olan qaimə fakturalardan, aktlardan görünür ki, Cavabdeh İddiaçı MMC-dən müqavilədə nəzərdə tutulan malları (gübrə) təhvil almışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli yazılı izahatından görünür ki, anbarında sayım olub və kəsir çıxmışdır. Noyabr ayının 30-na (2021-ci il) kimi ödəyəcəyini bildirmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh malları təhvil almışdır. Üzləşmə aktı tərəflərin imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh iltizam verərək xx.xx.2022-ci il tarixinə İddiaçı MMC-yə 20.862 manat borcunun qaldığını bildirmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya (xəbərdarlıq) məktubu göndərmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulan malları (gübrə) satış məqsədilə təhvil verdiyi işin mübahisəsiz halını təşkil edir. Belə ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli, AGR 044/21 saylı müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən satış xidmətlərini həyta keçirmək məqsədilə müqavilədə nəzərdə tutulan malları (gübrə) təhvil almışır. Nəticədə, iddiaçı satış xidmətlərinin göstərilməsini sifariş verib cavabdehə razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada satış xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən görülmüş işlərlə bağlı götürülmüş öhdəlik tam şəkildə yerinə yetirilməmişdir. Bundan əlavə, Cavabdeh xx.xx.2021-ci il tarixində yazılı izahat verərək anbarında sayım olduğunu və kəsir çıxdığını, habelə noyabr ayının 30-na (2021-ci il) kimi borcunun ödəyəcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında komissiya müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh iddiaçının tapşırığı ilə muzd müqabilində öz adından, lakin iddiaçının hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 808.1-ci maddəsinə görə komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur. Həmin Məcəllənin 809.1-ci maddəsinə əsasən komisyonçu tapşırılmış işi vicdanla aparmalı və komitentin mənafelərini qorumalıdır. Qeyd olunan Məcəllənin 809.3-cü maddəsinə görə komisyonçu öz işlərinin gedişi, o cümlədən komisyon tapşırığının icrası gedişi barəsində komitentə məlumat verməlidir. Həmin Məcəllənin 810.1-ci maddəsinə əsasən komisyonçu komitentin göstərişlərinə əməl etməli, o cümlədən qiymətlərin limitini gözləməlidir. Həmin Məcəllənin 813-cü maddəsinə görə komisyonçu saxlamağa götürdüyü malın itməsi və zədələnməsi üçün, əgər qarşısıalınmaz qüvvə ilə bağlı hallar yoxdursa, məsuliyyət daşıyır. Qeyd olunan Məcəllənin 819.2-ci maddəsinə əsasən komisyonçu komissiya müqaviləsinin icrasından əldə etdiklərinin hamısını komitentə verməyə borcludur. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında üzləşmə aktı imzalanmışdır. Həmin akt tərəflərin imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, cavabdeh iddiaçıya 20.862 manat məbləğində borcunun olduğunu üzləşmə aktı ilə də etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsas borca münasibətdə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 153 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 20.862 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi 153 manat olmaqla, ümumilikdə 21.015 (iyirmi bir min on beş) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-792/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-792/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver