Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-80/2024 13.06.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı – icarə müqaviləsinin ləğv edilməsi, istifadə hüququna xitam verilməsi və s. tələbləri barəsində iddiaya dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – İddiaçı başçısının xx.xx.2011-ci il tarixli, 55 saylı sərəncamı əsasında Avşar sakini Cavabdeh verilmiş, torpaqdan istifadə hüququna dair icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, torpaq üzərində tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə gətirilməsi, ödənilməmiş 159 manat icarə haqqı da daxil olmaqla hesablama günündən başlayaraq hər gün üçün 0,2% dayanıqsızlıq icarə haqqının dövlət büdcəsinə ödənilməsi və torpaqdan çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə yerquluşu və məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuş, rəylər alınanadək iş üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə elektron poçt vasitəsi ilə müraciət edərək, İddiaçı tərəfindən Cavabdeh qarşı qaldırdıqları iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İddiaçının ərizəsinə qiymət verilməsi üçün məhkəmə tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə müraciət olunaraq e- 2-2(121)-80/2024 saylı işin geri qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Teymur Məmmədovun xx.xx.2024-cü il tarixdə e-2-2(121)-80/2024 saylı iş üzrə təyin edilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının aparılmasından imtina etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1107 saylı məktubu ilə iş məhkəməyə geri qaytarılmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-80/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnərək, işə məhkəmə baxış iclasında baxılması xx.xx.2024-cü il tarixə, saat, 15:45-ə təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh(lər) isə məhkəmə iclasında iştirak etməyərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiy(klər)indən, mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı – icarə müqaviləsinin ləğv edilməsi, istifadə hüququna xitam verilməsi və s. tələbləri barəsində iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-80/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-80/2024
13.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver