Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-937/2023 25.07.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci il 26 aprel tarixli 09/01233 nömrəli operativ lizinq müqaviləsinə əsasən yaranmış 1.500 manat məbləğində borcun və 60 manat mediasiya xərci olmaqla, cəmi 1.560 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin icraatına qəbul edilmiş və məhkəmə hazırlıq iclası 15 may 2023-cü il tarixə saat 10:40-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Tərəflərin məhkəmə iclasında iştiraklarının təmin edilməsi məqsədi ilə iş üzrə məhkəmə hazırlıq iclası 13 iyun 2023-cü il tarixə saat 11:30-a təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Cavabdehin məhkəmə iclasında iştirakının təmin olunması məqsədi ilə iş üzrə məhkəmənin hazırlıq iclası 05 iyul 2023-cü il tarixə saat 12:00-a təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə baxış iclası 25 iyul 2023-cü il tarixinə saat 12:00-a təyin edilmiş və bu barədə qərardad, məhkəmə bildirişi tərəflərə rəsmi qaydada təqdim olunmuşdur. Lakin tərəflər məhkəmənin baxış iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək məhkəmə iclasının təxirə salınması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmasına baxmayaraq tərəflər məhkəmə iclaslarına gəlməkdən yayınmaqla işin lüzumsuz şəkildə uzadılmasına səbəb olmuşlar. 25 iyul 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər yenə də gəlməmişlər, iddiaçının nümayəndəsi isə elektron ərizə ilə məhkəməyə müraciət edərək növbəti dəfə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185ci maddəsinin tələblərinə görə, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar (185.1), işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır (185.2), əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır (185.3), tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir (185.4). Göründüyü kimi, qeyd edilən prosessual hüquq normalarının tələblərinə görə işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə borcludurlar. Yalnız tərəflərin məhkəmə iclasına gəlməmələri ilə əlaqədar üzürlü səbəblər olduqda məhkəmə işə baxılmasını təxirə sala bilər. Bu zaman gəlməyən tərəf məhkəmə iclasına gəlməməyinin səbəblərinin üzürlü olması barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Baxılan işdə cavabdeh heç bir üzürlü səbəb göstərmədən iclasa gəlməmiş, iddiaçının nümayəndəsi isə bir neçə dəfə ərizə verərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, bunu işlərin çoxluğu ilə əsaslandırmağa çalışmışdır. O da qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsi işə onların iştirakı olmadan baxılmasını deyil, məhkəmə iclasının təxirə salınmasını növbəti dəfə xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işlərin çoxluğu məhkəmə iclasının təxir edilməsi üçün üzürlü səbəb təşkil edə bilməz. Nəzərə alınanda ki, iddiaçı hüquqi şəxsdir və artıq hazırki işdə bir dəfə başqa nümayəndə ilə təmsil olunmuşdur, bu halda iddiaçının digər nümayəndəsinin işlərin çoxluğunu əsas gətirərək məhkəmə iclasının təkrar təxirə salınmasını xahiş etməsi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-937/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-937/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver