Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-938/2023 17.11.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – xx.xx.2020-ci il tarixli, 09/00291 saylı operativ lizinq müqaviləsinə əsasən 4.000 manat borcun və 60 manat mediasiya xərcinin, cəmi 4.060 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 09/00291 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 09/00291 nömrəli operativ lizinq müqaviləsinə əsasən 4.500 manat öhdəlikdən 500 manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 4.000 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 2.2.4-cü maddəsinə görə texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının MM-nin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin göstərdi ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 09/00291 nömrəli, xx.xx.2020-ci müqavilənin, onun əsasında imzalanmış təhvil-təslim aktının və iltizamın əsilləri onlarda yoxdur. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə hazırlıq iclaslarında iştirak edərək, iddiaya etiraz etmiş və göstərmişdir ki, 09/00291 nömrəli, xx.xx.2020-cil tarixli müqavilədəki və onun əsasında imzalanmış təhvil-təslim aktındakı və iltizamdakı imzalar ona məxsus deyildir. Belə ki, "xxxx" ASC ilə onun arasında müqavilə bağlanmamışdır. O, əvvəllər həmin idarədə işləsə də, hazırda başqa iş yerində işləyir. Odur ki, İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunan müqavilə, təhvil-təslim aktı və digər sənədlərdəki imzalar ona məxsus deyildir. Buna görə də iddiaçı qarşısında hər hansı öhdəliyi yoxdur. Buna görə də, iddianın rədd edilməsini xahiş etmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərin surətlərindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 09/00291 saylı xx.xx.2020-ci il tarixli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən (SR-2045 markalı taxılyığan kombayn) kənd təsərrüfatı texnikasını mülkiyyət hüququ istifadəçiyə keçməməsi şərti ilə istifadəyə verilmişdir. Həmin müqavilə əsasında "xxxx" ASC ilə cavabdeh arasında lizinq obyektinin təhvil-təsliminə dair xx.xx.2020-ci il tarixdə akt imzalanmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, yaranmış borcun yaranmışdır qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqavilə(lər)si üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan maliyyə arayışın surətindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 09/00291 nömrəli müqavilə üzrə 4.000 manat gecikdirilmiş borcu vardır. İş materiallarında olan məhkəmə qərardadı əsasında təyin edilmiş məhkəməxəttşünaslıq ekspertizasının 4/1445 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 8-11-ci vərəqələrində "xxxx" ASC ilə Cavabdeh adlarından olan xx.xx.2020-ci il tarixli "xxxx" ASC-yə məxsus “kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilənin kserosurətinin 1-3-cü vərəqələrini aşağı hissəsində əks olunmuş imzaların, 4-cü vərəqində ““LİZİNQ ALAN İSTİFADƏÇİSİ” Cavabdeh” qrafasında və həmin vərəqin aşağı hissəsində əks olunmuş imzaların, 12-ci vərəqində olan xx.xx.2020-ci il taixli aktın kserosurətində “Təhvil aldı:” qrafasında, “AKT-ın doğruluğuna imza edirik:” hissəsində “3.” rəqəmi qarşısındakı və aktın aşağı hissəsində əks olunmuş imzaların, 13-cü vərəqində xx.xx.2020-ci il tarixli olan iltizamın kserosurətində əks olunmuş “интизмы мəним созумлə jазылыб ичадан оxyдyм ез имзамла тəcдиг eдирəм” yazıları qarşısındakı imzanın, “İmza:” qrafasında əks olunmuş imzanın və iltizamın aşağı hissəsində əks olunmuş imzanın - eyni bir şəxs tərəfindən və ya Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Həmin ekspert rəyinin “tədqiqat prosesinin təsviri” hissəsindən görünür ki, tədqiq olunan imzaları öz aralarında və Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan sənədlər kserosurət olduğundan, imzaların tam əks olunmaması, hərəkətin başlanğıc və bitmə hissələrinin izləməyin mümkün olmaması, həmçinin Cavabdeh xətt və imza nümunələrində həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması səbəblərindən müqayisəedici tədqiqat zamanı imkan vermir ki, müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatın seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzaların eyni bir şəxs tərəfindən və ya Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Göründüyü kimi, iddiaçı iddiasının əsası kimi cavabdehlə onun arasında müqavilənin bağlanmasına istinad etmiş olsa da, təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə həmin müqavilənin cavabdeh tərəfindən icra olunmasını sənədlərin kserosurət olması (yəni, sənədlərin əslinin iddiaçı tərəfindən təqdim edilməməsi) səbəbindən müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göstərilən qanunvericilik aktı normasına və sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh sənədlərdəki imzaların ona məxsus olmamasına və iddiaçı qarşısında hər hansı öhdəliyinin olmamasına istinad etdiyindən, bu halın müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsinə baxmayaraq sənədlərin əslinin iddiaçı tərəfindən ekspertizaya təqdim edilməməsi, ekspertizanın keçirilməsinə mane olması kimi qiymətləndirilərək, iddia rədd edilməlidir. Ona görə ki, qeyd edilən müqavilənin, həmçinin aktın və iltizamın başqa şəxs deyil, məhz cavabdeh tərəfindən imzalanması işin hər hansı başqa halı ilə müəyyən olunmadığından, məhkəmə ekspert rəyini sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, qeyd edilən müqavilə, akt və iltizam cavabdeh tərəfindən imzalanmasını müəyyən etmək mümkün olmadığından, tərəflər arasında müqavilə bağlanmamışdır. Tərəflər arasında müqavilə bağlanmadığından, tərəflərin biri-digəri qarşısında göstərilən müqavilədən irəli gələn vəzifələrin daşıyıcıları deyildirlər. Odur ki, iddiaçının cavabdehdən vəzifələrinin icrasını tələb etmək hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Sözügedən Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Yenə həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi, bir qayda olaraq müqavilədən əmələ gələn öhdəliklər müqavilə bağlandığı andan yaranır. Müqavilənin yazılı bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalamasıdır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən müqavilənin cavabdeh tərəfindən icra olunmasını müəyyən etmək mümkün olmadığından, bununla da tərəflər arasında müqavilə bağlanması müəyyən olunmadığından, cavabdehin iddiaçı qarşısında göstərilən müqavilədən irəli gələn hər hansı bir öhdəliyi yaranmamışdır. Odur ki, iddia tələbi borcun cavabdehdən tutulmasına dair hissədə əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbi “09/00291 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 4.000 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsində həmçinin ona görə rədd edilməlidir ki, qeyd edilən müqavilənin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Qeyd edilən Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Göstərilən Məcəllənin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə eyni zamanda iddianın 60 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, 60 manat məbləğində mediasiya xərci iddiaçıya aid edilməlidir. Buna görə də iddianın mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatlarının dəyəri 126 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olaraq 126 manat məbləğində pul vəsaiti də iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı ASC-nin Cavabdeh qarşı – 09/00291 saylı, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 4000 manat borcun, 60 manat mediasiya xərcinin, cəmi 4060 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barəsində iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 126 manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-938/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-938/2023
17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver