Məhkəmə qərarları › İş №e-2-2(123)-13/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-13/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-13/2025 10.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC 23 sentyabr 2024-cü il tarixdə elektron qaydada kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 3162,18 manat (üç min yüz altmış iki manat on səkkiz qəpik) ödənilməmiş borc məbləğinin və ödənilmiş 51,62 (əlli bir manat altmış iki qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC (Əvvəlki adı Gəmiqaya X2 Bakı satış Mərkəzi MMC) arasında imzalanmış 26 may 2016-cı il tarixli, 1393/1 saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçının cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdehin isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinə götürdüyünü, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilmədiyini, təqdim edilmiş hesablar üzrə ödənişlərin həyata keçirilmədiyini, 26 may 2016-cı il tarixli, 1393/1 saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqavilənin 3.1-ci bəndinə görə koporativ abunəçinin (cavabdehin) təqdim edilmiş xidmətlərə görə ödənişləri vaxtı-vaxtında həyata keçirməli olduğu halda, müqavilənin həmin şərtinin tələbini pozduğunu, hal-hazırda cavabdehin İddiaçı MMC-yə 3162,18 manat (üç min yüz altmış iki manat on səkkiz qəpik) ödənilməmiş borcu qaldığını bildirərək ərizəsini əsaslandırmışdır. Cavabdeh LG Bakı” MMC (Əvvəlki adı Gəmiqaya X2 Bakı satış Mərkəzi MMC) 03 oktyabr 2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə (əvvəlki adı: Gəmiqaya X2 "xxxx" MMC) qarşı Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə iddia ilə müraciət edərək 3162.18 (üç min yüz altmış iki manat 18 qəpik) manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 51.62 (əlli bir manat 62 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini, iddiaçının ərizəsinin əsassız olduğunu, onun təmin edilə bilməyəcəyini hesab etdiyini, iddiaçının göstərdiyinə görə "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 26 may 2016-cı il tarixli 1393/1 saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqavilə üzrə üzərinə düşən öhdəlikləri cavabdehin yerinə yetirmədiyini, sözügedən müqavilənin 3.1-ci bəndinə görə koporativ abunəçinin (cavabdeh) təqdim edilmiş xidmətlərə görə ödənişləri vaxtı-vaxtında həyata keçirməli olduğu halda, müqavilənin həmin şərtinin tələbini pozduğunu, bununla da cavabdehin İddiaçı MMCyə 3162.18 (üç min yüz altmış iki manat 18 qəpik) manat borcunun qaldığını, 23 sentyabr 2023-cü il tarixdə "xxxx" MMC-nin mülkiyyətçisinin dəyişdiyini, korporativ abunəçi tərəfindən istifadə olunan nömrələrin əksəriyyətinin inistifadəsiz qaldığını, faktiki xidmətlərin müqabilində cavabdehə vurulmuş elektron qaimələr əsasında İddiaçı MMC-yə ödənişləri vaxtı-vaxtında apardığını, iddiaçının mübahisə olunan 3162.18 (üç min yüz altmış iki manat 18 qəpik) manat borcun hansı nömrələr əsasında nə zaman yarandığını qeyd etmədiyini və həmin məbləğə dair cavabdehə elektron qaimə vurmadığını, iddiaçının təqdim etdiyi hesab-fakturanın birtərəfli qayada tərtib edildiyini və cavabdehlə razılaşdırılmadığını, iddiaçı tərəfindən sübut kimi təqdim olunan seriya EBDD seriyalı 402684 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ödəniş 184949 nömrəli ödəniş tapşırığı ilə 08 may 2023-cü il tarixdə, seriya EBDF seriyalı 148552 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ödəniş 186133 nömrəli ödəniş tapşırığı ilə 12 may 2023-cü il tarixdə, seriya EBDD seriyalı 217549 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ödəniş 186132 nömrəli ödəniş tapşırığı ilə 12 may 2023-cü il tarixdə, seriya EBDB seriyalı 705122 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ödəniş 174828 nömrəli ödəniş tapşırığı ilə 17 mart 2023-cü il tarixdə İddiaçı MMC-nin hesabına ödənildiyini, qeyd olunan elektron qaimələr üzrə 2838.82 (iki min səkkiz yüz otuz səkkiz manat 82 qəpik) manat xidmət haqqı, 511.01 (beş yüz on bir manat 01 qəpik) manat isə ƏDV ödənildiyini, iddiaçının 26 may 2016-cı il tarixli 1393/1 saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqavilənin 2.2.2-ci maddəsinin tələbinə görə “Şirkət Gold nömrələrdən hər hans biri 2 ay ərzində korporativ abunəçi tərəfindən istifadə edilmədikdə istifadə olunmayan Gold nömrəni geri almaq və geri alınmış nömrələri korporativ abunəçiyə xəbərdarlıq etmədən başqa şəxsin istifadəsinə verməlidir” bəndindən, həmçinin 2.2.3 və 2.2.4-cü maddələrində qeyd edilən hüquqlarından istifadə etməməsinin sui istifadə halı olduğunu və korporativ abunəçini maddi ziyana uğratmaq niyyətində olduğunu, İddiaçı MMC-nin iddiasının əsassız olduğunu və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin “03” oktyabr 2024-cü il tarixli, e-2-2(123)-516/2024 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə (Əvvəlki adı Gəmiqaya X2 Bakı satış Mərkəzi MMC) qarşı borc tələbi barədə kiçik iddialara dair işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 28 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciə edərək Cavabdeh MMC-dən 3162,18 manat (üç min yüz altmış iki manat 18 qəpik) ödənilməmiş borc məbləğinin, ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun və 325 (üç yüz iyirmi beş) manat vəkilə ödənilmiş haqqın tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaya “Cavabdeh MMC-dən 3162,18 manat (üç min yüz altmış iki manat 18 qəpik) ödənilməmiş borc məbləğinin, ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun və 325 (üç yüz iyirmi beş) manat vəkilə ödənilmiş haqqın tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi” tələbi həddində baxılmasını qərara almışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında iddia ərizəsinə sənədlər əlavə olunduğunu, elektron qaimələrin və maliyyə cədvəlinin də əlavə olunduğunu, çünki cavabdehin etirazında borcun hansı nömərlərə və xidmətlərə əsasən yaranmasını mübahisəli olduğunu bildirdiyini, maliyyə arayışına çıxarışın da əlavə olunduğunu, borcun hansı nömrələrə və xidmətlərə əsasən yarandığının öz əksini tapdığını, qarşı tərəfin ödənişlər olduğunu bildirdiyini ancaq ödəniş tapşırıqlarını görmədiyini, ödəniş tapşırıqları varsa təqdim etmələrini, o məsələni yenidən araşdıracaqlarını, bəlkə borcun o elektron qaiməyə görə deyil, başqa borc olduğunu, ancaq onun elektron kabinetdə ödəniş tapşırıqlarını görmədiyini, müqavilənin 2.2.2-ci maddəsində nəzərdə tutulan halın tam olaraq ele olmadığını, orada göstərilən halın da onların vəzifəsi deyil, hüququ olduğunu, həmin nömrələrin aktivliyinin aydınlaşdırıla biləcəyini, çünki orada çox nömrə olduğunu, aktiv nömrələrdə olduğunu, aktiv olmayan nömrələr də olduğunu, cavabdeh təşkilatın təkcə adının dəyişildiyini, şirkətə qoşulma olmadığını, təsisçinin dəyişdiyini, bunun da onu öhdəlikdən azad etmədiyini, müqavilənin bildiyi qədəri ilə hazır-hazırda qüvvədə olduğunu, o nömrələr üzrə müəyyən ödənişlər də olduğunu bildirmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 10 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət etmişdir. Ərizədə İddiaçı MMC Cavabdeh MMC–yə (Əvvəlki adı “Gəmiqaya” X2 Bakı Satış Mərkəzi” qarşı “pul “tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 3162,18 manat (üç min yüz altmış iki manat on səkkiz qəpik) ödənilməmiş borc məbləğinin və ödənilmiş 51,62 (əlli bir manat altmış iki qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmək istəyirik ki, iddia ərizəsi verildikdən sonra cavabdehin istifadəsində olan nömrələrdən biri üzrə 2 manat ödəniş edilmiş və 2024-cü ilin dekabr ayı üzrə cəmi borc 3160,18 manat (üç min yüz altmış manat on səkkiz qəpik) təşkil edir. Əlavə olaraq bildirmək istəyirik ki, İddiaçı MMC hüquqlarını məhkəmədə müdafiə etmək üçün 21 saylı vəkil bürosuna müraciət edərək Vəkil2 ilə xx.xx.2024-cü il tarixli, EM-775VK-10887/24 saylı müqavilə bağlamış və 325 (üç yüz iyirmi beş) manat pul ödəmişdir. Hesab edirik ki, həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Bütün bunları nəzərə alaraq, cavabdeh "xxxx" MMC-dən 3160,18 manat (üç min yüz altmış manat on səkkiz qəpik) ödənilməmiş borc məbləğinin, ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun və 325 (üç yüz iyirmi beş) manat vəkilə ödənilmiş haqqın tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edirik göstərilmişdir. Həmçinin iddiaçının vəkili və nümayəndəsi Vəkil2 10 dekabr 2024-cü il tarixdə məhkəməyə mülahizə göndərmişdir. Mülahizədə iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə (Əvvəlki adı "Gəmiqaya" X2 Bakı Satış Mərkəzi" qarşı "pul "tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 3162,18 manat (üç min yüz altmış iki manat on səkkiz qəpik) ödənilməmiş borc məbləğinin və ödənilmiş 51,62 (əlli bir manat altmış iki qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz təqdim edilmiş və etirazda göstərilmişdir ki, 23 sentyabr 2023cü il tarixdə cavabdeh "xxxx" MMC-nin mülkiyyətçisi dəyişmiş və korporativ nömrələrin əksəriyyəti istifadəsiz qalmışdır. Bundan əlavə etirazda göstərilir ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələr əsasmda borc məbləği tam şəkildə ödənilmişdir. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı ilə razı deyilik. İlk öncə bildirmək istəyirik ki, cavabdeh "xxxx" MMC-nin mülkiyyətçisi dəyişməsi nömrələrdən istifadə edilməməsi anlamına gəlmir. Belə ki, tərəfimizdən məhkəməyə maliyyə arayışı təqdim edilmiş və həmin arayışda nömrələrin hansı dövrü əhatə etməsi və hansı nömrələr üzrə yaranması barədə məlumatlar əks olunmuşdur. Həmin məlumatlardan görünür ki, borc məbləği 2022-2023- cü illəri və 2023-cü ilin sentyabr ayına kimi olan dövrü əhatə edir. Etirazın digər əsasları ilə bağlı bildirmək istəyirik ki, tərəflər arasında imzalanmış 26 may 2016-cı il tarixli, 1393/1 saylı "Mobil rabitə xidmətlərinin göstərilməsi haqqında" müqaviləyə görə iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinizə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə görə hazırki müqavilə üzrə şirkət (iddiaçı) korporativ abunəçiyə (cavabdeh) 167 (yüz altmış yeddi) ədəd qold nömrə təqdim edir. Müqavilə üzrə nömrələrin siyahısı 1 saylı əlavədə əks olunur, korporativ abunəçi həmin nömrələri öz işçilərinin istifadəsinə verir və korporativ təklif planına (2 saylı, 3 saylı, 4 saylı, 5 saylı və 6 saylı əlavə) uyğun olaraq xidmət haqqının vaxtında ödənilməsini təmin edir. Hazırki iş üzrə həqiqətən də iddiaçı tərəfindən cavabdehə göstərilən qaimələr göndərilmiş və həmin qaimələr üzrə cavabdeh tərəfindən ödənişlər edilmişdir. Lakin tərəfimizdən ətraflı araşdırma aparılan zaman müəyyən edilmişdir ki, hazırki iddia üzrə tələb olunan borc məbləğinin elektron qaimələrə görə yaranmış borc məbləği olmadığı müəyyən edilmişdir. Belə ki, cavabdehə təqdim edilmiş nömrələrin bir hissəsinə görə xidmət haqlarının faktiki istifadə edən şəxslər ("pay by subscriber") tərəfindən ödənildiyi, bir hissəsinin isə "xxxx" MMC (master account) tərəfindən ödənildiyi müəyyən edilmişdir. Cavabdehin təqdim etdiyi ödəniş tapşırıqlarında "master account" nömrələr üzrə ödənişlərin edilməsi əks olunur. Tərəfimizdən hazırki iddia ərizəsinə balans hesabatı əlavə edilir. Həmin hesabatdan da görünür ki, cavabdeh "master account" üzrə borcunu ödəmişdir. Lakin "pay by subscriber" nömrələri (cəmi 126 ədəd nömrə) üzrə isə ödənişlər tam həyata keçirilməmiş və 2024-cü ilin dekabr ayına 3160, 18 (üç min yüz altmış manat 18 qəpik) borc qalmışdır. Əlavə edirik ki, "pay by subscriber" nömrələrinin istifadəçiləri başqa şəxslər olsa belə, nömrələr cavabdeh hüquqi şəxsin adına olduğu üçün borca görə də məsuliyyət cavabdehin üzərinə düşür. Nömrələrin statusu (aktiv və ya deaktiv olması) ilə bağlı bildirmək istəyirik ki, həmin nömrələrin heç biri aktiv deyildir, onların bir hissəsi ləğv olunub (expired), bir hissəsi isə iki tərəfli bağlı (Block 2 way) statusundadır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bütün bunları nəzərə alaraq, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı "pul "tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edəsiniz göstərilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 28 dekabr 2024-cü il tarixdə məhkəməyə məlumatla müraciət etmişdir. Məlumatda iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə (Əvvəlki adı "Gəmiqaya" X2 Bakı Satış Mərkəzi" qarşı "pul "tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 3162,18 manat (üç min yüz altmış iki manat on səkkiz qəpik) ödənilməmiş borc məbləğinin və ödənilmiş 51,62 (əlli bir manat altmış iki qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmək istəyirik ki, həqiqətən də borc məbləği 2022- 2023-cü illəri və 2023-cü ilin sentyabr ayına kimi olan dövrü əhatə edir. Bu barədə təqdim etdiyimiz maliyyə arayışındakı məlumatları təsdiq edirik. İddia ərizəsi verildikdən sonra cavabdehin istifadəsində olan nömrələrdən biri üzrə 2 manat ödəniş etmişdir. Əvvəlki ərizədə 2024-cü ilin dekabr ayı üzrə borcun 3160,18 manat (üç min yüz altmış iki manat on səkkiz qəpik) təşkil etməsi göstərilmişdir. Bildiririk ki, həmin ərizədə 2 manat ödəniş edildikdən sonra qalıq borc məbləği göstərilmişdir. Hesab edirik ki, burada ziddiyyətli məsələ yoxdur. Bundan başqa, 2 manat ödəniş dilməsi barədə qəbz əlavə edilir. Xahiş edirik nəzərə alasınız göstərilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı tərəf iştirak etməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 28 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında verdiyi izahatında ödəniş tapşırıqlarını etirazla bərabər məhkəməyə göndərdiklərini, elektron kabinetdə olduğunu, iddiaçının elektron qaimə təqdim edib pulların ödənilmədiyini dediyini, onların da ödəniş tapşırıqlarını təqdim edib pulun ödənildiyini göstərdiklərini, elektron qaimələr üzrə ödəniş tapşırıqları olduğunu, ödəniş tapşırığında ödənişin təyinatı yerində həmin o elektron qaimənin seriya nömrəsinin yazıldığını, hansı elektron qaimə əsasında ödəniş olduğunun göstərildiyini, iddia tələbində göstərilə elektron qaimələr üzrə ödənişlərin həyata keçirildiyini, 2016-cı ilin müqaviləsinə nəzər yetirdikdə 2.2.3 və 2.2.4-cü maddələrdə 2 ay ardıcıl olaraq ödəniş aparılmırsa ona xitam verildiyinin o nömrələrin bağlanıldığının göstərildiyini, belə bir hərəkətin də qarşı tərəfdən edilmədiyini, bu hüququndan da istifadə etmədiyini, 2 və ya 3 üç ay ödəniş olunmamışdırsa Bakcell MMC-nin müqaviləyə niyə xitam vermədiyini, iddiaçı tərəfin bu hüquqdan istifadə etməməklə əsasız varlanma etdiyini, iddiaçı tərəfin təzadlı fikirlər irəli sürdüyünü, mülahizədə bu halların öz əksini tapdığını, borcun yaranması müddəti ilə əlaqədar fikir dəyişdiklərini, iddia tələbi üzrə təqdim etdikləri qaimələr üzrə cavabdeh təşkilat olaraq ödəniş etmələrinin sübutunu məhkəməyə təqdim etdiklərini, iddiaçı tərəfin bu halı mülahizələrində də təsdiq etdiklərini, lakin yenədə tələblərində qaldıqlarını, tələb olunan məbləği ödəməklərinin təsdiqi olaraq bankdan məktub da alıb məhkəməyə təqdim etdiklərini, digər bir ödəməni Kapital Bank vasitəsi ilə etdiklərini, banka müraciət etdikdə bankın şifahi olaraq onlara sənəddə Kapital Bank yazılıbsa artıq həmin pulun ödənilməsinin təsdiqi olduğunu bildirdiklərini, iddiaçı tərəfin tələbin əsasısı kimi təqdim etdikləri sübutlar əsasında borclu olmadıqlarına dair sübutları məhkəməyə təqdim etdiklərini, sübutları təqdim etdikdə hazırlıq iclaslarında fikirlərini əsaslandırdığın göstərərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş materiallarında olan: 26 may 2016-cı il tarixli, 1393/1 saylı “Mobil xidmətlərin göstərilməsinə dair” müqavilədən görünür ki, İddiaçı MMC ilə Gəmiqaya X2 "xxxx" MMC (indiki adı: "xxxx" MMC) arasında müqavilə bağlanılaraq müqaviləyə əsasən iddiaçı Bakcell” MMC cavabdeh Gəmiqaya X2 "xxxx" MMC-yə (indiki adı: "xxxx" MMC) mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh Gəmiqaya X2 "xxxx" MMC (indiki adı: "xxxx" MMC) isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinə götürmüşdür. 11 iyul 2024-cü il tarixli Hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən Gəmiqaya X2 "xxxx" MMC-yə göstərilmiş rabitə xidmətinin dəyəri 3162.18 manatdır. xx.xx.2023-cü il tarixli təsis payının alqı-satqı müqaviləsindən görünür ki, Gəmiqaya X2 "xxxx" MMC-nin nizamnamə kapitalında olan 200 manat dəyərində olan 0.004% payı alıcının mülkiyyətinə verilir, alıcı payı qəbul edir və bu razılaşmanın 2-ci bəndində nəzərdə tutulmuş məbləği satıcı(lar)a ödəyir. xx.xx.2023-cü il tarixli təsis payının alqı-satqı müqaviləsindən görünür ki, Gəmiqaya X2 "xxxx" MMC-nin nizamnamə kapitalında olan ******* manat dəyərində olan 99.996% payı ******* manata alıcının mülkiyyətinə verilir, alıcı isə payı qəbul edir və bu razılaşmanın 2-ci bəndində nəzərdə tutulmuş məbləği satıcı(lar)a ödəyir. 25 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olan maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında imzalanmış 26 may 2016-cı il tarixli, “Mobil xidmətlərin göstərilməsinə dair” müqavilə əsasında göstərilmiş xidmətlərdən istifadəyə görə 3162.18 (üç min yüz altmış iki manat 18 qəpik) manat borc məbləği yaranmışdır. xx.xx.2023-cü il tarixli, 705122 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 254.96 manat ƏDV daxil olmaqla yekunda 1671.39 (1416.43+254.96) manat məbləğində Rabitə Xidməti təqdim edilmişdir. 17 mart 2023-cü il tarixli, 174828 saylı ödəniş tapşırığından görünür ki, Gəmiqaya X2 "xxxx" MMC tərəfindən 705122 saylı elektron qaimə üzrə 1416.43 manat məbləğində pul İddiaçı MMC-yə ödənilmişdir. **********681732 saylı köçürülmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən EBDB 705122 saylı elektron qaimə üzrə 254.96 manat ƏDV İddiaçı MMC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 217549 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 5.69 manat ƏDV daxil olmaqla yekunda 37.25 (31.56+5.69) manat məbləğində Rabitə Xidməti təqdim edilmişdir. 12 may 2023-cü il tarixli, 186132 saylı ödəniş tapşırığından görünür ki, Gəmiqaya X2 "xxxx" MMC tərəfindən 217549 saylı elektron qaimə üzrə 31.56 manat məbləğində pul İddiaçı MMC-yə ödənilmişdir. **********980220 saylı köçürülmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən EBDD 217549 saylı elektron qaimə üzrə 5.69 manat ƏDV İddiaçı MMC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 402684 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 245.52 manat ƏDV daxil olmaqla yekunda 1609.49 (1363.97+245.52) manat məbləğində Rabitə Xidməti təqdim edilmişdir. 08 may 2023-cü il tarixli, 184949 saylı ödəniş tapşırığından görünür ki, Gəmiqaya X2 "xxxx" MMC tərəfindən 402684 saylı elektron qaimə üzrə 1363.97 manat məbləğində pul İddiaçı MMC-yə ödənilmişdir. **********947957 saylı köçürülmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən EBDD 402684 saylı elektron qaimə üzrə 245.52 manat ƏDV İddiaçı MMC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 148552 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 4.84 manat ƏDV daxil olmaqla yekunda 31.70 (26.86+4.84) manat məbləğində Rabitə Xidməti təqdim edilmişdir. 12 may 2023-cü il tarixli, 186133 saylı ödəniş tapşırığından görünür ki, Gəmiqaya X2 "xxxx" MMC tərəfindən 148552 saylı elektron qaimə üzrə 26.86 manat məbləğində pul İddiaçı MMC-yə ödənilmişdir. **********980299 saylı köçürülmənin aparılması haqqında bildirişdən görünür ki, LG Bakı” MMC tərəfindən EBDF 148552 saylı elektron qaimə üzrə 4.84 manat İddiaçı MMC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 342243 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 4.81 manat ƏDV daxil olmaqla yekunda 31.50 (26.69+4.81) manat məbləğində Rabitə Xidməti təqdim edilmişdir. 19 noyabr 2024-cü il tarixli, 211OPX1243242A44 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 342243 saylı elektron qaimə üzrə 26.69 manat məbləğində pul İddiaçı MMC-yə ödənilmişdir. **********729847 saylı köçürülmənin aparılması haqqında bildirişdən görünür ki, LG Bakı” MMC tərəfindən İddiaçı MMC-yə 4.81 manat ƏDV köçürülməsi həyata keçirilmişdir. 27 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş "xxxx" MMC-in "xxxx" MMC-nə ünvanladığı məktubdan məlum olur ki, 186133-26.86 manat, 186132-31.56 manat, 174828- 1416.43 manat, 184949-1363.97 manat "xxxx" MMC-nin hüquqi varisi olduğu, lisenziyası ləğv olunmuş "xxxx" ASC tərəfindən icra edilərək ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsaasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC (əvvəlki adı: Gəmiqaya X2 "xxxx" MMC) arasında “Mobil xidmətlərin göstərilməsinə dair” müqavilə bağlanılaraq hər iki tərəf üzərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşdür. İddiaçı MMC cavabdeh tərəfin həmin müqavilədən irəli gələn öhdəliyini yerinə yetirmədiyini iddia edib cavabdeh tərəfin borcunun olmasını təsdiq edəcək sənədlər təqdim edərək məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf bu halı təkzib etmək üçün mülki prosessual məcəllənin 77.1-ci maddəsinə əsasən etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək üçün elektron qaimələr üzrə ödənilmiş məbləğləri təsdiq edən ödəniş tapşırıqlarını və köçürülmənin aparılması haqqında bildirişləri məhkəməyə təqdim etmişdir. Həmin ödəniş tapşırıqlarına və köçürülmənin aparılması haqqında bildirişlərə nəzər yetirdikdə məlum olur ki, elektron qaimələr üzrə ödənişlər həyata keçirilmişdir. Belə ki, ödəniş tapşırıqlarında və köçürülmənin aparılması haqqında bildirişlərdə qeyd edilən məbləğlər iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim olunmuş elektron qaimələrdə göstərilən məbləğlərlə üst-üstə düşür. Belə ki, iddia ərizəsi verilərkən iddiaçı təşkilat tələb olunan məbləğin sübutu kimin 11 iyul 2024-cü il tarixli Hesab-fakturanı, xx.xx.2023-cü il tarixli, 705122 saylı elektron qaiməni, xx.xx.2023-cü il tarixli, 217549 saylı elektron qaiməni, xx.xx.2023-cü il tarixli, 402684 saylı elektron qaiməni, xx.xx.2023-cü il tarixli, 148552 saylı elektron qaiməni, xx.xx.2023-cü il tarixli, 342243 saylı elektron qaiməni təqdim etmişdir. Cavabdeh təşkilat isə təqdim olunan qaimələr üzrə xx.xx.2023-cü il tarixli, 705122 saylı elektron qaimə əsasında 17 mart 2023-cü il tarixli, 174828 saylı ödəniş tapşırığı ilə 1416.43 manat məbləğində pulun İddiaçı MMC-yə ödənilməsini, **********681732 saylı köçürülmənin aparılması haqqında bildirişlə "xxxx" MMC tərəfindən EBDB 705122 saylı elektron qaimə üzrə 254.96 manat ƏDV İddiaçı MMC-yə ödənilməsini, xx.xx.2023-cü il tarixli, 217549 saylı elektron qaimə əsasında 12 may 2023-cü il tarixli, 186132 saylı ödəniş tapşırığıilə 31.56 manat məbləğində pulun İddiaçı MMC-yə ödənilməsini, **********980220 saylı köçürülmənin aparılması haqqında bildirişlə "xxxx" MMC tərəfindən EBDD 217549 saylı elektron qaimə üzrə 5.69 manat ƏDV İddiaçı MMC-yə ödənilməsini, xx.xx.2023-cü il tarixli, 402684 saylı elektron qaimə əsasında 08 may 2023-cü il tarixli, 184949 saylı ödəniş tapşırığı ilə 1363.97 manat məbləğində pul İddiaçı MMC-yə ödənilməsini, **********947957 saylı köçürülmənin aparılması haqqında bildirişlə "xxxx" MMC tərəfindən EBDD 402684 saylı elektron qaimə üzrə 245.52 manat ƏDV İddiaçı MMC-yə ödənilməsini, xx.xx.2023-cü il tarixli, 148552 saylı elektron qaimə əsasında 12 may 2023-cü il tarixli, 186133 saylı ödəniş tapşırı ilə 26.86 manat məbləğində pulun İddiaçı MMC-yə ödənilməsini, **********980299 saylı köçürülmənin aparılması haqqında bildirişlə LG Bakı” MMC tərəfindən EBDF 148552 saylı elektron qaimə üzrə 4.84 manat İddiaçı MMC-yə ödənilməsini, xx.xx.2023-cü il tarixli, 342243 saylı elektron qaimə əsasında 19 noyabr 2024-cü il tarixli, 211OPX1243242A44 saylı ödəniş tapşırığı ilə "xxxx" MMC tərəfindən 342243 saylı elektron qaimə üzrə 26.69 manat məbləğində pul İddiaçı MMC-yə ödənilməsi, **********729847 saylı köçürülmənin aparılması haqqında bildirişlə LG Bakı” MMC tərəfindən İddiaçı MMC-yə 4.81 manat ƏDV köçürülməsi həyata keçirildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Həmçinin ödəmələrin icra olunmasının təsdiqi kimi "xxxx" MMC-in "xxxx" MMC-nə ünvanladığı 26 dekabr 2024-cü il tarixli 01/284 nömrəli məktubu təqdim etmişlər. Məktubdan 186133-26.86 manat, 186132-31.56 manat, 174828-1416.43 manat, 184949-1363.97 manat "xxxx" MMC-nin hüquqi varisi olduğu, lisenziyası ləğv olunmuş "xxxx" ASC tərəfindən icra edilərək ödənilməsi məlum olur. Məhkəmə iddiaçının nümayəndəsinin mülahizədə “hazırki iş üzrə həqiqətən də iddiaçı tərəfindən cavabdehə göstərilən qaimələr göndərilmiş və həmin qaimələr üzrə cavabdeh tərəfindən ödənişlər edilmişdir. Lakin tərəfimizdən ətraflı araşdırma aparılan zaman müəyyən edilmişdir ki, hazırki iddia üzrə tələb olunan borc məbləğinin elektron qaimələrə görə yaranmış borc məbləği olmadığı müəyyən edilmişdir. Belə ki, cavabdehə təqdim edilmiş nömrələrin bir hissəsinə görə xidmət haqlarının faktiki istifadə edən şəxslər ("pay by subscriber") tərəfindən ödənildiyi, bir hissəsinin isə "xxxx" MMC (master account) tərəfindən ödənildiyi müəyyən edilmişdir. Cavabdehin təqdim etdiyi ödəniş tapşırıqlarında "master account" nömrələr üzrə ödənişlərin edilməsi əks olunur. Tərəfimizdən hazırki iddia ərizəsinə balans hesabatı əlavə edilir. Həmin hesabatdan da görünür ki, cavabdeh "master account" üzrə borcunu ödəmişdir. Lakin "pay by subscriber" nömrələri (cəmi 126 ədəd nömrə) üzrə isə ödənişlər tam həyata keçirilməmiş və 2024-cü ilin dekabr ayına 3160,18 (üç min yüz altmış manat 18 qəpik) borc qalmışdır. Əlavə edirik ki, "pay by subscriber" nömrələrinin istifadəçiləri başqa şəxslər olsa belə, nömrələr cavabdeh hüquqi şəxsin adına olduğu üçün borca görə də məsuliyyət cavabdehin üzərinə düşür” fikirlərinə əsasən qeyd edir ki, iddia tələbi verilərkən sübut olaraq təqdim olunmuş sənədlərə qiymət verilir. Məhkəmə bir daha qeyd edir ki, iddia tələbi məhkəməyə 23 sentyabr 2024-cü il tarixdə verilib və tələb üzrə borcun 3162,18 manat olması barədə 11 iyul 2024-cü il tarixli Hesab-faktura və qaimələr təqdim olunub. Həmçinin məhkəmə qeyd edir ki, hazırki iddia üzrə tələb olunan borc məbləğinin elektron qaimələrə görə yaranmış borc məbləği olmadığı bildirilsə də bununla əlaqədar sübutlar təqdim olunmamışdır. Məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. Bu səbəbdən də məhkəmə cavabdeh tərəfin təqdim etdiyi elektron qaimələr üzrə ödənilmiş məbləğləri təsdiq edən ödəniş tapşırıqlarını və köçürülmənin aparılması haqqında bildirişlərin cavabdeh "xxxx" MMC-nin İddiaçı MMC-yə borcu olmadığını, yəni borcun ödənildiyini təsdiq edən mötəbər sənəd kimi qəbul edərək cavabdeh tərəfin haqqlı olması və iddianın əsaslı olmadığından rədd edilməsi qənaətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddia rədd edilməli olduğundan MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə aid edilməlidir. Həmçinin bununla yanaşı məhkəmə bildirir ki, vəkilin hüquqi yardımına görə iddiaçı tərəfindən 325 manat ödənildiyi iş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında müqavilə ilə öz təsdiqini tapsada iddia rədd edilməli olduğundan MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq vəkilə ödənilmiş 325 manat məbləğində haqq da iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə iddiası rədd edilməli, iddiaçı tərəfindən ödənilmiş 55 manat məbləğində dövlət rüsumu və 325 manat vəkilə ödənilmiş haqq İddiaçı MMC-yə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia rədd edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-dən 3162,18 manat (üç min yüz altmış iki manat 18 qəpik) ödənilməmiş borc məbləğinin, 55 (əlli beş) manat dövlət rüsumunun və 325 (üç yüz iyirmi beş) manat vəkilə ödənilmiş haqqın tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi tələbi təmin olunmasın. İddiaçı tərəfindən ödənilmiş 55 manat məbləğində dövlət rüsumu və 325 manat vəkilə ödənilmiş haqq İddiaçı MMC-yə aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar