Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-162/2025 13.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, cavabdehin vəkil və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 01 aprel 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əsas borc məbləği xidmət haqqı üzrə 63000 (altmış üç min manat) manatın, pulun ödənilməsinin gecikdirməklə ondan faydalanmağa görə 2023-cü ilin 12-ci ayı və 2024-cü ilin 1-9-cu ayları üzrə hər aylıq xidmət haqqı (7000 AZN) məbləğindən ayrı-ayrılıqda xx.xx.2025-ci il tarixədək hesablanan faizin – 3127,6 (üç min yüz iyirmi yeddi manat altmış qəpik) manatın, habelə xx.xx.2025-ci il tarixdən sonra yekun məhkəmə qətnaməsi icra olunan (63000 AZN məbləğində borcun ödəniləcəyi) günədək keçən hər gün üçün əldən çıxan faydaya görə hesablanan faizin – 8,63 (səkkiz manat 63 qəpiyin) AZN-nin (məhkəmə müvafiq qətnaməni çıxaracağı gün üçün bank uçot dərəcəsini əsas götürməklə borcu təmin edə bilməsi üçün dəqiqləşdirilmiş miqdar nəzərə alsın), Məhkəmə xərcləri üzrə məbləğin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 290 (iki yüz doxsan manat) AZN dövlət rüsumunun, Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş 30 (otuz manat) AZN dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması (verilməsi) barədə iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ərizədə cavabdeh "X8" MMC (əvvəlki adı "X9" MMC adlanan) ilə aramızda 11 iyun 2023-сü il tarixdə "xxxx" MMC (ǝvvəlki adı "xxxx" MMC adlanan) ilə V.V.C- 07 №-li “Xidmət" müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı "xxxx" MMC ("İcraçı") cavabdeh "xxxx" MMC-уǝ ("Sifarişçi") hər ay hüquq xidmətləri göstərməyi, sonuncu isə, bunun qarşılığında aylıq 7000 (yeddi min manat). AZN xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək (9 ay) xidmət haqlarını ödəməmiş, həmin tarixdə də müvafiq xidmət müqaviləsi birtərəfli qaydada (bəyanat verilməklə) xitam edilmişdir. 63000 (altmış üç min manat) AZN xidmət haqqı üçün e-qaimə vurulsada, geri qaytarılmış, müvafiq danışıqlar aparılmış, lakin bu günədək hər hansı bir nəticə verməmişdir (müəyyən hissələrlə ödəmələrin edilməsinə dair bir neçə variantda edilmiş qarşılıqlı təkliflər əvvəlcə razılaşdırılsa da, sonradan razılıq pozulmuşdur). Qeyd edək ki, müvafiq xidmət müqaviləsinin 7.2-ci bəndinə əsasən "Öhdəliyin icra edilməsi ilə əlaqədar hərəkət (hərəkətsizlik) barədə məlumat əldə edilən (edilmiş sayılan) andan etibarən 10 (on) təqvim günü ərzində yazılı irad verilməmişdirsə, öhdəlik lazımınca icra edilmiş sayılır. Xidmətin icrasına dair qarşı tərəfin bu günədək hər hansı bir irad və ya etirazı daxil olmamışdır. Belə bir müddəanın olmasına baxmayaraq, hər ehtimala qarşı hər ay icra olunan xidmət üçün, növbəti ayın sonunda xidmətlərin təhvil aktı tərtib edilərək qarşılıqlı olaraq təsdiqlənmişdir. Sadəcə sonuncu ay, müqaviləyə xitam verdiyimiz üçün xidmətlərin icrasına dair aktı cavabdeh tərəfindən təsdiq edilməmişdir. Təbii ki, yuxarıda göstərilən müddəaya müvafiq olaraq xidmət icra olunmuş sayılır. Bununla yanaşı olaraq, iki şirkət arasında WhatsApp qrupu yaradılaraq xidmətlərin yazılı olaraq icrası koordinasiya edildiyi üçün, burdan da açıq aydın müşahidə edilir ki, 2024-cü ilin avqust ayı üçün xidmətlər aparılmışdır (iddiaya baxılarkən ehtiyac olarsa, bu barədə əlavə maddi sübutlar da təqdim ediləcəkdir). Qeyd etməliyik ki, xx.xx.2025-ci il tarixində elektron kargüzarlıq qaydasında "X8" MMC-yə pretenziya məktubu ünvanlanmış, pretenziyada qoyulan 3 günlük müddət daxilində cavab verilməmişdir. xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər elektron kargüzarlıq qaydasında cavabdehin vergi xidməti tərəfindən ********** VÖEN üzrə açılmış hüquqi şəxsin elektron kabinetinə göndərilmişdir. Hüquqi Məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai (əmlak) münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmətlərin göstərilməsi ilə və həmçinin müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Hazırki iddia tələbində isə "xxxx" MMC "X8" МMС-yǝ müvafiq xidmət müqaviləsi üzrə aylıq olaraq hüquqi yardım xidmətləri göstərmişdir. Yəni üzərinə düşən öhdəliyi tam və vaxtında icra etmiş, lakin 2 cavabdeh isə aldığı xidmətlərin dəyərini vaxtında ödəməmiş, beləliklə də öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Onu da qeyd etmək lazımdır ki, hər iki MMC hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur və iqtisadi dövriyyənin iştirakçılarıdır. İqtisadi dövriyyə dedikdə, iqtisadi sistemin subyektləri arasında mal və xidmətlərin fasiləsiz olaraq mübadilə edilməsi prosesi başa düşülür. Öhdəlik hüququ da məhz maddi nemətlərin mübadilə və yerdəyişmə prosesini qaydaya salır. "xxxx" MMC "X8" MMC-yə hüquqi yardım xidmətləri göstərmişdir. Bu xidmətin məqsədi də gəlir əldə etmək olmuşdur. Lakin cavabdeh gördüyü xidmətlərin pulunu ödəmədiyindən (öhdəliyinin icrasından boyun qaçırdığından) iddiaçı hüquqi şəxs göstərdiyi xidmətlərin qarşılığı olan pulları ala bilmədiyindən zərərə uğramışdır (üçüncü şəxslərlə aralarında olan kommersiya münasibətləri pozulmuş, həm də bu vəsaitin yenidən dövriyyəyə salına bilməməsindən zərər yaranmış, eyni zamanda ödənişlər edilmədiyindən şirkətin maddi çətinlikləri yaranmış, işçilərin əmək haqları zamanında ödənilə bilməmiş, bu isə işçilərlə əmək müqavilələrinin xitam verilməsi ilə (ixtisarlar) nəticələnmiş və nəticədə yeni sifarişlərin götürülməsi, müştərilərə xidmət göstərilməsi çətinləşmiş, şirkət iqtisadi baxımdan böhran yaşamışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən isə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin (Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət) Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Yuxarıda qeyd edilən maddələrin məzmunundan da bəlli olur ki, tərəflər arasında yazılı formada əqd (müqavilə) bağlanılmışdır. Bundan əlavə yuxarıda işin faktiki hallarında qeyd edildiyi kimi Xidmət müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən aylıq olaraq "X8" MMC-yə hüquq məsləhət xidmətləri göstərilmiş, hətta WhatsApp qrupu yaradılaraq xidmətlərin yazılı olaraq icrası koordinasiya edilmiş, bundan əlavə isə Xidmətin icrasına dair qarşı tərəfin bu günədək hər hansı bir irad və ya etirazı daxil olmamış (müvafiq xidmət müqaviləsinin 7.2-ci bəndinə əsasən "Öhdəliyin icra edilməsi ilə əlaqədar hərəkət (hərəkətsizlik) 3 barədə məlumat əldə edilən (edilmiş sayılan) andan etibarən 10 (on) taqvim günü ərzində yazılı irad verilməmişdirsə, öhdəlik lazımınca icra edilmiş sayılır"), bununla belə göstərilmiş xidmətlər təhvil-təslim aktları ilə təsdiqlənmiş, xidmət haqının ödənilməsi gecikdirilmiş, e-qaimə formasında "X8" MMC-nin vergi portalındakı hesabına 9 aylıq xidmət haqqının ödənişi göndərilmişdir. Lakin cavabdeh şirkət e-qaimələri geri göndərmişdir. Buradan da aydın olur ki, "X8" MMC-yə müvafiq hüquq xidmətləri göstərilmiş, cavabdeh şirkət isə həmin xidmətlərin onun tərəfindən qəbul edilməsini heç bir irad bildirməməklə, eləcə də təhvil təslim aktlarını müvafiq qaydada təsdiqləməklə iradə ifadəsi nümayiş etdirmiş, bununla da xidmətlərin təhvil təslimi prosesi (müqavilə bağlanılması) hüquqi baxımdan baş tutmuşdur. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, razılaşmaya əsasən aylıq 7000 (yeddi min manat) AZN xidmət haqqının cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulsa da, cavabdeh nəzərdə tutulmuş müddətlərdə öhdəliyini icra etməmiş və ödəməni həyata keçirməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci (Borclunun icranı gecikdirməsi) maddəsinə əsasən, Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. "X8" MMC (əvvəlki adı "X9" MMC adlanan) ilə aramızda 11 iyun 2023-cü il tarixdə "xxxx" MМС (əvvəlki adı "xxxx" MMC adlanan) ilə V.V.C-07 №-li "Xidmət" müqaviləsinin 3.1.1-ci bəndinə əsasən, aylıq xidmət haqqı hər ayın ilk üç günü ərzində (yəni xidmət ayının əvvəlində) həyata keçirilməli idi. Faktiki olaraq isə dekabr 2023 – avqust 2024-cü illər üçün xidmət haqqının ödənilməsi gecikdirilmişdir. Belə ki, bu gecikməyə əsasən hər ay üçün (xx.xx.2025-ci il tarixədək) gecikdirilmiş məbləğ üçün hesanlanmış məbləğlərin də borclu (cavabdeh) tərəfindən bizə ödənilməsini tələb edirik: Xidmət ayları gecikdirilmiş vaxt faizə görə məbləğ Dekabr 2023 16 ay 464,8 AZN Yanvar 2024 15 ay 436,1 AZN Fevral 2024 14 ay 407,4 AZN Mart 2024 13 ay 378,7 AZN Aprel 2024 12 ay 350 AZN May 2024 11 ay 315,7 AZN 4 İyun 2024 İyul 2024 Avqust 2024 10 ay 287 AZN 9 ay 258,3 AZN 8 ay 229,6 AZN YEKUN: 3127,6 (üç min yüz iyirmi yeddi manat altmış qəpik) AZN xx.xx.2025-ci il tarixdən sonra müvafiq gətnamənin icra olunacağı güünədək. 63000 manat borcun (gecikdirilmiş məbləğin) hər gecikdirilmiş gün üçün 0,**********%-nin (5%-in 365 günə bölünmüş nisbəti – günlük bank uçot dərəcəsi), yəni 8 manat 63 qəpiyin (daha dəqiq desək 8,630136963 AZN-in) hesablanaraq borcludan (cavabdehdən) tutularaq bizə ödənilməsini tələb edirik. Bununla əlaqədar VƏSATƏT VERƏRƏK qeyd etmək istəyirik ki, gecikdirilmiş pul vəsaiti ilə əlaqədar müvafiq dövr üçün illik bank uçot dərəcəsinə uyğun olaraq əldən çıxan faydanın günlük hesablamanın dəqiq aparılması üçün mühasibatlıq ekspertizasını keçirilməsini xahiş edirik. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci (Məhkəmə xərclərinin tərkibi) maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci (İşə baxılması ilə əlaqədar məsrəflər) maddəsinə əsasən (115.0.) işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: (115.0.1.) şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər (115.0.8.) qətnamənin icrası ilə əlaqədar xərclər; Həmin Məcəllənin 119-cu (Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi) maddəsinə əsasən (119.1.) Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (119.2) İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.3) İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Həmin Məcəllənin 220-ci (Qətnamənin məzmunu) maddəsinə əsasən (220.5.) qətnamənin nəticə hissəsində..., məhkəmə xərclərinin bölüşdürülməsi, göstərilməlidir... Həmin Məcəllənin 229-ci (Əlavə qətnamə və əlavə qərardad) maddəsinə əsasən (229.1.) iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya qərardad çıxara bilər: (229.1.3.) məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. 5 Həmin Məcəllənin 260-cı (Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri) maddəsinə əsasən (260.3.) qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmin Məcəllənin 262ci (İcraata xitam verilmə qaydası və nəticələri) maddəsinə əsasən (262.2.) məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə1 Ağəli oğlu 14 mart 2025-ci il tarixdə cavabdeh "X8" MMC-yə qarşı müvəqqəti təminat tədbirinin tətbiqinə dair elektron qaydada ərizə ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-16(123)-1/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdehin əmlakları üzərinə qanunvericiliklə müəyyən olunmuş ardıcıllıqla 63000 (altmış üç min) manat dəyərində həbs qoyulmuşdur. xx.xx.2025-ci il tarixdə (təkrarən) "X8" MMС-yǝ eqaimə göndərilmişdir. Lakin “X8" MMC "bu məbləğdə borc olmadığına görə geri qaytarılır" deyə qeyd edərək, e-qaiməni geri qaytarmışdır. Nəzərinizə çatdırırıq ki, eyni zamanda hazırki iş üzrə cavabdeh şirkət tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru (hüquqşünasının) ələ alınması halı da mövcud olmuşdur ki, bununla əlaqədar gələcəkdə ehtiyac olduğu halda tərəfimizdən iddia qaldırılması nəzərdə tutulur. İddiaya dair sübutlar aşağıdakılardır: 1. 11 iyun 2023-cü il tarixli, V.V.C-07 №-li "Xidmət" müqaviləsi: 2. Xitam barədə bəyanat və onun çatdırılması barədə xəbərnamə: 3. 1-12 saylı aktlar; 4. Cavabdehə borcun qaytarılması ilə bağlı xx.xx.2025-ci il tarixdə elektron kargüzarlıq qaydasında ünvanlanmış pretenziya məktubu; 5. Cavabdehə borcun qaytarılması ilə bağlı xx.xx.2025-ci il tarixli elektron kargüzarlıq məktubunun (pretenziya məktubunun) göndərilməsinə dair məlumat; 6. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsi, iddia ərizəsinin Elektron qaydada verilməsi barədə bildiriş və elektron məhkəmə sistemində qeydiyyatdan keçmə qaydası haqqında məlumatın cavabdehin Dövlət Vergi Xidmətinin X1 sistemində yaradılmış elektron kabinetinə göndərilməsi barədə ekran görüntüsü; 7. İddia üçün Dövlət rüsumunun ödənilməsinə dair qəbz; 8. Müvəqqəti təminat tədbiri üçün dövlət rüsumunun ödənilməsinə dair qəbz; 9. xx.xx.2024 tarixli e-qaimə və ekran görüntüsü; 10.xx.xx.2024 tarixli e-qaimə və ekran görüntüsü; 11.xx.xx.2025-ci il tarixli e-qaimə və ekran görüntüsü; 6 12. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-16(123)-1/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı qeyd etmişdir. 19 sentyabr 2025-ci il tarixdə məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında iddia tələbini müdafiə etdiklərini, cavabdeh və İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 11 iyul 2023-cü il tarixdə “xidmətlərin göstərilməsi ilə bağlı” müqavilə bağlandığını, müqavilənin predmeti hissəsində göstərilən xidmətlərin dairəsinin ümumi şəkildə müəyyən olunduğunu, hazırkı mübahisənin əsas predmetini təşkil edən 3.1.1-ci bəndindən görünür ki, müqavilənin aylıq dəyəri 7.000 (yeddi min) manat təşkil etdiyini, iş materiallarında olan ödəniş sənədlərindən 2023-cü ilin 14 noyabr və 28 noyabr tarixlərində yeddi min manat və müvafiq olaraq, iyirmi səkkiz min manat ödəniş edildiyini, şirkətin əməkdaşlarının zaman-zaman “X8” MMC-yə hər hansısa hüquqi məsləhətlərin verilməsi, rəsmi yazışmalara cavabların verilməsi, hüquqi xidmətin göstərilməsi və müqavilənin predmetində öz əksini tapan xidmətlərin bu və ya digər formada həyata keçirilməsi məqsədilə baş çəkdiklərini, müasir dövrdə ictimai münasibətlər, eləcə də hüquq xidmətləri daha çox inkişaf edən texnologiyaya uyğunlaşdırıldığını, indiki dövrdə xidmətləri daha operativ, daha qısa zamanda həyata keçirmək üçün sosial tətbiqlərdən istifadə olunduğunu, iş materiallarından tərəflər arasında sonuncu xidmətin tarixinin 4 sentyabr olduğunun göründüyünü,həmin tarixdən sonra isə tərəflər arasında xidmətlərin pozulduğunu, bununla bağlı bəyanatın qarşı tərəfə istər elektron qaydada, istər poçt vasitəsilə, istərsə də həmin sosial tətbiqlər vasitəsilə təqdim olunduğunu, bundan sonra 2 sentyabr 2024-cü il tarixdə xidmətin göstərilməsinin dayandırıldığını, xidmətin göstərilməsinin dayandırılması üçün əsas bəyanatın üçüncü abzasında açıqaşkar göstərildiyini, Müqavilənin 9.5-ci bəndinə görə müqaviləyə onların tərəfindən birtərəfli qaydada xitam verilə bilməsinin qeyd olunduğunu, müqavilənin onlara verdiyi hüquqdan istifadə edərək 2 sentyabr tarixdə müqaviləyə tərəflərindən xitam verildiyini, göstərilən xidmətlər üzərində onların iddianın əsasını təşkil edən dəllilləri hissələrə ayırılsa əsasən, üç istiqamətin müəyyən edilə bilinəcəyini, birincisi, təhvil-təslim aktları, ikincisi sosial şəbəkədə göstərilən yazışmalar (hüquqi məsləhətlərin verilməsi, yazılı sənədlərin tərtib edilməsi), üçüncüsü isə şahid ifadələri olduğunu, sübutetmə metodunun tərəflər arasında olan hüquq münasibətinə adekvat olmalı olfuğunu, alqı-satqı prosesi olmadığına görə bəzi məsələlərin şahid ifadələrində öz əksini tapdığını, şahid ifadələrində öz əksini tapmasının səbəbinin qarşı tərəfin xidmət haqqının 2.000 (iki min) manat olması hissəsində olduğunu, qarşı tərəfin guya müqaviləyə dəyişiklik olundu\ğunu bildirdiyini, xidmət haqqının iki min manat olduğunu və bu hissə ilə bağlı dəlillərini təqdim edəcəklərini bildirdiklərini, məhkəməyə müraciət edərkən “məhkəmə hüququ bilir” prinsipi ilə yanaşdıqlarını, ona görə də həmin maddi hüquq normalarını təkrar sadalamağa ehtiyac görmədiklərini, hal-hazırda yekun tələb hissəsini səsləndirərək 9 aya görə 63.000 (altmış üç min manat) əsas borcun, 3127 (üç min yüz iyirmi yeddi) manat hesablanan faizlərin, bundan əlavə hər keçən gün əldən çıxmış faydanın 8.63 manatın, məhkəməyə müraciətlə əlaqədar çəkilən 290 manatın və müvəqqəti təminat tədbiri ilə əlaqədar yaranan 30 manatın qarşı tərəfdən tutulmasını xahiş etdiklərini, əgər qarşı tərəfin pretenziya məktubuna adekvat cavab versə idi, bunu sülh yolu ilə həll edib nə məhkəmənin vaxtını almayacaq, nə də bu qədər gözləməyəcəklərini, eyni zamanda, nə əldən çıxmış fayda, nə də rüsum olmayacağını, yaranan əlavə xərclər sırf qarşı tərəfin hərəkətsizliyinin, müqavilə şərtlərini həyata keçirməmək yolunda passivliyinin nəticəsi olduğunu, ona görə də iddia ərizəsində qeyd olunan məbləğlə yanaşı qeyd olunan rüsumların da qarşı tərəfdən tutulması ilə bağlı qətnamə qəbul edilməsini, diqqət edildikdə noyabr ayı üzrə iki dəfə ödəniş edildiyini, mühasib qədər bilməsədə, kassa hesabı üzrə işlədiklərini, yəni qarşı tərəfə elektron qaimə vururlarsa öhdəliklərinin yarandığını, qarşı tərəf onu ödəsə də, ödəməsə dəbank hesabında pul olanda onlara məlumat verildiyini, elektron qaiməni vurduqdan sonra ödəniş edildiyini, əvvəldən aralarında vergi öhdəliklərinin yaranmasının qanuni yollarla qarşısını almaq üçün belə bir şifahi razılaşma olduğunu, 2023-cü ildə iyun ayından nəzərə alınsa onlara 6 aya yaxın xidmət göstərsələrdə cəmi iki dəfə qaimə vurduqlarını, çünki aralarında razılaşmanın bu şəkildə olduğunu, cavabdehin onlara şifahi qaydada bizim pulumuz var, qaimə vura bilərsiniz dedikdə vurduqlarını, pulları olmadıqda qaimə vurduqda ödəniş olunmadıqda onların vergi öhdəliyinin yarandığını, həmin öhdəliyin qanuni yollarla aradan qaldırılması üçün tərəflər arasında belə bir şifahi razılaşma olduğunu, 7.000 manatın müqavilədə öz əksini tapdığını, tərəflər arasında 2.000 manat ödənişin edilməsi ilə bağlı danışıq olmadığını, tərəflə onların arasında ilk gündən sonuncu günə qədər razılaşmanın 7.000 manat üzərindəolduğunu, müqavilənin dəyərinin azaldıması üçün obyektiv səbəblər olmalı olduğunu, məsələn onlara artıq xidmət göstərmirik və ya xidməti yetmiş faiz azaldırıq və s. müvafiq yazışmaları təqdim etdiklərini, əvvəldən razılaşma necə idisə, sona qədər də elə davam etdiyini, qeyd olunan azaltmanın isə ağlabatan olmadığını, 7.000 manatın azaldılıb 6.000 manat olması bəlkə də müzakirə predmeti ola biləcəyini, burada icraçının eyni işi gördüyünü, ancaq 2.000 manat alması cavadehin şəxsi mülahizəsi olduğunu, belə olan halda, təbii ki, müqavilədən imtina edəcəklərini, 17 iyun 2025-ci il tarixdə, Şakir Tarverdiyevin biz 2023-cü ildə müqaviləyə xitam vermişik yazdığını, “X8” Məhdud Məsuliyyətli Cəmiyyət olduğunu, dövlət əsaslı bir qurum olmaqla dünən yaranmış müəssisə olmadığını, bu qədər böyük vəsaitli müqaviləni xitam edirlər ancaq heç bir sənədin olmadığını, 18 may 2025-ci il tarixli ikinci məktubunda isə müqavilə üzrə, ümumiyyətlə, hüquq münasibətlərini davam etdirmirik yazdığını, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iki məktubun bir-birini təkzib etdiyini, birində ümumiyyətlə sizinlə işləməmişik yazıldığını, o zaman sualın yarandığını, bəs biz nə üçün sizə xidmət göstərir, o müqavilələrin tərtib olunduğunu, o yazışmaların həyata keçirildiyini, 18 mayda məktublarını verdiklərini, onların da 30 mayda sənədləri yüklədiklərini, sonra 17 iyunda dönüb hə, xidmətlər var, ancaq dəyəri 2.000 manatdır bildirdiklərini, bunların cavadehin iddiadan yayınmaq üçün şəxsi mülahizələrindən başqa bir şey olmadığını,cavabdeh minimum zərərini düşündüyünü, onlara dəfələrlə təhvil-təslim aktları göndərdiklərini, birində 7.000 manat məbləğlı müqavilənin azaldılaraq 2.000 manat olması və ya müqaviləyə bir abzas əlavə edərək müqavilənin 3.1.1-ci bəndindəki 7.000 manat 2.000 manatla əvəz olunsun qeyd etmələri olmasını, məsələnin də bununla bitəcəyini, 5.000 manatın kifayət qədər böyük məbləğ olduğunu, buna nə sifarişçinin, nə də icraçının laqeyd yanaşa bilmədiyini, bunun işgüzar adətə uyğun olmadığını, əvvəllər xidmətin göstərilməsi ilə bağlı ödənişlər olunduğunu, elektron qaimə formasında olduğunu, qarşı tərəfin şifahi qaydada pulunun olduğunu bildirdikdə bundan sonra onların elektron qaiməni vurduqlarını, onların da pulu hesaba köçürdüklərini, heç vaxt nağd qaydada pul vəsaitinin ödənilmədiyini, Vergi qanunvericiliyinə görə hər iki tərəf hüquqi şəxsdirsə, nağdsız qaydada hesablaşdıqlarını, onların nağd qaydada hesablaşmalarının inzibati, müəyyən məbləği keçəndən sonra isə cinayət məsuliyyətinə səbəb olduğunu,aralarında olan razılaşmaya görə cavabdeh tərəf pullarının olduğunu bildirdikdə onlarında qaiməni vurmalı olduqlarını, bu səbəbdən tərəflərindən sentyabr ayına qədər cavabdeh tərəfə dəfələrlə müraciət olunduğunu, cavabdehin isə hər dəfə maliyyə sıxıntıları olduğunu, pul vəsaiti ayrılmadığını, hesabat dövrüdür,ilin hesabatı gedir bildirdiyini, sentyabrayında cavabdehə müraciət edib doqquz aydır xidmət göstəririk, lakin ödəniş yoxdur bildirdiklərini, cavabdehin sonuncu ödənişinin 28 noyabr 2023-cü ildə olduğunu, doqquz ay ərzində onlara əldən və ya digər formada pul ödənilmədiyini,cavabdehin öz öhdəliklərini icra etmədiyindən artıq qarşı tərəfin razılığını gözləmədən bütün borcların ödənilməsi ilə bağlı elektron qaimə vurduqlarını, cavabdeh şirkətin direktorunun onların şirkəti ilə danışıqlar apardığını, ilkin aylıq bir məbləğ ödəyib, sonra geri qalanın aylarda 5.000 manat olmaqla ödəyib, sonda xalis mənfəəti çıxıb qalanını ödəyəcəyini bildirdiyini, bəyanatda aramızdakı razılaşama hesablaşma metodu qaydasındadır qeyd olunduğunu, buna görə də, qaimə vurduqdan sonra vergi öhdəlikərinin yarandığını bildirmişdir. 19 sentyabr 2025-ci il tarixdə məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında Nümayəndə1 izahatı ilə razılaşdığını əlavə fikrinin olmadığını bildirdi. 19 sentyabr 2025-ci il tarixdə məhkəmə baxış iclasında cavabdeh təşkilatın vəkil və nümayəndəsi Vəkil izahatında iddia tələbini qismən-xidmətlərin göstərilməsi hissəsində qəbul etdiklərini, lakin xidmətin məbləği hissəsində qəbul etmədiklərini, tərəflər arasında yazışmaların aparılmasının, xidmətlərin göstərilməsinin göz önündə olduğunu, xx.xx.2024-cü il tarixədək xidmətin göstərildiyini, ancaq 2024-cü ilin yanvarından tərəflər arasında bağlanan müqavilənin qiymətinin 2.000 manat təşkil etdiyini, həmin şirkətin onlara hüquqi yardım göstərdiyindən onlara inamlarının olduğunu, aralarında müqavilə olduğunu, müqavilənin təstiq etmələri üçün qarşı tərəfə verdiklərini, aralarında mübahisə başlayanda onlara qarşı tərəfin həmin müqaviləni onlara təqdim etmədiyinin məlum olduğunu, həmin müqavilənin əllərində olmadığından məhkəməyə sübut kimi təqdim edə bilmədiklərini, 2024-cü ilin yanvarından oktyabrına kimi hər hansı bir ödəmə aparılmadığını, ancaq 2024-cü ilin iyun-iyul aylarında Şahid5“X8” MMC-yə gedərək 10.000 manat məbləği Şahid4 yanında qəbul etdiyini, qarşı tərəfin elektron qaimə vurmaq istəməyərək borcunolduğunu dediyini,Şahid5 pulu Şakir Tarverdiyevin nağd şəkildə verdiyini, onların qarşı tərəfə8.000 manat borcu qaldığını, tərəflər arasındaşifahi müqavilə olmadığını, tərəflər arasında müqavilənin yazılı qaydada bağlandığını, lakin rəsmiləşdirilmədiyini, Şakir Tarverdiyevin dediyinə görə, müqavilənin“X8” MMC-də hazırlanaraq Şahid5 təqdim olunduğunu, Şahid5 müqaviləni hazırlayaraq “X8” MMC-də həmin müqaviləninimzalandığını, xidmət haqqının azaldılması barədə təmsil etdiyi şəxsin ona məlumat vermədiyini, müqavilənin 2024-cü ilin yanvar ayında təzələnməsini bildirdiyini, lakin dekabr ayına da münasibətdə 2.000 manat borc hesablandığını bildirdiyinə münasibətdə ayın tarixinə münasibətdə səhv etmiş ola biləcəyini, 10.000 manatın “X8” MMC-dən çıxması ilə bağlı məxaric orederinin olub-olmaması barədə şahidin cavab verəcəyini, direktorun özünün özbaşına şirkətdən pul çıxarıb vermək səlahiyyətinin olmadığını, tərəflər arasında işin gedişini tənzimləyən şəxsin Şahid5 olduğundan pulunda ona verildiyini,Şahid5 həmin dövrdə orda işləyib- işləməməsi ilə bağlı hər hansısa bir məlumatının olmadığını, sadəcə müqavilənin imzalanmaq üçün ona təqdim olunduğunu bildiyini,“X8” MMC-nin yalnız Şahid5la görüşmələrinin olduğunu, bundan başqa hər hansısa bir görüşün olduğunu bilmədiyini, “X8” MMC-dən pulun çıxarılmasının qaimə əsasında olmalı olduğunu, 8.000 manata münasibətdə hüquqi məsuliyyət daşımağa hazır olduqlarını, 2024-cü ilin doqquzuncu ayına kimi, tərəflər müqaviləyə xitam verənə kimi xidmətlər olduğunu, bu tarixə qədər xidmətin olduğunu qəbul etdiklərini, tələb olunan məbləği qəbul etmədiklərini bildirmişdir. 19 sentyabr 2025-ci il tarixdə məhkəmə baxış iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində “X8” MMC-i ilə təxminən 2023-cü ilin iyun-iyul aylarında xidməti müqaviləbağlandığını, şirkətin çox ciddi problemlərinin olduğunu, həm hüququ baxımından, həm sənədləşmələr baxımından, həm də orada oğurluqlar baş verdiyini, həmçinin digər təşkilatlarla da problemləri olduğunu, şirkətin alınma prosesinə qədər də xidmət göstərdiklərini, daha sonra Şakir Tarverdiyev tərəfindən müqavilə bağlandığını, həmin dövrdə direktorun Qardaşxan müəllim olduğunu və onların aylıq xidmət göstərirdiklərini, şirkətin iqtisadi problemləri, maliyyə çatışmazlıqları, Naxçıvan Banka təxminən bir milyon dörd yüz min manat borcu olduğunu, həmçinin əlavə şirkətlərə alacaq və verəcəkləri olduğunu, həmin şirkətə kreditlərin cəlb olunma prosesini təmin etdiklərini, vətəndaşlardan taxıl alınmış, müvafiq müqavilələr bağlanmışdı və şirkətin bununla bağlı borclarını ödəyə bilmədiyini, müqavilə bağlayan zaman Şakir Tarverdiyevin sadəcə təsisçi olduğunu direktor olmadığını, İddiaçı-də vergi qeydiyyatının iki cür kassa və hesablama metodu olduğunu, kassa metodunun pul daxil olduqca ona vergi hesablanması, hesablama metodunda isə qaimə vurulduqca vergi bəyannaməsi formalaşdığını, bunun əsasında vergi ödənilməsinin nəzərdə tutulduğunu, birinci variantda pul daxil olduqca, ikinci variantda isə qaimə vurulduqca vergi hesablandığını, onlarında qarşı tərəflə razılaşaraq onların vəsaitində pul olduğu təqdirdə e-qaimə vuracaqlarını, beləliklə əlavə vergi ödəməyəcəklərini, beləliklə, pulun bir neçə ay yığışıb ödənilməli olduğunu, İki dəfə ödəniş olunduğunu, bir neçə ayın ödənişləri olduğunu, sonuncu ödəmənin 2023-cü ilin noyabr ayında olduğunu, səhv etmirsə 3 ayın ödənişi olduğunu, 2023-cü ilin dekabr ayı da daxil olmaqla, onların xidmətlərin göstərilməsinə davam etdiklərini, qarşı tərəfin 3-4 ayda bir ödəmə qabiliyyəti olduğunu, yanvar ayından sonra qarşı tərəfin dövriyyə ilə əlaqədar iqtisadi baxımdan çətinlikləri yarandığını, onlara e-qaimə vurulmamasının deyildiyini, şirkətin hesabında pul olmadığından, onlarında razılaşdıqlarını, may ayından sonra danışıqlara başladıqlarını, çünki bu formatda daha çox davam edə bilmədiklərini, işçilərin əmək haqqlarının ödənilməsi lazım olduğunu, hətta həmin dövrdə işçilərində azalma da baş verdiyini, çətinlik yarandığı üçün fikrlərini bildirdiklərini, qarşı tərəfin onlara əlavə işlərə girməklərini bildirdiklərini, həqiqətən də elə olduğunu, orda çörək işi, kağız fabriki, bina tikintisi, torpaq almaq işləri olduğunu, 2024-cü ilin iyun-iyul aylarında onların böyük münaqişələrinin olduğunu, X10 direktor olduğunu, Şakir Tarverdiyevin ödənişləri mütləq edəcəyi barədə söz verdiyini, avqust ayının 22-nə qədər gözlədiklərini, ondan sonra xəbərdarlıq etdiklərini, yenidən ayın sonunda e-qaiməni vurarsınız, ödəməni edərik dediklərini, ancaq yenə də xeyri olmadığını, ona görə də müqviləyə xitam verdiklərini, bu müddət ərzində yazışmaların davam etdiyini, aralarında Watsapp yazışmaları olduğunu, əməkdaşları tərəfindən müqavilənin xitam bəyannaməsi vurulduqda belə qarşı tərəfin xidmət almağa davam etmək istədiyini, məcbur olub Watsapp qrupunu bağlamaq istədiklərini, artıq əlavə yazışmalar olmasın deyə, müqavilənin xitamı haqqında bəyanatın həm poçtla, həm də onlayn kargüzarlıq qaydasında, eyni zamanda Watsapp qrupuna da göndərdiklərini, bəyanatda ödənişin edilməsi ilə bağlı sonuncu tarixin də müəyyənləşdirildiyini, sentyabrın əvvəllərində qarşı tərəfinonlara zəng vuraraq görüşməyi təklif etdikdə razılaşmadıqlarını, hətta Bakıdakı təsisçilərin narazılıq etdiklərini onlarda problem yarandığını bildirdiklərini, artıq müqaviləyə xitam verdiklərini, xidmətin olmadığını, rəhbərliyin razılaşmadığını bildirdiklərini, ondan əvvəl Naxçıvandakı şirkətin direktoru Ülvü adlı şəxsədə zəng vurduqlarını, onun da müqviləyə xitam verildiyini dediyini, ilkin olaraq, 20.000, qalan miqdarı da aylıq 5.000 manat olmaqla ödəniş edəcəklərini bildirdiklərini, eyni zamanda onların xidmətin davam etdirilməsində təkid etdiklərini, lakin razılaşmadıqlarını, sentyabrın axırı qaimənin vurulması ilə bağlı razılaşdıqlarını, sentyabrın sonuna kimi gözləsələrdə qarşı tərəfdən xəbər çıxmadığını, müraciət etdikdə mal almışıq, vəziyyəti qaydasına qoyub sizə ödəniş edəcəyik dediklərini, 15 gün belə saxlayıb artıq oktyabr ayının sononda e-qaiməni vurmaq istədiklərini, onların yenə də münasibətləri davam etdrimək istədiklərini, lakin artıq iddianı qaldırdıqlarını, Bakıdakı şirkətin də tolerans göstərmək istəmədiyini, Watsapp qrupununda onun, Əsəd müəllimin, Zeybəb xanımın, Samir müəllimin izləyici formatında olduqlarını, qarşı tərəfin istəyinə uyğun olaraq, sənədlər hazırlanıb qrupda paylaşıldığını, bütün əmək müqavilələrinin sıfırdan işləndiyini, 40-50 nəfər işçi hər biri üçün 2-3 səhifədən ibarət olmaqla, əmək funksiyaları təlimatları sıfırdan işlənildiyini, buradan işin dayandırılması mexanizmləri, şirkətin maddi vəziyyəti pisləşəndə neçə aylıq iş dayandırılmasına yol verilməsi halları dəqiq göstərilməklə işlərin görüldüyünü, xidmət haqqının dəyərinin 7.000 manat olduğunu,müqavilənin dəyərinin azaldılması ilə bağlıdanışıqlar aparmaq səlahiyyətinin olmadığını, sadəcə aramızda tanışlıq olduğundan tərəfləri uyğunlaşdırmağa çalışdığını, istərİddiaçı məsələsi ilə əlaqədar olsun, istərsə də başqa məsələ ilə əlaqədar olsun, Şakir tərəfindən ona heç bir ödəniş həyata keçirilmədiyini, istər Şakir tərəfindən, istərsə də onun işçiləri tərəfindən ona pul verilməsi prosesi olmadığını, bu müqavilə ilə bağlı aralarında danışıqlar olub ki, elektron qaiməni vuraq, ödənişi həyata keçirək,şirkətin işçisi olmadığını, cavabdeh şirkətlə də müqavilə bağlamaq səlahiyyətinə malik olmadığını, digər tərəfdən də,həmin şirkətin 2023-cü ilin dekabr ayından hüquqşünasının olduğunu, əgər söhbət 2024-cü ilin yanvar-fevral aylarından gedirsə, həmin dövrdə şirkətin yetərincə tanınmış vəkili olan hüquqşünaslarının olduğunu, müqaviləyə xitam verilirsə, nə üçün rəsmiləşdirilmədiyini, qarşı tərəfinonların keçmiş direktorlarını öz tərəflərinə çəkdiklərini, onun da şərt qoyaraq ki, bəlkə birgə işləsinlər, onların isə konkretbirgə işləməyəcəklərini bildirdiklərini, müstəqil xidmət göstərəcəklərini və onun da məsuliyyətinin özlərinə aid olacağını, onu da direktorluqdan çıxardıqlarını, hətta keçmiş direktorlarını onlayn işçi kimi öz yanlarına götürdüklərini, onların keçmiş işçilərinin keçmişdə xidmət göstərdikləri şirkətə gedərək müqavilə bağlamasının qadağan olunduğunu, yəni həmin şirkətlətlə əmək müqaviləsi bağlamaq, ticarət münasibətlərinə girmək səlahiyyətlərinin olmadığını, şirkətlərini buna qadağa qoyduğunu, onlarla münasibətlərə xitam verib, sonra gedib həmin şirkətlə əlaqə saxladığını, onların kompensasiya müqaviləsinin olduğunu, ondan kompensasiya istəyə bildiklərini, lakin istəmədiklərini, belə bir vəziyyətdə Şamxal Rəhimov kimi tanınmış vəkilin buna necə göz yuma bildiyini, hər hansısa bir müqaviləyə xitam verilib, ona etiraz verilməyib və ya yeni bir müqavilə bağlanır və bu halda heç bir elektron məktub və ya elektron kargüzarlıqla hər hansısa bir sənəd göndərilməməsini, heç olmazsa, qrupa bununla bağlı nəsə yazıla biləcəyini, yanvar ayında, nə də fevral ayında belə bir müqavilədən söhbət gedə bilməyəcəyini, ona“X8”nda 10.000 manat verilmədiyini, heç bir qəpik də verilmədiyini, “X8” MMC-in kassa metodu ilə işlədiyini, onlarda kassa mədaxil və məxaric orderləri yazıldığını, bütün vəsaitlərin giriş-çıxışının burda öz əksini tapdığını, mədaxil və məxaric etmiş şəxslərin imza atdığını, onunla və ya şirkətləri ilə belə bir prosedurun olmasını sübut edən hər hanısa bir sənəd təqdim edə bilmədiklərini bildirmişdir. 19 sentyabr 2025-ci il tarixdə məhkəmə baxış iclasında şahid qismində dindirilən Şahid7 ifadəsində mart ayının 11-i 2024-cü ildə İddiaçı-də hüquqşünas olaraq işə başladığını, həmin dövrdə orada Tovuz Bağırlı adında şəxsin də onunla eyni zamanda işə başladığını, işə başlayandan “X8” MMCnin işlərini gördüklərini, ona münasibətdə Tovuz xanımın “X8” MMC-nin işlərini daha çox icra etdiyini, onun da yeri gəldikdə şirkətə köməklik etdiyini, dəfələrlə “X8” MMC-yə getdiklərini, orda şəxsi iş nömrələrinin olduğunu, həmin iş nömrəsinə uyğun olaraq Watsapp qrupununa əlavə olunduqlarını, şirkətlə bağlı nə xidmət göstərilirdisə, həmin qrupa atıldığını, dəfələrlə “X8” MMC-nin əmək funksiyaları ilə bağlı işlərini gördüyünü, iyul ayının 31-i həmin şirkətdən ayrıldığını, həmin dövrdən sonra işlərlə bağlı məlumatının olmadığını,işlədiyimüddətdə işlədiyişirkətlə “X8” MMC arasında müqavilənin olduğunu, həmin dövrdə qarşı tərəflə müqavilənin dəyərinin azaldılması və s. kimi hallar barədə danışıq olmasını xatırlamadığını, Tural müəllimin xidmət göstəririk, ancaq ödənişləri etmirlər dediyini eşitdiyini,onunla bağlanan müqaviləyə 2024-cü ilin iyul ayının 31-də xitam verildiyindən həmin dövrdə şirkətlər arasındakı münasibətlərin pozulmasıbarədə söhbət olmadığını, sadəcə ödənişlərin edilmədiyini, yubanmaların olduğunu deyə biləcəyini,ödənişlərin ödənilmədiyini, şirkətlərinin də iqtisadi baxımdan olduqca zəifləməsinə səbəb olduğunu, Əsəd müəllimin də bu səbəbdən onların şirkətindən ayrıldığını, vəzifəsinin müştərilərə xidmət üzrə hüquqşünas olduğunu, bir neçə şirkətə xidmət göstərdiklərini, sadəcə işlər çox olduğundan Tovuz xanımla işləri aralarında bölüşdürdüklərini, Tural müəllimin onlara dediyinə görə “X8” MMC-nin ödənişləri hesabına əmək haqqılarına bonuslar olacağını, lakin ödəniş olunmadığı üçün əmək haqqılarında artım olmadığını bildirmişdir. 19 sentyabr 2025-ci il tarixdə məhkəmə baxış iclasında şahid qismində dindirilən Şahid3 Etibar oğlu ifadəsindəİddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2023-cü ildə müqavilə bağladıqlarını, aylıq xidmət haqqının 7.000 manat olduğunu, 2025-ci ilin sonunadək ödənişləri mütəmadi olaraq, “Naxçıvan Bank” vasitəsilə həyata keçirdiklərini, sonra rəhbərləri Şakir müəllimin artıq 7.000 manat deyil, 2.000 mant ödəyəcəklərini dediyini, 2025-ci ilin martın 25-də onlara qarşı tərəfdən 63.000 manat məbləğində qaimə gəldiyini, bunu Şakir müəllimə bildirdiyini, doqquz aylıq, 7.000 manat məbləğində, cəmi 63.000 manat Şakir müəllim geri qaytarmaqlarını istədiyini, onlarında geri qaytardıqlarını, qaimənin beş gün ərzində təsdiq olunmalı olduğunu, onlarında bir gün sonar geri qaytardıqlarını, 2023-cü ildə müqavilə bağlandıqdan sonra onların ödəmələrinin bank vasitəsilə aparıldığını, qaimələrin isə 2023-cü ilin sonunadək mütəmadi olaraq vurulduğunu, cəmi 35.000 manat pul vurulduğunu, ödənişlərin hamısının “Naxçıvan Bank” vasitəsilə həyata keçirildiyini, qaimələrin 2023-cü ilin doqquzuncu ayının 15-də, 7.000 və 21.000 vurulduğunu, 2-3 dəqiqə ara ilə vurulduğunu və noyabrın 2-də 7.000 vurulduğunu, sonuncu ödənişin2023-cü ilin dekabrında olduğunu, 2024-cü ilin əvvəllərindən isə onlara müqaviləni görməsək də, məbləğin 2.000 manat olduğunun deyildiyini, 2024-cü ilin doqquzuncu ayına kimi 18.000 manat olacağını bildiyini, ona görə də 63.000-lik qaiməni geri qaytardıqlarını, yeni müqavilənin olması ilə bağlı Şakir Tarverdiyev onlara 2024-cü ilin əvvəllərində, yanvar-fevral aylarında bildirdiyini, həmin anadək borcumuzun 7.000 üzərində saxlanıldığını, Şakir müəllimin müqavilənin qiymətinin 2.000 manat olacağını ona təklikdə dediyini, müqavilə üzrə ödənişlərin dəyişiləndə baş mühasib olaraq ona deyil müqaviləninKadrlar Şöbəsinə verildiyini, kargüzarlıqda saxlanıldığını, ancaq onların müqaviləni görmədiklərini, müqavilə qiyməti azalıb 2.000 manata düşdüyü bunun hüquqi əsası olan sənədin olması barədə maraqlandığını iki dəfə bununla bağlı soruşduğunu,hüquqi məsələləri Şamxal müəllimlə işlədiklərini, şirkətlərində pul vəsaitlərinin nəğd qaydada verilməsi kimi hallar olduğunu, Maliyyə Nazirliyinin təstiq etdiyi formada mədaxil-məxcariclə ödəniş etməyin mümkün olduğunu, istənilən məbləğə qədər verə bildiklərini, yerli əhalinin taxıl alması məsələsi ilə bağlı olaraq onlarda limit olmadığını, Tural müəllimə nağd vəsaitin verilməsi ilə bağlı eşitdiyini, lakin görmədiyini, hər hansısa şəxsə pul verilməlidirsə direktor bu məsələni birinci müavinə deməli olduğunu, onun da, baş mühasibə deməli olduğunu, baş mühasibin də kassirə göstəriş verməli olduğunu,onun kassirə göstəriş vermədən kassirin özünün pul çıxarıb verə bilməsinin mümkün olmadığını, 2024-cü il ərzində 10.000 manatın İddiaçı-in hər hansısa əməkdaşına verilməsi ilə bağlı kassa mədaxil orderinin olmadığını,İddiaçı-ə pul ödəməklərinin əsasını qarşı tərəfinonlara xidmət göstərməsi əsasında qarşılığında da onların ödəniş etdiklərini, onların şirkətindən pulların təyinatı üzrə qazanılması-xərclənməsinin əsasını vurulan qaimə və göstərilən xidmətin olduğunu, qaiməniqarşı tərəflə müqavilə olması əsasında vurulduğunu, e-qaiməni nağdlaşdırıb pulu verə bilmədiklərini, yalnız qarşı tərəfin VÖEN-i olmasa belə halın mümkün ola biləcəyini, Maliyyə Nzirliyinin buna imkan verdiyi, hər hansısa vətəndaşın məhsulunu bu qaydada ala bildikləri halda onun hesabı olmadıqda pul şirkətin ümümi hesabından götürülürsə və sənədsiz xərclənilirsə, maliyyə hesabatını verməyin mümükün olmayacağını, müqavilə əsaında qarşı tərəfə pul ödədiklərini, gəlir-çıxarları barədə hara xərcləndiyi ilə bağlı hesabat təqdim edərkən müqaviləni əsas kimi göstərdiklərini, 2.000 manatla bağlı müqavilə təqdim olunmasada rəhbərin göstərişi əsasında pulun ödənilməsindən imtina etdiklərini, müqavilənin ləğvi ilə bağlı onlara bəyanatın gəldiyini, həmin bəyanatı gördüyünü, bəyanata əsasən 7.000-lik müqaviləyə xitam verildiyini, onda da müdürlərinin 2.000-lik müqavilə olub-olmaması ilə maraqlanmadığını,həmin 10.000 manat vəsaitinŞakir müəllimin öz hesabından verildiyini, Şakir müəllimin öz hesabına özünün nəzarət etdiyini, şirkətdə başqa kimsənin ona baxa bilmədiyini, müəssisədə olan şəxsi vəsaitinin kassasının açarının özündə olduğunu bildirmişdir. 19 sentyabr 2025-ci il tarixdə məhkəmə baxış iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində məhkəmədə olmağına səbəbin 10.000-lə bağlı olduğunu, çünki əvvəl orada işləmədiyiüçün, demək olar ki, proseslərin bir çoxundan bixəbər olduğunu, 2023-cü ilə 7.000-lik müqavilə bağlıanan vaxt orada işləmədiyini, işə 2024-cü ilin yanvar ayından başladığını, Şakir müəllimdən və digər əməkdaşlardan eşitdiyinə görə, 7.000-lik müqaviləyə xitam verilməklə və 2.000 manatlıq müqavilə bağlandığını, həmin müqavilənin imzalanmaq üçün qarşı tərəfə verilməsi ancaq onlarda həmin müqavilənin nüsxəsi olmadığını, Tural müəllimə 10.000 manat verdiklərini deyə biləcəyini, Şakir müəllimlə Tural müəllim söhbət edəndə otaqda heç kimin olmadığını, onu otağa çağırdıqlarını, Şakir müəllim Tural müəllimə şəxsi vəsaitindən 5.000 manat verəcəyini, Tural müəllimə əlavə 5.000 də istədikdə onun kassadan 5.000 daha gətirdiyini, 10.000 manatı Tural müəllimə verdiyini, həmin dövrdə“X8” MMC-dəmühasib-xəzinədar olduğunu, qaimələri yalnız baş mühasibin görə bildiyini, onun yalnız nəğd pulun giriş-çıxışına baxa bildiyini, Şakir müəllimin öz şəxsi hesabını şirkətdə onda olan kassada bəzən saxladığını, onlarda olan kassada Şakir müəllimin şəxsi vəsaitinin olduğunu, həmin nəğd pulunyalnız şirkətdən qaynaqlanan vəsait deyildə, başqa yerlərdən əldə olunan gəlirlər də olduğunu, Şakir müəllimin gəlirlərinin bir neçə yerdən olduğunu, Şakir müəllimin şəxsi vəsaitinin ona aidiyyəti olmadığı üçün hardan əldə etməsi ilə maraqlanmadığını, Şakir müəllimin 10.000 manatı Tural müəllimə hansı məqsədlə verdiyindən xəbərinin olmadığını, həmin 10.000 manat vəsaiti şirkətə görə, yoxsa şəxsi iş üçün verilməsindən xəbərinin olmadığını, kassadan pul götürdüyümüddətdə baş mühasibinHeydər Hüseynov olduğunu, Heydər müəllimin xəbəri olmadanmüəssisədaxili pul vəsaitlərinin hərəkətinin mümkün olmadığını, Hüseyn müəllimin bu məsələnibilmək məcburiyyətində olmadığını, çünki o pulun Şakir müəllimin şəxsi vəsaiti olduğunu, Şakir müəllimin şəxsi vəsaiti olduğundan 10.000 manata münasibətdə şirkətin öhdəliyinin yaranmadığını, pul onun olmadığı üçün pulu Şakir müəllimin stolunun üstünə qoyduğunu, sonra pulun götürülüb Tural müəllimə verildiyini, onun 5.000 manat apardığını, Şakir müəllimin əvvəlcədən onda 5.000 var, 5.000 də sən gətir dediyini, Tural müəllimin o pulu götürməyini gördüyünü, nə məqsədlə Tural müəllimə pul verildiyini bilmədiyini, sadəcə zərurət yarandığı üçün otağa girdiyini, Tural müəllimin özünün də bildiyi kimin onların Şakir müəllimlə söhbətlərində çox vaxt onların yanında olmadıqlarını bildirmişdir. 13 oktyabr 2025-ci il tarixdə keçiriləcək məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı tərəf iştirak etməmişdir. İddiaçı təşkilatın nümayəndələri məhkəməyə ərizə ilə müraciət edərək 13 oktyabr 2025-ci il tarixdə keçiriləcək iclasa iştirakları olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. 13 oktyabr 2025-ci il tarixdə məhkəmə baxışı iclasında çıxışında cavabdeh təşkilatın vəkil və nümayəndəsi Vəkil iddia tələbinin qismən təmin olunmasını, iddia tələbini 18000 manat borca olan münasibətdə qəbul etdiklərini, 63000 manata münasibətdə qəbul etmədiklərini, sonradan müqavilənin aylıq 2000 manat ödənilməsi şərti ilə bağlandığını, lakin həmin müqaviləni təqdim edə bilmədiklərini, 10000 manat borcun ödənildiyini, qalan 8000 manatı qəbul etdiklərini, ümumi borc tələbini qəbul etmədiklərindən digər tələbləri də qəbul etmədiklərini, iddia tələbinin 8000 manata münasibətdə təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş materiallarında olan: 11 iyun 2023-cü il tarixli, № V.V.C.-07 saylı müqavilədən görünür ki, "X9" Məhdud Məsuliyyətli Cəmiyyəti - direktor X2 şəxsində ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti direktor X3 şəxsində hüquq xidmətlərinin göstərilməsi haqqında xidmət müqaviləsi razılıaşdırılmışdır. Həmin müqavilənin: 1.1. "Müqavilə"yə görə "İcraçı" "Müqavilə"nin qüvvədə olduğu müddət ərzində müvafiq haqq müqabilində "Sifarişçi"nin tapşırığı ilə hüquqi sənədlərin hazırlanmasına və ya həmin sənədlərin hazırlanmasına yardım göstərilməsinə, müvafiq tədbirlərin görülməsinə, aidiyyəti orqanlara müraciətlərin hazırlanmasına, kazuztik məsələlərlə bağlı arayışların, yol xəritələrinin, ərizə ve şikayətlərin (müraciətlərin) hazırlanmasına, həcmindən asılı olmayaraq hüquqi məsələlər barədə nəzəri təcrübi araşdırmaların aparılmasına, dövlət və qeyri-dövlət orqanlarında şirkətin hüquqi mənafeyinin müdafiəsinə dair hüquq məsləhəti (konsultasiya) verilməsi sahəsində "Sifarişçi"yə xidmətlər (bundan sonra "Hüquq xidmətləri") həyata keçirməyi öhdəsinə götürür. 2.1. "İcraçı"nın öhdəlikləri: 2.1.1. "Sifarişçi"nin tapşırığı əsasında "Müqavilə"də göstərilən "Hüquq xidmətləri" və "Əlavə hüquq xidmətləri"ni icra etmək. 2.2."Sifarişçi"nin öhdəlikləri: 2.2.1. Göstərilən "Hüquq xidmətləri"nin və "Əlavə hüquq xidmətləri"nin həyata keçirilməsi üçün lazım olan məlumat və sənədləri "İcraçı"ya vermək; 2.2.2. Xidmət haqını və mükafatları (bundan sonra "Bonus"ları vaxtında ödəmək. 3.1.1. qeyd olunan "Hüquq xidmətləri" üçün aylıq xidmət haqqı - 7000 (veddi min AZN) manat (bundan sonra "Sabit məbləğ" adlanacaq). "Sabit məbləğ"də xidmət haqqının ödənişi hər ayın ilk üç günü ərzində (yəni "xidmət ayı"nın əvvəlində) tam olaraq həyata keçirilir; 4.1. "Müqavilə" 31 dekabr 2026-ci il tarixinə kimi, hər bir halda isə (müqavilə müddəti bitsə belə) sonuncu protokolu" qarşılıqlı olaraq tam icra olunanadək güvədədir. "Müqavilə"nin qüvvədə olma müddətinin qurtarmasına 1 (bir) "Müqavila" ay qalmış "Tərflər"in heç biri "Müqavilə"yə xitam verilməsi bildirmədiyi halda “Müqavilə” gələn 1 (bir) il müddətinə uzadılmış hesab olunur. xx.xx.2023-cü il tarixli, təhvil təslim aktından görünür ki, "İcraçı" -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - direktor X7 və "Sifarişçi" - "X9" Məhdud Məsuliyyətli Cəmiyyəti direktor X6 öz imza və möhürləri ilə həqiqətəndə "Sifarişçi" ilə "İcraçı" arasında 11 iyun 2023- cü il tarixdə bağlanmış VVC-07 №-li "Xidmət müqaviləsi"nə uyğun olaraq "İcraçı" həmin müqavilədə qeyd olunan işləri (xidmətləri) xx.xx.2023-xx.xx.2023-cü il tarixdə "Sifarişçi"ya təhvil verdiyini (göstərmişdir) və "Sifarişçi" isə həmin işləri (xidmətlərdən) xx.xx.2023-xx.xx.2023-cü il tarixdə "İcraçı"dan təhvil aldığını (yararlanmışdır), "Tərəflər" arasında bağlanan müqavilə üzrə "Sifarişçi"yə xidmət göstərilmiş və işin iyun ayı (2023-cü ilin) üzrə icrası yekunlaşdığını, lakin "Sifarişçi" tərəfindən iyul ayı üçün əvvəlcədən ödəniləcək xidmət haqqının ödənişi maliyyə çatışmamazlığı ilə bağlı olaraq gecikməkdə olduğunu təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli, təhvil təslim aktından görünür ki, "İcraçı" -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - direktor X7 və "Sifarişçi" - "X9" Məhdud Məsuliyyətli Cəmiyyəti direktor X6 öz imza və möhürləri ilə həqiqətəndə "Sifarişçi" ilə "İcraçı" arasında 11 iyun 2023- cü il tarixdə bağlanmış VVC-07 №-li "Xidmət müqaviləsi"nə uyğun olaraq "İcraçı" həmin müqavilədə qeyd olunan işləri (xidmətləri) xx.xx.2023-xx.xx.2023-cü il tarixdə "Sifarişçi"ya təhvil verdiyini (göstərmişdir) və "Sifarişçi" isə həmin işləri (xidmətlərdən) xx.xx.2023-xx.xx.2023-cü il tarixdə "İcraçı"dan təhvil aldığını (yararlanmışdır), "Tərəflər" arasında bağlanan müqavilə üzrə "Sifarişçi"yə xidmət göstərilmiş və işin iyul ayı (2023-cü ilin) üzrə icrası yekunlaşdığını, lakin "Sifarişçi" tərəfindən iyul ayı üçün əvvəlcədən ödəniləcək xidmət haqqının ödənişi maliyyə çatışmamazlığı ilə bağlı olaraq gecikməkdə olduğunu təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli, təhvil təslim aktından görünür ki, "İcraçı" -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - direktor X7 və "Sifarişçi" - "X9" Məhdud Məsuliyyətli Cəmiyyəti direktor X6 öz imza və möhürləri ilə həqiqətəndə "Sifarişçi" ilə "İcraçı" arasında 11 iyun 2023- cü il tarixdə bağlanmış VVC-07 №-li "Xidmət müqaviləsi"nə uyğun olaraq "İcraçı" həmin müqavilədə qeyd olunan işləri (xidmətləri) xx.xx.2023-xx.xx.2023-cü il tarixdə "Sifarişçi"ya təhvil verdiyini (göstərmişdir) və "Sifarişçi" isə həmin işləri (xidmətlərdən) xx.xx.2023-xx.xx.2023-cü il tarixdə "İcraçı"dan təhvil aldığını (yararlanmışdır), "Tərəflər" arasında bağlanan müqavilə üzrə "Sifarişçi"yə xidmət göstərilmiş və işin avqust ayı (2023-cü ilin) üzrə icrası yekunlaşdığını, lakin "Sifarişçi" tərəfindən iyul ayı üçün əvvəlcədən ödəniləcək xidmət haqqının ödənişi maliyyə çatışmamazlığı ilə bağlı olaraq gecikməkdə olduğunu təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli, təhvil təslim aktından görünür ki, "İcraçı" -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - direktor X7 və "Sifarişçi" - "X9" Məhdud Məsuliyyətli Cəmiyyəti direktor X6 öz imza və möhürləri ilə həqiqətəndə "Sifarişçi" ilə "İcraçı" arasında 11 iyun 2023- cü il tarixdə bağlanmış VVC-07 №-li "Xidmət müqaviləsi"nə uyğun olaraq "İcraçı" həmin müqavilədə qeyd olunan işləri (xidmətləri) xx.xx.2023-xx.xx.2023-cü il tarixdə "Sifarişçi"ya təhvil verdiyini (göstərmişdir) və "Sifarişçi" isə həmin işləri (xidmətlərdən) xx.xx.2023-xx.xx.2023-cü il tarixdə "İcraçı"dan təhvil aldığını (yararlanmışdır), "Tərəflər" arasında bağlanan müqavilə üzrə "Sifarişçi"yə xidmət göstərilmiş və işin sentyabr ayı (2023-cü ilin) üzrə icrası yekunlaşdığını, lakin "Sifarişçi" tərəfindən iyul ayı üçün əvvəlcədən ödəniləcək xidmət haqqının ödənişi maliyyə çatışmamazlığı ilə bağlı olaraq gecikməkdə olduğunu təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli, təhvil təslim aktından görünür ki, "İcraçı" -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - direktor X17 və "Sifarişçi" - "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti direktor X6 öz imza və möhürləri ilə həqiqətəndə "Sifarişçi" ilə "İcraçı" arasında 11 iyun 2023- cü il tarixdə bağlanmış VVC-07 №-li "Xidmət müqaviləsi"nə uyğun olaraq. "İcraçı" həmin müqavilədə qeyd olunan işləri (xidmətləri) xx.xx.2023-xx.xx.2023-cü il tarixdə "Sifarişçi"yə təhvil verdiyini (göstərdiyini) və "Sifarişçi" isə həmin işləri (xidmətlərdən) xx.xx.2023-xx.xx.2023-cü il tarixdə "İcraçı"dan təhvil aldığını (yararlandığını), "Tərəflər" arasında bağlanan müqavilə üzrə "Sifarişçi"yə xidmət göstərilmiş və işin oktyabr, noyabr, dekabr ayları (2023-cü ilin) üzrə icrası yekunlaşdığını təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli, təhvil təslim aktından görünür ki, "İcraçı" -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - direktor X17 və "Sifarişçi" - "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti direktor X6 öz imza və möhürləri ilə həqiqətəndə "Sifarişçi" ilə "İcraçı" arasında 11 iyun 2023- cü il tarixdə bağlanmış VVC-07 №-li "Xidmət müqaviləsi"nə uyğun olaraq "İcraçı" həmin müqavilədə qeyd olunan işləri (xidmətləri) xx.xx.2023-xx.xx.2024-cü il tarixdə "Sifarişçi"yə təhvil verdiyini (göstərdiyini) və "Sifarişçi" isə həmin işləri (xidmətlərdən) xx.xx.2023-xx.xx.2024-cü il tarixdə "İcraçı"dan təhvil aldığını (yararlandığını), "Tərəflər" arasında bağlanan müqavilə üzrə "Sifarişçi"yə xidmət göstərilmiş və işin yanvar ayı (2024-cü ilin) üzrə icrası yekunlaşdığını təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli, təhvil təslim aktından görünür ki, "İcraçı" -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - direktor X17 və "Sifarişçi" - "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti direktor X6 öz imza və möhürləri ilə həqiqətəndə "Sifarişçi" ilə "İcraçı" arasında 11 iyun 2023- cü il tarixdə bağlanmış VVC-07 №-li "Xidmət müqaviləsi"nə uyğun olaraq, "İcraçı" həmin müqavilədə qeyd olunan işləri (xidmətləri) xx.xx.2024-xx.xx.2024-cü il tarixdə "Sifarişçi"yə təhvil verdiyini (göstərdiyini) və "Sifarişçi" isə həmin işləri (xidmətlərdən) xx.xx.2024-xx.xx.2024-cü il tarixdə "İcraçı"dan təhvil aldığını (yararlandığını), "Tərəflər" arasında bağlanan müqavilə üzrə "Sifarişçi"yə xidmət göstərilmiş və işin fevral ayı (2024-cü ilin) üzrə icrası yekunlaşdığını təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli, təhvil təslim aktından görünür ki, "İcraçı" -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - direktor X17 və "Sifarişçi" - "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti direktor X6 öz imza və möhürləri ilə həqiqətəndə "Sifarişçi" ilə "İcraçı" arasında 11 iyun 2023-cü il tarixdə bağlanmış VVC-07 №o-li "Xidmət müqaviləsi"nə uyğun olaraq, "İcraçı" həmin müqavilədə qeyd olunan işləri (xidmətləri) xx.xx.2024-xx.xx.2024-cü il tarixdə "Sifarişçi"yə təhvil verdiyini (göstərdiyini) və "Sifarişçi" isə həmin işləri (xidmətlərdən) xx.xx.2024-xx.xx.2024-cü il tarixdə "İcraçı"dan təhvil aldığını (yararlandığını), "Tərəflər" arasında bağlanan müqavilə üzrə "Sifarişçi"yə xidmət göstərilmiş və işin aprel ayı (2024-cü ilin) üzrə icrası yekunlaşdığını təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli, təhvil təslim aktından görünür ki, "İcraçı" -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - direktor X17 və "Sifarişçi" - "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti direktor X6 öz imza və möhürləri ilə həqiqətəndə "Sifarişçi" ilə "İcraçı" arasında 11 iyun 2023-cü il tarixdə bağlanmış VVC-07 №o-li "Xidmət müqaviləsi"nə uyğun olaraq, "İcraçı" həmin müqavilədə qeyd olunan işləri (xidmətləri) xx.xx.2024-xx.xx.2024-cü il tarixdə "Sifarişçi"yə təhvil verdiyini (göstərdiyini) və "Sifarişçi" isə həmin işləri (xidmətlərdən) xx.xx.2024-xx.xx.2024-cü il tarixdə "İcraçı"dan təhvil aldığını (yararlandığını), "Tərəflər" arasında bağlanan müqavilə üzrə "Sifarişçi"yə xidmət göstərilmiş və işin may ayı (2024-cü ilin) üzrə icrası yekunlaşdığını təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli, təhvil təslim aktından görünür ki, "İcraçı" -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - direktor X17 və "Sifarişçi" - "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti direktor X6 öz imza və möhürləri ilə həqiqətəndə "Sifarişçi" ilə "İcraçı" arasında 11 iyun 2023-cü il tarixdə bağlanmış VVC-07 №o-li "Xidmət müqaviləsi"nə uyğun olaraq, "İcraçı" həmin müqavilədə qeyd olunan işləri (xidmətləri) xx.xx.2024-xx.xx.2024-cü il tarixdə "Sifarişçi"yə təhvil verdiyini (göstərdiyini) və "Sifarişçi" isə həmin işləri (xidmətlərdən) xx.xx.2024-xx.xx.2024-cü il tarixdə "İcraçı"dan təhvil aldığını (yararlandığını), "Tərəflər" arasında bağlanan müqavilə üzrə "Sifarişçi"yə xidmət göstərilmiş və işin iyun ayı (2024-cü ilin) üzrə icrası yekunlaşdığını təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli, təhvil təslim aktından görünür ki, "İcraçı" -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - direktor X17 və "Sifarişçi" - "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti - direktor X6 öz imza və möhürləri ilə həqiqətəndə "Sifarişçi" ilə "İcraçı" arasında 11 iyun 2023-cü il tarixdə bağlanmış VVC-07 №o-li "Xidmət müqaviləsi"nə uyğun olaraq, "İcraçı" həmin müqavilədə qeyd olunan işləri (xidmətləri) xx.xx.2024-xx.xx.2024-cü il tarixdə "Sifarişçi"yə təhvil verdiyini (göstərdiyini) və "Sifarişçi" isə həmin işləri (xidmətlərdən) xx.xx.2024-xx.xx.2024-cü il tarixdə "İcraçı"dan təhvil aldığını (yararlandığını), "Tərəflər" arasında bağlanan müqavilə üzrə "Sifarişçi"yə xidmət göstərilmiş və işin iyul ayı (2024-cü ilin) üzrə icrası yekunlaşdığını təsdiq etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X11 tərəfindən "X8" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli bəyanatda qeyd olunmuşdur ki, "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adı "X9" MMC) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 11 iyun 2023-cü il tarixli, VV-04 nömrəli "Xidmət Müqaviləsi" bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq xidmətlər göstərilmişdir (xidmətlərin təhvil-tasliminə və ödənişlərin qalmasına dair aktlar tərtib edilmşdir). Belə ki, hazırda ödənişlərin ödənilməsinə dair 10 ay müddətində elektron-qaimələrin vurulmamasının səbəbi bizim vergi və gəlirlərimizin uçotu qaydası hesablama metodu olduğundan tərəfimizdən sizə vurulacaq elektron-qaimələrdən ödəmə mənbəyində vergi hesablanacağından, xidmətlərin dəyərini təşkil edəcək ödənişlərin elektron-qaimələrinin tərəfinizdən ödənişlərə razılıq veriləcəyi təqdirdə vurulacağı razılşdırılmışdır. Bunda görə də tərəfinizdən belə bir razılıq verilmədiyindən elektron-qaimələrin vurulması bu günədək müvəqqəti dayandırılmışdır. Beləliklə, müqavilənin 9.5-ci bəndinə əsasən, “Müqavilə" istənilən vaxt birtərəfli qaydada ləğv oluna bilər.. Həmin bəndi əsas götürərək aramızda bağlanan müqaviləyə birtərəfli qaydada 02 sentyabr 2024-cü il tarixində xitam verilir. Bununla əlaqədar 2024-cü ilin avqust ayı üçün xidmətlərin tahvil-təsliminin həyata keçirilməsi və qısa müddət ərzində ödənişlərlə əlaqədar yekun əməliyyatların aparılması ilə bağlı xx.xx.2024-cü il tarixində Naxçıvan şəhəri, Təbriz küçəsində yerləşən "Təbriz Otel'in 13-cü mərtəbəsində (Panorama restoranında) görüşə dəvət olunursunuz, Yuxarıda qeyd olunanlara əsasən, aramızda bağlanan 11 iyun 2023-cü il tarixli, VV-04 nömrəli "Xidmət Müqaviləsi"nə tərəfimizdən birtərəfli qaydada 03 sentyabr 2024-cü il tarixində xitam verilsin. Xahiş edirəm ki, qeyd olunanları nəzərə alasınız.” xx.xx.2024-cü il tarixli, MT 2411 saylı elektron qaimədən görünür ki, V.V.Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "X8" Məhdud Məsuliyyətli Cəmiyyətinə 6300 manat dəyərində xidmətləri təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, MT 2411 saylı elektron qaimədən görünür ki, V.V.Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "X8" Məhdud Məsuliyyətli Cəmiyyətinə 6300 manat dəyərində xidmətləri təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli, MT 2503 saylı elektron qaimədən görünür ki, V.V.Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "X8" Məhdud Məsuliyyətli Cəmiyyətinə 6300 manat dəyərində xidmətləri təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-cimaddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı V.V.C.M Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə əldə olunaraq hər iki tərəf üzərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşdür“ V.V.C.M Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh tərəfin həmin razılaşmadan irəli gələn öhdəliyini yerinə yetirmədiyini iddia edib cavabdeh tərəfin borcunun olmasını təsdiq edəcək sənədlər (müqavilə, təhvil təslim aktları, elektron qaimə) təqdim edərək məhkəməyə müraciət etmişdir. Həmin elektron qaimə və təhvil təslim aktlarına nəzər yetirdikdə məlum olur ki, cavabdeh tərəfin iddiaçı tərəfə 63000 manat məbləğində borcu vardır. Belə ki, iddiaçı V.V.C.M Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə hüquqi xidmətlər göstərmiş, cavabdeh "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti isə üzərinə düşən öhdəliyini yerinə yetirməyərək xidmətin dəyərini, yəni 63000 manatı ödəməmişdir. Həmçinin məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədləri mötəbər sənəd kimi qəbul edərək iddiaçı tərəfin haqqlı olması və iddianın əsaslı olduğundan təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddia tələbini qismən 18000 manat borca münasibətdə qəbul edərək 10000 manatın cavabdeh tərəfindən Şahid5 ödənildiyini, 8000 manat borcları qaldığını, aylıq xidmət haqqı olaraq 7000 manat ödənilməsi müqavilənin razılıq əsasında aylıq 2000 manat olması barədə müqavilə olduğunu qeyd etsələrdə bu halları təsdiq edən sübutları təqdim etməmişdirlər. Belə ki, tərəflərin izahatlarından məlum olur ki, bağlanmış müqavilənin dəyişdirilməsi, aylıq 2000 manata bağlanması öz təsdiqini tapmır. Bundan başqa məhkəmə iclasında ifadə vermiş şahidlərin ifadəsi ilə də cavabdeh təşkilatın rəhbəri tərəfindən Şahid5 müqavilədən yaranmış 10000 manat borcun verilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin tələbinə uyğun olaraq cavabdeh "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməyən 63000 manat, gecikdirilən ödənilməyən ümumi məbləğin illik 5% cəriməsinə uyğun olaraq 3127,6 manat, xx.xx.2025-ci il tarixdən 63000 (altmış üç min) manata münasibətdə qətnamə icra olunan günədək ödəmənin gecikdirilməsinə görə hər gün üçün 8,63 (səkkiz manat altmış üç qəpik) manat hesablanaraq iddiaçıya ödənilməlidir. Məhkəmə icraatı zamanı müəyyən edildi ki, cavabdeh digər tərəfə vurduğu zərər nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi əsas borcun və dəbbə pulunun tutulmasına dair hissələrdə xarakterinə, tutulma qaydasına görə əsaslı olmaqla da, həcminə görə də tam əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı müqavilədən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, müqavilə tərəfləri bağladıqları müqavilə ilə öhdəlik götürərək fəaliyyət göstərirlər və nəticə etibarilə yaranan əsas borcla yanaşı, ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum etməmək üçün borclu borcunu vaxtında ödəməməklə müqavilə tərəfinə faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarıında belə bir hüquqi mövqe formalaşdırılmışdır ki, Mülki Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi, öhdəliklər üzrə “ödəniş müddəti çatanadək” müddəası öhdəliyin müqavilədə müəyyən edilmiş icra vaxtının çatmasını nəzərdə tutur. Öhdəliyin icra vaxtı borclu tərəfindən gecikdirilərsə, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq qaydada kreditor zərərin ödənilməsini tələb edə bilər. İddianın müqavilə müddəti bitəndən sonra ödənilməyən əsas borca əsasən hesablanmış faiz borcu tələbinə dair hissəsi üzrə məhkəmə qeyd edir ki, həmin tələbin hüquqi əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin maddədə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsi nəzərdə tutulur. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır. Cavabdeh tərəfin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin halları ilə təsdiqini tapdığından və müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı V.V.C.M Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlı olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbinin (cərimə) dəbbə pulu hissəsi qanunvericiliklə nəzərdə tutulmuş həddə tələb edildiyindən həmin məbləğin azaldılması zərurəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məzmunundan göründüyü kimi dəbbə pulu tələbkarın borclunun müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla mümkün zərərdən qorunmasına təminat verir. Borcun vaxtında ödənilməməsi tələbkarı vaxtında əldə etməli olduğu pul məbləğindən yenidən istifadə edib gəlir əldə etmək imkanından məhrum edir. Ona görə də qanunvericilik dəbbə pulu institutu ilə müqavilə tərəfləri olanları mümkün zərərdən qorumaqla borclunu öz öhdəliklərinin icrasında intizamlandırır. Lakin göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən mübahisə tərəflərinin iqtisadi vəziyyətinin nəzərə alınmasını tələb edir. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsiplərinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli qərarı). Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilənin icra edilməmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququnun yarandığı təqdirdə, tutulmalı olan dəbbə pulu dəymiş zərərin minimum həddində müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, 26 iyul 2011-ci il, § 44). Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dəbbə pulunun 3127,6 manat məbləğində tələb edilməsi, öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlməklə, iddiaçıya dəymiş zərərə münasibətdə mütənasibdir. Məhkəmə həmçinin gecikmə faizi olaraq 3127,6 manat məbləğinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, müqavilədə nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə tələbin dəbbə pulunun məbləğinə dair hissəsi üzrə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməklə dəbbə pulunun məbləği 3127,6 manat məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbinin xx.xx.2025-ci il tarixdən 63000 (altmış üç min) manata münasibətdə qətnamə icra olunan günədək ödəmənin gecikdirilməsinə görə hər gün üçün 8,63 (səkkiz manat altmış üç qəpik) manat hesablanaraq “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi hissəsidə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, yuxarda qeyd olunan qanunvericiliyə uyğun olaraq iddiaçı tələb olunan borc məbləğinin illik 5%-nə uyğun olaraq tələbini əsaslandırmışdır. Həmçinin tələbdən və tərəflərin münasibətindən görünür ki, cavabdeh tərəfindən borc vaxtında ödənilməmiş iddiaçı tərəf maddi itkilərə məruz qalmışdır. Həmçinin cavabdeh tərəf iddia tələbini qismən qəbul etsədə məhkəməyə müraciət olunduğu xx.xx.2025-ci il tarixdən tələbə münasibətdə ödəmə həyata keçirməyə cəhd etməsi halı aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf xx.xx.2025-ci il tarixə qədər əldən çıxmış faydanı hesablamaqla tələbini müəyyən etmiş, məhkəmə araşdırması və yekun qərarın icra müddətində də maliyyə itkilərinin kompensasiya olunması üçün illik 5% olmaqla gündəlik məbləği tələb etməkdə haqlıdır. Məhkəmənin 17 iyun 2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 25 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2025-ci il tarixli, 709 nömrəli ekspert rəyindən görünür ki, ödənilməmiş 63000 manat xidmət haqqına münasibətdə illik 5% bank uçot dərəcəsinin bir günlük məbləği (5%-in 365 günə bölünmüş nisbəti) 8,63 manat təşkil edir. Ödənilməyən hər (7000 manatlıq) aylıq xidmət haqlarına görə, hər gecişdirilmiş aya mütənasib olaraq “illik 5% bank uçot dərəcəsi” ilə əldən çıxan faydanın ümumi məbləği 3150.36 manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növü kimin qəbul edilməməlidir. Beləliklə, məhkəmə, ekspert rəyi ilə razılaşmayaraq, əldən çıxan faydanın ümumi məbləği 3150.36 manat olduğu qənaətini iddia tələbinə uyğun olmadığından qəbul olunmaması fikrindədir. Belə ki, iddia tələbində əldən çıxan faydanın ümumi məbləği 3127,6 manat tələb olunduğundan ekspert rəyində 3150.36 manat olması iddia tələbindən yüksək olduğundan məhkəmə tələbdən kənara çıxılmaması nəticəsində qalmağı qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 66447,6 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 290 manat olaraq müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə 290 manat məbləğində müəyyən edilmiş dövlət rüsumu cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Həmçinin müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəməklə məhkəmə xərci çəkmişdir. Bundan əlavə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2025-ci il tarixli, 709 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X14 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməklə cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN-**********) 63000 (altmış üç min) manat əsas borc məbləği, ödəmənin gecikdirilməsinə görə 3127,6 (üç min yüz iyirmi yeddi manat altmış qəpik) manat faiz, 290 (iki yüz doxsan) manat məbləğində ödənilmiş dövlət rüsumunun, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN-**********) ödənilməli, xx.xx.2025-ci il tarixdən 63000 (altmış üç min) manata münasibətdə qətnamə icra olunan günədək ödəmənin gecikdirilməsinə görə hər gün üçün 8,63 (səkkiz manat altmış üç qəpik) manat hesablanaraq “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2025-ci il tarixli, 709 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərci olaraq müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X14 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı “Müvəqqəti təminat tədbirlərinin görülməsinə dair” ərizə ilə Naxçıvan MR Kommeriya Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 16 aprel 2025-ci il tarixli e- 16(123)-4/2025 nömrəli qərardadı ilə Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-162/2025 nömrəli işinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakları üzərinə qanunvericiliklə müəyyən olunmuş ardıcıllıqla 63000 manat dəyərində həbs qoyulmuşdur. Mülki Prosessual Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Belə ki, iddia təmin edilməli olduğundan məhkəmə aktının 16 aprel 2025-ci il tarixli e-16(123)- 4/2025 nömrəli qərardadı məhkəmə aktının (qətnamənin) icrasına qədər öz qüvvəsini saxlamalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN-**********) 63000 (altmış üç min) manat əsas borc məbləği, ödəmənin gecikdirilməsinə görə 3127,6 (üç min yüz iyirmi yeddi manat altmış qəpik) manat faiz və 290 (iki yüz doxsan) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN-**********) ödənilsin. xx.xx.2025-ci il tarixdən 63000 (altmış üç min) manata münasibətdə qətnamə icra olunan günədək ödəmənin gecikdirilməsinə görə hər gün üçün 8,63 (səkkiz manat altmış üç qəpik) manat hesablanaraq “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2025ci il tarixli, 709 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərci olaraq müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdeh “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X14 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-162/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-162/2025
13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver