Məhkəmə qərarları › İş №e-2-2(123)-237/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-237/2025

25.08.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-237/2025 25.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 02 iyun 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin 08 may 2025ci il tarixli №3-33-1200/001Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh X8 (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli GİB**********138 saylı invoys sənədi ilə Türkiyə Respublikasından 75CA317 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********2324 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: 20,7 kq qısaqol köynək (98) ədəd, 22,9 kq şort (85 ədəd), **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə dair məhkəmə tərəfindən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən Hüquq sahibi, baş ofisi: Fransa, Paris, 75016, Boulevard de Montmorency 31-37 ünvanında yerləşənİddiaçınə(“LACOSTE”) ünvanlanmış 08 may 2025-ci il tarixli №3-33-1200/001Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərara (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 08 may 2025-ci il tarixli №1 saylı Bildirişə (“Bildiriş”) əsasən, qeydiyyat ünvanı: ünvan 1 fərdi sahibkar X8 (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli GİB**********138 saylı invoys sənədi ilə Türkiyə Respublikasından 75CA317 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********2324 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: 20,7 kq qısaqol köynək (98) ədəd, 22,9 kq şort (85 ədəd), **********) kontrafakt olması əlamətləri aşkar olunduğunu və həmin malların buraxılışı 10 (on) iş günü müddətinə 08 may 2025-ci il tarixindən 23 may 2025-ci il tarixinədək dayandırıldığını, Naxçıvan Baş Gömrük İdarəsinin müvafiq Qərarı və Bildirişi bu İddia Ərizəsinə əlavə olunduğunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarının tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi İddiaçı Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1, idxalçı (mal sahibi) və bəyannaməçi X5 dərhal yazılı Bildiriş göndərildiyini və eyni zamanda, yuxarıda qeyd olunan Naxçıvan Baş Gömrük İdarəsinin 08 may 2025-ci il tarixli №3-33-1200/001Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarı hüquq sahibi İddiaçı Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1 14 may 2025-ci ildə təqdim olunduğunu, hüquq sahibi İddiaçı Etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X6, Cavabdeh X8 tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən dayandırılmış “LACOSTE” əmtəə nişanlı malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi İddiaçı baş ofisinə müraciət etmiş və hüquq sahibi İddiaçı ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək və müvafiq məlumatlarını yoxlayaraq buraxılışı dayandırılmış malların kontrafakt olması faktını təsdiqləndiyini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 08 may 2025-ci il tarixli №3-33-1200/001Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarın və həmin Qərara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” verdiyi 08 may 2025-ci il tarixli №1 saylı Bildirişin İddiaçınə və həmçinin, Cavabdeh X5 vaxtında rəsmən təqdim olunmasına və Qərarın “Qeyd” hissəsində Cavabdehin “Qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya “İnzibatı İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən 30 gün müddətində birbaşa yaxud Naxçıvan Baş Gömrük İdarəsi vasitəsi ilə Dövlət Gömrük Komitəsinə inzibati şikayət verməsi hüququnun olması faktının qeyd olunmasına baxmayaraq, Cavabdeh X8 özünün qanuni hüquqlarından istifadə etmədiyini və inzibati akt olan Qərarın mübahisələndirilməsinə və ya ləğvinə dair məhkəməyə və ya Dövlət Gömrük Komitəsinə inzibati şikayət təqdim etmədiyini, bu fakt isə öz növbəsində, Cavabdeh X3 Naxçıvan Baş Gömrük İdarəsinin Qərarı ilə razı olduğunu və idxal etdiyi “LACOSTE” əmtəə nişanlı malların kontrafakt olduğunu, və bununla da İddiaçı qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduğunu etiraf etdiyini təsdiqlədiyini, hüquq sahibi İddiaçı isə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə Ərizə ilə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin 08 may 2025ci il tarixli №3-33-1200/001Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı 23 may 2025-ci il tarixinədək dayandırılmış fərdi sahibkar X8 (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli GİB**********138 saylı invoys sənədi ilə Türkiyə Respublikasından 75CA317 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********2324 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: 20,7 kq qısaqol köynək (98) ədəd, 22,9 kq şort (85 ədəd), **********) üzərinə müvəqqəti təminat tədbirinin tədbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 (bir) ay müddətinə həbsin qoyulmasını xahiş etdiyini, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin №e-16(123)-8/2025 saylı 19 may 2025-ci il tarixli Qərardadı ilə hüquq sahibi İddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə Ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin 08 may 2025-ci il tarixli №3-33-1200/001Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı 23 may 2025-ci il tarixinədək dayandırılmış fərdi sahibkar X8 tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli GİB**********138 saylı invoys sənədi ilə Türkiyə Respublikasından 75CA317 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş **********2324 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: 20,7 kq qısaqol köynək (98) ədəd, 22,9 kq şort (85 ədəd), **********) üzərinə 1 (bir) ay müddətinə 18 iyun 2025-ci il tarixinədək həbs qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin №e- 16(123)-8/2025 saylı 19 may 2025-ci il tarixli müvafiq Qərardadı, Qərardadı bu İddia Ərizəsinə əlavə olunduğunu, cavabdeh X8 isə ona məxsus malların üzərinə həbsin qoyulması barəsində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin qəbul etdiyi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında Qərardadını mübahisələndirmədiyini və həmin Qərardadın ləğvinə dair məhkəməyə şikayət vermədiyini, bu fakt isə öz növbəsində, Cavabdeh X3 həm Naxçıvan Baş Gömrük İdarəsinin müvafiq Qərarı və həmçinin Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin müvafiq Qərardadı ilə razı olduğunu, və idxal etdiyi “LACOSTE” əmtəə nişanlı malların kontrafakt olduğunu, və bununla da İddiaçı qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduğunu etiraf etdiyini bir daha təsdiqlədiyini, hüquq sahibi İddiaçınə məxsus “LACOSTE” və digər əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alındığını və bu nişanlara dair İddiaçı müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tanındığını və qorunduğunu, Azərbaycan Respublikasında qeydiyyata alınmış “LACOSTE” X4 Əqli Mülkiyyət Təşkilatının (WİPO) Beynəlxalq Reyestrinin Madrid Monitorunun on-line məlumat bazasından əldə edilmiş Qeydiyyat Məlumatlarının surətləri (qeydiyyat təsnifat kodları, qeydiyyat nömrələri və qüvvədə olma tarixləri ilə) bu İddia Ərizəsinə əlavə olunduğunu, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş İddiaçınə məxsus “LACOSTE” və digər əmtəə nişanlarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olması barədə xx.xx.2021-ci il tarixli müvafiq Bildirişləri bu İddia Ərizəsinə əlavə olunduğunu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçınə məxsus “LACOSTE” və digər əmtəə nişanları Tərkibində Əqli Mülkiyyət Hüquqlarının obyektləri olan malların Gömrük Reyestrinə xx.xx.2022-ci il tarixində daxil edildiyini və müvafiq qaydada qorunduöunu, bununla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli müvafiq Məktubu bu İddia Ərizəsinə əlavə olunduğunu, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 283-cü maddəsinin (“Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması”) tələblərinə əsasən, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 10 (on) iş günü müddətinə dayandırıldığını, ərizəçinin əsaslandırılmış müraciəti olduqda, göstərilən müddət daha 10 (on) iş gününədək uzadıldığını, Gömrük orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması barədə qəbul etdiyi qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə bəyannaməçiyə və ərizəçiyə dərhal yazılı bildiriş göndərdiyini, həmin bildirişdə müvafiq olaraq bəyannaməçinin və ərizəçinin adı, soyadı, atasının adı, yaşadığı və qeydiyyatda olduqları ünvan haqqında məlumat da verilməli olduğunu, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 iyun tarixli 163 nömrəli Qərarı ilə tənzimləndiyini bildirmişdir. 25 avqust 2025-ci iltarixdə keçirilən məhkəmə baxışiclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının vəkil və nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş işə iştirakları olmadan baxılması barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iş üzrə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh X8 izahatında iddia tələbini qəbul etdiyini, həqiqətən malların gələrək gömrükdə saxlandığını, həmin malların saxta olduğunu, saxta “LACOSTE” əmtəə nişanı vurulduğunu, bu barədə mal yiyəsinin məlumatlı olduğunu, həmin malların məhv edilməsinə etirazlarının olmadığını, həmin malların çox ucuzlu mal olduğunu bildirərək iddianın təmin olunmasına etirazlarının olmadığını bildirdi. Məhkəmə işdə iştirak edən tərəfin izahatını, mülahizələri və dəlilləri dinləyərək, iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Əqli mülkiyyət agentliyi sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinin “LACOSTE” şirkətinin hüquqi məsələlər üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən LACOSTE adına qeydiyyata alınan 695846 saylı “ ” beynəlxalq əmtəə nişanı əmtəələrin və xidmətlərin beynəlxalq Nitsa təsnifatının 24,25, 26-cı sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 10 iyul 2028-ci il tarixinə qədər qüvvədədir. Azərbaycan Respublikasının Əqli mülkiyyət agentliyi sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinin “LACOSTE” şirkətinin hüquqi məsələlər üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən LACOSTE adına qeydiyyata alınan 437000 saylı “LACOSTE” beynəlxalq əmtəə nişanı əmtəələrin və xidmətlərin beynəlxalq Nitsa təsnifatının 01, 02, 03, 04, 05, 06, 07, 08, 09, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 25 aprel 2028-ci il tarixinə qədər qüvvədədir. Azərbaycan Respublikasının Əqli mülkiyyət agentliyi sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinin “LACOSTE” şirkətinin hüquqi məsələlər üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən LACOSTE adına qeydiyyata alınan ******* saylı “ ” beynəlxalq əmtəə nişanı əmtəələrin və xidmətlərin beynəlxalq Nitsa təsnifatının 03, 09, 14, 18, 24, 25, 35-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 08 fevral 2029-cu il tarixinə qədər qüvvədədir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı etibarnamə əsasında hüquqi məsələlər üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan məlum olur ki, əmtəə nişanları üzərində əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə müraciət nəzərə alınaraq Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 279.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 323 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları”na əsasən Komitənin 1000/063 nömrəli xx.xx.2022-ci il tarixli Sərəncamı ilə müraciətdə qeyd olunmuş “LACOSTE” əmtəə nişanı adı altında mallar reyestrə daxil edilmişdir. Azərbaycan Respublikası DGK Naxçıvan Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33- 1200/001Q saylı malların buraxılışının dayandırılması haqqında qərarına əsasən X8 tərəfindən Azərbaycan Respublikası xx.xx.2025-ci il tarixli, GİB**********138 saylı invoys sənədi ilə Türkiyə Respublikasında 75CA317 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş **********2324 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Lacoste” əmtəə nişanlı malların kontrafakt olması əlamətləri aşkar edilmiş və malların buraxılışının 10 iş günü müddətinə dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası DGK Naxçıvan Baş Gömrük İdarəsinin tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında ərizəçiyə və bəyannaməçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 1 nömrəli bildirişə əsasən tərkibində əqli mülkiyyət obyektləri olan malların üzərində gömrük nəzarəti zamanı gömrük rəsmiləşdirilməsini həyata keçirən Naxçıvan Baş Gömrük İdarəsinin 8 may 2025-ci il tarixli, 3-33-1200/001Q nömrəli qərarına əsasən aşağıda göstərilmiş malların xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək buraxılışı dayandırılmış və Gömrük nəzarətinin həyata keçirilməsi zamanı malların pirat və ya kontrafakt olmasını təsdiqləyən əlamətlər: Baxış zamanı "Lacoste" əmtəə nişanlı 20,7 kq qısaqol köynək (98 ədəd), 22,9 kq şort (85 ədəd) aşkar olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İlk olaraq iddia tələbinin **********2324 2633 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "Lacoste" əmtəə nişanlı 20,7 kq qısaqol köynək (98 ədəd), 22,9 kq şort (85 ədəd) malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun: 25-ci maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. 26-cı maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. 32-ci maddəsinin birinci abzasına görə bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. 33-cü maddəsinə görə bu Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulması barədə mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır. 34-cü maddəsinə görə əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır. 1.0.2-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) - əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxsdir, o cümlədən folklore nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikasıdır. 1.0.11-ci maddəsinə əsasən kontrafakt məhsul – əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan maldır. 3-cü maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. 7-ci maddəsinə əsasən məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır. 20 mart 1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının(1900-cü il dekabrın 14-də, 1911-ci il iyunun 2-də, 1925-ci il noyabrın 6- da, 1934cü il iyunun 2-də, 1958-ci il oktyabrın 31-də, 1967-ci il iyulun 14-də, 1990-cı il oktyabrın 2-də edilmiş dəyişikliklərlə): 9-cu maddəsinin 1-ci bəndinə əsasən əmtəə nişanı yaxud firma adı ilə qeyriqanuni təchiz edilmiş hər hansı məhsul, bu məhsul həmin işarə, yaxud firma adının qanuni mühafızə hüququ olan İttifaq ölkəsinə idxal prosesində həbs edilir. 10-cu maddəsinə əsasən bundan qabaqkı maddənin müddəaları məhsulların mənşəi, yaxud istehsalçının, sənayeçinin, yaxud təcirin şəxsiyyətininin həqiqiliyi barədə düzünə, yaxud dolayı yolla yalan göstərişlərdən istifadə edilən halda tətbiq edilir. İstehsalla, hazırlama ilə, yaxud məhsulu satmaqla məşğul olan və fiziki, yaxud hüquqi şəxs olmasından asılı olmayaraq hər hansı istehsalçı, sənayeçi, yaxud tacir yalandan məhsulun mənşə yeri kimi göstərilən yerdə, yaxud bu yerin olduğu rayonda, ya yalandan göstərilən ölkədə, ya da mənşə haqqında yalan göstəriş tətbiq olunan ölkəyə məskən salmışsa, maraqlı tərəf hesab olunur. 10bis maddəsinə əsasən İttifaq ölkələri həmin İttifaqda iştirak edən ölkələrin vətəndaşları üçün qeyri-səmimi rəqabətdən təsirli müdafiə təmin etməlidirlər. Sənaye və ticari işlərdə namusldu adətlərə zidd olan rəqabət aktı qeyri-səmimi rəqabət aktı hesab olunur. Məsələn, aşağıdakılar qadağan olunur:

1. müəssisə, məhsullar, yaxud rəqibin sənaye, yaxud ticari fəaliyyət baxımından hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər;

2. kommersiya fəaliyyətini yerinə yetirərkən müəssisəni, məhsulları, yaxud rəqibin sənaye, yaxud ticarət fəaliyyətini hörmətdən sala bilən uydurma fikirlər;

3. kommersiya fəaliyyətini yerinə yetirərkən əmtəənin xarakteri, hazırlanma qaydası, xüsusiyyətləri, işlətməyə yararlı olması, yaxud miqdarı baxımından cəmiyyəti çaşdıra bilən göstərişlər, yaxud fıkirlərin istifadə edilməsi. 10ter maddəsinə əsasən İttifaq ölkələri İttifaqın başqa ölkələrinin vətəndaşları üçün 9, 10 və 10bıs maddələrində göstərilən fəaliyyətin qarşısını effektli almaq üçün qanuni vasitələr təmin etməyi öhdələrinə götürür. Bundan başqa onlar mövcudluğu ölkələrinin qanunları ilə ziddiyyət təşkil etməyən və marağı olan sənayeçiləri, istehsalçıları, tacirləri təmsil edən ittifaq və birliklər üçün məhkəmə, yaxud inzibati orqanlar vasitəsilə 9, 10 və 10bis maddələrində nəzərdə tutulmuş fəaliyyətlərin baxılan ölkələrin ittifaq və birlikləri üçün mühafizə xahiş edilən ölkənin qanunu çərçivəsində qarşısını almaq üçün tədbirlər görməyi öhdələrinə götürürlər. Qeyd olunanlardan və gömrük orqanının qərarından da göründüyü kimi cavabdeh fərdi sahibkar tərəfindən iddiaçıya məxsus əmtəə nişanından istifadə etməklə kontrafakt malları ölkə ərazisinə keçirməyə cəhd etmiş və həmin malların kontrafakt olduğu aşkar edildikdən sonra hüquq sahibi məlumatlandırılmış, ölkəyə daxil edilməsi məhdudlaşdırılmışdır. Göründüyü işdə olan sübutlar iddiaçının tələbinin təsdiqini tapdığından məhkəmə hesab edir ki, tələb əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh məhkəmə iclasında tələbi qəbul edərək həqiqətən malların kontrafakt olduğunu etiraf etmişdir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə aşağıdakı məqamları eyd etməyi zəruri hesab edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4. müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunmuşlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin,məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsi qiymətləndirilməyən iddia ərizəsinə şamil edildiyindən məhkəmə xərcləri onu ödəməkdən azad edilməyən cavabdehə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-1200/001Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən cavabdeh Fərdi sahibkar X8 (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli, GİB**********138 saylı invoys sənədi ilə Türkiyə Respublikasından 75CA317 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********2324 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "Lacoste" əmtəə nişanlı 20,7 kq qısaqol köynək (98 ədəd), 22,9 kq şort (85 ədəd) **********) mallar ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar