Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-348/2025 02.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X16 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə1 Əsgər oğlunun iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X20rşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC 05 avqust 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X22 1024.94 (bir min iyirmi dörd manat 94 qəpik) ödənilməmiş borc məbləğinin və ödənilmiş 30.25 (otuz manat 25 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-348/2025 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı ərizəsində İddiaçı MMC-ti ilə “X14 Mərkəzi” X34 (hazırkı hüquqi adı: Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X34) arasında bağlanmış 06 oktyabr 2022-ci il tarixli MNAX0260 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə görə Alıcı qismində cavabdehə tərəflərindən müxtəlif tarixlərdə ərzaq məhsulları satıldığını, malın qiymətinin, çeşidinin və təhvil-təsliminin qaimə-fakturalarla müəyyənləşdirildiyini və qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehə elektron qaimə fakturalar təqdim edildiyini, ticarət dövriyyəsi zamanı təqdim etdikləri xx.xx.2023 tarixli, EBCN seriyalı, 294960 nömrəli, xx.xx.2023 tarixli, EBCN seriyalı, 294961 nömrəli, xx.xx.2023 tarixli, EBCN seriyalı, 294962 nömrəli və xx.xx.2023 tarixli, EBCN seriyalı, 294963 nömrəli elektron qaimə-fakturalar üzrə ödənişlərin edilmədiyini, 06 oktyabr 2022-ci il tarixli MNAX0260 nömrəli alqı-satqı müqaviləsinin 2.1, 2.2 və 2.3-cü maddələrinin tələbinə görə cavabdeh tərəfindən təhvil alınan məhsulların dəyərinin 25 (iyirmi beş) gün müddətində İddiaçı MMC-nə tam şəkildə ödənilməli olduğunu, lakin cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyini, həmin öhdəliklərin onun tərəfindən pozulduğunu və 1024.94 (bir min iyirmi dörd manat doxsan dörd qəpik) manat borcun bugünədək ödənilmədiyini qeyd edərək ərizəsini əsaslandırmış və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci, 443.9-cu, 445.2-ci, 448-ci maddələrinə, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci və 284-5.1-ci maddələrinə istinad etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X31 18 avqust 2025-ci il tarixdə elektron qaydada daxil olmuş etirazla məhkəməyə müraciət edərək e-2-2(123)-348/2025 nömrəli iş üzrə İddiaçı MMC ilə Şahid3 arasında bağlanmış MUAX0260 nömrəli, xx.xx.2022-ci tarixli müqavilədən də aydın göründüyü kimi “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” PHŞ-nin (Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-nin) müqavilənin subyekti olmadığını, belə ki, Şahid3 müqaviləni “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-nin adından deyil öz adından bağladığını, sadəcə olaraq Müqavilənin sonuncu, yəni 2-ci səhifəsində öz şəxsində bağladığı müqaviləyə “Naxçıvan DiaqnostikaMüalicə Mərkəzi” PHŞ-nin möhürünü vurduğunu, müqavilənin heç bir hissəsində Şahid3 “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” PHŞ-nin direktoru olduğunu qeyd etmədiyini, eyni zamanda müqavilənin bütün vərəqlərinin möhürlü olmaması, həmçinin müqavilənin 5.3-cü maddəsində “Müqaviləyə hər hansı dəyişiklik və əlavələr edilməsində Satıcının üstünlük hüququ var. Bu halda Müqaviləyə dəyişiklik və əlavələr "X33" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən möhürləndikdən sonra hüquqi qüvvəyə malikdir və Müqavilənin ayrılmaz tərkib hissəsidir” kimi qeyd olunduğunu, bu halın müqavilənin digər subyektinin hüquqlarını pozduğunu, müqaviləyə əlavə və dəyşikliklərin tərəflərin hər biri tərəfindən imzalandıqda və möhürləndikdə hüquqi qüvvəyə mindiyini, mövcud müqavilədə isə bir tərəfin yəni "X33" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən möhürləndikdən sonra hüquqi qüvvəyə minməsindən bəhs edildiyini, müqavilənin Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun tərtib edilmədiyini və bu halın müqavilənin etibarlılığına ciddi şübhələr yaratdığını, Şahid3 həmin vaxt “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” PHŞ-nin direktoru olmaqla yanaşı həmin müəssisəsinin bufetini də işlətdiyini və nəticədə həmin müqavilə üzrə məhsulların büfet üçün alındığını və bufetdə satıldığını, qaimədən də aydın olduğu kimi məhsulların xüsusiyyətlərinin “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” PHŞ-nin istifadə profilinə uyğun olmadığını, büfet üçün istifadə olunduğunu sübut etdiyini, yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ (“Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” PHŞ) cavabdeh olmadığından Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-nin cavabdeh qismində prosessual iştirakçılığına xitam verilməsini xahiş etdiklərini bildirmişdir. Nəticədə, məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-348/2025 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında tələblərinin iddia ərizəsində ətraflı və dolğun şəkildə əks olunduğunu, burada ticarət dövriyyəsi üçün əsas sənədin alğı-satqı müqaviləsi olduğunu, hansı ki, həmin müqavilənin iş materiallarında mövcud olduğunu, alğı-satqı müqaviləsinin həmin dövrdə qanuni təmsilçi vəzifələrini icra edən müəssisənin ticarət fəaliyyətinə birbaşa rəhbərlik edən və öhdəlik daşıyan Şahid3 ilə bağlandığını, belə ki, müqavilənin sonunda qeyd olunmuş VÖEN-in və möhürün bunu birbaşa təsdiq etdiyini, bununla belə Vergi Məcəllləsinin tələbinə görə alınmış malların dəyərinin ödənilməsi ilə bağlı elektron qaimələrin təqdim olunduğunu, elektron qaimələrin tarixlərinin və seriya nömrələrinin iddia ərizəsində əks olunduğunu, lakin ödənişin həyata keçirilmədiyini, bu məsələ ilə bağlı kifayət qədər rəhbərlikdə təmsil olunan qanuni təmsilçi və mühasiblə dəfələrlə əlaqə saxlanıldığını, dəyişiklik baş verdiyindən bu öhdəliyi daşıya bilmədiklərini dediklərini, lakin bunun absürd olduğunu, çünki müəssisə adından bağlanmış bütün müqavilələrdə öhdəliyi hüquqi şəxsin daşıdığını, yəni, hüquqi şəxs bugün dəyişilməyibsə, həmin öhdəliklərin davam etdiyini və yerinə yetirilməli olduğunu, əgər hər hansı bir etiraz olsaydı, 5 gün ərzində geri qaytarıla biləcəyinin, ləğv oluna biləcəyinin, hər hansı bir şəkildə irad və yaxud pretenziya bildirilə biləcəyinin Vergi qanunvericiliyində birbaşa göstərildiyini, bunların heç birinin baş vermədiyini, bunun da artıq qeyd olunan halın qəbul olunmuş sayıldığını göstərdiyini və ödənilməli olduğunu bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 verilən sualların cavabında isə əgər müqavilənin vərəq sayı artıq olarsa, müqavilənin hər iki tərəfinin imzalanmasının və möhürlənməsinin nəzərdə tutulduğunu, burada artıq müqavilənin preambulasından sonra da uyğunluq olduğunu və heç bir ardıcıllığın pozulmadığını, və bunun da müqavilənin etibarlılığında şübhə doğurmadığını, belə ki, həmin müqavilə bir vərəqdən ibarət olduğu üçün möhürlənməsinin nəzərdə tutulmadığını, ayrı-ayrı vərəqlərdə olsaydı, hər iki tərəfinin imzalanmasının nəzərdə tutulacağını, müqavilənin əslini də təqdim edə biləcəyini, belə ki, bir vərəq olduğunu, yəni pdf şəklində surəti çıxarılanda məcbur iki səhifənin göründüyünü qeyd etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 Əsgər oğlu xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında müqavilənin olduğunu qəbul etmədiklərini, çünki müqavilənin Mülki Məcəllənin tələblərinə uyğun olaraq tərtib olunmalı və hər vərəqinin möhürlənməli olduğunu, müqavilənin yalnız son vərəqinin möhürləndiyini, müqavilənin birinci vərəqinin həmin müqaviləyə aid olmasının tərəflərindən qəbul edilmədiyini, belə ki, onu müqailənin tərkib hissəsi kimi qəbul etmədiklərini, ikinci bir tərəfdən müqavilədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə zidd olaraq yalnız İddiaçı MMC tərəfindən təsdiq edildikdən sonra qüvvəyə mindiyinin qeyd olunduğunu, müqavilənin bu halda qüvvəyə minə bilməyəcəyini, belə ki, hər iki tərəf təsdiq etdikdən sonra qüvvəyə minməli olduğunu, digər bir tərəfdən müqavilənin heç bir yerində “Naxçıvan Sağlamlıq Mərkəzi” X34 tərəfindən bağlanması ilə bağlı müddəa göstərilmədiyini, konkret olaraq Şahid3 adlı şəxslə bağlandığının göstərildiyini, bunun da “Naxçıvan Sağlamlıq Mərkəzi” X24 həmin müqaviləyə heç bir aidiyyəti olmadığını göstərdiyini, ümumiyyətlə müqavilənin “Naxçıvan Sağlamlıq Mərkəzi” X31 ilə bağlanmadığını, özlərini tərəf kimi hesab etmədiklərini, əgər müqaviləni Şahid3 ilə bağlayıblarsa, iddianı da həmin şəxsə qarşı qaldırmalı olduqlarını, hətta vurulan qaimələrdən də orada mal çeşidlərinin, bufetdə istifadəsi nəzərdə tutulan müxtəlif növ ərzaqlar olduğunun göründüyünü, yəni ümumiyyətlə xəstəxananın istifadə profilinə uyğun əmtəələr olmadıqlarını, müqavilənin bir vərəqdən ibarət olması barədə məsələyə münasibətdə də bir vərəq olsa belə, hansı ki, bir vərəq olması deməklə yəqinki müqavilənin iki səhifədə olması, yəni vərəqin hər iki üzündə də olmasının nəzərdə tutulduğunu, yenə də vərəqin hər iki üzündə olsa belə, ilk dəfə möhürlənəndə hər iki üzünə möhür vurulmalı olduğunu, hər bir halda müqavilənin özündə aşkar surətdə müqavilənin İddiaçı MMC ilə Şahid3 arasında bağlandığının göstərildiyini bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 Əsgər oğlu verilən sualların cavabında isə, bufetin həmin “Naxçıvan Sağlamlıq Mərkəzi” X26 aid olmadığını, bufetdə işləyən şəxsin Sağlamlıq Mərkəzinin işçisi olmadığını, malların həmin bufetə verilmədiyini, indi heç bir təcrübədə şirkətin xəstələrə yemək daşıyıb verməsinin görünmədiyini, xəstəxananın bufet vasitəsilə onu aldığını, nəticədə malların bufetə təqdim olunduğunu, müqavilənin birinci hissəsi ilə bağlı məsələnin onlar üçün mübahisəli olduğunu, birinci hissəsinin müqavilənin ikinci hissəsinin tərkib hissəsi olmadığını və onların sonradan birləşdirildiyini, yenə də düzgün olduğunu düşünsə belə, müqavilənin əvvəlində də bu müqavilənin İddiaçı MMC-nin direktoru şəxsində X21 və Şahid3 arasında bağlandığının qeyd olunduğunu, burada ümumiyyətlə onların müəssisəsindən söhbət getmədiyini, əgər elə olsaydı müqavilənin məntiqinə uyğun “Naxçıvan Sağlamlıq Mərkəzi” X31 qismində Şahid3 ilə bağlandığının qeyd olunmalı olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 Əsgər oğlu xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında malların verilməsinə şəxsi olaraq heç bir şübhəsi olmadığını, ancaq ikinci bir hal olaraq, malların həmin dövrdə xəstəxananın heç bir ehtiyacı üçün sərf olunmadığını, ancaq xəstəxananın bufetində satıldığını və oradan əldə olunan gəlirin kommersiya məqsədilə öz ciblərinə getdiyini, əgər bunun əksi olsaydı, məsələnin dərhal barışıq sazişi ilə bağlanması barədə təklif verəcəyini, ancaq faktiki olaraq həmin şəxslərin pulu mənimsədiklərini, büdcəyə də getmədiyini, bugünkü gündə ən böyük problemlərinin həmin dövrlə bağlı heç bir sənədin mövcud olmadığını, əgər onlar iddia etsələr ki, həmin pul “Naxçıvan Sağlamlıq Mərkəzi” X23 büdcəsinə ödənib, belə ödəmə ilə bağlı qəbz olmalı olduğunu, həmin dövrdə “Naxçıvan Sağlamlıq Mərkəzi” X24 (Diaqnostikanın) hansı müəssisənin tabeliyində olması məsələsinin isə müəyyən edilmədiyini, həmçinin Şahid3 direktor təyin edilməsi ilə bağlı hər hansı bir əmr və yaxud sərəncamın da olmadığını, qısacası həmin dövr üçün bir çox müəmmalı məsələ üzrə heç bir sənədin olmadığını, bu barədə müəssisəni alt-üst etdiklərini, ancaq heç bir sənəd tapa bilmədiklərini, vəzifədən azad edildikdən sonra sənədləri nə etdikəri barədə məlumatlarının olmadığını bildirdi. Şahid3 xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi ifadəsində O vaxtı Məhdud Məsuliyyətli Cəmiyyət olaraq malları X2 təhvil götürdüyünü, sadəcə qaimələr İddiaçı MMC tərəfindən gec kəsildiyi üçün ödənişin qaldığını və gecikdiyini, yoxsa malların gətirilib təhvil verildiyini və həmin malların da orada həm xəstələr, həm də gələn qonaqlar üçün istifadə olunduğunu bildirmişdir. Şahid3 verilən sualların cavabında isə gələn malların xəstəyə yox, gələn qonaqlara verildiyini, sadəcə oraya gələn qonaqlara və ya orada işləyən həkimlərə çay ilə verildiyini, oradakı malların siyahısını tam dəqiq bilmədiyini, ancaq oraya nə daxil olubsa da, hamısının xəstəxanının büdcəsinə əlavə olunduğunu ya gələn qonaqlara, ya da xəstələrə verildiyini, orada əlavə birşey olmadığını, silgi aktı barədə məsələ mühasibatlığın işi olduğu üçün tam məlumat verə bilməyəcəyini, müəssisənin Nazirlər Kabinetinin tabeliyində olduğunu, bu barədə Nazirlər Kabineti tərəfindən sərəncam verildiyini, ASAN imzanın olub-olmamasını tam dəqiq deyə bilməyəcəyini, olmalı olduğunu, ancaq dəqiq yadında olmadığını, onu mühasibatlıqdan soruşsalar daha yaxşı olacağını, müəssisə o vaxtı Nazirlər Kabinetinin tərkibinə keçmişdi deyə sənədlərin X3 saxlanılmadığını, bufetə də malların müqaviləyə əsasən alındığını, elektron qaimə kəsildiyini, bufeti həmin vaxt işlədən şəxsin tam yadında olmadığını, bufetdən gələn gəlirin xəstəxana büdcəsinə daxil olduğunu, işçilərə əmək haqqı verildiyini, əgər bufetdən gəlir olarsa, onun xəstəxana büdcəsinə getdiyini, xəstəxananın X34 olduğu üçün öz büdcəsini özünün formalaşdırdığını, bufetin xəstəxanının daxilində bir xidmət olduğunu, necə ki, cərrahiyyə şöbəsi, əməliyyatxana xidməti var idisə, bunun da elə olduğunu, icarə müqaviləsinin olmasını dəqiq bilmədiyini, müqaviləni müəssisənin rəhbəri olaraq imzaladığını, müqavilə imzalanarkən X2 möhüründən istifadə etdiyini, VÖEN-in X5 PHŞ-nə məxsus olduğunu, müqavilə imzalanarkən oranın direktoru olduğunu, müqaviləni müəssisənin adına imzaladığını, Sonda X2 VÖEN-inin yazıldığını və möhürü də Diaqnostika Mərkəzi adından vurduğunu, X5 PHŞ-nin adının keçməsi barədə məsələni tam xatırlamadığını, üzərindən 3 il, hətta 4 il keçdiyini, həmin vaxtı sayısız müqavilə olduğunu, hamısını yadında saxlaya bilməyəcəyini qeyd etmişdir. Şahid5 xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi ifadəsində 3 il bundan qabaq bufetdə çayçı işlədiyini, orada elə bir vəzifəsi olmadığını, sadəcə yeməkxana işçisi olduğunu, ona “get otur bufetdə işlə” dediklərini, onun da həmin vaxtı bufetdə işlədiyini, Cəlal müəllimgilin orada işləyən vaxtları olduğunu, həmin vaxtı İddiaçı MMC və yaxud hər hansı başqa bir şirkətin məhsul gətirib verdiyini, onun da qəbul edib fakturaya qol çəkdiyini, özlərinin “sən çək biz aşağı gəlib özümüz götürəcəyik. Sən qəbul etdiyin malı birdə özümüz yoxlayacağıq, sən sadəcə orada qəbul elə qol çək.” Dediklərini, onun da qol çəkdiyini, orada buğaltır köməkçisi Şərqiyyə xanımın olduğunu, onun qəbul etdiyi malların hamısına onun gəlib, baxaraq yoxladığını, özünün də götürüb qol çəkərək “sənlik birşey yoxdur ta” dediyini, həmin malların satıldığını, sonra da axşamçağı saat 7 olanda özlərinin gəlib onun satdığı malların pulunu alıb apardığını bildirmişdir. Şahid5 verilən sualların cavabında isə malları faktura ilə aldıqlarını, hamısının adının və ya nə qədər olduqlarının fakturada qeyd olunduğunu, onları bir-bir saydıqlarını, sonra təhvil götürdüklərini, malları oğlanların verdiyini, ancaq adlarını bilmədiyini, Şərqiyyə xanımın orada buğaltır köməkçisi olduğunu, ona “sən get o malların hamısını yoxla. Bufetçi fakturaya qol çəkib götürsə də, sən get birdə onların hamısına yoxla.” Dediklərini, onun sadəcə gəlib malı təhvil götürdüyünü, pulu, oradakı Hikmət müəllimin axşamçağı gəlib aldığını, Hikmət müəllim getdikdən sonra onun aparıb Elçin müəllimə verdiyini, Elçin müəllimin baş buğaltırları olduğunu, ondan sonra Elçin müəllim də gedəndən sonra əlində olan pulu aparıb kassaya verdiyini, 3 ay 4 ay belə işlədiklərini, buğaltıra pulu əldən verdiklərini, heç bir sənəd olmadığını qeyd etmişdir. Şahid6 xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi ifadəsində təxmini 2022ci ildə, Cəlal müəllim oraya direktor gələndə yeməkxanaya baxdığını, sonra ona “siz baxmayassınız, özümüz mal gətirib, özümüz idarə edəcəyik” dediklərini, sonra Şəlalə xanımı oraya kassir qoyduqlarını, Şəlalə xanımın malı qəbul edib satdığını, pulunu da Elçin müəllimə verdiyini bildirmişdir. Şahid6 verilən sualların cavabında isə, özünün mal götürmədiyini, pul vermədiyini, onları görmədiyini, həmin dövrdə X5 PHŞ-nin "xxxx"-in tabeliyində olduğunu, "xxxx" şirkətinin MMC olduğunu, o vaxt Cəlal müəllimi Nazirlər Kabinetindən gəlib təqdim etdiklərini, oradan nümayəndə gəldiyini, nümayəndənin kim olduğunu xatırlamadığını, Gəlib Cəlal müəllim buranın direktorudur deyə təqdim etdiyini, Cəlalın əvvəl "xxxx"-də işlədiyini, orada satınalmanın müdürü olduğunu, Nazirlər Kabinetindən nümayəndənin gəlib Cəlal müəllim buranın müdürüdür dediyini, direktor olandan sonra onlara “heçnəyə qarışmayassınız, buranı mənim özüm idarə edəcəm.” dediyini, bu səbəbdən "xxxx" kimi bildiyini, X2 "xxxx"-ə məxsus olması ilə bağlı hər hansı bir sənəd görmədiyini, o vaxt Səhiyyə Nazirliyinin gəlib Mətanət xanımın yerini Cəlal müəllimə təhvil-təslim elədiyini, təhvil təslim prosesində Nazirlər Kabinetinin maliyyə Şöbəsinin və "xxxx"-in işçilərinin iştirak etdiyini, "xxxx"-in işçilərindən bir-iki nəfəri tanıdığını, həmin vaxtı təhvil-təslim prosesində X1 özünün və Elçin müəllimin iştirak etdiyini, müəssisənin Mətanət xanımdan təhvil alınıb Cəlal müəllimə verildiyini, hüquqi şəxs olaraq Cəlal müəllimə verildiyini qeyd etmişdir. Şahid1 xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi ifadəsində İddiaçı MMCdə sürücü vəzifəsində işlədiyini, onlarda ekspeditorun sifarişi aldığını, sifarişin də onların kamyonuna yükləndiyini, daha sonra malı fakturada yazılan ünvanlara aparıb çatdırdıqlarını, onun vəzifə borcunun şirkətin ona verdiyi yükü müştəriyə çatdırmaq olduğunu, yəni, malları tam, dəqiq, düzgün şəkildə, qırılmadan ünvana çatdırmaq olduğunu bildirmişdir. Şahid1 verilən sualların cavabında isə malın kamyona yükləndiyini, Diaqnostikanın arxasında yeməkxana olduğunu, oraya apardığını, orada padyomlu bir yer olduğunu, əvvəlcə arabanı götürdüklərini, malı eşikdə kamyona yükləyib ekspeditorla birlikdə gətirib işçilərə verib qayıtdıqlarını, yəni, orada tək olmadığını, ekspeditorlarla birgə malı gətirib verib qayıtdıqlarını, fakturadan 2 dənə olduğunu, birini onlara verdiklərini, birinin də onlarda qaldığını, qarşı tərəfin imza çəkdiyini, oraya haradasa 3-4 dəfə mal verdiyini, malı verəndə ancaq Şəlalə xanımı gördüklərini və ona verdiklərini bildirmişdir. Şahid2 xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi ifadəsində hər hansı bir yerdən məsələn, X1 sifariş götürdüklərini, yazdıqlarını, sonra da malı fakturalaşdırıb aparıb təhvil verdiklərini bildirmişdir. Şahid2 verilən sualların cavabında isə malı təhvil verdikləri şəxsin şahid qismində dəvət olunmuş xanım olduğunu, belə ki, sifətindən tanıdığını, ancaq adının yadında olmadığını, gündə 30-40 nəfərə sifariş verdiyini, X4 əksərən “Eti”-nin və “Nati”-nin mallarını verdiklərini, məsələn qaletin, peçenyenin, vafilinin, “Eti”dəndə tutkunun, pop kekin olduğunu, ancaq şirniyyat məhsulları verdiklərini bildirmişdir. Şahid4 xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi ifadəsində açığı sifarişlərdə çox geniş iştirak etmədiyi üçün tam dəqiq birşey deyə bilməyəcəyini, bildiyinə görə, o vaxt malların satıldığını, xəstələrə verildiyini, pullar gəldiyini, onların da aparılıb xəstəxananın bank hesabına yatırıldığını, xəstəxanadan daxil olan vəsaitlərin heç biri qida gəliri, xidmət gəliri, əməliyyat gəliri sərfiyyat gəliri olaraq yazılmadığını, kassa qalığı olaraq yazıldığını, orada gün ərzində daxil olan pulların yığılıb, 2 gündən və yaxud 5 gün, 10 gündən bir aparılıb bank hesabına kassa qalığı olaraq vurulduğunu, oradakı təyinatda da qidadan gəlir, aptekdən gəlir kimi görünmədiyini, təhvil-təslim olmamışdan əvvəl, yəni Nazirlər Kabinetinin sərəncamına keçməmişdən əvvəl prosedurun bəlli olduğunu, bufetin çayçıya icarə müqaviləsi ilə icarəyə verildiyini, ancaq ondan sonra çayçının təzədən xəstəxananın balansına keçdiyini, beləliklə də icarədən götürüldüyünü, yəni prosedurun bu olduğunu, sonra İddiaçı MMC ilə işləməyə başladıqlarını və müqavilə bağlandığını, Ləzzətdən gələn malların da həm bufetə, həm də yeməkxanaya getdiyini, oradan gələn pulun da kassaya daxil olduğunu, ayın müəyyən günlərində isə aparılıb bank hesabına qoyulduğunu, bir də bəzi hallarda xəstəxananın digər xərclərinə yönləndirildiyini bildirmişdir. Şahid4 verilən sualların cavabında isə İddiaçı MMC-dən gördüyü sənədin elektron qaimələr olduğunu, birdə həmin vaxtı təhvil-təslimləri olduğunu, belə ki, onları düz və ya səhv olduğunu öyrənmək üçün elektron qaimələrlə üzləşdirdiklərini, təhvil təslim prosesində malların kəsir olması və ya geri qaytarılması hallarının olmadığını, həmin dövrdə bufetçi kimi Şəlalə xanımın işlədiyini, Şəlalə xanımın vəzifəsinin yeməkxana işçisi kimi getdiyini, Səhiyyə Nazirliyinin tabeçiliyində icarə müqaviləsi olduğunu, belə ki, icarəyə verildiyini, ancaq Səhiyyə Nazirliyi xəstəxananı Nazirlər Kabinetinə təhvil verəndən sonra icarə müqaviləsinə ehtiyac olmadığını, bufetdən gələn gəlirlərin birbaşa xəstəxananın balansına keçdiyini, artıq xəstəxananın bufeti icarəyə verib oradan icarə pulu götürmədiyini, xəstəxananın öz daxilində işlədiyini, Şəlalə xanımın əmək müqaviləsinin olduğunu, ancaq hansı vəzifədə olmasının yadında olmadığını, Şəlalə xanımın həmin qurumun işçisi olduğunu, Şəlalə xanımın əvvəl yeməkxana işçisi olduğunu, sonra bufetə verildiyini, ancaq əmək müqaviləsində bufetçi vəzifəsinin yazılıb yazılmadığını bilmədiyini, həm də ki, bufet yeməkxananın içində getiyinə görə başqa şeyə ehtiyac olmadığını bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi izahatında mübahisənin predmeti ilə bağlı iddia ərizəsində müfəssəl qeyd olunduğunu, cavabdeh tərəfindən malın qəbul olunması və satılması ilə bağlı mübahisə olmadığını, sadəcə olaraq Şahid3 hüquqi şəxs yox, fiziki şəxs olaraq fəaliyyət göstərməsi ilə bağlı məsələnin üzərində dayanıldığını, şahid ifadələrindən də göründüyü kimi X2 həqiqətən də hüquqi şəxs kimi fəaliyyət göstərdiyini, onun tabeliyində olan yeməkxananın da oraya aid olduğunu, "xxxx"-in tabeliyində olması ilə bağlı heç bir sənəd olmadığını, sadəcə söz olaraq deyildiyini, həmkarının dediyindən belə sanki özəl olduğunun hiss olunduğunu, ancaq istər özəl və ya qeyri-özəl olsun, hüquqi şəxsin fəaliyyəti davam edirsə, onun bütün öhdəliyinin hüquqi vərəsəsinə keçdiyini, bugünkü gündə proseslərin hamısında malın qəbulu faktının artıq dəqiq olduğunu, orada kimin hansı səviyyədə işləməsinin və yaxud da səlahiyyətinin olmamasının başqa məsələ olduğunu və bu mübahisəyə aidiyyəti olmadığını, bugünkü gündə ad dəyişilirsə, təşkilatı hüquqi forması dəyişilirsə, lakin yeganə dövlət qeydiyyatı nümunəsidir ki, VÖEN davam edirsə, deməli burda varisliyin davam etdiyini, hal-hazırdakı mübahisə ilə bağlı da iş materiallarına həmin müəssisənin vergi ödəyicisinin tarixçəsini də çıxardıb qoyduğunu, nə qədər rəhbərlik dəyişilsə belə, ancaq VÖEN-in davam etdiyini, 2000 neçənci ildə olan öhdəliyə görə də o qurum məsuliyyət daşıdığını bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 Əsgər oğlu xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi izahatında burada iki məsələni xüsusi olaraq vurğulamaq istədiyini, belə ki, ümumiyyətlə bufetin yeməkxanaya aid olması məsələsində müəllimin “aid olubdur.” Dediyini, ümumiyyətlə belə bir hal olmadığını, bugünkü gündə yeməkxananın tamamilə ayrı bir hissə olduğunu, ilk olaraq Elçin adlı şahidin dediyi məsələyə münasibətdə kassa qalığı şəklində daxil olduğunu dediyini, kassa qalığı şəklində daxil olması deyə bir anlayışın heç bir qanunvericilik aktında nəzərdə tutulmadığını, müəssisəyə nə daxil olubsa, adlı şəkildə göstərilməli olduğunun birbaşa göstərildiyini, ikinci bir tərəfdən Elçin adlı şahidin ifadəsində həmin dövrdə müəssisənin Nazirlər Kabinetinin balansında olmasını qeyd etdiyini, açığı Nazirlər Kabinetinin balansında xəstəxananın olması məsələsinin absurd bir yanaşma olduğunu, əgər həqiqətən X5 həmin dövrdə Nazirlər Kabinetinin balansına verilmişdirsə, nə üçün icarə müqaviləsinin bağlanılmadığını, icarə müqaviləsi bağlanılmayıbsa, oradan gələn gəlirin heç bir xəstəxanaya yönəldilmədiyini, demək bunun şəxsi olaraq bağlanıldığını, Şəlalə adlı şəxsin bufetçi vəzifəsində əmək müqaviləsi olmadığını, qeyri-rəsmi şəkildə oraya təyin edildiyini və şahidin öz ifdəsində də qeyd etdiyi kimi pulun aidiyyəti şəxs olaraq bunlara verildiyini, yəni, həmin şəxsin ümumiyyətlə nə icarə müqaviləsi üzrə işləyib pulu verdiyini, nə də özünün ödəniş ödədiyini, sadəcə qanunsuz şəkildə vəzifəsindən sui-istifadə etməklə müəssisənin bir işçisini bufetə təyin etdiklərini, həmin bufetçinin də pulu əldən ödədiyini, bunun da ümumiyyətlə “nağdsız hesablaşmalar” haqqında qanuna zid olduğunu, ikinci bir məsələ olaraq fərz edilsə ki, Şahid3 həmin müəssisənin direktorudur, direktorun səlahiyyətlərinin nizamnamə ilə müəyyən edildiyini, həmin dövrə aid olan heç bir nizamnamə olmadığını, ona görə Vergi Xidmətinə müraciət etdiklərini, belə ki, həmin o nizamnamənin onlara göndərilməsini tələb etdiklərini, çünki, ASAN İmza alınarkən nizamnamənin təqdim edilməli olduğunu, əgər Nizamnamə yoxdursa, Şahid3 hansı səlahiyyətlərinin haradan başlayıb, harada bitəcəyini necə müəyyənləşdirdiyini, həmçinin qanunsuz olaraq necə imzaladığını, bağlanmış müqavilənin heç bir yerində X2 adının keçmədiyini, açıq-aşkar preambulasında “müqavilə İddiaçı MMC-nin təmsilçisi Teymur Rzayev və Şahid3 arasında bağlanmışdır.” Deyə qeyd edildiyini, bunun açıq-aydın göstərildiyini və mübahisə predmeti olmadığını, Şahid3 da hansı səlahiyyətdən istifadə edibsə, qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən aşaraq müəssiəsin möhüründən sui-istifadə edərək vurduğunu və müəssisənin VÖEN-nini yazdığını bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 Əsgər oğlu verilən sualların cavabında isə halhazırda Vergi Xidmətinə sorğu göndərməkdəki məqsədlərinin ASAN imzanı alarkən həm nizamnamə, həm əmr, həm də qərar olmalı olduğunu, həmin sənədləri onlara verdikləri zaman Şahid3 hansı qurumun təyin etməsinin və nizamnaməsinin olub-olmamasının açıq aşkar aydın olacağını, bu səbəbdən Vergi orqanının onlara verəcəyi cavabın çox mühüm əhəmiyyət daşıdığını, çünki o vaxt belə bir adamın direktor olmasını, nizamnaməsinin olmasını, səlahiyyətlərinin haradan başlayıb harada bitməsini biləcəklərini, Azərbaycan Respublikasının Mülki Məcəlləsində direktorun səlahiyyətinin nizamnamə ilə müəyyən edildiyinin birbaşa göstərildiyini, nizamnaməsi olmayan bir direktorun öz səlahiyyətlərinin haradan başlayıb harada bitəcəyini müəyyən edə bilməyəcəyini və nizamnaməsi olmayan bir müəssisənin rəhbərinin də müqaviləni imzalaya bilməyəcəyini, həmin müqavilənin bağlandığı andan etibarsız hesab olunduğunu, özünü həmin dövrdə X5 adlanan qurumun nümayəndəsi hesab etmədiyini, həmin qurumun hüquqi varisi olması barədə hər hansı bir hüquqi aktın mövcud olmadığını, başqa bir qurumun borclarına görə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin cavabdeh ola bilməyəcəyini və olmamalı olduğunu, çünki həmin qurumun həmin dövrdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin qurumu olmadığını və hər hansı bir ödəniş və ya qalıq qalıbsa, qaimələr olubsa, kimsə ödəniş edibsə bunu Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin balansından istifadə edərək həyat keçirmədiyini, başqa bir qurumun balansından istifadə olunduğunu, bu günlərdə də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin balansından buna görə ödəniş edilməsinin ədalətli olmadığını bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasındakı çıxışında Nümayəndəsi olduğu İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X27 (əvvəlki hüququ adı: “X14 Mərkəzi” X34 )1024.94 (bir min iyirmi dörd manat 94 qəpik) ödənilməmiş borc məbləğinin və ödənilmiş 30.25 (otuz manat 25 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, cavabdeh tərəfin iddianı qəbul etməyərək məhkəməyə etiraz təqdim etdiyini, tərəfin “X14 Mərkəzi” X29 (Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X34) müqavilənin subyekti olmadığını iddia etdiyini, tərəflər arasında bağlanmış müqavilənin guya cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi Şahid3 tərəfindən öz adı ilə - fiziki şəxs qismində bağlandığını və bu müqavilənin cavabdeh hüquqi şəxsə aidiyyəti olmadığını, Şahid3 cavabdeh müəssisənin direktoru olmaqla yanaşı, həmin müəssisənin bufetini də işlətdiyini, nəticədə də müqavilə üzrə məhsulların bufet üçün alınıb və satıldığını qeyd etdiyini, təbii ki, iddiaçının etirazı əsassız hesab etdiyini, belə ki, “X14 Mərkəzi” X24 (Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X34) müxtəlif çeşiddə ərzaq məhsullarının tədarükünə dair yazılı müqavilə bağladığını, müqavilədə Alıcı tərəfin qanuni təmsilçisinin fərdi məlumatlarının, müəssisənin VÖEN-nin qeyd edilməsi və müəssisə tərəfindən möhürlənməsinin konkret olaraq müqavilənin hüquqi şəxslə bağlandığını göstərdiyini, iddiaya əlavə etdiyi vergi ödəyicisinin tarixçəsindən də həmin dövrdə müqavilə bağlayan şəxsin - Şahid3 cavabdeh təşkilatın qanuni təmsilçisi funksiyasını yerinə yetirən direktor vəzifəsini icra etdiyinin göründüyünü, onun ayrıca vergi ödəyicisi qismində qeydiyyata alınması və hər hansı icarə münasibətində olmasına dair cavadeh tərəfindən məhkəməyə sübut təqdim edilmədiyini, eyni zamanda cavabdehin “X14 Mərkəzi” X29 özəlləşdirilməsi və hansısa kommersiya qurumunun balansına verilməsi ilə bağlı fikirlərinə dair də ortada heç bir dəlil sübut olmadığını, bu fikirlərin yalnız cavabdehin ehtimalı olduğunu, ikinci bir tərəfdən hüquqi şəxsin öhdəliklərinə hüquqi varisliyə dair müddəaların tətbiq edildiyinin nəzərə alınmalı olduğunu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1 və 49.2-ci maddələrinə əsasən, hüquqi şəxslərin öz orqanları vasitəsilə mülki hüquqlar əldə etdiyini və öhdələrinə vəzifələr götürdüklərini; hüquqi şəxsin öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə də hüquqlar əldə edib vəzifələr götürə biləcəyini, Məcəllənin 359.1-ci maddəsinə görə, etibarnamə və ya qanun əsasında səlahiyyətli təmsilçinin təmsil edilən adından bağladığı əqdin birbaşa təmsil edilən üçün hüquq və vəzifələr yaratdığını, Mülki Məcəllənin 52.1-ci maddəsinə əsasən, hüquqi şəxsin öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdeh olduğunu, deməli, müqavilə hüquqi şəxs adından bağlandığı halda, öhdəliyin məhz həmin hüquqi şəxsin üzərinə düşdüyünü, həmçinin müqavilənin icrası üzrə ticarət əməliyyatlarına dair elektron qaimə-fakturalar tərtib edilərək Alıcıya təqdim edildiyini, Vergi xidmətinə ünvanladıqları sorğuya cavabda da “Bildiririk ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X26 (VÖEN: **********) təqdim etdiyiniz xx.xx.2023 tarixli; EBCN seriyalı; 294960, 294961, 294962 və 294963 nömrəli elektron qaiməfakturalar sistem tərəfindən təsdiq edilmişdir. Malların geri qaytarılması və ya qaimələrin ləğv edilməsi aşkar edilməmişdir”. İfadəsinin qeyd olunduğunu, bunun cavabdehin hüquqi şəxs tərəfindən elektron qaimələr üzrə malın qəbuluna, ödəniş öhdəliyinə dair razılıq ifadə etdiyini göstərdiyini, məhkəmə hazırlıq iclasında dindirilən şahidlərin də öz ifadələrində İddiaçı MMC-dən müxtəlif qənnadı məmulatlarının cavabdehə təhvil verildiyini təsdiq etdiklərini, cavabdehin özünü müdafiə etmək, eyni zamanda təhvil alınmış məhsulların müalicə-profilaktika müəssisələrində istifadə olunmasının qanunvericiliklə nəzərdə tutulmadığını iddia etmək üçün Azərbaycan Respublikasının Nazirlər kabinetinin 09 mart 1994-cü il tarixli 103 nömrəli qərarına istinad etdiyini, həmin məhsulların hüquqi şəxsin deyil, direktorun şəxs məqsədləri üçün istifadə edildiyinin qeyd olunmasına baxmayaraq sözügedən qərarın 5-ci əlavəsində konkret olaraq “müalicə-profilaktika müəssisələrində bir xəstə üçün sutkalıq qida normalarında qeyd olunur ki, peçenye, şirniyyat məmulatları verilir” ifadəsinin qeyd olunduğunu, bunun da iddiaçı müəssisə tərəfindən təhvil alınmış şirniyyat və peçenye məmulatlarının məhz cavabdehdə istifadə olunduğunu sübut etdiyini, bununla yanaşı, məhkəmədə şahid qismində dindirilən Şahid3 və cavabdeh təşkilatda mühasib vəzifəsində çalışmış Şahid4 ifadələrində qəbul edilmiş məhsulların hansı məqsədlə istifadə edildiyini konkret olaraq bildirdiklərini, çıxışının sonunda isə tələblərinin əsası kimi istinad etdikləri bütün halları yetərli şəkildə sübut edə bildiklərini bildirərək, qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 Əsgər oğlu xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasındakı çıxışında təqdim etdikləri məlumatda və vəsatətdə qeyd etdikləri kimi müqailənin iki subyekti olduğunu, subyektlərdən birinin İddiaçı MMC-nin qanuni təmsilçisi Rzayev Teymur qismində göstərildiyini, digər qisimdə isə Şahid3 adının qeyd olunduğunu, Şahid3 müqavilənin heç bir yerində özünü müəssisənin direktoru olyaraq qeyd etmədiyini, “X14 Mərkəzi” X24 də adının müqavilənin heç bir yerində qeyd olunmadığını, keçən məhkəmə prosesindəki şahidlərin ifadələrində alınan məhsullların bufetdə satıldığını qeyd etdiyini, bu səbəbdən mübahisəyə yer olmadığını hesab etdiklərini, həmçinin şahid X19 ifadəsində bu malların satıldığını, qadın şahidin isə oradan əldə olunmuş pulun mühasibə verildiyini qeyd etdiyini, ləğv edilmiş “NaxçıvanBank”dan həmin dövr üçün çıxarışlar aldıqlarını, həmin çıxarışların heç bir yerində ödənilmə ilə bağlı müddəaların göstərilmədiyini, şahidlərdən Elçin adlı şəxsin ödənişlərin kassa qalığı şəklində göstərildiyini qeyd etdiyini, ancaq onun kassa qalığı şəklində göstərilə bilməyəcəyini, çünki “X11” qanuna əsasən ödənişlərin birbaşa bank üzərindən qəbz və ya qaimə şəklində göstərilməli olduğunu, bu məhsulların satıldığını və ondan gəlir əldə edildiyini, eyni zamanda həmin dövrdə özünü rəhbər qismində təmsil etmiş şəxsin hər hansı səlahiyyətinin mövcud olmadığını, müəssisənin rəhbərinin fəaliyyətinin onun nizamnaməsi ilə müəyyən olunduğunu, bugünə qədər nizamnaməyə heç bir şəkildə əlçatanlılıqlarının olmadığını, nizamnanmə olmadığını ehtimal etdiklərini, nizamnamə olmadığı təqdirdə direktorun hər hansı bir səlahiyyət dairəsinin müəyyən edilə bilməyəcəyini və nizamnaməsi olmadığı təqdirdə müəssisənin direktorunun müqavilə bağlamaq səlahiyyətini haradan almasının məlum olmadığını, Vergi Xidmətinə verdikləri sorğudan da həmin şəxsin ümumiyyətlə özününün direktor təyin edilməsi ilə bağlı hər hansı əmri, əsərəncamı və ya hüquqi aktı təqdim etmədiyinin göründüyünü, bu səbəbdən həmin şəxsin direktor olmasının çox ciddi şübhələr yaratdığını, həmin şəxsi direktor olaraq qəbul etmədiklərini və Şahid3 müəssisənin direktoru olmadığını, qeyd olunan məhsulları alaraq bufetdə satıb özünün şəxsi biznes maraqları üçün istifadə etdiyini və eyni zamanda vergidən yayınmaq məqsədilə Vergi orqanında qeydiyyatda durmadığını, VÖEN açıb istifadə etmədiyini, əvəzində isə dövlətin əmlakından sui-istifadə etdiyini qeyd edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli, MNAX0260 saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə (bundan sonra “Müqavilə” adlandırılacaq) bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı MMCnin direktorunun şəxsində X21 (bundan sonra “Satıcı” adlandırılacaq) və digər tərəfdən Şahid3 (bundan sonra “Alıcı” adlandırılacaq) (“Satıcı” və “Alıcı” ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılacaq) arasında bağlanmış, o cümlədən İddiaçı MMC-nin və “X14 Mərkəzi” X24 (Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X29) möhürü ilə təsdiqlənmişdir. Həmin müqavilənin: 1.1-ci maddəsinə əsasən müqaviləyə əsasən Satıcı Alıcıya əvvəlcədən razılaşdırılmış şəkildə pərakəndə satış həyata keçirməsi üçün müxtəlif çeşiddə ərzaq və qeyri-ərzaq məhsulları (bundan sonra "Mal” adlandırılacaq) satır, Alıcı isə həmin Malı alır və özünə məxsus ticarət obyektində müvafiq düzülüşlə rəflərdə yerləşdirərək satışını həyata keçirir. 1.2-ci maddəsinə əsasən Malın qiyməti, çeşidi malın təhvil-təslimi zamanı verilən fakturalarla müəyyən olunur. 2.1-ci maddəsinə əsasən bu müqaviləyə əsasən X30 mülkiyyətinə verir, Alıcı isə razılaşdıqları kimi müqavilənin 1-ci bəndinə uyğun olaraq Malı qəbul edir və dəyərini ödəyir. 2.2-ci maddəsinə əsasən alıcı aldığı Malın dəyərini 25 (iyirmi beş) gün müddətində nağd və ya köçürmə yolu ilə Satıcının məsul şəxsinə, yaxud Satıcının bank hesabına ödəyir. Ödəmə Satıcının məsul şəxsinə ödənərkən müvafiq qəbz əsasında ödənir. Bu halda məsul şəxs Satıcı qarşısında bilavasitə məsuliyyət daşıyır. 3.1-ci maddəsinə əsasən tərəflər müqavilə öhdəliklərindən irəli gələn tələbləri dürüst və vaxtında yerinə yetirir. 3.3-cü maddəsinə əsasən Satıcı Malı 3 iş günü müddətində Alıcıya çatdırmağı öhdəsinə götürür. 3.8-ci maddəsinə əsasən Mal Alıcının ünvanına Satıcıya məxsus avtomaşınlarla Satıcının hesabına çatdırılır. 3.10-cu maddəsinə əsasən Malın dəyərinin vaxtında ödənilməməsi, maldan əsaslandırılmadan imtina edilməsi və başqa səbəblər nəticəsində tərəflərin hər hansı birinə dəymiş ziyan təqsirli tərəfin hesabına kompensasiya edilir. 4.1-ci maddəsinə əsasən hazırkı Müqavilə Tərəflərin imzaladığı, "X33” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən möhürləndiyi andan qüvvəyə minir və iki il müddətində qüvvədədir. Bu müddətin bitməsinə 30 (otuz) gün qalmış tərəflər bir-birini bu Müqavilənin ləğvi haqqında yazılı şəkildə məlumatlandırmadıqda hazırkı Müqavilə növbəti 1 (bir) il müddətinə uzadılmış hesab edilir. 5.7-ci maddəsinə əsasən öhdəliklərini yerinə yetirməyən tərəf Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 294960 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-ti tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X31 üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 330,50 manat məbləğindədir. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 294961 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-ti tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X31 üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 14,50 manat məbləğindədir. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 294962 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-ti tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X31 üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 433,46 manat məbləğindədir. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 294963 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC-ti tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X31 üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 246,48 manat məbləğindədir. İddiaçı MMC-ti tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 294960 nömrəli; xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 294961 nömrəli; xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 294962 nömrəli və xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 294963 nömrəli elektron qaimə-fakturalar üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X24 İddiaçı MMC-nə cəmi borcu 1024,94 (bir min iyirmi dörd manat, 94 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı MMC-nə ünvanladığı 15 oktyabr 2025-ci il tarixli, 3-21-2-24/2-R- 2xx-xx/2025 saylı “müraciətə baxılması haqqında” məlumatdan görünür ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X26 (VÖEN: **********) təqdim etdikləri xx.xx.2023 tarixli; EBCN seriyalı; 294960, 294961, 294962 və 294963 nömrəli elektron qaimə fakturalar sistem tərəfindən təsdiq edilmiş, malların geri qaytarılması və ya qaimələrin ləğv edilməsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Naxçıvan Sağlamlıq Mərkəzi” X26 ünvanladığı 17 oktyabr 2025-ci il tarixli, 03/1440 saylı “müraciətə baxılması haqqında” məlumatdan görünür ki, “Naxçıvan Sağlamlıq Mərkəzi” X29 (“Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” PHŞ) bufeti 19 yanvar 2022-ci il tarixli 36 nömrəli icarə müqaviləsi ilə X6, 12 aprel 2023-cü il tarixli 210 nömrəli icarə müqaviləsi ilə X12 icarəsinə verilmişdir. X7 tərəfindən 2022-ci ilin yanvar-avqust ayları ərzində aylıq 45 manat olmaqla ümumilikdə 315 manat haqqı ödənişi həyata keçirilmişdir. X18 tərəfindən 2023-cü ilin iyun ayında 90 manat, 2025-ci ilin yanvar ayında 866 manat icarə haqqı ödənişi edilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsinin Naxçıvan Sağlamlıq Mərkəzi PHŞ-nə ünvanladığı 18 noyabr 2025-ci il tarixli, 3-21-2-24-1/2-38508/2025 saylı “Müraciətin cavablandırılması haqqında” məktubdan görünür ki, Şahid3 2022-2023-cü ildə direktor olduğu müddətdə asan imza nömrəsinin aktivləşməsi üçün şəxsiyyət vəsiqəsini, operatordan aldığı sim kart nömrəsini və möhürlə Naxçıvan Şəhər Vergilər İdarəsinə müraciət edərək asan imza nömrəsini qeydiyyatdan keçirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnformasiya Sistemindən çıxarışa əsasən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X31 ********** saylı VÖEN ilə xx.xx.2007-ci il tarixdə Naxçıvan Şəhər Vergilǝr İdarəsində qeydiyyata alınmışdır. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnformasiya Sistemindən çıxarılmış vergi ödəyicisinin tarixçəsindən görünür ki, “X14 Mərkəzi” X24 xx.xx.2023-cü il tarixdə adı dəyişdirilərək Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X31 kimi qeyd edilmişdir. Qeyd olunan vergi ödəyicisinin tarixçəsindən görünür ki, “X14 Mərkəzi” X24 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanuni təmsilçisi Şahid3 olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, tam və hərtərəfli hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı MMC-ti ilə “X14 Mərkəzi” X31 (hazırkı hüquqi adı: Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X34) arasında 06 oktyabr 2022-ci il tarixli MNAX0260 nömrəli alğı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında X30 mülkiyyətinə verməyi, Alıcı isə razılaşdıqları kimi müqavilənin 1-ci bəndinə uyğun olaraq Malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi Nümayəndə1 Əsgər oğlu məhkəmə iclasında verdiyi izahında malların verilməsinə şəxsi olaraq heç bir şübhəsi olmadığını bildirmiş, bundan əlavə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində o vaxtı Məhdud Məsuliyyətli Cəmiyyət olaraq malları X2 təhvil götürdüyünü, sadəcə qaimələr İddiaçı MMC tərəfindən gec kəsildiyi üçün ödənişin qaldığını və gecikdiyini, yoxsa malların gətirilib təhvil verildiyini, Şahid5 malları faktura ilə aldıqlarını, hamısının adının və ya nə qədər olduqlarının fakturada qeyd olunduğunu, onları bir-bir saydıqlarını, sonra təhvil götürdüklərini, o cümlədən Şahid4 isə təhvil təslim prosesində malların kəsir olması və ya geri qaytarılması hallarının olmadığını qeyd etmişlər. Məhkəmə satılan malların “Səhiyyə müəssisələrində istifadə edilə bilməyəcəyi ilə bağlı” cavabdehin iddiasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Beləliklə cavabdeh tərəf 06 oktyabr 2022-ci il tarixli MNAX0260 nömrəli alqı-satqı müqaviləsini imzalamaqla müqavilənin mühüm şərti (1.2-ci maddəsinə əsasən Malın qiyməti, çeşidi malın təhvil-təslimi zamanı verilən fakturalarla müəyyən olunur.) barədə razılığa gəlmiş və fakturalar üzrə qəbul etdikləri malların cavabdeh tərəfindən geri qaytarılması halları məhkəməyə aşkar olmamışdır. Nəticə etibarilə, məhkəmə qeyd edir ki, İddiaçı MMC-ti bağlanmış müqavilənin şərtlərinə və tələblərinə əməl edərək cavabdehə 1024,94 (bir min iyirmi dörd manat, 94 qəpik) manat dəyərində mal göndərmiş, malların göndərilməsi xx.xx.2023 tarixli; EBCN seriyalı; 294960, 294961, 294962 və 294963 nömrəli elektron qaimə fakturalarla, tərəflərin izahatları, habelə şahidlərin ifadələri ilə öz təsdiqini taparaq işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, 06 oktyabr 2022-ci il tarixli MNAX0260 nömrəli alqı-satqı müqaviləsinin 2.2-ci maddəsində alıcının aldığı Malın dəyərini 25 (iyirmi beş) gün müddətində nağd və ya köçürmə yolu ilə Satıcının məsul şəxsinə, yaxud Satıcının bank hesabına ödəməsi müəyyən edilsə də, iş materiallarından görünür ki, xx.xx.2023 tarixdə cavabdehə EBCN seriyalı; 294960, 294961, 294962 və 294963 nömrəli elektron qaimələr göndərilmiş, lakin cavabdeh tərəfindən həmin e-qaimələr üzrə hər hansı bir ödəniş edilməmiş, nəticədə iddiaçıya 1024,94 (bir min iyirmi dörd manat, 94 qəpik) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd olunanlara əsasən bildirir ki, iddiaçının cavabdehə qarşı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik üzrə borc tələbi barədə iddia qaldırmaqda subyektiv hüququ vardır. Cavabdehin nümayəndəsi Nümayəndə1 Əsgər oğlu 18 avqust 2025-ci il tarixli etirazında Şahid3 müqaviləni “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-nin adından deyil öz adından bağladığını, sadəcə olaraq Müqavilənin sonuncu, yəni 2-ci səhifəsində öz şəxsində bağladığı müqaviləyə “X14 Mərkəzi” PHŞ-nin möhürünü vurduğunu, müqavilənin heç bir hissəsində Şahid3 “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” PHŞ-nin direktoru olduğunu qeyd etmədiyini bildirmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnformasiya Sistemindən çıxarışdan görünür ki, müqavilənin bağlandığı tarixdə “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” PHŞ-nin qanuni təmsilçisi Şahid3 olmuş və “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” PHŞ-nin möhürü ilə müqavilə təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 359.1-ci maddəsinə əsaəsən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Təmsilçilik institutu mülki dövriyyə iştirakçıları arasında münasibətlərin operativ, çevik və səmərəli şəkildə qurulmasına şərait yaradan əsas hüquqi təsisatlardan biri olaraq mülki dövriyyənin təmin edilməsində, sahibkarlıq fəaliyyətinin, sərbəst bazar iqtisadiyyatının inkişafında müstəsna əhəmiyyətə malikdir. Təmsilçi təmsil etdiyi şəxsin adından və onun verdiyi səlahiyyət çərçivəsində fəaliyyət göstərməklə, hərəkətləri təmsil olunan tərəfin hərəkətləri hesab edilir və təmsil etdiyi şəxslə üçüncü şəxs arasında hüquq münasibətinin yaranmasına gətirib çıxarır. Nəzərə alınmalıdır ki, hüquqi təsisat olaraq təmsilçilikdən istifadə edilməsi mülki dövriyyənin ehtiyaclarına cavab verməklə müxtəlif səbəblərdən (müvafiq əqdin bağlanması üçün lazımi bilik və səriştənin olmaması, xaricdə olma, xəstəlik kimi şəxsi xarakterli hallar və s.) irəli gələ bilər ki, bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət və ya digər qayda nəzərdə tutulmamışdır. Təmsilçinin fəaliyyətinin əsasını məhz onun təmsil səlahiyyəti – təmsil olunanın adından və hesabına hərəkət etməklə sonuncunu haqq sahibi və öhdəlik daşıyıcısı edən bir səlahiyyət təşkil edir ki, bu təmsil edilən şəxsin etibarnamə verməsi ilə qanunun göstərişinə (qanuni nümayəndələr, məsələn, valideynlər, övladlığa götürənlər, qəyyumlar) əsasən və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktları ilə yaranır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinin “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci hissəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 13 iyun 2025-ci il tarixli Qərardadı) Qeyd olunanlara əsasən məhkəmə bildirir ki, 06 oktyabr 2022-ci il tarixli MNAX0260 nömrəli alqı-satqı müqaviləsi “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” PHŞ-nin adından və onun verdiyi səlahiyyət çərçivəsində fəaliyyət göstərən qanuni təmsilçisi Şahid3 tərəfindən imzalanmaqla, həmin qurum üçün hüquq və vəzifələr yaratmışdır. Həmçinin cavabdehin nümayəndəsi Nümayəndə1 Əsgər oğlu məhkəmə iclaslarındakı izahatında Şahid3 “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” PHŞ-nin direktoru olması məsələsinin mübahisəli olduğunu qeyd etsə də, məhkəməyə bu iddiasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, iş matriallarında olan Vergi orqanını saytından əldə edilmiş çıxarışa əsasən “X14 Mərkəzi” X24 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanuni təmsilçisi Şahid3 olduğu sübut olunmaqdadır. Eyni zamanda məhkəmə araşdırması zamanı da cavabdehin qeyd etdiyi halın əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamış, şahid ifadələri əsasında mümkünlüyü təsdiq edilmiş, belə ki, cavabdehin vəsatəti əsasında dəvət edilmiş Şahid6 xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi şahid ifadəsində “o vaxt Cəlal müəllimi Nazirlər Kabinetindən gəlib təqdim etdiklərini, oradan nümayəndə gəldiyini, nümayəndənin kim olduğunu xatırlamadığını, gəlib Cəlal müəllim buranın direktorudur deyə təqdim etdiklərini, Cəlalın əvvəl "xxxx"-də işlədiyini, orada satınalmanın müdürü olduğunu, Nazirlər Kabinetindən nümayəndənin gəlib Cəlal müəllim buranın müdürüdür dediyini” bildirməklə, cavabdehin nümayəndəsi tərəfindən qeyd edilmiş halı təkzib etmiş, məhkəmə tərəfindən bu hal borclunun öhdəliyin icrasından yayınması kimi qiymətləndirilmişdir. Həmçinin iş üzrə şahid qismində dəvət olunmuş Şahid3 və Şahid4 məhkəmə iclasında verdiyi ifadələrindən məlum olur ki, Ləzzətdən gələn mallar müəssisənin tabeliyində olan bufetə və yeməkxanaya getmiş, oradan gələn pullar da kassaya daxil olmuş, lakin həmin malların dəyəri ödənilməmişdir. Məhkəmə hazırki işə iddiaçı tərəfindən göndərilmiş malların dəyərinin cavabdeh tərəfindən ödənilməməsi çərçivəsində baxdığından və cavabdeh qeyd olunan halı təkzib edən hər hansı mötəbər sübut təqdim etmədiyindən, o cümlədən iş üzrə dindirilmiş şahidlərin ifadələrində hər hansı ziddiyyət və uyğunsuzluq aşkar edilmədən, iddiaçının nümayəndəsinin izahatı və iddia tələbi ilə üst-üstə düşdüyündən məhkəmə hesab edir ki, şahid ifadələri özlüyündə iddia tələbinin həqiqiliyinə təminat vermişdir. Sübutların həqiqiliyi dedikdə, bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan mötəbərlilik başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə qeyd olunan Qərarda həmçinin qeyd edilir ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2006-cı il tarixli qərarında vurğulamışdır ki, mülkiprosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən, şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X24 hazırkı iş üzrə cavabdeh olması və cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməməsi iş materiallarında mövcud olan sübutlarla, habelə şahidlərin ifadələri ilə təsdiq olduğundan iddia tələbi tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 115.0.6-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində hesablanır. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 1024,94 (bir min iyirmi dörd manat, 94 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 30,25 (otuz manat 25 qəpik) manat olaraq müəyyən edilir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 31 (otuz bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Hazırki iş üzrə iddia tələbi tam təmin edildiyindən ödənilməli olan 30,25 (otuz manat 25 qəpik) manat məbləğində dövlət rüsumu bütövlükdə cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X22 alınıb İddiaçı MMC-nə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,75 (yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı MMC-nə qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan tam təmin edilməli, cavabdеh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X22 1024,94 (bir min iyirmi dörd manat, 94 qəpik) manat məbləğində bоrc alınaraq İddiaçı MMC-nə ödənilməli; xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz ilə ödənilmiş 30,25 (otuz manat 25 qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X22 tutularaq İddiaçı MMC-nə ödənilməli; iddiaçı tərəfindən artıq ödənilmiş 0,75 (yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı MMC-nə qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan tam təmin edilsin. Cavabdеh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X22 (VÖEN: **********) 1024,94 (bir min iyirmi dörd manat, 94 qəpik) manat məbləğində bоrc məbləği alınaraq İddiaçı MMC-nə (VÖEN: **********) ödənilsin. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz ilə ödənilmiş 31.00 manat məbləğin, 30,25 (otuz manat 25 qəpik) manat məbləğində dövlət rüsumu hissəsi cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X22 tutularaq İddiaçı MMC-nə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,75 (yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu artığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı MMC-nə qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-348/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-348/2025
02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver