Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-424/2024 12.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının vəkili-nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı vəkili-nümayəndəsi Vəkil 17 iyul 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1. Əsas borc məbləğinin: 99735.66 (doxsan doqquz min yeddi yüz otuz beş manat, altmış altı qəpik) AZN borcun; 2. 99735.66 (doxsan doqquz min yeddi yüz otuz beş manat, altmış altı qəpik) AZN pulun ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən hesablanan faiz 7230,84 (yeddi min iki yüz otuz manat, səksən dört qəpik) AZN (məhkəmə müvafiq qətnaməni çıxaracağı gün üçün bank uçot dərəcəsini əsas götürməklə borcu təmin edə bilməsi üçün dəqiqləşdirilmiş miqdar nəzərə alsın); 3. Məhkəmə xərcləri üzrə məbləğin 390 (üç yüz doxsan manat) AZN dövlət rüsumunun, müvəqqəti təminat tədbiri üçün ödənilmiş 39 AZN (otuz doqquz manat) dövlət rüsumunun, hüquqi yardım üçün vəkilə ödənilmiş 2680 AZN (iki min altı yüz səksən manat) xidmət haqqının, iddianın təmin olunacağı təqdirdə tələbin-borc məbləğinin 10% miqdarında, yəni 9973,57 manat (doqquz min doqquz yüz yetmiş üç manat əlli yeddi qəpik) AZN mükafat üzrə xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya qaytarılması (verilməsi) barədə iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 17 iyul 2024-cü il tarixli, e-2-2(123)-424/2024 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. 12 avqust 2024-cü il tarixdə İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə elektron qaydada İddiaçı MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə2 “Barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsini və ona əlavə olunmuş iş üzrə İddiaçı MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə2 ilə Cavabdeh MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə1 arasında bağlanmış 12 avqust 2024-cü il tarixli “Barışıq sazişi”ni məhkəməyə göndərmişdir. İddiaçı MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə2 “Barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsində Cavabdeh MMC ilə aralarında “pul tələbinə dair” e-2-2(123)-424/2024 nömrəli işin hazırda məhkəmənin icraatında olduğunu, belə ki, qarşı tərəflə razılaşaraq, aralarında 12 avqust 2024-cü il tarixli “Barışıq sazişi” imzalandığını, sözügedən barışıq sazişinə əsasən, İddiaçı MMC-nin adından direktoru və qanuni təmsilçisi Nümayəndə2 Cavabdeh MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə1 şirkətin borclu olduğunu qəbul edərək, əsas borcu - 99.735,66 (doxsan doqquz min yeddi yüz otuz beş manat altmış altı qəpik) xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 10000 (on min) manat olmaqla həmin ayın sonuncu iş günü ödənilməsini öhdəsinə götürərək “Barışıq Sazişi” bağlamaqla qarşılıqlı kompromisə getdiyi üçün, İddiaçı MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə2 120.049.7 (yüz iyirmi min qırx doqquz manat yeddi qəpik) manat olan iddia tələbini və iddianı təmin tədbiri tələbi barədə ərizəni geri götürməyi öhdəsinə götürdüyünü, buna görə də barışıq sazişinin təsdiq edilməklə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini, Cavabdeh MMC-nin adından direktoru və qanuni təmsilçisi Nümayəndə1 öz növbəsində İddiaçı MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə2 120.049.7 (yüz iyirmi min qırx doqquz manat yeddi qəpik) manat olan iddia tələbi üzrə və iddianı təmin tədbiri tələbi barədə müvafiq ərizələri geri götürməyi öhdəsinə götürərək “Barışıq Sazişi” bağlamaqla qarşılıqlı kompromisə getdiyi üçün, Cavabdeh MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə1 rəhbəri olduğu şirkətin borclu olduğunu qəbul edərək, əsas borcu 99.735,66 (doxsan doqquz min yeddi yüz otuz beş manat altmış altı qəpik) xx.xx.2024-ci il tarixdən başlayaraq (həmin gün ilk ödəniş edilməklə) hər ay (hər ayın sonuncu gününədək) 10000 (on min) manat ödəməyi öhdəsinə götürdüyünü, buna görə də barışıq sazişinin təsdiq edilməklə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini, qeyd olunanlara əsasən, Cavabdeh MMC ilə aralarında imzalanmış 12 avqust 2024-cü il tarixli “Barışıq sazişi”nin təsdiqlənməsi ilə bağlı, habelə, bunun hüquqi nəticələrinə müvafiq olaraq qərardad çıxarılmasını məhkəmədən xahiş etdiyini göstərmişdir. Eyni zamanda 12 avqust 2024-cü il tarixdə Cavabdeh MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə1 məhkəməyə elektron qaydada iddiaçının müvafiq ərizəsi ilə eyni məzmunlu “Barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ünvanlayaraq, İddiaçı MMC ilə aralarında imzalanmış 12 avqust 2024-cü il tarixli barışıq sazişinin təsdiqlənməsi ilə bağlı, habelə, bunun hüquqi nəticələrinə müvafiq olaraq qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə tərəflərin təsdiqlənməsini məhkəmədən xahiş etdikləri 12 avqust 2024-cü il tarixli barışıq sazişi isə aşağıdakı məzmunda məhkəməyə təqdim olunmuşdur. Qeyd olunan sazişə əsasən, İddiaçıMMC-nin (VÖEN:**********) adından direktoru və qanuni təmsilçisi Nümayəndə2 və cavabdeh "xxxx" MMC-nin (VÖEN:**********) adından direktoru və qanuni təmsilçisi Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47 və 52.3-cü maddələrinin tələblərinə istinadən e-2-2(123)-424/2024 nömrəli kommersiya mübahisələrinə dair işi və aralarında olan mülki-hüquqi mübahisəni bütövlükdə barışıqla qurtarmaq məqsədi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələblərinə müvafiq aşağıdakı şərtlər daxilində bu Müqaviləni (bundan sonra “Barışıq Sazişi” adlanacaq) bağlayır: 1) İddiaçı MMC-nin adından direktoru və qanuni təmsilçisi Nümayəndə2 öhdəsinə götürür: Cavabdeh MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə1 şirkətin borclu olduğunu qəbul edərək, əsas borcu - 99.735.66 (doxsan doqquz min yeddi yüz otuz beş manat altmış altı qəpik) xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 10000 (on min) manat olmaqla həmin ayın sonuncu iş günü ödənilməsini öhdəsinə götürərək “Barışıq Sazişi” bağlamaqla qarşılıqlı kompromisə getdiyi üçün, mən - İddiaçı "xxxx" MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə2 120.049,07 (yüz iyirmi min qırx doqquz manat yeddi qəpik) manat olan iddia tələbimi və iddianı təmin tədbiri tələbi barədə ərizəmi geri götürürəm. Buna görə də barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməsinə etiraz etmirəm. 2) Cavabdeh MMC-nin adından direktoru və qanuni təmsilçisi Nümayəndə1 öhdəsinə götürür: iddiaçı "Avto Mexanika” MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə2 120.049.07 (yüz iyirmi min qırx doqquz manat yeddi qəpik) manat olan iddia tələbi üzrə və iddianı təmin tədbiri tələbi barədə müvafiq ərizələri geri götürməyi öhdəsinə götürərək “Barışıq Sazişi” bağlamaqla qarşılıqlı kompromisə getdiyi üçün, mən - Cavabdeh "xxxx" MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə1 rəhbəri olduğum şirkətin borclu olduğunu qəbul edərək, əsas borcu 99.735,66 (doxsan doqquz min yeddi yüz otuz beş manat altmış altı qəpik) xx.xx.2024-cü il tarixdən başlayaraq (həmin gün ilk ödəniş edilməklə) hər ay (hər-ayın sonuncu gününədək) 10000 (on min) manat ödəməyi öhdəmə götürürəm. Buna görə də barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməsinə etiraz etmirəm. 3) Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, gələcəkdə Cavabdeh MMC barışıq sazişinin şərtlərini (aylıq məbləğ, müddət və.s) ən azı bir dəfə pozarsa, digər tərəf hazırki iddia tələbi üzrə icra vərəqəsinin çıxarılması üçün məhkəməyə müraciət edəcəkdir. 4) Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, “Barışıq sazişi” üzrə öhdəliklərini vicdanla yerinə yetirəcəklər. Tərəflərdən biri öz öhdəliyini icra etməzsə digər tərəf “Barışıq Sazişi”ndən imtina edə bilər. 5) Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, “Barışıq Sazişi”nin şərtlərini icra etmədikdə bir-birlərinə qarşı maddi məsuliyyət daşıyacaqlar. Əgər “Barışıq Sazişi”nin istənilən bəndi icra edilməsə, öhdəliyi icra etməyən tərəf “Barışıq sazişi” ndə qeyd olunan öhdəlikləri məcburi qaydada icra etməklə yanaşı, digər tərəfə həmin öhdəliyin könüllü icra edilməməsi nəticəsində vurduğu zərəri (ziyanı) ödəyəcək. 6) Tərəflərə aydındır ki, hazırkı işi “Barışıq Sazişi” ilə başa çatdırdıqları üçün gələcəkdə bir-birinə qarşı eyni məzmunlu iddia ilə, yəni e-2-2(123)-424/2024 nömrəli kommersiya mübahisələrinə dair işi üzrə mövcud olan iddianın məzmununda olan iddia ərizə ilə məhkəməyə müraciət edə bilməzlər və “Barışıq Sazişi”nin şərtləri onlar üçün məcburidir. Qeyd: “Barışıq Sazişi” eyni hüquqi qüvvəyə malik olan 4 nüsxədə tərtib edilir. Bir nüsxə İddiaçıMMCnin direktoru və qanuni təmsilçisi Nümayəndə2 iddiadan imtinaya dair ərizəsi ilə birlikdə Naxçıvan MR Kommersiya Məhkəməsinə təqdim edilir. Digər nüsxələr isə tərəflərə verilir. Məhkəməyə təqdim olunmuş barışıq sazişi məhkəmə tərəfindən qəbul olunaraq təsdiq edildiyi təqdirdə, işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi ilə bağlı prosessual hərəkətin nəticələrini iclasda iştirak edən tərəflərə izah etmişdir. Məhkəmə tərəflərin təqdim etdikləri “Barışıq sazişi”nin təsdiq edilməsinə dair ərizələri, eləcə də onlar arasında 12 avqust 2024-cü il tarixdə bağlanmış barışıq sazişini nəzərdən keçirərək, hesab edir ki, sözügedən barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, tərəflərin ərizələrinin təmin olunması, həmin sazişin məhkəmə tərəfindən qəbul olunmaqla təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.3-cü maddəsinə əsasən, həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş başlaya bilərlər. 5.4-cü maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Əlavə olaraq məhkəmə bildirir ki, iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmiş iki ədəd – 09 iyul 2024-cü il tarixli, **********30 №-li və 17 iyul 2024-cü il tarixli, **********71 №-li qəbzlərdən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən birinci qəbz üzrə 390.0 AZN, ikinci qəbz üzrə isə 130.0 AZN, ümumilikdə 520.0 AZN miqdarında dövlət rüsumu ödənilmişdir. AR MPM-in 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: - 2.1 və 2.1.3-cü maddələrinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. - 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. - 4.2-ci maddəsinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Əlavə olaraq, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəçi İddiaçı MMC-nin Cavabdeh MMCnin avtonəqliyyat vasitələri barəsində müvəqqəti təminat tədbirinin tətbiqinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(123)-6/2024 saylı qərardadı ilə "xxxx" MMC-yə məxsus: 1. “MERCEDES BENZ D YÜK” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı; 2. “MERCEDES BENZ D YÜK” markalı, 85-AF264 dövlət qeydiyyat nişanlı; 3. “KAMAZ43253-15KC 3577 EK YÜK” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı; 4. “FORD CARGO 1835T YÜK” markalı, **- AF-*** dövlət qeydiyyat nişanlı; 5. “KAMAZ 65115 YÜK” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri icra məmuru tərəfindən mütəxəssis cəlb edilməklə qiymətləndirilərək onların üzərinə müvəqqəti təminat tədbiri qismində 103723,66 (bir yüz üç min yeddi yüz iyirmi üç manat, altmış altı qəpik) manat həddində həbs qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə əsasən, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin təqdim etdikləri “Barışıq sazişi”nin təsdiq edilməsinə dair ərizələr üzrə onlar arasında 12 avqust 2024-cü il tarixdə bağlanmış barışıq sazişi qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verdiyindən, göstərilən ərizələr təmin olunmalı, həmin saziş məhkəmə tərəfindən qəbul olunmaqla təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, məhkəməyə iddia verilərkən iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən 09 iyul 2024-cü il tarixli, **********30 №-li qəbzlə ödənilmiş 390.0 AZN (Azərbaycan manatı) və 17 iyul 2024cü il tarixli, **********71 №-li qəbzlə ödənilmiş 130.0 AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumları İddiaçınə geri qaytarılmalı, iş üzrə icraata xitam verilməli olduğundan, Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(123)-6/2024 saylı qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğvi barədə məsələnin həll edilməsi üçün prosessual tədbirlər həyata keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262, 263, 264, 267, 268-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: 12 avqust 2024-cü il tarixdə məhkəməyə elektron qaydada təqdim olunmuş İddiaçı MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə2 və Cavabdeh MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə1 “Barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizələri təmin olunsun. İddiaçıMMC-nin (VÖEN:**********) adından direktoru və qanuni təmsilçisi Nümayəndə2 və cavabdeh "xxxx" MMC-nin (VÖEN:**********) adından direktoru və qanuni təmsilçisi Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47 və 52.3-cü maddələrinin tələblərinə istinadən e-2-2(123)-424/2024 nömrəli kommersiya mübahisələrinə dair işi və aralarında olan mülkihüquqi mübahisəni bütövlükdə barışıqla qurtarmaq məqsədi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələblərinə müvafiq aşağıdakı şərtlər daxilində bağladıqları 12 avqust 2024-cü il tarixli Müqavilə (bundan sonra “Barışıq Sazişi” adlanacaq) məhkəmə tərəfindən qəbul olunaraq göstərilən şərtlər üzrə təsdiq edilsin. 1) İddiaçı MMC-nin adından direktoru və qanuni təmsilçisi Nümayəndə2 öhdəsinə götürür: Cavabdeh MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə1 şirkətin borclu olduğunu qəbul edərək, əsas borcu - 99.735.66 (doxsan doqquz min yeddi yüz otuz beş manat altmış altı qəpik) xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 10000 (on min) manat olmaqla həmin ayın sonuncu iş günü ödənilməsini öhdəsinə götürərək “Barışıq Sazişi” bağlamaqla qarşılıqlı kompromisə getdiyi üçün, İddiaçı "xxxx" MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə2 120.049,07 (yüz iyirmi min qırx doqquz manat yeddi qəpik) manat olan iddia tələbini və iddianı təmin tədbiri tələbi barədə ərizəni geri götürür. Buna görə də barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməsinə etiraz etmir. 2) Cavabdeh MMC-nin adından direktoru və qanuni təmsilçisi Nümayəndə1 öhdəsinə götürür: iddiaçı "Avto Mexanika” MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə2 120.049.07 (yüz iyirmi min qırx doqquz manat yeddi qəpik manat) olan iddia tələbi üzrə və iddianı təmin tədbiri tələbi barədə müvafiq ərizələri geri götürməyi öhdəsinə götürərək “Barışıq Sazişi” bağlamaqla qarşılıqlı kompromisə getdiyi üçün, cavabdeh "xxxx" MMC-nin direktoru və qanuni təmsilçisi Nümayəndə1 rəhbəri olduğu şirkətin borclu olduğunu qəbul edərək, əsas borcu 99.735,66 (doxsan doqquz min yeddi yüz otuz beş manat altmış altı qəpik) xx.xx.2024-cü il tarixdən başlayaraq (həmin gün ilk ödəniş edilməklə) hər ay (hər- ayın sonuncu gününədək) 10000 (on min) manat ödəməyi öhdəsinə götürür. Buna görə də barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməsinə etiraz etmir. 3) Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, gələcəkdə Cavabdeh MMC barışıq sazişinin şərtlərini (aylıq məbləğ, müddət və.s) ən azı bir dəfə pozarsa, digər tərəf hazırki iddia tələbi üzrə icra vərəqəsinin çıxarılması üçün məhkəməyə müraciət edəcəkdir. 4) Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, “Barışıq sazişi” üzrə öhdəliklərini vicdanla yerinə yetirəcəklər. Tərəflərdən biri öz öhdəliyini icra etməzsə digər tərəf “Barışıq Sazişi”ndən imtina edə bilər. 5) Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, “Barışıq Sazişi”nin şərtlərini icra etmədikdə bir-birlərinə qarşı maddi məsuliyyət daşıyacaqlar. Əgər “Barışıq Sazişi”nin istənilən bəndi icra edilməsə, öhdəliyi icra etməyən tərəf “Barışıq sazişi”ndə qeyd olunan öhdəlikləri məcburi qaydada icra etməklə yanaşı, digər tərəfə həmin öhdəliyin könüllü icra edilməməsi nəticəsində vurduğu zərəri (ziyanı) ödəyəcək. 6) Tərəflərə aydındır ki, hazırkı işi “Barışıq Sazişi” ilə başa çatdırdıqları üçün gələcəkdə bir-birinə qarşı eyni məzmunlu iddia ilə, yəni e-2-2(123)-424/2024 nömrəli kommersiya mübahisələrinə dair işi üzrə mövcud olan iddianın məzmununda olan iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməzlər və “Barışıq Sazişi”nin şərtləri onlar üçün məcburidir. Sözügedən barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyindən, İddiaçı Cavabdehnə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair işə üzrə icraata xitam verilsin. Məhkəməyə iddia verilərkən iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən 09 iyul 2024-cü il tarixli, **********30 №-li qəbzlə ödənilmiş 390.0 AZN (Azərbaycan manatı) və 17 iyul 2024-cü il tarixli, **********71 №-li qəbzlə ödənilmiş 130.0 AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumları İddiaçınə və ya iddiaçının vəkili-nümayəndəsi Vəkil geri qaytarılsın. Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(123)-6/2024 saylı qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğvi barədə məsələnin həll edilməsi üçün prosessual tədbirlər həyata keçirilsin. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-424/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-424/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver