Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-545/2024 04.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Rabitə İdarəsinə qarşı arabağlantı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə1 10 oktyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan Şəhər Rabitə İdarəsindən 81265,91 manat (səksən bir min iki yüz altmış beş manat 91 qəpik) borc məbləğinin və ödənilmiş 334 manat ( üç yüz otuz dörd) dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 01 noyabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi tərəfindən elektron qaydada məhkəməyə ərizə ünvanlanaraq həmin ərizədə İddiaçı MMC-nin cavabdeh Naxçıvan Muxtar Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin Naxçıvan şəhər Rabitə İdarəsi arasında imzalanmış “24” yanvar 2017-ci il tarixli arabağlantı müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi barədə iddiasının məhkəmənin icraatında olduğu, məhkəməyə iddia verildikdən sonra cavabdehin borc məbləğini tam ödədiyi və hal-hazırda iddiaçıya heç bir borcunun olmadığı, bütün bunları nəzərə alaraq, iddianın geri qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış ərizənin nəzərə alınaraq həmin ərizənin təmin edilib qanunverciliyə uyğun olaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətindədir. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin: 114.1 və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 8.1.3-cü maddəsinə əsasən Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində müəyyən edilir. Hazırkı iş üzrə iddianın qiyməti 81265,91 (səksən bir min iki yüz altmış beş manat 91 qəpik) manat olduğundan həmin məbləğə münasibətdə ödənilməli dövlət rüsumunun məbləği 333.80 (üç yüz otuz üç manat 80 qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 334 (üç yüz otuz dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Nəticədə, aydın olur ki, iddiaçı iddia qiymətinə münasibətdə 0,20 (iyirmi qəpik) manat məbləğində artıq dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 0,20 (iyirmi qəpik) manat artıq ödənildiyindən, 334 (üç yüz otuz dörd) manat məbləğində dövlət rüsumu isə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından, ümumilikdə, 334 (üç yüz otuz dörd) manat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçınə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsi tərəfindən 01 noyabr 2024-cü il tarixdə elektron qaydada məhkəməyə ünvanlanmış ərizə təmin edilməli, İddiaçı cavabdeh Naxçıvan Şəhər Rabitə İdarəsinə qarşı arabağlantı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 334 (üç yüz otuz dörd) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçınə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 170.3, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: İddiaçının nümayəndəsi tərəfindən 01 noyabr 2024-cü il tarixdə elektron qaydada məhkəməyə ünvanlanmış ərizə təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər Rabitə İdarəsinə qarşı arabağlantı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 334 (üç yüz otuz dörd) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçınə (VÖEN: **********) qaytarılsın. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-545/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-545/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver