Məhkəmə qərarları › İş №e-2-2(123)-588/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-588/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-588/2025 29.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı Naxçıvan MR Dövlət Energetika Xidmətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə iddiaçı Naxçıvan MR Dövlət Energetika Xidmətinin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı Naxçıvan MR Dövlət Energetika Xidməti 12 dekabr 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 23.625 (7425+16200) manat pulun, öhdəliyin icra edilməsinin gecikdirildiyi hər günə 1 faiz məbləğində dəbbə pulunun, dövlət rüsumu məbləğinin 160.88 manat pulun cavabdehdən tutularaq Naxçıvan MR Dövlət Energetika Xidməti ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı Naxçıvan MR Dövlət Energetika Xidmətinin nümayəndəsi Nümayəndə1 iddia tələblərinə baxılmasını istəmədiklərini bildirib məhkəməyə ünvanlanmış ərizəni təqdim etdi. Məhkəmə ərizəni nəzərə alınaraq həmin ərizənin təmin edilib qanunverciliyə uyğun olaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasının zəruri olduğu qənaətindədir. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Naxçıvan MR Dövlət Energetika Xidmətinin Cavabdeh MMCyə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Naxçıvan MR Dövlət Energetika Xidmətinin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı Naxçıvan MR Dövlət Energetika Xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə, “X2 filialı vasitəsilə, **********6 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 160,88 (yüz altmış manat səksən səkkiz qəik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçı Naxçıvan MR Dövlət Energetika Xidmətinə qaytarılsın. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, qərardad onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar