Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-61/2026 21.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Azərbaycan Dövlət X12 cavabdeh1 X2rşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X10 qızının katibliyi, apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil, cavabdeh Azərbaycan Dövlət X12 cavabdeh1 X4 nümayəndəsi nümayəndə1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Azərbaycan Dövlət X12 cavabdeh1 X2rşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları:
Iddiaçı İddiaçı ## ######## 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh cavabdeh2 421365,29 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 arasında şifahi razılaşma əsasında podrat münasibətləri olmuş, cavabdeh iddiaçının tapşırığı əsasında Qulabənd kanalının beton üzlüyü və üzərindəki qurğuların əsaslı təmir işlərini həyata keçirmişdir. Bu razılaşma yazılı müqavilə formasında rəsmiləşdirilməsə də, tərəflər arasında şifahi sövdələşmə əldə olunmuş, Cavabdeh öz iradə və istəyini açıq şəkildə ifadə edərək Iddiaçıya müraciət etmiş, Iddiaçı isə sifarişi qəbul etmişdir. Şifahi sövdələşmənin şərtlərinə uyğun olaraq Iddiaçı öz üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmiş, görüləcək işlərin bütün mərhələlərini şəxsi əmək və vəsaiti hesabına icra etmişdir. Işlərin icrası prosesi müəyyən vaxt tələb etmiş, bu müddətdə Iddiaçı zəruri materialların əldə olunması, işçi qüvvəsinin təşkili, texniki avadanlıqların istifadəsi və digər işlərin aparılması üçün xeyli əmək və məsrəf sərf etmişdir. Işlərin yekununda əldə olunmuş nəticə Cavabdehə təqdim edilmişdir. Cavabdeh görülən işlərin nəticələrini şəxsən görmüş, işlərlə əyani şəkildə tanış olmuş və onların sifarişə uyğun icra edildiyini qəbul etmişdir. Cavabdeh tərəfindən görülən işlərin nəticələrinə dair hər hansı irad və ya etiraz bildirilməmiş, əksinə, işlərin tam şəkildə və tələb olunan keyfiyyətlə yerinə yetirildiyi qəbul edilmişdir. Görülən işlərin faktiki olaraq icra edildiyini təsdiqləyən sübutlar mövcuddur. Belə ki, görülən işlərə dair smeta, o cümlədən müvafiq foto-şəkillər sübut qismində məhkəməyə təqdim edilir. Həmçinin video çəkiliş elektron daşıyıcıda hazırlıq iclası zamanı məhkəməyə təqdim ediləcəkdir. Məhkəməyə işlərin görülməsində iştirak edən şəxslər şahid qismində cəlb edilə bilər. Bunlar iddiaçının öhdəliklərini tam yerinə yetirdiyini, faktiki işlərin həqiqətən həyata keçirildiyini və nəticələrin mövcudluğunu sübut edir. Eyni zamanda, Cavabdehin öz davranışı da işlərin qəbul olunmasını təsdiq edir. Belə ki, Cavabdeh görülən işlərdən faktiki olaraq istifadə etmiş, bu barədə heç bir narazılıq bildirməmişdir. Bununla belə, Cavabdeh Iddiaçının çəkdiyi əmək və xərclərin qarşılığını ödəməkdən imtina etmişdir. Halbuki, tərəflər arasındakı münasibətlərin xarakteri, sövdələşmənin mahiyyəti və işlərin nəticələrinin qəbul edilməsi faktı açıq şəkildə göstərir ki, Cavabdehin öhdəliyi yaranmışdır. Nəticə etibarilə, Iddiaçı Cavabdehin sifarişi ilə müəyyən işləri icra etmiş, həmin işlərin faktiki nəticələri mövcuddur, Cavabdeh onları qəbul etmiş, lakin öz öhdəliklərini yerinə yetirməkdən yayınmışdır. Bu səbəbdən yaranmış mübahisənin həlli üçün məhkəməyə müraciət zərurəti meydana çıxmışdır. Iddiaçı İddiaçı nümayəndəsi ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iş üzrə başqa cavabdehin cəlb edilməsi” barədə vəsatətlə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət X12 cavabdeh1 X4 digər cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsini xahiş etmiş və həmin vəsatətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Azərbaycan Dövlət X12 cavabdeh1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Həmin Xidmət tərəfindən təqdim edilmiş Nizamnamə və hazırkı cavabdeh cavabdeh2 rəisi Müşfiq Məmmədovun sonuncu iclasda verdiyi izahata əsasən, üçüncü şəxsin cavabdeh qismində cəlb edilməsi zərurəti yaranmışdır. Belə ki, gələcəkdə qəbul edilə biləcək iddianın təmin edilməsinə dair qətnamənin icrası birbaşa hazırkı cavabdeh tərəfindən yerinə yetirilə bilmədiyi üçün, əlavə cavabdeh qismində X9 Xidmətinin cəlb edilməsi zərurəti yaranmışdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, tərəflər arasında müqavilə münasibətlərinin yarandığı dövrdə cavabdeh cavabdeh2 müqavilə bağlamaq və ödəniş etmək səlahiyyətində olmuşdur. Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də bu Idarənin də iş üzrə cavabdeh qismində qalması zəruridir.
2. Birinci instansiya məhkəməsində icraat:
Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Azərbaycan Dövlət X12 cavabdeh1 X2rşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlərdən “421365,29 manat məbləğində pulun tutulması” barədə iddia tələbi təmin edilməmişdir. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan cavabdeh2 rəisi və əməkdaşları tərəfindən tərtib edilmiş 2020-ci il tarixli qüsur aktından görünür ki, Qulabənd kanalının beton üzlüyü və üzərindəki qurğulara texniki baxış keçirilmiş və baxış nəticəsində həmin ərazidə müvafiq təmir işlərinin görülməsi ehtiyacının olması qeyd edilmişdir. Həmin aktda görülməli olan işlərin adı və miqdarı qeyd edilmişdir. Akt birtərəfli qaydada tərtib edilməklə cavabdeh2 əməkdaşları tərəfindən imzalanmış və idarəyə məxsus möhürlə təsdiq edilmişdir. Azərbaycan Meliorasiya və Su Təssərüfatı ASC tərəfindən təsdiq edilmiş 2020-ci il tarixli * nömrəli “Lokal smeta”-dan görünür ki, Qulabənd kanalının beton üzlüyü və üzərindəki hidrotexniki qurğuların təmir işlərinin adı, xərcləri, smeta dəyəri göstərilmişdir. Həmin smeta “xxxx” MMC tərəfindən tərtib edilməklə Azərbaycan Meliorasiya və Su Təssərüfatı ASC tərəfindən möhürlə təsdiq edilmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş “Görülmüş işlər üzrə aktdan” görünür ki, iddiaçı İddiaçı Qulabənd kanalının beton üzlüyü və üzərindəki qurğuların əsaslı təmiri işlərini görmüş və həmin aktda görülmüş işlərin adı, həcmi və qiyməti öz əksini tapmışdır. Akta əsasən görülmüş işlərin dəyəri cəmi 421365,29 manat təşkil etmişdir. Akt birtərəfli qaydada İddiaçı direktoru Rəşad Imanlı tərəfindən imzalanmaqla möhürlə təsdiq edilmişdir. Azərbaycan Dövlət X12 cavabdeh1 cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilən ##.##.2025-ci il tarixli məlumatda qeyd edilmişdir ki, Ucar rayonunda yerləşən Qulabənd kanalının beton üzlüyü və üzərindəki qurğuların əsaslı təmin işlərinin görülməsi üçün cavabdeh2 (keçmiş “X11 idarəsi) ilə İddiaçı arasında hər hansı müqavilə olmamışdır. Qeyd olunan işlər İddiaçı MMCyə həvalə edilməmiş və görülən işlərin yekun təhvil-təslim aktı tərtib edilməmişdir. “xxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən verilən MB-**/**** nömrəli ##.##.2025-cı il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, Qulabənd kanalının beton üzlüyü və üzərindəki qurğuların əsaslı təmiri işlərinin dəyəri aparılmış araşdırma əsasında 421912 manat təşkil edir. Azərbaycan Dövlət X12 cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilən ##.##.2025-ci il tarixli məlumatda qeyd edilmişdir ki, cavabdeh2 *-**-*-**/*-***/**** nömrəli, ##.##.2025-ci il tarixli cavab məktubuna istinadən qeyd olunur ki, Ucar rayonunda yerləşən Qulabənd kanalının beton üzlüyü və üzərindəki qurğuların əsaslı təmir işlərinin görülməsi üçün cavabdeh2 (keçmiş “X11 Idarəsi) ilə İddiaçı MMC arasında hər hansı müqavilə olmamışdır. Qeyd olunan işlər İddiaçı MMC-yə həvalə edilməmiş və görülən işlərin yekun təhviltəslim aktı tərtib edilməmişdir. Azərbaycan Dövlət X12 cavabdeh1 tərəfindən ##.##.2024-cü il tarixdə təsdiq edilmiş cavabdeh2 əsasnaməsinin 3.1.22-ci bəndinə əsasən istifadəsində olan su təsərrüfatı obyektlərindən fiziki və hüquqi şəxlər tərəfindən suyun götürülməsi üçün qurğu və avadanlıqlaın quraşdırılması Xidmətin razılığı ilə obyektlərin istismar və texniki təhlükəsizlik qaydaları nəzərə alınmaqla hazırlanmış layihə-cizgi sənədləri əsasında icazə vermək və bu işlərin həyata keçirilməsinə nəzarət etmək, 3.1.28-ci bəndinə əsasən istifadəsində olan meliorasiya, irriqasiya, su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması obyektlərində Xidmət tərəfindən müəyyən edilmiş əsaslı təmir işlərinə, onların keyfiyyətlə və vaxtında icra olunmasına nəzarət etmək, qaydalara uyğun olaraq işlərin qəbul edilməsində iştirak etmək cavabdeh2 vəzifəsidir. - cavabdeh1 X4 Nizamnaməsi: 1.1 X9 Xidməti (bundan sonra – Xidmət) meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri (bundan sonra – iri şəhərlər) istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması (bundan sonra – müvafiq sahə) xidmətlərini göstərən publik hüquqi şəxsdir; 1.2. Xidmət Azərbaycan Dövlət X12 (bundan sonra – Agentlik) tabeliyində fəaliyyət göstərir. 2. Xidmətin fəaliyyət istiqamətləri: 2.1.2. dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, balansında olan içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını təmin etmək; 2.1.3. meliorasiya və irriqasiya sahəsində xidmətləri göstərmək; 2.1.4. ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyəti həyata keçirmək, habelə istehlakçıların məişət (təsərrüfat)- içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, tullantı və yağış sularının axıdılması xidmətlərini göstərmək; 3.1.7. təbii fəlakət və texnogen qəzalar nəticəsində zədələnmiş və ya sıradan çıxmış balansında olan su təsərrüfatı obyektlərinin bərpasına dair təkliflər hazırlamaq; 3.1.8. su təsərrüfatı tədbirlərinin və su ehtiyatlarına Azərbaycan Respublikasının perspektiv tələbatının müəyyən edilməsində iştirak etmək, su ehtiyatlarından kompleks istifadə və həmin obyektlərin mühafizəsinin baş sxeminin, hövzə və ərazi sxemlərinin hazırlanmasında iştirak etmək; 3.1.21. təbii fəlakət və texnogen qəzalar nəticəsində su obyektlərində, meliorasiya, irriqasiya, su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərində baş vermiş qəzaların səbəblərinin müəyyənləşdirilməsində və bu qəzalar nəticəsində dəymiş zərərin qiymətləndirilməsində iştirak etmək; 3.1.22. ərazi planlaşdırılması sənədlərinə dair Agentliyə təkliflər vermək; 3.1.26. balansında olan su təchizatı və tullantı sularının emalı və axıdılması sistemlərinin sutəmizləyici qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, təmiri və onlara texniki xidmət göstərilməsi işlərini təşkil etmək; 3.1.36. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Birliklərin reyestrini aparmaq və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək; 3.1.37. meliorasiya və irriqasiya sahəsində ölkə və regional miqyaslı proqramların hazırlanmasında və həyata keçirməsində iştirak etmək; 3.1.45. balansında olan su təchizatı və tullantı sularının emalı və axıdılması sistemlərinin, sutəmizləyici qurğularının, nasos stansiyalarının, su kəmərlərinin istismarı, təmiri və onlara texniki xidmət göstərilməsi işlərini təşkil etmək; 3.1.48. ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) su təchizatı sahəsində iş və xidmətlərin göstərilməsi üçün dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər ilə müvafiq müqavilə bağlamaq; 3.1.55. qanunvericilikdə nəzərdə tutulmuş hallarda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlamalar aparmaq; 3.1.56. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək; 3.1.57. strukturuna daxil olan idarələrin və digər struktur bölmələrin və tabeliyində olan hüquqi şəxslərin fəaliyyətini təşkil etmək və işinə nəzarəti həyata keçirmək; 3.1.62. Xidmətə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı cavabdeh cavabdeh2 ilə arasında şifahi podrat münasibətlərinin olduğunu və cavabdehin sifarişi ilə bu podrat münasibətlərindən irəli gələn işlər gördüyünü (Qulabənd kanalının beton üzlüyü və üzərindəki qurğuların əsaslı təmiri) qeyd etsə də bunu təsdiq edəcək mötəbər sübutları (müqavilə, təhvil-təslim aktı, hesablaşma sənədləri və.s) məhkəməyə təqdim etməmişdir. Tərəflər məhkəmə iclasında verdiyi izahatlarda qeyd edir ki, iddiaçının rəhbəri ilə cavabdeh cavabdeh2 rəisi öz aralarında 2021-ci ildə şifahi podrat müqaviləsi barədə razılığa gəlmişlər. Lakin məhkəmə bu halla bağlı qeyd edir ki, cavabdeh2 rəisi tabe olduğu yuxarı quruma məlumat vermədən, eləcə də həmin qurumdan razılıq almadan belə bir müqaviləni bağlamağa səlahiyyətli olmamışdır. xxxx ASC tərəfindən Qulabənd kanalının beton üzlüyünün və üzərindəki hirotexniki qurğuların təmiri barədə * nömrəli “Lokal smeta” 2020-ci il tarixdə təsdiq edilsə də, həmin işlərin kimə sifariş olunması, işlərin görülməsinə icazə verilməsi, həmçinin görülən işlərim kim tərəfindən icra edilməsi barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə iclasında izahat verən cavabdeh cavabdeh2 rəisi bildirmişdir ki, Qulabənd kanalının beton üzlüyünün və üzərindəki hirotexniki qurğuların təmiri barədə keçirilmiş tenderin qalibi başqa şirkət olmuş, lakin həmin şirkət işi görməkdən imtina etdiyi üçün iddiaçı İddiaçı MMC-nin rəhbəri ilə şifahi razılığa gələrək işlərin görülməsini ona sifariş etmişdir. Lakin bununla bağlı tabe olduqları xxxx ASC-yə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məlumat verilməsi barədə məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Nəticədə Qulabənd kanalının beton üzlüyünün və üzərindəki hirotexniki qurğuların təmiri işlərinin hansı şirkət tərəfindən icra edilməsi şübhəli hal olaraq qalmışdır. Məhkəmə qeyd edir ki, “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin HYPERLINK "https://e-qanun.az/framework/53813" 2023HYPERLINK "https://e-qanun.az/framework/53813" HYPERLINK "https://e-qanun.az/framework/53813" cü HYPERLINK "https://eqanun.az/framework/53813" il HYPERLINK "https://e-qanun.az/framework/53813" 30 HYPERLINK "https://e-qanun.az/framework/53813" mart HYPERLINK "https://eqanun.az/framework/53813" tarixli HYPERLINK "https://e-qanun.az/framework/53813" 2074 HYPERLINK "https://e-qanun.az/framework/53813" nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X15 əsasında Azərbaycan Dövlət X12 (bundan sonra – Agentlik) yaradılması, “xxxx” Açıq Səhmdar Cəmiyyəti və xxxx Açıq Səhmdar Cəmiyyətinin əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilməsi qərara alınmışdır. xxxx Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən Cəmiyyət qarşısında duran vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: meliorasiya və su təsərrüfatı sahəsində ümumi tədbirləri:və əsas istiqamətləri müəyyən edir; meliorasiya və su təsərrüfatı sahəsində istismar, təmirbərpa, əsaslı tikinti, yenidənqurma işlərinin aparılmasını təmin edir; müəyyən müddət üçün yerüstü su ehtiyatlarından istifadənin son həddini göstərən limitlər və kvotalar müəyyən edir, müqavilələr bağlayır, qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda yerüstü su ehtiyatlarından istifadəyə icazə verir; meliorasiya və su təsərrüfatı sahəsində istismar, təmir-bərpa, əsaslı tikinti, yenidənqurma işlərinin aparılmasını təmin edir; dövlət büdcəsi, kreditlər, qrantlar, texniki yardımlar, xidmətlər və digər mənbələr hesabına Cəmiyyətin sərəncamına daxil olan vəsaitlərdən təyinatı üzrə istifadə edilməsini, müvafiq investisiya layihələri üzrə müsabiqə sənədlərinin tərtibini, malların (işlərin və xidmətlərin) satın alınması üçün qanunvericiliyə uyğun olaraq müsabiqələrin keçirilməsini təşkil edir; meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərinin göstərilməsi, torpaqların su təminatının həyata keçirilməsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarı ilə bağlı büdcə vəsaitinə tələbatı müəyyənləşdirir və aidiyyəti üzrə təqdim edilməsini təşkil edir, əsaslı vəsait qoyuluşundan səmərəli istifadə olunmasını, tikilən və yenidən qurulan obyektlərin, istehsal güclərinin və əsas fondların vaxtında istifadəyə verilməsini təmin edir. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar bu Nizamnaməyə əməl etməli, öz fəaliyyətləri barədə Cəmiyyətə hesabat verməli, Cəmiyyət tərəfindən keçirilən tədbirlərdə və Cəmiyyət qarşısında duran vəzifələrin həllində iştirak etməli və qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirməlidirlər. cavabdeh2 Əsasnaməsinin 3.1.22-ci bəndinə əsasən istifadəsində olan su təsərrüfatı obyektlərindən fiziki və hüquqi şəxlər tərəfindən suyun götürülməsi üçün qurğu və avadanlıqlaın quraşdırılması Xidmətin razılığı ilə obyektlərin istismar və texniki təhlükəsizlik qaydaları nəzərə alınmaqla hazırlanmış layihə-cizgi sənədləri əsasında icazə vermək və bu işlərin həyata keçirilməsinə nəzarət etmək, 3.1.28-ci bəndinə əsasən istifadəsində olan meliorasiya, irriqasiya, su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması obyektlərində Xidmət tərəfindən müəyyən edilmiş əsaslı təmir işlərinə, onların keyfiyyətlə və vaxtında icra olunmasına nəzarət etmək, qaydalara uyğun olaraq işlərin qəbul edilməsində iştirak etmək cavabdeh2 vəzifəsidir. Göründüyü kimi, tərəflərin izahatlarına əsasən iddiaçının Qulabənd kanalının beton üzlüyünün və üzərindəki hirotexniki qurğuların təmir işlərini gördüyünü iddia etdiyi vaxt, yəni 2021ci ilin sonu 2022-ci ilin əvvəlində müvafiq ərazi üzrə meliorasiya və su təsərrüfatı sahəsində istismar, təmir-bərpa, əsaslı tikinti, yenidənqurma işlərinin aparılmasını təmin etmək vəzifəsi xxxx Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuşdur. Daha sonra isə həmin cəmiyyət Azərbaycan Dövlət X12 tabeliyinə keçmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Ucar X13 Istismarı Idarəsinin rəisinin Qulabənd kanalının beton üzlüyünün və üzərindəki hirotexniki qurğuların təmir işlərinin görülməsi məqsədilə iddiaçı İddiaçı MMC-nin rəhbəri ilə şifahi podrat müqaviləsi bağlamağa səlahiyyəti olmamışdır. Cavabdehlərin məhkəməyə təqdim etdiyi məktublarda, həmçinin Xidmətin nümayəndəsinin izahatında şifahi müqavilənin bağlanması üçün iradə ifadəsinin olması faktı öz təsdiqini tapmamış, əksini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçı İddiaçı MMC-nin rəhbəri ilə cavabdeh cavabdeh2 rəisi arasıda bağlanmış şifahi podrat müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. Iradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### və T.Qasımovanın şikayəti üzrə 2020-ci il # ###### tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### və N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarlar). “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinə əsasən Dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinə bir və ya bir neçə rayonun ərazisində yerləşən, dövlət vəsaiti hesabına tikilmiş (tikilməkdə olan), rayonlararası və (və ya) təsərrüfatlararası su bölgüsünü, artıq və tullantı suların kənar edilməsini və digər meliorasiya və irriqasiya tədbirlərinin aparılmasını təmin edən, habelə Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının bu Qanunla müəyyən edilən səlahiyyətlərinin həyata keçirilməsi üçün istifadə olunan meliorasiya və irriqasiya sistemləri aiddir. Dövlət əhəmiyyətli meliorasiya və irriqasiya sistemləri, onların layihələndirilməsini, tikintisini, istismarını və torpaqların meliorativ vəziyyətinə nəzarəti həyata keçirən təşkilatların obyektləri və digər əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilə bilməz. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə görülən işlərlə bağlı qüsur aktı, görülmüş işlərin aktı, smeta sənədləri təqdim edilmişdir. Həmin sənədlərin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin sənədlər birtərəfli qaydada tərtib edilmiş və onlarda hər iki tərəfin birgə iradə ifadəsini əks etdirəcək tutarlı məlumata rast gəlinməmişdir. Nəticədə həmin sənədlər məhkəmə tərəfindən tərəflər arasında podrat münasibətlərinin mövcudluğunu təsdiq edəcək mötəbər sübut kimi qəbul edilməmişdir. Nəticədə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərə qarşı iddia etdiyi halları sübut edə bilməmiş və bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 329.2, 329.3, 329.4, 337.1, 349, 355.1, 359.1, 360.1, 360.2, 385.1, 386.1, 390.1, 752.1, 752.2 və 756.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 54.1, 77.1, 78.1, 78.1-1, 119.1, 217.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz:
- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Iddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** saylı qətnaməsini ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə belə əsaslandırma etmişdir ki, “Tərəflər məhkəmə iclasında verdiyi izahatlarda qeyd edir ki, iddiaçının rəhbəri ilə cavabdeh cavabdeh2 rəisi öz aralarında 2021ci ildə şifahi podrat müqaviləsi barədə razılığa gəlmişlər. Lakin məhkəmə bu halla bağlı qeyd edir ki, cavabdeh2 rəisi tabe olduğu yuxarı quruma məlumat vermədən, eləcə də həmin qurumdan razılıq almadan belə bir müqaviləni bağlamağa səlahiyyətli olmamışdır.” Ilk növbədə, məhkəmə tərəflərin izahatında da yanlışlığa yol verərək podrat münasibətlərinin 2021-ci ildə olmasını qeyd etmiş, halbuki verilən izahatlarda bu işlərin görülməsinin 2022-ci ilin sonlarından başlandığı qeyd edilmişdir. Digər tərəfdən, Idarənin səlahiyyətli olubolmamasını müəyyən etmək üçün məhkəmə ilk növbədə cavabdeh2 nizamnaməsini/əsasnaməsini tədqiq etməli olduğu halda, məhkəmə bu halı araşdırmamışdır. Belə ki, iddaçı tərəfindən verilmiş vəsatətlə cavabdeh2 həm hazırkı, həm də hazırki iddia tələbi üzrə münasibətlərin yarandığı 2022- 2023-cü illərdə qüvvədə olan nizamnaməsi/əsasnaməsi Idarədən tələb edilmişdir. Lakin, cavabdeh cavabdeh2 tərəfindən yalnız hazırkı, yəni ##.##.2024-cü ildən qüvvədə olan Əsasnamə təqdim edilmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən X9 Xidmətinə vəkil sorğusu verilmiş, nəticəsinə uyğun məhkəməyə məlumat veriləcəkdir. Məhkəmə qətnamənin əsaslandırılmasında məhz bu Əsasnaməyə və cavabdeh1 X4 Nizamnaməsinə istinad etmişdir. Halbuki Xidmətin nizamnaməsi də ## ##### 2024-cü il tarixində təsdiq edilmişdir. Beləliklə, müəyyən olunur ki, həm Əsasnamə, həm də Nizamnamə hazırkı iddia tələbi üzrə mübahisəyə tətbiq oluna bilməz, onlara istinad edilə bilməz, qətnamənin əsaslandırılmasında istifadə oluna bilməz. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hətta, məhkəmənin qətnamədə istinad etdiyi xxxx Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin müvafiq bəndlərində də belə bir hal müəyyən edilməmiş, cavabdeh2 müqavilə bağlamaq üçün razılıq alması kimi şərt göstərilməmişdir. Digər tərəfdən, məhkəmə əsaslandırmasına davam edərək qeyd etmişdir ki, “xxxx ASC tərəfindən Qulabənd kanalının beton üzlüyünün və üzərindəki hirotexniki qurğuların təmiri barədə * nömrəli “Lokal smeta” 2020-ci il tarixdə təsdiq edilsə də, həmin işlərin kimə sifariş olunması, işlərin görülməsinə icazə verilməsi, həmçinin görülən işlərim kim tərəfindən icra edilməsi barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə iclasında izahat verən cavabdeh cavabdeh2 rəisi bildirmişdir ki, Qulabənd kanalının beton üzlüyünün və üzərindəki hirotexniki qurğuların təmiri barədə keçirilmiş tenderin qalibi başqa şirkət olmuş, lakin həmin şirkət işi görməkdən imtina etdiyi üçün iddiaçı İddiaçı MMC-nin rəhbəri ilə şifahi razılığa gələrək işlərin görülməsini ona sifariş etmişdir. Lakin bununla bağlı tabe olduqları “xxxx” ASC-yə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məlumat verilməsi barədə məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Nəticədə Qulabənd kanalının beton üzlüyünün və üzərindəki hirotexniki qurğuların təmiri işlərinin hansı şirkət tərəfindən icra edilməsi şübhəli hal olaraq qalmışdır.” Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, “Lokal smeta” adlı sənəd həmin işlərin görülməsi zərurətini müəyyən edən sənəddir. Belə ki, ilk növbədə Idarə tərəfindən qüsur aktı tərtib edilərək görülməsinə ehtiyac olan işlərin dairəsi müəyyən edilir. Bununla əlaqədar məhkəməyə X11 Idarəsinin rəisi tərəfindən təsdiq edilmiş qüsur aktı təqdim edilmişdir. Həmin aktda da qeyd edilmişdir ki, baxış zamanı aşağıdakı işlərin görülməsinə ehtiyac olduğu müəyyən edilmişdir. Həmin bu akt əsasında “Lokal Smeta № *” adlı sənəd “xxxx” ASC tərəfindən təsdiq edilmişdir. Bu smeta sənədində görülməsi zəruri olanişlər və onların görülməsi üçün çəkilməsi nəzərdə tutulan xərclər göstərilmişdir. Beləliklə bu 2 sənəd əsasında müəyyən edilmişdir ki, iddiaçının gördüyü işlərin görülməsi zərurətdən olmuşdur, həmin işlərin görülməsinə ehtiyac müəyyən edilmişdir və “xxxx” ASC bu işlərin görülməli olduğunu təsdiq etmişdir. Bununla da məhkəmənin qeyd etdiyi “yuxarı qurumun məlumatının və razılığının olmaması” faktı təkzib olunur. Həmçinin məhkəmə daha sonra qeyd etmişdir ki, “Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə görülən işlərlə bağlı qüsur aktı, görülmüş işlərin aktı, smeta sənədləri təqdim edilmişdir. Həmin sənədlərin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin sənədlər birtərəfli qaydada tərtib edilmiş və onlarda hər iki tərəfin birgə iradə ifadəsini əks etdirəcək tutarlı məlumata rast gəlinməmişdir. Nəticədə həmin sənədlər məhkəmə tərəfindən tərəflər arasında podrat münasibətlərinin mövcudluğunu təsdiq edəcək mötəbər sübut kimi qəbul edilməmişdir.” Lakin yuxarıda izahı verildiyi kimi bu sənədlər birgə iradə ifadəsini nəzərdə tutan sənədlər deyildir, bu sənədlərin mahiyyəti və təyinatı başqadır, bu barədə iclas zamanı da sədrlik edən hakimə izahat verilmiş, lakin yenə də qətnamədə bu sənədlərin mahiyyətinə dair yanlışlığa yol verilmişdir. Qeyd olunan bu sənədlər əsasında işlərin görülməsi üçün tender elan edilmiş, dövlət satınalmaların vahid internet portalının açıq məlumatlarından müəyyən olunur ki, hazırki iddianın əsasını təşkil edən işlər üzrə “xxxx” MMC tenderin qalibi elan edilmişdir. Lakin məhkəməyə təqdim edilən ərizədən və cavabdehin izahatlarından da müəyyən olunmuşdur ki, bu şirkət işlərin görülməsini həyata keçirməmiş və tender üzrə müqavilə ləğv olunmuşdur. Məhz digər şirkətin imtina etməsi səbəbilə X11 Idarəsi tərəfindən iddiaçıya müraciət edilmiş, işlərin qısa müddətdə görülməsinə zərurət yarandığı və sənədləşmənin sonradan olacağı bildirilmişdir. Deməli bu işlərin tenderə çıxarılması bir daha sübuta yetirir ki, həmin işlərin görülməsinə zərurət olmuş və iddiaçıİddiaçı MMC işləri öz mənafeyi naminə və ya X11Idarəsinin rəisi üçün görməmiş, ictimai mənafelər naminə və bu Idarənin tələbi üzrə həyata keçirmişdir. Həmçinin bu tender onu sübuta yetirir ki, Qulabənd suvarma kanalı məhz cavabdeh cavabdeh2 (əvvəlki X11 Idarəsi) balansında olmuş, bu kanalla bağlı səlahiyyətli qurum cavabdeh2olmuşdur. Bununla da X9 Xidmətinin nümayəndəsinin məhkəmə iclasında “kanalların hamısı bizim balansımızda deyil” arqumenti də təkzib olunur. Çünki, balansında olmayan kanalla bağlı cavabdeh2 tender keçirə bilməz, belə tenderin nəticəsi üzrə müqavilə bağlana bilməz. Məhkəmənin qeyd etdiyi “işlərin hansı şirkət tərəfindən görülməsinin şübhəli olaraq qalması” isə tamamilə əsassızdır. Birincisi ona görə ki, məhkəmə özü qətnamədə “Bu səbəbdən də iddiaçı İddiaçı MMC-nin rəhbəri ilə cavabdeh cavabdeh2 rəisi arasıda bağlanmış şifahi podrat müqaviləsi etibarsız hesab edilməlidir.” Qeyd edərək, tərəflər arasında müqavilə münasibətlərinin olmasını təsdiq etmiş, lakin bunu etibarsız hesab etmişdir. Digər tərəfdən, həmin işlərin görülməsi həm cavabdeh cavabdeh2 rəisinin iclasda verdiyi izahatla, həm də məhkəməyə təqdim edilən həmin Idarənin baş mühəndisi v.m.i.e Mahir Qasımovun imzası və Idarənin möhürü ilə təsdiq edilmiş arayışla tam olaraq sübuta yetirilir. Məhkəməyə işlərin görülməsi zamanı çəkilmiş foto-şəkillər və video çəkiliş təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, işin mübahisəsiz halıdır ki, həmin kanalda işlər görülmüş və “xxxx” MMC tərəfindən həmin işlərin icrası həyata keçirilməmişdir. Məhkəmənin iddiaçının işləri görməsini sübut olunmamış hesab etməsi iş materiallarının səthi və seçici qiymətləndirilməsinin nəticəsidir və bu qənaət qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, məhkəmə sübutetmə yükünün iddiaçının üzərində olmasını qeyd etsə də, təqdim edilmiş sübutların məcmu halda qiymətləndirilməsi prinsipini pozmuşdur. Iş materiallarından açıq şəkildə görünür ki, Qulabənd kanalında əsaslı təmir işlərinin aparılması faktı nəinki iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə (smeta, görülmüş işlər aktı, foto-video materiallar), həm də cavabdeh tərəfin nümayəndəsinin izahatı ilə təsdiq olunur. Cavabdeh qurumun vəzifəli şəxsi məhkəmə iclasında işlərin məhz iddiaçı tərəfindən görüldüyünü etiraf etmişdir ki, bu hal artıq mübahisəsiz fakt kimi qəbul edilməli idi. Belə olan halda məhkəmənin “işlərin kim tərəfindən icra edilməsi şübhəli qalmışdır” kimi nəticəyə gəlməsi, sübutların düzgün qiymətləndirilməməsi deməkdir. Məhkəmənin iddiaçının hüququnun pozulmasının sübuta yetirilmədiyi barədə nəticəsi də əsassızdır. Çünki hüququn pozulması yalnız yazılı müqavilənin mövcudluğu ilə deyil, həm də faktiki münasibətlər və tərəflərin davranışı ilə müəyyən edilir. Iş materialları ilə sübuta yetirilir ki, iddiaçı öz vəsaiti və resursları hesabına dövlət əhəmiyyətli obyekt üzərində işlər görmüş, nəticə cavabdeh tərəfindən qəbul edilmiş və faktiki istifadə olunur. Bu isə özlüyündə cavabdehin iddiaçının əməyinin nəticəsindən faydalandığını və buna baxmayaraq ödəniş etmədiyini göstərir. Belə vəziyyətdə məhkəmənin hüququn pozulmasının sübuta yetirilmədiyi qənaətinə gəlməsi obyektiv hallarla ziddiyyət təşkil edir. Məhkəmənin qətnamədə gəldiyi nəticə həm faktiki halların natamam qiymətləndirilməsinə, həm də maddi hüquq normalarının yanlış tətbiqinə əsaslanır. Tərəflər arasında şifahi podrat münasibətinin mövcudluğu barədə hər iki tərəf izahat vermişdir və cavabdeh qurumun rəhbər vəzifəli şəxsi konkret olaraq işlərin iddiaçıya sifariş edildiyini etiraf etmişdir. Bu etirafın mövcudluğu şəraitində əlavə yazılı müqavilənin olmamasını əsas gətirərək, münasibətin mövcudluğunu inkar etmək hüquqi baxımdan yolverilməzdir. Mülki Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən əqdlər şifahi formada bağlana bilər və şəxsin iradəsi onun davranışından da müəyyən edilə bilər. Işlərin faktiki icrası, sifarişçinin həmin işlərdən istifadə etməsi və buna etiraz etməməsi artıq tərəflər arasında hüquqi münasibətin mövcudluğunu təsdiq edən konkludent davranışlardır. Məhkəmə isə bu hallara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Digər tərəfdən, məhkəmənin əsas arqumentlərindən biri kimi irəli sürdüyü “idarə rəisinin səlahiyyətinin olmaması” barədə nəticə də hüquqi baxımdan yanlışdır. Hətta fərz edilsə belə ki, həmin şəxs daxili prosedurlara uyğun olaraq yuxarı qurumun razılığını almamışdır, bu hal üçüncü şəxs olan iddiaçının hüquqlarını aradan qaldırmır. Beləliklə, məhkəmə həm şifahi müqavilənin hüquqi qüvvəsini düzgün qiymətləndirməmiş, həm təmsilçilik və səlahiyyət məsələlərini səhv tətbiq etmiş, həm də iş üzrə mövcud sübutları nəzərə almadan əsassız olaraq faktların “şübhəli” olduğu qənaətinə gəlmişdir ki, bu da qəbul edilmiş qətnamənin qanunsuz və əsassız olmasını bir daha təsdiq edir. Məhkəmənin şifahi podrat müqaviləsini etibarsız hesab etməsi, hətta formal olaraq düzgün qəbul edilsə belə, bu hal iddia tələbinin avtomatik olaraq rədd edilməsinə əsas vermir və məhkəmə burada maddi hüquq normalarını natamam tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən etibarsız əqd hüquqi nəticə doğurmur, lakin eyni zamanda etibarsızlığın nəticələri kimi tərəflərin aldıqlarını geri qaytarması, bu mümkün olmadıqda isə onların dəyərinin ödənilməsi tələb olunur. Yəni, əqd etibarsız hesab edildiyi halda belə, tərəflər arasında yaranmış faktiki münasibətlər hüquqi nəticəsiz qalmır, əksinə, restitusiya və ya dəyərin kompensasiyası mexanizmləri tətbiq edilməlidir. Hazırkı, işdə məhkəmə müqaviləni etibarsız hesab etdiyi halda, həmin etibarsızlığın hüquqi nəticələrini ümumiyyətlə tətbiq etməmiş, bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Halbuki, iş materialları ilə təsdiq olunur ki, iddiaçı tərəfindən konkret işlər görülmüş, bu işlərin nəticələri cavabdehin balansında olan obyektə tətbiq olunmuş və faktiki olaraq istifadə edilməkdədir. Bu şəraitdə tərəflər arasında müqavilə etibarsız hesab edilsə belə, cavabdeh tərəfindən əldə edilmiş faydanın qarşılıqsız qalması hüququn əsas prinsiplərinə ziddir. Bundan əlavə, məhkəmə əsassız varlanma institutunu tamamilə nəzərə almamışdır. Mülki Məcəllənin 385 və 386-cı maddələrinin sistemli təhlilindən irəli gəlir ki, öhdəliklər yalnız müqavilədən deyil, həm də digər hüquqi əsaslardan, o cümlədən əsassız varlanmadan yarana bilər. Hazırkı halda cavabdeh qurumlar iddiaçının hesabına öz əmlakını yaxşılaşdırmış, yəni real iqtisadi fayda əldə etmiş, lakin bunun müqabilində heç bir ödəniş etməmişdir. Bu isə klassik mənada əsassız varlanma halıdır və belə varlanmanın hüquqi nəticəsi olaraq əldə edilmiş faydanın dəyəri geri qaytarılmalıdır. Beləliklə, məhkəmə müqaviləni etibarsız hesab etməklə kifayətlənmiş, lakin etibarsız əqdin hüquqi nəticələrini – xüsusilə restitusiya və ya əsassız varlanma əsasında kompensasiya məsələsini ümumiyyətlə araşdırmamışdır. Bu isə maddi hüquq normalarının natamam tətbiqi olmaqla yanaşı, nəticə etibarilə cavabdehin əsassız şəkildə varlanmasına və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ilk növbədə məhkəmə işlərin görüldüyü 2022-2023-cü illərdə qüvvədə olan nizamnaməni müəyyən etməmiş, həmin nizamnamə üzrə X11 Idarəsinin səlahiyyətlərini araşdırmamış, sonradan qüvvəyə minən əsasnaməni yanlış olaraq bu iddiaya tətbiq etmişdir. Məhkəmə tərəflər arasında podrat münasibətinin mövcudluğunu sübut edilməmiş hesab etsə də, bu hal cavabdeh nümayəndəsinin yazılı və şifahi etirafı və işlərin faktiki icrası ilə təsdiq olunur, lakin məhkəmə bu sübutları qeyri-mötəbər kimi qiymətləndirmişdir. Məhkəmə müəyyən etdiyi faktlardan düzgün hüquqi nəticə çıxarmamışdır. Belə ki, bir tərəfdən şifahi razılaşmanın və işlərin faktiki icrasının mövcudluğunu qəbul etdiyi halda, digər tərəfdən bu hallardan hüquqi öhdəliyin yaranmasını inkar etmişdir.
- 3.2). Apellyasiya şikayətinə qarşı etiraz
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.
4. Iş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil və cavabdeh Azərbaycan Dövlət X12 cavabdeh1 X4 nümayəndəsi nümayəndə1 gəlmiş olsalar da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə digər cavabdeh cavabdeh2 nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdeh cavabdeh2 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş iddiaçı İddiaçı nümayəndəsi Vəkil Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** saylı qətnaməsini ləğv edilməsi və cavabdehlərdən 421365,29 manat məbləğində pulun tutularaq, iddiaçı İddiaçı ödənilməsinə dair iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət X12 cavabdeh1 X4 nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qeyd etmək lazımdır ki, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı iş üzrə qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti cavabdeh Azərbaycan Dövlət X12 cavabdeh1 X2 münasibətdə qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Azərbaycan Dövlət X12 cavabdeh1 X2 aid hissədə ləğv edilmiş və həmin hissədə, yəni iddiaçı İddiaçı “pul tələbi” barədə iddiası cavabdeh Azərbaycan Dövlət X12 cavabdeh1 X2 aid hissədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır.
- 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə - tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** saylı qətnaməsini ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır. Qeyd etmək lazımdır ki, apellyasiya şikayəti üzrə qəbul edilən hazırkı qətnamədə iş üzrə qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qərardadında iddiaçı İddiaçı apellyasiya şikayətinin cavabdeh Azərbaycan Dövlət X12 cavabdeh1 X2 münasibətdə qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin cavabdeh Azərbaycan Dövlət X12 cavabdeh1 X2 aid hissədə ləğv edilməsi və həmin hissədə, yəni iddiaçı İddiaçı “pul tələbi” barədə iddiasının cavabdeh Azərbaycan Dövlət X12 cavabdeh1 X2 aid hissədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılması da nəzərə alınmalıdır. Ona görə də, hazırkı qətnamədə apellyasiya şikayətinin dəlilləri “421365,29 manat məbləğində pulun tutulması” barədə iddia tələbinin əsaslılığı iş üzrə digər cavabdeh olan cavabdeh2 münasibətdə yoxlanılmış və qiymətləndirilmişdir.
- 4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. 47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Hüquqi şəxslərin (publik hüquqi şəxslər və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə dövlət nəzarəti və yoxlama funksiyaları verilmiş hüquqi şəxslər istisna olmaqla) nizamnamələrində dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. 48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 53.1. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. 53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. 54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2. Idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.3. Idarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. 54.4. Idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. 54.5. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir.
48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3. Iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1. Iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. Iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, işin konkret halları və yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, aşağıda qeyd olunanlara əsasən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 aid hissədə ləğv edilməli və həmin hissədə, yəni iddiaçı İddiaçı “pul tələbi” barədə iddiasının cavabdeh cavabdeh2 aid hissəsində yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı “pul tələbi” barədə iddiası cavabdeh cavabdeh2 aid hissədə təmin edilməməlidir. Belə ki, apellyasiya instansiyasında aparılan araşdırma zamanı iş materiallarına əlavə edilmiş sənədlər və işin konkret halları ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ## ######## 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh cavabdeh2 421365,29 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Işin hazırlıq və baxış mərhələlərində cavabdeh cavabdeh2 nümayəndəsinin iştirakı ilə bir neçə dəfə məhkəmə hazırlıq və baxış iclasları keçirilərək, iş üzrə müəyyən prosessual hərəkətlər edildikdən sonra işin yekun baxış iclası ## #### 2026-cı il tarixinə təyin edilmişdir. Lakin, həmin iclasın keçirilməsindən bir gün əvvəl, yəni ## #### 2026-cı ildə iddiaçı İddiaçı MMC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iş üzrə başqa cavabdehin cəlb edilməsi” barədə vəsatətlə məhkəməyə müraciət edərək, “cavabdeh cavabdeh2 iş üzrə cavabdeh qismində saxlanılmaqla, Azərbaycan Dövlət X12 cavabdeh1 X4 də iş üzrə digər cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsini” xahiş etmiş və bu vəsatət “... gələcəkdə qəbul edilə biləcək iddianın təmin edilməsinə dair qətnamənin icrası birbaşa hazırkı cavabdeh tərəfindən yerinə yetirilə bilmədiyi üçün, əlavə cavabdeh qismində X9 Xidmətinin cəlb edilməsi zərurətinin yaranması” ilə əsaslandırılmışdır. Iş üzrə ## #### 2026-cı ildə tərəflərin nümayəndələrinin iştirakı ilə keçirilən məhkəmə baxış iclasında iddiaçının həmin vəsatəti əsasında cavabdeh2 cavabdeh qismində qalmaqla, Azərbaycan Dövlət X12 cavabdeh1 X4 də iş üzrə əlavə, yəni 2-ci cavabdeh qismində prosesə cəlb olunmuş və ## #### 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Dövlət X12 cavabdeh1 X4 iş üzrə əlavə cavabdeh qismində cəlb edildikdən sonra həmin məhkəmə iclası davam etdirilərək, iş üzrə yekun məhkəmə aktı olan Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində isə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Azərbaycan Dövlət X12 cavabdeh1 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən verilmiş hazırkı apellyasiya şikayəti üzrə aparılan araşdırma zamanı isə iş üzrə qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti cavabdeh Azərbaycan Dövlət X12 cavabdeh1 X2 münasibətdə qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Azərbaycan Dövlət X12 cavabdeh1 X2 aid hissədə ləğv edilmiş və həmin hissədə, yəni iddiaçı İddiaçı “pul tələbi” barədə iddiası cavabdeh Azərbaycan Dövlət X12 cavabdeh1 X2 aid hissədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Ona görə də, apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq “421365,29 manat məbləğində pulun tutulması” barədə iddia tələbinin əsaslılığı hazırkı qətnamədə iş üzrə digər cavabdeh olan cavabdeh2 münasibətdə yoxlanılaraq, qiymətləndirilmişdir. Bununla əlaqədar, yəni “421365,29 manat məbləğində pulun tutulması” barədə iddia tələbinin iş üzrə digər cavabdeh olan cavabdeh2 yönəlməsi ilə əlaqədar qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinin tələblərinə uyğun olaraq, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir və hüquqi şəxsin müstəqil balansı olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır (maddə 45.1) və hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi - hüquqi şəxsin təsis sənədidir (maddə 47.1). Həmin Məcəllənin 54-cü maddəsinin tələblərinə görə isə, idarə - hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir (maddə 54.2) və eləcə də, idarənin öhdəlikləri üçün məsuliyyət - idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür (maddə 54.4). Eyni zamanda, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur, həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər və eləcə də, həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi, yuxarıda qeyd olunanlarla və işin digər konkret halları ilə müəyyən olunur ki, iddia ərizəsində cavabdeh qismində göstərilməklə, iddia tələbinin yönəldiyi və həmçinin, mübahisələndirilən qətnamədə də cavabdeh qismində göstərilməklə həmin mübahisənin həll edildiyi cavabdeh2 hüquqi şəxs olmadığından, həmin Idarə mülki icraatda (kommersiya mübahisəsi üzrə icraatda) tərəf kimi, yəni cavabdeh qismində çıxış edə bilməzdi. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə cavabdeh2 öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyətinə (mülki-prosessual fəaliyyət qabiliyyətinə) malik deyildir. Halbuki, həmin Idarə ilə əlaqədar mübahisələr üzrə məhəməyə verilən iddialarda cavabdeh qismində Azərbaycan Dövlət X12 cavabdeh1 X4 özü çıxış etməli idi. Ona görə ki, cavabdeh2 hüquqi şəxs Azərbaycan Dövlət X12 cavabdeh1 X4 tabeliyində olan idarələrdən biridir və hüquqi şəxs deyildir. Eyni zamanda, məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, sahibkarlıq sahəsində fəaliyyət göstərən hər hansı qurumun hüquqi şəxs olması - onun vergi ödəyicisi kimi qeydə alınıb-alınmaması və yaxud, müqavilə bağlamaq səlahiyyətlərinin olub-olmaması ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan müvafiq normaları ilə müəyyən olunur. Hətta, iddiaçı İddiaçı MMC-nin nümayəndəsinin özü də ## #### 2026-cı ildə məhkəməyə təqdim etdiyi “iş üzrə başqa cavabdehin cəlb edilməsi” barədə vəsatətində də “cavabdeh cavabdeh2 iş üzrə cavabdeh qismində saxlanılmaqla, Azərbaycan Dövlət X12 cavabdeh1 X4 də iş üzrə digər cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsini” - “... gələcəkdə qəbul edilə biləcək iddianın təmin edilməsinə dair qətnamənin icrası birbaşa hazırkı cavabdeh tərəfindən yerinə yetirilə bilmədiyi üçün, əlavə cavabdeh qismində X9 Xidmətinin cəlb edilməsi zərurətinin yaranması” ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli Qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Təsvir olunanlara əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh qismində göstərilən cavabdeh2 - iddiaçı İddiaçı MMC-nin “421365,29 manat məbləğində pulun tutulması” barədə iddiasına cavab verməli olan şəxs, yəni cavabdeh deyildir. Yəni, cavabdeh2 iddiaçı İddiaçı MMC-nin “421365,29 manat məbləğində pulun tutulması” barədə iddiası üzrə cavabdeh qismində müvafiq subyektiv hüquqa malik şəxs, o cümlədən də həmin mübahisəli pul vəsaitinin tutulması tələbinə cavab verməli olan şəxs (subyekt) kimi qəbul edilə bilməz. Iddiaçının vermiş olduğu tələbə cavab vermək üçün müvafiq subyektiv hüququ mövcud olmayan şəxsə qarşı iddianın tam və yaxud qismən təmin edilməsi isə - müvafiq subyektiv hüquqa malik olmayan şəxslə əlaqədar əsassız olaraq hüquq və vəzifələrin yaradılması nəticəsini doğura bilər. Eyni zamanda, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə iddia - iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi mümkün olsa da (maddə 54.1.), birinci instansiya məhkəməsində iddiaçı bu hüququndan istifadə etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarı iə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 aid hissədə ləğv edilməli və həmin hissədə, yəni iddiaçı İddiaçı “pul tələbi” barədə iddiasının cavabdeh cavabdeh2 aid hissəsində yeni qətnamə qəbul edilərək, cavabdeh cavabdeh2 - iddiaçı İddiaçı MMC-nin “421365,29 manat məbləğində pulun tutulması” barədə iddiasına cavab verməli olan şəxs olmadığına görə, iddiaçı İddiaçı həmin “pul tələbi” barədə iddiası cavabdeh cavabdeh2 aid hissədə təmin edilməməlidir. Eyni zamanda, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 aid hissədə ləğv edilsin və həmin hissədə, yəni iddiaçı İddiaçı “pul tələbi” barədə iddiasının cavabdeh cavabdeh2 aid hissəsində yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı “pul tələbi” barədə iddiası cavabdeh cavabdeh2 aid hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.