Məhkəmə qərarları › İş №e-2-2(3-10)-93/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-10)-93/2026

07.07.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2-2(3-10)-93/2026 07.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və Mehdiyev Elçin Məhəməd oğlundan ibarət tərkibdə; İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsini ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə” qərardadından iddiaçının nümayəndəsi və vəkili İbrahimov Xəyal Rahim oğlu tərəfindən şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, S.Mümtaz küçəsi və A.Məmmədov küçələrinin kəsişməsin qərbində yerəşən (“Bəyoğlu” Mebel abonent kodu 40440361066-sayğac nömrəsi 032250011883) obyektə elektrik enerji təchizatının təmin edilməsi üçün İddiaçı ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## #### 2026-cı il tarixli, e- *-*(*-**)-***/**** saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçı tərəfindən ##.##.2026-cı il tarixli ********** nömrəli qəbzlə AsanPay vasitəsi ilə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı İddiaçı dövlət büdcəsindən qaytarılması qərara alınmışdır. İddiаçı İddiaçı nümayəndəsi və vəkili İbrahimov X2 Kоmmersiyа Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadından şikаyət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, göründüyü kimi qanun istehlakçıya tərif verərkən yalnız mal, iş və xidmətlərdən istifadə edən şəxsi deyil eyni zamanda həmin mal, iş və xidmətlərdən almaq və ya sifariş vermək niyyəti olan şəxsi də istehlakçı kimi qəbul etmişdir. X1 sahibkarlıq fəaliyyəti həyata keçirir və xidmət göstərdiyi obyektə hazırda verilişi bərpa edilən enerji təchizatının müqavilə ilə təmin edilməsini istəyir. Enerji təchizatı müəssisəsi üçün İddiaçı və yaxud hər hansı bir şəxsin müraciətinin heç bir əhəmiyyəti yoxdur. Çünki hər bir halda enerji təchizatı müəssisəsinə satdığı enerjinin dəyəri ödəniləcəkdir. Məhkəmə hesab edmişdir ki, hazırki iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi ərazi aidiyyəti qaydalarının pozulması ilə nəticələndiyindən yolverilməzdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununa görə iddiaçı istehlakçı sayıldığından MPM-in 36.9 və 36.13cü maddələrinin tələblərinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququna məxsusdur. Ona görə də məhkəmənin mövqeyi ilə razılaşmır və hesab edir ki, işə Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi və işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılmasına dair vəsatət daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, iddiаçı tərəfindən verilmiş şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmə qeyd etmişdir ki, hazırki iddianın predmeti müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Göründüyü kimi tərəflər arasında müqavilə münasibəti olmadığından iddianın müqavilənin icra yerinə görə verilməsi mülki prosessual qanunvericiliyin tələbinə uyğun deyildir. Bu səbəbdən hazırkı iddia ərizəsi cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiyaları Sistemindən əldə olunan məlumata əsasən müəyyən olunmuşdur ki, iş üzrə cavabdeh Cavabdeh ASC ünvan 1 ünvanında qeydiyyatdadır. Odur ki, hazırki iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi ərazi aidiyyəti qaydalarının pozulması ilə nəticələndiyindən yolverilməzdir. Məhkəmə Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə ## ###### 2019-cu il tarixli Qərarına əsasən Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına daxildir. Qeyd olunanlara əsasən kollegiya bu nəticəyə gəlir ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ərazi aidiyyəti qaydalarına əməl etmədiyindən və hazırki iddia tələbinə hüquqi şəxsin ünvanının olduğu yer üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılması qanuni və əsaslı olmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyini qanuni və əsaslı sayır. Kollegiya şikayətin iddiaçının istehlakçı olması barədə dəlili ilə bağlı qeyd edir ki, iddiaçı İddiaçı hazırki mübahisədə istehlakçı qismində çıxış etmir. Belə ki, Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanununun 1-ci maddəsinə əsasən istehlakçı dedikdə şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs başa düşülür. İş materiallarından görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (VÖEN:130927752) və hazırki mübahisə iddiaçıya məxsus obyektə (“Bəyoğlu” Mebel) elektrik enerji təchizatının təmin edilməsi üçün elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması ilə əlaqədardır. Göründüyü kimi, iddiaçı elektrik enerjisindən şəxsi təlabatını ödəmək məqsədi ilə deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə etmək məqsədi ilə istifadə etmək üçün müqavilə bağlamaq üçün iddia qaldırmışdır. İddiaçı hazırkı iddia tələbi ilə kommersiya məhkəməsinə müraciət etməklə də özünün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğunu təsdiq edir. Ona görə də iddiaçı hazırkı mübahisədə istehlakçı sayılmadığından ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsi şamil olna bilməz və o, həmin Məcəllənin 36.13-cü maddəsində təsbit edilmiş hüquqa malik deyildir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiаçı İddiaçı nümayəndəsi və vəkili İbrahimov Xəyal Rahim oğlu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar