Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-1015/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: sığorta müqaviləsi, sığorta hadisəsi, sübutetmə) məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Cavabdeh nümayəndəsi X7 iştirakları ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2022-ci il tarixli, ********** nömrəli çıxarışına əsasən Samux rayonu, Qaraağaclı qəsəbəsi, Qarasaqqal massivi / torpaq sahəsi Samux Rayon Icra hakimiyyəti (hüququ yüklü edilən şəxs) tərəfindən İddiaçı xeyrinə yüklü edilmişdir. Yüklülüyün növü icarə, müdəti ##.##.2019-##.##.2034; 15 (on beş) il.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2022-ci il tarixli, ****** nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Torpaq sahəsinin ünvanı (yerləşdiyi ərazi) ünvan 1liyev Daməd Davud oğlu, Torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) Su fondu torpaqları, torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü icarə, sənəd üzrə sahəsi (hektarla) 100, faktiki sahə (hektarla) 100. Plan və ölçünün tərtib edilməsinə əsas Samux rayon IH, Sərəncamdan çıxarış, 04, ##.##.2019; Samux rayon IH, Torpaq sahəsinin icarə müqaviləsi, 01, ##.##.2019.
3. Cavabdeh ilə İddiaçı arasında BS-**********-MS saylı X14 X17 Sığortası üzrə Sığorta Şəhadətnaməsi imzalanmışdır.
4. Həmin şəhadətnaməyə əsasən aqrar sığortaçı qismində Cavabdeh adından “xxxx” ASC, aqrar sığortalı, sığorta olunan, faydalanan şəxs qismində İddiaçı çıxış edir. Sığortanın qüvvədə olduğu müddət 29-05-2025-ci il saat 23:59-dan 30-11-2025-ci il saat 23:59-dək. Sığorta təminatının başladığı müddət sığorta haqqı ödənildikdən 7 gün sonra başlayır. Sığorta risklərinə - "Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Aqrar sığorta Qaydaları"na (bundan sonra - Qaydalar) əsasən aşağıdakı risklərin baş verməsi nəticəsində sığortalanmış bitkilər və bitkiçilik məhsulları təminat altına alınır: Yanğın (Azadolma 10%) üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat (Azadolma 10%) Sel və ya subasma (Azadolma 10%)• Vəhşi heyvanların hücumu (Azadolma 10%)• Normadan artıq yağan qar yağıntıları (Azadolma 10%)- dolu (Azadolma 10%) zəlzələ (Azadolma 10%) • torpaq sürüşməsi (Azadolma 10%), qasırğa (Azadolma 10%). Sığorta predmeti Qaydaların 2.1.2-ci yarımbəndində əsasən, X14 X17 sığortası üzrə Qarğıdali - Zaqatala 68 sığortanın predmeti hesab olunur. Sığorta predmeti hesab olunan X14 X17 aşağıdakı hissələrinə sığorta təminatı verilir: Qarğıdalı - Zaqatala 68 / qarğıdalı (dənlik. Istehsalı, emalı, idxalı və dövriyyəsi qadağan olunan, habelə karantin və məhdudiyyət tədbirləri tətbiq edilən ərazidəki kənd təsərrüfatı məhsulları sığortanın predmeti ola bilməz. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir: 1. sığortalının və ya faydalanan şəxsin idarəedici quruma ünvanladığı, sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən sığorta tələbi və s. 4. dolu, fırtına, qasırğa, torpaq sürüşməsi risklərinə münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd. Sığorta ödənişindən yalnız aşağıdakı hallarda imtina edilə bilər: baş vermiş hadisə sığorta müqaviləsinə və bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə. Sığortalı və ya faydalanan şəxs baş vermiş sığorta hadisəsi barədə hadisənin baş vermə tarixindən 24 saat ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma (7/24 əlaqə telefonu: (012) 1651, eyni zamanda qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.
5. BS-**********-MS saylı sığorta şəhadətnaməsinə * saylı Əlavəyə əsasən məhsulun adı Qarğıdalı - Zaqatala 68, əkin sahəsi 25 ha, bir hektar sahənin sığorta dəyəri 4000 manat, ümumi sığorta məbləği, 100 000 manat, sığorta haqqı 1140 manat təşkil edir.
6. LR-**** nömrəli ilkin məlumat vərəqəsində qeyd olunmuşdur ki, hadisə tarixi ##.##.2025 - ##.##.2025-ci il, hadisə yeri Samux rayonu, hadisə ünvanı Qaraağaclı kəndi, hadisə barədə ətraflı məlumat: Kür çayının daşması nəticəsində əkin sahəsini sel-su basıb.
7. Cavabdeh tərəfindən X4 ünvanlanmış # ###### 2026-cı il tarixli, **-*/*-*-**- **/**** nömrəli “Sığorta ödənişinin verilməsindən imtina edilməsi haqqında” məktubda qeyd olunmuşdur ki, Samux rayonu, Qaraağaclı qəsəbəsi ərazisində yerləşən qarğıdalı sahəsinə ##.##.2025-ci il tarixində sel subasma nəticəsində zərər dəydiyi qeyd olunmuşdur. Hadisə barədə məlumat verildikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Aqrar sığorta Qaydaları"nın (bundan sonra - Qaydalar) 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün idarəedici qurum tərəfindən müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən BS-**********- MS saylı sığorta şəhadətnaməsi üzrə sığortalanmış qarğıdalı sahəsində zərərin qiymətləndirilməsi həyata keçirilmişdir. Tərtib edilmiş rəyə əsasən BS-**********-MS saylı sığorta şəhadətnaməsi üzrə zərərin qiymətləndirilməsi həyata keçirilmiş və sığortalanmış sahədə subasma riski üzrə təminat daxili zərər müəyyən edilmişdir. Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən, sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə və Qaydaların 1.22.1-ci yarımbəndinin 1-ci abzasına əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Hadisənin təfərrüatlarının araşdırılması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə ##.##.2025-ci il tarixli, **-*-*/*-****/**** saylı sorğu göndərilmişdir. Sorğuya cavab olaraq daxil olan ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** saylı məktuba əsasən, ##.##.2025 - ##.##.2025-ci il tarixləri aralığında Samux rayonunun Qaraağaclı kəndi ərazisində subasma hadisəsi qeydə alınmamışdır. Bundan əlavə, məsələ ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya xidmətinə ##.##.2025-ci il tarixli **-*-*/*-****/**** saylı təkrar sorğu göndərilmişdir. Sorğuya cavab olaraq daxil olan ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** saylı məktuba əsasən Samux rayonunun Qaraağaclı kəndi ərazisində 28-##.##.2025-ci il tarixlərində subasma hadisəsi qeydə alınmışdır. Hadisə 28-##.##.2025-ci il tarixində baş verdiyindən və sizinlə bağlanmış BS**********-MS saylı sığorta şəhadətnaməsi ##.##.2025ci il tarixində qüvvəyə mindiyindən X14 X17 sığortası üzrə BS**********-MS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanan qarğıdalı sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Fond tərəfindən sizə sığorta ödənişinin verilməsindən imtina edilir.
8. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Cavabdeh ünvanlanmış ## ###### 2025-ci il tarixli “məlumatların təqdim edilməsi haqqında” məktubda qeyd olunmuşdur ki, aparılmış müvafiq araşdırmalar zamanı İddiaçı və X6 tərəfindən bəyan edilmiş torpaq sahələrində səpin işlərindən sonra, X21 tərəfindən bəyan edilmiş sahədə isə səpin aparılmasından əvvəl subasma hadisəsinin baş verdiyi müəyyən edilmişdir. X21 tərəfindən sistemdə 2024-cü ilin noyabr ayında bəyan təqdim edilmiş, əkin tarixi isə 2024cü ilin oktyabr ayı kimi göstərilmişdir. Sözügedən ərazi üzrə 2024-cü ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları, habelə 2025-ci ilin yanvar və fevral aylarına aid peyk təsvirləri əsasında aparılmış monitoring nəticəsində həmin sahənin davamlı olaraq su altında qaldığı aydın müşahidə olunmuşdur. Bu səbəbdən qeyd olunan ərazidə ümumiyyətlə səpin işlərinin aparılmasının mümkün olmadığı qənaətinə gəlinmişdir. Verilən coğrafi koordinatların və sığortalıların siyahısının araşdırılmasının nəticəsi ilə bağlı müvafiq məlumatlar diqqətinizə təqdim edilir.
9. "xxxx" tərəfindən Cavabdeh ünvanlanmış # ###### 2026-cı il tarixli məktubda qeyd olunmuşdur ki, Cavabdeh adından "xxxx" ASC ilə İddiaçı müqavilə nömrəsi BS- 2025122982-MS, X5 müqavilə nömrələri BS-2025128571-AS, BS-2025128573-AS, BS- 2025128574-AS, X1 müqavilə nömrəsi BS-2025126101-AS, X3 müqavilə nömrələri BS2025003801-SS, BS-2025047399-SS, BS-2025047804-SS, X13 müqavilə nömrələri BS- 2025018797-PS, BS-2025018911-PS, BS-2025020507-PS, BS-2025021562-PS, BS- 2025023631-PS, BS-2025029180-PS, BS-2025035048-PS, BS2025035498-PS, BS- 2025036600-PS, BS-2025038310-PS, BS-2025038336-PS, X10 müqavilə nömrələri BS- 2025102366-AS, BS-2025102368-AS, X11 müqavilə nömrələri BS-2025131644-AS, BS- 2025131648-AS üzrə sığorta müqaviləsinin şərtlərinə əsasən sığortalanmış əkin sahələri ilə bağlı baş vermiş hadisələrə dair müvafiq sənədlər sığorta ödənişinin verilib-verilməməsi barədə qərar qəbul etmək üçün diqqətinizə təqdim edilir.
10. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən "xxxx" ASC-nin Idarə Heyətinin sədrinə ünvanlanmış ##.##.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, ##.##.2025-ci il tarixində şimşəklə müşayiət olunan leysan yağış yağmışdır. ##.##.2025-ci il tarixində ildırım çaxmış, leysan yağış yağmış, Bofort şkalasına əsasən 6 bal gücündə şərq istiqamətli güclü külək müşahidə edilmişdir. ##.##.2025-ci il tarixində ildırımla müşayiət olunan leysan yağış yağmış, yağıntının miqdarı 3.8 mm olmuşdur. ##.##.2025-ci il tarixində leysan yağış və yağış yağmış, yağıntının miqdarı 1.9 mm olmuşdur. ##.##.2025-ci il tarixində ildırımla müşaiyət olunan leysan yağış yağmış, yağıntının miqdarı 0.5 mm olmuşdur. ##.##.2025-ci il tarixində qısamüddətli leysan yağış yağmışdır. ##.##.2025-ci il tarixində axşam saatlarındá başlayan və ##.##.2025-ci il tarixində səhər saatlarınadək davam edən ildırımla müşaiyət olunan leysan yağış yağmış, yağıntının miqdarı 9.2 mm olmuşdur. ##.##.2025-ci il tarixində ildırımla müşaiyət olunan leysan yağış yağmış, yağıntının miqdarı 0.3 mm olmuşdur. ##.##.2025-ci il tarixində ildırımla müşaiyət olunan leysan yağış yağmış, yağıntının miqdarı 1.0 mm olmuşdur. ##.##.2025-ci il tarixində leysan yağış yağmış, yağıntının miqdarı 0.3 mm olmuşdur. Radar məlumatına əsasən Samux rayonu və ətraf ərazilərdə ##.##.2025,##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025-ci il tarixlərində ildırımla müşayiət olunan leysan yağış yağmış, ##.##.2025-ci il tarixində isə dolu düşmüşdür. Qeyd: 28-##.##.2025-ci il tarixlərində yağan leysan yağışlar nəticəsində Samux rayonunun Qaraağaclı kəndi ərazisində yerləşən kənd təsərrüfatı sahələrində qısamüddətli subasma halları müşahidə edilmişdir. Hava şəraiti haqqında arayış Şəmkir ixtisaslaşmış göl hidrometeoroloji stansiyasının və radar müşahidə məlumatlarının əsasında tərtib olunmuşdur.
11. ##.##.2025-##.##.2025-ci il tarixlərində Samux rayonu və kəndləri üçün müşahidə edilmiş hava şəraiti haqqında arayışda qeyd olunmuşdur ki, ##.##.2025-ci il tarixində qısamüddətli leysan yağış yağmışdır. ##.##.2025-ci il tarixində qısamüddətli leysan yağış yağmışdır. ##.##.2025-ci il tarixində ildırım çaxması müşahidə olunmuşdur. ##.##.2025-ci il tarixində qısamüddətli leysan yağış yağmışdır. ##.##.2025-ci il tarixində leysan yağış yağmış, yağıntının miqdarı 3.1 mm olmuşdur. Bofort şkalasına əsasən 6 bal gücündə qərb istiqamətli güclü külək müşahidə edilmişdir. ##.##.2025-ci il tarixində leysan yağış yağmış, həmçinin 27-si gecə saatlarında başlayan leysan yağış səhər saatlarına qədər davam etmiş, yağıntının ümumi miqdarı 3.1 mm olmuşdur. Aprelin 27-si Bofort şkalasına əsasən 7 bal gücündə qərb istiqamətli möhkəm külək müşahidə olunmuşdur. ##.##.2025-ci il tarixində səhər saatlarında leysan yağış yağmış, həmçinin axşam saatlarında başlayan leysan yağış fasilələrlə ayın 29-u gecə saatlarına qədər davam etmiş, yağıntının ümumi miqdarı 11.1 mm olmuşdur. ##.##.2025-ci il tarixində Bofort şkalasına əsasən 7 bal gücündə şərq istiqamətli möhkəm külək müşahidə edilmişdir. ##.##.2025-ci il tarixində leysan yağış yağmış, yağıntının miqdarı 0.3 mm olmuşdur. ##.##.2025-ci il tarixində ildırım çaxması müşahidə olunmuşdur. ##.##.2025-ci il tarixində leysan yağış yağmış, yağıntının miqdarı 0.4 mm olmuşdur. Bofort şkalasına əsasən 6 bal gücündə qərb istiqamətli güclü külək müşahidə edilmişdir. ##.##.2025-ci il tarixində leysan yağış yağmış, yağıntının miqdarı 0.8 mm olmuşdur. ##.##.2025-ci il tarixində leysan yağış yağmış, yağıntının miqdarı 4.1 mm olmuşdur. Dolu düşmüşdür. ##.##.2025-ci il tarixində şimşəklə müşayiət olunan leysan yağış xarakterli yağış yağmışdır. ##.##.2025-ci il tarixində qısamüddətli leysan yağış yağmışdır. Bofort şkalasına əsasən 6 bal gücündə qərb istiqamətli güclü külək müşahidə edilmişdir. ##.##.2025-ci il tarixində ildırım çaxmış, qısamüddətli leysan yağış yağmışdır. Dolu düşmüşdür. ##.##.2025-ci il tarixində qısamüddətli leysan yağış yağmışdır. ##.##.2025-ci il tarixində ildırımla müşayiət olunan leysan yağış yağmış, yağıntının miqdarı 11.2 mm olmuşdur. Bofort şkalasına əsasən 6 bal gücündə qərb istiqamətli güclü külək müşahidə edilmişdir. ##.##.2025-ci il tarixində gecə saatlarında ildrım çaxmış, səhər və axşam saatlarında isə leysan yağış yağmış, yağıntının miqdarı 0.2 mm olmuşdur. ##.##.2025-ci il tarixində leysan yağış yağmış, yağıntının miqdarı 4.8 mm olmuşdur. ##.##.2025-ci il tarixində Bofort şkalasına əsasən 7 bal gücündə qərb istiqamətli möhkəm külək müşahidə edilmişdir. ##.##.2025-ci il tarixində Bofort şkalasına əsasən 7 bal gücündə qərb istiqamətli möhkəm külək müşahidə edilmişdir. ##.##.2025-ci il tarixində gecə saatlarında ildırım çaxmış, leysan yağış yağmış, yağıntının miqdarı 3.4 mm olmuşdur.
12. ##.##.2025-##.##.2025-ci il tarixlərində Samux rayonu ərazisi üçün hava şəraiti haqqında arayışda qeyd olunmuşdur ki, ##.##.2025-ci il tarixində ildırımla müşayiət olunan yağış və leysan yağış yağmış, yağıntının miqdarı 2.8 mm olmuşdur. Bofort şkalasına əsasən 8 bal gücündə şimal-qərb istiqamətli çox möhkəm külək qeydə alınmışdır. ##.##.2025-ci il tarixində yağış yağmış, yağıntının miqdarı 3.5 mm olmuşdur. ##.##.2025-ni il tarixində qısamüddətli yağış yağmışdır. ##.##.2025-ci il tarixində qısamüddətli yağış yağmışdır. ##.##.2025-ci il tarixində qısamüddətli leysan yağış yağmışdır. ##.##.2025-ci il tarixində Bofort şkalasına əsasən 6 bal gücündə şərq - cənub şərq istiqamətli güclü külək qeydə alınmışdır. ##.##.2025-ci il tarixində axşam saatlarında və ##.##.2025-ci il tarixində gecə saatlarında ildırımla müşayiət olunan leysan yağış yağmış, yağıntının miqdarı 1.7 mm olmuşdur. ##.##.2025-ci il tarixində Bofort şkalasına əsasən 6 bal gücündə şərq ceunq şərb istiqamətli güclü külək qeydə alınmışdır. ##.##.2025-ci il tarixində Bofort şkalasına əsasən 8 bal gücündə qərb - şimal qərb istiqamətli çox möhkəm külək qeydə alınmışdır. ##.##.2025ci il tarixində Bofort şkalasına əsasən 7 bal gücündə şimal - qərb istiqamətli möhkəm külək qeydə alınmışdır. ##.##.2025-ci il tarixində qısamüddətli yağış yağmışdır. Bofort şkalasına əsasən 6 bal gücündə şimal - qərb istiqamətli güclü külək qeydə alınmışdır. ##.##.2025-ci il tarixində ildırımla müşayiət olunan leysan yağış yağmış, yağıntının miqdarı 1.1 mm olmuşdur. ##.##.2025-ci il tarixində ildırımla müşayiət olunan leysan yağış yağmış, yağıntının miqdarı 0.8 mm olmuşdur. ##.##.2025-ci il tarixində qısamüddətli leysan yağış yağmışdır. Bofort şkalasına əsasən 6 bal gücündə şimal - qərb istiqamətli güclü külək qeydə alınmışdır. ##.##.2025-ci il tarixində havanın maksimal temperaturu 35.6°C qeydə alınmışdır. ##.##.2025-ci il tarixində Bofort şkalasına əsasən 6 bal gücündə şərq – cənub şərq istiqamətli güclü külək qeydə alınmışdır. ##.##.2025-ci il tarixində ildırımla müşayiət olunan qısamüddətli leysan yağış yağmışdır. Bofort şkalasına əsasən 6 bal gücündə şərq cənub şərq istiqamətli güclü külək qeydə alınmışdır. Radar məlumatına əsasən Samux rayonu və ətraf ərazilərdə ##.##.2025, ##.##.2025, ##.##.2025-ci il tarixlərində ildırımla müşayiət olunan leysan yağış yağmış, ##.##.2025-ci il tarixlərində isə dolu düşmüşdür. Qeyd: Hava şəraiti haqqında arayış Gəncə hidrometeoroloji stansiyasının və radar müşahidə məlumatlarının əsasında tərtib olunmuşdur.
13. ##.##.2025-ci il tarixli X14 X17 Sığortası Üzrə Sığorta X27 X15 qeyd olunmuşdur ki, "## #### 2025-ci il" tarixində sığortalının nümayəndəsi ilə birlikdə sığorta hadisəsi ehtimal olunan qarğıdalı ərazisinə baxış keçirildi. Əraziyə baxış zamanı müəyyən olundu ki, ərazinin bir hissəsini su basmışdır. Yaxınlıqdakı mingəçevir su anbarının yüksəlməsi nəticədində qarğıdalı əkilmiş sahəninin böyük hissəsi zərər görmüşdür. Ərazidə su qaldığına görə ərazinin hər yeri gəzilə bilmədi. Su basmamış ərazinin hər yeri gəzildi. Su basmayan ərazidə çıxış nöqsanlığı müşahidə olundu. Ərazidə 70% çıxış nöqsanlığı var və yekun ekspertizada mütləq nəzərə alınmalıdır. Eyni zamanda ərazidə alaqlanmaya da rast gəlinir. Sığortalının nümayəndəsinin iddiasına görə ərazini və yaxın yolları su basdığına görə ərazidə aqrotexniki qulluq aparıla bilməmişdir. Eyni zamanda ərazidə üçüncü şəxsin hərərkətləri nəticəsində xırda-iri buynuzlu malqara otarılması halına da rast gəlinir. Ərazidə məhsuldarlıq hesablana bilmədiyindən bəyan olunmuş məhsuldarlıq qəbul edilmişdir. Su basma nəticəsində zərər. Zərər çəkmiş sahə: 22.75 ha Zərər faizi. 100% Cəmi sığorta məbləği üzərindən hesablanan müvəqqəti zərər faizi:100 x 22.75/25=91%.
14. ##.##.2025-ci il tarixli X14 X17 Sığortası Üzrə Sığorta X27 X15 qeyd olunmuşdur ki, ##.##.2025-ci ildə Samux rayonu Qaraağaclı qəsəbəsində yerləşən İddiaçı məxsus 25 ha qarğıdalı sahəsinə baxış keçirildi. Sahə numayəndə ilə birgə mümkün olan yerlər gəzilib şəkillər çəkildi və qeydlər götürüldü, vizual olaraq sahənin bütün yerləri su altında qaldığı və bitkilərin məhv olduğu görüldü, sahədə heç bir bitki qalığına rast gəlinmədi və zərər 100% olaraq dəyərləndirildi.
15. ##.##.2025-ci il tarixli Yerində müşahidə hesabatında qeyd hissəsində uyğunsuzluğun aşkar edilmədiyi qeyd edilmişdir.
16. ##.##.2026-cı il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 390 manat dövlət rüsumu ödənmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
17. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X14 X17 sığortası üzrə BS-**********-MS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanan 25 ha qarğıdalı sahəsinə dəymiş 100 000 manat zərərin əvəzinin ödənilməsinin və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinin cavabdeh Cavabdeh üzərinə bir vəzifə kimi qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayonu Qaraağaclı qəsəbəsində Kür çayının sağ sahilində yerləşən, istifadəsində olan 25 ha torpaq sahəsindən qarğıdalı yetişdirmək məqsədilə istifadə edir. 2025-ci ilin yanvar-fevral aylarında arat işləri, yəni şüm və suvarma işləri aparılmış, ##.##.2025-ci ildə səpin işlərini tamamilə yekunlaşdırıb sahədən çıxmışdır. May ayının sonlarında onların torpaq sahəsindən aşağıda yerləşən digər şəxslərə məxsus torpaq sahələrini su basdığının və suyun tədricən yuxarı qalxdığının şahidi oldular. Bildirir ki, həmin ərazidə torpaq sahəsi mailidir və onun torpaq sahəsi bu maili hissəsinin 2-3 metr səviyyəsi üzrə daha yuxarı hissəsində yerləşir. Aşağı torpaq sahələrini su basdıqca onlar dayanmadan müraciətlər etdilər ki, gəlib torpaq sahəsinə baxsınlar. Su sahəsi getdikcə artdı və ##.##.2025-ci il tarixdə torpaq sahəsini su basdı və əkin suyun altında qaldı. Yenidən etdiyi müraciətlər əsasında ona bildirdilər ki, Milli Hidrometeorologiya Xidmətinə sorğu göndərilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, ##.##.2025-##.##.2025-ci il tarixləri aralığında Samux rayonunun Qaraağaclı kəndi ərazisində subasma hadisəsi qeydə alınmamışdır. Bundan sonra yenidən şikayətlər etməyə başladılar və subasma hadisəsinin çayın suyunun səviyyəsinin artması ilə əlaqədar may ayından başladığını bildirmişlər. Suyun səviyyəsinin artmasının həmin tarixdən əvvəl də başlanması ehtimalının ola bildiyini qeyd etmişdir. Onu da bildirir ki, qeyd edilən torpaq sahələri Kür çayının yanında yerləşir. Kür çayının səviyyəsi artdıqca X8 Stansiyasında su hövzəsində su səviyyəsi artır və artan su qalxaraq Kür çayının sahilindəki torpaq sahələrini basır. Şikayətlərindən sonra yenidən Milli Hidromteorologiya Xidmətindən sorğu alınmış, sorğuya cavab olaraq bildirilmişdir ki, Samux rayonu Qaraağaclı kəndi ərazisində 28- ##.##.2025-ci il tarixlərində subasma hadisəsi qeydə alınmışdır. Bundan sonra, ona cavab verilmişdir ki, hadisə 28-##.##.2025-ci il tarixində baş verdiyindən və bağlanmış BS- **********-MS saylı sığorta şəhadətnaməsi ##.##.2025-ci il tarixdə qüvvəyə mindiyindən X14 X17 sığortası üzrə BS-**********-MS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanan qarğıdalı sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Fond tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Qeyd edilən hadisə isə sığorta müqaviləsi qüvvədə olduğu zaman baş vermişdir. Əgər həqiqətən də subasma 28-##.##.2025-ci il tarixdə baş vermiş olsaydı, o zaman subasma hadisəsi ilə əlaqədar sığorta təşkilatına hər hansısa bir müraciət olardı və onlar bu barədə məlumatlı olardılar. Bundan başqa, bildirir ki, onlar subsidiya verilməsi üçün müraciət etdikdə ən birinci şərt kimi icbari sığorta müqaviləsinin bağlanılması tələb edilir. Həmin zaman subsidiya üçün müraciət etdiyindən ondan sığorta müqaviləsini tələb etdilər, yəni o hər hansısa bir hadisədən yararlanaraq sığorta ödənişi almaq məqsədilə həmin hadisəni gizlətməklə müqavilə bağlamamışdır. Müqavilə bağlanandan sonra subasma olmuşdur. Bundan əlavə, əgər subasma olsaydı, sığorta təşkilatı onlarla müqavilə bağlamazdı. Bildirir ki, telefon vasitəsilə Aqrar Sığortaya zənglər edildi, icbari müqavilə bağlandığını bildirdi, torpaq sahələrinin aşağı hissəsində subasma nəticəsində daxil olan müraciət əsasında mütəxəssis ekspertlə 3 dəfə müxtəlif dövrlər üçün su basma həcminin müəyyənləşdirilməsi üçün torpaq sahəsinə baxış keçirilmiş, bu barədə aktlar yazılmışdır. Ən son belə akt 2025-ci ilin iyul-avqust ayında tərtib edilmişdir. Hazırda həmçinin aktların hər biri Aqrar Sığortadadır. Həmçinin, onu da bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin yerli orqanları (DAIM) torpaq sahəsində monitorinq keçirirlər. Monitorinq zamanı komissiyanın üzvləri topaq sahəsinin vəziyyəti, əkilib-əkilməməsi və sair halları müəyyən edirlər. Əgər torpaq sahəsini su basmış olsaydı, bu barədə akt tərtib olunardı.
19. Cavabdeh tərəf məhkəməyə elektron qaydada iddiaya etiraz ünvanlayaraq qeyd etmişdir ki, sığortalı İddiaçı ilə Fondun adından “xxxx” ASC arasında BS-**********-MS nömrəli sığorta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sığortalanmış qarğıdalı sahəsinə ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək müqavilənin “sığorta riskləri” bölməsində qeyd olunmuş (yanğın, üçüncü şəxslərin hərəkətləri, sel və ya subasma, vəhşi heyvanların hücumu, normadan artıq yağan qar yağıntıları, dolu, zəlzələ, torpaq sürüşməsi, qasırğa və fırtına) risklərin baş verməsi nəticəsində dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. ##.##.2025-ci il tarixdə sığortalı tərəfindən Cəmiyyətin “1651” Çağrı Mərkəzinə ona məxsus qarğıdalı sahəsinə ##.##.2025-ci il tarixində sel və ya subasma nəticəsində zərər dəyməsi ilə bağlı müraciət daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.19.3-cü yarımbəndinə əsasən müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən ##.##.2025-ci il tarixində aparılan ilkin ekspertiza zamanı ərazinin bir hissəsini su basdığı müəyyən edilmiş, su basmayan ərazilərdə isə 70% çıxış nöqsanlığı, alaqlanma müşahidə edilmişdir. Sığortalı bildirmişdir ki, yaxın yolları su basdığına görə ərazidə aqrotexniki qulluq apara bilməmişdir. Eyni zamanda ərazidə üçüncü şəxslərin hərəkətləri nəticəsində heyvan otarılması halına da rast gəlinmişdir. Ərazidə məhsuldarlıq hesablana bilmədiyindən bəyan olunmuş məhsuldarlıq qəbul edilmişdir. ##.##.2025-ci il tarixində aparılan yekun ekspertiza zamanı bütün sahənin su altında qaldığı və bitkilərin məhv olduğu müşahidə edilmiş, sahədə heç bir bitki qalığına rast gəlinməmiş və zərər 100% olaraq dəyərləndirilmişdir. Yekunda sığortalanmış sahədə sel və ya subasma riski üzrə təminatdaxili zərər müəyyən edilmişdir. Hadisənin araşdırılması üçün 2025-ci il ## #### tarixli **-*-*/*-****/**** nömrəli və 2025-ci il ## ####### tarixli **-*- */*-****/**** nömrəli məktublarla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometereologiya Xidmətinə sorğu ünvanlanmışdır. Sözügedən sorğulara cavab olaraq daxil olmuş 2025-ci il # ###### tarixli *-**-**/*-****/**** nömrəli məktuba əsasən ##.##.2025-##.##.2025-ci il tarixlərdə Samux rayonu, Qaraağaclı kəndi ərazisində subasma hadisəsinin qeydə alınmamışdır. Sözügedən sorğulara cavab olaraq daxil olmuş 2025-ci il # ###### tarixli *-**-**/*-****/**** nömrəli məktuba əsasən ##.##.2025- ##.##.2025-ci il tarixlərdə Samux rayonu, Qaraağaclı kəndi ərazisində subasma hadisəsinin qeydə alındığı müəyyən edilmişdir. Hadisə ##.##.2025-##.##.2025-ci il tarixlərində baş verdiyindən və sığortalı ilə bağlanmış BS-**********-MS nömrəli sığorta müqaviləsi ##.##.2025-ci il tarixdə qüvvəyə mindiyindən Fondun 2026-cı il # ###### tarixli **-*/*-Ə-**- **/**** nömrəli Qərarı ilə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Qaydaların 1.5.1ci yarımbəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Qaydaların 1.10.8-ci yarımbəndinə əsasən sığorta təminatının müddəti sığorta müqaviləsi ilə müəyyən olunur. Qaydaların 1.21.1-ci yarımbəndinin 4-cü abzasına əsasən dolu, fırtına, qasırğa, torpaq sürüşməsi, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları risklərinə münasibətdə sığorta ödənişi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənədi əsasında həyata keçirilir. Qaydaların 1.22.1-ci yarımbəndinin 1-ci abzasına əsasən baş vermiş hadisə sığorta müqaviləsinə və bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Məcəllənin 935.1.5-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından biridir. Yuxarıda göstərildiyi kimi hadisənin sığorta təminatı müddəti ərzində baş verməsi aidiyyəti dövlət orqanı tərəfindən təqdim edilən sənədlərdə öz təsdiqini tapmadığından qanunvericiliyin tələblərinə uyğun olaraq baş vermiş hadisə sığorta hadisəsi hesab edilməmiş və yuxarıda qeyd edilən ödənişlərin sığortalıya ödənilməsi mümkün olmamışdır.
20. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatlarında iddia ərizəsinin məzmununa uyğun izahatlar vermiş, əlavə olaraq qeyd etmişdir ki, qarşı tərəfin etirazı iddianın təmin edilməsi üçün əsasdır. Etiraz ona əsaslanır ki, aprel ayında subasma olmuşdur. Təsdiq edilir ki, 20 iyunda müraciət edilmiş müstəqil ekspertlər tərəfindən verilmiş rəylərdə subasma hadisəsi təsdiq olunur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometereologiya Xidmətinin verdiyi arayış əsas götürülə bilməz. Iddia tələbinin əsasını təşkil edən subasma hadisəsi sığorta hadisəsidir. Hazırkı mübahisə həmin hadisənin sığorta hadisəsi olub-olmaması halından yaranmışdır. Belə ki, qarşı tərəf əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometereologiya Xidməti tərəfindən təqdim edilmiş sənədə əsasən həmin dövrdə subasma hadisəsi müəyyən edilməmişdir. Lakin həmin dövrdə həmin ərazidə subasma hadisəsinin olması barədə arayış iş materiallarına əlavə edilmişdir. Həmçinin daha mötəbər sübut kimi qarşı tərəfin özünün müəyyən etdiyi ekspertin ərazini müayinə edərkən, hadisə yerinə baxış keçirərkən qeyd etdiyi halları hesab edir. Belə ki, ekspert tərəfindən hadisə yerinə 2 dəfə baxış keçirilmiş, 1-ci dəfə 90%, 2-ci dəfə 100% subasma hadisənin olduğu müəyyən edilmişdir. Həmçinin sığorta hadisəsi baş verməmişdən 2-3 gün qabaq həmin əraziyə yaxın yerdə leysan yağışları olmuşdur. Sığorta müqaviləsində yazılmamışdır ki, məhz ərazi üzərində yağış yağmalı, həmin ərazidə su olmalıdır. Kənd təsərrüfatı torpaqları bildiyimiz kimi müxtəlif relyefə malikdir. Ola bilsin ki, qonşu əraziyə yağan leysan yağışları nəticəsində su kütləsi bu əraziyə də daxil olmuşdur. Sığorta hadisəsi guya ki, müqavilə bağlanılmamışdan öncə olmuşdur. Müraciət müqavilədən sonrakı tarixi əhatə edir. Eyni zamanda ekspertin də hadisə yerinə baxış keçirdiyi tarix müraciət daxil olduqdan sonra olmuşdur. Iş materiallarında olan peyk görüntülərindən də görünür ki, dolayısı yolla qarşı tərəf özləri də təsdiq edir ki, həmin ərazini su basmışdır. Odur ki, hesab edir ki, qarşı tərəfin etirazı formal xarakter daşıyır. Yekun izahatında bildirmişdir ki, hadisənin baş verməsi obyektiv sübutlarla tam sübuta yetirilmişdir. Hətta cavabdeh tərəfin özünün istinad etdiyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometereologiya Xidmətinin verdiyi arayışla təsdiq edilir ki, 13-14 tarixlərində orada leysan yağışları olmuş, hadisə də ayın 15-də baş vermişdir. Digər sübut isə özləri tərəfindən təyin edilmiş ekspertlər tərəfindən hadisə yerində çəkilmiş foto-şəkillər və verilmiş rəylərdir. Bu səbəbdən iddia tələbi əsaslıdır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 15 iyunda subasma olmuş, 20 iyunda da müraciət edilmişdir. Məhz yağışın yağmadığını əsas gətirərək imtina edirlər. Halbuki sığorta müqaviləsində yağış sözündən istifadə edilmir. Sığorta hadisələrinə sel, subasma və s. daxildir və subasmanın əsasları başqa şeylər də ola bilər. Hər hansı kanalizasiya xətti və ya su anbarı partlaya bilər və ya çay daşa bilər. Müstəqil ekspertlər də iddiaçı tərəfindən deyil, qarşı tərəfdən təyin edilmiş ekspertlərdir. Müqaviləyə əlavədə 25 ha ərazinin sığortalandığı qeyd edilmişdir. Həmçinin subasma hadisəsi müxtəlif səbəblərdən ola bilər. Mütləq burada leysan və ya sel hadisəsi olmağına zərurət yoxdur. Ilkin müraciətdə subasma hadisəsi olduğu qeyd edilmişdi. Hazırda müqavilə üzrə 100 000 manat məbləği tələb edir. Azadolma məbləği hissəsini məhkəmənin mülahizəsinə buraxır.
21. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianın rədd olunmasını xahiş etmiş, yekun izahatında bildirmişdir ki, rəy vermiş ekspertlərin iştirakını üzürlü səbəbdən təmin edə bilmədilər. Çünki həmin ekspertlər hazırda sahədədirlər və sahəni tam qiymətləndirmədən sahədən çıxa bilməzlər. Həmçinin görüntülərdə olan koordinatlarla bağlı ona məlumat verildi ki, peyk görüntüsü İddiaçı deyil, Kamilə məxsusdur. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometereologiya Xidmətinin subasma hadisənin necə olub-olmaması barədə hansı yola məlumatlı olduqlarını bilmir. Əgər səlahiyyətləri olmasaydı sorğuya da cavab vermək əvəzinə imtina cavab məktubu göndərərdilər. Onlar sadəcə oxşar işlər üzrə hər zaman bu hadisələrlə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometereologiya Xidmətinə sorğu göndərirlər. ##.##.2025-ci il tarixli arayışın qeyd hissəsində subasma hadisəsi olmadığını bildirirlər. Birinci müraciətə əsasən 2 dəfə ekspertiza- 22 iyun və 07 avqust tarixlərində aparılmışdır. Vətəndaşın onlara müraciəti sel, subasma ilə əlaqəli olduğundan onlar leysan hadisəsinin olub-olmamasını aydınlaşdırmamışdı. Onlar hadisə faktının təsdiqini aldığı təqdirdə də ödənişi edəcəkdilər. 29 mayda müqavilə bağlanılmış və həmin gün ödəniş olunduğundan 7 gün sonra müqavilə qanuni qüvvəyə minmişdir. Risk qiymətləndirilməsi ilə bağlı müqavilədən öncə Qaydaların tələblərinə əsasən əraziyə baxış keçirilməlidir. Sadəcə ekspertlərin sayı az olduğundan bəzi sığorta işləri üzrə əraziyə getmək mümkün olmur. Məhz bu işlə bağlı həmin əraziyə baxış keçirilməsi barədə dəqiq məlumatı yoxdur. Ilkin müraciət vərəqindən də göründüyü kimi sığortalı müraciət edərək bildirmişdir ki, Kür çayının daşması nəticəsində əkin sahəsini sel, su basmışdır. Müraciət bu formada qeydiyyata alınmışdır. Daha sonra ərazinin araşdırılması üçün müstəqil ekspertlər təhkim olunmuş, ilkin və yekun olaraq 2 dəfə əraziyə müayinəyə gedilmişdir. Bu hadisə ilə bağlı o müvafiq şöbə ilə əlaqə saxladıqda ona bildirdilər ki, hadisə baş verdikdən sonra bu sahə sığortalanmışdır. Tərəf hadisə baş verdikdən sonra sığorta və subsidiya almaq məqsədilə sığorta müqaviləsi bağlamaq üçün müraciət etmişdir. Onlar isə risk qiymətləndirilməsi həyata keçirilmədən tərəflə müqavilə bağlamışdır. Həmin dövrdə həddindən artıq müraciətlər daxil olduğundan onlar ayrıca hər bir ərazi üzrə ekspert göndərib risk qiymətləndirməsi keçirə bilməzdilər. Müqaviləni isə bağlamağa məcbur idilər, avtomatik bağladılar. Çünki icbari sığortadır və Nazirlikdən onlara göndərilir. Peyk görüntüləri Nazirlik tərəfindən onlara təqdim edilir. Sığorta ödənişi ödəməmə səbəbi subasma hadisəsinin olması barədə rəyin olmamasıdır. Iyul-avqust aylarında gedən ekspertlər subasma hadisəsini təsdiq etsələr də, lakin həmin hadisənin təsdiqini səlahiyyətli dövlət qurumu verməmişdir. Bu işlərlə bağlı nadir hallarda- kanalların, boruların təmizlənməməsi nəticəsində subasma hadisəsi olduqda Meliorasiya və Su Təsərrüfatı ASCyə müraciət edirlər. Vətəndaş onlara məlumat verdikdə onun verdiyi vaxtda bitki cücərmə mərhələsindədirsə bu zaman ilkin ekspertiza üçün gedilir. Artıq bitkinin tam yetişmə fazasında yekun ekspertiza üçün tam zərəri qiymətləndirmək üçün yekun ekspertiza üçün sahəyə baxış keçirilir. Sonda yekun ekspertizanı əsas götürüb tam zərəri müəyənləşdirib ya ödənişi edirlər, ya da ödənişi ödəməkdən imtina edirlər. Iddiaçının nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə sel və ya subasma yazılmışdır. Sorğuya cavab məktublarında leysan yağışlarının yağması halı qeyd edilsə də, subasma hadisəsi ilə bağlı onlara təsdiq məktubu gəlməmişdir. Ilkin və ikinci yerində müayinə tarixləri arasında çox fərq olmadığından ilkin 70% çıxış nöqsanlığı, alaqlanma, sonuncu yerində müayinə zamanı zərər 100% olaraq dəyərləndirilmişdir.
22. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh sığorta şəhadətnaməsi əsasında sığortalanan 25 ha qarğıdalı sahəsinə dəymiş ziyana görə 90000 (doxsan min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 360 (üç yüz altmış) manatın əvəzi tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
23. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
Tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən edilir ki, Cavabdeh adından “xxxx” ASC ilə İddiaçı arasında BS-**********-MS nömrəli X14 X17 sığortası üzrə sığorta müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçıya məxsus 25 hektar qarğıdalı əkin sahəsi 100.000 manat sığorta məbləği ilə sığortalanmışdır. Hazırkı mübahisə tərəflər arasında sığorta müqaviləsinin mövcudluğu, sığorta haqqının ödənilməsi və ya əkin sahəsinə zərərin dəyməsi ilə bağlı deyil. Mübahisə cavabdehin sığorta ödənişindən imtina etməsinin qanuniliyinə, daha dəqiq desək, subasma hadisəsinin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş verib- verməməsinə dair qiymətləndirmədən ibarətdir. Cavabdeh sığorta ödənişindən imtina etməsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin təqdim etdiyi məlumatlara əsasən Samux rayonunun Qaraağaclı kəndi ərazisində 28–##.##.2025-ci il tarixlərində subasma hadisəsi qeydə alınmış, iddiaçı ilə bağlanmış sığorta müqaviləsi isə ##.##.2025-ci il tarixdə bağlandığından baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilməz. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı və Abil Əliyev tərəfindən bəyan edilmiş torpaq sahələrində subasma hadisəsinin səpin işlərindən sonra baş verdiyi müəyyən edilmişdir. Həmin məktubda iddiaçıya məxsus sığortalanmış torpaq sahəsində subasma hadisəsinin məhz 28–##.##.2025-ci il tarixlərində baş verdiyi göstərilməmiş, yalnız digər şəxs – X21 məxsus sahədə subasmanın səpindən əvvəl baş verdiyi qeyd edilmişdir. Buna görə də həmin məktub cavabdehin iddiaçıya münasibətdə sığorta hadisəsinin sığorta müqaviləsinin bağlanmasından əvvəl baş verməsi barədə mövqeyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin arayışlarından görünür ki, 13–## #### 2025-ci il tarixlərində Samux rayonu ərazisində ildırımla müşayiət olunan leysan yağışlar, güclü küləklər və digər intensiv meteoroloji hadisələr müşahidə edilmişdir. Həmin arayışlarda iyun ayı üzrə subasma hadisəsinin qeydə alınmadığı göstərilsə də, qeyd edilən meteoroloji məlumatlar subasma hadisəsinin baş verməsinə səbəb ola biləcək təbii şəraitin mövcud olduğunu təsdiq edir. Məhkəmə nəzərə alır ki, "Aqrar sığorta Qaydaları"nın 2.2.4-cü yarımbəndinə əsasən sel və ya subasma riski yalnız ayrıca "subasma hadisəsinin qeydə alınması" ilə məhdudlaşmır. Həmin norma davamlı yağışlar nəticəsində əmələ gələn ani su kütlələrinin təsiri, çay, göl, kanal və digər su hövzələrində suyun artaraq daşması, yamaclardan suyun axması, torpağın alt qatına suyun yığılması və ya torpağın sukeçirmə qabiliyyətindən artıq miqdarda suyun torpağın üst qatında toplanması nəticəsində məhsula dəyən zərərləri də sel və ya subasma riski kimi müəyyən etmişdir. Iddiaçının ilkin müraciətindən görünür ki, o, hadisənin Kür çayının daşması nəticəsində baş verdiyini bildirmişdir. Bu halda cavabdeh yalnız Milli Hidrometeorologiya Xidmətinə sorğu göndərməklə kifayətlənmiş, halbuki iddiaçının göstərdiyi səbəblə bağlı zəruri olduğu halda digər aidiyyəti dövlət orqanlarından, o cümlədən su təsərrüfatı sahəsində səlahiyyətli qurumdan hər hansı məlumat əldə etməmişdir. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında analoji hallarda Meliorasiya və Su Təsərrüfatı sahəsində səlahiyyətli quruma müraciət edildiyini təsdiq etmişdir. Belə olan halda aparılmış araşdırmanın natamamlığının mənfi nəticələri sığortalının üzərinə qoyula bilməz. Digər tərəfdən, iş materiallarında olan ##.##.2025-ci il tarixli ilkin və ##.##.2025-ci il tarixli yekun müstəqil ekspert rəylərindən görünür ki, cavabdehin özü tərəfindən təyin edilmiş sertifikatlı müstəqil ekspert tərəfindən hadisə yerinə baxış keçirilmiş, ilkin baxış zamanı əkin sahəsinin böyük hissəsinin su altında qaldığı, yekun baxış zamanı isə sahənin tamamilə su altında qalaraq bitkilərin məhv olduğu və zərərin 100 faiz təşkil etdiyi müəyyən edilmişdir. Ilkin rəydə Mingəçevir su anbarında su səviyyəsinin yüksəlməsi nəticəsində əkin sahəsinin böyük hissəsinin su altında qaldığı ayrıca qeyd edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi də izahatında bildirmişdir ki, sığorta hadisəsi üzrə zərərin həcmi məhz yekun ekspert rəyi əsasında müəyyən edilir və hazırkı iş üzrə də yekun ekspertiza nəticəsində zərər 100 faiz hesablanmışdır. Beləliklə, cavabdeh tərəfindən təyin olunmuş müstəqil ekspertlərin rəyləri ilə sığortalanmış əkin sahəsində subasma nəticəsində zərərin baş verdiyi cavabdehin öz sübutları ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, ##.##.2025-ci il tarixli ilkin ekspert rəyində 22,75 hektar sahənin su altında olduğu müəyyən edilmiş, ##.##.2025-ci il tarixli yekun ekspert rəyində isə sahənin tamamilə su altında qalaraq bitkilərin məhv olduğu təsdiq edilmişdir. Bu həcmdə su yığılmasının adi suvarma və ya gündəlik aqrotexniki tədbirlərin nəticəsi olması iş üzrə hər hansı sübutla təsdiq edilməmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraf etmişdir ki, sığorta müqaviləsi bağlanarkən iddiaçıya məxsus əkin sahəsində risk qiymətləndirilməsi aparılmamış, bunun səbəbi bütün ölkə üzrə müraciətlərin çoxluğu və bütün sahələrə baxış keçirilməsinin mümkün olmaması olmuşdur. Məhkəmə hesab edir ki, müqavilə bağlanarkən sığortalanacaq ərazinin vəziyyətinin yoxlanılması və riskin qiymətləndirilməsi cavabdehin fəaliyyət sahəsinə aid məsələdir. Risk qiymətləndirilməsinin aparılmaması cavabdehin daxili təşkilati fəaliyyəti ilə bağlı hal olub, bunun mənfi hüquqi nəticələri vicdanla müqavilə bağlamış və sığorta haqqını ödəmiş sığortalının üzərinə qoyula bilməz. Beləliklə, iş üzrə toplanmış sübutlar cavabdehin iddia etdiyi kimi sığorta hadisəsinin iddiaçıya münasibətdə sığorta müqaviləsinin bağlanmasından əvvəl baş verdiyini təsdiq etmir. Əksinə, sübutların məcmusu sığortalanmış əkin sahəsində subasma nəticəsində zərərin sığorta təminatının qüvvədə olduğu müddətdə baş verdiyi qənaətinə gəlməyə əsas verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin sığorta ödənişinin verilməsindən imtina etməsi "Aqrar sığorta Qaydaları"nın 1.22.1-ci yarımbəndinin 1ci abzasında nəzərdə tutulmuş əsaslarla təsdiq olunmur və iddiaçı sığorta müqaviləsi üzrə sığorta ödənişi almaq hüququna malikdir. Iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsində sel və ya subasma riski üzrə 10 faiz azadolma məbləği nəzərdə tutulmuşdur. Sığorta məbləği 100.000 manat təşkil etdiyindən azadolma məbləği 10.000 manat, ödənilməli sığorta ödənişi isə 90.000 manat təşkil edir. Buna görə də iddia qismən təmin edilərək cavabdehdən 90000 manat sığorta ödənişi tutularaq iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən, iddia ərizəsi verilərkən ödənilmiş 390 manat dövlət rüsumunun mütənasib olaraq 360 manat hissəsi də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
24. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, “Aqrar sığorta haqqında” Qanununun 16.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etmişdir.
25. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara, o cümlədən təqdim edilmiş rəylərə düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
26. Iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə yazılı etiraz ünvanlayaraq maddi və prosessual hüquqi əsasları, müstəqil ekspert rəyini, Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məktubunu və birinci instansiya məhkəməsinin qanunauyğun gəldiyi nəticələri nəzərə alaraq Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e- *-*(*-**)-****/**** nömrəli qətnaməsinin tamamilə qüvvədə saxlanılması, cavabdeh Cavabdeh Bakı Kommersiya Məhkəməsinin qeyd olunan qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya baxışı, izahatlar
27. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
28. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
30. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
31. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.
32. Maddə 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədlər. 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu
33. Maddə 4.1.1. Bu Qanunun tələblərinə uyğun olaraq X14 və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla) aşağıdakılar aqrar sığortanın predmeti sayılır.
34. Maddə 10.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı kənd təsərrüfatı sığortasında riskləri və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran xarici fiziki şəxslərin bu fəaliyyətə cəlb edilməsi üçün yararlılıq tələblərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla müəyyən edir. Tələblərə uyğunluğu müəyyən edilən şəxslər bu fəaliyyətə aqrar sığorta orqanının qərarı ilə cəlb edilir və bu zaman bu Qanunun 10.1-ci maddəsinin tələbləri tətbiq edilmir.
35. Maddə 10.3. Müstəqil ekspertlərin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri sığorta qaydalarında və idarəedici qurumla aralarında bağlanan müqavilədə təsbit olunur.
36. Maddə 10.6. Müstəqil ekspertlər tərəfindən göstərilən xidmətlərə görə haqq aqrar sığorta orqanının müəyyən etdiyi qaydada və onun vəsaiti hesabına ödənilir. Sığorta ödənişinin məbləği barədə sığorta müqaviləsinin tərəfləri arasında mübahisə yarandığı hallarda yeni müstəqil ekspert təyin edilə bilər.
37. Maddə 16.1. Aqrar sığortalı sığorta hadisəsinin baş verməsi ilə bağlı Idarəedici quruma müraciət edir və Idarəedici qurum bu Qanunun 10-cu maddəsinə əsasən müəyyən olunmuş müstəqil ekspert tərəfindən sığorta hadisəsinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin edir.
38. Maddə 16.2. Sığorta hadisəsi araşdırılarkən aqrar sığortalıdan yalnız qanunda və sığorta qaydalarında nəzərdə tutulmuş sənədlər tələb edilir.
39. Maddə 16.3. Müstəqil ekspertin təyin edilməsi, sığorta hadisəsi nəticəsində zərər dəymiş sığorta predmetinə baxışın keçirilməsi müddətləri sığorta qaydalarında və aqrar sığorta məhsulunun şərtlərində, habelə sığorta müqaviləsində müəyyən edilir.
40. Maddə 19. Bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”
41. 1.4.1. Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta predmetləri üzrə həmin predmetlərin tərkibi, təminat verilən sığorta riskləri, istisnalar və digər məsələlər bu Qaydaların 2-ci, 3-cü və 4-cü hissələrinin hər biri üzrə ayrılıqda müəyyən edilir. Qanunun 4.1-ci maddəsində müəyyən edilən hər bir predmet üzrə ayrılıqda sığorta müqaviləsi bağlanılır.
42. 1.5.1. Sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır.
43. 1.19.1. Sığorta hadisəsi zamanı yaranan zərərin qiymətləndirilməsi idarəedici qurum tərəfindən təyin edilmiş müstəqil ekspert tərəfindən həyata keçirilir.
44. 1.21.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir: 1. sığortalının və ya faydalanan şəxsin idarəedici quruma ünvanladığı, sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən sığorta tələbi; 2. sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üzrə müstəqil ekspertin rəyi; 3. yanğın riskinə münasibətdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd; 4. dolu, fırtına, qasırğa, torpaq sürüşməsi, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları risklərinə münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd; ....
45. 1.21.2. Bu Qaydaların 1.21.1-ci yarımbəndinin 1-ci, 7-10-cu, 12-ci və 13-cü abzaslarında müəyyən edilmiş sənədlər sığortalı, 2-ci abzasında müəyyən edilmiş sənədlər isə müstəqil ekspert tərəfindən idarəedici quruma təqdim edilir. Digər sənədlərin toplanılması idarəedici qurum tərəfindən təmin edilir.
46. 1.22.1. Aşağıdakı hallarda Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər: 1. baş vermiş hadisə sığorta müqaviləsinə və bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə; ...
47. 1.22.3. Fond sığorta ödənişindən imtina etdikdə, bunu qanunvericiliyə uyğun əsaslandırmalıdır.
48. 2.1.1. Bu Qaydalara əsasən, X14nin X17 sığortası üzrə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq, günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq və darı sığortanın predmeti hesab olunur.
49. 2.1.2. Sığorta predmeti hesab olunan X14nin X17 aşağıdakı hissələrinə sığorta təminatı verilir: 1. buğda, arpa, çəltik, dən məqsədilə yetişdirilən qarğıdalı, günəbaxan, soya, noxud, yaşıl noxud və darı - dən (bu Qaydaların 2.2.3-cü yarımbəndində nəzərdə tutulmuş hallarda gövdə); və s. ...
50. 2.2.1. Sığorta məhsulunun şərtləri ilə müəyyən olunmuş aşağıda qeyd olunan bir və ya bir neçə risk nəticəsində X14nə dəymiş zərərin miqdarına sığorta müqaviləsi ilə təminat verilir: ... 6. fırtına; 6-1. sel və ya subasma; 6-2. leysan və s.
51. 2.2.4-cü bəndinə əsasən Bu Qaydaların 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü yarımbəndlərində nəzərdə tutulan risklərdən təminatlar aşağıdakı hallar nəticəsində yaranan zərərləri əhatə edir: ...
52. 7-1. sel və ya subasma riski təminatı – davamlı yağış yağması və ya qar əriməsi nəticəsində əmələ gələn ani su kütlələrinin təsiri ilə çay, göl, dərə, kanal və digər su hövzələrində suyun miqdarının artaraq daşması, yamaclardan suyun axması, həmçinin bunların nəticəsində torpağın alt qatına suyun yığılması və ya torpağın sukeçirmə qabiliyyətindən artıq miqdarda suyun torpağın üst qatında toplanması nəticəsində məhsula və gövdəyə dəyən zərərlər; ...
53. 2.4.7. Məhsul təminatına dair sığorta müqavilələrində dolu, fırtına, qasırğa, sel və ya subasma, habelə şaxtavurma (donvurma) risklərinə münasibətdə sığorta təminatının başlanğıc vaxtları aşağıdakı kimi müəyyən edilir: 1. buğda, arpa, qarğıdalı, çəltik, pambıq, kartof, şəkər çuğunduru, tütün, günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, soğan, qarpız, yemiş (qovun), sarımsaq və darı bitkilərində bitkinin cücərməsindən; ...
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
59. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
62. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmiş, iddiaçı isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
63. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə sığorta hadisəsinin baş verib-verməməsi, həmin hadisənin sığorta müqaviləsi ilə əhatə olunan risklər dairəsinə daxil olub-olmaması, habelə sığorta ödənişinin verilməsindən imtinanın qanuni əsaslarının mövcudluğu qiymətləndirilməlidir.
65. Iş materialları ilə müəyyən olunur ki, Cavabdeh adından “xxxx” ASC ilə İddiaçı arasında BS-**********-MS nömrəli X14 X17 sığortası üzrə müqavilə bağlanmış, həmin müqavilə əsasında iddiaçıya məxsus 25 hektar qarğıdalı əkin sahəsi 100.000 manat sığorta məbləği ilə sığortalanmışdır. Sığorta təminatının müddəti ##.##.2025-ci il saat 23:59-dan ##.##.2025-ci il saat 23:59-dək müəyyən edilmiş, sel və ya subasma müqavilə üzrə təminat verilən risklər sırasına daxil edilmişdir.
66. Iddiaçı ##.##.2025-ci il tarixdə cavabdehin “1651” Çağrı Mərkəzinə müraciət edərək ##.##.2025-ci il tarixdə Kür çayının daşması nəticəsində sığortalanmış əkin sahəsinin sel və subasmaya məruz qalması və məhsula zərər dəyməsi barədə məlumat vermişdir.
67. Həmin müraciət əsasında cavabdeh tərəfindən müəyyən edilmiş müstəqil ekspert ##.##.2025-ci il tarixdə hadisə yerinə baxış keçirmiş və sığortalanmış sahənin böyük hissəsinin su altında olduğunu müəyyən etmişdir. Ekspert rəyində su basması nəticəsində zərər çəkmiş sahənin 22,75 hektar, həmin sahə üzrə zərərin 100 faiz, ümumi sığortalanmış sahə üzrə zərərin isə 91 faiz təşkil etdiyi göstərilmişdir. Həmçinin rəydə Mingəçevir su anbarında suyun səviyyəsinin yüksəlməsi nəticəsində qarğıdalı əkilmiş sahənin böyük hissəsinin su altında qalması qeyd edilmişdir.
68. ##.##.2025-ci il tarixdə keçirilmiş yekun ekspertiza zamanı isə sığortalanmış 25 hektar sahənin bütün mümkün olan hissələrinə baxış keçirilmiş, sahənin tamamilə su altında qaldığı, bitkilərin məhv olduğu və zərərin 100 faiz təşkil etdiyi müəyyən edilmişdir.
69. Cavabdeh apellyasiya şikayətində sığorta hadisəsinin müqavilənin qüvvəyə minməsindən əvvəl baş verdiyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məlumatlarına istinad edərək Qaraağaclı kəndində 28–##.##.2025-ci il tarixlərində subasma hadisəsinin qeydə alındığını, ##.##.2025–##.##.2025-ci il tarixlərində isə belə hadisənin qeydə alınmadığını bildirmişdir.
70. Məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab etmir.
71. Belə ki, Milli Hidrometeorologiya Xidmətinin təqdim etdiyi məlumatda 28–##.##.2025-ci il tarixlərində Qaraağaclı kəndi ərazisində subasma hadisəsinin qeydə alınması göstərilsə də, həmin subasmanın məhz iddiaçıya məxsus və sonradan sığortalanmış 25 hektar qarğıdalı əkin sahəsində baş verdiyini təsdiq edən məlumat mövcud deyildir.
72. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin ##.##.2025-ci il tarixli məktubunda İddiaçı və Abil Əliyev tərəfindən bəyan edilmiş torpaq sahələrində subasma hadisəsinin səpin işlərindən sonra baş verdiyi müəyyən edilmiş, həmin məktubda iddiaçıya məxsus sığortalanmış sahədə subasmanın məhz 28–##.##.2025-ci il tarixlərində baş verdiyi göstərilməmişdir. Məktubda həmin tarixdə subasmanın səpindən əvvəl baş verməsinə dair məlumat başqa şəxs – X21 məxsus sahəyə münasibətdə qeyd edilmişdir. Buna görə də həmin məlumat iddiaçının sığortalanmış sahəsində sığorta riskinin müqavilə bağlanmazdan əvvəl reallaşmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz.
73. Bundan başqa, Milli Hidrometeorologiya Xidmətinin təqdim etdiyi meteoroloji məlumatlardan 13–##.##.2025-ci il tarixlərində Samux rayonu ərazisində ildırımla müşayiət olunan leysan yağışlarının, güclü küləklərin və digər intensiv meteoroloji hadisələrin qeydə alındığı görünür.
74. Kollegiya nəzərə alır ki, cavabdeh sığorta hadisəsinin başvermə səbəbini müəyyən etmək məqsədilə araşdırmanı tam və hərtərəfli aparmamış, yalnız Milli Hidrometeorologiya Xidmətindən əldə edilmiş məlumatla kifayətlənmişdir. Belə ki, iddiaçı sığortalanmış sahənin Kür çayının daşması nəticəsində su altında qaldığını bildirdiyi halda, cavabdeh tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə, meliorasiya və su təsərrüfatı üzrə aidiyyəti qurumlara, habelə ərazidə suvarma və kollektor-drenaj sistemlərinin fəaliyyətinə cavabdeh olan digər səlahiyyətli orqanlara müraciət edilərək mübahisəli dövrdə Kür çayında, Mingəçevir su anbarında və əraziyə təsir göstərə biləcək digər su obyektlərində suyun səviyyəsi, onun dəyişmə dinamikası, su buraxılışları və həmin halların sığortalanmış ərazinin subasmaya məruz qalmasına səbəb olub-olmaması araşdırılmamışdır.
75. Halbuki Aqrar Sığorta Qaydalarının 2.2.4-cü yarımbəndində nəzərdə tutulan subasma anlayışı yalnız yağıntı nəticəsində yaranan meteoroloji hadisə ilə məhdudlaşmayaraq, davamlı leysan yağışları və qar əriməsi nəticəsində əmələ gələn ani su kütlələrinin təsiri, çay, göl, kanal və digər su hövzələrində suyun miqdarının artaraq daşması, yamaclardan suyun axması, habelə torpağın sukeçirmə qabiliyyətindən artıq miqdarda suyun torpağın üst qatında toplanması nəticəsində məhsula dəyən zərər də sel və ya subasma riski ilə əhatə olunur.
76. Bu baxımdan, Milli Hidrometeorologiya Xidmətinin iyun ayında Qaraağaclı kəndində ayrıca “subasma hadisəsi” qeydə almaması, özlüyündə, sığortalanmış konkret əkin sahəsinin həmin dövrdə su altında qalmasını və müqavilə ilə təminat verilmiş riskin reallaşmasını istisna etmir.
77. Odur ki, yalnız Milli Hidrometeorologiya Xidmətinin iyun ayında ərazidə subasma hadisəsinin qeydə alınmaması barədə məlumatına əsaslanmaqla sığorta riskinin baş vermədiyi nəticəsinə gəlmək kifayət qədər əsaslandırılmış hesab edilə bilməz.
78. Əksinə, sığortalanmış sahənin müqavilənin qüvvədə olduğu dövrdə faktiki olaraq su altında olması cavabdehin özünün müəyyən etdiyi müstəqil ekspert tərəfindən hadisə yerinə baxış keçirilməklə müəyyən edilmişdir. ##.##.2025-ci il tarixli ilkin ekspertiza ilə 22,75 hektar sahənin su altında olması, ##.##.2025-ci il tarixli yekun ekspertiza ilə isə sahənin tamamilə su altında qalması və bitkilərin məhv olması təsdiq edilmişdir.
79. Bu sübutların mötəbərliyini aradan qaldıran, xüsusilə ##.##.2025-ci il tarixdə müəyyən edilmiş su basmasının 28–##.##.2025-ci il tarixlərində baş vermiş hadisənin fasiləsiz davamı olduğunu təsdiq edən hər hansı mötəbər sübut cavabdeh tərəfindən təqdim edilməmişdir.
80. Kollegiya həmçinin nəzərə alır ki, cavabdehin nümayəndəsinin izahatına əsasən müqavilə bağlanarkən sığortalanan əkin sahəsində risk qiymətləndirilməsi və yerində baxış keçirilməmişdir. Halbuki sığorta müqaviləsinin bağlanması zamanı sığortalanan predmetin vəziyyətinin və mövcud risklərin qiymətləndirilməsi sığortaçının fəaliyyətinin təşkili ilə bağlı məsələdir. Cavabdehin öz fəaliyyətinin təşkili ilə əlaqədar risk qiymətləndirilməsini həyata keçirməməsinin mənfi nəticələrinin, müqavilə bağlandıqdan və sığorta haqqı ödənildikdən sonra, digər mötəbər sübutlar olmadan sığortalının üzərinə qoyulması əsaslı hesab edilə bilməz.
81. Beləliklə, iş üzrə sübutların ayrı-ayrılıqda deyil, qarşılıqlı əlaqədə və məcmu halında qiymətləndirilməsi göstərir ki, cavabdehin istinad etdiyi sübutlar iddiaçıya məxsus sığortalanmış sahədə zərərə səbəb olmuş subasma hadisəsinin sığorta müqaviləsinin qüvvəyə minməsindən əvvəl baş verdiyini təsdiq etmir. Əksinə, müqavilənin qüvvədə olduğu müddətdə sığortalanmış sahədə subasma nəticəsində zərərin mövcudluğu cavabdehin müəyyən etdiyi müstəqil ekspertlərin yerində apardıqları baxışların nəticələri ilə təsdiq olunur.
82. Bu kontekstdə kollegiya qeyd edir ki, eksper rəyinə əsasən sahə üzrə zərərin 100 faiz müəyyənb edildiyindən, tərəflər arasında bağlanmış müqavilədə sel və ya subasma riski üzrə 10 faiz azadolma məbləği nəzərdə tutulduğundan və sığorta məbləği 100.000 manat təşkil etdiyindən, birinci instansiya məhkəməsi 10.000 manat azadolma məbləğini çıxmaqla cavabdehdən iddiaçının xeyrinə 90.000 manat sığorta ödənişinin tutulması barədə düzgün nəticəyə gəlmişdir.
83. Odur ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni və qətnamənin mübahisələndirilən hissədə qanuniliyini şübhə altına almaq üçün əsas vermədiyindən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.