Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-624/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: sığorta müqaviləsi, sığorta hadisəsi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı iddiaçı1 nümayəndəsi (vəkili)nümayəndə2 iştirakı ilə iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh qarşı “sığorta məbləğinin və dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- *-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışa əsasən, Beyləqan rayonu, Milabad kəndində yerləşən 0,8156 ha (kənd təsərrüfatlı təyinatlı) torpaq sahəsi iddiaçı1 adına ##.##.2020-ci il tarixdə, 1720011065 nömrə ilə qeydiyyata alınmışdır.
2. Aqrar Sığortaçı- Cavabdeh adından çıxış edən “xxxx” ASC ilə Aqrar Sığortalı iddiaçı1 arasında Beyləqan rayonu, Milabad qəsəbəsində kənd təsərrüfatı bitkiləri və bitçilik məhsullarının sığortası üçün ##.##.2024-cü il tarixdən – ##.##.2024-cü il tarixədək qüvvədə olma müddəti ilə ##.##.2023-cü il tarixli - BS-2023060204-AS (sığorta məbləği 8,46 manat, sığortalı tərəfindən ödənilməli olan sığorta haqqı 8,46 manat) saylı Sığorta Şəhadətnaməsi bağlanmış və sığorta şəhadətnaməsi üzrə ümumi sığorta məbləği 1142,51 manat müəyyən edilmiş və sığortalı tərəfindən (sığorta şəhadətnaməsinə əlavə nömrə 2) 16,92 manat sığorta haqqı ödənilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışa əsasən, Beyləqan rayonu, Milabad kəndində yerləşən 3,4319 ha (kənd təsərrüfatlı təyinatlı) torpaq sahəsi iddiaçı1 adına ##.##.2020-ci il tarixdə, 1720012643 nömrə ilə qeydiyyata alınmışdır.
4. Aqrar Sığortaçı- Cavabdeh adından çıxış edən “xxxx” ASC ilə Aqrar Sığortalı iddiaçı1 arasında Beyləqan rayonu, Milabad qəsəbəsində kənd təsərrüfatı bitkiləri və bitçilik məhsullarının sığortası üçün ##.##.2024-cü il tarixdən – ##.##.2024-cü il tarixədək qüvvədə olma müddəti ilə ##.##.2023-cü il tarixli - BS-2023062522-AS (sığorta məbləği 35,8 manat, sığortalı tərəfindən ödənilməli olan sığorta haqqı 35,8 manat) saylı Sığorta Şəhadətnaməsi bağlanmış və sığorta şəhadətnaməsi üzrə ümumi sığorta məbləği 4838,02 manat müəyyən edilmiş və sığortalı tərəfindən (sığorta şəhadətnaməsinə əlavə nömrə 2) 71,6 manat sığorta haqqı ödənilmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışa əsasən, Beyləqan rayonu, Milabad kəndində yerləşən 0,2399 ha (kənd təsərrüfatlı təyinatlı) torpaq sahəsi iddiaçı1 adına ##.##.2020-ci il tarixdə, 1720012614 nömrə ilə qeydiyyata alınmışdır.
6. Aqrar Sığortaçı- Cavabdeh adından çıxış edən “xxxx” ASC ilə Aqrar Sığortalı iddiaçı1 arasında Beyləqan rayonu, Milabad qəsəbəsində kənd təsərrüfatı bitkiləri və bitçilik məhsullarının sığortası üçün ##.##.2024-cü il tarixdən – ##.##.2024-cü il tarixədək qüvvədə olma müddəti ilə ##.##.2023-cü il tarixli - BS-2023061656-AS (sığorta məbləği 2,4 manat, sığortalı tərəfindən ödənilməli olan sığorta haqqı 2,4 manat) saylı Sığorta Şəhadətnaməsi bağlanmış və sığorta şəhadətnaməsi üzrə ümumi sığorta məbləği 324,42 manat müəyyən edilmiş və sığortalı tərəfindən (sığorta şəhadətnaməsinə əlavə nömrə 2) 4,8 manat sığorta haqqı ödənilmişdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışa əsasən, Beyləqan rayonu, Milabad kəndində yerləşən 1,2237 ha (kənd təsərrüfatlı təyinatlı) torpaq sahəsi iddiaçı1 adına ##.##.2021-ci il tarixdə, 1720019855 nömrə ilə qeydiyyata alınmışdır.
8. Aqrar Sığortaçı- Cavabdeh adından çıxış edən “xxxx” ASC ilə Aqrar Sığortalı iddiaçı1 arasında Beyləqan rayonu, Milabad qəsəbəsində kənd təsərrüfatı bitkiləri və bitçilik məhsullarının sığortası üçün ##.##.2024-cü il tarixdən – ##.##.2024-cü il tarixədək qüvvədə olma müddəti ilə ##.##.2023-cü il tarixli - BS-2023061235-AS (sığorta məbləği 12,74 manat, sığortalı tərəfindən ödənilməli olan sığorta haqqı 12,74 manat) saylı Sığorta Şəhadətnaməsi bağlanmış və sığorta şəhadətnaməsi üzrə ümumi sığorta məbləği 1720,81 manat müəyyən edilmiş və sığortalı tərəfindən (sığorta şəhadətnaməsinə əlavə nömrə 1) 25,48 manat sığorta haqqı ödənilmişdir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışa əsasən, Beyləqan rayonu, Milabad kəndində yerləşən 2,0393 ha (kənd təsərrüfatlı təyinatlı) torpaq sahəsi ümumi birgə paylarla iddiaçı1, X5, X2, X3 və X4 adına ##.##.2022-ci il tarixdə, 1722021678 nömrə ilə qeydiyyata alınmışdır.
10. Aqrar Sığortaçı- Cavabdeh adından çıxış edən “xxxx” ASC ilə Aqrar Sığortalı iddiaçı1 arasında Beyləqan rayonu, Milabad qəsəbəsində kənd təsərrüfatı bitkiləri və bitçilik məhsullarının sığortası üçün ##.##.2024-cü il tarixdən – ##.##.2024-cü il tarixədək qüvvədə olma müddəti ilə 21.12. 2023-cü il tarixli - BS-2023061534-AS (sığorta məbləği 21,19 manat, sığortalı tərəfindən ödənilməli olan sığorta haqqı 21,19 manat) saylı Sığorta Şəhadətnaməsi bağlanmış və sığorta şəhadətnaməsi üzrə ümumi sığorta məbləği 2863,32 manat müəyyən edilmiş və sığortalı tərəfindən (sığorta şəhadətnaməsinə əlavə nömrə 2) 42,38 manat sığorta haqqı ödənilmişdir.
11. Cavabdeh Apellyasiya Şurasının ##.##.2025-ci il tarixli, AŞ **/** nömrəli qərarından görünür ki, iddiaçı1 2025-ci il ## #### tarixli apellyasiya şikayəti təmin edilməmişdir. Həmçinin həmin qərara əsasən; - Sığortalı ##.##.2024-cü il tarixdə Fondun “1651" Çağrı Mərkəzinə müraciət edərək ona məxsus buğda sahəsinin ##.##.2024-cü il tarixində dolu səbəbindən zərərə məruz qaldığını bildirmiş və hadisənin araşdırılması üçün ##.##.2024-##.##.2024-cü il tarixlərində Cəmiyyət tərəfindən müstəqil ekspert təhkim edilmişdir. Aparılan ekspertiza zamanı müəyyən olunmuşdur ki, ərazilərdə dolu hadisəsi baş vermiş və sahəyə kütləvi zərər dəymişdir. Sahədə aqrotexniki qaydaların öz qaydasında olduğu, dolu zərərinin məhsulun tam yetişmə fazasında dəydiyi, buğda bitkisinin son buğumundan sünbüllərin qırıldığı müəyyən edilmişdir. Dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı sığortalının ##.##.2024-cü il tarixli müraciətinə əsasən idarəedici qurum tərəfindən hadisənin araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə 2025-ci il ## ###### tarixli **-*-*/*-***/**** nömrəli sorğu göndərilmişdir. Sorğuya cavab olaraq daxil olan 2025-ci il ## ###### tarixli *- **-**/*-***/**** nömrəli məktuba əsasən Beyləqan rayonu və ətraf ərazilərdə 2024-cü il 1, 10 iyun, həmçinin 22 iyun, tarixindən 23 iyun tarixinə keçən gecə və 26 iyun tarixlərində leysanla müşayiət olunan dolu düşməsi qeydə alınmışdır. - Müstəqil ekspert tərəfindən təqdim edilmiş rəyə əsasən baş vermiş sığorta hadisəsi ilə bağlı BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə zərər məbləği 388,02 (üç yüz səksən səkkiz manat, iki qəpik) manat, müqavilə şərtlərinə görə şərtsiz azadolma məbləği 114,25 (yüz on dörd manat, iyirmi beş qəpik) manat çıxıldıqdan sonra 273,77 (iki yüz yetmiş üç manat, yetmiş yeddi qəpik) manat məbləğində sığorta ödənişi hesablanmışdır. Müstəqil ekspert tərəfindən təqdim edilmiş rəyə əsasən baş vermiş sığorta hadisəsi ilə bağlı BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə zərər məbləği 634,54 (altı yüz otuz dörd manat, əlli dörd qəpik) manat, müqavilə şərtlərinə görə şərtsiz azadolma məbləği 172,08 (yüz yetmiş iki manat, səkkiz qəpik) manat çıxıldıqdan sonra 462,46 (dörd yüz altmış iki manat, qırx altı qəpik) manat məbləğində sığorta ödənişi hesablanmışdır. - Müstəqil ekspert tərəfindən təqdim edilmiş rəyə əsasən baş vermiş sığorta hadisəsi ilə bağlı BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə zərər məbləği 1307,97 (min üç yüz yeddi manat, doxsan yeddi qəpik) manat, müqavilə şərtlərinə görə şərtsiz azadolma məbləği 483,80 (dörd yüz səksən üç manat, səksən qəpik) manat çıxıldıqdan sonra 824,17 (səkkiz yüz iyirmi dörd manat, on yeddi qəpik) manat məbləğində sığorta ödənişi hesablanmışdır. Müstəqil ekspert tərəfindən təqdim edilmiş rəyə əsasən baş vermiş sığorta hadisəsi ilə bağlı BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə zərər məbləği 774,10 (yeddi yüz yetmiş dörd manat, on qəpik) manat, müqavilə şərtlərinə görə şərtsiz azadolma məbləği 286,33 (iki yüz səksən altı manat, otuz üç qəpik) manat çıxıldıqdan sonra 487,77 (dörd yüz səksən yeddi manat, yetmiş yeddi qəpik) manat məbləğində sığorta ödənişi hesablanmışdır. - Müstəqil ekspert tərəfindən təqdim edilmiş rəyə əsasən baş vermiş sığorta hadisəsi ilə bağlı BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə zərər məbləği 1799,68 (min yeddi yüz doxsan doqquz manat, altmış səkkiz qəpik) manat, müqavilə şərtlərinə görə şərtsiz azadolma məbləği 256,71 (iki yüz əlli altı manat, yetmiş bir qəpik) manat çıxıldıqdan sonra 1542,97 (min beş yüz qırx iki manat, doxsan yeddi qəpik) manat məbləğində sığorta ödənişi hesablanmışdır. - Müstəqil ekspert tərəfindən təqdim edilmiş rəyə əsasən baş vermiş sığorta hadisəsi ilə bağlı BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə zərər məbləği 87,71 (səksən yeddi manat, yetmiş bir qəpik) manat, müqavilə şərtlərinə görə şərtsiz azadolma məbləği 32,44 (otuz iki manat, qırx dörd qəpik) manat çıxıldıqdan sonra 55,27 (əlli beş manat, iyirmi yeddi qəpik) manat məbləğində sığorta ödənişi hesablanmışdır. - Qeyd olunanlara əsasən, sığortalıya BS-2023060204-AS, BS- 2023061235-AS, BS2023061534-AS, BS-2023061592-AS, BS-2023061656-AS, BS- **********-AS nömrəli sığorta şəhadətnamələri üzrə cəmi 3646,41 (üç min altı yüz qırx altı manat, qırx bir qəpik) manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi məqsədilə hər bir müqavilə üzrə ayrı-ayrılıqda razılıq ərizələrini və bank rekvizitlərini, həmçinin toxumun sortluq və səpin keyfiyyətini təsdiq edən uyğunluq sertifikatını Fonda təqdim etməyi xahiş edilmiş, lakin sığortalı sığorta ödənişinin məbləği ilə razı olmadığı üçün sözügedən məbləği mübahisələndirmişdir.
12. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin ## ###### 2025-ci il tarixli, *-**-**/*-***/**** nömrəli məktubundan görünür ki, Beyləqan rayonu və ətraf ərazilərdə 2024-cü il 1, 10 iyun, həmçinin 22 iyun tarixindən, 23 iyun tarixinə keçən gecə və 26 iyun tarixlərində leysanla müşayiət olunan dolu düşməsi qeydə alınmışdır.
13. Cavabdeh ## #### 2025-ci il tarixli, **-*/*-M-**-***/**** nömrəli (iddiaçı1 ünvanlanmış cavab məktubu) məktubundan görünür ki, BS-2023060204-AS, BS- 2023061235-AS, BS-2023061534-AS, BS-2023061592-AS, BS-2023061656-AS, BS- **********-AS nömrəli sığorta şəhadətnamələri üzrə cəmi 3646,41 (üç min altı yüz qırx altı manat, qırx bir qəpik) manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi məqsədilə hər bir müqavilə üzrə ayrı-ayrılıqda razılıq ərizələrini və bank rekvizitlərini, həmçinin toxumun sortluq və səpin keyfiyyətini təsdiq edən uyğunluq sertifikatını (Alekseiç R1) Cavabdeh təqdim etməsi xahiş edilmişdir.
14. Cavabdeh ## ###### 2026-cı il tarixli, **-*/*-M-***-**-*/**** nömrəli (vəkil müraciətinə cavab məktubu) məktubundan görünür ki, müstəqil ekspert tərəfindən təqdim edilmiş rəylərə əsasən baş vermiş sığorta hadisəsi ilə bağlı BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə zərər məbləği 634,54 manat, şərtsiz azadolma məbləği 172,08 manat çıxıldıqdan sonra 462,46 manat, BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə zərər məbləği 1307,97 manat, şərtsiz azadolma məbləği 483,80 manat çıxıldıqdan sonra 824,17 manat, BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə zərər məbləği 774,10 manat, şərtsiz azadolma məbləği 286,33 manat çıxıldıqdan sonra 487,77 manat, BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə zərər məbləği 1799,68 manat, şərtsiz azadolma məbləği 256,71 manat çıxıldıqdan sonra 1542,97 manat, BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə zərər məbləği 87,71 manat, şərtsiz azadolma məbləği 32,44 manat çıxıldıqdan sonra 55,27 manat məbləğlərində sığorta ödənişləri hesablanmışdır. Həmçinin Fond tərəfindən sığortalıya göndərilən 2025-ci il ## #### tarixli **-*/*-M**-***/**** nömrəli məktubda zəruri sənədlərin təqdim ediləcəyi təqdirdə 3646,41 (üç min altı yüz qırx altı manat qırx bir qəpik) manat məbləğdə sığorta ödənişinin əldə edilməsinin mümkün olduğu bildirilmişdir. Əlavə olaraq BS-2023061136-AS və BS-**********-AS nömrəli sığorta müqavilələri isə üzrə zərər faizi 0 olduğundan həmin müqavilələrə münasibətdə sığorta ödənişinin hesablanması mümkün olmamışdır. Qeyd olunanlara əsasən BS-2023060204-AS, BS-2023061235-AS, BS-2023061534-AS, BS-2023061592-AS, BS-2023061656-AS, BS-**********-AS nömrəli sığorta müqavilələri əsasında sığortalanmış buğda sahələri üzrə azadolma məbləğləri çıxıldıqdan ödənilməli olan cəmi sığorta ödənişi məbləği 3646,41 (üç min altı yüz qırx altı manat, qırx bir qəpik) manat təşkil etməsi qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
15. Iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh qarşı “sığorta məbləğinin və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sığorta Şəhadətnaməsi üzrə dolu düşməsi nəticəsində taxıl sahəsinə dəymiş zərərin əvəzi kimi 18 900,73 (on səkkiz min, doqquz yüz manat, yetmiş üç qəpik) manatdan müqavilə şərtlərinə əsasən 10 % azadolmalar çıxıldıqdan sonra qalan 17 010 (on yeddi min, on) manat sığorta ödənişinin, gecikdirilmiş günlər üzrə 5,100 (beş min yüz manat) manat, ödənilmiş 157,70 (yüz əlli yeddi manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 300 manat xidmət haqqı ümumilikdə 22,567 manatı ödənilməsinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “Aqrar Sığortaçı” “xxxx” ASC və “Aqrar sığortalı” iddiaçı1 arasında Beyləqan rayonunun Milabad qəsəbəsində yerləşən 13,40 ha torpaq sahəsində “kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası”na dair BS- 2023060204-AS, BS-2023061136-AS, BS-2023061235-AS, BS-2023061296-AS, BS- 2023061534-AS, BS-2023061592-AS, BS-2023061656-AS, BS-**********-AS nömrəli sığorta müqavilələri bağlanmışdır. BS-**********-AS saylı şəhadətnaməyə əsasən hər bir predmet üzrə sığorta məbləği 1142,51 manat, sığorta haqqı isə 16,92 manat müəyyən edilməklə dövlət büdcəsi vəsaiti hesabına 8,46 manat, sığortalı tərəfindən 8,46 manat sığorta haqqı; BS-**********-AS saylı şəhadətnaməyə əsasən hər bir predmet üzrə sığorta məbləği 3201,84 manat, sığorta haqqı 47,4 manat müəyyən edilməklə dövlət büdcəsi hesabına 23,7 manat, sığortalı tərəfindən 23,7 manat sığorta haqqı; BS-**********-AS saylı şəhadətnaməyə əsasən hər bir predmet üzrə sığorta məbləği 1720,81 manat, sığorta haqqı isə 25,48 manat müəyyən edilməklə dövlət büdcəsi vəsaiti hesabına 12,74 manat, sığortalı tərəfindən 12,74 manat sığorta haqqı; BS-**********-AS saylı şəhadətnaməyə əsasən hər bir predmet üzrə sığorta məbləği 2242,7 manat, sığorta haqqı isə 33,2 manat müəyyən edilməklə dövlət büdcəsi vəsaiti hesabına 16,6 manat, sığortalı tərəfindən 16,6 manat sığorta haqqı; BS-**********-AS saylı şəhadətnaməyə əsasən hər bir predmet üzrə sığorta məbləği 2862,32 manat, sığorta haqqı isə 42,38 manat müəyyən edilməklə dövlət büdcəsi vəsaiti hesabına 21,9 manat, sığortalı tərəfindən 21,9 manat sığorta haqqı; BS-**********-AS saylı şəhadətnaməyə əsasən hər bir predmet üzrə sığorta məbləği 2567,11 manat, sığorta haqqı isə 38 manat müəyyən edilməklə dövlət büdcəsi vəsaiti hesabına 19 manat, sığortalı tərəfindən 19 manat sığorta haqqı; BS-**********-AS saylı şəhadətnaməyə əsasən hər bir predmet üzrə sığorta məbləği 324,42 manat, sığorta haqqı isə 4,8 manat müəyyən edilməklə dövlət büdcəsi vəsaiti hesabına 2,4 manat, sığortalı tərəfindən 2,4 manat sığorta haqqı; BS- **********-AS saylı şəhadətnaməyə əsasən hər bir predmet üzrə sığorta məbləği 4838,02 manat, sığorta haqqı isə 71,6 manat müəyyən edilməklə dövlət büdcəsi vəsaiti hesabına 35,8 manat, sığortalı tərəfindən 35,8 manat olmaqla 08 (səkkiz) şəhadətnamə üzrə cəmi 279,78 manat sığorta haqqı ödənilib ki, həmin məbləğin də 139,89 manat hissəsi dövlət vəsaiti hesabına, digər 139,89 manat hissəsini Sığortaçı ödəmişdir. Səhadətnaməyə əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə Payızlıq bərk buğda-Aleksiç (R1) sığortanın predmeti hesab olunur. Tərəflərin razılığına əsasən sığortanın ümumi məbləği 18 900, 73 (on səkkiz min doqquz yüz manat, yetmiş üç qəpik) manat müəyyən edilib. Qeyd edir ki, 01,10,22,23 və ## #### 2024-cü il tarixində Beyləqan rayonu Milabad qəsəbəsində yerləşən iddiaçı1 məxsus taxıl sahəsinə və ətraf ərazilərə böyük diametrdə intensiv dolu düşmüş və nəticədə sığorta olunan taxıl sahəsində yetişməkdə olan bütün sünbüllər buğumundan tam şəkildə qırılmışdır. Dolu düşməsi o qədər şiddətli və uzun müddətli olmuşdur ki, yüksək aqrotexniki qaydada becərilmiş və məhsul götürmək mərhələsində olan taxıl sahəsi tamamilə məhv olmuşdur. Baş vermiş dolu düşmə hadisələri ilə bağlı söğortaçı iddiaçı1 tərəfindən dərhal və dəfələrlə Cavabdeh **** nömrəli Çağrı Mərkəzinə müraciət edilmişdir. O, bildirir ki, həmin ayın sonuna kimi demək olar ki, hər gün bir-neçə dəfə Cavabdeh Çağrı mərkəzinə zəng etmişdir. 1 iyun və 26 iyun tarixlərində Cavabdeh iki nümayəndəsi dolu vurmadan sonra əraziyə baxış keçirmiş, hətta onlar iddiaçı1 artıq buradan taxıl götürmək mümkün deyil deyə bildirmişlər. Aqrar Sığortaçı tərəfindən edilmiş müraciətlərdən sonra iddiaçı1 sms bildiriş vasitəsi ilə bildirilib ki, “əkin sahənizə dəymiş zərərlə bağlı müraciəti araşdırılma mərhələsindədir. Hazırda müraciət ilə bağlı qanunvericilikdə nəzərədə tutulmuş qaydada tələb edilən zəruri sənədlərin toplanması həyata keçirilməkdədir. Sənədlərin toplanması prosesi başa çatdıqdan sonra əlavə məlumat veriləcəkdir”. Digər bir sms bildirişlə isə qeyd edilib ki, “baş vermiş hadisəyə müstəqil ekspert tərəfindən zərərin qiymətləndirilməsi həyata keçiriləcək və zərərin tənzimlənməsi prosesi zamanı Cavabdeh tərəfindən əlaqə saxlanılacaq”. Lakin çox təsüflər olsun ki, aqrar sığortaçı müqavilə tələbləri üzrə üzərinə düşən öhdəliklərə əməl etməmiş, baş vermiş hadisəyə səhlənkar yanaşmış və təxminən bir ildən artıq müddətdən sonra Sığortalıya 3646 manat məbləğində dəymiş ziyan hesablanması barədə məlumat vermişdir. Sığortalı Cavabdeh əməkdaşları ilə görüşdə dəymiş zərərlə razılaşmamış və yenidən ekspertiza keçrilməsinin təmin olunmasını tələb etmiş və bildirmiş ki, ona dəyən zərər ən azı 100 faiz dəyərindədir. Lakin Sığortaçı bu tələbi nəzərə almamış yeni müstəqil ekspert təyin etməmişdir. Sığorta Şəhadətnamələrinin şərtlərinə əsasən təbii fəlakətlər (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi və s.) nəticəsində aqrar sığortalıya zərər dəydikdə Aqrar Sığortaçı sığortalıya sığorta haqqını tam həcmdə ödəyir. Müqavilənin şərtlərinə və üzərinə düşən öhdəliklərə əməl edilməməsinə görə Sığortaçı tərəfindən Cavabdeh Apellyasiya Şurasına şikayət ünvanlanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Apellyasiya Şurasının qərarında da qeyd edildiyi kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin ## ###### 2025-ci il tarixli *-**-**/*-***/**** nömrəli məktubuna əsasən Beyləqan rayonu və ətraf ərazilərə 2024-cü il # ####, 10 iyun, 22 iyun tarixindən 23 iyun tarixinə keçən gecə və 26 iyun tarixlərində leysanla müşayiət olunan dolu düşüb. Bundan əlavə qərarın mətnində qeyd edilib ki, baş vermiş dolu düşmə hadisəsi ilə bağlı ekspertiza aparılmış və aparılan ekspertiza zamanı müəyyən olunmuşdur ki, ərazidə intensiv dolu hadisəsi baş vermiş və sahəyə kütləvi zərər dəymişdir. Sahədə aqrotexniki qaydaların öz qaydasında olduğu, dolu zərərinin məhsulun tam yetişmə fazasında dəydiyi, buğda bitkisinin son buğumundan sünbüllərin qırıldığı müəyyən edilmişdir. Bütün bu əsaslı sübutlardan sonra Cavabdeh Apellyasiya Şurasının ## #### 2025-ci il tarixli AŞ **/** nömrəli qərarı ilə iddiaçı1 ## #### 2025-ci il tarixi apellyasiya şikayətinin təmin edilməməsi qərara alınıb. Qeyd edilənlərə əsasən hesab edir ki, Apellyasiya Şurasının qərarı əsassız olduğundan ləğv edilməli, sığorta şəhadətamələri üzrə ödənilməli olan 10% azadolma ilə 17010,73 (on yeddi min onmanat, yetmiş üç qəpik) manat sığorta ödənişi Sığortalıya ödənilməlidir. Təəssüflər olsun ki, sığorta hadisəsinin baş verməsindən uzun müddət ötməsinə baxmayaraq Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Baxmayaraq ki, sığorta hadisəsi baş verdikdən sonra müqavilənin şərtlərinə uyğun olaraq Sığortaçı dərhal Fondun qaynar xəttinə zəng edib hadisə barədə məlumat vermişdir. Lakin aqrar sığorta orqanı qanunvericiliyin tələblərini və müqavilə şərtlərinin pozaraq sığorta ödənişinin verilməsi üçün real heç bir addım atmamışdır. Iş materiallarına əlavə edilmiş apellyasiya şurasının qərarından da göründüyü kimi, sığorta ödənişinin verilməsindən imtina məhz Mərkəzi Banka və Apellyasiya Şurasına şikayət ərizəsi ilə müraciət etdikdən sonra verilib. Yəni bu müddət ərzində Cavabdeh Sığortalıya heç bir rəsmi məktubla müraciət edib, nə sənəd tələb edib, nə zərərin qiymətləndirilməsində iştirakını təmin edib, nə də ödənişin qismən verilməsi barədə məlumat verib. Bununla da Cavabdeh istər tərəflər arasında imzalanmış müqavilə şərtlərini, istərsədə qanunvericiliyin tələblərini pozub. Qərarın mətnindən də göründüyü kimi, tərəflər arasında sığorta müqavilələrinin imzalanması, sığorta olunan sahəyə dolu düşməsi nəticəsində kütləvi zərərin dəyməsi işin mübahisəsiz halıdır. Maraqlı məqamlardan biri odur ki, Cavabdeh Sığortaçı ilə 8 (səkkiz) sığorta şəhadətnaməsi üzrə müqavilə imzaladığı halda nədənsə yalnız 6 (altı) müqaviləyə istinad edir, eyni zamanda müqavilələrdə nəzərdə tutulan sığorta məbləğlərini az göstərir. 2 ədəd yüksək sığorta məbləğli BS-**********-AS saylı (sığorta məbləği 3201,84 AZN), BS-**********-AS saylı şəhadətnamələr (sığorta məbləği 2242,7 AZN) Aqrar Sığortaçı tərəfindən Apellyasiya Şurasına və Mərkəzi Banka təqdim edilməmişdir. Sonradan Aqrar Sığortaçı bildirmişdir ki, həmin iki sığorta şəhadətnaməsi üzrə dəymiş zərər 0 manat qiymətləndirilib. Nəzərə almaq lazımdır ki, doluvurma bütün sahəni əhatə etmişdir. Bundan əlavə Cavabdeh əməkdaşları ilə Sığortalı arasında görüş keçirildiyi zamanı fondun əməkdaşları iddiaçı1 külli miqdarda ziyan dəydiyini etiraf etmiş və ona dəymiş zərərə görə 7500 (yeddi min beş yüz) manat təklif olunmuşdur. Burdan da belə bir sual yaranır. Əgər Sığortalıya 7500 manat təklif olunursa sonradan niyə 3646 manat rəsmləşdirilir. Burada da Aqrar Sığortalının ədalətli olmadığı öz əksini tapır. Lakin iddiaçı1 haqlı olaraq bu təklifdən də imtina etmişdir. Çünki 13,40 ha torpaq sahəsində taxıl biçini aparılmamış, taxıl sahəsi bütövlükdə məhv olmuş, dolu vurmadan sonra ərazidə yalnız gələcək əkin üçün şumlama işləri aparılmışdır.
17. Cavabdeh Cavabdeh elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək qeyd etmişdir ki, sığortalı iddiaçı1 ilə Fondun adından onun idarəedici qurumu olan “xxxx” ASC arasında “Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası” ilə bağlı buğda bitkisi üzrə BS-2023060204-AS, BS-2023061235-AS, BS-2023061534-AS, BS- 2023061592-AS, BS-2023061656-AS, BS-**********-AS nömrəli sığorta müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən sığortalanmış əkin sahələrinə müvafiq olaraq ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək müqavilələrin “sığorta riskləri” bölməsində qeyd olunmuş (yanğın, üçüncü şəxslərin hərəkətləri, sel və ya subasma, vəhşi heyvanların hücumu, normadan artıq yağan qar yağıntıları, dolu, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına) risklərin baş verməsi nəticəsində sığortalanmış məhsula dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. ##.##.2024-cü il tarixdə sığortalı tərəfindən Cəmiyyətin “1651” Çağrı Mərkəzinə müraciət edilərək ona məxsus buğda sahəsinin ##.##.2024-cü il tarixində dolu səbəbindən zərərə məruz qaldığı bildirilmiş və hadisənin araşdırılması üçün ##.##.2024-##.##.2024-cü il tarixlərində Cəmiyyət tərəfindən müstəqil ekspert təhkim edilmişdir. Aparılan ekspertiza zamanı müəyyən olunmuşdur ki, BS- 2023060204-AS, BS-2023061235-AS, BS-2023061534-AS, BS-2023061592-AS, BS- 2023061656-AS, BS-**********-AS nömrəli müqavilələr üzrə ərazilərdə dolu hadisəsi baş vermiş və sahəyə kütləvi zərər dəymişdir. Eyni zamanda sahədə aqrotexniki qaydaların öz qaydasında olduğu, dolu zərərinin məhsulun tam yetişmə fazasında dəydiyi, buğda bitkisinin son buğumundan sünbüllərin qırıldığı və BS-2023061136-AS və BS-**********-AS nömrəli sığorta müqavilələri isə üzrə zərərin olmadığı müəyyən edilmişdir. Dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı sığortalının ##.##.2024-cü il tarixli müraciətinə əsasən Cəmiyyət tərəfindən hadisənin araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə 2024-cü il # ######## tarixli **-*- */*-****/**** nömrəli sorğu göndərilmişdir. Sorğuya cavab olaraq daxil olan 2025-ci il ## ###### tarixli *-**-**/*-***/**** nömrəli məktuba əsasən Beyləqan rayonu və ətraf ərazilərdə 2024-cü il 1, 10 iyun, həmçinin 22 iyun tarixindən 23 iyun tarixinə keçən gecə və 26 iyun tarixlərində leysanla müşayiət olunan dolu düşməsi qeydə alınmışdır. Müstəqil ekspert tərəfindən təqdim edilmiş rəyə əsasən baş vermiş sığorta hadisəsi ilə bağlı BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə zərər məbləği 388,02 manat, şərtsiz azadolma məbləği 114,25 manat çıxıldıqdan sonra 273,77 manat məbləğində sığorta ödənişi hesablanmışdır. Müstəqil ekspert tərəfindən təqdim edilmiş rəylərə əsasən baş vermiş sığorta hadisəsi ilə bağlı BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə zərər məbləği 634,54 manat, şərtsiz azadolma məbləği 172,08 manat çıxıldıqdan sonra 462,46 manat, BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə zərər məbləği 1307,97 manat, şərtsiz azadolma məbləği 483,80 manat çıxıldıqdan sonra 824,17 manat, BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə zərər məbləği 774,10 manat, şərtsiz azadolma məbləği 286,33 manat çıxıldıqdan sonra 487,77 manat, BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə zərər məbləği 1799,68 manat, şərtsiz azadolma məbləği 256,71 manat çıxıldıqdan sonra 1542,97 manat, BS- **********-AS nömrəli sığorta müqaviləsi üzrə zərər məbləği 87,71 manat, şərtsiz azadolma məbləği 32,44 manat çıxıldıqdan sonra 55,27 manat məbləğlərində sığorta ödənişləri hesablanmışdır. Həmçinin Fond tərəfindən sığortalıya göndərilən 2025-ci il ## #### tarixli **- */*-M**-***/**** nömrəli məktubda zəruri sənədlərin təqdim ediləcəyi təqdirdə 3646,41 (üç min altı yüz qırx altı manat qırx bir qəpik) manat məbləğdə sığorta ödənişinin əldə edilməsinin mümkün olduğu bildirilmişdir. Əlavə olaraq BS-2023061136-AS və BS- **********-AS nömrəli sığorta müqavilələri isə üzrə zərər faizi 0 olduğundan həmin müqavilələrə münasibətdə sığorta ödənişinin hesablanması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.5.1-ci yarımbəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Eyni zamanda Qaydaların 1.20.1-ci yarımbəndinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsinə uyğun olaraq Fond tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Qaydaların 1.2.1-ci yarımbəndinin 10-cu abzasına əsasən şərtsiz azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və hər bir halda sığortalının üzərində qalan hissəsidir. Qaydaların 1.20.5-ci yarımbəndinə əsasən sığorta ödənişi azadolma və zərərin minimuma endirilməsi üçün çəkilən xərclər nəzərə alınmaqla hesablanır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Qeyd olunanlara əsasən, iddiaçı1 ilə bağlanılmış BS-2023060204-AS, BS-2023061235-AS, BS-2023061534-AS, BS2023061592-AS, BS-2023061656-AS, BS-**********-AS nömrəli sığorta müqavilələri əsasında sığortalanmış buğda sahələri üzrə azadolma məbləğləri çıxıldıqdan sonra ödənilməli olan cəmi sığorta ödənişi məbləği 3646,41 (üç min altı yüz qırx altı manat qırx bir qəpik) manat təşkil etmişdir. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, iddiaçı iddiaçı1 cavabdeh Fonda qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iş üzrə iddianın təminedilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 elektron kabinet vasitəsi ilə verilmiş etiraz ərizəsini müdafiə edib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 3646,41 (üç min altı yüz qırx altı manat, qırx bir qəpik) manat məbləğində sığorta ödənişi və 56,46 (əlli altı manat 46 qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 3702,87 (üç min yeddi yüz iki manat 87 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı iddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
Iş materiallarından görünür ki, iddiaçı tərəfindən sığorta hadisəsi ilə bağlı cavabdehə müraciət edilmiş, cavabdeh tərəfindən isə həmin müraciət əsasında müstəqil ekspert cəlb olunaraq sığortalanmış sahələrə baxış keçirilmiş, bunun nəticəsində müvafiq rəylər tərtib edilərək hər sahə üzrə zərərin həcmi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə təqdim edilmiş ekspert rəyləri zərərin məbləğinin müəyyən edilməsi baxımından əsas sübut kimi çıxış edir. Həmin rəylərin tərkib hissəsi olan fotoşəkillərdən də sahələrdə məhsulun tam deyil, qismən məhv olması müşahidə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən sübutetmə yükü tərəflərin üzərinə düşür. Bu baxımdan iddiaçı tələb etdiyi daha yüksək məbləği təsdiq edən sübutlar təqdim etmədiyi halda, ekspert rəyləri ilə müəyyən edilmiş 3646,41 manat məbləğində zərər məhkəmə tərəfindən əsaslı hesab edilir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə onu da vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi yalnız həmin hissədə təmin olunmalı, qalan hissədə isə əsassız olduğundan rədd edilməlidir. Iddiaçı həmçinin gecikdirilmiş günlər üzrə 5100 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etmişdir. Lakin iş materiallarından görünür ki, Cavabdeh tərəfindən ## #### 2025-ci il tarixli məktubla iddiaçıya müstəqil ekspert rəyi əsasında hesablanmış 3646,41 manat məbləğində sığorta ödənişinin əldə edilməsi üçün zəruri sənədlərin təqdim edilməsi təklif edilmişdir. Iddiaçı həmin ödəniş məbləği ilə razılaşmadığından tələb olunan sənədləri təqdim etməmiş və ödənişin həyata keçirilməsinə şərait yaratmamışdır. Bu isə onu göstərir ki, ödənişin həyata keçirilməməsi cavabdehin qanunsuz hərəkətsizliyi ilə deyil, iddiaçının öz davranışı ilə bağlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, gecikmə ilə bağlı tələbin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin vəkilə ödənilmiş 300 manat məbləğində vəsaitin cavabdehdən tutulması ilə bağlı hissəsini də əsassız hesab edir. Çünki Iddiaçı tərəfindən vəkilə ödənilmiş 300 manat məbləğin cavabdehdən tutulması tələb edilsə də, bu məbləğin faktiki ödənilməsini təsdiq edən sübutlar (müqavilə, qəbz və s.) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 158 manat məbləğində olan dövlət rüsumunun 56,46 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, “Aqrar sığorta haqqında” Qanununun 16.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etmişdir.
23. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara, o cümlədən təqdim edilmiş rəylərə düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
24. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
25. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
26. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
27. ##.##.2026-cı il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə sorğu verilərək aqrar sığortalı iddiaçı1 (FIN:*******) münasibətdə 2024-cü il üzrə orta məhsuldarlıq miqdarı barədə məlumatların məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.
28. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin ##.##.2026-cı il tarixli sorğuya cavab verilməsi barədə məktubunda qeyd edilmişdir ki, qeyd edilən dövr üzrə vətəndaş iddiaçı1 təsərrüfatının orta məhsuldarlıq göstəricilərinə dair məlumat “Elektron kənd təsərrüfatı” informasiya sistemində müəyyən edilməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
30. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.
31. Maddə 935.1.8. Baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta şəhadətnaməsinin sığorta riskləri bölməsinə əsasən sığorta hadisəsi hesab edilməməsi hallarında sığorta ödənişinin verilməsindən imtina edilir. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə 4.1.1. Bu Qanunun tələblərinə uyğun olaraq kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla) aşağıdakılar aqrar sığortanın predmeti sayılır.
33. Maddə 10.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı kənd təsərrüfatı sığortasında riskləri və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran xarici fiziki şəxslərin bu fəaliyyətə cəlb edilməsi üçün yararlılıq tələblərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla müəyyən edir. Tələblərə uyğunluğu müəyyən edilən şəxslər bu fəaliyyətə aqrar sığorta orqanının qərarı ilə cəlb edilir və bu zaman bu Qanunun 10.1-ci maddəsinin tələbləri tətbiq edilmir.
34. Maddə 10.3. Müstəqil ekspertlərin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri sığorta qaydalarında və idarəedici qurumla aralarında bağlanan müqavilədə təsbit olunur.
35. Maddə 10.6. Müstəqil ekspertlər tərəfindən göstərilən xidmətlərə görə haqq aqrar sığorta orqanının müəyyən etdiyi qaydada və onun vəsaiti hesabına ödənilir. Sığorta ödənişinin məbləği barədə sığorta müqaviləsinin tərəfləri arasında mübahisə yarandığı hallarda yeni müstəqil ekspert təyin edilə bilər.
36. Maddə 16.1. Aqrar sığortalı sığorta hadisəsinin baş verməsi ilə bağlı Idarəedici quruma müraciət edir və Idarəedici qurum bu Qanunun 10-cu maddəsinə əsasən müəyyən olunmuş müstəqil ekspert tərəfindən sığorta hadisəsinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin edir.
37. Maddə 19. Bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”
38. 1.19.1. Sığorta hadisəsi zamanı yaranan zərərin qiymətləndirilməsi idarəedici qurum tərəfindən təyin edilmiş müstəqil ekspert tərəfindən həyata keçirilir.
39. 1.21.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir: 1. sığortalının və ya faydalanan şəxsin idarəedici quruma ünvanladığı, sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən sığorta tələbi; 2. sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üzrə müstəqil ekspertin rəyi; 3. yanğın riskinə münasibətdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd; 4. dolu, fırtına, qasırğa, torpaq sürüşməsi, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları risklərinə münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd; 5. zəlzələ riskinə dair Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd; 6. üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd; 7. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə birillik əkmələrə münasibətdə toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı; 8. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığortalanmış heyvan kəsimi məntəqəsində məcburi kəsildikdə bu barədə akt və heyvanın çəkisinə dair sənəd; 9. bu Qaydaların 3.1.2-ci yarımbəndinin 3-cü abzasında və 4.1.4-cü yarımbəndinin 8-ci abzasında göstərilmiş peyvəndləmələrin edildiyini təsdiq edən sənəd; 10. bu Qaydaların 3.2.1-ci yarımbəndinin 1-ci və 3-cü abzaslarında nəzərdə tutulmuş risklərə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”nın tələblərinə riayət edilməsini təsdiq edən sənədlər; 11. bu Qaydaların 3.2.1-ci yarımbəndinin 1-ci, 2-ci, 3-cü, 3-1-ci və 6-cı abzaslarında nəzərdə tutulmuş risklərə münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd; 12. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə ölüm səbəbinin müəyyən edilməsi və ya müqavilə üzrə təminat verilmiş sığorta risklərinə münasibətdə əlavə araşdırılmanın aparılması müstəqil ekspert tərəfindən zəruri hesab edildiyi hallarda laboratoriyaya göndərilən nümunələrlə əlaqədar laboratoriya analizinin nəticələri; 13. bu Qaydaların 4.2.1ci yarımbəndinin 1-ci abzasında nəzərdə tutulmuş sığorta riskinə münasibətdə ölüm səbəbinin müəyyən edilməsinə dair akvakultura məhsulunun, onun saxlandığı suyun və ona verilən yemlərin, bu Qaydaların 4.2.1-ci yarımbəndinin 3-cü abzasında nəzərdə tutulmuş sığorta riskinə münasibətdə isə ölüm səbəbinin müəyyən edilməsinə dair akvakultura məhsulunun laboratoriya analizlərinin nəticələri.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
48. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, iddiaçı qətnaməni yalnız iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmiş, cavabdeh isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
49. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə sığorta hadisəsinin baş verib-verməməsi, həmin hadisənin sığorta müqaviləsi ilə əhatə olunan risklər dairəsinə daxil olub-olmaması, habelə sığorta ödənişinin verilməsindən imtinanın qanuni əsaslarının mövcudluğu qiymətləndirilməlidir.
51. Işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi Aqrar Sığortaçı- Cavabdeh ilə Aqrar Sığortalı iddiaçı1 arasında Beyləqan rayonu, Milabad kəndində kənd təsərrüfatı bitkiləri və bitçilik məhsullarının sığortası üçün ##.##.2024-cü il tarixdən – ##.##.2024-cü il tarixədək qüvvədə olma müddəti ilə 8 Sığorta Şəhadətnaməsi bağlanmış, sığortalı iddiaçı1 tərəfindən Beyləqan rayonu, Milabad kəndində ümumilikdə 7,75 ha sahədə taxıl əkilmişdir.
52. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin ## ###### 2025-ci il tarixli, *-**-**/*-***/**** nömrəli məktubundan görünür ki, Beyləqan rayonu və ətraf ərazilərdə 2024-cü il 1, 10 iyun, həmçinin 22 iyun tarixindən, 23 iyun tarixinə keçən gecə və 26 iyun tarixlərində leysanla müşayiət olunan dolu düşməsi qeydə alınmışdır.
53. Göründüyü kimi, iş üzrə sığorta hadisəsinin baş verməsi tərəflər arasında mübahisə doğurmur. Həmin hadisənin tərəflər arasında bağlanmış sığorta müqavilələri ilə əhatə olunan sığorta riskləri dairəsinə daxil olması da işin mübahisəsiz halıdır.
54. Beləliklə işin hallarından aydın olur ki, tərəflər arasındakı mübahisə sığorta ödənişinin məbləği ilə bağlıdır.
55. Kollegiya qeyd edir ki, sığorta hadisəsinin baş verməsi sığorta ödənişinin tam həcmdə ödənilməsi üçün əsas deyildir; sığorta ödənişi yalnız faktiki müəyyən edilmiş zərərin həcmi ilə məhdudlaşır (§ 34,36,37).
56. Iş materiallarından görünür ki, iddiaçı tərəfindən sığorta hadisəsi ilə bağlı cavabdehə müraciət edilmiş, cavabdeh tərəfindən isə həmin müraciət əsasında müstəqil ekspert cəlb olunaraq sığortalanmış 6 sahəyə baxış keçirilmiş, bunun nəticəsində müvafiq rəylər tərtib edilərək hər sahə üzrə zərərin həcmi müəyyən edilmişdir.
57. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş üzrə təqdim edilmiş ekspert rəyləri zərərin məbləğinin müəyyən edilməsi baxımından əsas sübut kimi çıxış edir. Iddiaçı tələb etdiyi daha yüksək məbləği təsdiq edən sübutlar təqdim etmədiyi halda, ekspert rəyləri ilə müəyyən edilmiş 3646,41 manat məbləğində zərər əsaslı hesab edilir.
58. Eyni zamanda kollegiya BS-2023061136-AS və BS-**********-AS nömrəli sığorta müqavilələri üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Milli Hidrometeorologiya Xidmətinin müvafiq rəyinə əsasən, iddiaçının əkin sahələrinin yerləşdiyi ərazidə sığorta hadisəsi hesab edilən dolu hadisəsi baş vermişdir. Bununla belə, iddiaçının istinad etdiyi BS-2023061136-AS və BS-**********-AS nömrəli sığorta müqavilələri üzrə əkin sahələrində dəymiş zərərin həcmini müəyyən edən ekspert rəyi, baxış aktı və ya digər mötəbər sübut iş materiallarında mövcud deyildir. Hadisədən uzun müddət keçməsi səbəbindən həmin sahələr üzrə zərərin hazırda təkrar ekspertiza vasitəsilə müəyyən edilməsi də obyektiv olaraq mümkün deyildir.
59. Apellyasiya baxışı zamanı həmin iki sığorta şəhadətnaməsi üzrə zərərin müəyyən edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərilərək iddiaçının təsərrüfatının 2024-cü il üzrə orta məhsuldarlıq göstəriciləri tələb edilmiş, Nazirliyin ##.##.2026-cı il tarixli cavabından isə həmin dövr üzrə iddiaçının təsərrüfatının orta məhsuldarlıq göstəricilərinə dair məlumatın “Elektron kənd təsərrüfatı” informasiya sistemində müəyyən edilmədiyi məlum olmuşdur.
60. Beləliklə, apellyasiya baxışı zamanı aparılmış əlavə araşdırma ilə də həmin iki sığorta şəhadətnaməsi üzrə faktiki zərərin həcmini və buna müvafiq sığorta ödənişinin məbləğini müəyyən etməyə imkan verən obyektiv məlumat əldə edilməmişdir. Məhkəmə isə yalnız dolu düşməsi faktına əsaslanaraq zərərin həcmini ehtimal qaydasında müəyyən edə bilməz.
61. Kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”na əsasən sığorta ödənişi sığorta hadisəsi nəticəsində yaranmış faktiki zərərin məbləği nəzərə alınmaqla, müqavilədə nəzərdə tutulmuş şərtsiz azadolma çıxıldıqdan sonra müəyyən edilir.
62. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI: Iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.