Məhkəmə qərarları › İş №e-2-2(3-6)-744/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-744/2026

21.07.2026 · Sığorta ödənişinin ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-744/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı̈İddiaçı̈cavabdeḧCavabdeḧqarşı,̈“xxxx”̈Məhdud̈MəsuliyyətlïCəmiyyəti mübahisə̈predmetïbarəsində̈müstəqil̈tələb̈irəlïsürməyən̈üçüncü̈şəxs̈olmaqla “sığortäödənişinin̈tutulması̈tələbinə̈dair”̈kommersiyämübahisəsïüzrə̈iş Q̈Ə̈T̈N̈ÄM̈Ə (ac̈ar̈sözlər:̈sığortämüqaviləsi,̈pul̈tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı İddiaçı və onun nümayəndəsi-vəkili nümayəndə2 oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “sığorta ödənişinin tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ##### 2026- cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin̈halları:

1. İddiaçı “MKT İstehsalat Kommersiya” MMC (hazırkı “xxxx” MMC) ilə bağladığı müqavilə ilə 145 ha torpaq sahəsində pambıq əkib hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə ##.##.2024-cü il tarixədək “MKT İstehsalat Kommersiya” MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Aqrar sığortaçı qismində Cavabdeh adından “xxxx” ASC, aqrar sığortalı qismində İddiaçı olan BS- 2024023141-AS, BS2024023142-AS, BS-2024023143-AS, BS-**********-AS nömrəli sığorta şəhadətnaməsinə əsasən faydalanan şəxslər qismində iddiaçı və “MKT İstehsalat Kommersiya” MMC çıxış etməklə ##.##.2024-cü il saat 23:59-dan ##.##.2024-cü il saat 23:59-dək Bərdə rayonu Qaradağlı kəndində yerləşən sığorta predmetləri yanğın, üçüncü şəxslərin hərəkətləri, sel və ya subasma, vəhşi heyvanların hücumu, leysan, dolu, zəlzələ, torpaq sürüşməsi, qasırğa və fırtına riskləri üzrə sığortalanmışdır

2. BS-**********-AS nömrəli şəhadətnaməyə ** nömrəli əlavə ilə məhsulun adı “Pambıq-Bəyaz Altun (1010)”, növü pambıq, əkin sahəsi 40 ha, bir hektar üzrə məhsuldarlıq 40 sentner, bir sentner məhsulun satınalma qiyməti 80 manat, bir hektar sahənin sığorta dəyəri 3200 manat, ümumi sahə üzrə sığorta dəyəri 128 000 manat, tarif 1,42 faiz, sığorta məbləği 128 000 manat, sığorta haqqı 1817,6 manat müəyyən edilmişdir.

3. BS-**********-AS nömrəli şəhadətnaməyə ** nömrəli əlavə ilə məhsulun adı “Pambıq-BA 1010 (Digər)”, növü pambıq, əkin sahəsi 40 ha, bir hektar üzrə məhsuldarlıq 40 sentner, bir sentner məhsulun satınalma qiyməti 80 manat, bir hektar sahənin sığorta dəyəri 3200 manat, ümumi sahə üzrə sığorta dəyəri 128 000 manat, tarif 1,42 faiz, sığorta məbləği 128 000 manat, sığorta haqqı 1817,6 manat müəyyən edilmişdir.

4. BS-**********-AS nömrəli şəhadətnaməyə ** nömrəli əlavə ilə məhsulun adı “Pambıq-BA 1010 (Elit)”, növü pambıq, əkin sahəsi 40 ha, bir hektar üzrə məhsuldarlıq 40 sentner, bir sentner məhsulun satınalma qiyməti 80 manat, bir hektar sahənin sığorta dəyəri 3200 manat, ümumi sahə üzrə sığorta dəyəri 128 000 manat, tarif 1,42 faiz, sığorta məbləği 128 000 manat, sığorta haqqı 1817,6 manat müəyyən edilmişdir.

5. BS-**********-AS nömrəli şəhadətnaməyə ** nömrəli əlavə ilə məhsulun adı “Pambıq-BA 1010 (Elit)”, növü pambıq, əkin sahəsi 22 ha, bir hektar üzrə məhsuldarlıq 40 sentner, bir sentner məhsulun satınalma qiyməti 80 manat, bir hektar sahənin sığorta dəyəri 3200 manat, ümumi sahə üzrə sığorta dəyəri 70400 manat, tarif 1,42 faiz, sığorta məbləği 70400 manat, sığorta haqqı 999,68 manat müəyyən edilmişdir.

6. Sığortaçı Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli 12-9/2-H-42- ****/**** nömrəli məktubla 28515,23 manat sığorta ödənişi hesablanmış, müvafiq sənədlərin təqdim edilməsi iddiaçıya təklif edilmişdir.

Birincïinstansiyäməhkəməsindəkïicraat:

7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 150.000 manat sığorta ödənişinin və ödənilmiş 440 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bu məqsədlə kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının istehsalı və satışı üçün vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmış, xam pambıq əkib-becərmək və istehsal və satışını həyata keçirmək məqsədi ilə 142 ha torpaq sahəsi icarəyə götürmüşdür. Həmin torpaq sahəsində kənd təsərrüfatı işlərinin aparılması üçün iddiaçı ilə “MKT-İK” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ## ####### 2023-cü il tarixdə 2024-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 24 271 *** saylı müqavilə bağlanmışdır. Kənd təsərrüfatı işlərinin maliyyələşdirilməsi məqsədilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Gəncə” filialı ilə iddiaçı arasında ##.##.2024-cü il tarixli *** saylı sahibkarlıq subyektinin maliyyələşdirilməsinə dair kredit müqaviləsi bağlanmış və iddiaçıya “pambıq krediti” məhsulu üzrə kredit xətti ayrılmışdır. Həmçinin iddiaçı sahibkarlıq subyekti kimi kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə cavabdeh ilə “kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası” barədə müqavilə bağlamış və bu barədə hər bir sahə üzrə BS2024023141-MS, BS-2024023142-MS, BS-2024023143-MS və BS2024023144-MS sığorta şəhadətnamələri verilmişdir. 2024-cü ilin iyul ayında (##.##.2024 – ##.##.2024-cü il tarixlərdə) sığorta hadisəsi baş vermiş, bu barədə cavabdehə məlumat verilmiş və Fondun əməkdaşları sığorta hadisəsinin baş verdiyi sahələrdə olmuş və leysan yağışlar nəticəsində pambıq əkin sahələrinə dəymiş ziyan öz təsdiqini tapmışdır. Baş vermiş sığorta hadisəsinin ətraflı araşdırılması və dəyən zərərin həcminin müəyyən edilməsi məqsədi ilə dəymiş zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmişdir. Ekspert qiymətləndirməsindən sonra cavabdeh tərəfindən BS- 2024023141-MS, BS-2024023142-MS, BS-2024023143- MS və BS-2024023144-MS sığorta şəhadətnamələri üzrə ümumilikdə 28 515,23 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur. Sığorta hadisəsinə görə dəymiş zərərin ödənişi ilə bağlı cavabdeh ilə aparılan danışıqlar heç bir nəticə verməmişdir. Bundan sonra, cavabdehə sığorta hadisəsi nəticəsində dəymiş 150 000 manat məbləğində zərərin ödənilməsi barədə pretenziya verilmişdir. Cavabdeh ## ###### 2025-ci il tarixli **-*/*-H***-**-****/**** saylı cavab məktubunda sığorta ödənişinin ödənilməsinin mümkün olmamasını göstərmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı “sığorta haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

9. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 923, 924, 925, 933-cü maddələri göstərilmişdir.

10. Cavabdeh Cavabdeh iddiaya etiraz təqdim edərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir.

11. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, sığortalı İddiaçı ilə Fondun adından “xxxx” ASC arasında pambıq bitkisi üzrə BS2024023141-MS, BS2024023142-MS, BS- 2024023143-MS və BS-**********-MS nömrəli sığorta müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən sığortalanmış pambıq sahələrinə ##.##.2024-cü il tarixdən ##.##.2024cü il tarixədək müqavilənin “sığorta riskləri” bölməsində qeyd olunmuş (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, leysan, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri) risklərin baş verməsi nəticəsində dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. ##.##.2024-cü il tarixdə sığortalı tərəfindən Fondun “1651” Çağrı Mərkəzinə ona məxsus pambıq sahələrinə ##.##.2024 – ##.##.2024-cü il tarixlərdə leysan nəticəsində zərər dəyməsi ilə bağlı müraciət daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.19.3-cü yarımbəndinə əsasən müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən BS-2024023141-MS, BS-2024023142-MS, BS2024023143-MS və BS-**********-MS nömrəli sığorta müqavilələri üzrə aparılan ekspertiza zamanı BS-********** nömrəli müqavilə üzrə 15,5 hektar hissədə yığım aparıldığı üçün zərər faizi 24,5 hektar üzərindən, BS-**********-MS nömrəli müqavilə üzrə 17,7 hektar hissədə yığım aparıldığı üçün zərər faizi 22,3 hektar üzərindən, BS**********-MS nömrəli müqavilə üzrə 11,5 hektar hissədə yığım aparıldığı üçün zərər faizi 28,5 hektar üzərindən, BS-**********-MS nömrəli müqavilə üzrə isə 10 hektar hissədə yığım aparıldığı üçün zərər faizi 12 hektar üzərindən hesablanmışdır. Həmçinin ərazilərdə leysan nəticəsində qozalarda çürümə müşahidə edilmişdir. Ərazilərdə çıxış nöqsanı və aqrotexniki qulluğun tam həyata keçirilməməsi səbəbindən (sığorta təminatına daxil olmayan hadisələr) real məhsuldarlıq müqavilədə müəyyən edilmiş məhsuldarlıqdan aşağı olmuşdur (müqavilələrə uyğun olaraq 28,02, 27,37, 31,86, 30,17 sentner/hektar). Ekspert rəyinə əsasən yekun zərər müqavilələr üzrə 21,43, 19,29, 27,6 və 18,28 % müəyyən edilmişdir. Eyni zamanda Qaydaların 1.21.2-ci yarımbəndinə əsasən, müvafiq faktı təsdiq edən sənədin toplanması vəzifəsi idarəedici quruma aid olduğundan hadisənin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə 2024-cü il # ####### tarixli **-*-*/*-****/**** nömrəli və 2024-cü il # ###### tarixli **-*-*/*-****/**** nömrəli sorğular göndərilmişdir. Sorğuya cavab olaraq daxil olan 2024-cü il # ###### tarixli 3-14- **/*-****/**** nömrəli və 2024-cü il # ###### tarixli *-**-**/*-****/**** nömrəli məktublara əsasən Bərdə rayonu və ətraf ərazilərdə ##.##.2024, ##.##.2024, ##.##.2024, ##.##.2024-cü il tarixlərdə leysan yağması, həmçinin 2024-cü il ## ####### tarixdən 2024- cü il 14 oktyabr tarixinə keçən gecə saatlarında, ##.##.2024, ##.##.2024, ##.##.2024-cü il tarixlərində arabir şimşəklə müşayiət olunan leysan yağış yağması öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən iddiaçı İddiaçı ilə bağlanılmış sığorta müqavilələri üzrə sığorta ödənişlərinin hesablanması aşağıdakı kimi olmuşdur: Sığortalı ilə Cəmiyyət arasında bağlanılmış kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasına dair pambıq bitkisi üzrə BS-**********-MS nömrəli sığorta müqaviləsində bitkinin əkin sahəsinin (40 hektar), bir hektar üzrə məhsuldarlığın (40 sentner/hektar) və bir sentner məhsulun satınalma qiymətinin (80 AZN) hasili nəticəsində sığorta məbləği 128000 manat, azadolma məbləği isə sığorta məbləğinin 10 %-i həcmində müəyyən edilməklə 12800 manat məbləğində hesablanaraq qeyd edilmişdir. Beləliklə, müstəqil ekspert tərəfindən müəyyən edilmiş zərərin 21,43 % olduğunu nəzərə alaraq, sığorta hadisəsi nəticəsində dəyən zərər məbləği 19215 manat müəyyən edilmişdir. Nəticədə sığorta hadisəsi nəticəsində dəyən zərər məbləğindən (19215 manat) sığorta müqaviləsi ilə müəyyən edilmiş şərtsiz azadolma məbləğinin (12800 manat) çıxılması ilə yekun sığorta ödənişinin məbləği 6415 manat müəyyən edilmişdir. Sığortalı ilə Cəmiyyət arasında bağlanılmış kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasına dair pambıq bitkisi üzrə BS-**********-MS nömrəli sığorta müqaviləsində bitkinin əkin sahəsinin (40 hektar), bir hektar üzrə məhsuldarlığın (40 sentner/hektar) və bir sentner məhsulun satınalma qiymətinin (80 AZN) hasili nəticəsində sığorta məbləği 128000 manat, azadolma məbləği isə sığorta məbləğinin 10 %-i həcmində müəyyən edilməklə 12800 manat məbləğində hesablanaraq qeyd edilmişdir. Beləliklə, müstəqil ekspert tərəfindən müəyyən edilmiş zərərin 19,29 % olduğunu nəzərə alaraq, sığorta hadisəsi nəticəsində dəyən zərər məbləği 16894,95 manat müəyyən edilmişdir. Nəticədə, sığorta hadisəsi nəticəsində dəyən zərər məbləğindən (16894,95 manat) sığorta müqaviləsi ilə müəyyən edilmiş şərtsiz azadolma məbləğinin (12800 manat) çıxılması ilə yekun sığorta ödənişinin məbləği 4094,95 manat müəyyən edilmişdir. Sığortalı ilə Cəmiyyət arasında bağlanılmış kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasına dair pambıq bitkisi üzrə BS-**********-MS nömrəli sığorta müqaviləsində bitkinin əkin sahəsinin (40 hektar), bir hektar üzrə məhsuldarlığın (40 sentner/hektar) və bir sentner məhsulun satınalma qiymətinin (80 AZN) hasili nəticəsində sığorta məbləği 128000 manat, azadolma məbləği isə sığorta məbləğinin 10 %-i həcmində müəyyən edilməklə 12800 manat məbləğində hesablanaraq qeyd edilmişdir. Beləliklə, müstəqil ekspert tərəfindən müəyyən edilmiş zərərin 27,6 % olduğunu nəzərə alaraq, sığorta hadisəsi nəticəsində dəyən zərər məbləği 28138,75 manat müəyyən edilmişdir. Nəticədə, sığorta hadisəsi nəticəsində dəyən zərər məbləğindən (28138,75 manat) sığorta müqaviləsi ilə müəyyən edilmiş şərtsiz azadolma məbləğinin (12800 manat) çıxılması ilə yekun sığorta ödənişinin məbləği 15338,75 manat müəyyən edilmişdir. Sığortalı ilə Cəmiyyət arasında bağlanılmış kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasına dair pambıq bitkisi üzrə BS-**********-MS nömrəli sığorta müqaviləsində bitkinin əkin sahəsinin (22 hektar), bir hektar üzrə məhsuldarlığın (40 sentner/hektar) və bir sentner məhsulun satınalma qiymətinin (80 AZN) hasili nəticəsində sığorta məbləği 70400 manat, azadolma məbləği isə sığorta məbləğinin 10 %-i həcmində müəyyən edilməklə 7040 manat məbləğində hesablanaraq qeyd edilmişdir. Beləliklə, müstəqil ekspert tərəfindən müəyyən edilmiş zərərin 18,28 % olduğunu nəzərə alaraq, sığorta hadisəsi nəticəsində dəyən zərər məbləği 9706,53 manat müəyyən edilmişdir. Nəticədə, sığorta hadisəsi nəticəsində dəyən zərər məbləğindən (9706,53 manat) sığorta müqaviləsi ilə müəyyən edilmiş şərtsiz azadolma məbləğinin (7040 manat) çıxılması ilə yekun sığorta ödənişinin məbləği 2666,53 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, Fondun adından sığortalıya 2025-ci 15 iyul tarixli 12- 9/2- H-**-****/**** nömrəli məktub göndərilərək ümumilikdə 28515,23 manat sığorta ödənişinin həyata keçirilməsi məqsədilə sığorta tələbi, razılıq ərizəsi və bank hesab məlumatlarının Fonda təqdim edilməsi xahiş edilmişdir. Lakin cari tarixədək sözügedən sənədlər təqdim edilməmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 28515,23 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 manat cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

13. İddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə cavabdehə müraciət edilmiş, 06- ##.##.2024-cü il tarixdə müstəqil ekspert X1 tərəfindən əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Bərdə rayonu, Qaradağlı kəndi ərazisində yerləşən iddiaçıya məxsus pambıq sahəsinə baxış keçirilən zaman leysan nəticəsində qozalarda çürümə və qozaların açılmaması görülmüşdür. BS-**********-AS nömrəli şəhadətnamə üzrə sığortalıya aid 40 ha sahənin 15,5 ha hektarında məhsul yığılmış, qalan ərazidə ekspertiza zamanı mövcud məhsuldarlıq 28,02 s/ha təşkil etmiş, zərərçəkmiş 24,5 ha sahə üçün zərər faizi 34,98 %, ümumi sahə üzrə zərər faizi ((24,5 ha * 34,98 %) / 40 ha =) 21,43 % təşkil etmişdir. BS- **********-AS nömrəli şəhadətnamə üzrə sığortalıya aid 40 ha sahənin 17,7 ha hektarında məhsul yığılmış, qalan ərazidə ekspertiza zamanı mövcud məhsuldarlıq 27,37 s/ha təşkil etmiş, zərərçəkmiş 22,3 ha sahə üçün zərər faizi 34,6 %, ümumi sahə üzrə zərər faizi ((22,3 ha * 34,6 %) / 40 ha =) 19,29 % təşkil etmişdir. BS-**********-AS nömrəli şəhadətnamə üzrə sığortalıya aid 40 ha sahənin 11,5 ha hektarında məhsul yığılmış, qalan ərazidə ekspertiza zamanı mövcud məhsuldarlıq 31,86 s/ha təşkil etmiş, zərərçəkmiş 28,5 ha sahə üçün zərər faizi 38,73 %, ümumi sahə üzrə zərər faizi ((28,5 ha * 38,73 %) / 40 ha =) 27,6 % təşkil etmişdir. BS-**********-AS nömrəli şəhadətnamə üzrə sığortalıya aid 22 ha sahənin 10 ha hektarında məhsul yığılmış, qalan ərazidə ekspertiza zamanı mövcud məhsuldarlıq 30,17 s/ha təşkil etmiş, zərərçəkmiş 12 ha sahə üçün zərər faizi 33,51 %, ümumi sahə üzrə zərər faizi ((12 ha * 33,51 %) / 22 ha =) 18,28 % təşkil etmişdir.

14. Məhkəmə iclasında mütəxəssis kimi iştirak edən müstəqil ekspert X1 izahatında göstərmişdir ki, məhsuldarlıq müəyyən olunarkən sahənin müxtəlif yerlərindən müxtəlif variantlarda ölçü işi aparılır, neçə pambıq kolu varsa, hər kolun üzərində neçə ədəd açılmış pambıq varsa, pambığın çəkisi ölçülür, açılmış qoza yığılır, tərəzidə çəkilir, təlimata uyğun zərər müəyyən edilir.

15. İddiaçı qeyd edilənləri inkar edərkən, birincisi, 2024-cü ilin iyul ayında müraciət etdiyinə, lakin ekspert tərəfindən baxışın gec aparıldığına istinad etmişdir. Lakin təqdim edilən ##.##.2024-cü il tarixdə cavabdehə edilən müraciətin səsyazısında iyul ayındakı müraciətinin təbii fəlakətlə bağlı deyil, üçüncü şəxsin hərəkəti ilə bağlı olduğunu təsdiq edilmişdir. Bu mənada iddiaçının iyul ayındakı müraciət üzrə araşdırmanın gec aparılması, nəticədə iddiaçıya dəyən zərərin düzgün hesablanmaması barədə dəlillər əsassızdır.

16. İddiaçının bildirdiyinin əksinə, dəymiş zərər zərərdən sonra aparılmış yığım və nəticədə əldə edilən pambıq həcmi ilə deyil, müstəqil ekspert tərəfindən aqrar sığorta haqqında qanunvericiliyə uyğun olaraq aparılmış qiymətləndirmə əsasında müəyyən edilir. Belə ki, məhsuldarlıq bitkiyə edilən aqrotexniki qullaqdan asılı olaraq dəyişə bilir. Həmçinin leysan riski üzrə azadolma məbləği 10 faiz təşkil edir və açılmamış qozalar, iddiaçı tərəfindən pambığı yığılmış sahə nəzərə alınmır. Eyni zamanda, əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə idarəedici quruma və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməyən sığortalı bununla bağllı riskin məsuliyyətini də daşıyır.

17. Məhkəmə hesab etmişdir ki, ekspert tərəfindən aparılan qiymətləndirmə zamanı ümumi sahə üzrə zərərin BS-**********-AS nömrəli şəhadətnamə üzrə 21,43, BS- **********-AS nömrəli şəhadətnamə üzrə 19,29, BS-**********-AS nömrəli şəhadətnamə üzrə 27,6, BS-**********-AS nömrəli şəhadətnamə üzrə 18,28 faiz olduğu müəyyən edildiyindən və azadolma 10 faiz olduğundan BS-**********-AS nömrəli şəhadətnamə üzrə sığorta ödənişi 6415 manat (faktiki məhsuldarlıq: 28,02 * 1 ha sahənin sığorta dəyəri: 3200 * zərər: 21,43 % - azadolma məbləği: 128 000 * 10 %), BS-**********-AS nömrəli şəhadətnamə üzrə sığorta ödənişi 4094,95 manat (faktiki məhsuldarlıq: 27,37 * 1 ha sahənin sığorta dəyəri: 3200 * zərər: 19,29 % - azadolma məbləği: 128 000 * 10 %), BS-**********-AS nömrəli şəhadətnamə üzrə sığorta ödənişi 15338,75 manat (faktiki məhsuldarlıq: 31,86 * 1 ha sahənin sığorta dəyəri: 3200 * zərər: 27,6 % - azadolma məbləği: 128 000 * 10 %), BS**********-AS nömrəli şəhadətnamə üzrə sığorta ödənişi 2666,53 manat (faktiki məhsuldarlıq: 30,17 * 1 ha sahənin sığorta dəyəri: 3200 * zərər: 18,28 % - azadolma məbləği: 70400 * 10 %) təşkil edir.

18. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləg v edilməsi və iddia tələbi u zrə tələblərinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

̈Apellyasiyäşikayətinin̈dəlilləri

19. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıİddiaçı sahibkarlıq fəaliyyəti göstərmək üçün xam pambıq əkib-becərmək və istehsal və satışını həyata keçirmək məqsədi ilə 142 ha torpaq sahəsi icarəyə götürmüş, həmin torpaq sahəsində kənd təsərrüfatı işlərinin aparılması üçün “MKT-İK” Məhdud Məsuliyyətli Cəmiyyətilə ## ####### 2023-cü il tarixdə 2024-cü il mövsümü üzrə xam-pambığın alqısatqısına dair 24 271 *** saylı müqavilə bağlamışdır. Kənd təsərrüfatı işlərinin maliyyələşdirilməsi məqsədilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Gəncə” filialı ilə ##.##.2024-cü il tarixli *** saylı sahibkarlıq subyektinin maliyyələşdirilməsinə dair kredit müqaviləsi bağlamış və ona “Pambıq krediti” məhsulu üzrə kredit xətti ayrılmışdır. Həmçinin, iddiaçı sahibkarlıq subyekti kimi kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə cavabdeh Cavabdeh ilə “Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası” barədə müqavilə bağlamış və bu barədə ona hər bir sahə üzrə BS-2024023141-MS, BS- 2024023142-MS,BS-2024023143-MS və BS-2024023144-MS sığorta şəhadətnamələri verilmişdir. ##.##.2024-##.##.2024-cü il tarixlərdə sığorta hadisəsi baş vermiş, bu barədə cavabadeh Cavabdeh məlumat verilmiş və Fondun əməkdaşlarısığorta hadisəsainin baş verdiyi sahələrdə olmuş və leysan yağışlar nəticəsində pambıq əkin sahələrinə dəymiş ziyan öz təsdiqini tapmışdır. İşdə olan “MKT-İK” Məhdud Məsuliyyətli CəmiyyətinBərdə filialının tərtib etdiyi ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli Aktların surətindən görünür ki, 10-## #### 2024-cü il aralığıında aramsız yağan yağışlar nəticəsində əkin sahələrinə ciddi ziyan dəymişdir. şdə olan İlkin məlumat vərəqəsindən görünür ki,iddiaçı ##.##.2024- ##.##.2024-cü il aralığında leysan yağışlar nəticəsində pambıq əkin sahələrində məhsulun çürüməsi barədə məlumat verilmişdir. şdə olan “Cavabdeh ##.##.2024-cüil tarixli sorğusuna Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin ##.##.2024-cü il tarixli cavab məktubundan görünür ki, 01- ## ######## 2024-cü il tarixlərində Bərdə rayonuvə kəndləri ərazisində leysan yağışlarla birlikdə dolu düşməsi müşahidə olunmuşdur. Baş vermiş sığorta hadisəsinin ətraflı araşdırılması və dəyən zərərin həcmininmüəyyən edilməsi məqsədi ilə dəymiş zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmişdir. Ekspert qiymətləndirməsindən sonra cavabdeh Cavabdeh BS-2024023141-MS, BS-2024023142-MS, BS-2024023143- MS və BS-2024023144-MS sığorta şəhadətnamələri üzrə ümumilikdə 28 515,23(iyirmi səkkiz min beş yüz on beş, 23 qəpik) ödəniş edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh bütün müqavilələır üzrə azadolma məbləği isə sığorta məbləğinin 10 %-i həcmində müəyyən edilməklə 12800 manat məbləğində hesablanaraq sığortalıdan tutulması qeyd edilmişdir. Cavabdeh Fond tərəfindən iddiaçıya 28515,23 manatməbləğində sığorta haqqı ödənilməsi ilə razılaşmamışdır. Məhkəmə işin faktiki hallarını düzgün qiymətləndirmədənFond tərəfindən təklif olunan sığorta ödənişini rəsmiləşdirmişdir. Heç məhkəmə qərarı olmadan belə, Fond həmin məbləğdə sığorta ödənişini etmək barədə iddiaçıya rəsmi bildirmişdir. Həmçinin, məhkəmə işin faktiki halları ilə bağlıproses iştirakçılarının subyektiv fikirlkərini,baş vermiş sığorta hadisəsinə tənqidi yanaşmalarına düzgün qiymət verməmişdir. Cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçı arasında bağlanmış BS-**********-MS nömrəli sığorta müqaviləsinə görə sığorta hadisəsi nəticəsində dəyən zərərin məbləği 19215 manat müəyyən edilmiş, həmin məbləğdən (19215 manat) sığorta müqaviləsi ilə müəyyən edilmiş şərtsiz azadolma məbləği-12800 manat Fondun,qalan məbləğ-6415 manat isə iddiaçıya təklif edilmişdir. Eyni hal BS-2024023142-MSnömrəli sığorta müqaviləsində sığorta hadisəsi nəticəsində dəyən zərər məbləğindən (16894,95 manat) sığorta müqaviləsi ilə müəyyən edilmiş şərtsiz azadolma məbləğinin (12800 manat) çıxılması ilə yekun sığorta ödənişinin məbləği 4094,95 manat; BS-2024023143-MSnömrəli sığorta müqaviləsində sığorta hadisəsi nəticəsində dəyən zərər məbləğindən (28138,75 manat) sığorta müqaviləsi ilə müəyyən edilmiş şərtsiz azadolma məbləğinin (12800 manat) çıxılması ilə yekun sığorta ödənişinin məbləği 15338,75 manat; BS-2024023144-MSnömrəli sığorta müqaviləsində sığorta hadisəsi nəticəsində dəyən zərər məbləğindən (9706,53 manat) sığorta müqaviləsi ilə müəyyən edilmiş şərtsiz azadolma məbləğinin (7040 manat) çıxılması ilə yekun sığorta ödənişinin məbləği 2666,53 manat müəyyən müəyyən edilmiş, ümumilikdə Fond şərtsiz azadolma məbləği adı altında 45.440,00 manat, sahibkar isə 28515,23 manat əldə etmiş olur.

Apellyasiyäşikayətinə̈qarşı̈etirazın̈dəlilləri:

20. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətmaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə̈icraatı̈iştirakçılarının̈izahatları:

21. Cavabdehin və üçünc şəxsin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

22. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.

Tətbiq̈edilən̈hüquq:

23. Azərbaycan̈Respublikasının̈MülkïMəcəlləsi:

Maddə̈883.̈Sığortävə̈təkrarsığortämüqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. ...

Maddə̈884.̈Sığortämünasibətlərinin̈subyektləri 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. ...

Maddə̈885-1.̈Aqrar̈sığortäsistemi Aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər bu Məcəllə, “Sığorta fəaliyyəti haqqında” və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

Maddə̈924.̈Sığortähadisəsinin̈təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. ... Maddə̈925.̈Zərərin̈qiymətləndirilməsi 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. ...

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.5.1-ci yarımbəndinə əsasən, sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır.

Qaydaların 2.2.4-cü yarımbəndinin 7-2-ci abzasına əsasən, leysan riski təminatı pambıq bitkisində qozanın açıldığı vaxtdan yığıma qədər olan dövrdə yağıntıların təsiri nəticəsində açılmış qozaların yerə düşməsi ilə bağlı yaranan zərərlərə görə verilir.

Qaydaların 2.4.7-1-ci yarımbəndinin 2-ci abzasına əsasən məhsul təminatına dair sığorta müqavilələrində leysan riskinə münasibətdə sığorta təminatının başlanğıc vaxtı pambıq bitkisində qozaların açılmasından başlanır. Qaydaların 2.1.2-ci yarımbəndinin 2-ci abzasına əsasən pambıq bitkisində sığorta təminatı pambığın kökünə deyil, sadəcə lif olan hissəsinə verilir.

Qaydaların 1.19.9-cu yarımbəndinə əsasən sığorta müqaviləsi üzrə sığortalı və ya faydalanan şəxs zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə idarəedici quruma və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir.

25. “Aqrar̈sığortähaqqında”̈Azərbaycan̈Respublikasının̈Qanunu: 16.1. Aqrar sığortalı sığorta hadisəsinin baş verməsi ilə bağlı İdarəedici quruma müraciət edir və İdarəedici qurum bu Qanunun 10-cu maddəsinə əsasən müəyyən olunmuş müstəqil ekspert tərəfindən sığorta hadisəsinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin edir. 16.2. Sığorta hadisəsi araşdırılarkən aqrar sığortalıdan yalnız qanunda və sığorta qaydalarında nəzərdə tutulmuş sənədlər tələb edilir. 16.3. Müstəqil ekspertin təyin edilməsi, sığorta hadisəsi nəticəsində zərər dəymiş sığorta predmetinə baxışın keçirilməsi müddətləri sığorta qaydalarında və aqrar sığorta məhsulunun şərtlərində, habelə sığorta müqaviləsində müəyyən edilir.

26. Azərbaycan̈Respublikasının̈MülkïProsessual̈Məcəlləsi:

Maddə̈77.̈Sübuẗetmə̈vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə̈88.̈Sübutların̈qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə̈107.̈Məhkəmə̈xərclərinin̈tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə̈119.̈Məhkəmə̈xərclərinin̈tərəflər̈arasındäbölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə̈402.̈Kassasiyäşikayətïvermə̈hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Apellyasiyäbaxışının̈hədləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilmişdir. Lakin şikayətin məzmunundan da görünür ki, qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirilmişdir.

30. Odur ki, qətnamə iddianın təmin edilməyən hissəsinə münasibətdə yoxlanılır.

Apellyasiyäinstansiyası̈məhkəməsinin̈mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin məhkəmə iclasında verdikləri izahatları, işdə olan yazılı sübutları və birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarını qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026cı il tarixli,

31. e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı ilə Cavabdeh adından fəaliyyət göstərən idarəedici qurum arasında pambıq bitkisi üzrə BS-2024023141- AS, BS-2024023142-AS, BS-2024023143-AS və BS-**********-AS nömrəli sığorta şəhadətnamələri rəsmiləşdirilmiş, müvafiq olaraq 40 ha, 40 ha, 40 ha və 22 ha əkin sahələri sığortalanmışdır. İlk üç şəhadətnamə üzrə sığorta məbləği ayrı-ayrılıqda 128.000 manat, sonuncu şəhadətnamə üzrə isə 70.400 manat müəyyən edilmişdir.

33. Sığorta hadisəsi ilə əlaqədar aparılmış müstəqil ekspert qiymətləndirməsi nəticəsində BS-**********-AS nömrəli şəhadətnamə üzrə ümumi sahəyə münasibətdə zərər 21,43 faiz, BS-2024023142-AS üzrə 19,29 faiz, BS-2024023143-AS üzrə 27,6 faiz, BS- 2024023144-AS üzrə isə 18,28 faiz müəyyən edilmişdir. Müstəqil ekspert X1 birinci instansiya məhkəməsinin iclasında da məhsuldarlığın və zərərin müəyyənləşdirilməsi zamanı sahənin müxtəlif hissələrində ölçmələr aparıldığını, açılmış pambıq qozalarının miqdarı və çəkisinin müəyyən edildiyini və nəticənin müvafiq təlimata uyğun hesablandığını izah etmişdir.

34. Həmin qiymətləndirmələr və hər bir sığorta şəhadətnaməsində nəzərdə tutulmuş 10 faizlik şərtsiz azadolma nəzərə alınmaqla, sığorta ödənişləri müvafiq olaraq 6.415 manat, 4.094,95 manat, 15.338,75 manat və 2.666,53 manat, ümumilikdə 28.515,23 manat müəyyən edilmişdir.

35. İddiaçı isə cavabdehdən ümumilikdə 150.000 manat sığorta ödənişinin tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı 28.515,23 manat hissəsində təmin etmiş, qalan hissədə rədd etmişdir.

36. Apellyasiya şikayətində iddiaçı, mahiyyət etibarilə, birinci instansiya məhkəməsinin işin faktiki hallarını düzgün müəyyən etmədiyini, Fond tərəfindən əvvəlcədən müəyyən edilmiş 28.515,23 manat məbləği faktiki olaraq rəsmiləşdirdiyini, eyni sığorta hadisəsi üzrə ayrı-ayrı sahələrə müxtəlif zərər faizlərinin tətbiq edilməsinin əsassız olduğunu, hər bir sığorta şəhadətnaməsi üzrə şərtsiz azadolmanın ayrıca çıxılması nəticəsində ümumilikdə 45.440 manatın sığorta ödənişindən çıxıldığını və maddiprosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini irəli sürmüşdür.

37. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmələrini nəzərdə tutur və sübutetmə vəzifəsi qanunla tərəflərin üzərinə qoyulmuşdur. Məhkəmə tərəfin əvəzinə onun maddi-hüquqi tələbini sübuta yetirəcək faktları yaratmaq və ya sübutları toplamaq vəzifəsi daşımır.

38. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən 150.000 manat məbləğində sığorta ödənişinə hüququn yaranması və həmin məbləğin sığorta müqaviləsi və tətbiq olunan qaydalara uyğun hesablanması da sübutetmə predmetinə daxildir. İddiaçının 150.000 manat məbləğində tələb irəli sürməsi həmin məbləğin özlüyündə sübut edilmiş zərər hesab olunması üçün yetərli deyildir.

39. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin iclasında şəxsən iştirak etmiş, ona öz tələbini və apellyasiya şikayətini əsaslandırmaq, izahat vermək, sübutlar təqdim etmək imkanı yaradılmışdır. Buna baxmayaraq, iddiaçı 28.515,23 manatdan artıq olan hissədə tələbini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

40. Əksinə, iddiaçı məhkəmə iclasında 150.000 manat məbləğinin hansı qaydada müəyyən edilməsi barədə verdiyi izahatında mahiyyət etibarilə ona məhkəməyə 150.000 manatlıq tələblə müraciət etməsinin təklif olunduğunu bildirmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, belə izahat tələb edilən məbləğin faktiki və hüquqi əsasını təsdiq edən sübut hesab edilə bilməz. Şəxsin üçüncü şəxsin məsləhəti və ya təklifi əsasında müəyyən məbləği iddia tələbi kimi göstərməsi həmin məbləğdə zərərin mövcudluğunu və müqaviləyə uyğun olaraq həmin məbləğin sığortaçı tərəfindən ödənilməli olduğunu sübut etmir.

42. Qeyd olunanlara əsasən 28.515,23 manatdan artıq hissədə iddia tələbi sübuta yetirilmiş hesab edilə bilməz.

43. Kollegiya apellyasiya şikayətinin “məhkəmə Fondun əvvəlcədən təklif etdiyi məbləği sadəcə rəsmiləşdirmişdir” dəlilinə münasibət bildirərək həmin dəlili də əsaslı hesab etmir.

44. İşdən müəyyən olunur ki, Cavabdeh ## #### 2025-ci il tarixli məktubla iddiaçıya 28.515,23 manat sığorta ödənişi hesablandığını bildirmiş və ödəniş üçün müvafiq sənədlərin təqdim edilməsini təklif etmişdir.

45. Lakin birinci instansiya məhkəməsinin həmin məbləği cavabdehdən tutması yalnız cavabdehin əvvəlcədən bu məbləği qəbul etməsi faktına əsaslanmamışdır. Əksinə, məhkəmə hər bir sığorta şəhadətnaməsi üzrə sığortalanmış sahənin ölçüsünü, müqavilə üzrə məhsuldarlığı, bir hektar sahənin sığorta dəyərini, ekspert tərəfindən müəyyən edilmiş faktiki məhsuldarlığı, zərər faizini və şərtsiz azadolmanın məbləğini ayrılıqda nəzərə almış və yekun ödəniş məbləğini müəyyən etmişdir.

46. Belə olan halda cavabdehin əvvəlki hesablamasının məhkəmənin gəldiyi nəticə ilə üst-üstə düşməsi özlüyündə məhkəmə araşdırmasının aparılmadığını göstərmir. Əsas məsələ məbləğin əvvəlcədən cavabdeh tərəfindən təklif edilməsi deyil, həmin məbləğin işdə olan mötəbər sübutlarla təsdiq olunmasıdır.

47. Apellyasiya şikayətində bir sığorta hadisəsinin baş verməsinə baxmayaraq, ayrı-ayrı sahələr üzrə müxtəlif zərər faizlərinin müəyyən olunması ilə bağlı etiraz bildirilmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, eyni meteoroloji hadisənin müxtəlif əkin sahələrinə təsir etməsi həmin sahələrdə zərərin mütləq eyni faizdə olması nəticəsini yaratmır. İşdə olan ekspert rəyindən də görünür ki, hər bir sığorta şəhadətnaməsi üzrə faktiki vəziyyət ayrıca araşdırılmış, həmin sahələrdə baxış zamanı qalan məhsul, faktiki məhsuldarlıq və zərər faizi ayrıca müəyyən edilmişdir.

49. Belə ki, birinci 40 ha sahənin 15,5 hektarında yığım aparılmış və qalan hissədə faktiki məhsuldarlıq 28,02 ha, ikinci 40 ha sahənin 17,7 hektarında yığım aparılmış və qalan hissədə 27,37 ha, üçüncü 40 ha sahənin 11,5 hektarında yığım aparılmış və qalan hissədə 31,86 ha və 22 ha sahənin 10 hektarında yığım aparılmış və qalan hissədə 30,17 ha müəyyən edilmişdir. Müvafiq qaydada ümumi sahələr üzrə zərər faizləri 21,43, 19,29, 27,6 və 18,28 faiz olmuşdur.

50. İddiaçı isə həmin hesablamalardan konkret hansının riyazi baxımdan yanlış olduğunu göstərməmiş, fərqli nəticəni təsdiq edən sübut təqdim etməmişdir.

51. Bundan əlavə, iddiaçı birinci instansiya məhkəməsində və apellyasiya şikayətində 2024-cü ilin iyul ayında Fonda müraciət etdiyini, lakin sığorta hadisəsinin gec araşdırılması nəticəsində zərərin düzgün müəyyən olunmadığını irəli sürmüşdür.

52. Birinci instansiya məhkəməsi həmin dəlili ayrıca araşdırmış və # ###### 2024cü il tarixli müraciətin səsyazısına əsasən iddiaçının əvvəlki, iyul ayında etdiyi müraciətin təbii fəlakət — leysan hadisəsi ilə deyil, üçüncü şəxsin hərəkətləri ilə əlaqədar olduğunu müəyyən etmişdir.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətində bu nəticəni təkzib edən yeni və mötəbər sübutun göstərilmədiyini nəzərə alır.

54. Apellyasiya şikayətində iddiaçı Fond tərəfindən ümumilikdə 45.440 manatın şərtsiz azadolma adı ilə hesablamadan çıxılması ilə razılaşmadığını bildirmişdir.

55. Məhkəmə kollegiyası həmin dəlili də əsaslı hesab etmir.

56. İş materiallarından görünür ki, iddiaçıya bir ümumi sığorta məbləğini təsbit edən vahid şəhadətnamə deyil, müxtəlif sığorta predmetlərini əhatə edən dörd ayrıca nömrəli sığorta şəhadətnaməsi verilmişdir. Hər şəhadətnamə üzrə sığortalanmış əkin sahəsi, sığorta məbləği və sığorta haqqı ayrıca müəyyən olunmuşdur. Eyni qaydada hər bir sığorta münasibəti üzrə azadolma məbləği də sığorta məbləğinin 10 faizi həcmində ayrıca müəyyən edilmişdir. İddiaçı azadolmanın dörd şəhadətnamədən yalnız birinə və ya ümumi münasibət üzrə bir dəfə tətbiq edilməli olduğunu nəzərdə tutan hər hansı müqavilə şərti və ya hüquq normasını göstərməmişdir.

57. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hər bir sığorta şəhadətnaməsi üzrə müqavilədə əvvəlcədən müəyyən edilmiş azadolmanın ayrıca tətbiq olunması müqavilə şərtlərinə uyğun olmuşdur.

58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyətli halları araşdırmış, tərəflərin təqdim etdikləri sübutları qarşılıqlı şəkildə qiymətləndirmiş və həmin sübutlara müvafiq normalara uyğun münasibət bildirmişdir.

59. Apellyasiya icraatında iddiaçıya tələbini və apellyasiya şikayətinin dəlillərini sübuta yetirmək üçün prosessual imkan yaradılmasına baxmayaraq, o, 150.000 manat məbləğində sığorta ödənişinə hüququnun olduğunu təsdiq edən sübutları təqdim etməmişdir.

60. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğundur, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

61. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

62. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

63. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qəẗetdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar