Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-898/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü, apellyasiyanın mümkünlüyü üçün əsasların olmaması) Hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı təbii fəlakət nəticəsində dəymiş 77448,17 manat ziyan, 325 manat məbləğində hüquqi xərclər, 322,34 manat dövlət rüsumu olmaqla, cəmi 78095,51 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh dəymiş zərərə görə 14353,92 manat pul, 325 manat hüquqi xərc və ödənilmiş dövlət rüsumunun 61,24 manat hissəsinin tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi,.ödənilmiş dövlət rüsumunun 261,1 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
3. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Məhkəmənin mövqeyi
5. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin məzmununu araşdıraraq müəyyən edir ki, hazırkı iş üzrə iddiaçı İddiaçı tərəfindən Cavabdeh qarşı kənd təsərrüfatı bitkilərinin sığortası üzrə sığorta ödənişinin tutulması tələbi irəli sürülmüş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 14.353,92 manat sığorta ödənişinin tutulması qət edilmişdir.
6. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti versə də, şikayətin məzmunundan görünür ki, orada hazırkı iş üzrə qətnamənin qanunsuz və ya əsassız olmasına dair hər hansı dəlil irəli sürülməmişdir.
7. Belə ki, hazırkı mübahisə İddiaçı 42 hektar pambıq sahəsinin leysan nəticəsində zərər görməsi və BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta ödənişinin verilməsi ilə bağlı olduğu halda, apellyasiya şikayətinin faktiki və hüquqi əsasları X2 ilə bağlı başqa sığorta münasibətindən, onun qarğıdalı sahəsində sel və ya subasma hadisəsinin baş verməsindən və başqa sığorta müqaviləsindən irəli gələn mübahisəyə həsr edilmişdir.
8. Bundan başqa, apellyasiya şikayətinin tələb hissəsində də hazırkı iş üzrə qəbul edilmiş qətnamənin deyil, başqa iş üzrə qəbul edilmiş, fərqli tarix və nömrəyə malik məhkəmə qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir.
9. Göründüyü kimi, təqdim edilmiş apellyasiya şikayətində hazırkı iş üzrə birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallara, sübutlara verdiyi hüquqi qiymətə və gəldiyi nəticələrə münasibət bildirilməmiş, həmin qətnamənin hansı maddi və ya prosessual hüquq normasının pozulması nəticəsində qanunsuz və ya əsassız olduğu göstərilməmişdir. Əksinə, şikayətin həm əsaslandırıcı, həm də tələb hissəsi mahiyyət etibarilə başqa şəxsə, başqa sığorta müqaviləsinə, başqa sığorta hadisəsinə və başqa məhkəmə aktına aiddir.
10. Bu hal apellyasiya şikayətindəki ayrıca texniki yanlışlıq kimi qiymətləndirilə bilməz. Şikayətin bütün məzmununun başqa mübahisəyə aid olması səbəbindən hazırkı qətnaməyə münasibətdə apellyasiya şikayətinin konkret əsaslarını və tələbini müəyyən etmək mümkün deyildir.
11. Beləliklə, hazırkı iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verilməsinin əsasları və həmin qətnaməyə münasibətdə konkret tələb mövcud olmadığından, təqdim edilmiş apellyasiya şikayətinin mahiyyəti üzrə araşdırılması və onun əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya qaydasında yoxlanılması mümkün deyildir.
12. Bu səbəbdən Cavabdeh apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.
13. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. Iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.