Məhkəmə qərarları › İş №e-2-2(3-6)-708/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-708/2026

20.08.2026 · Sığorta ödənişinin ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-708/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Şirinov Ziya Allahverdi oğlundan (sədrlik edən və məruzəçi), X2 və X7 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi vəkili Vəkil, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Işin Halları

1. Sığortalı İddiaçı ilə Fondun adından “xxxx” ASC arasında BS-**********-AS nömrəli sığorta müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən sığortalanmış 150 hektar pambıq sahəsinə ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək müqavilənin “sığorta riskləri” bölməsində qeyd olunmuş (yanğın, üçüncü şəxslərin hərəkətləri, sel və ya subasma, vəhşi heyvanların hücumu, leysan, dolu, zəlzələ, torpaq sürüşməsi, qasırğa və fırtına) risklərin baş verməsi nəticəsində dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur.

2. ##.##.2024-c üil tarixli ekspert rəyinə əsasən, sığortalıya aid 150 ha sahənin 50 ha hektarında məhsul yığılmış, qalan ərazidə ekspertiza zamanı mövcud məhsuldarlıq 34,83 s/ha təşkil etmiş, zərərçəkmiş 100 ha sahə üçün zərər faizi ((40 s/ha – 34,83 s/ha) / 40 s/ha =) 12,93 %, ümumi sahə üzrə zərər faizi ((100 ha * 12,93) / 150 =) 8,62 % təşkil etmişdir”.

3. “xxxx” ASC # ######## 2025-ci il tarixli **-*/*-A-**-****/**** saylı məktubuna əsasən, “Bərdə rayonu, Lənbəran kəndi ərazisində yerləşən pambıq sahəsinə leysan nəticəsində zərər dəyməsi qeyd olunmuşdur. Hadisə barədə məlumat verildikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsbit edilmiş “xxxx” ASC tərəfindən ”Aqrar sığorta Qaydaları”nın 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün idarəedici qurum tərəfindən müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən BS- 2024018883-AS sığorta şəhadətnaməsi üzrə sığortalanmış pambıq sahəsində zərərin qiymətləndirilməsi həyata keçirilmişdir. Tərtib edilmiş rəyə əsasən BS-**********-AS saylı sığorta şəhadətnaməsi üzrə qiymətləndirilmədən öncə yığım aparıldığı və məhsulun müəyyən hissəsinin toplandığı müəyyən edilmiş, sığortalanmış sahədə qalan məhsul üzrə təsbit edilmiş zərər məbləği azadolma məbləğindən aşağı olmuşdur. Qaydaların 1.20.4-cü yarımbəndinə əsasən zərərin məbləği azadolma məbləğindən aşağı olduqda sığorta ödənişi verilmir. Yuxarıda qeyd olunanlara əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə BS-**********-AS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanan pambıq sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı baş vermiş sığorta hadisəsi nəticəsində hesablanmış zərər məbləği azadolma məbləğindən az olduğundan Fond tərəfindən sığorta ödənişi verilməsi mümkün olmadığından imtina edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii fəlakət nəticəsində dəymiş zərər üçün 186 425,8 manat sığorta ödənişinin və ödənilmiş 476,43 manat dövlət rüsumu, 325 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddianın faktiki əsası olaraq göstərilmişdir ki: iddiaçı Ağcabədi rayonunun Cəfərbəyli kəndində yaşayır. ## ###### 2024-cü il tarixdə “xxxx” MMC-nin REF/****/** saylı ##.##.2023-cü il tarixli etibarnaməsi əsasında çıxış edən “MKT-Ağdam” filialı və xam pambığın istehsalçısı kimi iddiaçı arasında 24 291 **** saylı müqavilə bağlanmış, iddiaçı müqavilədə göstərilən şərtlərə uyğun ## ###### 2024-cü il tarixdə X4 müqavilə əsasında icarəyə götürdüyü Bərdə rayonunun Lənbəran kəndində yerləşən 150 hektar torpaq sahəsində pambıq əkmişdir. Pambıq sahəsini gələcəkdə təbii fəlakət riskindən qorumaq üçün Cavabdeh adından “xxxx” ASC ilə müqavilə bağlanmışdır. Həmin müqavilənin BS-**********-AS saylı sığorta şəhadətnaməsinə * nömrəli əlavədən göründüyü kimi, 150 hektar sahədə əkilmiş pambığın bir hektarı üzrə məhsuldarlıq 40 sentner, bir sentner məhsulun satınalma qiyməti 80 manat, bir hektar sahənin sığorta dəyəri 3200 manat hesablanmaqla ümumi sahə üzrə sığorta dəyəri 480 000 manat olmuşdur. Baş vermiş leysan nəticəsində 150 hektar pambıq sahəsinin məsuldarlığı azalmış və nəticədə iddiaçı hər hektardan 24,46 sentner pambıq götürməklə cəmi 366967,75 kq xam pambıq əldə etmişdir. Halbuki bağlanmış müqavilədən göründüyü kimi, iddiaçı hər bir hektardan 40 sentner pambıq əldə etməklə 480 000 manat pul qazanmalı idi. Həmin pulu təbii fəlakət nəticəsində qazana bilməsə, müqaviləyə əsasən sığorta şirkəti arada yaranmış fərqi ödəməyi öhdəsinə götürmüşdür. Iddiaçı hər hektardan 40 sentner pambıq əldə etməli olduğu halda, təbii fəlakət nəticəsində hər hektardan cəmi 24,46 sentner, yəni 15,54 sentner az məhsul əldə etdiyindən cəmi 293 574,2 manat qazanmışdır və sığorta şirkəti ilə bağladığı müqaviləyə əsasən təbii fəlakət nəticəsində dəymiş ziyanı, yəni (480 000 – 293 574,2)=186 425,8 manatı bağlanmış müqaviləyə əsasən Cavabdeh ödənməlidir.Ziyanın ödənilməsi ilə bağlı iddiaçı “xxxx”xxxx“xxxx” ASC ziyanı ödəməkdən imtina edərək # ######## 2025-ci il tarixli **-*/*-A-**-****/**** saylı məktubundagöstərmişdir ki: “Bərdə rayonu, Lənbəran kəndi ərazisində yerləşən pambıq sahəsinə leysan nəticəsində zərər dəyməsi qeyd olunmuşdur. Hadisə barədə məlumat verildikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsbit edilmiş “xxxx” ASC tərəfindən ”Aqrar sığorta Qaydaları”nın 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün idarəedici qurum tərəfindən müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən BS-2024018883-AS sığorta şəhadətnaməsi üzrə sığortalanmış pambıq sahəsində zərərin qiymətləndirilməsi həyata keçirilmişdir. Tərtib edilmiş rəyə əsasən BS-**********-AS saylı sığorta şəhadətnaməsi üzrə qiymətləndirilmədən öncə yığım aparıldığı və məhsulun müəyyən hissəsinin toplandığı müəyyən edilmiş, sığortalanmış sahədə qalan məhsul üzrə təsbit edilmiş zərər məbləği azadolma məbləğindən aşağı olmuşdur. Qaydaların 1.20.4-cü yarımbəndinə əsasən zərərin məbləği azadolma məbləğindən aşağı olduqda sığorta ödənişi verilmir. Yuxarıda qeyd olunanlara əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə BS-**********-AS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanan pambıq sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı baş vermiş sığorta hadisəsi nəticəsində hesablanmış zərər məbləği azadolma məbləğindən az olduğundan Fond tərəfindən sığorta ödənişi verilməsi mümkün deyildir”

6. Iddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 883.1, 884.3, 904.1, 923, 933, 935-ci və s. maddələri göstərilmişdir.

7. Cavabdeh Cavabdeh iddiaya etiraz təqdim edərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir.

8. Iddiaya etiraz onunla əsaslandırılmışdır ki,Sığortalı İddiaçı ilə Fondun adından “xxxx” ASC arasında BS-**********-AS nömrəli sığorta müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən sığortalanmış 150 hektar pambıq sahəsinə ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək müqavilənin “sığorta riskləri” bölməsində qeyd olunmuş (yanğın, üçüncü şəxslərin hərəkətləri, sel və ya subasma, vəhşi heyvanların hücumu, leysan, dolu, zəlzələ, torpaq sürüşməsi, qasırğa və fırtına) risklərin baş verməsi nəticəsində dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. ##.##.2024-cü il tarixində sığortalı tərəfindən Cəmiyyətin “1651” Çağrı Mərkəzinə ona məxsus pambıq sahəsinə ##.##.2024 – ##.##.2024-cü il tarixlərində leysan nəticəsində zərər dəyməsi ilə bağlı müraciət daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.19.3-cü yarımbəndinə əsasən müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən ##.##.2024-cü il tarixində aparılan ekspertiza zamanı müəyyən olunmuşdur ki, aramsız yağan uzunmüddətli yağışlar pambıq sahəsində həddindən artıq rütubətli mühit yaratmış və məhsulun vaxtında yığılmasına əngəl törətmiş, həmçinin məhsuldarlıq itkisinə səbəb olmuşdur.Həmçinin zərər faizi hesablanarkən 150 hektar sahənin 50 hektarında məhsul yığıldığı üçün sözügedən ərazilər nəzərə alınmamış və ümumi yekun zərər faizi 100 hektar üzərindən 8,62 % olmuşdur. Əlavə olaraq sığortalı tərəfindən ona məxsus pambıq sahəsində yağışlar səbəbindən bəzi qozaların açılmaması və qozalarda çürümə nəticəsində zərər olduğu bildirilmişdir. Tərtib edilmiş rəyə əsasən BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə qiymətləndirmədən öncə 50 hektar ərazidə yığım aparıldığından və sığortalanmış sahədə qalan məhsul üzrə təsbit edilmiş zərər məbləği (8,62 %) azadolma məbləğindən (sığorta müqaviləsinə əsasən leysan riskinə münasibətdə 10 %) az olduğundan Fondun 2025-ci il # ######## tarixli **-*/*-A-**-****/**** nömrəli Qərarı ilə sığorta ödənişinin verilməsindən imtina edilmişdir.

9. Iddiaya etirazda maddi hüquqi əsas kimi Mülki Məcəllənin 898.2, 925.5, 935.1.5-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.5.1, 2.2.4, 2.4.7-1, 1.19.9, 1.22.1, 1.20.4-cü bəndlərinə istinad edilmişdir.

10. Məhkəmə iclaslarında iştirak edən iddiaçı, nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, 150 hektar ərazinin 50 hektarı üzrə pambıq 2024-cü il oktyabr – noyabrın əvvəlində yığılmış, həmin hissədə hər hansı mübahisə mövcud deyildir. Lakin noyabr ayının 4, 5, 12, 13, 25, 26, 27, 28-də leysan xarakterli yağış yağdığından qalan ərazidə pambığın yığılması mümkün olmamış, nəticədə məhsuldarlıq aşağı düşmüşdür. Təqdim edilən arayışdan da görünür ki, 51 ha ərazidən 235 640 kq pambıq yığılmış, məhsuldarlıq 1 ha üçün 45,75 sentner olmuşdur. Lakin qalan ərazidən ümumilikdə 131 327 kq pambıq yığılmış, məhsuldarlıq 1 ha üçün 13,33 sentner olmuşdur.

11. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, qozaların açılmamış hissəsinə təminat verilmir. Belə ki, “Aqrar sığorta Qaydaları”na əsasən pambıq bitkisinə münasibətdə leysan riski qozaların açılmasından başlayır.

12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, aqrar sığorta haqqında qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə cavabdehə müraciət edilmiş, ##.##.2024cü il tarixdə müstəqil ekspert X1 tərəfindən əraziyə baxış keçirilmiş və açılmamış qozaların təminata daxil olmadığı nəzərə alınmaqla sağlam və çürümüş qozalar elektron tərəzidə çəkilməklə müəyyən olunmuşdur ki, sığortalıya aid 150 ha sahənin 50 ha hektarında məhsul yığılmış, qalan ərazidə ekspertiza zamanı mövcud məhsuldarlıq 34,83 s/ha təşkil etmiş, zərərçəkmiş 100 ha sahə üçün zərər faizi ((40 s/ha – 34,83 s/ha) / 40 s/ha =) 12,93 %, ümumi sahə üzrə zərər faizi ((100 ha * 12,93) / 150 =) 8,62 % təşkil etmişdir. Leysan riski üzrə azadolma məbləği 10% təşkil edir və açılmamış qozalar, iddiaçı tərəfindən pambığı yığılmış sahə nəzərə alınmır. Belə olan halda ekspert tərəfindən aparılan qiymətləndirmə zamanı ümumi sahə üzrə zərərin 8,62% müəyyən edilməsi nəzərə alındığında sığorta ödənişinin verilməsindən imtina olunması qanunauyğun olmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.5;2.2.4; 2.4.7; 2.1.2-ci; 1.19.9; 1.22.1; 1.20.4; bəndlərinə istinad etmişdir.

14. Iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı araşdırmaq üçün heç bir tədbir görməyib. Belə ki, X3 tərəfindən LR-5477nömrəli ilkin məlumat vərəqəsindən göründüyü kimi fermer yağış yağması nəticəsində sahəsinə zərər dəyməsi barədə ##.##.2024-cü il tarixdə saat 17-53-45 dəqiqədə telefonla orerator HacılıƏminə Mübariz qızına vermiş və onun tərəfindən həmin saat qəbul edilmişdir. Müstəqil eksper ##.##.2024-cü il tarixdə həmin sahəyə baxış keçirmişdir. Həmin tarixdə müstəqil ekspert tərəfindən tərtib edilmiş Qeyd də göstərilir ki,”Ekspertiza zamanı məlum oldu ki, 150 hektar sahənin 50 hektarında məhsul yığılmışdır.Zərər faizi hesablanarkən məhsulu yığılan 50 ha sahə nəzərə alınmamışdır. Lakin müstəqil ekspert yekun rəyində zərər 150 hektara münasibətdə hesablanmışdır. Sahəni ##.##.2024 tarixdə fermerin hesabından Cavabdeh ilə müqavilə bağlayaraq pambıq sahələrini sığortalamışdır. 2024-cü ilin oktyabr ayında 51.50 hektar sahədən 235 640 kq hər hektardan 45.75 sentner məhsul təhvil vermişdir. 2024-cü ilin dekabr ayında isə 98.50 hektar sahədən 131 327 kq hər hektardan 13.33 sentner məhsul vermişdir. Məhkəmə bu arayışa heç bir əhmiyyət vermədən qeyri-mötəbət, ziddiyyətli sübutlarla mövcud qətnaməni qəbul etmişdir. Hansı ki, arayış işin obyektiv həlli üçün mühüm əhmiyyət kəsb edir .

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

17. Etiraz onunla əsaslandırılmışdır ki, sığortalı İddiaçı ilə Fondun adından “xxxx” ASC (bundan sonra – Cəmiyyət) arasında pambıq bitkisi üzrə BS**********-AS nömrəli sığorta müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən sığortalanmış 150 hektar pambıq sahəsinə ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək müqavilənin “sığorta riskləri” bölməsində qeyd olunmuş (yanğın, üçüncü şəxslərin hərəkətləri, sel və ya subasma, vəhşi heyvanların hücumu, leysan, dolu, zəlzələ, torpaq sürüşməsi, qasırğa və fırtına risklərin baş verməsi nəticəsində dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. ##.##.2024-cü il tarixində sığortalı tərəfindən Cəmiyyətin “1651” Çağrı Mərkəzinə ona məxsus pambıq sahəsinə ##.##.2024-##.##.2024-cü il tarixlərində leysan nəticəsində zərər dəyməsi ilə bağlı müraciət daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 30 oktyabr tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın (bundan sonra – Qaydalar) 1.19.3-cü yarımbəndinə əsasən müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən ##.##.2024-cü il tarixində aparılan ekspertiza zamanı müəyyən olunmuşdur ki, aramsız yağan uzunmüddətli yağışlar pambıq sahəsində həddindən artıq rütubətli mühit yaratmış və məhsulun vaxtında yığılmasına əngəl törətmiş, həmçinin məhsuldarlıq itkisinə səbəb olmuşdur. Həmçinin zərər faizi hesablanarkən 150 hektar sahənin 50 hektarında məhsul yığıldığı üçün sözügedən ərazilər nəzərə alınmamış və ümumi yekun zərər faizi 100 hektar üzərindən 8,62% olmuşdur. Əlavə olaraq sığortalı tərəfindən ona məxsus pambıq sahəsində yağışlar səbəbindən bəzi qozaların açılmaması və qozalarda çürümə nəticəsində zərər olduğu bildirilmişdir. Tərtib edilmiş rəyə əsasən BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə qiymətləndirmədən öncə 50 hektar ərazidə yığım aparıldığından və sığortalanmış sahədə qalan məhsul üzrə təsbit edilmiş zərər məbləği (8,62%) azadolma məbləğindən (sığorta müqaviləsinə əsasən leysan riskinə münasibətdə 10%) az olduğundan Fondun 2025- ci il 1 sentyabr tarixli **-*/*-A-**-****/**** nömrəli Qərarı ilə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Müstəqil ekspert tərəfindən ##.##.2024-cü il tarixində aparılan ekspertiza zamanı müəyyən olunmuşdur ki, aramsız yağan uzunmüddətli yağışlar pambıq sahəsində həddindən artıq rütubətli mühit yaratmış və məhsulun vaxtında yığılmasına əngəl törətmiş, həmçinin məhsuldarlıq itkisinə səbəb olmuşdur. Həmçinin zərər faizi hesablanarkən 150 hektar sahənin 50 hektarında məhsul yığıldığı üçün sözügedən ərazilər nəzərə alınmamış və ümumi yekun zərər faizi 100 hektar üzərindən 8,62% olmuşdur. Əlavə olaraq sığortalı tərəfindən ona məxsus pambıq sahəsində yağışlar səbəbindən bəzi qozaların açılmaması və qozalarda çürümə nəticəsində zərər olduğu bildirilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi

19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

TƏTBIQ EDILƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

23. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.

24. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.

25. Maddə 905. Sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər.

26. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

27. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.

28. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.

29. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

30. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

31. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

32. Maddə 927.2. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu

33. Maddə 1.1.19. Sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

34. Maddə 2.5. Aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

35. Maddə 16.6. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir.

“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun

36. Maddə 5.3. Bu Qanunun 5.1-ci maddəsində sadalanan aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

37. Maddə 6.1. Aqrar sığortanın tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilən sığorta qaydalarına əsasən həyata keçirilir.

38. Maddə 6.4. Aqrar sığorta məhsulunun şərtləri sığorta qaydalarına uyğun olaraq hazırlanır və hər bir aqrar sığorta məhsulunun şərtləri özündə sığortalıya göstərilən xidmətlərin növləri və tarifləri, sığorta müqavilələri ilə bağlı məsələləri ehtiva edir.

39. Maddə 6.5. Aqrar sığorta məhsulunun aqrar sığortalıya tətbiqi sığorta qaydalarına əməl etməklə onunla bağlanan aqrar sığorta müqaviləsi əsasında həyata keçirilir.

40. Maddə 6.6. Aqrar sığorta müqaviləsi sığortalı və idarəedici qurum tərəfindən yazılı formada bağlanır. Aqrar sığorta müqaviləsi elektron sənəd formasında da bağlana bilər. Sığorta müqaviləsi üzrə aqrar sığortalı tərəfindən sığorta haqqının ödənilməsi aqrar sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılaşdığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. Aqrar sığorta müqaviləsi aqrar sığorta informasiya sistemində qeydə alınır.

41. Maddə 10.1 Aqrar sığorta fəaliyyəti üzrə xidmətlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək müvafiq sertifikatı almış və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan reyestrə daxil edilmiş müstəqil ekspertlər cəlb edilir.

42. Maddə 16.1. Aqrar sığortalı sığorta hadisəsinin baş verməsi ilə bağlı Idarəedici quruma müraciət edir və Idarəedici qurum bu Qanunun 10-cu maddəsinə əsasən müəyyən olunmuş müstəqil ekspert tərəfindən sığorta hadisəsinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin edir.

43. Maddə 16.2. Sığorta hadisəsi araşdırılarkən aqrar sığortalıdan yalnız qanunda və sığorta qaydalarında nəzərdə tutulmuş sənədlər tələb edilir.

44. Maddə 16.3. Müstəqil ekspertin təyin edilməsi, sığorta hadisəsi nəticəsində zərər dəymiş sığorta predmetinə baxışın keçirilməsi müddətləri sığorta qaydalarında və aqrar sığorta məhsulunun şərtlərində, habelə sığorta müqaviləsində müəyyən edilir.

45. Maddə 17.1. Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.

46. Maddə 17.2. Aqrar sığorta orqanı sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir.

47. Maddə 17.4. Sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”

48. 1.4.1. Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta predmetləri üzrə həmin predmetlərin tərkibi, təminat verilən sığorta riskləri, istisnalar və digər məsələlər bu Qaydaların 2-ci, 3-cü və 4-cü hissələrinin hər biri üzrə ayrılıqda müəyyən edilir. Qanunun 4.1-ci maddəsində müəyyən edilən hər bir predmet üzrə ayrılıqda sığorta müqaviləsi bağlanılır.

49. 1.5.1. Sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır.

50. 1.10.1. Sığorta müqaviləsi sığortalının müraciəti əsasında ASIS vasitəsilə sığortalı ilə Fondun adından idarəedici qurum arasında bağlanılır.

51. 2.1.1. Bu Qaydalara əsasən, kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası üzrə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq, günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq və darı sığortanın predmeti hesab olunur.

52. 2.1.2. Sığorta predmeti hesab olunan kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının aşağıdakı hissələrinə sığorta təminatı verilir: 1. buğda, arpa, çəltik, dən məqsədilə yetişdirilən qarğıdalı, günəbaxan, soya, noxud, yaşıl noxud və darı - dən (bu Qaydaların 2.2.3-cü yarımbəndində nəzərdə tutulmuş hallarda gövdə); və s. ...

53. 2.2.1. Sığorta məhsulunun şərtləri ilə müəyyən olunmuş aşağıda qeyd olunan bir və ya bir neçə risk nəticəsində kənd təsərrüfatı bitkilərinə dəymiş zərərin miqdarına sığorta müqaviləsi ilə təminat verilir: ... 6-1 leysan və s. ...

54. 2.2.4-cü bəndinə əsasən Bu Qaydaların 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü yarımbəndlərində nəzərdə tutulan risklərdən təminatlar aşağıdakı hallar nəticəsində yaranan zərərləri əhatə edir: ... 7-

2. leysan riski təminatı – damcılarının diametri 1,00 mm-dən çox, intensivliyi 1-3 mm/dəqiqə və daha çox olan lokal xarakterli yağıntıların təsiri nəticəsində dəyən zərərlər (bu təminat gilas və üzüm bitkilərində meyvə yetişməsi, məhsulun yığım dövrlərində yağıntıların təsiri ilə meyvənin qismən irilənməsi və irilənmə nəticəsində meyvənin üzərində (qabığında) çatların əmələ gəlməsi, pambıq bitkisində isə qozanın açıldığı vaxtdan yığıma qədər olan dövrdə yağıntıların təsiri nəticəsində açılmış qozaların yerə düşməsi ilə bağlı yaranan zərərlərə görə verilir);

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

55. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASIYA BAXIŞININ HƏDLƏRI

59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

61. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, ## ###### 2024cü il tarixli torpaq sahəsinin pambıq bitkisi əkmək üçün icarəyə verilməsi haqqında müqavilə əsasında Bərdə rayonu Ləmbəran kəndində yerləşən 150 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmiş, iddiaçı “xxxx” MMC (hazırkı “xxxx” MMC) ilə bağladığı müqavilə ilə 150 ha torpaq sahəsində pambıq əkib hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə ##.##.2024-cü il tarixədək “xxxx” MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Aqrar sığortaçı qismində Cavabdeh adından “xxxx” ASC, aqrar sığortalı qismində İddiaçı olan BS**********-AS nömrəli sığorta şəhadətnaməsinə əsasən faydalanan şəxslər qismində iddiaçı və “xxxx” MMC çıxış etməklə ##.##.2024-cü il saat 23:59- dan ##.##.2024-cü il saat 23:59-dək Bərdə rayonu Ləmbəran kəndində yerləşən sığorta predmetləri yanğın, üçüncü şəxslərin hərəkətləri, sel və ya subasma, vəhşi heyvanların hücumu, leysan, dolu, zəlzələ, torpaq sürüşməsi, qasırğa və fırtına riskləri üzrə sığortalanmış, şəhadətnaməyə ** nömrəli əlavə ilə məhsulun adı “Pambıq- Lazer”, növü pambıq, əkin sahəsi 150 ha, bir hektar üzrə məhsuldarlıq 40 sentner, bir sentner məhsulun satınalma qiyməti 80 manat, bir hektar sahənin sığorta dəyəri 3200 manat, ümumi sahə üzrə sığorta dəyəri 480 000 manat, tarif 1,42 faiz, sığorta məbləği 480 000 manat, sığorta haqqı 6816 manat müəyyən edilmişdir. Sığortaçı Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli **-*/*-A-**- ****/**** nömrəli məktubla zərərin məbləği azadolma məbləğindən aşağı olduğundan iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir.

64. Iddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə Aqrar sığorta haqqında qanunvericiliyə uyğun olaraq cavabdehə müraciət edilmiş, ##.##.2024-cü il tarixdə müstəqil ekspert X1 tərəfindən əraziyə baxış keçirilmiş və açılmamış qozaların təminata daxil olmadığı nəzərə alınmaqla sağlam və çürümüş qozalar elektron tərəzidə çəkilməklə müəyyən olunmuşdur ki, sığortalıya aid 150 ha sahənin 50 ha hektarında məhsul yığılmış, qalan ərazidə ekspertiza zamanı mövcud məhsuldarlıq 34,83 s/ha təşkil etmiş, zərərçəkmiş 100 ha sahə üçün zərər faizi ((40 s/ha – 34,83 s/ha) / 40 s/ha =) 12,93 %, ümumi sahə üzrə zərər faizi ((100 ha * 12,93) / 150 =) 8,62 % təşkil etmişdir.

65. Birinici instansiya məhkəməsində məhkəmə iclasında mütəxəssis kimi iştirak edən müstəqil ekspert X1 izahatında göstərmişdir ki, 34,83 s/ha məhsuldarlıq müəyyən olunarkən sahənin müxtəlif yerlərindən müxtəlif variantlarda 3 metr məsafədə ölçü işi aparılır, neçə pambıq kolu varsa, hər kolun üzərində neçə ədəd açılmış pambıq varsa, pambığın çəkisi ölçülür, açılmış qoza yığılır, tərəzidə çəkilir, təlimata uyğun zərər müəyyən edilir. Faktiki nə qədər pambıq götürülməsi ekspertə məlum olmur, ekspert tərəfindən təlimata uyğun mövcud məhsuldarlıq ölçülür.

66. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ekspertin hesablamasının əsassızlığını, tətbiq edilmiş metodikanın düzgün olmadığını və ya müəyyən edilmiş 34,83 sentner/ha məhsuldarlıq göstəricisinin həqiqətə uyğun olmadığını təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Ekspertin faktiki olaraq nə qədər pambıq məhsulunun yığıldığını bilməməsi də onun tərəfindən baxış zamanı mövcud məhsuldarlığın müəyyən edilməsini və bu göstərici əsasında zərərin hesablanmasını özlüyündə əsassız etmir.

67. Görünüyü kimi iş üzrə 150 ha sahənin 50 ha hissəsində məhsulun yığıldığı nəzərə alınmaqla, ekspert tərəfindən zərərin yalnız məhsulun qalan 100 ha sahəsində müəyyən edilmiş göstəricilər əsasında hesablanması əsaslıdır. Nəticədə ümumi 150 ha sahə üzrə müəyyən edilmiş 8,62 faiz zərər göstəricisi sığorta təminatı üzrə ödənilməli zərərin müəyyən edilməsi üçün əsas götürülmüşdür. Leysan riski üzrə azadolma məbləği 10% təşkil edir və açılmamış qozalar, iddiaçı tərəfindən pambığı yığılmış sahə nəzərə alınmır. Ümumi sahə üzrə zərərin 8,62% müəyyən edilməsi nəzərə alındığında sığorta ödənişinin verilməsindən imtina olunması qanunauyğun olmuşdur.

68. Cavabdehin ##.##.2025-ci il tarixli, **-*/*-A-**-****/**** nömrəli məktubundan görünür ki, sığorta ödənişinin verilməsindən zərərin azadolma məbləğindən aşağı olması səbəbindən imtina edilmişdir. Iddiaçı isə bu nəticəni təkzib edən və hesablanmış zərərin azadolma məbləğini aşdığını təsdiq edən mötəbər sübut təqdim etməmişdir.

69. Məhkəmə kolelgiyası hesab edir ki, iş üzrə müəyyən edilmiş 8,62 faiz zərər göstəricisi sığorta ödənişinin həyata keçirilməsi üçün tələb olunan azadolma (10%) həddini aşmadığından, iddiaçının sığorta ödənişinin verilməsi barədə tələbi üçün hüquqi əsas yaranmamışdır. Bu səbəbdən cavabdehin sığorta ödənişindən imtinası əsaslı hesab edilməli və apellyasiya şikayəti təmin edilməməlidir.

70. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

71. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

72. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar