Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-394/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə iddiaçı2 və iddiaçı1 cavabdeh4 MTK-ya, cavabdeh6, cavabdeh5, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “ümumi yığıncağın protokolunun ləğv edilməsi, ziyanın ödənilməsi və əmlakın verilməsi” tələblərinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadından ididiaçıların nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDI: iddiaçı2 və iddiaçı1 (iddiaçılar) “xxxx” MTK-ya, cavabdeh3, cavabdeh6, cavabdeh1 Şixəli oğluna, cavabdeh2 və cavabdeh5 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdeh4 MTK-nın üzvlərinin ümumi yığıncağının ## ### 2019-cu il tarixli ** saylı Protokolunun ləğv edilməsi, Protokol əsasında MTK-ya cavabdehlər tərəfindən vurulmuş ziyanın ödənilməsi, cavabdeh4 MTK-da 19.8% payı olan iddiaçı1 ünvan 2 məhəllə ünvanında tikilmiş və istismara verilmiş 20 mərtəbəli, zirzəmili yaşayış binasının (Blok A) 17 124,9 kv.m ümumi sahəsindən (19.8%) – 3390,73 kv.m, 19 mərtəbəli, zirzəmili yaşayış binasının (Blok B) 12 558,2 kv.m ümumi sahəsindən (19.8%) 2486.52 kv.m, cavabdeh4 MTK-da 4.95% payı olan iddiaçı2 ünvan 1 məhəllə ünvanında tikilmiş və istismara verilmiş 20 mərtəbəli, zirzəmili yaşayış binasının (Blok A) 17 124,9 kv.m ümumi sahəsindən (4.95%) – 847,68 kv.m, 19 mərtəbəli, zirzəmili yaşayış binasının (Blok B) 12 558,2 kv.m ümumi sahəsindən (4.95%) 621,63 kv.m sahənin ayrılaraq verilməsi; - Iddiaçılara ünvan 1 məhəllə ünvanında tikilmiş və istismara verilmiş 20 mərtəbəli, zirzəmili yaşayış binasından (Blok A) və 19 mərtəbəli, zirzəmili yaşayış binasından (Blok B) payın naturada ayrılması mümkün olmadığı təqdirdə, verilməli olan sahənin iddia verilən tarixə bazar qiymətinin hesablanaraq kompensasiyanın cavabdehlərdən müştərək qaydada tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsində “protokol əsasında MTK-ya cavabdehlər tərəfindən vurulmuş ziyanın ödənilməsi” xahiş edilsə də, vurulmuş ziyan üzrə iddianın qiyməti ərizədə göstərilməmiş, iddiaçı tərəfindən cavabdehlərdən cavabdeh4 MTK-ya və VÖEN-i olan cavabdeh2 mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmiş, eyni zamanda iddia ərizəsi elektron qaydada deyil, poçt vasitəsilə çatdırılmışdır. Qərardaddan iddiaçıların nümayəndəsinin (vəkilinin) verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəyə birbaşa bağlı olan Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli və *-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərarları, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2023 il tarixli, e-*-*(***)-****/**** nömrəli ##.##.2023 il tarixli icra vərəqələri və digər məhkəmə aktları iddia ərizəsinə əlavə edilsə də, məhkəmə “vurulmuş ziyan üzrə iddianın qiyməti ərizədə göstərilməmişdir” kimi əsassız nəticəyə gəlmişdir. Məhkəmənin bu mövqeyinə Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadında cavab verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “iddiaçı tərəfindən cavabdehlərdən cavabdeh4 MTK-ya və VÖEN-i olan cavabdeh2 mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmiş, eyni zamanda iddia ərizəsi elektron qaydada deyil, poçt vasitəsilə çatdırılmışdır”. Məhkəmənin bu mövqeyinə də həmçinin Bakı Apellyasiya Məhkəməsinin *-*(***)- ***/**** saylı ##.##.2025-ci il tarixli qərardadında cavab verilmişdir. Buna baxmayaraq iddiaçılar təkrarən həm iddia ərizəsini, həm də pretenziyanı yenidən cavabdehlərə göndərmişlər. Hesab edir ki, Bakı Kommersiya Məhkəməsi iddiaçıların məhkəməyə əlçatanlığını məhdudlaşdırmışdır, əsassız olaraq süründürməçiliyə yol vermişdir. Məhkəmənin iddia ərizəsinin geri qaytarmasını iddiaçıların məhkəmə müdafiə hüquqlarının pozulması kimi qiymətləndirir. Iş materiallarında işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur, eyni zamanda məhkəmə gedişində əlavə sübutların toplanması üçün məhkəmə prosesləri keçirilməlidir ki, hazırkı qərardadı ilə məhkəmə bu prosessual hüquqdan iddiaçıları məhrum etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv olunaraq iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinin tələbinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya hesab edir ki, iddia ərizəsində bütün tələblər kifayət qədər aydın ifadə olunmuşdur və mübahisələndirilən qərardadı qəbul etmiş hakim üçün nəyin aydın olmadığı qeyrimüəyyəndir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçıların bənzər məzmunlu iddia ərizələri əvvəllər də - Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə - “protokol əsasında MTK-ya cavabdehlər tərəfindən vurulmuş ziyanın ödənilməsi” tələbinin qeyri-dəqiq olduğu əsas göstərilməklə geri qaytarılmış, Bakı Apellyasiya Məhkəməsi ##.##.2025-ci il tarixli qərardadla həmin qərardadı ləğv edərək vurğulamışdır ki, “iddiaçının istəyi ##.##.2019-cu il tarixli ** saylı protokol əsasında vurulmuş zərərin tutulmasına yönəlib, həmin zərəri isə müvafiq tədqiqat (ekspertiza, audit) aparmadan müəyyən etmək mümkün deyildir, yəni bu, məhkəmə araşdırmasının predmetinə aiddir”. Başqa sözlə, mübahisələndirilən qərardad qəbul olunarkən apellyasiya instansiyası məhkəməsinin mövqeyi də nəzərə alınmayaraq prosessual pozuntuya yol verilmişdir. Kollegiya onu da qeyd edir ki, iş materiallarına cavabdeh2 ## ###### 2025-ci il tarixdə, cavabdeh4 MTK-ya ##.##.2026-cı il tarixdə pretenziya, eləcə də iddia ərizəsinin cavabdehlərə göndərildiyinə dair sənədlər əlavə olunmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il qərardadı ləğv edilsin və iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Tural Qocayev Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-394/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-394/2026
28.04.2026 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver