Məhkəmə qərarları › İş №e-2-2(3-6)-407/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-407/2026

28.04.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-407/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Iddiaçılar iddiaçı3, iddiaçı1 və iddiaçı2 cavabdehlər “xxxx” ASC-yə, cavabdeh2 və cavabdeh1 qarşı “ümumi yığıncağın qərarının ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçı3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Iddiaçılar iddiaçı3, iddiaçı1 və iddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## #### 2022-ci ildə keçirilən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağın nəticələrinin qanunsuz hesab edilməsi, qəbul edilən qərarların ləğv edilməsi və geriyə dönüş edilərək Mərkəzi Bank ASC-nin səhmlərinin dövriyyədən çıxarılması apardığı qeydiyyatın ləğv edilməsi və ASC-nin qiymətli kağızlarının emissiya hesabında bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadına əsasən iddiaçılar iddiaçı3, iddiaçı1 və Əliyev Saleh oğlunun cavabdehlər “xxxx” ASC-yə, cavabdeh2 və cavabdeh1 qarşı “ümumi yığıncağın qərarının ləğv edilməsi və s.” tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. ##.##.2026-cı il tarixində Nümayəndə müddətin bərpası ilə bağlı ərizə və şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadından şikayət vermə müddətinin üzürlü səbəbdən buraxıldığını nəzərə alıb müddəti bərpa edilməsi və şikayətə baxılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)- ***/**** nömrəli qərardadından Nümayəndə tərəfindən verilmiş şikayət verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsi barədə ərizə və şikayət geri qaytarılmışdır. Qeyd olunan qərardaddan iddiaçı3 şikayət verərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadını ləğv edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardaddan şikayətə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nümayəndə tərəfindən verilmiş şikayət verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsi barədə ərizəni və şikayəti geri qaytarmaq üçün həddən artıq formal bəhanələr gətirmişdir. Birinci arqumentlə bağlı, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadından Nümayəndə tərəfindən verilmiş şikayət nümayəndəsi olduğu iddiaçı1 və iddiaçı3 adından verilmişdir. Şikayətin mətnində şikayət verən şəxslər qismində məhz iddiaçı1 və iddiaçı3 göstərilmişdir. iddiaçı2 adından isə hər hansı şikayət verilməmişdir. Bu səbəbdən Nümayəndə iddiaçı2 olması barədə hər hansı səlahiyyəti təsdiq edən sənəd (etibarnamə) təqdim etməsinə ehtiyac yox idi. Ikinci arqumentlə bağlı, məhkəmə qərardadında qeyd edir ki, Nümayəndə iddiaçı1 və iddiaçı3 nümayəndəsi olması barədə etibarnamə təqdim etsə də, lakin onlarla qohumluq əlaqəsini təsdiq edən sənədləri təqdim etməmişdir. Mülki Prosessual Məcəllədə (MPM) heç yerdə göstərmir ki, nümayəndə təmsil etdiyi şəxslə qohumluq münasibətini təsdiq edən sənədi məhkəməyə təqdim etməlidir. Əksinə MPM-in 73.1-ci maddəsində birbaşa qeyd olunur ki, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. MPM-in 73.2-ci maddəsinə əsasən isə fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında... təsdiq edilir. Məhkəmənin proses iştirakçısından qanunda nəzərdə tutulmamış bir sənədi tələb etməsi Konstitusiyanın 71-ci maddəsinin IX və X hissələrinə ziddir. Konstitusiyanın 71-ci maddəsinin IX hissəsində deyilir: hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin X hissəsində deyilir: dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Məhkəmə dövlət orqanı kimi qanunda təqdim edilməsi tələb edilməyən sənədi proses iştirakçısından tələb etməsi konstitusiya ilə onun üçün müəyyən edilmiş hüdudları aşmasıdır. Bundan əlavə Azərbaycan Respublikasında vəkil və yaxın qohum olmayan şəxslərin adına məhkəmədə təmsilçilik üçün etibarnamə verilməsi notariuslar tərəfindən məhdudlaşdılıb. Əgər şəxsə artıq məhkəmədə təmsilçilik üçün etibarnamə verilibsə, deməli qohumluq əlaqələri yoxlanıb və təsdiq edilib. Soyad və ata adından göründüyü kimi iddiaçı1 Nümayəndə anası, iddiaçı3 isə qardaşıdır. Məhkəmənin digər iki (üçüncü və dördüncü) arqumenti isə açıq-aşkar absurddur. Iddiaçının ## ###### 2026-cı ildə də, ## ###### 2020-ci ildə təqdim etdiyi şikayətin mətnindən göründüyü kimi, həmin şikayət MPM-in 267.3-cü maddəsinin tələbinə uyğun olaraq Bakı Kommersiya Məhkəməsinə ünvanlanıb, bu sənədin adının “şikayət” olması göstərilib (adının “apellyasiya şikayəti” kimi qeyd olunsa belə bunun məntiqi fərqi bəlli deyil), şikayət verən şəxslərin iddiaçı1 və iddiaçı3 olduğu, Nümayəndə isə nümayəndə oluduğu göstərilib. Göründüyü kimi, məhkəmə həddən artıq formal arqumentlər gətirərək ərizə və şikayəti qaytarıb. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. - 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. - 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. - 73.2-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir. - 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. - 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. - 363.1 və 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa geri qaytarılır. Iş materiallarından görünür ki, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə və şikayət bütün iddiaçıların adından Nümayəndə tərəfindən imzalanmış, iş materiallarına yalnız iddiaçılar iddiaçı3 və iddiaçı1 adından şikayətin imzalanmasına dair səlahiyyəti təsdiq edən etibarnamə əlavə edilmiş, lakin iddiaçı iddiaçı2 adından ərizənin və şikayətin imzalanmasına dair səlahiyyəti təsdiq edən hər hansı sənəd (iddiaçılar tərəfindən verilmiş etibarnamələr və vəkil orderləri və ya iddiaçılar ilə şikayəti imzalayan şəxsin yaxın qohumluq əlaqələrini təsdiq edən sənədlər) əlavə edilməmişdir. Həmçinin, şikayəti verən şəxslər kimi iddiaçılar (iddiaçı3, iddiaçı1 və iddiaçı2) deyil, Nümayəndə kimi qeyd edilmişdir. Belə olan halda müddətin bərpası barədə ərizə və şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış hesab olunur. Bundan başqa, şikayət verilərkən mülki prosessual qanunvericiliyinin tələblərinə əməl edilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı * saylı əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in “Apellyasiya şikayətinin forması” adlı * saylı əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki haların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin haları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyəti nəzərə alınmaqla, yığcam çəkildə, xronolji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeyini aydın şəkildə ifadə edən izah verməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələbini aydın göstəməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Iş materiallarından isə görünür ki, şikayətin ünvanlandığı məhkəmə kimi Bakı Kommersiya Məhkəməsi deyil, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası göstərilmişdir, şikayət isə qərardaddan birinci instansiya məhkəməsinə şikayət formasında deyil, apellyasiya şikayəti kimi göndərilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadından Nümayəndə tərəfindən verilmiş müddətin bərpası barədə ərizə və şikayət onları imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış hesab olunduğundan və MPM-in 361.1-ci maddəsinin tələbləri pozulmaqla verildiyindən, ərizə və şikayətin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar