Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-418/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və Sadıqov Vahid Nəriman qızından ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Işin halları
1. Iddiaçı İddiaçı (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında ##.##.2024-cü il tarixli, №** nömrəli Avtonəqliyyat vasitələri və xüsusi texnikalara texniki xidmətin göstərilməsi və ehtiyat hissələri ilə təmin olunması barədə müqavilə imzalanmışdır.
2. Həmin Müqavilənin:
3. 1.1-ci bəndinə əsasən «Sifarişçi» Əlavə və X7 göstərilən texnikalar ilə xidmətlərinin göstərilməsini sifariş verib və «Icıaçı»yarazılaşdırılmış xidmət haqqı ödəməyi, «Icraçı» isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada xidmətlərin (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür.
4. 1.2-ci bəndinə əsasən, Göstərilən Xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair Əlavə və Qiymət Razılaşdırma protokolunda qeyd edilir.
5. 3.1.1-ci bəndinə əsasən, xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq, lazım olan vasitələrlə (materiallarla) təmin edib «Icraçı»nın sərəncamına vermək sifarişçinin vəzifəsidir.
6. 4.1-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi Tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı Müqavilənin tərkib hissəsi olan Əlavə və X7 qeyd edilir.
7. 5.1-ci bəndinə əsasən bu Müqavilə «01» Avqust 2024-cü il tarixdən «31» Dekabr 2025-cü il tarixədək bağlanır.
8. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. Iddiaçı ilə cavabdeh arasında imzalanmış ##.##.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, 35672.34 manat, ##.##.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, 13239.6 manat, ##.##.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, 5711.20 manat, ##.##.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, 6652.84 manat xidmət görülmüşdür.
10. MT2409 ******** saylı ##.##.2024-cü il tarixli 35672.34 manat məbləğində elektron qaimələr göndərilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
11. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh MMC -yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 35 672 (otuz beş min altı yüz yetmiş iki) manat 34 qəpik borcun, iş üzrə ödənilmiş 200(iki yüz) manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxx” MM-dCən tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Iddiaçı İddiaçıilə cavabdeh “xxxx” MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli, ** saylı xidməti müqaviləyə əsasən sifarişçi texnikalar ilə xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2 bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Xidmət aktı(və ya aktları) ilə müəyyənləşdiriməsi, bu müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair əlavə və razılaşdırma protokolunda qeyd edilməsi nəzərdə tutulmudur. ##.##.2024-cı il tarixli qiymətlərin razılaşdırılması barədə əlavə protokola əsasən “DEVELON DX300LCA7- M” markal ** BA *** dövlət nömrə nişanlı, “HYUNDAI R***LC-9S” marka9lı0 C 445 dövlət nömrə nişanlı ekskavatorlarla, “CAT 336 DL” markalı*** FB *** dövlət nömrə nişanlı tırtıllı ekskavatorla, eləcə də “CAT 950 H” markalı*** FB *** dövlət nömrə nişanlı frontal yükləyici ilə xidmətlərin qiyməti müəyyən edilmişdir. Bundan sonra, icraçı tərəfindən müvafiq işlər görülmüş, sifarişçi ilə icraçı arasında: 1. “CAT 336 DL” markalı *** FB *** dövlət nömrə nişanlı tırtıllı ekskavatorla 11953, 89; 2. “CAT 950 H” markalı *** FB *** dövlət nömrə nişanlı frontal yükləyici ilə 3250 AZN;
3. “DEVELON DX300LCA-7M” markal, ** BA *** dövlət nömrə nişanlı ekskavatorla 13499,20; 4. “HYUNDAI R***LC-9S” marka9lı0 C 445 dövlət nömrə nişanlı ekskavatorla 6969,25 qəpik dəyərində görülmüş işlərin qəbulu haqqında ##.##.2024-cü il tarixli akt imzalanmışdır. Həmin müqavilənin 3.1.3-ci bəndinə əsasən sifarişçi göstərilmiş xidmətinin dəyərini icraçıya ödəməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən hesablaşmalar bank hesabına köçürmə yolu il hayata keçirilir. Icraçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə ##.##.2025-ci il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh iddiaçıya heç bir cavab verməmiş və borcunun qaytarılmasını təmin etməmişdir. Iddiaçı bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdenin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icra edilməməsi nəticəsində bu günə xidməti müqaviləsinə əsasən görülmüş işlərin qəbulu haqqında aktlara əsasən 35 672 (otuz beş min altı yüz yetmiş iki) manat 34 qəpik borc məbləği yaranıb.
13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir.
14. Cavabdeh Cavabdeh MMC-yə qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026 tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2024 tarixli qiymətlərin razılaşması haqqında protokol “xxxx” MMC ilə X1 adlı şəxslə bağlanmışdır, həmin protokolun İddiaçı hər hansı aidiyyatı yoxdur. Eyni zamanda hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında müqavilə ##.##.2024 tarixdə bağlanmışdır. Protokol müqavilədən əvvəlki ayda necə bağlana bilər? Həmçinin ##.##.2024 tarixli protokolda qeyd edilib ki, bu protokol Babək Mehdiyevlə bağlanmış ##.##.2024 tarixli xidmət müqaviləsinin tərkib hissəsidir. Işdəki elektron qaimə isə sistem tərəfindən təsdiq olunmuşdur. O xidmətlə bağlı yaranmış borc hesab edilmir. Həmçinin həmin məbləğlər cavabdehlə razılaşdırılmamış və məbləğlərə dair mötəbər sənədlər məhkəməyə təqdim olunmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər.
18. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
22. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
24. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASIYA BAXIŞININ HƏDLƏRI
28. Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
31. Işin faktiki halları ondan ibarətdir ki, " iddiaçı İddiaçı (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında ##.##.2024-cü il tarixli, ** saylı xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən iddiaçı (“icraçı”) müqavilə şərtərinə uyğun olaraq reklam xidmətlərini cavabdehə göstərmiş,bununla da öz öhdəlikərini yetirmiş, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qiymətlərin razılaşması haqqında protokol X1 adlı şəxslə imzalanması dəlillinə münasibətdə qeyd edir ki, ##.##.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu icraçı (fərdi sahibkar) qismində İddiaçı Vidadı oğlu Sifarişçi MMC-nin direktoru( X4 tərəfindən imzalanmış, MMC-nin möhürü ilə təsdiq edilmişdir.
33. Kollegiya apellyatorun şikayətində istinad etdiyi ##.##.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna münasibətdə bildirir ki, həmin sənəd ##.##.2024-cü il tarixli YTS-**/**** nömrəli xidmət müqaviləsi əsasında, bir tərəfdən “icraçı” kimi X1 (VÖEN: 2901052432), digər tərəfdən isə direktoru Muxtarzadə Zülfüqar şəxsində təmsil olunan Cavabdeh MMC arasında bağlanmışdır.
34. Beləliklə, apellyatorun istinad etdiyi qiymətlərin razılaşdırılması protokolu fərqli müqavilə münasibətləri çərçivəsində və başqa icraçı ilə bağlanmış sənəddir.
35. Məhkəmə kollegiyası məbləğlərin cavabdehlə razılaşdırılmaması, məbləğlərə dair mötəbər sənədlərin təqdim olunmaması dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında imzalanmış görülmüş işlərin təhvil qəbul aktından görünür ki, iddiaçı tərrəfindən xidmətlər görülmüş, cavabdeh isə qəbul etdiyini imzası ilə təsdiq etmişdir.
36. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
37. Məhkəmə kollegiyası qeyd edir ki, mallar təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Lakin cavabdeh sistem tərəfənidən təsdiqlənsədə iddiaçı iddia tələbi ilə müraciət etdikdən sonra e-qaimələri təkzib etməsi, malların qiymətlərinin mübahisələndirilməsi vicdanlılıq prinsipinə ziddir.
38. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”
39. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
40. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.