Məhkəmə qərarları › İş №e-2-2(3-6)-433/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-433/2026

27.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-433/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi:

1. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh cavabdeh2 MMC arasında bağlanmış ## ###### 2024-cü il tarixli, *** nömrəli və ## #### 2024-cü il tarixli, *** nömrəli müqavilələrin etibarsız hesab edilməsi, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi kimi 2 089 799,26 rubl (44 023,71 manat) pulun, həmçinin ödənilmiş 180 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı, “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi qismində 2 227 760,88 rubl (48 690,64 manat) və 15 000 manat pul, ödənilmiş cərimənin əvəzi qismində 159 650 rubl (3 490,14 manat) pul və ödənilmiş 315 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi qismində 2 058 799,26 rubl və 159 650 rubl olmaqla ümumilikdə 2 218 449,26 rubl pulun, həmçinin ödənilmiş 300 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

4. Cavabdeh cavabdeh2 qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. ... Maddə 129. Prosessual müddətlərin qurtarması 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. ... Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. ... Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: ... 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; ... Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. ... 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

6. Məhkəmə kollegiyası cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini araşdıraraq müəyyən etmişdir ki, həmin apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir.

7. Iş materiallarından müəyyən olunur ki, ##.##.2026-cı il tarixli məhkəmə qətnaməsi ##.##.2026-cı il tarixdə cavabdehin və onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş və bu barədə məlumat cavabdeh tərəfə elektron qaydada çatdırılmışdır.

8. Lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur.

9. Halbuki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsinin rəsmi qaydada təqdim edildiyi gündən etibarən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.2-ci maddəsinə müddətin son günü qeyriiş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

10. Cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddətin sonuncu günü ##.##.2026-cı il tarixə düşür. Bu tarix və ondan sonrakı günlər qeyri-iş günləri olduğundan müddətin sonuncu günü ##.##.2026-cı il tarixi hesab edilir. Cavabdeh tərəfindən apellyasiya şikayəti bundan beş gün sonra - ##.##.2026-cı il tarixdə verilmişdir.

11. Iş materiallarında cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin verilməsi və həmin vəsatətin təmin edilməsi müəyyən olunmur.

12. Apellyasiya şikayətinin mümkünlüyünə dair Mülki Prosessual Məcəllənin yuxarıda istinad olunan normalarının (§ 5) tələbinə əsasən birinci instansiya məhkəməsi bu şikayəti geri qaytarmalı olduğu halda baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

13. Qeyd edilən əsaslarla, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Kommersiya işi müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar