Məhkəmə qərarları › İş №e-2-2(3-6)-434/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-434/2026

24.04.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-434/2026 24.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə iddiaçı2 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ iddiaçı2 (iddiaçı) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 22 956,20 manat (iyirmi iki min doqquz yüz əlli altı manat, iyirmi qəpik) məbləğində borcun, 159 manat dövlət rüsumunun və məhkəmə xərclərinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən 17 392,27 manat borc məbləğinin və dövlət rüsumunun əvəzi olaraq 140 manatın tutularaq iddiaçı2 ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və iş, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-nin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. MPM-nin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Elektron məhkəmə informasiya sistemi”ndən məlum olur ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti nümayəndə1 tərəfindən imzalanmış olsa da, şikayətə həmin şəxsin səlahiyyətini təsdiq edən hər hansı bir sənəd (etibarnamə, vəkil orderi, iş yerinə dair arayış və s.) əlavə edilməmişdir. Digər tərəfdən, “Elektron məhkəmə informasiya sistemi”ndən və İnternet vergi idarəsinin səhifəsindən hüquqi şəxs barədə əldə edilmiş məlumatlara əsasən, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) qanuni nümayəndəsi X2r. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Səməd Cəfərov Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar