Azərbaycan‒Respublikası‒adından Qərardad Bakı‒şəhəri İş‒№‒e-2-2(3-6)-441/2026 01.05.2026 BAKI‒APELLYASIYA‒MƏHKƏMƏSI Hakimlər‒X1‒məruzəsi‒ilə,‒X3‒və‒X2‒ibarət‒tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “ümumi yığıncağın çağırılması və sənədlərin təqdim edilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında‒baxaraq,‒ müəyyən e t d i: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən cəmiyyətin nizamnaməsini, keçirilmiş bütün ümumi yığıncağın protokol və qərarlarını, illik maliyyə hesabatlarını, vergi bəyənnamələrini, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə olan çıxarışlarını, daxili və kənar audit hesabatlarını (keçirilmişdirsə), ştat cədvəlini və cəmiyyətin strukturunu təsdiq edən sənədlərin onatəqdim edilməsi vəzifəsini cavabdehin‒üzərinə‒qoyulması‒barədə‒qətnamə‒qəbul‒edilməsini‒xahiş‒etmişdir.‒ Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən növbədənkənar ümumi yığıncağın çağırılmasını, ümumi yığıncağın gündəliyinə əvvəlki illər də daxil olmaqla ümumi xalis mənfəətin hesablanaraq bölüşdürülməsinin daxil edilməsini, cəmiyyətin fəaliyyəti və xalis mənfəətin hesablanaraq bölüşdürülməsi ilə bağlı bütün sənədlərin, o cümlədən cəmiyyətin nizamnaməsini, keçirilmiş bütün ümumi yığıncağın protokol və qərarlarını, illik maliyyə hesabatlarını, vergi bəyənnamələrini, cəmiyyətin bütün banklarda olan hesabları üzrə ən son tarixə olan çıxarışlarını, daxili və kənar audit hesabatlarını (keçirilmişdirsə), ştat cədvəlini və cəmiyyətin strukturunu təsdiq edən sənədlərin yığıncağın keçirilməsindən əvvəl iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, vəkilə ödənilmiş 1400 manat xidmət haqqının və ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya‒ödənilməsi‒barədə‒qətnamə‒qəbul‒edilməsini‒xahiş‒etmişdir. ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2021-ci il tarixdən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh MMC-də təsisçi olaraq iştirakdan çıxmış hesab edilməsi‒barədə‒qətnamə‒qəbul‒edilməsini‒xahiş‒etmişdir.‒ Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadına‒əsasən‒qarşılıqlı‒iddia‒ərizəsi‒cavabdeh‒Cavabdeh‒MMC‒geri‒qaytarılmışdır.‒ ##.##.2026-cı il tarixində cavabdeh şikayət verərək ##.##.2026-cı il tarixli, e-2-2(4- 11)-‒***/****‒saylı‒qərardadının‒ləğv‒olunmasını‒xahiş‒etmişdr. Şikayət‒onunla‒əsaslandırılmışdır‒ki, -məhkəmə mövqeyini əsaslandırmaq üçün MM-nin Məhdud Məsuliyyətli cəmiyyətlə bağlı normalarını sadalamış və təsisçilik məsələsinin ümumi yığıncağın səlahiyyətində olmasını bildirmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, ümumi yığıncaq keçirilərək təsisçi olan iddiaçı təsisçilikdən kənarlaşdırılsa belə, hazırki tarixədək olan dividentləri almaq hüququnu itirməyəcəkdir. Məhkəmələr məhz hüquqdan sui-istifadə hallarının qarşısının alınması üçün vardır. Belə ki, iddiaçı MMC-nin yaranması zamanı qoymuş olduğu öz pulunu elə MMC fəaliyyətə başladığı qısa müddət sonra geri tələb edərək aldıqdan və bununla da faktiki olaraq ayrılmış olduğu təsisçilikdən illər sonra pul qazanmaq eşqi ilə hazırki formada iddia qaldırmışdır. Məhkəmənin də vəzifəsi iddiaçının hüquqdan sui- istifadəsini, yəni real və faktiki olaraq təsisçi olmadığı, idarəetmədə iştirak etmədiyi, qoymuş olduğu pulu alaraq kənara çəkilmiş şəxsin haqqı olmadığı bir qazanca illər sonra tələb irəli sürməsində hüquqdan suiistifadəni görməkdir. Məhkəmə isə bu qarşılıqlı iddianın məhkəmədə baxılmalı olmadığını bildirməklə öz vəzifəsini icra etmək istəməmişdir. Halbuki hazırki mübahisənin məhkəmədənkənar həlli mövcud deyildir, çünki ümumi yığıncağın qərarı keçmişə yönəlik tətbiq edilə bilməz. Cavabdehin faktiki olaraq təsisçilikdən çıxmış iddiaçının vaxtında rəsmi olaraq təsisçilikdən çıxarmaması, iddiaçının hüququdan sui-istifadəsinə şərait yaratmamalıdır. Məhz bu baxımdan məhkəmə hazırki qarşılıqlı iddiaya ilkin iddia ilə birgə baxmalı və mahiyyəti üzrə qətnamə çıxarmalı idi. Bu baxımdan məhkəmənin ümumi yığıncaq keçirilməli olması və mübahisənin məhkəmədənkənar həlli ilə bağlı mövqeyi də əsassız‒olmuşdur.‒ -Məhkəmə daha sonra qeyd edir ki, qarşılıqlı iddia qarşı tərəfə çatdırılmamışdır. Qərardadda göstərilir ki, Bundan əlavə, qarşılıqlı iddia ərizəsinə cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Qeyd etdiyi Konstitusiya məhkəməsinin qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1 -ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3-4.6- cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur. Qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olur. Bu prinsip məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır (Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il # #### tarixli Qərarı). Qarşılıqlı iddianın ümumi qaydalar əsasında verilməsi tələbi ilə əlaqədar qeyd olunmalıdır ki, qarşılıqlı iddia ərizəsinin verildiyi zaman ilkin iddia ilə bağlı Mülki Prosessual Məcəllənin 149.2.4, 149.2.4-1, 152.1.6 və 152.1.6-1 -ci maddələrində müəyyən edilmiş şərtlərə (pretenziya, mediasiya prosesində iştirak və s.) riayət edilməsinin tələb olunması məhkəməyə qədər nizamlama institutunun hüquqi təyinat və məqsədinə uyğun gəlmir. Gördüyü kimi qarşılıqlı iddia verilən zaman pretenziya və mediasiyadan keçmək kimi tələblərə riayət olunması tələb olunmamaqdadır. Belə olduğu təqdirdə qarşılıqlı iddianın ilkin iddiaçıya təqdim olunmasına heç bir zərurət olmamışdır və ola bilməzdi. Elektron məhkəmə sisteminə yüklənmə tərəfə təqdim olunma sayılır. Kommersiya mübahisələrində tələb olunan pretenziya və qarşılıqlı iddianın qarşı tərəfin kabinetində yerləşdirilməsinə dair tələb qarşı tərəfin iddiaya qarşı mövqeyini hazırlaması, barışma imkanlarını nəzərdən keçirməsi və s. formada məqsədlərə çatması üçün nəzərdə tutulmuşdur. İlkin iddianın mövcudluğu şəraitində ona qarşı irəli sürülən tələb niyə onun kabinetinə yüklənməlidir ki? Sözsüz ki, bu formallıqdan‒başqa‒bir‒şey‒deyildi.‒ -Məhkəmə qeyd edilən (MPM 10-1.2, 10-1.3, 10-1.7) hüquq normalarına istinad etməklə, qarşılıqlı iddianı elektron formada yükləmək tələbini yerinə yetirmədiyi əsaslandırmağa çalışmışdır. Qərardadda göstərilir ki, cavabdehin nümayəndəsinə məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yüklənmiş qarşılıqlı iddia ərizəsindən görünür ki, ərizə kağız daşıyıcıda tərtib edilmiş və cavabdehin nümayəndəsi tərəfindən fiziki olaraq qələmlə imzalanmışdır. Lakin məhkəmə görünür elektron məhkəmə sisteminin texniki imkanları barədə kifayət qədər məlumatlı deyildir. Qeyd edir ki, elektron məhkəmə sistemində əlaqəli sənədin yüklənməsi həm pdf formatda fayl kimi, həm də mətn formasında yüklənməklə hər iki qaydada da asan imza, sima imza və elektron imza vasitəsilə imzalandıqdan sonra mümkün olur. Yəni qarşılıqlı iddia ərizəsi kağız formada imzalansa da, həmin sənədin elektron məhkəmə sisteminə yüklənməsi asan imza vasitəsi ilə həyata keçirilmişdir. Bunun əksi üçün texniki imkan da mövcud deyildir. Əlavə olaraq qeyd edir ki, qarşılıqlı iddianın mətn kimi yüklənməsi vizual olaraq səliqəli olmadığından, həm məhkəmə, həm də qarşı tərəfin qarşılqılı iddianın məzmunu ilə rahat tanış olmasının qarşısını alır. Bu səbəbdən də istənilən vəsatət, ərizə və qarşılıqlı iddianın pdf kimi yüklənməsi hər bir tərəf üçün daha əlverişlidir. Bildirir ki, hazırki tarixədək onlarla bu formada qarşılıqlı iddianın məhkəmə sisteminə yüklənərək işə baxılması mümkün olsa da, hazırki‒işdə‒məhkəmənin‒bu‒cür‒əsaslandırması‒anlaşılan‒deyildir.‒ -Cavabdehin məhkəmə iclasında da bildirdiyi kimi iddiaçı tərəfindən ## ###### 2026cı il tarixində iddia tələbi əsaslı olaraq dəyişdirilmiş, divident tələb olunmuşdur, ona görə də 20 gün müddət 23 fevral tarixindən hesablanmalı idi. Məhkəmə burada da qanunun mətninə formal olaraq yanaşmışdır. Lakin iş materiallarından da görünür ki, iddiaçı iddia tələbini köklü formada dəyişmişdir. Bu halın özü də 20 günlük müddətin yenidən hesablanması sayılmalıdır. Çünki iddia tələbinin dəqiqləşdirilməsi, mahiyyəti etibarı ilə iddia ərizəsi sayılır və buna qarşı da müdafiə qurulması, qarşılıqlı iddia verilməsi üçün 20 günlük müddətin nəzərə alınmaması cavabdehin hüquqlarını hədsiz dərəcədə və qanunsuz olaraq məhdudlaşdırmaq anlamına gəlməkdədir. Bu da dolayısı ilə məhkəmə müdafiəsi hüququndan məhrum etmə ilə nəticələnmişdir. Eyni zamanda məhkəmə 20 günlük müddətin yenidən hesablandığını qəbul etməsə belə, ən azından qarşılıqlı iddianın verilməsi üçün əsasların yeni yarandığını nəzərə almalı idi. Çünki belə əsaslar olduğu halda hətta baxış iclasında belə qarşılıqlı iddianın verilməsinə yol verilir. Buna baxmayaraq məhkəmənin iddiaçı lehinə olan bu əsassız mövqeyi də anlaşılan olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, mövcud məhkəmə praktikası işlərə baxılmasının sürətlənməsi və məhkəmələrin əsassız olaraq yüklənməsinin qarşısının alınması üçün hətta 20 günlük müddət keçdikdən sonra belə qarşılıqlı iddiaların ilkin iddia ilə baxılması yönündədir. Nəticə etibarı ilə qarşılıqlı iddia verən şəxs yeni iddia qaldıraraq sonra da həmin iddia ilə ilkin iddiaya dair işlər üzrə icraatları birləşdirmək hüququna malik olduğu nəzərə alındıqda 20 günlük müddətə‒məhkəmələr‒tərəfindən‒formal‒yanaşılması‒doğru‒deyildir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı‒il tarixli qərardadı ilə şikayət təmin edilməmiş‒və‒işlə‒birlikdə‒baxılması‒üçün‒Bakı‒Apellyasiya‒Məhkəməsinə‒göndərilmişdir. İddiaçı İddiaçı şikayətə etiraz ilə müraciət edərək etirazda göstərmişdir ki, cavabdeh qarşılıqlı iddia verilməsi üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən qarşılıqlı iddia cavabdeh tərəfindən iddia ərizəsinin surətini alındıqdan sonra 20 gün müddətində verilə bilər. Lakin cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi iş məhkəmənin icraatına qəbul edildikdən 44 gün sonra təqdim olunmuşdur. Cavabdeh qərardaddan verilmiş şikayətdə göstərmişdir ki, 20 günlük müddət iddia predmetinin dəyişdirildiyi tarixdən etibarən hesablanmalıdır. Hesab edir ki, cavabdehin mövqeyi tamamilə əsassızdır. Belə ki, iddiaçının iddiasının hüquqi əsası onun cavabdeh Cavabdeh MMC-nin təsisçisi olmasıdır. Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ilə ilk iddianın hüquqi əsası mübahisələndirir. Yəni cavabdehin qarşılıqlı iddiası dəyişdirilmiş predmetə qarşı deyil, iddianın əsasını təşkil edən təsisçilik hüququna qarşı olduğu üçün 20 günlük müddət ilk iddianın məhkəmənin icraatına qəbul edildiyi ##.##.2026cı il tarixindən hesablanmalıdır. Əgər qarşılıqlı iddia ilkin iddianın dəyişdirilmiş predmetinə qarşı yönəlmiş olsaydı, həmin halda qarşılıqlı iddianın verilməsi üçün əsasların müddətin keçməsindən‒sonra‒yaranması‒kimi‒qiymətləndirilə‒bilərdi.‒ Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə‒yenidən‒baxılması‒üçün‒birinci‒instansiya‒məhkəməsinə‒qaytarılmalıdır. Azərbaycan‒Respublikasının‒Konstitusiyası: Maddə 60 hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə‒təminat‒verilir. “İnsan‒hüquqlarının‒və‒əsas‒azadlıqların‒müdafiəsi‒haqqında”‒Avropa‒Konvensiyası: Maddə 6 hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması‒hüququna‒malikdir. Mülki‒Prosessual‒Məcəllənin: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən‒edilmiş‒qaydada‒məhkəmə‒müdafiəsindən‒istifadə‒etmək‒hüququna‒malikdirlər. 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə‒kömək‒göstərir. 24.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və‒azadlıqları‒müdafiə‒və‒təmin‒edir. 150.2-ci maddəsinə görə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi‒orqanın (qurumun) informasiya sistemində‒yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə”‒informasiya‒sistemində‒yaradılmış‒elektron‒kabinetinə‒göndərilir. 152.1.4-cü maddələrinə görə‒kommersiya mübahisələri‒üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini‒və‒ona‒əlavə‒edilmiş‒sənədləri‒geri‒qaytarır. 152.1.10-cu maddəsinə görə kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə hakim iddia ərizəsini və ona‒əlavə‒edilmiş‒sənədləri‒geri‒qaytarır. 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında‒və ya mülki məhkəmə icraatı qaydasında‒baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən‒imtina‒edir. 154.1-ci maddəsinə görə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini‒iddiaçıya‒və‒məhkəməyə‒təqdim‒edir. 155.1-ci maddəsinə görə‒cavabdeh‒ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia‒bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş‒müddət‒ərzində‒verilməlidir.‒ 155.2-ci maddəsinə görə bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla‒qarşılıqlı‒iddianın‒verilməsinə‒yol‒verilmir.‒ 155.3-cü maddəsinə görə qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları‒əsasında‒həyata‒keçirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il ## ###### tarixli *-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını)‒və‒ünvanlanmasını‒yoxlayır.‒ Hazırkı halda iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi qarşılıqlı‒iddia‒ərizəsinin‒geri‒qaytarılması‒üçün‒bir‒neçə‒əsas‒göstərmişdir: a) qarşılıqlı iddia ərizəsinin MPM-in 10-1.3-cü maddəsinə uyğun təqdim edilməmişdir(elektron‒imza‒ilə‒təsdiqlənməmiş,‒skan‒formada‒yüklənmiş). b) qarşılıqlı‒iddia‒ərizəsinin‒surəti‒tərəflərə‒təqdim‒edilməmişdir. c) qarşılıqlı iddia ərizəsinin qanunla müəyyən edilmiş müddət (20 gün) ötürüldükdən sonra‒verilmişdir. d) irəli sürülən tələbə (təsisçilikdən çıxmış hesab edilməsi) məhkəmə qaydasında baxıla‒bilməz. Birinci əsasla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə PDF formatında təqdim edilmiş və sistemə yüklənərkən sistem daxilində elektron imza ilə təsdiqlənmişdir (imzalayan‒şəxs‒Vəkil).‒‒ Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası‒Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2022-ci il tarixli qərarında göstərmişdir ki, “...Qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş‒olur.” Digər tərəfdən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin ## ##### 2019-cu il tarixli Fərmanı ilə Ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Məhkəmə-Hüquq Şurasına tövsiyə edilmişdir ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin‒təşviqi‒üçün‒tədbirlər‒görsün.‒ Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2024-cü il tarixli Qərarında göstərmişdir ki, “...Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il # ##### tarixli Fərmanı ilə ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə “elektron məhkəmə” informasiya sisteminin tətbiqinin təmin edilməsi, fiziki və hüquqi şəxslərin “elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviq edilməsi üçün tədbirlərin görülməsi‒müəyyən‒olunmuşdur.‒ Nəzərə alınmalıdır ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, icraatın effektivliyinin yüksəldilməsi məqsədini daşıyır ki, bu da yeni, elektron müraciət vasitələrinin şəxslərin məhkəməyə müraciətinə maneə yaratmaq, məhkəmə əlçatanlığını çətinləşdirmək vasitəsi kimi‒nəzərdən‒keçirilməsini‒istisna‒edir.” Odur ki, birinci instansiya məhkəməsi qarşıqlı iddia ərizəsinin geri qaytarılması əsası kimi yuxarıda göstərilən əsasa istinad edərkən qarşılıqlı iddia ərizəsinin elektron imza ilə imzalanmaqla “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirildiyini, eləcə də sistemin tətbiqinin məqsədlərini, o cümlədən məhkəmə əlçatanlığını çətinləşdirmək vasitəsi kimi nəzərdən‒keçirilməsinin‒həmin‒məqsədlərə‒zidd‒olmasını‒nəzərə‒almamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qaytararkən ikinci əsas kimi qarşılıqlı iddia ərizəsinə cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş‒sənədlərin‒alınmasını‒təsdiq‒edən‒sənəd‒əlavə‒edilməməsinə‒də‒istinad‒etmişdir.‒ Bununla bağlı kollegiya qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası‒Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qarşılıqlı iddianın özözlüyündə müstəqil mövcud olmaması, yəni onun verilməsi üçün mütləq qaydada ilkin iddianın olması və ilkin iddianın verilməsi zamanı Mülki Prosessual Məcəllənin 149.2.4, 149.2.4-1, 152.1.6, 152.1.6-1-ci maddələrinin tələblərinə əməl olunması qarşılıqlı iddianın verilməsi zamanı həmin tələblərə əməl edilməsini lüzumsuz edir. ‒Plenum hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə uyğun olaraq, cavabdehdən məhkəməyə qarşılıqlı iddia verməzdən əvvəl həmin Məcəllənin 4.3–4.6-cı maddələrinə müvafiq olaraq məhkəməyə qədər nizamlama qaydalarına riayət olunmasının tələb edilməsi qarşılıqlı iddianın hüquqi təbiətinə (müstəqil tələb olmayan qarşılıqlı iddianın ilkin iddia ilə birgə baxılması) zidd olmaqla yanaşı, prosessual qənaət prinsipinə, həmçinin mediasiya institutunun‒hüquqi‒təyinat‒və‒məqsədinə‒uyğun‒gəlmir. Yuxarıda göstərilən qərarda formalaşdırılmış hüquqi mövqeyə görə qarşılıqlı iddianın özünəməxsus xüsusiyyətləri, yəni özü-özlüyündə müstəqil tələb olmaması, həmin iddiaya artıq başlamış iş üzrə ilkin iddia ilə birlikdə baxılması həmin iddianın verilməsi zamanı ilkin iddia‒üçün‒nəzərdə‒tutulan‒bəzi‒tələblərə‒yenidən‒əməl‒edilməsini‒lüzumsuz‒edir. Digər tərəfdən, kommersiya işləri üzrə iddia verilməmişdən əvvəl iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə və işdə iştirak edən digər şəxslərə təqdim olunması tələbi onların iddianın məzmunu ilə tanış olmasını və öz müdafiələrini təşkil etmək üçün kifayət‒qədər‒vaxta‒malik‒olmasını‒təmin‒etməyə,‒yəni‒prosessual‒ədalətə‒xidmət‒edir. İşin hallarından isə görünür ki, hazırkı vəziyyətdə qarşılıqlı iddia ərizəsi elektron məhkəmə informasiya sisteminə yerləşdirilmiş və bununla da cavabdeh üçün onunla tanış olmaq‒imkanı‒yaradılmışdır.‒ Kollegiya hesab edir ki, ilkin iddiaçının elektron kabinet vasitəsilə qarşılıqlı iddia ilə tanış olmaq imkanı olduğu halda, həmin qarşılıqlı iddianın yalnız formal olaraq prosessual qaydalara riayət edilməsi naminə yenidən ilkin iddiaçıya göndərilməsi prosessual qənaət prinsipinə‒ziddir. Qərardadda geri qaytarılma üçün üçüncü əsas qismində qarşılıqlı iddia ərizəsinin 20 günlük‒müddət‒ötürülməklə‒təqdim‒edilməsi‒göstərilmişdir.‒ Kollegiya qeyd edir ki, ədalətli məhkəmə araşdırması hüququnun mühüm tərkib hissəsi olan məhkəməyə çatımlılıq hüququ mütləq bir hüquq olmamaqla qanunda nəzərdə tutulan hallarda məhdudlaşdırıla bilər. Lakin həmin hüquq mahiyyətinə təsir edəcək dərəcədə və qaydada məhdudlaşdırılmamalıdır. Məhdudiyyətlər qanuni məqsədə xidmət etməli, bundan əlavə tətbiq edilmiş vasitələrin (məhdudiyyətlərin) məqsədə mütənasib olması təmin edilməlidir. (Gerin Fransaya qarşı işi üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarları) Məhkəməyə çatımlılıq hüququ qanunvericiliyin tələblərinə əməl edilməsi ilə şərtləndirilə bilər, lakin prosessual normaların tətbiqi zamanı məhkəmə ədalət mühakiməsinin qərəzsizliyini şübhə altına alacaq həddindən artıq formalizə yol verməməlidir. (Valtçi Fransaya qarşı işi üzrə qərar) Prosessual normaların xüsusilə ciddi şəkildə tətbiqi bəzi hallarda məhkəməyə çatımlılıq hüququnun mahiyyətini darlaşdıra bilər. (Laberger‒Fransiyaya‒qarşı‒işi)‒ Hazırkı halda birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın geri qaytarılmasına əsas kimi istinad etdiyi MPM-in 154.1 və 155.1-ci maddələri qarşılıqlı iddianın verilməsi üçün iddia ərizəsinin təqdim edildiyi tarixdən başlayan 20 günlük müddəti təsbit etməklə məhkəməyə‒çatımlılıq‒hüququnu‒məhdudlaşdıran‒prosessual‒normanı‒müəyyənləşdirir. Odur ki, həmin prosessual normanın tətbiqi və şərhi zamanı işin diqqətəlayiq halları nəzərə alınmalı, məhdudiyyətin tətbiqi məqsədləri (məhkəmə prosesin uzadılmaması) ilə məhkəməyə çatımlılıq hüququ arasında mütənasiblik prinsipinin məhdudlaşdırılması arasında balans qorunmalı, yəni məhkəməyə çatımlılıq hüququ zərurət olmadan məhdudlaşdırılmamalıdır. O cümlədən MPM-in 154.1 və 155.1-ci maddələri tətbiq edilərkən cavabdehin məhkəmədə işin başlaması barədə məlumatlandırılması, həmin məlumatı aldıqdan sonra iddia ərizəsi, eləcə də iş materiallarına əlavə edilmiş sənədlərlə tanış olması ilə bağlı kifayət qədər vaxta malik olması, yəni faktiki olaraq Mülki Prosessual Məcəllədə müəyyən edilmiş müddət ərzində qarşılıqlı iddianı vermək hüququndan istifadə etməsi imkanlarının‒olub-olmaması‒aydınlaşdırılmalıdır. Hazırkı iş üzrə qarşılıqlı iddia ərizəsinin məzmunundan isə aydın olur ki, qarşılıqlı tələbini irəli sürmək zərurəti ilkin iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edildikdən, yəni iddiaçı cəmiyyətin ümumi xalis mənfəətinin hesablanaraq bölüşdürülməsi (dividend‒ödənilməsi)‒tələbini‒irəli‒sürüldükdən‒sonra‒yaranmışdır.‒ Şərh olunanlar ona dəlalət edir ki, işə baxan məhkəmə iddia ərizəsinin sadalanan əsaslar ilə geri qaytarmaqla cavabdehin prosessual normaların tətbiqi və şərhində həddindən artıq formalizmə yol vermiş və nəticədə şəxsin məhkəməyə çatımlılılıq hüququnu əsassız‒olaraq‒məhdudlaşdırmışdır.‒‒ İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsas kimi istinad edilən digər hala gəldikdə, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisəyə məhkəmə qaydasında baxılmasının mümkün olmaması prosessual baxımdan iddia ərizəsinin geri qaytarılması üçün deyil, onun qəbulundan imtina edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi motivasiya hissəsində məhz imtina üçün nəzərdə tutulmuş normalara istinad etsə də, nəticə etibarilə ərizənin geri qaytarılması barədə qərar qəbul etmişdir ki, bu prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilir. Digər tərəfdən, məhkəmə tərkibi onu da vurğulayır ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 89, 91.3.1, 95 və 96.1-ci maddələrini təfsir edərkən səhvə yol vermişdir. Belə ki, əvvəla həmin maddələrinin məzmunundan göründüyü kimi qanunverici iştirakçının istənilən vaxt cəmiyyətdən çıxmaq hüququnu tanıyır və həmin hüququn realizəsini hüquqi şəxsin hər hansı orqanının qərar qəbul etməsindən asılı etmir. Bu baxımdan kollegiya qeyd edir ki, qanunun tələblərinə əsasən ümumi yığıncağın səlahiyyətinə yalnız iştirakçının cəmiyyətdən çıxmasının nəticəsi olaraq təsis sənədlərinə müvafiq dəyişiklərin edilməsi daxil edilmişdir, iştirakçının cəmiyyətdən çıxması məsələsinin həlli isə ümumi yığıncağın səlahiyyətinə‒aid‒edilmir.‒‒ Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda göstərilənlər nəzərə alınmaqla cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya‒məhkəməsinə‒göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı‒qərardaddan‒kassasiya‒şikayəti‒verilə‒bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini‒rəhbər‒tutaraq,‒məhkəmə‒kollegiyası qərara a l d ı: Cavabdeh‒Cavabdeh‒MMC‒tərəfindən‒verilmiş‒şikayət‒təmin‒edilsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı‒ləğv‒edilsin.‒ Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin.‒‒‒ Qərardad‒dərhal‒qanuni‒qüvvəyə‒minir‒və‒ondan‒şikayət‒verilə‒bilməz. Hakimlər:‒Leyla‒Əliyeva ‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒ ‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒Təranə‒Mahmudova ‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒‒Ziya‒Şirinov
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-441/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-441/2026
01.05.2026 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver