Məhkəmə qərarları › İş №e-2-2(3-6)-447/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-447/2026

20.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-447/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı güzəştli kredit ödənişinin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: öhdəliyin icra edilməməsi, güzəştli kredit ödənişinin geri qaytarılması, yeni sübutların apellyasiya instansiyası məhkəməsinə təqdim olunması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdeh cavabdeh1, cavabdehin nümayəndəsi (vəkili) vəkil1 iştirakları ilə Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı güzəştli kredit ödənişinin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları

1. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə cavabdeh1 (alıcı) arasında ##.##.2021-ci il tarixli, *** nömrəli müqaviləsi bağlanmışıdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən Satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzeşt tətbiq etməklə bu Müqavilənin 1.2 bəndində göstərilmiş damazliq heyvanın Alıcıya satılmasını, Alıcı isə həmin damazlıq heyvanların Müqavilənin 1.2. bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Satıcı 15 (on beş) baş Simmental cinsli damazlıq heyvanların (bundan sonra-Damazlıq heyvanlar) Alıcıya satır, Alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbul edir. Alıcının güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə icazə verilmir. 1.2-ci bəndinə əsasən Alıcı 15 baş damazlıq heyvanlarına 87338,19 manat satış dəyəri təşkil edən məbləği ödəyir. 1.4-cü bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş ödənişlər yalnız 1.1-ci bənddə qeyd edilən cins damazlıq heyvanın ödənişinə yönəldilir.

2. ##.##.2021-ci il tarixdə cavabdeh1 ərizə ilə İddiaçı müraciət edərək ərizəsində Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli Fərmanı Ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq, *** saylı, # ##### 2021 tarixli alqı-satqı müqaviləsinə əsasən satış dəyəri 87338,19 AZN olan 14 (on dörd) baş Simmental cinsli damazlıq heyvan, 1 (bir) baş Simmental (marka:, model:, seriya/şassi nömrəsi:) satış dəyərinin minimum 40 faizinin tərəfindən ödənilməklə, adıçəkilən damazlıq heyvanların gömrük satış dəyərinin 60 faizinin vəsaitin Agentliyin vəsaiti hesabına güzəşt edilməsinə və “xxxx” ASC-də açılmış bank hesabına köçürülməsinə razılıq verilməsini xahiş etmişdir.

3. ##.##.2021-ci il tarixli “Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” iltizam ilə cavabdeh1 İddiaçı vəsaiti hesabına ona verilən (veriləcək) 14 baş Simmental cinsli damazlıq heyvan, 1 (bir) baş Simmental (marka:, model:, seriya/şassi nömrəsi:) saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyi, damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyi, habelə damazlıq heyvanı 3 (üç) il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyi, baytarın müsbət rəyi alınmadan kəsməyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Yuxarıda sadanalan tələbləri pozduğu təqdirdə Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri (ziyanı) ödəyəcəyi haqda ona xəbərdarlıq edildiyini imzası ilə təsdiq etmişdir.

4. Avstriya şirkəti tərəfindən “xxxx” MMC-yə göndərilmiş ##.##.2021-ci il tarixli, ********-* nömrəli kommersiya fakturasına əsasən 30 baş Simmental cinsli boğaz düyənin ümumi dəyəri 82.500 avro, ********-* nömrəli kommersiya fakturasına əsasən 30 baş Simmental cinsli boğaz düyənin ümumi dəyəri 82.500 avro, ********-* nömrəli kommersiya fakturasına əsasən 31 baş Simmental cinsli boğaz düyənin ümumi məbləği 82.150 avro təşkil edir.

5. ##.##.2021-ci il tarixli ödəniş tapşırığına əsasən cavabdeh1 tərəfindən “xxxx” MMC-yə 36750 manat pul ödənmişdir.

6. HS-**********-PS nömrəli X4 və X3 Yetişdirilən Heyvanların Sığortasi üzrə Sığorta Şəhadətnaməsinə əsasən sığorta predmetini bu müqavilənin * nömrəli əlavəsində göstərilən (15 baş simmental cinsli) X4 təşkil edir. Ümumi sığorta məbləği 87 338,19 manat, ümumi sığorta haqqı 8297,14 manat, dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan sığorta haqqı 4148.57 manat təşkil edir.

7. “xxxx” MMC (satıcı) ilə cavabdeh1 (alıcı) arasında ##.##.2021-ci il tarixli, ***/* nömrəli müqavilə bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən Satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azerbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli, *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən .damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu Müqavilənin 1.2 bəndində göstərilmiş damazliq heyvanın Alıcıya satılmasını, Alıcı isə həmin damazlıq heyvanların Müqavilənin 1.2 bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Satıcı 26 (iyirmi altı) baş Simmental cinsli damazlıq heyvanların (bundan sonra - Damazlıq heyvanlar) Alıcıya satır, Alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbui edir. Alıcının güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə Icazə verilmir. 1.2-ci bəndinə əsasən alıcı 26 (iyirmi altı) baş damazlıq heyvanlarına 150967,18 manat satış dəyəri təşkil edən məbləği ödəyir. 1.4-cü bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş ödənişlər yalnız 1.1-ci bənddə qeyd edilən cins damazlıq heyvanın ödənişinə yönəldilir.

8. ##.##.2021-ci il tarixdə cavabdeh1 ərizə ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq, ***/* saylı, # ###### 2021 tarixli alqı-satqı müqaviləsinə əsasən satış dəyəri 150967,18 AZN olan 26 (iyirmi altı) baş Simmental cinsli damazlıq heyvan satış dəyərinin minimum 40 faizinin tərəfimdən ödənilməklə, adıçəkilən damazlıq heyvanların gömrük satış dəyərinin 60 faizinin vəsaitin Agentliyin vəsaiti hesabına güzəşt edilməsinə və “xxxx” ASC-də açılmış bank hesabına köçürülməsinə razılıq verilməsini xahiş etmişdir.

9. ##.##.2021-ci il tarixli “Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” iltizam ilə cavabdeh1 İddiaçı vəsaiti hesabına ona verilən (veriləcək) 26 (iyirmi altı) baş Simmental cinsli damazlıq heyvan saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyi, damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyi, habelə damazlıq heyvanı 3 (üç) il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyi, baytarın müsbət rəyi alınmadan kəsməyəcəyi barədə üzərinə öhdəlik görümüşdür. Yuxarıda sadanalan tələbləri pozduğu təqdirdə Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə aynlmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri (ziyanı) ödəyəcəyi haqda ona xəbərdarlıq edildiyini imzası ilə təsdiq etmişdir.

10. ##.##.2021-ci il tarixli ödəniş tapşırığına əsasən cavabdeh1 tərəfindən “xxxx” MMC-yə 211500 manat, ##.##.2021-ci il tarixdə 9000 manat pul ödənmişdir.

11. HS-**********-PS nömrəli X4 və X3 Yetişdirilən Heyvanların Sığortasi üzrə Sığorta Şəhadətnaməsinə əsasən sığorta predmetini bu müqavilənin * nömrəli əlavəsində göstərilən (26 baş simmental cinsli damazlıq heyvan) X4 təşkil edir. Ümumi sığorta məbləği 525 027 manat, ümumi sığorta haqqı 49 877,6 manat, dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan sığorta haqqı 24938,80 manat təşkil edir.

12. ##.##.2021-ci il tarixli, **/**-EC/EK nömrəli “iribuynuzlu heyvanların qiymətləndirilməsinə dair hesabat” da qeyd olunmuşdur ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən edildi ki, “xxxx” MMC-yə məxsus olan, bu hesabatın 7-ci bölməsində siyahı üzrə qeyd edilmiş, 26 baş simmental cinsli damazlıq iribuynuzlu heyvanların ümumilikdə hazırkı bazar dəyəri: 153400 manat təşkil edir.

13. “xxxx” MMC (satıcı) ilə cavabdeh1 (alıcı) arasında ##.##.2021-ci il tarixli, *** nömrəli müqavilə bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən Satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli,*** nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən .damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu Müqavilənin 1.2 bəndində göstərilmiş damazliq heyvanın Alıcıya satılmasını, Alıcı isə həmin damazlıq heyvanların Müqavilənin 1.2. bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Satıcı 27 (iyirmi yeddi) baş Simental cinsli damazlıq heyvanların (bundan sonra - Damazlıq heyvanlar) Alıcıya satır, Alıcı Isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbul edir. Alıcının güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə Icazə verilmir. 1.2-ci bəndinə əsasən alıcı 27 (iyirmi yeddi) baş damazlıq heyvanlarına 158355,27 manat satış dəyəri təşkil edən məbləği ödəyir. 1.4-cü bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş ödənişlər yalnız 1.1-ci bənddə qeyd edilən cins damazlıq heyvanın ödənişinə yönəldilir.

14. ##.##.2021-ci il tarixdə cavabdeh1 ərizə ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq, *** saylı, # ###### 2021 tarixli alqı-satqı müqaviləsinə əsasən satış dəyəri 158355,27 AZN olan 27 (iyirmi yeddi) baş Simmental cinsli damazlıq heyvan satış dəyərinin minimum 40 faizinin tərəfimdən ödənilməklə, adıçəkilən damazlıq heyvanların gömrük satış dəyərinin 60 faizinin vəsaitin Agentliyin vəsaiti hesabına güzəşt edilməsinə və “xxxx” ASC-də açılmış bank hesabına köçürülməsinə razılıq verilməsini xahiş etmişdir.

15. ##.##.2021-ci il tarixli “Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqınd” iltizam ilə cavabdeh1 İddiaçı vəsaiti hesabına ona verilən (veriləcək) 27 (iyirmi yeddi) baş Simmental cinsli damazlıq heyvan saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyi, damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyi, habelə damazlıq heyvanı 3 (üç) il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyi, baytarın müsbət rəyi alınmadan kəsməyəcəyi barədə üzərinə öhdəlik görümüşdür. Yuxarıda sadanalan tələbləri pozduğu təqdirdə Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə aynlmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri (ziyanı) ödəyəcəyi haqda ona xəbərdarlıq edildiyini imzası ilə təsdiq etmişdir.

16. Avstriya şirkəti tərəfindən “xxxx” MMC-yə göndərilmiş ##.##.2021-ci il tarixli, ********-* nömrəli kommersiya fakturasına əsasən 27 baş Simmental cinsli boğaz düyənin ümumi dəyəri 74.250 avro təşkil edir.

17. ##.##.2021-ci il tarixli, **/**-EC/EK nömrəli “iribuynuzlu heyvanların qiymətləndirilməsinə dair hesabat”da qeyd olunmuşdur ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən edildi ki, “xxxx” MMC-yə məxsus olan, bu hesabatın 7-ci bölməsində siyahı üzrə qeyd edilmiş, 27 baş simmental cinsli damazlıq iribuynuzlu heyvanların ümumilikdə hazırkı bazar dəyəri: 159 300.00 manat təşkil edir.

18. “xxxx” MMC (satıcı) ilə cavabdeh1 (alıcı) arasında ##.##.2021-ci il tarixli, ***/* nömrəli müqavilə bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən Satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli,*** nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu Müqavilənin 1.2 bəndində göstərilmiş damazliq heyvanın Alıcıya satılmasını, Alıcı isə həmin damazlıq heyvanların Müqavilənin 1.2. bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Satıcı 37 (otuz yeddi) baş Simmental cinsli damazlıq heyvanları Alıcıya satır, Alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbul edir. Alıcının güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə Icazə verilmir. 1.2-ci bəndinə əsasən alıcı 37 (otuz yeddi) baş damazlıq heyvanlarına 215704,82 manat satış dəyəri təşkil edən məbləği ödəyir. 1.4-cü bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş ödənişlər yalnız 1.1-ci bənddə qeyd edilən cins damazlıq heyvanın ödənişinə yönəldilir.

19. ##.##.2021-ci il tarixdə cavabdeh1 ərizə ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq, 007/2-saylı, # ###### 2021 tarixli alqı-satqı müqaviləsinə əsasən satış dəyəri 215704,82 AZN olan 37 (otuz yeddi) baş Simmental cinsli damazlıq heyvan satış dəyərinin minimum 40 faizinin tərəfimdən ödənilməklə, adıçəkilən damazlıq heyvanların gömrük satış dəyərinin 60 faizinin vəsaitin Agentliyin vəsaiti hesabına güzəşt edilməsinə və “xxxx” ASC-də açılmış bank hesabına köçürülməsinə razılıq verilməsini xahiş etmişdir.

20. ##.##.2021-ci il tarixli “Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqınd” iltizam ilə cavabdeh1 İddiaçı vəsaiti hesabına ona verilən (veriləcək) 37 (otuz yeddi) baş Siııımeıılal cinsli damazlıq heyvan saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyi, damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyi, habelə damazlıq heyvanı 3 (üç) il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyi, baytarın müsbət rəyi alınmadan kəsməyəcəyi barədə üzərinə öhdəlik görümüşdür. Yuxarıda sadanalan tələbləri pozduğu təqdirdə Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə aynlmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri (ziyanı) ödəyəcəyi haqda ona xəbərdarlıq edildiyini imzası ilə təsdiq etmişdir.

21. ##.##.2021-ci il tarixli, **/**-EC/EK nömrəli “iribuynuzlu heyvanların qiymətləndirilməsinə dair hesabat”da qeyd olunmuşdur ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən edildi ki, “xxxx” MMC-yə məxsus olan, bu hesabatın 7-ci bölməsində siyahı üzrə qeyd edilmiş, 37 baş simmental cinsli damazhq iribuynuzlu heyvanların ümumilikdə hazırkı bazar dəyəri: 218300 manat təşkil edir.

22. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitinin istifadəsinə dair (subsidiya məbləği 47318,04 və 23270,15 AZN), (subsidiya məbləği 125054,82 AZN), (subsidiya məbləği 87267,18 AZN), (subsidiya məbləği 92205,14 AZN) ## ##### 2025-ci il tarixli aktların “aşkar olunmuş çatışmazlıqlar” hissəsində qeyd olunmuşdur ki, hal-hazırda təsərrüfata baxış keçirilməsi tərəfimizdən mümkün olmamışdır. Belə ki, təsərrüfat sahibi ilə *** *** ** ** telefon nömrəsi ilə əlaqə saxlanılsa da vətəndaş telefon zənglərinə cavab verməmişdir. Monitorinqin keçirilməsinə şərait yaradılmadığı üçün təsərrüfat tərəfimizdən qeyri-qənaətbəxş hesab edilmişdir.

23. Iddia tələbi dəqiqləşdirildikdən sonra təqdim edilmiş maliyyə arayışlarında güzəşt ayrılmış 27 baş damazlıq heyvanlar üzrə dəymiş zərərin həcmi 88 790, 13 manat, güzəşt ayrılmış 37 baş damazlıq heyvanlar üzrə dəymiş zərərin həcmi 111 535, 38 manat, güzəşt ayrılmış 26 baş damazlıq heyvanlar üzrə dəymiş zərərin həcmi 77 197, 89 manat, güzəşt ayrılmış 15 baş damazlıq heyvanlar üzrə dəymiş zərərin həcmi 47 208,33 manat müəyyən edilmişdir.

24. Binə Baytarlıq məntəqəsinin özəl baytar həkimi tərəfindən tərtib olunmuş ## ### 2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, təsərrüfata baxış keçirildi, heyvanlar müayinə olundu. Heyvanlardan həqiqətən 5-ində tənəffüs orqanlarının xəstəlikləri, 3-ündə mastit xəstəliyinin ağır forması aşkar olundu. Təsərrüfat sahibinə xəstəliklərlə bağlı məlumat verildi və heyvanların çıxdaş olunması məsləhət görüldü.

25. Aqrar Sığorta Fondu tərəfindən cavabdeh1 ünvanlanmış 22 sentybar 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, HS**********-PS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış AT 596208768, AT 996894868, AT 810015868, AT 820359668 və AT 745158468 birka nömrəli heyvanlara dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı sığorta tələbinizə baxılmışdır. Tələbinizdə qeyd olunan AT 596208768 və AT 745158468 birka nömrəli Simmental cinsli iribuynuzlu heyvanların ##.##.2021-ci il tarixdə xəstələnməsi və bununla bağlı sığorta əməliyyatlarının aparılması qeyd olunmuşdur. X4nın və X3 yetişdirilən heyvanların sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyinə əsasən iribuynuzlu heyvanlarda pasterelyoz və enterotoksemiya şübhəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bakı Şəhər Baytarlıq Idarəsinin məktubuna əsasən sözügedən iribuynuzlu heyvanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il # #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na daxil olan pasterelyoz xəstəliyi müəyyən edilmişdir. Eyni zamanda müstəqil ekspertin rəyində Aqrar Sığorta Qaydalarının 1.21.1-ci bəndinin 12-ci abzası rəhbər tutularaq iribuynuzlu heyvanlarda ölüm səbəbinin müəyyən edilməsi və ya müqavilə üzre təminat verilmiş sığorta risklərinə münasibətdə, əlavə araşdırılmanın aparılması müstəqil ekspert tərəfindən zəruri hesab edilmiş və laboratoriyaya göndərilən nümunələrlə əlaqədar analizinin nəticələrinə əsasən yekun diaqnozun qoyulması qeyd olunmuşdur. Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyasının ##.##.2021-ci il tarixli AZ1300233721/Lab04-21040 (****) saylı sınaq Protokolu nəticələrinə əsasən AT 596208768 və AT 745158468 birka nömrəli heyvanlar üzrə verilən nümunərdə pasterelyoz xəstəlik törədiciləri aşkar edilmişdir. Aqrar Sığorta Qaydalarının 3.3.1-ci bəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il # #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na və 2007-ci il aprel tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları"nda göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil olan xəstəliklər və yoluxucu olmayan heyvan xəstəlikləri nəticəsində yaranan zərərlərə görə sığorta təminatı verilmir. Sığortalanmış AT 596208768 və AT 745158468 birka nömrəli heyvanlara dəymiş zərərlə bağlı Fond tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir.

26. Aqrar Sığorta Fondu tərəfindən cavabdeh1 ünvanlanmış ## ####### 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, HS-**********-PS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış AT 802685468 birka nömrəli heyvana dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı sığorta tələbinizə baxılmışdır. Tələbinizdə qeyd olunan AT 802685468 birka nömrəli Simmental cinsli iribuynuzlu heyvanın ##.##.2021-ci il tarixdə xəstələnərək ölməsi və bununla bağlı sığorta əməliyyatlarının aparılması qeyd olunmuşdur. X4nın və X3 yetişdirilən heyvanların sığortası üzre sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyinə əsasən iribuynuzlu heyvanda yoluxucu xəstəlik şübhəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bakı Şəhər Baytarlıq Idarəsinin məktubuna əsasən sözügedən iribuynuzlu heyvanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il # #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na daxil olan pasterelyoz xəstəliyi səbəbindən tələf olması qeyd edilmişdir. Eyni zamanda müstəqil ekspertin rəyində Aqrar Sığorta Qaydalarının 1.21.1-ci bəndinin 12-ci abzası rəhbər tutularaq iribuynuzlu heyvanlarda ölüm səbəbinin müəyyən edilməsi və ya müqavilə üzrə ekspert teminat tərəfindən verilmiş sığorta risklərinə münasibətdə, əlavə araşdırılmanın aparılması müstəqil analizinin nəticələrinə zəruri hesab edilmiş və laboratoriyaya göndərilən nümunələrlə əlaqədar Qida Təhlükəsizliyi əsasən yekun diaqnozun qoyulması qeyd olunmuşdur. Azərbaycan 1300233721/Lab04-21043 X5 Laboratoriyasının ##.##.2021-ci il tarixli (****) saylı sınaq Protokolu nəticələrinə əsasən AT 802685468 birka nömrəli heyvan üzrə verilən nümunədə pasterelyoz xəstəlik törədiciləri aşkar edilmişdir. Azərbaycan Respublikası Aqrar Sığorta Nazirlər Qaydalarının 3.3.1-ci bəndinin 1-ci abzasına əsasən Azərbaycan "Baytarlıq sahəsində Kabinetinin profilaktikası, 2006-cı il # #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na və 2007-ci il ## ##### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları”nda göstərilmiş karantin və xüsusi xəstəliklər təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil olan və yoluxucu olmayan heyvan xəstəlikləri nəticəsində yaranan zərərlərə görə sığorta təminatı verilmir.

27. Aqrar Sığorta Fondu tərəfindən cavabdeh1 ünvanlanmış ## ###### 2021-ci il tarixli məktublarda qeyd olunmuşdur ki, HS-**********-PS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış AT 785094268, AT 779282768 birka nömrəli heyvana dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı sığorta tələbinizə baxılmışdır. Tələbinizdə AT 785094268 birka nömrəli Simmental cinsli iribuynuzlu heyvanın ##.##.2021-ci il tarixdə, AT 779282768 birka nömrəli heyvanın ##.##.2021-ci il tarixdə xəstələnməsi və bununla bağlı sığorta əməliyyatlarının aparılması qeyd olunmuşdur. X4nın və X3 yetişdirilən heyvanların sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyində Aqrar Sığorta Qaydalarının 1.21.1-ci bəndinin 12-ci abzası rəhbər tutularaq iribuynuzlu heyvanda ölüm səbəbinin müəyyən edilməsi və ya müqavilə üzrə təminat verilmiş sığorta risklərinə münasibətdə əlavə araşdırılmanın aparılması müstəqil ekspert tərəfindən zəruri hesab edilmiş və laboratoriyaya göndərilən nümunələrlə əlaqədar laboratoriya analizinin nəticələrinə əsasən yekun diaqnozun qoyulması qeyd olunmuşdur. Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyasının sınaq nəticələrinə əsasən verilən nümunədə pnevmokokk infeksiyası-Streptococcus pneumoniae aşkar edilmişdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bakı Şəhər Baytarlıq Idarəsinin məktubuna əsasən sözügedən iribuynuzlu heyvanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il # #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na daxil olan pasterelyoz xəstəliyi müəyyən edilmişdir. Laboratoriya analizlərinin nəticəsinə əsasən təsdiq edilmiş pasterelyoz xəstəliyinə görə Aqrar Sığorta Qaydalarının 3.3.1-ci bəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il # #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahıs”na və 2007-ci il ## ##### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi vəfiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları”nda göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil olan xəstəliklər və yoluxucu olmayan heyvan xəstəliklər nəticəsində yaranan zərərlərə görə sığorta təminatı verilmir.

28. Aqrar Sığorta Fondu tərəfindən cavabdeh1 ünvanlanmış ## ###### 2021-ci il tarixli məktublarda qeyd olunmuşdur ki, HS-**********-PS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış AT 067933569, AT 162408868, AT 011207669 birka nömrəli heyvana dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı sığorta tələbinizə baxılmışdır. Tələbinizdə AT 067933569 birka nömrəli Simmental cinsli iribuynuzlu heyvanın ##.##.2021-ci il tarixdə, AT 162408868 birka nömrəli Simmental cinsli iribuynuzlu heyvanın ##.##.2021-ci il tarixdə xəstələnməsi, AT 011207669 birka nömrəli heyvanın ##.##.2021-ci il tarixdə xəstələnməsi və bununla bağlı sığorta əməliyyatlarının aparılması qeyd olunmuşdur. X4nın və X3 yetişdirilən heyvanların sığortası üzrə sığorta hadisesinin araşdırılması baredə müstəqil ekspertin rəyinə əsasən iribuynuzlu heyvanda ağciyərin iltihabı və pnevmoniya, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bakı Şəhər Baytarlıq Idarəsinin məktubuna əsasən sözügedən iribuynuzlu heyvanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il # #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na daxil olan pasterelyoz xəstəliyi müəyyən edilmişdir. Sığorta risklərinə daxil olan yoluxucu xəstəliklərə ağciyərin iltihabı və pnevmoniya aid edilmir, həmçinin Aqrar Sığorta Qaydalarının 3.3.1-ci bəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il # #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na və 2007-ci il ## ##### tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş "Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları"nda göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil olan xəstəliklər və yoluxuсu olmayan heyvan xəstəlikləri nəticəsində yaranan zərərlərə görə sığorta təminatı verilmir.

29. Aqrar Sığorta Fondu tərəfindən cavabdeh1 ünvanlanmış ## ###### 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, HS-**********-PS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış AT 238377569 birka nömrəli heyvana dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı sığorta tələbinizə baxılmışdır. Tələbinizdə qeyd olunan AT 238377569 birka nömrəli Simmental cinsli iribuynuzlu heyvanın ##.##.2021-ci il tarixdə xəstələnərək ölməsi və bununla bağlı sığorta əməliyyatlarının aparılması qeyd olunmuşdur. X4nın və X3 yetişdirilən heyvanların sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyinə əsasən iribuynuzlu heyvanda yoluxuси xəstəlik şübhəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bakı Şəhər Baytarlıq Idarəsinin məktubuna əsasən sözügedən iribuynuzlu heyvanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il # #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na daxil olan pasterelyoz xəstəliyi səbəbindən tələf olması qeyd edilmişdir. Eyni zamanda müstəqil ekspertin rəyində Aqrar Sığorta Qaydalarının 1.21.1-ci bəndinin 12-ci abzası rəhbər tutularaq iribuynuzlu heyvanlarda ölüm səbəbinin müəyyən edilməsi və ya müqavilə üzrə təminat verilmiş sığorta risklərinə münasibətdə, əlavə araşdırılmanın aparılması müstəqil ekspert tərəfindən zəruri hesab edilmiş və laboratoriyaya göndərilən nümunələrlə əlaqədar analizinin nəticələrinə əsasən yekun diaqnozun qoyulması qeyd olunmuşdur. Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyasının ##.##.2021-ci il tarixli **********/Lab**-*****-T-*** saylı sınaq Protokolu nəticələrinə əsasən AT 238377569 birka nömrəli heyvan üzrə verilən nümunədə pasterelyoz xəstəlik törədiciləri aşkar edilmişdir. Aqrar Sığorta Qaydalarının 3.3.1-ci bəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il # #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na və 2007-ci il ## ##### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları"nda göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil olan xəstəliklər ve yoluxucu olmayan heyvan xəstəlikləri nəticəsində yaranan zərərlərə görə sığorta təminatı verilmir.

30. İddiaçı ilə “xxxx” MMC tərəfindən imzalanmış Lizinq portfelinin yığımı üçün ve Agentliyin digər fəaliyyət istiqamətləri üzrə hüquqi yardım və respublikanın müxtəlif bölgələrində məhkəmə-hüquq xidmətlərinin satın alınması üzrə fəaliyyət cədvəlinə əsasən lizinq və borcların yığımı üçün hər birlizinq alan/borcalan üzrə məhkəmədə təmsilçilik üzrə hüquqi yardımın dəyəri 576,28 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

31. Iddiaçı İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ## ###### 2020-ci il tarixli müqavilə №*** üzrə 88790,13 manat, müqavilə №***/* üzrə 111535,38 manat, müqavilə №***/* üzrə 77197,89 manat, və ## ##### 2021-ci il tarixli müqavilə №*** üzrə 47208,33 manatın və hüquqi yardımla bağlı ödənilmiş 576,28 manat xərcin, cəmi 325308,01 manat pul vəsaitinin cavabdeh cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ## ###### 2020-ci il (müqavilə №***, №***/*, №***/*) və ## ##### 2021-ci il (müqavilə №***) tarixlərində İddiaçı vasitəsilə güzəştli maliyyələşmə ilə müqavilə №*** üzrə 27 baş, müqavilə №***/* üzrə 37 baş, müqavilə №***/* üzrə 26 baş, müqavilə №*** üzrə 15 baş “Simmental” cinsli damazlıq inək əldə etmişdir. Damazlıq heyvanların alınması üçün cavabdeh cavabdeh1 müqavilə №*** üzrə 92 205,14 manat, müqavilə №***/* üzrə 125 054,82 manat, müqavilə №***/* üzrə 87 267,18 manat və müqavilə №*** üzrə 50 588,19 manat miqdarında güzəşt məbləği ayrılmışdır. 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış müqavilə №*** üzrə 27 baş, müqavilə №***/* üzrə 37 baş, müqavilə №***/* üzrə 26 baş və müqavilə №*** üzrə 15 baş heyvanın təsərrüfatında olmaması aşkar edilmişdir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq həmin heyvanların ölüm və ya məcburi kəsim sənədləri Agentliyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə qaydalarının 6.2.2-ci bəndinə əsasən idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Cavabdeh imzaladığı 3 ədəd ##.##.2021-ci il tarixli və ##.##.2021-ci il tarixli Iltizamla Agentlik vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərin ödənilməsi haqqında xəbərdar edilmişdir. Cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə Agentliyə müqavilə №*** üzrə 92205,14 manat, müqavilə №***/* üzrə 125054,82 manat, müqavilə №***/* üzrə 87267,18 manat və müqavilə №*** üzrə 50588,19 manat, beləliklə cəmi 355115,33 ziyan vurmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

33. Cavabdehin nümayəndəsi məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir: 1. Iddiaçı tərəfindən iddia tələbinin əsası olaraq, “2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış müqavilə №*** üzrə 27 baş, müqavilə №***/* üzrə 37 baş, müqavilə №***/* üzrə 26 baş və müqavilə №*** üzrə 15 baş heyvanın təsərrüfatda olmaması aşkar edilmişdir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq həmin heyvanların ölüm və ya məcburi kəsim sənədləri Agentliyə təqdim edilməmiş, 3 ədəd ##.##.2021-ci il tarixli və ##.##.2021-ci il tarixli Iltizamla Agentlik vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərin ödənilməsi haqqında xəbərdar edildiyi, cəmi 355 115,33 ziyan vurulduğu, dəfələrlə xəbərdar edilməsinə baxılmayaraq ödənişlər icra edilməmişdir” qeyd edilmişdir. Ilkin olaraq qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlər ilkin baxış keçirilən zaman iddiaçının ərizədə qeyd etdiyi əsasları sübuta yetirə biləcəyi hər hansı sənədi təqdim etmədiyi aydın şəkildə görünməkdədir. Belə ki, ## ###### 2020-ci il (müqavilə №***, №***/*, №***/*) və ## ##### 2021-ci il (müqavilə №***) tarixli müqavilələr üzrə (90 baş və 15 baş olmaqla) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vasitəsilə güzəştli maliyyələşmə ilə müqavilələr üzrə 105 baş heyvan subsidiya əsasında cavabdehə təhvil verilmişdir. Həmin müqavilələrdə heyvanlarla bağlı ətraflı öhdəliklər tənzimlənmədiyindən, damazlıq heyvanların üçüncü şəxslərin istifadəsinə və mülkiyyətinə verilməsi məsələsi müvəkkili tərəfindən imzalanan ##.##.2021-ci il və ##.##.2021-ci il tarixli “iltizamlar” ilə müəyyənləşdirilmişdir. Sözügedən iltizamlara əsasən damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verilməyəcəyi, baytarın müsbət rəyi olmadan kəsilməyəcəyi öz əksini tapmışdır. Həmin iltizamlarla müddət müəyyənləşdirilmiş olsa da, həmin müddətin başlanılması öz əksini tapmamışdır. Ilkin olaraq nəzərə almaq lazımdır ki, iltizam tərəflər arasında müəyyən öhdəliklər yaradır və hər bir tərəfin üzərinə məsuliyyət təyin edir. Buradan birbaşa aydın etmək mümkün olur ki, sözügedən iltizamlar yazılı şəkildə bağlanmış müqavilənin əlavəsi və ya yeni bir müqavilədir. Çünki iltizamların əsasını təşkil edən sənəd tərəflər arasında imzalanmış müqavilə olmuşdur. Yəni, yaranan öhdəliklərin hər biri ilkin müqavilə tarixi olaraq ## ###### 2020-ci il nəzərdə tutulmalıdır. Bundan əlavə tərəflər arasında təhvil verilmiş mallar ilə bağlı yuxarıda qeyd edilən (##.##.2021 və ##.##.2021) tarixlərdə iltizamlar imzalanmışdır. Belə olan halda həmin müddətin başlanılma tarixi olaraq müqavilənin bağlanıldığı və ya iltizamın imzalandığı tarix əsas götürülərsə cavabdehin həmin müddətə əməl etməyərək heyvanların ölüm və məcburi kəsim halı həqiqəti əks etdirmir. Çünki, iltizamın imzalandığı və orada qeyd olunan 3 illik öhdəlik tarixi öhdəliyin başlanıldığı müddət olaraq qəbul edilməli və məsuliyyətin bitmə tarixi iltizamın bitdiyi tarix hesab edilməlidir. Hər iki iltizamın imzalanması tarixlərinə nəzər yetirdikdə müəyyən etmək olur ki, iltizamların bitmə tarixi ##.##.2024 və ##.##.2024-cü il olur. Yəni həmin tarixdən etibarən iddiaçı tərəfindən qeyd edilən öhdəliklər artıq yekunlaşmışdır. Yəni həmin tarixdən etibarən damazlıq heyvanları 3-cü şəxslərin mülkiyyətinə/istifadəsinə verməmək və ya baytar rəyi olmadan kəsməmək kimi öhdəliklər öz qanuni qüvvəsini itirmişdir. Yəni tərəflər arasında imzalanmış müqavilə və ona əsasən tərtib edilmiş iltizamlarda qeyd edilən vəzifə və öhdəliklər xitam olmuşdur. 2. Bundan əlavə iddiaçı iddia ərizəsində “2024-cü ilin birinci rübündə monitorinqlər keçirildiyi və təsərrüfatda 37, 27, 26 və 15 baş heyvanın həmin təsərrüfatda olmadığı” müəyyən etdiyini bildirilmişdir. Iddia ərizəsinə əlavə olaraq təqdim edilən monitorinqlər barədə aktlarda 2024-cü ilin birinci rübündə deyil, daha sonrakı müddətdə olan avqust ayında həyata keçirildiyi öz əksini tapır. Həmin müddət heyvanların təhvil alındığı 2021-ci ilin aprel ayı ilə uyğunsuzluq təşkil edilməklə 3 illik iltizam müddətinin bitdiyi tarixdən sonranı əhatə etməkdədir. Hansı ki, nə müqavilələrdə, nə də iltizamda daha sonra bu kimi yoxlanışların olacağı, bundan əlavə iltizama “ömür boyu” riayət ediləcəyi barədə məlumat əks etdirilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən 3 illik müddətdən sonra azad şəkildə heyvanlar barədə sərəncam vermək hüququ istifadə edilə bilərdi. 3. Növbəti əsas olaraq qeyd edilməlidir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olaraq təqdim edilən aktlar qanuna müvafiq şəkildə tərtib edilməmişdir. Iddiaçı qeyd etmişdir ki, “Mülki iş üzrə "avqust 2024-cü il tarixli və ## ##### 2025-ci il tarixli aktlarda iddiaçı tərəfindən təsərrüfata baxış keçirilməsinin mümkün olmadığı, telefon zənglərinə cavab verilmədiyi, monitorinqlərin keçirilməsinə şərait yaradılmadığı, təsərrüfatın qeyri-qənaətbəxş hesab edildiyi qeyd edilmişdir”. Lakin, sözügedən tarixdə iddiaçının nümayəndələri tərəfindən hər hansı telefon zəngi edilməmiş, keçiriləcək yoxlama barədə ona məlumat təqdim edilməmiş, faktiki olaraq ünvanının, məlumatlarının mövcud olmasına baxmayaraq hər hansı şəxs vasitəsilə onunla əlaqə saxlanılmamışdır. Həmin zaman yoxlanışın keçirilməsi, kim tərəfindən necə keçirilməsi isə ümumiyyətlə cavabdehə aydın olmamışdır. Daha əvvəldən xəbərdar edilmədiyi üçün təsərrüfatın mühafizəsinin təmini məqsədilə həmin sahənin bağlı olması başa düşülən haldır. Daimi olaraq həmin ərazidə cavabdehin olması da qeyri-mümkün bir haldır. Ancaq iddiaçı tərəfin qeyd olunan məqamlara əməl etmədən aktlaşdırmanın həyata keçirilməsi və bağlı olan təsərrüfat sahəsində (daxil olmadan) monitorinq keçirmədən qeyri-qənaətbəxş adlandırılması əsassız olmaqla yanaşı həmin monitorinqlərin qanuna müvafiqliyini də sual altına alır. Hazırkı dövrdə praktikada görünən və həmçinin qanunvericiliyin tələbi bundan ibarətdir ki, keçiriləcək yoxlamalar barədə əvvəldən sahibkar məlumatlandırılmalı, müvafiq qərar sahibkara təqdim edilməli, o qərar ilə tanış edilərək yoxlama həyata keçirilməlidir. Bundan əlavə keçirilən yoxlamalar müvafiq reyestrdə qeydiyyata alınmalıdır. Lakin tərəfindən qeyd edilən halları təkzib edə biləcək hər hansı bir sübut nə daha əvvəl onlara, nə də məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, həmin aktlaşdırmaların həyata keçirildiyi tarix yuxarıda qeyd olunanlara əsasən iltizam müddəti üzrə öhdəliyin bitdiyi tarixdən sonrakı müddətə təsadüf edir. Yəni iddiaçı tərəfindən qanunsuz aktların tərtib edilməsindən əlavə, səlahiyyətli olmadığı müddət ərzində belə bu kimi yoxlamaların həyata keçirilməsi “baş tutmuşdur”. Həmçinin iddiaçı hansı səbəbdən olması məlum olmamasına baxmayaraq tərəfindən iltizam dövründə tələf olan heyvanlarla bağlı təqdim olunan aktlar nəzərə alınmamışdır. Belə ki, ## ### 2022-ci il tarixində cavabdehin təsərrüfatında olan heyvanların bir qismi xəstələnmiş və bu halın iltizam müddətində baş verdiyini nəzərə alaraq, baytarlar tərəfindən təsərrüfata baxış keçirilmişdir. Baxış nəticəsində baytarlar tərəfindən səkkiz heyvanın (birka nömrələri qeyd olunmaqla akt əlavə olunur) beşində tənəffüs yollarında, üçündə isə mastit xəstəliyi olduğu müəyyən edilərək, heyvanların çıxdaş edilməli olduğu bildirilmişdir. Bundan başqa ümumilikdə iltizam dövrü ərzində xəstəliyə yoluxan heyvanlarla bağlı cavabdeh tərəfindən Aqrar Sığorta Fonduna müraciət edilmiş, Fond tərəfindən verilən cavab məktublarında da heyvanların xəstələnməsi faktı bir daha öz əksini tapmış, 9 heyvanın sığorta ödənişi həyata keçirilmişdir. 4. Əlavə olaraq Iddiaçı iddia ərizəsində “öhdəliyin icrası barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq ödənişlərin icra edilmədiyini bildirmişdir”. Cavabdehə yalnızca ##.##.2025-ci il tarixdə müraciət daxil olmuş, həmin müraciət izahlı şəkildə 5 gün sonra ##.##.2025-ci il tarixli məktubla cavablandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə” qaydalarının 7.1-ci bəndi nəzərə alınmalıdır. Müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyin müəyyən etdiyi formada ona rüblük hesabat verirlər. Lakin iltizam tarixi bitdikdən sonra iddiaçı tərəfindən yalnızca 1 dəfə yoxlanış həyata keçirilmişdir. Halbuki qanunvericiliyin tələbindən aydın şəkildə görünür ki, rüblük olaraq yəni ildə 4 dəfə olmaqla səlahiyyətli şəxslər tərəfindən monitorinq həyata heçirilməli idi. Iltizam müddəti ərzində cavabdehə hər hansı bir pretenziya, xəbərdarlıq məktubu ünvanlanmamış, hansısa uyğunsuzluğun müəyyən edilməsi barədə bildiriş təqdim edilməmişdir. Əlavə olaraq müqavilə üzrə təhvil verilən heyvanlarda iltizam müddəti bitdikdən sonra dırnaq çürüməsi (nekrobaterioz) xəstəliyi aşkarlanmışdır. Dırnaq çürüməsi damazlıq heyvanların tələf olmasına səbəb olmuşdur ki, bu xəstəlik heyvanların xilas olmasını qeyri-mümkün edən xəstəlik növüdür. Sözügedən xəstəlik ilə bağlı müvafiq internet saytlarında və digər resurslarda yetəri qədər məlumatlar əks etdirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 99.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2-ci maddəsində öhdəliyin icrası yalnız onun üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəlik olaraq tənzimlənmişdir ki, iltizam müddətini nəzərə alaraq daşıdığı öhdəlik müddəti tam şəkildə 2024-cü ilin aprel ayından bitmişdir. Təqdim edilmiş iddia ərizəsi yalnızca formal mülahizələr əsasında tərtib edilmiş, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmiş və birinci instansiya məhkəməsinə bununla bağlı heç bir sübut təqdim etməmişdir.

34. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, məsələ ilə bağlı elektron poçt üzərindən Agentliyə məlumat verilməsi ilə əlaqədar müraciət etmişdir. Sığorta ödənişləri ilə bağlı onların sistemində məbləğin görünmədiyini bildirmişlər. Lakin yoxlama aktları, 3 il ərzində heyvanların monitorinqi ilə bağlı hər hansı sübut yoxdur. Hazırda mövcud sübutlar əsasında iddia tələbini müdafiə edir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, hazırda iddia tələbinin əsası cavabdehə təhvil verilmiş damazlıq heyvanlarının qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində ödənilmiş güzəşt məbləğidir. Fevral ayına kimi keçirilən baxışlar barədə məlumatı yoxdur. 2025-ci ildə baxış keçirilməsi barədə ona məlumat verilib. Düzdür, iltizam müddəti həmin dövrdə bitmişdir. Həmin dövrə kimi Hesablama Palatası tərəfindən bütün yoxlanışlar keçirilib, daha sonra ziddiyətlər yarandıqda onlar da yoxlamaya cəlb edilir. Hesablama Palatasının monitorinq aktı var, lakin onlara təqdim edilməmişdir. 28 heyvandan 9 heyvana sığorta ödənişinin ödənilməsi barədə məlumatı yoxdur. Rəsmi mail üzrə cavabdehin bildirdiyi hallar üzrə quruma müraciət edilsə də qurumun hazırda mövqeyi dəyişməzdir. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir.

35. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iltizam müddəti ərzində ümumi 105 baş heyvandan 26 baş heyvanın müəyyən xəstəliklərdən dolayı ölməsi, məcburi kəsilməsi zərurəti yaranmışdır. Sığorta Fondu çağırılmış və bu hal aktlaşdırılmışdır. Digərləri isə iltizam müddəti bitdikdən sonra olmuşdur. Tərəfindən iltizam dövründə tələf olan heyvanlarla bağlı təqdim olunan aktlar nəzərə alınmamışdır. Belə ki, ## ### 2022-ci il tarixində cavabdehin təsərrüfatında olan heyvanların bir qismi xəstələnmiş və bu halın iltizam müddətində baş verdiyini nəzərə alaraq, baytarlar tərəfindən təsərrüfata baxış keçirilmişdir. Baxış nəticəsində baytarlar tərəfindən səkkiz heyvanın beşində tənəffüs yollarında, üçündə isə mastit xəstəliyi olduğu müəyyən edilərək, heyvanların çıxdaş edilməli olduğu bildirilmişdir. Bundan başqa ümumilikdə iltizam dövrü ərzində xəstəliyə yoluxan heyvanlarla bağlı cavabdeh tərəfindən Aqrar Sığorta Fonduna müraciət edilmiş, Fond tərəfindən verilən cavab məktublarında da heyvanların xəstələnməsi faktı bir daha öz əksini tapmış, 9 heyvanın sığorta ödənişi həyata keçirilmişdir. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir.

36. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, 2022-ci il fevral ayında AKIA-nın nümayəndələri 10 gün-10 gün aralığında 2 dəfə olmaqla yoxlamaya gəlmişdilər. Həmin dövrdə 18 baş heyvan tələf olmuşdu. 9 heyvan üzrə sığorta ödənişinin edilməsi barədə akt tərtib etdilər. Həmin aktın bir surəti onda, digər surəti özlərində qaldı. Onda hazırda həmin aktın surəti yoxdur. Lakin qarşı tərəfdə bu akt var. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir.

37. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.

38. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:  Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh cavabdeh1 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vasitəsilə güzəştli maliyyələşmə əsasında “xxxx” MMC ilə ## ###### 2020-ci il tarixli №***, №***/*, №***/* və ## ##### 2021-ci il tarixli №*** nömrəli müqavilələr bağlayaraq ümumilikdə 105 baş "Simmental" cinsli damazlıq heyvan əldə etmişdir.  Iş materiallarından görünür ki, cavabdeh ##.##.2021-ci il və ##.##.2021-ci il tarixli iltizamlar imzalayaraq əldə etdiyi damazlıq heyvanları 3 il müddətində üçüncü şəxslərin mülkiyyətinə və ya istifadəsinə verməmək, həmçinin baytarın müsbət rəyi olmadan kəsməmək barədə öhdəlik götürmüşdür.  Iddiaçı cavabdehin qeyd olunan öhdəlikləri pozaraq heyvanları təsərrüfatında saxlamadığını və nəticədə Agentliyə ziyan vurduğunu bildirərək güzəşt edilmiş vəsaitin geri qaytarılmasını tələb etmişdir.  Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir.  Belə ki, iş materiallarında olan iltizamlardan görünür ki, cavabdehin üzərinə götürdüyü öhdəliklər ##.##.2021–##.##.2024 və ##.##.2021–##.##.2024-cü illər tarixlərini əhatə edən 3 illik müddət üçün müəyyən edilmişdir. Lakin iddiaçı həmin müddət ərzində cavabdehin təsərrüfatında monitorinq və ya yoxlama aparılması, yaxud damazlıq heyvanların üçüncü şəxslərə verilməsi və ya satılması faktını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.  Əksinə, iş materiallarına əlavə edilmiş ## ##### 2025-ci il tarixli monitorinq aktlarından görünür ki, yoxlamalar iltizam müddəti başa çatdıqdan sonra aparılmış və 3 illik iltizam müddətində heyvanların olmamasına dair qeyd aparılmamışdır. Halbuki monitorinq nəticəsi yalnız öhdəliyin pozulmasını deyil, pozuntunun məhz iltizam müddəti ərzində baş verdiyini təsdiq etməlidir.  Məhkəmə iclasında iddiaçının nümayəndəsinə iltizam müddəti ərzində cavabdehin öhdəlikləri pozması ilə bağlı sübutların təqdim edilməsi təklif olunsa da, nümayəndə əlavə sübutlarının olmadığını bildirmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydaları”nın 7.2-ci bəndinə əsasən Agentlik maliyyələşdirilən təsərrüfat subyektlərində vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlər aparmaq hüququna malikdir. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehin təsərrüfatında iltizam müddəti ərzində hər hansı monitorinq aparılması müəyyən edilməmişdir.  Bu halda iddiaçı tərəfindən öz nəzarət mexanizmlərindən istifadə edilməməsi cavabdehin öhdəliklərini pozması faktının mövcud olduğunu avtomatik olaraq təsdiq edən hal kimi qiymətləndirilə bilməz.  Bundan başqa, iş materiallarından görünür ki, iltizam müddəti ərzində bəzi heyvanların xəstələnməsi ilə əlaqədar baytarlıq baxışı keçirilmiş və baytarlıq rəylərinə əsasən bir sıra heyvanların çıxdaş edilməsi zəruri hesab edilmişdir. Həmçinin cavabdeh tərəfindən Aqrar Sığorta Fonduna müraciət edilmiş, bir sıra heyvanlar üzrə sığorta ödənişi həyata keçirilmişdir.  Bu hallar cavabdehin heyvanların saxlanılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə vicdanla yanaşdığını göstərir.  Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən imzalanmış iltizamda damazlıq heyvanların xəstəlik və ya təbii səbəblər nəticəsində tələf olması halında subsidiya məbləğinin geri qaytarılmasına dair hər hansı öhdəlik nəzərdə tutulmamışdır.  Hazırkı iş üzrə iltizam müddəti ərzində cavabdehin damazlıq heyvanları üçüncü şəxslərə satması, istifadəsinə verməsi və ya baytarlıq rəyi olmadan kəsməsi faktı müəyyən edilməmişdir.  Əksinə, tələf olmuş heyvanların bir qismi ilə bağlı rəsmi baytarlıq rəyi, digər qismi ilə bağlı isə cavabdeh tərəfindən sığorta fonduna müraciət faktı mövcuddur ki, bu da cavabdehin öhdəliklərə vicdanla yanaşdığını göstərir.  Məhkəmə qeyd edir ki, sübutetmə yükü ilə bağlı prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı tərəfindən cavabdehin öhdəliyini pozaraq güzəştli kredit vəsaiti ilə aldığı heyvanları 3 il tamam olmamış satdığı və ya üçüncü şəxsə verildiyi bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.  Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehin üzərinə götürdüyü öhdəlikləri pozması sübuta yetirilmədiyindən subsidiya məbləğinin geri tələb olunması üçün hüquqi əsaslar mövcud deyildir. Odur ki, iddia təmin olunmamalı, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir.

39. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1, 386.1, 396, 425.1, 427.1, 427.3, 442, 448.1, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydalarının 2.1, 2.1.1, 2.1.3, 2.1.4, 5.1, 5.1.1, 5.1.2, 5.1.3, 5.1.4, 5.1.5, 5.4, 6.1.2, 6.2, 6.2.1, 6.2.2, 6.2.3, 7.1, 7.2-ci bəndlərinə istinad etmişdir.

40. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq, iş üzrə icraat zamanı hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığını və həqiqətin müəyyən edilmədiyini irəli sürmüşdür.

Məhkəmə icraatı iştirakçılarının izahatları

41. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh və onun nümayəndəsi (vəkili) isə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 385.1-ci maddəsinə əsasən müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Maddə 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

44. Maddə 396-cı maddəsinə əsasən öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir.

45. Maddə 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

46. Maddə 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

47. Maddə 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

48. Maddə 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

49. Maddə 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

50. Maddə 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə” Qaydaları:

51. Bənd 2.1. Agentliyin vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə edilir: 2.1.1. kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi; 2.1.3. kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli şərtlərlə satışının, lizinqə verilməsinin və kreditləşməsinin maliyyələşdirilməsi; 2.1.4. heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsi.

52. Bənd 5.1. Sahibkarlıq subyektlərinə Agentliyin vəsaiti hesabına aşağıdakı hədlərdə güzəştli kreditlər və lizinq vəsaiti verilə bilər: 5.1.1. 15 000 manatadək mikrokreditlər; 5.1.2. 15 001 manatdan 30 000 manatadək - kiçikhəcmli kreditlər; 5.1.3. 30 001 manatdan 100 000 manatadək - ortahəcmli kreditlər; 5.1.4. 100 001 manatdan 200 000 manatadək - irihəcmli kreditlər; 5.1.5. 1 000 000 manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər və lizinq vəsaiti. 5.4. Kredit və lizinq müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir. Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə və lizinqlərə güzəşt müddəti şamil edilmir.

53. Bənd 6.1.2. idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi meyarlara uyğun olaraq yerli istehsala aid edilən müasir suvarma sistemlərinə münasibətdə isə 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. 6.2. Damazlıq heyvanın güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: 6.2.1. müvafiq damazlıq heyvan üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş damazlıq heyvanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 25 faizi həcmində müəyyən edilir; 6.2.2. idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir; 6.2.3. damazlıq heyvanın dəyərinin qalan hissəsini isə müvəkkil kredit təşkilatları bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində kredit və lizinq yolu ilə maliyyələşdirirlər.

54. Bənd 7.1. Müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyin müəyyən etdiyi formada ona rüblük hesabat verirlər. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsinin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 (üç) il müddətində Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetiribyetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Agentliyin hesabına köçürməlidir.

55. Bənd 7.2. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentlik maliyyələşdirdiyi sahibkarlıq subyektlərində seçmə üsulu ilə müstəqil monitorinqlər apara bilər. Agentliyin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Agentliyin hesabına köçürülür. Agentliyin yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq cərimə hesablanır. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

61. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

62. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

65. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və tətbiq edilmiş maddi-prosessual hüquq normalarına uyğundur.

66. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

67. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

68. Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında ## ###### 2020-ci il tarixli №***, №***/* və №***/*, həmçinin ## ##### 2021-ci il tarixli №*** saylı güzəştli maliyyələşmə müqavilələri bağlanmış, həmin müqavilələr əsasında cavabdehə ümumilikdə damazlıq heyvanların alınması üçün güzəştli kredit və subsidiya ayrılmışdır. ##.##.2021-ci il və ##.##.2021-ci il tarixli iltizamlara əsasən cavabdeh ona verilmiş damazlıq heyvanları müəyyən olunmuş müddət ərzində saxlamalı, onların üçüncü şəxslərə verilməsinə, istifadədən çıxarılmasına və baytar rəyisiz məcburi kəsiminə yol verməməli, əks halda isə ayrılmış güzəşt məbləğini geri qaytarmalı olması barədə öhdəlik götürmüşdür.

69. Kollegiya qeyd edir ki, iş materiallarında olan iltizamlardan görünür ki, cavabdehin üzərinə götürdüyü öhdəliklər müəyyən edilmiş 3 illik müddət ərzində damazlıq heyvanların saxlanılması və onların üçüncü şəxslərə verilməməsi ilə bağlı olmuşdur. Bu baxımdan iddiaçı cavabdehin məhz iltizam müddəti ərzində həmin öhdəlikləri pozduğunu sübut etməli idi.

70. Lakin iş materiallarından görünür ki, iddiaçının istinad etdiyi monitorinq aktları ## ##### 2025-ci il tarixdə tərtib edilmiş, yəni iltizam müddəti başa çatdıqdan sonra aparılmışdır. Həmin aktlarda yalnız monitorinq tarixində heyvanların cavabdehin təsərrüfatında aşkar edilməməsi qeyd edilmiş, lakin onların iltizam müddəti ərzində özgəninkiləşdirilməsi, satılması və ya üçüncü şəxslərə verilməsi barədə konkret məlumat müəyyən edilməmişdir.

71. Kollegiya hesab edir ki, monitorinqin iltizam müddəti bitdikdən sonra aparılması və həmin müddət ərzində cavabdehin öhdəlikləri pozmasına dair başqa mötəbər sübutların təqdim edilməməsi şəraitində, yalnız heyvanların sonrakı dövrdə təsərrüfatda aşkar edilməməsi cavabdehin müqavilə öhdəliklərini pozduğunu birmənalı şəkildə təsdiq etmir.

72. Eyni zamanda iş materiallarından görünür ki, iltizam müddəti ərzində bəzi heyvanların xəstələnməsi ilə bağlı baytarlıq baxışları keçirilmiş, bununla əlaqədar Aqrar Sığorta Fonduna müraciət edilmiş və bir sıra heyvanlar üzrə sığorta ödənişləri həyata keçirilmişdir. Həmin hallar cavabdehin heyvanların saxlanılması ilə bağlı öhdəliklərinə formal yanaşmadığını göstərən hallar kimi nəzərə alınmalıdır.

73. Bundan başqa, “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin vəsaitindən istifadə Qaydaları”na əsasən Agentliyin maliyyələşdirilən təsərrüfatlarda monitorinq aparmaq hüququ olmuşdur. Lakin iş materiallarından iddiaçı tərəfindən iltizam müddəti ərzində hər hansı monitorinq və ya yoxlamanın aparılması müəyyən edilmir.

74. Eyni zamanda kollegiya qeyd edir ki, iş materialları ilə cavabdeh tərəfindən müqavilə şərtinin pozularaq heyvanların təkrar satılması və ya üçüncü şəxslərə verilməsi müəyyən edilmir.

75. Belə ki iddiaçı cavabdeh tərəfindən müqavilə şərtinin pozulmasını, yəni heyvanların təkrar satılması və ya üçüncü şəxslərə verilməsini təsdiq edən sübut təqdim edə bilməmişdir.

76. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Iddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

77. Kollegiya onu da qeyd edir ki, iddiaçının apellyasiya instansiya məhkməsinə təqdim etdiyi, ##.##.2024-cü il tarixli akt sübut kimi qəbul olunmamalıdır; çünkü iddiaçının nümayəndəsi həmin aktı birinci instansiya məhkəməsinə təqdim etməmişdir - yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər (§ 60).

78. Kollegiya həmçinin nəzərə alır ki, iş üzrə birinci instansiya məhkəməsində keçirilmiş hazırlıq iclasının ##.##.2026-cı il tarixli protokolundan (iş materialları, İ cild, səh. 74) görünür ki, iddiaçının nümayəndəsi özü də məhkəmə iclasında “yoxlama aktları, 3 il ərzində heyvanların monitorinqi ilə bağlı hər hansı sübut olmadığını” etiraf etmişdir.

79. Həmin izahatdan da göründüyü kimi, iddiaçı cavabdehin məhz iltizam müddəti ərzində öhdəlikləri pozmasını təsdiq edən monitorinq, yoxlama və ya digər nəzarət tədbirlərinin həyata keçirildiyini sübut edə bilməmişdir.

80. Belə olan halda iddiaçının sonradan təqdim etdiyi dəlillər və apellyasiya şikayətində irəli sürdüyü arqumentlər cavabdehin iltizam müddəti ərzində damazlıq heyvanları üçüncü şəxslərə verməsi, satması və ya başqa formada öhdəlikləri pozması faktını mötəbər şəkildə təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

81. Nəzərə alınmalıdır ki, müvafiq prosessual normalar (§ 60) hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətlərində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən

82. qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar