Məhkəmə qərarları › İş №e-2-2(3-6)-457/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-457/2026

21.05.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-457/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, İsmayılova Elnarə Məmiş qızının katibliyi, Cavabdeh cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh cavabdeh3 və qeyrilərinə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. LPO Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “iddiaçı”) 2020-ci il # ####### tarixində "Akkord Sanaye Tikinti İnvestisiya Korporasiyası" MMCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 13.500.000 manat əsas borcun, 3.761.401,5 manat faiz borcunun, 2.630.625 manat Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanmış faiz borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, çəkilmiş 20 manat notariat xərcinin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il ## ###### tarixli e-*-*(***)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 13.500.000 manat əsas borc, 3.761.401,5 manat faiz borcu, 2.566.757 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla ümumilikdə 19.828.158,5 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – F.Qasımov). 12.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il ## #### tarixli 2- *(***)-***/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2023cü il tarixli qərarı ilə cavabdeh “xxxx” ASCnin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il ## #### tarixli *-*(***)-***/**** saylı qətnaməsi həmin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

4. İddiaçı “Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyası” ASC ilə maraqlı şəxs1 MMC arasında ## #### 2016-cı il tarixli AP **/**** saylı podrat müqaviləsi imzalanmışdır.

5. “xxxx” ASC, cavabdeh2 MMC və “xxxx” ASC 3 tərəfli razılaşma ##.##.2019-cu il üçtərəfli razılaşma protokoluna əsasən Bank əsas borcun 10.000.000 manat məbləğində olan hissəsini və 3.761.401,5 manat faiz borcunu "Akkord Sanaye Tikinti İnvestisiya Korporasiyası" MMC-yə güzəşt etmiş, sonuncu isə öz növbəsində maraqlı şəxs1 MMC-nin ona olan və "xxxx” MMCnin ödəməyi öz üzərinə götürdüyü 10.294.516,83 manat məbləğində borcundan tam imtina etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı “xxxx” ASC (bundan sonra – iddiaçı) cavabdehlər cavabdeh3 və qeyrilərinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 MMC-dən, cavabdeh1 və cavabdeh3 müştərək qaydada iddiaçı “xxxx” ASC-nin xeyrinə 16 328 158 manat məbləğində pulun, ödənilmiş 8955 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2013-cü il tarixdə X3 Dövlət Komitəsi tərəfindən “xxxx” ASC-yə məxsus hər birinin nominal dəyəri 1000 manat olan 50000 ədəd istiqraz qeydiyyata alınmışdır. ##.##.2013-cü il tarixdə Bakı Fond Birjasında satışa çıxarılmış yuxarıda qeyd olunan istiqrazların 15000 ədədi “xxxx” ASC tərəfindən alınmış və bu barədə Milli Depozit Mərkəzi tərəfindən müvafiq qeydiyyat aparılmışdır. Bağlanmış əqdin ümumi dəyəri 15000000 manat təşkiledir. Bundan sonra, ##.##.2019-cu il tarixdə “xxxx” ASC, cavabdeh2 MMC və “xxxx” ASC 3 tərəfli razılaşma protokolu imzalamışdırlar. Həmin razılaşma protokolunun 1-ci bəndinə əsasən “Bu razılaşma protokolu imzalandıqdan sonra “xxxx” ASC əsas borcun 10000000 manat məbləğində olan hissəsini və 3761401.05 manat faiz borcunu “xxxx” ASC-yə güzəşt edir. Akkord isə öz növbəsində maraqlı şəxs1 MMC-yə qarşı mövcud olan və cavabdeh2 MMC-nin ödəməyi öz üzərinə götürdüyü 10294516,83 manat məbləğində borcundan tam imtina edir. Beləliklə “xxxx” ASC-nin “xxxx” ASC qarşısında ümumi borcunun həcmi 5000000 manat təşkil edir. “xxxx” ASC ##.##.2019-cu il tarixli razılaşma protokoluna əməl edərək 1500000 manat “xxxx” ASC-yə ödəmişdir. Razılaşma protokolu imzalandıqdan sonra tərəfimizdən maraqlı şəxs1 MMC-yə və cavabdeh2 MMC-yə qarşı heç bir pul tələbi irəlisürülməmişdir. Eynizamanda məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki,cavabdeh cavabdeh3 maraqlı şəxs1 MMC-nin təsisçisidir. Daha sonra “xxxx” ASC “xxxx” ASC-yəqarşı “kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesi zamanı tərəfimizdən ##.##.2019-cu il tarixli razılaşma protokolu məhkəmə təqdim edilmişdir. Lakin qarşı tərəflər həmin protokola etiraz edərək bildirmişlər ki, qeyd edilən protokolu səlahiyyəti olmayan şəxslər imzaladığından protokol etibarsızdır. Məhkəmə isə protokol səlahiyyəti olmayan şəxslər tərəfindən imzalandığından protokolu etibarsız hesab edərək iddianı təmin etmiş və 13500000 manat məbləğində əsas borc, 3761401,5 manat məbləğində faiz borcu, 2566757 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla ümumilikdə 19828158,5 manat məbləğində pul vəsaiti “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilnməsi qət edilmişdir. Belə olan halda Mülki Məcəllənin 360-cı maddəsinin tələbini rəhbər tutaraq 16328158 manat dəymiş ziyan cavabdehlər tərəfindən müştərək qaydada ödənilməlidir.

8. İddiaçı iddia ərizəsinə əlavə verərək qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Kommersiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi üzrə ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbi üzrə İddiaçı ASC-dən ümumilikdə 19.828.158,50 (on doqquz milyon səkkiz yüz iyirmi səkkiz min yüz əlli səkkiz manat əlli qəpik) manat məbləğində pul vəsaitinin tutulması qət olunmuşdur. Hazırda İddiaçı ASC tərəfindən ##.##.2019cu il tarixli Razılaşma protokolu üzrə ödəməli olduğu 5.000.000 (beş milyon) manat məbləğdən 1.500.000 (bir milyon beş yüz min) manat ödənildiyinə görə qalıq 3.500.000 (üç milyon beş yüz min) manat hissəni Bakı Kommersiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi üzrə tələb olunan 19.828.158,50 (on doqquz milyon səkkiz yüz iyirmi səkkiz min yüz əlli səkkiz manat əlli qəpik) manat məbləğdən çıxıldıqdan sonra İddiaçı ASC-yə 16.328.158,50 (on altı milyon üç yüz iyirmi səkkiz min yüz əlli səkkiz manat əlli qəpik) manat məbləğdə maddi ziyan dəymişdir. Belə ki, ##.##.2019- cu il tarixli Razılaşma protokolundan da göründüyü kimi cavabdeh2 MMC-nin adından Direktorlar Şurasının sədri cavabdeh1 və “xxxx” ASC-nin adından İdarə Heyətinin sədri cavabdeh3 imzalamışdır. Həmin Razılaşma protokolu imzalanan vaxt “xxxx” ASC-nin İdarə Heyətinin sədri cavabdeh3 həm də maraqlı şəxs1 MMC-nin təsisçisi olmuşdur. cavabdeh2 MMC isə “xxxx” ASCnin kapitalında Cəmiyyətin törəməsi olan “xxxx” MMC vasitəsilə dolayı iştirak payına malik olmuşdur. Göründüyü kimi, “xxxx” ASC-nin İdarə Heyətinin sədri cavabdeh3 maraqlı şəxs1 MMC və cavabdeh2 MMC-yə münasibətdə aidiyyəti olan şəxs olmuşdur. ##.##.2019-cu il tarixli Razılaşma protokolununun imzalanaraq maraqlı şəxs1 MMC-ni 10.294.516,83 (on milyon iki yüz doxsan dörd min beş yüz on altı manat səksən üç qəpik) manat məbləğində öhdəlikdən azad etməkdə cavabdeh2 MMCnin adından Direktorlar Şurasının sədri cavabdeh1 və xxxx” ASCnin İdarə Heyətinin sədri cavabdeh3 maraqları olmuşdur. Belə ki, Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışlardan görünür ki, "xxxx” MMC “xxxx” MMC 99% payla təsisçisi, “xxxx” MMC isə “xxxx” ASC-nin 86,0023 % payla təsisçisidir. "xxxx” MMC “xxxx” ASCnin nizamnamə kapitalında ən azı 10 faiz paya dolayı yolla malik olan şəxs olduğundan banka aidiyyatı olan şəxsdir. “xxxx” ASC-nin nizamnaməsindən görünür ki, banka aidiyyatı şəxslər və aidiyyatı şəxs adından hərəkət edən şəxslər ilə əqdlərin bağlanmasına razılıq vermək Müşahidə Şurasının səlahiyyətinə aid edilmişdir. ##.##.2019-cu il tarixli Razılaşma protokolununun imzalanan zaman əqdin məbləği “xxxx” ASC-nin aktivlərinin 5%-dək hissəsini təşkil edir. Mülki Məcəllənin, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normalarına və “xxxx” ASC-nin nizamnaməsinə əsasən “xxxx” ASC ilə ona aidiyyatı şəxs olan "xxxx” MMC arasında bankın aktivlərinin 5 faizinədək hissəsini təşkil edən əqd bağlanarkən X6 əqdin bağlanmasına razılığını ifadə edən qərarı olmalı idi. Əgər əqdin qiyməti bankın aktivlərinin 5 faizindən çox olsaydı bu zaman müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı olmalı idi. Yəni banka aidiyyatı şəxslərlə əqdlərin bankın kollegial orqanlarının razılığı olmadan bağlanması qanunla qadağan edilmişdir. Bu səbəbdən də cavabdeh2 MMC-nin Direktorlar Şurasının sədri cavabdeh1 və xxxx” ASC-nin İdarə Heyətinin sədri cavabdeh3 imza səlahiyyətlərinin olmadığını və ##.##.2019-cu il tarixli Razılaşma protokolununun imzalanması üçün müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarının olması tələbinin zəruri olduğunu bilə-bilə qəsdən bu razılaşma protokolunu imzalamışlar və faktiki olaraq maraqlı şəxs1 MMC-ni 10.294.516,83 (on milyon iki yüz doxsan dörd min beş yüz on altı manat səksən üç qəpik) manat məbləğində öhdəlikdən azad etmişlər. ##.##.2019-cu il tarixli Razılaşma protokolu imzalandıqdan qısa müddət sonra maraqlı şəxs1 MMCnin təsisçisi olmuş cavabdeh3 MMC-nin təsis paylarını “Aqro Food İvestments” MMC-yə satmışdır. Hamıya məlumdur ki, hər hansı fiziki və hüquqi şəxs qarşısında pul öhdəliyi olan hüquqi şəxsin təsis paylarını almaq heç bir sahibkarın biznes məqsədlərinə uyğun deyildir. Bu səbəbdən də cavabdeh3 maraqlı şəxs1 MMC-nin təsis payını satmaq məqsədini həyata keçirə bilmək üçün qanunsuz olduğunu bilərək ##.##.2019-cu il tarixli Razılaşma protokolunu imzalamışdır. Göründüyü kimi, cavabdeh2 MMC-nin Direktorlar Şurasının sədri cavabdeh1 və xxxx” ASC-nin İdarə Heyətinin sədri cavabdeh3 imza səlahiyyətləri olmadığı üçün ##.##.2019-cu il tarixli Razılaşma protokolu məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Bu səbəbdən də hazırda İddiaçı ASC-nin LPO “xxxx” ASC qarşısında 19.828.158,50 (on doqquz milyon səkkiz yüz iyirmi səkkiz min yüz əlli səkkiz manat əlli qəpik) manat məbləğdə öhdəliyi yaranmışdır. Halbuki həmin Razılaşma protokolu etibarlı olsaydı İddiaçı ASC-nin LPO “xxxx” ASC qarşısında 3.500.000 (üç milyon beş yüz min) manat məbləğində öhdəliyi qalmış olacaqdı. Həmçinin bildiririk ki, ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ASC-nin mövcud olan aktiv bank hesablarına həbsin qoyulması barədə barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi rədd edilmişdir. Həmin qərardaddan ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- ***/**** saylı, ##.##.2021-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı ##.##.2021-ci il tarixli qərardadı ləğv edilmiş, ləğv prosesində olan “xxxx” ASC-nin müvəqqəti təminat tədbiri haqqında ərizəsi qismən təmin edilmiş, iddia tələbinə baxılıb qurtaranadək, “Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin bank hesablarındakı pul vəsaiti üzərinə - əmək haqqı, vergi və digər məcburi dövlət ödənişlərinə (vergi, sosial və s.) məhdudiyyət qoyulmadan, 13.500.000 (on üç milyon beş yüz min) manat məbləğində həbs qoyulmuşdur. Bu səbəbdən də İddiaçı ASC ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinin Avtomobil Yolları Komitəsi arasında bağlanmış ## ###### 2017-ci il tarixli, Kredit № ****-KAZ üzrə 002- ADB/CW**** nömrəli Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirə bilməmişdir. Yekunda Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinin Avtomobil Yolları Komitəsi tərəfindən X7 Məhkəməsinə müraciət olunmuşdur. Göründüyü kimi, cavabdeh2 MMC-nin adından Direktorlar Şurasının sədri cavabdeh1 və xxxx” ASCnin İdarə Heyətinin sədri cavabdeh3 qanunazidd hərəkətləri nəticəsində İddiaçı ASCyə 16.328.158 (on altı milyon üç yüz iyirmi səkkiz min yüz əlli səkkiz) manat məbləğdə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002- ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “xxxx” MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019- cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: • törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; • törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; • ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və yavurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasəntəmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Beləliklə, cavabdehlər cavabdeh2 MMC, cavabdeh1n və cavabdeh3 qanunzidd hərəkətləri nəticəsində “xxxx” ASC-yə dəymiş 16.328.158,50 (on altı milyon üç yüz iyirmi səkkiz min yüz əlli səkkiz manat əlli qəpik) manat məbləğində maddi ziyanın və ödənilmiş 8.955 (səkkiz min doqquz yüz əlli beş) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər.

9. Cavabdeh cavabdeh2 MMC iddia ərizəsinə etiraz edərək, təmin edilməməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir

10. Etiraz onuna əsaslandırılmımdır ki, iddianın mahiyyəti İddiaçı “xxxx” ASC bizə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ##.##.2019-cu il tarixli üçtərəfli “razılaşma protokolu”nun səlahiyyətsiz şəxslər tərəfindən imzalanması nəticəsində “Akkord STİK” tərəfindən “xxxx” ASC-yə ödənilmiş vəsaitlər əsasında yaranmış 16.328.158 manat zərərin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. İddia tələbinin əsası İddia tələbinin əsası kimi iddiaçı “xxxx” ASC ilə cavabdeh2 MMC və “xxxx” ASC arasında ##.##.2019-cu il tarixdə imzalanmış üç tərəfli razılaşma protokoludur. Belə ki, həmin razılaşma protokolunun tələblərinə əsasən, həmin razılaşma protokolu imzalandıqdan sonra “xxxx” ASC əsas borcun 10000000 manat məbləğində olan hissəsini və 3761401.05 manat faiz borcunu “xxxx” ASC-yə güzəşt edir. Akkord isə öz növbəsində maraqlı şəxs1 MMC-yə qarşı mövcud olan və cavabdeh2 MMC-nin ödəməyi öz üzərinə götürdüyü 10294516,83 manat məbləğində borcundan tam imtina edir. Beləliklə “xxxx” ASC-nin “xxxx” ASC qarşısında ümumi borcunun həcmi 5000000 manat təşkil etmiş, iddiaçı da öz növbəsində həmin razılaşma protokoluna əsasən nə “Şəmki Aqropark”, nədə ki cavabdeh2 MMC-yə qarşı heç bir pul tələbi irəli sürməmişdir. Lakin, sonradan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “Akkord STİK” ASC-yə qarşı pul tələbinə dair iddiası qanuni qüvvəyə minmiş məhkəmə qərarları (Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-*/**** saylı) ilə müəyyən edilmişdir ki, ##.##.2019-cu il tarixli razılaşma protokolu səlahiyyətsiz şəxs tərəfindən imzalandığı üçün əhəmiyyətsiz əqddir. Əqdin etibarsız (əhəmiyyətsizliyi) hesab edilməsi nəticəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən 13500000 manat məbləğində əsas borc, 3761401,5 manat məbləğində faiz borcu, 2566757 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla ümumilikdə 19828158,5 manat məbləğində pul vəsaitinin “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bu səbəbdən, 16.328.158 manat zərər cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddia tələbinin hüquqi əsası kimi iddiaçı AR Mülki Məcəlləsinin 360-cı maddəsinə istinad etmişdir. İddia tələbinin əsassızlığına dair dəlillər: Aşağıdakılara görə hesab edirik ki, cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbi əsassızdır və təmin edilməməlidir: • Cavabdehlərdən cavabdeh3 maraqlı şəxs1 MMC-nin təsisçisi olması onun təsisçisi olduğu hüquqi şəxsin öhdəliklərinə görə cavabdehlik daşıması anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin məcəllənin 46-cı maddəsinə görə, hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 52.2-ci maddəsinə görə, bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Sadalanan normaların təlbələri onu deməyə əsas verir ki, cavabdehlərdən cavabdeh3 oglu təsisçi olaraq maraqlı şəxs1 MMC-nin iddiaçının iddia etdiyi borc məbləğinə görə məsuliyyət daşıya bilməz. ##.##.2019-cu il tarixli üçtərəfli əqdin etibarsız hesab edilməsi nəticəsində iddiaçıya hər hansı bir zərər dəyməmişdir. Belə ki, iddiaçı zərər adlandırdığı məbləğin əsası kimi onunla maraqlı şəxs1 MMC arasında mülki hüquqi əqdlər əsasında yaranmış borc məbləğinə istinad edir. Lakin, iddiaçı nəzərdən qaçırır ki, ##.##.2019-cu il tarixli üçtərəfli razılaşmanın etibarsız hesab edilməsi onun kreditor qismində iştirak etdiyi mülki hüquqi əqd üzrə borclu hesab olunan maraqlı şəxs1 MMC-dən öz öhdəliklərini icrasını tələb etməsinin qarşısını almır. Yəni, iddiaçı borcu təsdiq edən sənədləri təqdim etməklə borcluya qarşı müvafiq məhkəmədə iddia qaldırmaq hüququna malikdir və bu hüququ nə qanunla, nədə ki qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə məhdudlaşdırılmamışdır. Hətta, Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyası özünün *-*(***)-*/**** nömrəli ##.##.2023-cü il tarixli qərarında qeyd etmişdir ki, “65. O da nəzərə alınmalıdır ki, 2019-cu il # ###### tarixli üçtərəfli razılaşma protokolunun məhkəmə tərəfindən etibarsız hesab olunması cavabdehi həmin protokolla "xxxx” MMC-nin və maraqlı şəxs1 MMC-nin xeyrinə imtina etdiyi vəsaiti geri tələb etmək hüququndan məhrum etmir. Cavabdeh 2019-cu il # ###### tarixli üçtərəfli razılaşma protokolu ilə güzəşt etdiyi vəsaiti qanunvericiliklə müəyyən edilmiş qaydada həmin MMC-lərə qarşı, müvafiq tələblər irəli sürməklə tələb edə bilər.” Lakin, iddiaçı tərəfindən məhkəməyə həmin proseduru həyata keçirməsini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda, iddiaçının AR Mülki Məcəlləsinin 360.1-ci maddəsinə istinad etməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yuxarıda qeyd etdiklərimizdən göründüyü kimi, iddiaçı ilə cavabdehlər arasında qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız hesab edilmiş ##.##.2019-cu il tarixli razılaşma protokolu istisna olmaqla, hər hansı bir müqavilə mövcud deyil. Eyni zamanda, iddiaçının borcu hesab etdiyi məbləği borcludan tələb etmək üçün hüquqi imkanlar tükənməmişdir. Borcun və ya zərərin məbləğini əsaslandıran hallar kifayət qədər sübut edilməmişdir. İddiaçı 16.328.158 manat məbləğində pulun cavabdehlər tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən tələb etsə də, ümumiyyətlə maraqlı şəxs1 MMC-nin qeyd olunan məbləğdə borcunun olmasını, cavabdeh2 MMC-nin həmin borcun ödənilməsini öz üzərinə götürməsini, həmin borc və ya zərər məbləğinin yaranmasına dəlalət edən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

11. İddiaçının nümayəndələri məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddanın təmin edilməsini xahiş etdilər əlavə olaraq bildirdilər ki, zərərin məbləğinin müəyyən edilməsi məsələsinə gəldikdə qeyd edilməlidir ki, hazırki iddia tələbində cavabdehlərdən 16 328 158 manat məbləğində pul tələb olunur və onlar bu ziyan məbləğini Bakı Kommersiya Məhkəməsinin 2022-ci il ## ###### tarixli e-2- 2(113)- **/**** saylı qətnaməsi ilə onlardan tutulan 19.828.158,5 manat məbləğindən, onlar tərəfidən mübahisə edilməyən 3.500000 məbləği çıxaraq qalan hissəsini onlara dəyən ziyan hesab edirlər. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Kommersiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi üzrə ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbi üzrə İddiaçı ASC-dən ümumilikdə 19.828.158,50 (on doqquz milyon səkkiz yüz iyirmi səkkiz min yüz əlli səkkiz manat əlli qəpik) manat məbləğində pul vəsaitinin tutulması qət olunmuşdur. Hazırda İddiaçı ASC tərəfindən ##.##.2019-cu il tarixli Razılaşma protokolu üzrə ödəməli olduğu 5.000.000 (beş milyon) manat məbləğdən 1.500.000 (bir milyon beş yüz min) manat ödənildiyinə görə qalıq 3.500.000 (üç milyon beş yüz min) manat hissəni Bakı Kommersiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi üzrə tələb olunan 19.828.158,50 (on doqquz milyon səkkiz yüz iyirmi səkkiz min yüz əlli səkkiz manat əlli qəpik) manat məbləğdən çıxıldıqdan sonra İddiaçı ASC-yə 16.328.158,50 (on altı milyon üç yüz iyirmi səkkiz min yüz əlli səkkiz manat əlli qəpik) manat məbləğdə maddi ziyan dəymişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndələri, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ##.##.2019-cu il tarixli üçtərəfli əqdin etibarsız hesab edilməsi nəticəsində iddiaçıya hər hansı bir zərər dəyməmişdir. Belə ki, iddiaçı zərər adlandırdığı məbləğin əsası kimi onunla maraqlı şəxs1 MMC arasında mülki hüquqi əqdlər əsasında yaranmış borc məbləğinə istinad edir. Lakin, iddiaçı nəzərdən qaçırır ki, ##.##.2019-cu il tarixli üçtərəfli razılaşmanın etibarsız hesab edilməsi onun kreditor qismində iştirak etdiyi mülki hüquqi əqd üzrə borclu hesab olunan maraqlı şəxs1 MMC-dən öz öhdəliklərini icrasını tələb etməsinin qarşısını almır. Yəni, iddiaçı borcu təsdiq edən sənədləri təqdim etməklə borcluya qarşı müvafiq məhkəmədə iddia qaldırmaq hüququna malikdir və bu hüququ nə qanunla, nədə ki qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə məhdudlaşdırılmamışdır. Borcun və ya zərərin məbləğini əsaslandıran hallar kifayət qədər sübut edilməmişdir. İddiaçı 16.328.158 manat məbləğində pulun cavabdehlər tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən tələb etsə də, ümumiyyətlə maraqlı şəxs1 MMC-nin qeyd olunan məbləğdə borcunun olmasını, cavabdeh2 MMC-nin həmin borcun ödənilməsini öz üzərinə götürməsini, həmin borc və ya zərər məbləğinin yaranmasına dəlalət edən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli 2-2(113)- ****/**** saylı qətnaməsi ilə iddia təmin edilməməsi qət edilmişdir.

14. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı iltarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apelyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hazırki iş üzrə iddaçı "xxxx" ASC-nin iddia tələbinin hüquqi predmetini cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi ziyanın tələb olunması təşkil edir. Həmin iddia tələbi çərçivəsində cavabdehlərin qanunsuz hərəkətləri ilə iddiaçıya vurulmuş maddi ziyanın səbəbli əlaqəsi əsaslandırılmışdır. İddiaçının digər hüquqi şəxslərdən podrat müqaviləsi əsasında hər hansı məbləğin tələb olunması bu iddia tələbi çərçivəsində müzakirə oluna bilməz. Lakin məhkəmə iddia tələbindən kənara çıxaraq iddiaçı ilə maraqlı şəxs1 MMC arasında bağlanmış podrat müqaviləsi əsasında pul tələb olunması məsələsinə toxunmuşdur. Həmçinin iddiaçı tərəfindən digər hüquqi müdafiə vasitələrindən istifadə edə bilməsi imkanının mövcud olması iddiaçının cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın tələb etmək hüuqundan məhrum etmir. Yəni, iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi müstəqil hüquqi müdafiə vasitəsidir və digər hər hansı tələbdən asılı deyildir. iddiaçının tələbinin hüquqi əsaslarının mövcud olduğunu bildirsə də zərərin mövcud olması, zərərlə öhdəliyin pozulması və ya təmsil edənin səlahiyyətini aşmasının arasında səbəbli əlaqənin və zərər vuran şəxsin təqsiri müəyyən olunması hissəsində tam araşdırma apara bilməmişdir. Hazırkı iş üzrə cavabdehlər səlahiyyətsiz şəkildə əqd bağlamış həmin əqd sonradan etibarsız hesab edilmiş, nəticədə iddiaçıya maddi zərər dəymişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı cavabdehlərin vəkili və nümayəndəsi vəkil1 tərəfindən etiraz daxil olmuşdur.

17. Etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehlərin hərəkətləri nəticəsinə 16.328.158,50 manat məbləğdə maddi ziyan dəyməsini sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı 2019-cu il # ###### tarixli üçtərəfli razılaşma protokolunun məhkəmə tərəfindən etibarsız hesab olunması cavabdehi həmin protokolla "xxxx” MMC-nin və maraqlı şəxs1 MMC-nin xeyrinə imtina etdiyi vəsaiti geri tələb etmək hüququndan məhrum etmir. Cavabdeh 2019-cu il # ###### tarixli üçtərəfli razılaşma protokolu ilə güzəşt etdiyi vəsaiti qanunvericiliklə müəyyən edilmiş qaydada həmin MMC-lərə qarşı, müvafiq tələblər (podrat müqaviləsi əsasında) irəli sürməklə tələb edə bilər. Hazırda iddiaçıya "xxxx” MMC-nə qarşı tələb irəli sürsə də, həmin tələb podrat müqaviləsinə əsasında irəli sürülən tələb deyildir, müqaviləsinin etibarsız hesab edilməsi nəticəsində ona dəymiş zərəri tələb etdiyindən iddia tələbi əsassızdır və rədd edilməlidir. Cavabdehlər cavabdeh1 və cavabdeh3 aid hissədə də məhkəmə iddia tələbini əsassız hesab edir, belə ki, iddiaçı tərəfindən protokolun etibarsız hesab edilməsi nəticəsində iddiaçıya dəyən maddi zərərə və maddii zərərin məbləğinə dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, maddi zərər sübuta yetirilməmiş, həçinin maddi zərərlər cavabdehlərin nümayəndə kimi səlahiyyətlərinin aşılması arasında səbəbli əlaqə sübuta yetirilməmişdir. İddiaçı podrat müqaviləsi üzrə öhdəliklərin icrasını yalnız müqavilə bağladığı şəxsdən tələb edə bilər. Təbii ki, əgər özü də öhdəlikləri tam icra etmişsə. İş materiallarında isə podrat müqaviləsi üzrə iddiaçının maraqlı şəxs1 MMC-yə işlərin tam görülməsinə dair hər-hansı sübut təqdim etməmişdir. İddiaçı əsassız olaraq hazırkı iddiada Delikt münasibətlərinin olduğunu sübuta yetirməyə çalışır. Halbuki, iddiaçı onsuzda borcunu “xxxx” ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna olan borcunu hər bir halda ödəməlidir. Bununla bağlı, artıq yekun məhkəmə qərarı mövcuddur. “xxxx” ASC və maraqlı şəxs1 MMC arasında münasibətlər az qala dörd il əvvələ təsadüf edir. “xxxx” ASC” artıq o vaxta qədər öhdəliklərini icra etmişdirsə, böyük ehtimal icra etmiş olmalı idi. Onun podrat müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını maraqlı şəxs1 MMC-dən tələb etmək hüququ vardır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 MMC-nin nümayəndəsi vəkili vəkil1 apelyyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi.

19. İddiaçı və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmiş, iddiaçının nümayəndəsi vəkili ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmısını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 1096.1.mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

24. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir..

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. APELYASİYA BAXIŞININ HƏDLƏRİ

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. İşin mübahiəsiz halı ondan ibarətdir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2022ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 13.500.000 (on üç milyon beş yüz min) manat məbləğində əsas borcun, 3.761.401,50 (üç milyon yeddi yüz altmış bir min dörd yüz bir manat əlli qəpik) manat manat məbləğində faiz borcunun, 2.566.757 (iki milyon beş yüz altmış altı min yeddi yüz əlli yeddi) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla ümumilikdə 19.828.158,50 (on doqquz milyon səkkiz yüz iyirmi səkkiz min yüz əlli səkkiz manat əlli qəpik) manat məbləğində pul vəsaitinin “xxxx” ASC-dən tutularaq ləğv prosesində olan “xxxx” ASCyə ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-2-2(113)- **/**** saylı qətnaməsindan “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- ***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin ##.##.2022-ci il tarixli e-*-*(***)-**/**** saylı qətnaməsimübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-*/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə qərarları ilə xxxx” ASC, cavabdeh2 MMC və “xxxx” ASC 3 tərəfli razılaşma ##.##.2019-cu il üçtərəfli razılaşma protokolu etibarsız əqd hesab edilmişdir.

36. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli Razılaşma protokolunun hüquqi qüvvəsi və həmin sənədin bağlanması zamanı nümayəndələrin səlahiyyət məsələləri üzrə mübahisəyə artıq məhkəmə qaydasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2023-cü il tarixli qərarı ilə qeyd olunan protokola hüquqi qiymət verilmiş, onun etibarsızlığı ilə bağlı müvafiq nəticələr formalaşdırılmışdır.

37. Bu səbəbdən, hazırkı iş üzrə məhkəmə həmin qərarla müəyyən edilmiş halları yenidən araşdırmaq və ya onlara fərqli hüquqi qiymət vermək səlahiyyətinə malik deyildir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş faktlar tərəflər üçün məcburi xarakter daşıdığından, ##.##.2019-cu il tarixli Razılaşma protokolunun etibarlılığı, onun bağlanması zamanı nümayəndələrin səlahiyyətlərinin olubolmaması və bu məsələlərdən irəli gələn digər hallar hazırkı mübahisə çərçivəsində yenidən müzakirə predmeti ola bilməz.

38. Buna görə də, kollegiya hazırkı iş üzrə yalnız iddiaçının istinad etdiyi zərərin mövcudluğu, həmin zərərlə cavabdehlərin hərəkətləri arasında səbəbli əlaqənin olubolmaması və mülki-hüquqi məsuliyyətin digər zəruri elementlərinin mövcudluğu baxımından qiymətləndirmə aparmalıdır.

39. Kollegiya hesab edir ki, iddiaçının cavabdehlərin hərəkətləri nəticəsində ona 16.328.158,50 manat məbləğində maddi ziyan dəyməsi barədə arqumenti AR Mülki Məcəlləsinin 360-cı maddəsinin mahiyyətinə və işin faktiki hallarına ziddir.

40. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 360.1-ci maddəsinə müvafiq olaraq, nümayəndəlik səlahiyyətləri aşılmaqla bağlanan əqdlər (o cümlədən ## ###### 2019-cu il tarixli üçtərəfli razılaşma protokolu) təmsil edilən şəxs tərəfindən sonradan bəyənilmədikdə, həmin əqd onun hüquqi qüvvəsinin olmaması (etibarsızlığı) nəticəsini doğurur. MM-nin 360.3-cü maddəsinin tələbinə görə isə, əqd bəyənilmədikdə, digər tərəf əqdin icra olunmasını və ya əqdin etibarsızlığından doğan zərərin əvəzinin ödənilməsini nümayəndəlik səlahiyyətlərini aşmış şəxsdən tələb edə bilər.

41. Hazırkı halda, qeyd olunan protokolun məhkəmə tərəfindən etibarsız hesab edilməsi faktı, cavabdehi həmin protokolla "xxxx” MMC və maraqlı şəxs1 MMC-nin xeyrinə imtina etdiyi vəsaiti geri tələb etmək hüququndan məhrum etmir. Protokol etibarsız sayıldığı üçün tərəflər ilkin vəziyyətə qayıdır və cavabdeh sözügedən vəsaitləri müvafiq podrat müqavilələrinə əsaslanaraq həmin cəmiyyətlərdən qanunvericiliklə müəyyən olunmuş qaydada tam həcmdə geri tələb etmək hüququnu saxlayır.

42. Lakin iddiaçının irəli sürdüyü tələb "xxxx” MMC-yə qarşı podrat münasibətlərinə deyil, iddiaçı “xxxx” ASC ilə cavabdeh2 MMC və “xxxx” ASC arasında ##.##.2019-cu il tarixdə imzalanmış üç tərəfli razılaşma protokolunun qüvvəyə minmiş məhkəmə qərarları ilə əhəmiyyətsiz əqd hesab olunması və yalnız əqdin etibarsızlığı nəticəsində ona zərər dəyməsi iddiasına əsaslanır. Maddi mülki mülkiyyət məsuliyyətinin yaranması üçün isə qanunsuz hərəkət, zərər və bu ikisi arasında zəruri səbəbli əlaqənin mövcudluğu birlikdə sübuta yetirilməlidir. İddiaçı tərəfindən protokolun etibarsızlığı nəticəsində faktiki maddi zərərin vurduğu iddia edilsə də, bu zərərin real mövcudluğu, onun dəqiq məbləği və ən əsası — cavabdehlər cavabdeh1 və cavabdeh3 nümayəndə kimi səlahiyyətlərini aşması ilə bu nəticə arasındakı birbaşa səbəbli əlaqə sübuta yetirilməmişdir.

43. Bundan başqa kollegiya qeyd edir ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

44. Həmçinin zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

45. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı işdə bu əsaslar mövcud deyildir.

46. Belə ki, əvvəla, qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi iddiaçı ilk növbədə zərərin mövcud olmasını sübut etməlidir.

47. Hazırki işdə isə zərərin dəyməsi faktının delikt və ya öhdəliyin pozulması nəticəsində yaranması müəyyən edilmir. Cavabdehlərin hərəkətləri nəticəsində dəymiş zərərin qeyd edilən əsaslarla yaranmasına dair ümumiyyətlə iddiaçı tərəfindən hər hansı əsaslandırma aparılmamış, bu hallarla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

48. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-2(113)-7833/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar