Məhkəmə qərarları › İş №e-2-2(3-6)-480/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-480/2026

08.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-480/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbi, iddiaçı Cavabdeh cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: buraxılmış prosessual müddət) Hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbi, iddiaçı Cavabdeh cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair birləşdirilmiş işlər üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Iş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat

1. Bakı Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh 34200 (otuz dörd min iki yüz manat) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 193 manat (yüz doxsan iki manat altmış qəpik) olmaqla, cəmi 34393 manat (otuz dörd min üç yüz doxsan üç manat) məbləğində pul vəsaitinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddiaçı Cavabdeh cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

2. Qeyd edilən qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili tərəfindən “AZEMIS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilmiş və Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)- ****/**** saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

3. Qeyd edilən qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili tərəfindən “AZEMIS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş, şikayətə həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmiş və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

4. Qeyd edilən qətnamədən cavabdeh tərəfindən yenidən ##.##.2026-cı il tarixdə “AZEMIS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş, şikayətə həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-2-2(113)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilmiş və buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi, apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadından İddiaçı MMC-nin nümayəndəsi və vəkili tərəfindən şikayət verilmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Cavabdeh MMC-nin buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilmişdir. Bakı Kommersiya Məhkəməsinin adı çəkilən qərardadı əsassız hesab edilir. Bakı Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh MMC-dən 34200 (otuz dörd min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 193 manat (yüz doxsan iki manat altmış qəpik) olmaqla, cəmi 34393 manat (otuz dörd min üç yüz doxsan üç) məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili tərəfindən “AZEMIS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilmiş və Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)- ****/**** saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmənin buraxılmış müddətin bərpa edilməsi ilə bağlı mövqeyi düzgün hesab edilmir. Belə ki, həm AR Konstitusiya Məhkəməsinin, həm də AR Ali Məhkəməsinin formalaşdırdığı mövcud məhkəmə təcrübəsinə əsasən buraxılmış müddətin bərpası xüsusi hallarla şərtləndirilmişdir ki, bu halların içərisində apellyasiya şikayətinin qanunvericiliyə uyğun olaraq nəzərdə tutulan formada verilməməsi və dövlət rüsumunun ödənilməməsi nəzərdə tutulmamışdır. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Ona görə də hesab edilir ki, qərardad ləğv edilməli, apellyasiya şikayəti geri qaytarılmalı və qətnamə icraya yönəldilməlidir.

8. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

9. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

10. Maddə 33.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

11. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

12. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

13. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

14. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

15. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

16. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

Məhkəmənin mövqeyi

17. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

18. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

20. Hazırki işdə də həmin əsaslar mövcuddur.

21. Belə ki, Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

22. Həmin Məcəllənin 135.8-ci maddəsində isə göstərilmişdir ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

23. Iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh MMC-nin elektron kabinetinə yerləşdirilmişdir.

24. Iş materialları ilə həmçinin müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən ilk dəfə apellyasiya şikayəti qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət ötürülmədən ##.##.2025-ci il tarixdə təqdim edilmiş, şikayətlər geri qaytarılandan sonra hər dəfə qısa müddət ərzində nöqsanlar aradan qaldırılaraq apellyasiya şikayəti yenidən verilmişdir. 25.

26. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdehin nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etdiyi müddəti ağlabatan müddət kimi qiymətləndirilməlidir.

27. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizənin təmin edilməsi nəticəsinə gəlmişdir.

28. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

29. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

30. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar