Məhkəmə qərarları › İş №e-2-2(3-6)-488/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-488/2026

12.06.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-488/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı İnşallah oğlunun cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı borcun ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi,5%) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X14 və X13 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, iddiaçı İddiaçı İnşallah oğlunun cavabdeh Cavabdeh MənzilTikinti Kooperativinə qarşı borcun ödənilməsi və s. tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Satıcı qismində İddiaçı İnşallah oğlu ilə alıcı qismində Cavabdeh MTK arasında ##.##.2022-ci il tarixdə **-MM/**** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı məhsulu (beton; sement - qum məhlulunu) alıcıya çatdırmağı, alıcı isə həmin məhsulu qəbul etməyi öz öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən “Saticı” məhsulu “Alıcı”ya “Alıcı”nın sifarişi əsasında yerinə yetirir. Sifariş “Satıcı”ya yazılı surətdə, faks, elektron poçt və ya telefonoqramla rəsmi surətdə gəlməlidir; 2.4-cü bəndinə əsasən müqavilənin ayrılmaz hissəsi razılaşdırma protokolu hesab edilir; 2.5-ci bəndinə əsasən bundan əlavə aşağıda göstərilən sənədlərin şərti ilə aparılır: hesab-faktura, yerinə yetirilmiş işlərin təhvili aktı (forma-2), təhvil-təslim aktı və ya elektron qaimə möhürlü imzalı; 3.1-ci bəndinə əsasən alıcı hər iki tərəfin razılığına əsasən aldığı betonun dəyərini aşağıdakı cədvələ uyğun olaraq X2 daxil olmaqla ödəyir. Ödəniş razılaşdırılma protokoluna əsasən verilən elektron qaiməyə əsasən ödənilir. M-100 64,90 manat, M-200 70,80 manat, M- 350 95,58 manat; 3.4-cü bəndinə əsasən məhsulun dəyəri və miqdarı müqaviləyə əlavə razılaşdırılma protokoluna əsasən həyata keçirilir.

2. ##.##.2022-ci il tarixli, EBCD seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı İnşallah oğlu tərəfindən Cavabdeh MTKya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 99250,27 manat (ƏDV daxil) təşkil edir.

3. ##.##.2022-ci il tarixli, EBCJ seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı İnşallah oğlu tərəfindən Cavabdeh MTKya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33948,10 manat (ƏDV daxil) təşkil edir.

4. ##.##.2022-ci il tarixli, EBCL seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı İnşallah oğlu tərəfindən Cavabdeh MTKya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 32707,48 manat (ƏDV daxil) təşkil edir.

5. ##.##.2023-cü il tarixli, EBCM seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı İnşallah oğlu tərəfindən Cavabdeh MTKya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 31805,20 manat (ƏDV daxil) təşkil edir.

6. ##.##.2023-cü il tarixli, EBCN seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı İnşallah oğlu tərəfindən Cavabdeh MTKya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 32030,77 manat (ƏDV daxil) təşkil edir.

7. ##.##.2023-cü il tarixli, EBDB seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı İnşallah oğlu tərəfindən Cavabdeh MTKya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 31916,64 manat (ƏDV daxil) təşkil edir.

8. ##.##.2023-cü il tarixli, EBDC seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı İnşallah oğlu tərəfindən Cavabdeh MTKya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 30613,92 manat (ƏDV daxil) təşkil edir.

9. İddiaçı İnşallah oğlu tərəfindən təqdim olunan elektron qaimələrin təsdiqlənməsinə dair çıxarışdan görünür ki, 7 elektron qaimənin 6-sı sistem tərəfindən, ##.##.2022-ci il tarixli, EBCJ seriyalı, ****** nömrəli elektron qaimə isə Cavabdeh MənzilTikinti Kooperativi tərəfindən təsdiqlənmişdir.

10. Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, R X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2024-cü il tarixli qərarından görünür ki, 1) qərarın təsviri hissəsində göstərilənlərə əsasən vət.İddiaçı İnşallah oğlunun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, 2) qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna göndərilməsi; 3) qərarın surətinin vət.İddiaçı İnşallah oğluna göndərilməsi və qərardan razı olmadığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud Azərbaycan Respublikasnın MPM-nin 4-cü maddəsinə əsasən mülki qaydada məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüququna malik olmasının ona izah edilməsi qərara alınmışdır. Həmçinin qərarda izahatı alınmış Qanuni nümayəndə oğu qeyd etmişdir ki, İddiaçı İnşallah oğlunun onun barəsində yazmış olduğu ərizəsi ilə tanış olmuş, işin mahiyyəti üzrə izahatında qeyd etmişdir ki, İddiaçı 2022-ci il tarixdə Niyaməddin Məmmədovun vasitəsi ilə tanımışdır. O, hal-hazırda “xxxx” MTK-nın sədri işləyir. “xxxx" MTK hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsinin şimal hissəsi adlanan ünvanda ayrılmış boş torpaq sahəsində hündür mərtəbəli yaşayış evlərinin inşa edilməsi ilə bağlı layihə üzrə fəaliyyətə başlamışdır. Bununla da, MTK-nın balansında inşa olunan hündür mərtəbəli yaşayış evlərinin inşası üçün Bakı şəhəri, Suraxanı rayon ərazisində “Kərpiç” zavod adlanan ünvanda yerləşən “Günəşli” Beton zavodunun müdiri kimi tanıdığı İddiaçıla müqavilə bağlayaraq, müxtəlif markada hazır məhsul olan beton alınaraq yaşayış evlərində istifadə olunurdu. Rəhbərlik etdiyi MTK-da mühasib işləyən Anar Muradlı inşa edilmiş yaşayış evlərində istifadə olunan müxtəlif markalı hazır məhsul olan betonun alınması ilə bağlı rəsmi qaydada qaimə yazılaraq, dəqiq hesabatı aparılır. Yəni 2022-ci il tarixdən etibarən “xxxx” MTK nəzdində inşa edilmiş yaşayış evində istifadə olunan hazır betonu məhsulu “Günəşli” beton zavodundan alındıqdan sonra betonun pulu mühasib tərəfindən hesablanır və ondan sonra pul köçürmə işləri həyata keçirilir. “Günəşli” beton zavodunun alınan hazır məhsul olan betonun alınması ilə bağlı kifayət qədər pul köçürlmüşdür. Lakin alınan hazır beton məhsulunun pulunun əvəzinə yeni inşa edilmiş yaşayış evindən mənzil verilmişdir. Beton zavodla MTK arasında yaranmış borcla bağlı mənzil, bir ədəd “BMW” markalı avtomobil, bir ədəd “Nissan” markalı və bir ədəd “Chevrolet” markalı avtomobil verilərək tam tərkibdə borc bağlanılmışdır. Ondan sonra isə Niyaməddin Məmmədov başqa yerdə beton zavodu açaraq, “xxxx” MTK ilə işləməyə başlanılmasını təklif etmişdir. Lakin sonradan Niyaməddin Məmmədovun təklifinə əsasən MTKda inşa edilən mənzillərin eyvan və pəncərə yerlərinə plastik qapı-pəncərənin quraşdılması ilə bağlı təyinatlı podratçı qismində fəaliyyətə başlamışdır. “xxxx” MTK-nın balansında inşa edilmiş yaşayış evlərinə sərf olunan müxtəlif markalı hazır məhsul olan betonun alınması ilə bağlı MTK-da mühasibatlıq işlərini aparan Anar Muradlı və Niyaməddin Məmmədov arasında aparılmış və alınan betonun kubundan və markasından asılı olmayaraq, pulu nağd və köçürmə yolu ilə aparılmış, lakin arada yaranmış borc məsələsini aradan qaldırmaq üçün borc əvəzinə yeni inşa edilmiş bina evindən mənzil və üç ədəd avtomobil verilmişdir. Mühasibatçı işləyən Anar Muradlı ona bir neçə dəfə izah vermişdir ki, “Günəşli” beton zavodunda fəaliyyət göstərən mühasibatlıq düzgün aparılmır və bu səbəbdən də gələcəkdə mübahisəli məsələnin yaranması etimal ola bilər. Bu səbəbdən də tərəfindən mühasibat işləri aparılan zaman qaimə və digər pul köçürmə işləri aparılan zaman qeydiyyat aparmışlar və onlar da rəsmi sənəd üzərində “Günəşli” beton zavodundan 418980 manat dəyərində müxtəlif markalı beton alınması ilə bağlı pul köçürülmüşdür.

11. İddiaçı İnşallah oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli əlyazma formasında olan sənəddən görünür ki, Qanuni nümayəndə tərəfindən “mənim Niyaməddinə olan borcum 85860 manatdır” qeydi edilərək, imza çəkilmişdir.

12. ##.##.2025-ci il tarixli X10 və İddiaçı İnşallah oğlu arasında bağlanılmış Tələbin güzəştinə dair razılaşmanın 1-ci bəndinə əsasən X10 təsdiq edir ki, Cavabdeh MTK-dan 85860 manat məbləğində alacaq haqları X10 məxsusdur; 2-ci bəndinə əsasən X7 1-ci bəndində qeyd olunan faktı ##.##.2025-ci il tarixli aktla təsdiq edir; 3-cü bəndinə əsasən tərəflər Cavabdeh MTK tərəfindən ödəniləcək 85860 manat pulun İddiaçı İnşallah oğlunun bank hesabına ödənilməsinə dair razılaşırlar; 4-cü bəndinə əsasənCavabdeh MTK-dan 85860 manat məbləğində ödənişə dair bütün tələb haqları İddiaçı İnşallah oğluna məxsusdur.

13. İddiaçı İnşallah oğlu tərəfindən Cavabdeh MTK-ya göndərilmiş ##.##.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

14. Şahid qismində dindirilmiş Hüseynov İlqar Şahmar oğlu ifadəsində bildirmişdir ki, İddiaçı müdirləri olub. Hazırda zavod üçün sürücü işləyir. “xxxx” MTK ilə əlaqəsi yoxdur, sadəcə ora beton daşımışlar. Tarixləri dəqiq deyə bilmir, amma təxminən 2 il əvvəl işləmişdir. Hər beton götürüləndə 5-6 reys etmiş, hər reysdə 10 kub beton olmuşdur. Şəxsən onun apardığı beton 150 kub olar. Ödənişlə bağlı indi məlumatı olmuşdur ki, ödənişlər edilməyib. Maşının nömrəsini dəqiq deyə bilməyəcək, 2 fərqli maşınla işləmişdir. Betonu “xxxx” MTK-ya Binəqədi rayonu ərazisində Azadlıq metrosu yaxınlığına daşıyırdılar. Binanın 7-ci mərtəbəsinə qədər işləmişlər. Daşıdığı betonun ümumi dəyəri barədə məlumatı yoxdur.

15. Şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, İddiaçı beton zavodunun müdiridir. “xxxx” MTK-da işləmişdir. Təxminən 3 il olar ki, işləmişlər, betonu aralıqlarla daşıyırdılar, təxminən 1 ay keçirdi, təzədən sifariş gəlirdi, təkrar daşıyırdılar. Betonları Binəqədidəki obyektə daşımışlar. Təxminən 200-250 kub olardı. Betonun ödənişləri barədə məlumatı yoxdur.

16. Şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, İddiaçı işçisi olmuşdur, hazırda işləmir. “xxxx” MTK üçün Azadlıq prospekti ərazisinə “Hollywood” restoranının arxasına beton daşımışlar. Təxminən 30 maşın beton daşınmışdır. Hər maşında 10-12 kub beton olurdu. Ödənişlərin ödənilməsi ilə bağlı dəqiq məlumat yoxdur, sadəcə gecikmələrin olduğunu bilir.

Birinci instansiya məhkəməsindəki icraat:

17. İddiaçı İddiaçı İnşallah oğlu cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 85772 manat zərər və # ### 2022-ci il tarixli, **-MM/**** saylı alqı-satqı müqaviləsinə əsasən 221564,46 manat, ##.##.2022-ci il tarixli üzləşdirmə aktına əsasən 85860 manat borc məbləğinin və 65519,83 manat məbləğində faiz borcu, ödənilmiş dövlət rüsumuna görə 749 manat olmaqla, ümumilikdə 459465,29 manat pul məbləğinin cavabdeh Cavabdeh MTK-dan tutularaq iddiaçı İddiaçı İnşallah oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixində fərdi sahibkar İddiaçı İnşallah oğlu ilə Cavabdeh MTK arasında alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən satıcı İddiaçı İnşallah oğlu ##.##.2022-ci il tarixdən ##.##.2023- cü il tarixədək beton, sement-qum məhlulunu Cavabdeh MTK-ya çatdırmağı öhdəsinə götürmüşdür. Göstərilən xidmətə görə ƏDV də daxil olmaqla: 1. ##.##.2022-ci il tarixli qaiməyə əsasən 30610,4 manat;

2. ##.##.2022-ci il tarixli qaiməyə əsasən 31880,05 manat; 3. ##.##.2022-ci il tarixli qaiməyə əsasən 32707,48 manat; 4. ##.##.2023-cü il tarixli qaiməyə əsasən 31805.2 manat; 5. ##.##.2023-cü il tarixli qaiməyə əsasən 32030,77 manat; 6. ##.##.2023-cü il tarixli qaiməyə əsasən 31916,64 manat; 7. ##.##.2023-cü il tarixli qaiməyə əsasən 30613,92 manat ödənilməmiş borc məbləği yaranmışdır. Bundan başqa, cavabdehin X10 ilə aralarındakı şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi səbəbilə 85860 manat məbləğində borcu yaranmışdır. Hansı ki, həmin borcun cavabdeh tərəfindən etiraf edilməsinə dair ##.##.2022-ci il tarixli üzləşdirmə aktı da mövcuddur və bu, iddia ərizəsinin qoşmasında təqdim edilir. Həmçinin iddia ərizəsinin qoşmasına əlavə edilmiş ##.##.2025-ci il tarixli tələbin güzəştinə dair razılaşmadan görünür ki, kreditor X10 cavabdehdən 85860 manat məbləğində alacaq haqlarını iddiaçıya güzəşt etmişdir. Bununla da, həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququ tam şəkildə iddiaçıya keçmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 307424,46 manat məbləğində ödəniş edilməlidir. Bununla belə, cavabdeh Cavabdeh MTK həmin borcunu bugünkü tarixədək ödəməyərək müqavilədən irəli gələn öhdəliklərini kobud şəkildə pozmuşdur. Həmçinin 2022-ci ilin dekabr ayı üçün Mərkəzi Bankın uçot faiz dərəcəsi 8.5% olduğu üçün həmin vaxtdan bu günə kimi əsas borca münasibətdə gecikmə faizi 65519,83 manatdır. Nəzərə çatdırılır ki, yaranan borc məbləğinin ödənilməsi tələbilə iddiaçı tərəfindən cavabdeh Cavabdeh MTK-ya elektron qaydada pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün möhlət də verilmişdir. Həmçinin məktubda cavabdehə ödənişin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Buna görə də iddiaçı İddiaçı İnşallah oğlu 307424,46 manat əsas borc və 65519,83 manat faiz olmaqla, ümumilikdə 372944,3 manat borcun cavabdeh Cavabdeh MTK-dan tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Konstitusiya Məhkəməsinin qərarından da göründüyü kimi, inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin azalması da zərər anlayışına daxildir və bu səbəbdən də hazırkı borca görə inflyasiya nəticəsində yaranan zərər də cavabdehlərdən tutulmalıdır. Beləliklə, məhz ödəniləcək borca görə cavabdehlər 2022-ci ildən öhdəliyini icra etmədiyindən son 3 il ərzindəki inflyasiya faiz dərəcələri və buna uyğun olaraq ödənilməli borc aşağıdakı kimidir: İl – 2022, İnflyasiya (%) – 13.9, İnflyasiya məbləği (AZN) – 42732; İl – 2023, İnflyasiya (%) – 8.8, İnflyasiya məbləği (AZN) – 27054; İl – 2024, İnflyasiya (%) – 2.2, İnflyasiya məbləği (AZN) – 6763; İl – 2025, İnflyasiya (%) – 3, İnflyasiya məbləği (AZN) – 9223; cəmi – 85772 manat. İnflyasiya faizləri Dövlət Statistika Komitəsinin rəsmi internet saytından (https://www.azstat.gov.az/pr03101011/), uçot faiz dərəcələri Mərkəzi Bankın rəsmi internet saytından (https://www.cbar.az/infoblocks/corridor_percent?year=2017) əldə edilmişdir.

19. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442 -ci maddələrinə istinad olunmuşdur.

20. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, 307429,46 manat məbləğində əsas borc və 151286,83 manat məbləğində zərər olmaqla, ümumilikdə 458716,29 manat pulun; hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilib icra edilənədək 458716,29 manat pula görə bank uçot faiz dərəcəsinə uyğun olaraq faizlərin; iddia ərizəsinin verilməsinə görə ödənilmiş 749 manat rüsumun cavabdeh Cavabdeh MTK-dan tutularaq iddiaçı İddiaçı İnşallah oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı İnşallah oğlu ilə Cavabdeh MTK arasında ##.##.2022-ci il tarixli, 05-MM/**** №-li müqavilə bağlamışdır. Müqaviləyə əsasən satıcı İddiaçı İnşallah oğlu ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək beton, sement-qum məhlulunu Cavabdeh MTK-ya çatdırmağı, Cavabdeh MTK isə buna müvafiq olaraq pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öz öhdəsinə götürdüyü işləri görmüş və beton, sement-qum məhlulunu cavabdehə təqdim etmişdir. Sözügedən məhsullar müvafiq qaimələr tərtib edilməklə cavabdehə çatdırılmışdır: 1. EBCD ****** №-li, ##.##.2022-ci il tarixli qaiməyə əsasən 99250,27 manat məbləğində beton;

2. EBCJ ****** №-li, ##.##.2022-ci il tarixli qaiməyə əsasən 33948,10 manat məbləğində beton;

3. EBCL ****** №-li, ##.##.2022-ci il tarixli qaiməyə əsasən 32707,48 manat məbləğində beton; 4. EBCM ****** №-li, ##.##.2023-cü il tarixli qaiməyə əsasən 31805,20 manat məbləğində beton; 5. EBCN ****** №-li, ##.##.2023-cü il tarixli qaiməyə əsasən 32030,77 manat məbləğində beton; 6. EBDB ****** №-li, ##.##.2023-cü il tarixli qaiməyə əsasən 31916,64 manat məbləğində beton; 7. EBDC ****** №-li, ##.##.2023-cü il tarixli qaiməyə əsasən 30613,92 manat məbləğində beton cavabdehə verilmişdir. Göründüyü kimi, sözügedən qaimələr üzrə ümumilikdə 292272,38 manat məbləğində beton cavabdehə verilmişdir. Cavabdeh bu qaimələr üzrə ümumilikdə 70702,92 manat ödəniş etmişdir. Lakin yerdə qalan 221569,46 (manat cavabdeh tərəfindən ödənilməmişdir. Əlavə olaraq qeyd edilir ki, iddiaçı İddiaçı İnşallah oğlunun qaynı X10 da beton işi ilə məşğul olmaqdadır. Belə ki, X10 da cavabdehlə aralarındakı şifahi alğı-satqı müqaviləsinə uyğun olaraq ona 85860 manat məbləğində beton versə də, cavabdeh bu məbləği də geri qaytarmamışdır. Həmin borcun cavabdeh tərəfindən etiraf edilməsinə dair ##.##.2022-ci il tarixli üzləşdirmə aktı mövcuddur. Sözügedən üzləşmə aktı cavabdeh Cavabdeh MTK direktoru Qanuni nümayəndə tərəfindən imzalanmışdır. İddiaçı İnşallah oğlu ilə X10 arasında ##.##.2025-ci il tarixli tələbin güzəştinə dair razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən X10 Cavabdeh MTK-dan 85860 manat məbləğində alacaq haqlarını İddiaçı İnşallah oğluna güzəşt etmişdir. Beləliklə, ##.##.2022-ci il tarixli, 05-MM/**** №-li müqaviləyə əsasən 221569,46 manat pul və ##.##.2025-ci il tarixli tələbin güzəştinə dair razılaşmaya əsasən 85860 manat məbləğində pul olmaqla, ümumilikdə 307429,46 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməli idi. Lakin iddiaçı bu pulu ödəməkdən yayınmışdır. Konstitusiya Məhkəməsinin qərarından da göründüyü kimi, inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin azalması da zərər anlayışına daxildir və bu səbəbdən də hazırkı borca görə inflyasiya nəticəsində yaranan zərər də cavabdehlərdən tutulmalıdır. Beləliklə, məhz ödəniləcək borca görə cavabdehlər 2022-ci ildən öhdəliyini icra etmədiyindən son 3 il ərzindəki inflyasiya faiz dərəcələri və buna uyğun olaraq ödənilməli borc aşağıdakı kimidir: İl – 2022, İnflyasiya (%) – 13.9, İnflyasiya məbləği (AZN) – 42732; İl – 2023, İnflyasiya (%) – 8.8, İnflyasiya məbləği (AZN) – 27054; İl – 2024, İnflyasiya (%) – 2.2, İnflyasiya məbləği (AZN) – 6763; İl – 2025, İnflyasiya (%) – 3, İnflyasiya məbləği (AZN) – 9223; cəmi – 85772 manat. İnflyasiya faizləri Dövlət Statistika Komitəsinin rəsmi internet saytından (https://www.azstat.gov.az/pr03101011/), uçot faiz dərəcələri Mərkəzi Bankın rəsmi internet saytından (https://www.cbar.az/infoblocks/corridor_percent?year=2017) əldə edilmişdir. Həmçinin 2022ci ilin dekabr ayından bu günə kimi Mərkəzi Bankın uçot faiz dərəcəsi uyğun olaraq əsas borca münasibətdə gecikmə faizi 65514,01 manatdır. Beləliklə, son 3 il ərzində cavabdeh öz öhdəliklərini icra etmədiyindən iddiaçıya əlavə olaraq 151286,83 manat məbləğində zərər dəymişdir. Bu səbəbdən də 307429,46 manat məbləğində əsas borc və 151286,83 manat məbləğində zərər olmaqla, ümumilikdə 458716,29 manat pul və ##.##.2025-ci il tarixindən (iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarix) hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilib icra edilənədək 458716,29 manat pula görə bank uçot dərəcəsinə uyğun olaraq faizlər hesablanmalı və cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yaranan borc məbləğinin ödənilməsi tələbilə iddiaçı tərəfindən cavabdeh Cavabdeh MTK-ya elektron qaydada pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün möhlət də verilmişdir. Həmçinin məktubda cavabdehə ödənişin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır.

22. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin 221569,46 manat borcun cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı qeyd edilir ki, iddia ərizəsində iddiaçı tərəfindən cavabdehə beton və sement-qum məhlulunun təqdim edildiyi göstərilsə də, lakin məhkəməyə təqdim olunmuş 7 ədəd elektron-qaimə fakturada yalnız beton məsulunun adı çəkilir. Həmin qaimə-fakturalar isə cavabdeh tərəfindən qəbul edilməmiş, elektron sistem tərəfindən təsdiqlənmişdir. Buna baxmayaraq, tərəflər arasında bağlanmış 0# ### 2022-ci il tarixli müqavilədə yalnız elektron qaimə-fakturanın təqdim edilməsi ilə mal(lar)ın cavabdehə təhvil verilməsini şərtləndirən hər hansı müddəa yoxdur. Bu mənada iddia ərizəsində göstərildiyi kimi, 292272,38 manat təşkil edən beton məhsulunun həqiqətən də cavabdehə təhvil verildiyi sübuta yetirilməmişdir (qeyd: iddiaçı tərəfindən cavabdehə hansı həcmdə mal verilmişsə, dəyəri tam şəkildə ödənilmişdir). “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilir ki: ... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İddiaçı tərəfindən məhkəməyə dəvət edilmiş şahidlər isə ifadələrində cavabdehə hansı məbləğdə mal çatdırıldığını təsdiq edə bilməmişlər. Digər tərəfdən həmin şahidlərin məhz iddiaçının mövqeyindən ifadə verməsi istisnasızdır. Odur ki, şahid ifadələrinə tənqidi yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia tələbinin 85860 manatın cavabdehdən tutulmasına dair hissəsinin ümumiyyətlə, cavabdehə aidiyyəti yoxdur. Belə ki, tələbin bu hissədə əsaslandırılması üçün Qanuni nümayəndə əlyazmasına və tələbin güzəşti haqqında müqaviləyə istinad edilmişdir ki, həmin əlyazmada cavabdehlə bağlı hər hansı qeyd, cavabdehin adı belə yoxdur. Bu mənada sözügedən əlyazma üzrə Niyaməddin Mamedov tərəfindən tələbin iddiaçıya güzəşt edilərək, sonradan cavabdehə yönəldilməsi heç bir faktiki və hüquqi əsasa söykənmir. Başqa sözlə, cavabdehin “Niyaməddin” adlı şəxs qarşısında mövcud öhdəliyi olmalı idi ki, sonuncunun müvafiq tələbi iddiaçıya güzəşt edilə bilsin. Bu faktın olmaması tələbin güzəşt edilməsini, nəticə etibarilə iddiaçının cavabdehə qarşı tələb hüququnu, cavabdehin isə həmin hüquqa münasibətdə öhdəliyini tamamilə istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə görə, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. İddianın sonuncu – 151286 manat pul tələbinə dair hissəsi aydın deyil. İddianın bu hissəsində gah cavabdeh tərəfindən zərərin əvəzinin (85772,82 manat) ödənilməsi, gah da Mərkəzi Bankın uçot faiz dərəcəsi üzrə gecikmə faizinin tutulması (65514,01 manat) istənilir. Hər iki məbləğ yekunda zərər şəklində ifadə olunur. Qeyd edilir ki, zərərin vurulmasına istinad edən şəxs (iddiaçı) zərərin nədən ibarət olduğunu, həcmini və s. məsələləri, Mərkəzi Bankın uçot dərəcəsi üzrə faiz tutulması tələb edən şəxs isə Mülki Məcəllənin 449.1-ci maddəsində təsbit olunmuş əsası (özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq) sübuta yetirməlidir. Lakin iddiaçı bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir.

23. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativindən 221569,46 manat əsas borc, bank uçot dərəcəsinə (6,75%) uyğun olaraq 14955,60 manat faiz məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 386,10 manat olmaqla, ümumilikdə 236911,16 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı İnşallah oğluna ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

24. Məhkəmə gəldiyi onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Iddiaçı alıcı-cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini əsas gətirərək, # ### 2022-ci il tarixli, 05- MM/**** saylı alqı-satqı müqaviləsinə əsasən 221564,46 manat məbləğində pulun cavabdehdən tutulmasına dair tələb irəli sürmüşdür (iddia tələbinin bir hissəsi). Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edib ki, iddia göstərilən hissədə təmin edilməli və cavabdeh Cavabdeh MTK-dan 221569,46 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hazırkı qənaətə gələrkən onu nəzərə almışdır ki, iddia ərizəsində göstərilən iddiaçı tərəfindən beton məhsulu satışına görə cavabdehə göndərilən 7 elektron qaimə üzrə təhvil verilən malların ümumi dəyəri 221569,46 manat (99250,27 + 33948,10 + 32707,48 + 31805,20 + 32030,77 + 31916,64 + 30613,92 = 221569,46) təşkil edir. Qaimələrdə verilən sifarişlərin tarixi qeyd edilmiş, əsas kimi ##.##.2022-ci il tarixli 05- MM/**** nömrəli müqavilə göstərilmişdir. Cavabdeh iddiaya yuxarıda qeyd olunan əsaslarla etiraz etmişdir. Etirazdan göründüyü kimi, cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə hansı həcmdə mal verilmişsə, dəyəri tam şəkildə ödənilmişdir, elektron qaimələr malın təhvil verilməsini sübuta yetrimir, elektron qaimələr məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilə bilər. İddiaçı tərəfindən məhkəməyə dəvət edilmiş şahidlər isə ifadələrində cavabdehə hansı məbləğdə mal çatdırıldığını təsdiq edə bilməmişlər. Digər tərəfdən həmin şahidlərin məhz iddiaçının mövqeyindən ifadə verməsi istisnasızdır. Odur ki, şahid ifadələrinə tənqidi yanaşılmalıdır. Məhkəmə cavabdehin etirazını həmin hissədə əsassız sayıb. Belə ki, əvvəla, cavabdeh tərəf cavabdehə hansı həcmdə mal verilmişsə, dəyərinin tam şəkildə ödənildiyini, əvəzində cavabdehə əmlakın verilməsini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunan elektron qaimələrin təsdiqlənməsinə dair çıxarışdan göründüyü kimi, 7 elektron qaimənin 6-sı sistem tərəfindən, ##.##.2022-ci il tarixli, EBCJ seriyalı, ****** nömrəli elektron qaimə isə cavabdeh tərəfindən təsdiqlənmişdir. Həmin qaimələrə cavabdeh tərəfindən etiraz edilməmiş, geri qaytarılmamış, ləğv edilməmişdir. Müəyyən olunur ki, tərəflər heç də müqavilə şərtlərinə uyğun davranmamışlar. Belə ki, cavabdeh dəyərinin tam şəkildə ödənildiyini bildirdiyi mallar üzrə təhvil-təslim sənədlərinin tərtib olunmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə qeyd olunan halları, iş üzrə elektron qaimələrlə yanaşı, malların cavabdehin ünvanına çatdırılmasına dair şahid ifadələrini, cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2024-cü il tarixli qərarı (həmin qərardakı cavabdehin izahatını) və yuxarıda sadalanan digər sübutları əlaqəli şəkildə qiymətləndirərək, iddia tələbinin həmin hissəsi ilə bağlı hazırkı nəticəyə gəlmişdir. İddia tələbinin digər hissəsini cavabdeh Cavabdeh MTK-dan ##.##.2022-ci il tarixli üzləşdirmə aktına əsasən 85860 manat borc məbləğinin iddiaçının xeyrinə tutulması təşkil edib. İddiaçı iddia etmişdir ki, cavabdehin X10 ilə aralarındakı şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi səbəbilə 85860 manat məbləğində borcu yaranmışdır. Həmin borcun cavabdeh tərəfindən etiraf edilməsinə dair ##.##.2022-ci il tarixli üzləşdirmə aktı da mövcuddur. Həmçinin ##.##.2025-ci il tarixli tələbin güzəştinə dair razılaşmadan görünüb ki, kreditor X10 cavabdehdən 85860 manat məbləğində alacaq haqlarını iddiaçıya güzəşt etmişdir. Bununla da, həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququ tam şəkildə iddiaçıya keçmişdir. Cavabdeh tərəf həmin hissədə də iddianı qəbul etməyərək bildirmişdir ki, sözügedən əlyazma üzrə Niyaməddin Mamedov tərəfindən tələbin iddiaçıya güzəşt edilərək, sonradan cavabdehə yönəldilməsi heç bir faktiki və hüquqi əsasa söykənmir. Başqa sözlə, cavabdehin “Niyaməddin” adlı şəxs qarşısında mövcud öhdəliyi olmalı idi ki, sonuncunun müvafiq tələbi iddiaçıya güzəşt edilə bilsin. Bu faktın olmaması tələbin güzəşt edilməsini, nəticə etibarilə iddiaçının cavabdehə qarşı tələb hüququnu, cavabdehin isə həmin hüquqa münasibətdə öhdəliyini tamamilə istisna edir. Məhkəmə hesab edib ki, həmin hissədə etiraz əsaslı, iddia isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ##.##.2022-ci il tarixli “üzləşdirmə aktı” deyilən, ##.##.2025-ci il tarixli əlyazma ilə yazılar olan vərəqdən görünüb ki, Qanuni nümayəndə tərəfindən “mənim Niyaməddinə olan borcum 85860 manatdır” qeydi edilərək, imza çəkilmişdir. Cavabdeh haqlı olaraq belə bir mövqedən çıxış etmişdir ki, məhz Cavabdeh MTK-nın “Niyaməddin” adlı şəxs qarşısında mövcud öhdəliyi olmalı idi ki, sonuncunun müvafiq tələbi iddiaçıya güzəşt edilə bilsin. Bu faktın olmaması tələbin güzəşt edilməsini, nəticə etibarilə iddiaçının cavabdehə qarşı tələb hüququnu, cavabdehin isə həmin hüquqa münasibətdə öhdəliyini tamamilə istisna edib. Belə ki, ##.##.2022-ci il tarixli “üzləşdirmə aktı” deyilən, ##.##.2025-ci il tarixli əlyazma ilə yazılar olan vərəqdə ümumiyyətlə Cavabdeh MTK-nın adı çəkilmir. Qanuni nümayəndə MTK-nın sədri olması da fərqli nəticəyə gəlmək üçün əsas ola bilməz. Eyni zamanda vərəqdə “şəxsi əmioğluya verilən beton” ifadələri kimi ifadələr də yer alır. Mülki qanunvericiliyin müvafiq normalarından göründüyü kimi, əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Eyni zamanda əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. İddiaçı cavabdehdən 151286,83 manat məbləğində zərərin tutulmasını xahiş etmişdir. Həmin məbləğin bir hissəsini Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq əsas borca münasibətdə gecikmə faizi kimi 65514,01 (altmış beş min beş yüz on dörd manat bir qəpik) manat, eyni zamanda son 3 il ərzindəki inflyasiya faiz dərəcələri və buna uyğun olaraq ödənilməli borc kimi cəmi 85772,82 manat məbləğində pulun tutulması təşkil edir. Eyni zamanda iddiaçı hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilib icra edilənədək 458716,29 manat pula görə bank uçot faiz dərəcəsinə uyğun olaraq faizlərin cavabdehdən tutulmasını xahiş etmişdir. Əvvəla qeyd olunmalıdır ki, hazırkı iş üzrə iddia tələbinin göstərilən hissələrinə münasibətdə MM-nin 449.3 və 449.4-cü maddəsində nəzərdə tutulmuş əsasların olması müəyyən edilmir. Belə ki, MM-nin 449.3-ci maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər; 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə hesab edib ki, iddia tələbi qeyd olunan hissələrdə qismən əsaslı olduğundan qismən təmin olunmalı, bank uçot dərəcəsinə (6,75%) uyğun olaraq 14955,60 manat (on dörd min doqquz yüz əlli beş manat altmış qəpik) faiz məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, MM-nin 598.3-ci maddəsinə əsasən alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Hesab olunub ki, cavabdeh alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmədiyindən iddiaçının MM-nin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən 449.1-ci maddəsindən də göründüyü kimi, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd edilən maddənin tələbindən irəli gələrək məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə yekun məhkəmə aktı – qətnamə çıxarılan tarix ##.##.2026 olduğundan, qeyd edilən günə isə Mərkəzi Bankın uçot faiz dərəcəsi 6,75% təşkil etdiyindən, cavabdehdən AR MM-nin 598.3ci və 449-cu maddələrinə əsasən bank uçot dərəcəsinə (6,75%) uyğun olaraq 14955,60 manat (221564,46x6,75%:100=14955,60) faiz məbləği tutulmalıdır. Eləcə də, iddiaçı ödənilmiş 749 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edib ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 386,10 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 193.1, 193.2, 193.3, 194.1, 194.2, 385.1, 386.1, 567, 598.1, 598.2, 598.3, 449.1, 449.2, 442, 448-ci maddələrinə istinad etmişdir.

26. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddiaçı İddiaçı İnşallah oğlunun cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı iddiasının təmin edildiyi hissədə ləğv edilməsini, iddianın tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətlərinin dəlilləri:

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı İnşallah oğlu ilə cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında **-MM/**** nömrəli ##.##.2022-ci il tarixli alqı satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı məhsulu (beton; sement - qum məhlulunu) alıcıya çatdırmağı, alıcı isə həmin məhsulu qəbul etməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, satıcı məhsulu alıcıya alıcının sifarişi əsasında yerinə yetirir. Sifariş satıcıya yazılı surətdə, faks, elektron poçt və ya telefonoqramla rəsmisurətdə gəlməlidir. Müqavilənin 8.1-ci maddəsinə görə, mallar satıcı tərəfindən verilir və alıcı tərəfindən sertifikatda göstərilən keyfiyyətdə qəbul olunur. Yol qaiməsində malların həcmi göstərilməlidir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq mallar alıcının sifarişi əsasında satıcı tərəfindən alıcıya çatdırılmalı və alıcı tərəfindən yerində qəbul edilməli idi. Lakin iddiaçı/satıcı iddia ərizəsində göstərdiyi həcmdə və məbləğdə malları cavabdehə/alıcıya təhvil verməmişdir. Cavabdeh iddiaçıdan hansı həcmdə mal almışsa, ona uyğun elektron qaimə-fakturanı qəbul etmiş və həmin malların dəyərini tam şəkildə iddiaçıya ödəmişdir. İddiaçının tələbi üzrə işə baxmış birinci instansiya məhkəməsi işin göstərilən faktiki hallarını nəzərə almamış, nəticədə iddianı qismən təmin edərkən qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. İddiaçı ilə cavabdeh müqavilənin mühüm şərtləri (malların çatdırılması, təhvil-qəbulu və s.) barədə razılığa gəlmiş və müqaviləni imzalamışlar. Lakin məhkəmə tərəfindən müqavilə müddəaları nəzərə alınmamışdır. Mərkəzi Bankın uçot dərəcəsi üzrə cavabdehdən faiz tutulmasının tələb edən iddiaçı Mülki Məcəllənin 449.1-ci maddəsində təsbit olunmuş əsası (özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq) sübuta yetirməmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış **-MM/**** nömrəli ##.##.2022ci il tarixli alqı-satqı müqaviləsindən göründüyü kimi, iddiaçı ilə cavabdeh malların alıcının/cavabdehin sifarişi əsasında sonuncuya (onun tikinti sahəsinə) çatdırılması ilə bağlı razılaşmışlar (müqavilənin 1.1-ci və 8.1-ci bəndləri). Şübhəsizdir ki, müqavilənin qeyd olunan bəndlərinə uyğun olaraq, tərəflər arasında onların səlahiyyətli şəxsləri tərəfindən malların təhvil-təsliminə dair müvafiq akt imzalanmalı idi. Tərəflər arasında bağlanmış müqavilədə yalnız elektron qaimə-fakturanın təqdim edilməsi ilə mal(lar)ın cavabdehə təhvil verilməsini şərtləndirən hər hansı müddəa yoxdur. Bu mənada iddia ərizəsində göstərildiyi kimi, 292272,38 manat təşkil edən beton məhsulunun həqiqətən də cavabdehə təhvil verildiyi sübuta yetirilməmişdir (bununla bağlı nə iddiaçının müvafiq sifariş(lər)i, nə də malların qəbul olunmasına dair sübutlar məhkəməyə təqdim olunmayıb). Beləliklə, iddiaçı cavabdehə həqiqətən iddia ərizəsində göstərdiyi həcmdə/məbləğdə mal verməmişdir. İddia ərizəsində göstərilən elektron qaimə-fakturalara gəldikdə, onlardan yalnız biri – ##.##.2022-ci il tarixli qaimə-faktura cavabdeh tərəfindən qəbul edilmiş, digərləri isə yalnız elektron sistem tərəfindən təsdiqlənmişdir. Bununla belə, cavabdeh iddiaçı tərəfindən ona verilən/çatdırılan malların dəyərini tam şəkildə ödəmişdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin qeyd olunan hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyərək hüquq normasının pozuntusuna yol vermişdir iddiaçı tərəfindən məhkəməyə dəvət edilmiş şahidlər ifadələrində cavabdehə hansıməbləğdə mal çatdırıldığını təsdiq edə bilməmişlər. Digər tərəfdən, həmin şahidlərin məhz iddiaçının mövqeyindən ifadə verməsi istisnasızdır. Bundan başqa, malların təhvil-təslimi şahid ifadələri ilə deyil, tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanan təhvil-təslim aktı ilə sübut oluna bilərdi. Bu baxımdan məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə tənqidi yanaşılmalıdır. Göründüyü kimi, məhkəmə işdə olan sübutlara obyektiv və qərəzsiz baxmaqla, qanunvericilik normalarına uyğun qiymət verməli olduğu halda, yalnız iddiaçının nümayəndəsinin mövqeyinə və özünün subyektiv mülahizəsinə əsasən qiymət vermiş, beləliklə prosessual hüquq normasının pozuntusuna yol verməklə, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

29. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz etmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.

30. Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi ərizə ilə müraciət edərək işə cavabdehin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

31. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.7-ci maddəsinə görə (##.##.2023-cü il tarixinə dək qüvvədə olan redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. -449.1-ci maddəsinə görə (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya) özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -598.3-cü maddəsinə görə əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

32. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdehin apellyasiya şikayəti qətnamənin iddia təmin edildiyi hissəsində ləğv edilməsinə yönəldilmişdir. Odur ki, qətnamənin əsaslılığı iddia təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı İnşallah oğlu (satıcı) ilə cavabdeh Cavabdeh MTK (alıcı) arasında ##.##.2022-ci il tarixli **-MM/**** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə satıcı beton, sement, qum məhlulunu təqdim etməyi, alıcı isə bunun müqabilində satıcının bank hesabına ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Hazırda iddiaçı **-MM/**** nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəfindən cavabdehə mallar təqdim edildiyini, lakin həmin malların dəyərinin tam şəkildə ödənilmədiyini, nəticədə cavabdehin iddiaçıya mübahisəli müqavilə üzrə 221.569,46 manat məbləğində borcu qaldığını əsas göstərərək həmin borcun, borcun ödənilməsinin gecikdirilməsinə görə faizlərin tutulmasını tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçı tərəfindən iddia ərizədə göstərilən həcmdə və dəyərdə malların təqdim edilmədiyini, iddiaçı qarşısında hər hansı pul öhdəliyinin mövcud olmadığını, təqdim edilmiş malların dəyərinin tam şəkildə ödənildiyini, habelə faizlərin hesablanması və tutulması üçün qanuni əsasların olmadığını bildirir.

38. Kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsinə dair hissədə iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.1-ci maddəsi təşkil edir.

39. Alqı-satqı müqaviləsi üzrə malların təqdim edilib-edilməməsi ilə bağlı qeyd edilir ki, iddiaçı iddia etdiyi dəyərdə malların təqdim edilməsi faktını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş və düzəliş üçün geri qaytarılmamış, ümumi dəyəri 221.569,46 manat olan elektron qaimələri məhkəməyə təqdim etmişdir.

40. Cavabdehin mübahisələndirdiyi məqam isə elektron qaimələrin təkbaşına borcun mövcudluğunun müəyyən edilməsinin yetərli olmaması ilə bağlı olmuşdur. Bununla əlaqədar kollegiya qeyd edir ki, birincisi, mübahisəli müqavilənin 3.1-ci bəndində tərəflər malların təhvil verilməsinin elektron qaimələr əsasında həyata keçirilməsi imkanını razılaşdırmışlar. İkincisi, o da nəzərə alınır ki, tərəflər arasında beton məhsullarının təchizatı ilə bağlı müqavilə münasibətlərinin mövcud olduğu, iddiaçıdan alınmış beton məhsullarından cavabdeh tərəfindən tikinti işlərində istifadə edildiyi Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində tərəflərin (iddiaçının və cavabdehin sədrinin) verdikləri izahatlarla da təsdiq olunur. Üçüncüsü, cavabdehin özü də tərəflər arasında alqı-satqı münasibətlərinin mövcudluğunu inkar etməmiş, əksinə iddiaçıdan müəyyən həcmdə beton aldığını və alınmış betonun dəyərini ödədiyini bildirmi, lakin iddiaçıdan hansı həcmdə və dəyərdə mallar aldığını və hansı məbləğdə ödənişlər ödəməsini konkretləşdirməmiş, eləcə də ümumiyyətlə ödənişləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

41. Şahid ifadələrinin mötəbər sübut kimi nəzərə alınmalı olmamasına dair cavabdehin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, kommersiya münasibətləri xarakter etibarilə sahibkarlar, yəni mülki dövriyyənin professional iştirakçıları arasında yaranan münasibətlərdir. Bu baxımdan belə münasibətlərdə işin faktiki halları bir qayda olaraq yazılı sübutlar əsasında müəyyənləşdirilsə də, prosessual qanunvericilik kommersiya mübahisələrində şahid ifadələrinin də yardımçı sübutlar qismində nəzərə alınmasını istisna etmir. Əksinə qanunverici məhkəmənin hər bir sübutu əvvəlcədən müəyyən edilmiş qüvvə vermədən qiymətləndirməli olmasını müəyyən edir. Hazırkı halda mübahisələndirilən qətnamədən isə görünür ki, birinci instansiya məhkəməsi şahidlərin verdikləri ifadələri həmin şahidlərin iddiaçı tərəfdən təqdim edilməsini nəzərə almaqla, iş üzrə digər sübutlarla birlikdə məcmu şəkildə qiymətləndirmiş və bu zaman prosessual normalarının pozuntusuna yol verməmişdir.

42. Beləliklə, tərəflər arasında beton alqı-satqısı münasibətlərinin mövcudluğunun işin mübahisəsiz halı olduğunu, tərəflərin aralarında bağlanmış müqavilədə malların təqdim edilməsinin elektron qaimələrin təqdim edilməsi yolu ilə rəsmiləşdirilməsinin mümkünlüyü barədə razılığa gəldiklərini, eləcə də cavabdehin mallar təqdim edilərkən əvvəllər təhvil-təslim aktlarının imzalanmasını və alqı-satqı müqaviləsi üzrə borcun daha aşağı məbləğdə olmasını (iddiaçının göstərdiyindən daha az həcmdə və dəyərdə malların verilməsini və ya tərəfindən ödənişlər edilməsini) təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə borc məbləği olan 221.569,46 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmək hüququna malikdir.

43. Faizlərin tutulması hissəsində kollegiya qeyd edir ki, iddiaçı cavabdehin alqı-satqı müqaviləsi üzrrə borcu vaxtında ödəməməklə ondan faydalanmasını sübuta yetirə bilməsə, yəni işin faktiki halları Mülki Məcəllənin 449-cu maddəsinin dispozisiya şərtlərini ödəməsə də, məhkəmə iddiaçının təklif etdiyi qanuni əsasla bağlı deyil. Bu baxımdan kollegiya borcun ödənilməsinin gecikdirilməsinə görə faizlərin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tutulmasını mümkün hesab edir.

44. Faizlərin məbləğinə gəldikdə isə kollegiya nəzərə alır ki, iddiaçının ödənilməsini tələb etdiyi elektron qaimələrdən sonuncusunun 2023-cü ilin aprel ayına aid olmasını, iş üzrə birinci instansiya qətnaməsinin isə ##.##.2026-cı il tarixində qəbul edilməsini, yəni cavabdehin alqı-satqı müqaviləsi üzrə aldığı malların dəyərini ödəmək öhdəliyinin icrasını 3 ilə yaxın gecikdirməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 221.564,46 manat əsas borc məbləğinə hesablanmış 14.955,60 manat faiz məbləğinin cavabdehdən tutulması hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir.

45. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Apellyasiya icraatı ilə bağlı məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar