Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-496/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı ASC-nin cavabdeh CavabdehMMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: borcun etirafı barədə müqavilə, apellyasiya baxışnın hədləri) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X12 və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndələri X4 və X1 iştirakı ilə, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsindən cavabdeh CavabdehMMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ASC ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2024-cü il tarixli X6 xidmətlərindən istifadəyə dair müqavilə imzalanmışdır.
2. “X6 mal-material və avadanlıqlarla birlikdə Cavabdeh MMC-yə təhvil verilməsi” barədə ##.##.2024-cü il tarixli akta əsasən ## ####### 2024-cü il tarixli, 01-İS/** nömrəli müqaviləyə əsasən aşağıda adıçəkilən X6 mal-material və avadanlıqlarla birlikdə Cavabdeh MMC-yə saz vəziyyətdə təhvil verilmişdir.
3. İddiaçı ASC ilə Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə imzalanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən lizinqə (İstifadəyə) verən “xxxx" ASC-nin balansında oları kənd təsərrüfa texnikalarının mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə Lizinq alanın (İstifadəçinin) istifadəsinə verir. 1.2-ci bəndinə əsasən lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, bu müqavilənin 1.1 -ci bəndində nəzərdə tutulmuş məbləçi lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən istifadəçi bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş ödənişin ##.##.2024-cü il tarixindən gec olmayaraq İstifadəyə verənə ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. İddiaçı (xxxx) ASC və Cavabdeh MMC arasında qarşılıqlı hesablaşmaların ##.##.2024-cü il tarixli üzləşmə aktına əsasən cavabdehin iddiaçıya cəmi 6.116.770,30 manat borcu var.
5. İddiaçı ASC ilə Cavabdeh MMC arasında ##.##.2023-cü il tarixli R-01/23 borc öhdəliyi barədə razılaşma imzalanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə görə tərəflər razılığa gəlirlər ki, aralarında bağladıqları 2019-cu il ## ###### tarixli RP-**/** nömrəli “xxxx”na əsasən, ##.##.2019-cu il tarixinədək ASC-yə məxsus kənd təsərrüfatı texnikaları vasitəsilə göstərilmiş aqrotexniki xidmətlər üzrə yaranmış 7 313 660,72 manat borc məbləğindən 5 005 000,12 manat ödənildiyini, son illər ərzində dünyada baş vermiş qlobal hadisələr (pandemiya, iqtisadi böhran və s.) ilə əlaqədar obyektiv səbəbdən borc öhdəliyinin vaxtında icra edilməsinin mümkün olmadığını nəzərə alaraq, borcun restrukturizasiyasının təmin edilməsi məqsədilə aqrotexniki xidmətlər üzrə qalan 2 308 660,60 manat məbləğində və aqrokimyəvi maddələr üzrə qalan 2 143 225, 70 manat məbləğində borc öhdəliyinin MMC tərəfindən icrası üçün ödəniş müddəti ən geci 2024-cü ilin noyabr ayının sonunadək müəyyən edilsin (ödəniş qrafiki əlavə olunur).
6. İddiaçı ASC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 2023-cü il ## #### tarixli R-**/** nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən, Cəmiyyətə məxsus kənd təsərrüfatı texnikaları vasitəsilə göstərilmiş aqrotexniki xidmətlər üzrə yaranmış 7 313 660,72 manat borc öhdəliyindən 5 005 000,12 manat məbləğində ödəniş edilmiş, 2 308 660,60 manat yerinə yetirilməmiş borc öhdəliyi qalmışdır.Eyni zamanda qeyd edilən borc öhdəliyi barədə razılaşmaya əsasən aqrokimyəvi maddələr üzrə 2 143 225,70 manat yerinə yetirilməmiş borc öhdəliyi qalmışdır.Beləliklə, 2023-cü il ## #### tarixli R**/** nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ümumilikdə 4 451 886,30 manat yerinə yetirilməmiş borc öhdəliyi qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası ## ###### 2025-
7. *-**-**/*-*/****/**** saylı ekspert rəyinə əsasən təqdim edilmiş iş materiallarında öz ci il tarixli, əksini tapmış sənədlər 2017-2018-ci illərə dair tərtib edilmiş, “xxxx "ASC tərəfindən göstərilmiş aqrotexniki xidmətlər üzrə aktlardan ibarətdir. Hazırkı tədqiqatla həmin aktlarla tanışlıq zamanı onların üzərində ölçü və miqdarının qeyd olunması müəyyən olunsa da, qiyməti və yekun məbləğinin qeyd olunmadığı müəyyən olundu. Qeyd olunan aktlar üzrə yekun məbləğin müəyyən edilməsi üçün hər akt üzrə qiymətin və ona müvafiq yekun məbləğin qeyd olunması zəruridir. Bundan başqa sualda aktlarla yanaşı qaimələr üzrə yekun məbləğ soruşulsa da, təqdim edilmiş iş materiallarında adıçəkilən qaimələrə dair hər hansı bir məlumat (e-qaimələr, AVİS-dən çıxarış) öz əksini tapmamışdır. Göstərilənlərdən əlavə qeyd edilir ki, ekspert qarşısında qoyulmuş ikinci sualda soruşulan İddiaçı ASC tərəfindən 2017-2018- ci illər üzrə təsərrüfatlarda istifadə edilmiş texnikaların “xxxx" MMC-yə satılmasını nəzərə alaraq iddiaçı tərəfindən təqdim etdiyi cədvəl əsasında istismar xərclərinin müəyyən edilməsi məsələsi məhkəmə- mühasibat ekspertizasının həll etdiyi məsələlər xaricindədir. Belə ki, məhkəməmühasibat ekspertizası ilkin sənədlər əsasında aparılan tədqiqatdır.
Birinci instansiya məhkəməsindəki icraat:
8. İddiaçı İddiaçı ASC cavabdeh CavabdehMMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il ## #### tarixli R-**/** nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən 4 451 886,30 manat borcun, 2024-cü il ## ####### tarixli 01-İS/** nömrəli müqaviləyə əsasən 373 479,44 manat borcun, 2024-cü il # ######## tarixli OL-***-** nömrəli müqaviləyə əsasən 960 000,00 manat borcun və 3682,68 manat dövlət rüsumunun, cəmi: 5 789 048,42 manat məbləğində pul vəsaitinin CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehCavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti əvvəlki illərdə bağlanılmış 2023- cü il 19 iyul tarixli R-**/** nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən, Cəmiyyətə məxsus kənd təsərrüfatı texnikaları vasitəsilə göstərilmiş aqrotexniki xidmətlər üzrə yaranmış 7313660,72 manat borc öhdəliyindən 5 005 000,12 manat məbləğində ödəniş edilmiş, 2 308 660,60 manat yerinə yetirilməmiş borc öhdəliyi qalmışdır. Eyni zamanda qeyd edilən borc öhdəliyi barədə razılaşmaya əsasən aqrokimyəvi maddələr üzrə 2 143 225,70 manat yerinə yetirilməmiş borc öhdəliyi qalmışdır. Beləliklə, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında 2023-cü il ## #### tarixli R**/** nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən ümumilikdə 4 451 886,30 manat yerinə yetirilməmiş borc öhdəliyi mövcuddur. Həmçinin bildirir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış X6 xidmətlərindən istifadəyə dair 2024-cü il ## ####### tarixli 01-İS/** nömrəli müqaviləyə əsasən 373 479,44 (üç yüz yetmiş üç min dörd yüz yetmiş doqquz manat qırx dörd qəpik) manat yerinə yetirilməmiş borc öhdəliyi qalmışdır. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış Cəmiyyətə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə, eləcədə xidmət göstərilməsi barədə bağlanılmış 2024-cü il # ######## tarixli OL-037- ** nömrəli müqaviləyə əsasən 960 000,00 manat yerinə yetirilməmiş borc öhdəliyi qalmışdır. Tərəflər arasında bağlanmış müqavilələr və razılaşmaya əsasən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulmuş məbləğləri tam şəkildə həyata keçirilməsini öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 2024-cü il ## ###### tarixli OL-***-** nömrəli müqaviləyə əsasən cavabdehin 453 000 manat öhdəliyindən 41380,0 manat ödəniş yerinə yetirilmiş və 411 620,0 manat məbləğində borcu qalmışdır. Beləliklə, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin qeyd edilən müqavilələr və razılaşma üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ümumilikdə 5785365,74 manat məbləğində yerinə yetirmədiyi borc öhdəliyi mövcuddur. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.4-cü bəndinə əsasən Lizinq alan (istifadəçi) tərəfindən müqavilənin şərtlərinə əməl edilmədikdə, o cümlədən ödənişləri yerinə yetirilmədikdə, İcraçı onu yazılı xəbərdarlıq etməklə bu müqaviləni birtərəfli qaydada ləğv etmək, texnikanı geri götürmək, habelə ödənişdən qalan borcun və texnikaya dəymiş zərərin ödənilməsini qanuna müvafiq qaydada tələb etmək hüququna malikdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən, cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Eyni zamanda həmin Məcəllənin 448.2–ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
10. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “2023-cü il ## #### tarixli R-**/** nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən 4 451 886,30 manat borcun, 2024-cü il ## ####### tarixli 01-İS/** nömrəli müqaviləyə əsasən 373 479,44 manat borcun, 2024-cü il ## ###### tarixli OL-***-** nömrəli müqaviləyə əsasən 460 000,00 manat borcun və 3682,68 manat dövlət rüsumunun, cəmi 5 289 048,42 manat məbləğində pul vəsaitinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “2023-cü İI19 iyul tarixli R-**/** nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən 4 451 886,30 manat borcun 2024-cü il ## ###### tarixli OL-***-** nömrəli müqaviləyə əsasən 460 000,00 manat borcun və 3682,68 manat dövlət rüsumunun, cəmi: 4 915 568,98 manat məbləğində pul vəsaitinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən ##.##.2023-cü il tarixli R-**/** nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən, 4 451 886,30 manat məbləğində pul vəsaiti; ##.##.2024-cü il tarixli OL***-** nömrəli müqaviləyə əsasən, 460 000 manat məbləğində pul vəsaiti və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 3245, 94 manat məbləğində dövlət rüsumunun iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qalan hissədə iddia rədd edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünüb ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehCavabdeh Məhdud MəsuliyyətliCəmiyyəti ## #### 2023- cü il tarixli R-**/** nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən, Cəmiyyətə məxsus kənd təsərrüfatı texnikaları vasitəsilə göstərilmiş aqrotexniki xidmətlər üzrə yaranmış 7 313 660,72 manat borc öhdəliyindən 5 005 000,12 manat məbləğində ödəniş edilmiş, 2 308 660,60 manat yerinə yetirilməmiş borc öhdəliyi qalmışdır. Eyni zamanda qeyd edilən borc öhdəliyi barədə razılaşmaya əsasən aqrokimyəvi maddələr üzrə 2 143 225,70 manat, beləliklə cavabdehin 2023-cü il ## #### tarixli R**/** nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən ümumilikdə 4 451 886,30 manat yerinə yetirilməmiş borc öhdəliyi mövcuddur. Tərəflər arasında mübahisələndirilən hal, cavabdeh iddiaçı ilə həmin razılaşmanı imzaladığını qəbul etsə də, həmin razılaşma ilə müəyyən edilən borcların düzgün hesablanmadığını, ## #### 2023-cü il tarixli mpvcud borcun etirafı ilə bağlı razılaşmaya əsasə olan alt sənədlər borcun yenidən hesablanmalı olduğunu bildirərək iddiaya bu hissədə etiraz edir. İddia tələbinin digər hissəsi xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmışCəmiyyətə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə, eləcədə xidmət göstərilməsi barədə bağlanılmış 2024-cü il ## ###### tarixli OL-***-** nömrəlimüqaviləyə əsasən 960 000 manat yerinə yetirilməmiş borc öhdəliyi müəyyən edilmiş, məhkəmə icraatı dövründə həmin məbləğdən 500000 manatı ödənildiyi üçün iddia tələbinin həcmi azaldılaraq 460000 manat pul tələb edilir. Cavabdehin nümayəndələri heç bir məhkəmə iclasında həmin müqavilə üzrə borca münasibət bildirməmiş və heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edib ki, tərəflər arasında bağlanmış İddiaçı ASC ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2024-cü il tarixli X6 xidmətlərindən istifadəyə dair müqavilə üzrə borc məbləği məhkəmə craatı zamanı tam ödənildiyi üçün o hissədə iddia tələbi azaldılmışdır. Məhkəmə qeyd edib ki, cavabdeh tərəf ## #### 2023- cü il tarixli R-**/** nömrəli borc öhdəliyi barədə razılaşma əsasında müəyyən edilən borc məbləğini mübahisələndirdiyi üçün cavabdehin vəsatəti təmin edilərək, caavbdehin təqdime etdiyi sənədlər əsasında borcun yenidən hesablanması üçün iş üzrə məhkəmə mühasibatlıq eskpertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası ## ###### 2025-ci il tarixli, *-**-**/*-*/****/**** saylı ekspert rəyinə əsasən, borc məbləğinin hesablanmasının hazırki sənədlər əsasında mümkünsüzlüyü ifadə olunmuş, qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında öz əksini tapmış sənədlər 2017-2018-ci illərə dair tərtib edilmiş, “xxxx "ASC tərəfindən göstərilmiş aqrotexniki xidmətlər üzrə aktlardan ibarətdir. Hazırkı tədqiqatla həmin aktlarla tanışlıq zamanı onların üzərində ölçü və miqdarının qeyd olunması müəyyən olunsa da, qiyməti və yekun məbləğinin qeyd olunmadığı müəyyən olundu. qeyd olunan aktlar üzrə yekun məbləğin müəyyən edilməsi üçün hər akt üzrə qiymətin və ona müvafiq yekun məbləğin qeyd olunması zəruridir. Bundan başqa sualda aktlarla yanaşı qaimələr üzrə yekun məbləğ soruşulsa da, təqdim edilmiş iş materiallarında adıçəkilən qaimələrə dair hər hansı bir məlumat (e-qaimələr, AVİS-dən çıxarış) öz əksini tapmamışdır. Göstərilənlərdən əlavə qeyd edilib ki, ekspert qarşısında qoyulmuş ikinci sualda soruşulan İddiaçı ASC tərəfindən 2017-2018-ci illər üzrə təsərrüfatlarda istifadə edilmiş texnikaların “xxxx" MMC-yə satılmasını nəzərə alaraq iddiaçı tərəfindən təqdim etdiyi cədvəl əsasında istismar xərclərinin müəyyən edilməsi məsələsi məhkəmə- mühasibat ekspertizasının həll etdiyi məsələlər xaricindədir. Belə ki, məhkəmə- mühasibat ekspertizası ilkin sənədlər əsasında aparılan tədqiqatdır. Məhkəmə qeyd edib ki, hazırki halda iddia ##.##.2023-cü il tarixli R-**/** nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən, 4 451 886,30 manat məbləğində pul tələbi hissəsində tam təmin edilməlidir, belə ki, tərəflər arasında hazırki borc məbləği tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş , təsdiq edilmiş və həmin məbləğdən ödənişlər edilmişdir. Cavabdeh tərəfindən həmin məbləğin ödənilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdeh etirazının dəlillərinə dair də heç bir əsaslı sübut təqdim etməmişdir. Cavabdehin həmin məbləği həm müqavilə əsasında öhdəlik kimi müəyyən etməsi, həmçinin müəyyən olunan borcdan ödənişlər etməsi borcun məbləği ilə bağlı onun iradə ifadəsinin olmasını təsdiq edir. Məhkəmə həmçinin qeyd edilməsini zəruri hesab edib ki, cavabdehin ilkin olaraq ##.##.2023-cü il tarixli R-**/** nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən borc məbləğini öz iradə ifadəsi ilə qəbul etməsi və həmin məbləğdən ödənişlər etməsi, sonradan fərqli mövqe bildirərək borcun məbləğinin yenidən hesablanmasını tələb etməsi estopel prinsipi ilə də ziddiyyət təşkil edir. «…Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. İddia tələbinin ##.##.2024-cü il tarixli OL-***-** nömrəli müqaviləyə əsasən, 460 000 manat məbləğində pul vəsaiti tələbinə dair hissədə məhkəmə tələbi əsaslı hesab edrək qeyd edib ki, ##.##.2024-cü il tarixli OL-***-** nömrəli müqaviləyə əsasən lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən “iddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyektləri olan texnikaları lizinq alan cavabdehə təhvil vermişdir. Lizinq alan Cavabdeh MMC ödəniş cədvəlinə əsasən lizinq ödənişlərini ödəməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh MMC-nin lizinq müqaviləsi üzrə 460 000 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdeh MMC-nin lizinq müqaviləsi üzrə 460 000 manat məbləğində əsas borcu yaranması iş materialları ilə tərəflər arasında bağlanmış müqavilə, təhvil təslim aktı, ödəniş cədvəli cavabdehin məhkəmə icraat dövründə etdiyi ödənişlərlər təsdiqni tapır. Odur ki, məhkəmə Mülki Məcəllənin 747-ci maddəsinə əsasən mübahisəli öhdəlik hüquq münasibətində kreditor olan lizinq verənin borclu olan lizinq alandan lizinq ödənişlərin edilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, lizinq ödənişlərinə görə borcun tutulması hissəsində iddia təmin edilməli, cavabdeh X2 460 000 manat məbləğində borcu tutularaq iddiaçı İddiaçı ASC-nə ödənilməlidir. Belə olan halda məhkəmə mübahisəli borc müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edib ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh Cavabdeh MMC-dən ##.##.2023-cü il tarixli R-**/** nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən, 4 451 886,30 manat məbləğində pul vəsaiti; ##.##.2024-cü il tarixli OL-***-** nömrəli müqaviləyə əsasən, 460 000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həçinin qeyd edib ki, iddiaçı iddia tələbində həmçinin 3682,68 manat dövlət rüsumu tələb etmişdir, məhkəmə hesab edib ki, Həmin hissədə iddia qismən təmin edilməlidir belə ki, iddia tələbinin həcmin mütənasib məbləğ 3245, 94 manatdır və tələb o hissədə təmin edilə bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 882.1, 882.2, 882.3, 882.4, 882.5, 747.1, 748maddələrinə istinadla əsaslandırmışdır. 7.1-ci14.
15. Cavabdeh Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin 4.451.886,30 manat məbləğində olan hissəsinə münasibətdə ləğv edilməsini və iddia tələbinin rədd edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-yi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## #### **** saylı Sərəncamı əsasında 2017-2022-ci illər üzrə Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair Dövlət Proqramı əsasında yaradılmış cəmiyyət olaraq fəaliyyət göstərir. Dövlət Proqramının məqsədi ölkədə pambıqçılıq məhsullarına təlabatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayəsinin inkişaf etdirilməsi, pambıq məhsullarının ixracının artırırlması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsindən və bu sahənin inkişafının stimullaşdırılmasından ibarətdir. Cavabdeh MMC-ti yaranana kimi bu sahə üzrə müəssisələrinhər biri respublikanın təbii iqlim şəraitinə və bu sahənin inkişafını zəruri edən münbit torpaq sahələrində məhsuldarlığa əsaslanan, müstəqil fəaliyyət göstərən X9raq yaradılmış və fəaliyyət göstərmişlər. Həmin dövrdə fermerlərlə bağlanan xam pambığın alğı-satı müqavilələrinə əsasən yeni yaranan cəmiyyətlərin bu sahə üzrə maddi texniki bazası və imkanları kifatət qədər olmadığından pambığın əkilib becərilməsi ilə bağlı aqrotexniki işlər, gübrə və dərmanlar “xxxx”ASC-nin rayonfilialları ilə bağlanmış müqavilələr əsasında icra edilmiş, sonradan həmin xidmətlər üzrə yaranmış borc məbləği pambığın satışından əldə edilmiş vəsaitdən ödənilməklə geri qaytarılması nəzərədə tutulmuşdur. Onu da qeyd edir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17avqust 2020-ci il tarixli, **** nömrəli fərmanı ilə “xxxx” Aşıq Səhmdar Cəmiyyəti, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və cəmiyyətin qarşısında duran fəaliyyət istiqamətləri müəyyən edilmişdir. Hazırkı mübahisənin predmetini təşkil edən “xxxx”ASC-nə məxsus kənd təsərrüfatrı texnikaları (sonradan həmin texnikalar lizinq müqaviləsinə əsasən Cavabdeh MMC-yə ilkin alış qiymətilə satılmışdır) vasitəsilə göstərilmiş aqrotexniki xidmətlər üzrə yaranmış 2 308 660 ,60 manat və aqrokimyəvi maddələr üzrə 2 143 225 70 manat, ümumilikdə 4451 886,30 manat məbləğində yaranmış borc məbləği təşkil etməklə, 2017-2018-ci illərə təsadüf etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, 2018-ci ilin iyul ayından etibarən Respublikanın 17 rayonunda X3 Məsuliyyətli Cəmiyyətləri olaraq fəaliyyət göstərmiş müəssisələr birləşdirilərək hüquq və öhdəlikləri Cavabdeh MMC-yə ötürülmüşdür. Bu baxımdan həmin müəssisələrin borc öhdəliyi “xxxx” (hazırda İddiaçı ASC adlanır) ASC-nin təkidi ilə 2019-cu il ## ###### tarixli RP-**/** nömrəli “Borc öhdəliyi barədə razılaşma protokluna əsasən Cavabdeh MMC keçmişdir. Həmin dövrdən razılaşmamız ondan ibarət olmuşdur ki, pambığın əkilib-becərilməsi ilə bağlı görülmüş aqrotexniki işlərin aktları, gübrə və dərmanların qaimələri ciddi mühasibat sənədləri hesab edildiyindən müəssisənin dövriyyə balansında nəzərdə tutulmasından ötrü cavabdehə təqdim edilsin. Həmçinin, qeyd edilən hüquqmüəyyənedici mühasibat sənədləri hesab edilən aqrotexniki xidmətlərin göstərilməsinə dair aktların, gübrə, dərman və toxumluq çiyidə dair qaimələrin məhkəmə mübahisəsi zamanı borclularla hesablaşmalar zamanı nəzərə alınaraq sübüt əhəmiyyətinə malik olan sənəd kimi məhkəmələrdə istifadə edilsin. Qeyd edilən sənədlərlə bağlı görülmüş işlər üzrə aktların və gübrə dərmanlarla bağlı qaimələrin təqdim edilməsi çox vaxt aparacağını nəzərə alaraq, “xxxx” ASC (hazırda İddiaçı ASC-ti) müəyyən dövrlərdə hissəli şəkildə həmin sənədlərin Cavabdeh MMC-yə təqdm edəcəyi barədə razılıq əldə edilmişdir. Bu müddət ərzində bəzi rayonlar üzrə göstərilmiş xidmətlər və görülmüş işlər üzrə mühasibat sənədləri olan akt və qaimələr təqdim edilsə də, həmin sənədlər ümumi işlərin görülməsini müəyyən edən 30 faizini təşkil etmişdir. 2023-cü il ## #### tarixli R-**/** nömrəli borc öhdəliyi barədə razılaşmaya əsasən aqrotexniki xidmətlər üzrə 2 308 660,60 manat məbləğində və aqrokimyəvi maddələr üzrə qalan 2 143 225 70 manat məbləğində borc öhdəliyi imzalamış, sonrakı vaxtlarda qeyd edilən maliyyəmühasibat sənədləri Cavabdeh MMC-yə təqdim edilməsi ilə bağlı məktublara müxtəlif məzmunda cavab verilməklə, qeyd edilən sənədlər onlara təqdim edilməmiş, 2024-cü il tarixdə isə İddiaçı ASC-ti borcun ödənilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 4451 886,30 manat məbləğində borcun formalaşmış məbləği ilə bağlı sənədlərin təqdim edilməsi ilə bağlı İddiaçıASC-nə müraciət edilsə də, məktuba cavab verilməmiş, bu barədə sorğu ilə məhkəməyə müraciət edilərək həmin məktuba cavabda 2017-2018-ci ildə “xxxx” ASCnin rəhbər şəxslərinin imzaları ilə təsdiq edilmiş ümumi üzləşmələr təqdim edilməklə kifayənlənmiş, lakin işlərin görülməsini və xidmətlərin göstərilməsini müəyyən edən və fermerin imzası ilə təsdiq edilən aktlar, gübrə və dərmanların, toxumluq çiyidə dair qaimələrin verilməsini təsdiqləyən hüquqmüəyyənedici mühasibat sənədləri məhkəməyə təqdim edilməmişdir. Həmin sənədlər olmadan tərəflərin bağladıqları razılaşmanın hüquqi əhəmiyyəti barədə mülahizə yürütmək, əqdin etibarlıq şərtlərinə uyğun olması barədə yekun nəticəyə gəlmək mümkün deyil. Qeyd edilən sənədlərin maliyyə təsərrüfat fəaliyyətini əks etdirən mühasibatlıqda əksini tapan sənədlər olduğunu nəzərə alaraq dəfələrlə bu barədə müraciətlərə baxmayaraq həmin sənədlərin əsli və yaxud surətlərini əldə etmək mümükün olmamışdır. Müxtəlif illər üzrə İddiaçı ASC tərəfindən az sayda aqrotexniki işlərin görülməsinə dair akt və qaimələr onlara təqdim edilsə də, digər hissəsinin təqdim ediləcəyi barədə vədinə inanaraq, həmçinin etibarlı partnyorluq münasibətlərindən çıxış edərək razılaşmanı imzalamış, lakin üzərindən qısa müddət keçdikdən sonra İddiaçıASC-tərəfindən borc tələbi ilə Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia qaldırılmışdır. Xüsusilə qeyd etmək istərdi ki, İddiaçı ASC bu sahə üzrə ixtisaslaşdırılmış cəmiyyət olaraq kənd təsərrüfatı istehsal vasitələri olan texnikaların, texnoloji avadanlıqların, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizə vasitələri, sertifikatlı toxum və ting ilə təmin edilməsi, aqrotexniki xidmətlərin göstərilməsini həyata keçirən inhisar subyektli cəmiyyət hesab edilməklə, İddiaçıASC-nin təqdim etdiyi avadanlıqlar, gübrə və dərmanları təqdim etmədən təsərrüfatlarda işlər görmək mümkün deyildir. Bu baxımdan həmin cəmiyyətin inhisar subyektli hakimiyyət səlahiyyətinə malik olması, həmçinin həmin cəmiyyətin vədlərinə inanaraq aldadılmış və ağır şərtli əqd bağlamışlar. Bu tələblərə etiraz olaraq məhkəmədə baxılarkən mübahisələndirilsə də, bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, aqrotexniki xidmətlərə və gübrə, dərmanlara görə yaranmış borc 2017-2018-ci il mövsümü üçün nəzərdə tutulmuş borc məbləğidir. Belə ki, həmin borc İddiaçıASC məxsus olantexnikalarla görülmüş işlər olmaqla, həmin texnikalar təsərrüfatlarda istismar olunmuş, sonradan ilkin alış qiymətilə Cavabdeh MMC-yə lizinq yolu ilə satılmışdır. Aqrotexniki xidmətlərin göstərilməsinə dair İddiaçıASC-titərəfindən həm borc tələb edilir, həmçinin sonradan həmin texniklaların istismar olunmamış ilkin alış qiyməti ilə lizinq şərtləri ilə yeni qiymətlə CavabdehMMC-yə satmaqla gəlir əldə edilməyi əsaslı hesab edilə bilməz. Əgər həqiqətən də borc mövcuddursa, işlənmiş texnikaların istismar xərclərinə görə əvəzləşdirilməli, borcun yenidən tələb edilməsi isə iddia tələbinin qanunulik meyarına əsasən məhkəmədə tələb irəli sürməyi maddi hüquq normalarının tələbləri baxımından qanuna zidd hesab edilməlidir. Məsələni sadə şəkildə izah etməli olsaq İddiaçı ASC-ti əgər 2017-2018-ci ildə təsərrüfatlarda həmin texnikalarla iş görüb buna görə pul tələb edirsə, həmin texnikalar, lizinq şərtləri ilə texnikanın ilkin alış qiymətilə sata bilməz, digər halda əgər həmin texnikalar özlərinin də etiraf etdiyi kimi təsərrüfatlarda istifadə edilib ilkin satış qiymətilə Cavabdeh MMC-yə satılırdısa, təsərrüfatlarda görülmüş işlərin haqqı hesablanıb tələb edilə bilməzdi. Bu hallar üzrə irəli sürülən arqumenlər İddiaçı ASC-nin Cavabdeh MMC-nə ünvanlandığı məktubla da öz təsdiqini tapır. Belə ki, 2017-2018-ci illər ərzində İddiaçıASC Cavabdeh MMC-yə ünvanlandığ 2ı #.##.2022- ci il tarixli, Mİ710/1.2.*-*-****-**** saylı müraciətdə İddiaçı ASC- ilə Cavabdeh MMC arasında bağlanmış kənd təsərrüfatı texnikalarının lizinqə verilməsinə dair 2018-ci il ## ###### tarixli ****-P/** nömrəli müqaviləyə əsasən lizinq obyektli texnikaların 2017-2018-ci ildə təsərrüfat mövsümündə fermerlərə aqrotexniki xidmətlərin göstərilməsində istifadə olunduğu və həmin texnikaların Cavabdeh MMC-yə ilkin dəyəri ilə lizinqə verilməsi etiraf olunmuşdur. Hazırkı mübahisə üzrə İddiaçı ASCnin texnikaların təsərrüfatlarda istifadə edildikdən sonra ilkin alış qiyməti ilə “xxxx MMC”-yə satılmasını nəzərə alaraq istismar xərclərinin müəyyən edilməsi və 2017-2018-ci illər üzrə hər il üzrə istismar xərclərinin hazırkı mübahisə zamanı nəzərə alınmalı, həmçinin 2017-2018-ci illər ərzində İddiaçıASC-ti tərəfindən göstərilmiş xidmətlər, gübrə və dərmanlarla bağlı Cavabdeh MMC-yə təqdim edilmiş sənədlər əsasında görülən işlərin qiymətlərinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Hesab edir ki, tərəflər arasında bağlanmış əqdin etibarlıq şərtləri əsasında mübahisələndirilən etirazlar əsasında məhkəmə tərəfindən qeyd edilən dəlillər araşdırılmaqla mübahisə üzrə obyektiv qərar qəbul ediləcək. Məhkəmə araşdırılması zamanı əqdin etibarsızlığı ilə bağlı izahatlarında 2017-2018-ci illər üzrə fermerlərə göstərilmiş 7 313 660,72 manat borc məbləği ilə bağlı aqrotexniki xidmətlərə dair aktların məhkəməyə təqdim edilməsi ilə İddiaçı ASC-nə müraciət ünvanlandığını, lakin həmin müraciətə cavab verilmədiyindən məhkəmədən hüquqmüəyyən edən mühasibat sənədlərinin təqdim edilməsi barədə vəsatətlə məhkəməyə müracət edilmişdir. Lakin İddiaçıASC- mühasibat sənədlərini məhkəməyə təqdim etməkdən imtina etmişdir. Belə olan halda cavabdeh tərəfindən İddiaçıASC tərəfindən cavabdehə təqdim edilən akt və qaimələr üzrə 2017-2018-ci illər ərzində İddiaçıASC tərəfindən göstərilmiş aqrotexniki xidmətlər üzrə aktların, gübrə və dərmanların təqdim edilməsinə dair qaimələrin yekun məbləğinin müəyyən edilməsi ilə bağlı rəy verilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edilmiş və vəsatət təmin edilməklə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məqsədi İddiaçı ASCnin təqdim etdiyi sənədlər əsasında borc məbləğinin müəyyənəşdirilməsindən və tərəflər arasında bağlanmış müqavilənin etibarlılıq şərtlərinə uyğun olub-olmamasını müəyyənləşdirməkdən ibarət olmuşdur. Lakin məhkəmə-mühasibatlıq eksperti suallara müxtəlif səbəblər göstərməklə cavab verməkdən imtina etməklə, imtina cavabını isə rəy kimi məhkəməyə təqdim etmişdir. Hesab edir ki, ekspertiza mərkəzi tərəfindən rəy verməkdən imtina edilməsi məhkəmənin işin obyektiv araşdırılması ilə bağlı digər ekspertiza mərkəzlərinə müraciət etmək hüququna malik olmuşdur. Lakin cavabdeh tərəfindən təkrarən mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatəti, həmçinin, iş üzrə mütəxəssisin məhkəməyə dəvət edilməsi barədə xahişi də məhkəmə tərəfindən təmin edilməmişdir. Bununla da məhkəmə istər maddi, istərsə də prosessual qanunvericiliyin tələblərini kobudcasına pozmaqla, iddia tələbinin qismən təmin edilməsi barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bildirmək istəyir ki, hazırkı iddia tələbi ilə bağlı İddiaçı ASC (əvvəlki adı “xxxx” ASC) tərəfindən KT MMC-yə onlara məxsus texnikalarla aqrotexniki xidmətlərin göstərilməsi, gübrə və dərmanların təqdim edilməsi ilə bağlı yaranmış borc məbləği təşkil etmiş, KT MMC birləşdikdən sonra bütün hüquq və vəzifələr Cavabdeh MMC-yə keçmişdir. Bu müqavilələr əsasında formalaşmış borcla bağlı tələb və etirazları nəzərə alınmamış, İddiaçıASC-dən həmin işlərin görülməsi, gübrə və dərmanların verilməsi ilə bağlı qaimələr cəmiyyətə təqdim edilməmişdir. İddiaçının iddia etdiyi borc məbləği həmin sənədlər əsasında müəyyən edildiyindən, qeyd edilən sənədlərin mövcud olmadığı təqdirdə borc tələbi ilə yekun qərar qəbul etmək mümkün hesab edilə bilməz. Bu baxımdan həmin aktlar və qaimələr ciddi mühasibat sənədləri hesab edilməklə cəmiyyətin mühasibatlığında nəzərdə tutulmaqla yanaşı, borclulardan borcun həmin sənədlər əsasında tələb edilməsi, ödənilmədiyi halda isə məhkəməyə müraciət edilməsi üçün hüquqi əsas kimi nəzərə tutulmuşdur. Lakin İddiaçı ASCti həmin sənədlərin cüzi hissəsini təqdim etməklə kifayətlənmiş və razılaşmanın tələblərinə əsaslanaraq borc tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə razılaşmanın tələblərinə istinad edərək, əqdin mübahisələndirilməsi ilə bağlı etirazlara qiymət vermədən, birtərəfli qaydada iddia tələbini təmin etmiş, bununla da qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə etirazı qanunla müəyyən edilmiş qaydada araşdırmaqla, bağlanmış əqdin etibarlı əqd olaraq qiymətləndirib iş üzrə yekun nəticəyə gəlməmişdir. Hər bir halda əqdin aldatma, hakimiyyət səlahiyyətindən istifadə etməklə ağır şərtli əqdin bağlanması ilə bağlı etirazları məhkəmə tərəfindən araşdırılmamış, qanunvericiliyin mövcud tələbləri obyektiv şəkildə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337,339.6,346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirilməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu sübut etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verilməlidir. Qeyd edildiyi kimi tərəf olaraq iddiaçının mübahisə ilə bağlı əsaslandığı əqdə dair etiraz irəli sürülməsi həmin əqdin etibarsız olması ilə bağlı tələblərini əsaslandıran halların sübut edilməsi ilə bağlı məhkəmə tərəfindən imtina edilməsi işin qeyri-obyektiv və əsassızməhkəmə qərarının qəbul edilməsinə səbəb olmuşdur. Bundan başqa 2017-2018-ci il tarixlərdə təsərrüfatlarda istifadə olunmuş kənd təsərrüfatı texnikalarının ilkin alış qiymətilə Cavabdeh MMC-yə satılması və bu zaman istismar xərclərinin nəzərə alınmaması barədə etirazımız və bu tələbi əsaslandıran dəlillərini məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bununla da, etirazın əsaslarından biri olan istismar xərcləri məhkəmə tərəfindən araşdırılmadan iddia tələbinin təmin edilməsi barədə əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Məhkəmə iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdirlər.
19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
20. Mülki Məcəllənin: - 339.1- ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. -339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.[346] -339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. -339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. -339.6-ci maddəsinə görə bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. -882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
21. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin iddia tələbinin 4.451.886,30 manat məbləğində təmin edilən hissəsinin ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi xahiş edilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh MMC arasında aqrotexniki xidmətlərin göstərilməsi və kimyəvi maddələrin təchizatı ilə bağlı müqavilə münasibətləri mövcud olmuşdur. ##.##.2023-cü il tarixdə tərəflər borc öhdəliyi barədə razılaşma bağlayaraq əvvəlki illərdə göstərilmiş aqrotexniki xidmətlər və aqrokimyəvi maddələr alqı-satqısı üzrə yaranmış qalıq borc məbləğinin qarşılıqlı razılıq əsasında 4.451.886,30 manat məbləğində olmasını təsdiq etmiş və həmin borcun icra edilməli olduğu müddəti müəyyənləşdirmişlər. Həmçinin ##.##.2024-cü il tarixli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə əsasında tərəflər arasında lizinq münasibətləri yaranmış, İddiaçı ASC öz balansında olan texnikaları istifadə üçün Cavabdeh MMC-yə vermiş, sonuncu isə müqavilədə nəzərdə tutulmuş ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı hazırda istinad edilən müqavilələr üzrə ümumilikdə 4.915.568,98 manat pulun tutulmasını tələb edir.
27. Apellyasiya şikayəti kontekstində işə baxan kollegiya qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən hissədə, yəni ##.##.2023-cü il tarixli R-**/** nömrəli borc öhdəliyi barədə razılaşma ilə təsdiq edilmiş 4.451.886,30 manat məbləğində tutulması hissəsində iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsi təşkil edir.
28. Cavabdehin borc öhdəliyinin müəyyən edilməsi barədə razılaşma bağlanarkən aldadılmasına, eləcə də onun üçün son dərəcə əlverişsiz şərtlərlə əqd bağlamağa məcbur olmasına, yəni həmin razılaşmanın etibarsız əqd olmasına dair arqumentlərə münasibətdə qeyd edilir ki, cavabdeh bağlanmış razılaşmada hansı şərtlərin onun üçün son dərəcə əlverişsiz olmasına, aldadılmanın və məcburetmənin nədə ifadə olunmasına ağlabatan şəkildə aydınlıq gətirməmiş, eləcə də bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin dəlillər məhkəmə tərəfindən formal mülahizə kimi qiymətləndirir.
29. Borc öhdəliyi barədə razılaşmada əks olunmuş borc öhdəliyinin əslində mövcud olmaması, həmin borc məbləğinin xidmətlərin göstərilməsini və malların təqdim edilməsini təsdiq edən ilkin sənədlər əsasında müəyyən edilməli olması barədə dəlillərə gəldikdə kollegiya vurğulayır ki, borc öhdəliyi barədə mübahisəli razılaşmanın bağlanması nəticəsində cavabdehin həmin razılaşmada təsdiq edilmiş borcun ödənilməsinə dair yeni öhdəliyi yaranmış, tərəflər arasında mövcud olmuş alqı-satqı və xidmət müqavilələri üzrə əvvəlki öhdəliklərə isə xitam verilmişdir. Belə olan halda isə cavabdeh Mülki Məcəllənin 882.2-ci maddəsinin tələblərinə əsasən həmin razılaşmaya əsaslanan iddiaya qarşı başlıca əqdlərdən, yəni alqı-satqı və xidmət müqavilələrindən irəli gələn etirazları (o cümlədən borcun məbləğin daha az olması, xidmətlərin əslində daha az həcmdə göstərilməsi ilə bağlı dəlilləri) irəli sürmək hüququnu itirmişdir.
30. Beləliklə, kollegiya cavabdehin borc öhdəliyinin müəyyən edilməsi barədə razılaşmanı bağlamaqla 4.451.886,30 manat məbləğində borcunun olmasını etiraf etdiyini və həmin borcun ödəmək öhdəliyini üzərinə götürdüyünü nəzərə alaraq hesab edir ki, həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin.
Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov