Məhkəmə qərarları › İş №e-2-2(3-6)-503/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-503/2026

06.05.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-503/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq, m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə 5 186 487,78 (beş milyon yüz səksən altı min dörd yüz səksən yeddi dollar 78 sent) ABŞ dolları, 110 145,34 (bir yüz on min yüz qırx beş manat 34 qəpik) manat, 2 979,43 (iki min doqquz yüz yetmiş doqquz frank 43 santim) isveçrə frankı əsas borc, 395 083,48 (üç yüz doxsan beş min səksən üç dollar 48 sent) ABŞ dolları, 13 176,55 (on üç min yüz yetmiş altı manat 55 qəpik) manat faiz borcu, cəmi 5 581 571,26 (beş milyon beş yüz səksən bir min beş yüz yetmiş bir dollar 26 sent) ABŞdolları, 123 321,89 (yüz iyirmi üç min üç yüz iyirmi bir manat 89 qəpik) manat, 2 979,43 (iki min doqquz yüz yetmiş doqquz frank 43 santim) isveçrə frankı və 5 600 (beş min altı yüz) manat ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh QSC-dən alınaraq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Iddiaçı ##.##.2026-cı il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC tərəfindən Cavabdeh QSC-yə göstərilmiş beynəlxalq yükdaşıma xidmətlərinə görə ##.##.2021-ci il tarixli ***** nömrəli müqaviləyə əsasən 592 884,87 (beş yüz doxsan iki min səkkiz yüz səksən dörd dollar 87 sent) ABŞ dolları məbləğində əsas borc və yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 281 321,81 (iki yüz səksən bir min üç yüz iyirmi bir dollar 81 sent) ABŞ dolları faiz borcu, ##.##.2024-cü il tarixli **-*/*-***/**** nömrəli müqaviləyə əsasən 4 538 787,19 (dörd milyon beş yüz otuz səkkiz min yeddi yüz səksən yeddi dollar 19 sent) ABŞ dolları məbləğində əsas borc və yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 111 215,25 (bir yüz on bir min iki yüz on beş dollar 25 sent) ABŞ dolları faiz borcu, daşıma ilə bağlı əlavə xidmətlərə görə 54 815,72 (əlli dörd min səkkiz yüz on beş dollar 72 sent) ABŞ dolları məbləğində əsas borc və yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 2 546,42 (iki min beş yüz qırx altı dollar 42 sent) ABŞ dolları faiz borcu, mühafizə xidmətlərinə görə 64 972,49 (altmış dörd min doqquz yüz yetmiş iki manat 49 qəpik) manat məbləğində əsas borc və yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 10 625,14 (on min altı yüz iyirmi beş manat 14 qəpik) manat faiz borcu, teleqram xidmətlərinə görə 1 439,86 (bir min dörd yüz otuz doqquz manat 86 qəpik) manat məbləğində əsas borc və yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 78,71 (yetmiş səkkiz manat 71 qəpik) manat faiz borcu, stansiyalarda göstərilmiş xidmətlərə görə 37 513,01 (otuz yeddi min beş yüz on üç manat 01 qəpik) manat əsas borc və həmin borcun icrasının gecikdirilməsi səbəbindən 2 472,70 (iki min dörd yüz yetmiş iki manat 70 qəpik) manat faiz borcu, yük daşıma sifarişinin dəyişdirilməsinə görə 6.219, 98 (altı min iki yüz on doqquz manat 98 qəpik) manat, vaqonların Rusiya Federasiyasında hərəkətinə görə 2.979,43 (iki min doqquz yüz yetmiş doqquz frank 43 santim) isveçrə frankı, həmçinin ödənilmiş 5.600 (beş min altı yüz) manat dövlət rüsumu, ekspert rəyinə görə ödənilmiş 13.000 (on üç min) manat xidmət haqqı, cəmi 5 581 571,26 (beş milyon beş yüz səksən bir min beş yüz yetmiş bir dollar 26 sent) ABŞ dolları, 123 321,89 (yüz iyirmi üç min üç yüz iyirmi bir manat 89 qəpik) manat, 2 979,43 (iki min doqquz yüz yetmiş doqquz frank 43 santim) isveçrə frankı, 5 600 (beş min altı yüz) manat ödənilmiş dövlət rüsumu və 13.000 (on üç min) manat ekspert rəyinə görə ödənilmiş xidmət haqqı cavabdeh Cavabdeh QSC-dən alınaraq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddiasi qismən təmin edilərək, Cavabdeh Cavabdeh QSC-dən ##.##.2021-ci il tarixli müqavilə üzrə 581120,16 ABŞ Dolları əsas, 281321,81 ABŞ Dolları faiz borcu, ##.##.2024-cü il tarixli müqavilə üzrə 4538787,19 ABŞ Dolları əsas, 111215,25 ABŞ Dolları faiz borcu, daşıma ilə bağlı əlavə xidmətlərə görə 54815,72 ABŞ Dolları əsas, 2546,42 ABŞ Dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) faiz borcu, mühafizə xidmətlərinə görə 64972,49 manat əsas, 10625,14 manat faiz borcu, teleqram xidməti ilə bağlı 1439,86 manat əsas, 78,71 manat faiz borcu, stansiya xidməti ilə bağlı 37513,01 manat əsas, 2472,70 manat faiz borcu, yük daşınma sifarişinin dəyişdirilməsi ilə bağlı 6219,98 manat, vaqonların Rusiya Federasiyasında hərəkəti ilə bağlı 2979,43 isveçrə frankı (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş isveçrə frankının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), 5500 manat dövlət rüsumu və 13000 manat, audit rəyinin alınması ilə bağlı çəkilmiş xərc tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilsin. Iddia tələbi qalan hissədə rədd edilməsi,iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı İddiaçı QSC-nin özünə aid edilsin. Cavabdeh Cavabdeh QSC-dən 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN 1700326621, X2 KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BIK CTREAZ22) ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi qismən yəni iddia tələbinin təmin edildiyi hissədə ləğv edilərək iddianın tam şəkildə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı * saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Belə ki, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməlidir. Lakin ərizəçi prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmiş, işə baxan məhkəmə tərəfindən hansı maddi və prosessual hüquq normasının pozulması, pozuntunun nədən ibarət olmasını qeyd etməməmiş, əlavə 2-də göstərilmiş qrafalar şəklində tərtib olunmamışdır. Mülki Prosessual Məcəllənin 363.1-ci maddəsində təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin və 363.1.5-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh QSC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh QSC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar