Məhkəmə qərarları › İş №e-2-2(3-6)-531/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-531/2026

09.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-531/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: agent müqaviləsi, sübutetmə, işgüzar adətlər) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Abdullayev Elşən Uğur oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (agent) ilə Cavabdeh MMC (təchizatçı) arasında ##.##.2025-ci il tarixdə LB/**-** saylı müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, təchizatçi tapşırır, agent isə mükafat qarşılığında təchizatçının adından və hesabına aşağıdakı hərəkətləri həyata keçirməyi öhdəsinə götürür: 1.1.1. Cavabdeh ticarət markalı bütün növ məhsulların bu müqavilənin 1.3-cü bəndində göstərilən Ərazidə satışının təşkil edilməsi.

2. Müqavilənin 1.3-cü bəndində göstərilmişdir ki, agentin fəaliyyət ərazisi: Rusiya Federasiyası, Almaniya Federativ Respublikası, Türkiyə Cümhuriyyəti, ABŞ, Polşa Respublikası, İsrail Dövləti, Kanada, Niderland Krallığı, Qazaxıstan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri.

3. Müqavilənin 2.1-ci bəndinə əsasən, Agent ərazidə potensial müştərilər axtarmağı, təchizatçının malları ilə bağlı əməliyyatlar bağlamaq üçün potensial müştərilərlə danışıqlar aparmağı, təchizatçı və müştərilər arasında müqavilələrin bağlanmasına kömək etməyi, bu müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə (Müqavilənin 4-cü bəndi) təchizatçıya öz fəaliyyəti barədə hesabatlar təqdim etməyi öhdəsinə götürür.

4. Müqavilənin 3.1-ci bəndinə əsasən, təchizatçı müqavilədə müəyyən edilmiş qaydada və məbləğdə agentə mükafatı vaxtında ödəməyi (Müqavilənin 5-ci hissəsi), müqavilənin icrası ilə bağlı agentin çəkdiyi əsaslandırılmış xərcləri ödəməyi öhdəsinə götürür.

5. Müqavilənin 4.1-ci bəndinə əsasən, agent hər ötən ay üçün növbəti ayın 20-dən gec olmayaraq öz fəaliyyəti barədə təchizatçıya hesabatlar təqdim edir.

6. Müqavilənin 4.2-ci bəndinə əsasən, agentin hesabatı fəaliyyət barədə məlumatı, potensial müştərilərlə danışıqların statusu və bağlanmış əməliyyatlar barədə məlumatları əhatə etməlidir.

7. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilə üzrə öhdəliklərin yerinə yetirildiyinə görə təchizatçı agentə bağlanmış əməliyyatların məbləğinin 5 %-i (beş) həcmində mükafat ödəyir.

8. Müqavilənin 6.2-ci bəndinə əsasən, müqavilənin 6.1-ci bəndində göstərilən xərclərin ödənilməsi agent tərəfindən təqdim edilmiş təsdiqedici sənədlər əsasında, onların təchizatçıya təqdim edildiyi andan etibarən 30 gün ərzində həyata keçirilir.

9. Müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilə tərəflər tərəfindən imzalandığı tarixdən qüvvəyə minir və ## ###### 2026-cı il tarixinədək qüvvədədir.

10. Müqavilə hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası və möhürü ilə təsdiq olunmuşdur.

11. Tərəflərin səlahiyyətli şəxslərinin imzaları və tərəflərin möhürləri ilə təsdiqlənmiş ##.##.2025-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə LB/**-** nömrəli ##.##.2025 tarixli müqavilə üzrə satış və xidmətlər göstərilmiş və bunun müqabilində 12 643,76 manat məbləğində **LE**** nömrəli invoys təqdim edilmişdir. Bu satış və xidmətlər üzrə işlər tamamlanmışdır. Tərəflər arasında heç bir iddia və etiraz yoxdur və gələcəkdə də olmayacaqdır”.

12. Tərəflərin səlahiyyətli şəxslərinin imzaları və tərəflərin möhürləri ilə təsdiqlənmiş ##.##.2025-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə LB/**-** nömrəli ##.##.2025 tarixli müqavilə üzrə satış və xidmətlər göstərilmiş və bunun müqabilində 8293,84 manat məbləğində **LE**** nömrəli invoys təqdim edilmişdir. Bu satış və xidmətlər üzrə işlər tamamlanmışdır. Tərəflər arasında heç bir iddia və etiraz yoxdur və gələcəkdə də olmayacaqdır”.

13. Tərəflərin səlahiyyətli şəxslərinin imzaları və tərəflərin möhürləri ilə təsdiqlənmiş ##.##.2025-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə LB/**-** nömrəli ##.##.2025 tarixli müqavilə üzrə satış və xidmətlər göstərilmiş və bunun müqabilində 4956 manat məbləğində **LE**** nömrəli invoys təqdim edilmişdir. Bu satış və xidmətlər üzrə işlər tamamlanmışdır. Tərəflər arasında heç bir iddia və etiraz yoxdur və gələcəkdə də olmayacaqdır”.

14. Tərəflərin səlahiyyətli şəxslərinin imzaları və tərəflərin möhürləri ilə təsdiqlənmiş ##.##.2025-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə LB/**-** nömrəli ##.##.2025 tarixli müqavilə üzrə satış və xidmətlər göstərilmiş və bunun müqabilində 7298,61 manat məbləğində **LE**** nömrəli invoys təqdim edilmişdir. Bu satış və xidmətlər üzrə işlər tamamlanmışdır. Tərəflər arasında heç bir iddia və etiraz yoxdur və gələcəkdə də olmayacaqdır”.

15. Tərəflərin səlahiyyətli şəxslərinin imzaları və tərəflərin möhürləri ilə təsdiqlənmiş ##.##.2025-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə LB/**-** nömrəli ##.##.2025 tarixli müqavilə üzrə satış və xidmətlər göstərilmiş və bunun müqabilində 7298,61 manat məbləğində **LE**** nömrəli invoys təqdim edilmişdir. Bu satış və xidmətlər üzrə işlər tamamlanmışdır. Tərəflər arasında heç bir iddia və etiraz yoxdur və gələcəkdə də olmayacaqdır”.

16. Tərəflərin səlahiyyətli şəxslərinin imzaları və tərəflərin möhürləri ilə təsdiqlənmiş ##.##.2025-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə LB/**-** nömrəli ##.##.2025-ci tarixli müqavilə üzrə satış və xidmətlər göstərilmiş və bunun müqabilində 7405,33 manat məbləğində **LE**** nömrəli invoys təqdim edilmişdir. Bu satış və xidmətlər üzrə işlər tamamlanmışdır. Tərəflər arasında heç bir iddia və etiraz yoxdur və gələcəkdə də olmayacaqdır”.

17. İddiaçı tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ##.##.2025-ci il tarixdə MT2508 ******** saylı 7298,6068 manat məbləğində, ##.##.2025-ci il tarixdə MT2507 ******* saylı 12 643,75 manat məbləğində, ##.##.2025-ci il tarixdə MT2508 ******** saylı 7405,32 manat məbləğində, ##.##.2025-ci il tarixdə MT2508 ******** saylı 7298,60 manat məbləğində, ##.##.2025-ci il tarixdə MT2507 ******** saylı 8293,84 manat məbləğində, ##.##.2025-ci il tarixdə MT2507 ******** saylı 4956 manat məbləğində elektron qaimələr göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

18. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən ƏDV daxil olmaqla 27 347,7 (iyirmi yeddi min üç yüz qırx yeddi manat yetmiş qəpik) manatın, 400 (dörd yüz) manat hüquqi yardım xərcinin və 173 (bir yüz yetmiş üç) manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli LB/**-** nömrəli agent ticarət müqaviləsinə əsasən İddiaçı MMC cavabdehin adından və onun hesabına müqavilə ilə razılaşdırılmış hərəkətləri icra etməyi, cavabdeh isə İddiaçı MMC-nin həmin müqavilə üzrə icra etdiyi öhdəliklərinin müqabilində cavabdeh üçün bağlanmış müqavilələrin məbləğinin 5%-i miqdarında mükafatı İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqavilə üzrə öhdəliklərini tam və lazımınca icra edərək cavabdehə təhvil vermişdir. İddiaçı MMC tərəfindən icra edilmiş işlərə görə tərəflər arasında akt tərtib və təsdiq edilmişdir. Həmçinin icra edilmiş işlərə görə müqavilə ilə nəzərdə tutulmuş mükafatın ödənilməsinin təmin edilməsi üçün iddiaçı tərəfindən müvafiq hesab, elektron qaimə və zəruri olan digər sənədlər cavabdehə təqdim olunmuşdur. Lakin buna baxmayaraq cavabdeh bu günə qədər öhdəliklərini icra etməyərək ödəməli olduğu 27 347,7 (iyirmi yeddi min üç yüz qırx yeddi manat yetmiş qəpik) manat məbləğində mükafatı İddiaçı MMC-yə ödəməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə şifahi şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, nəticə əldə olunmamışdır.

20. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək müqavilə üzrə öhdəliklərin icra edilməsinin iddiaçı tərəfindən sübuta yetirilmədiyini bildirmişdir.

21. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən ƏDV daxil 27 347,70 (iyirmi yeddi min üç yüz qırx yeddi manat yetmiş qəpik) manat məbləğində əsas borcun, 200 (iki yüz) manat məbləğində hüquqi xidmət haqqının və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 172,64 (yüz yetmiş iki manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq “xxxx” MMCnin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

22. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında ##.##.2025-ci il tarixli LB/**-** saylı agent müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqaviləyə əsasən sifariş edilmiş xidmətləri göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Qeyd edilən hal məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasında imzalanan müqavilə, təhvil-təslim aktları və cavabdeh tərəfindən təsdiq edilən elektron qaimələr və həyata keçirilən qismən ödənişlər ilə təsdiqini tapmışdır.

23. Məhkəmə vurğulamışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli LB/**-** saylı agent müqaviləsi əsasında 6 ədəd təhvil təslim aktı imzalanaraq invoyslar göndərimiş, 6 ədəd elektron qaimələr cavabdehin özü tərəfindən təsdiq edilmiş, həmçinin 3 təhvil təslim aktı və 3 elektron qaimə əsasında cavabdeh tərəfindən ödənişlər edilmiş, yalnız 3 təhvil-təslim aktı əsasında ödənişlər edilməmişdir.

24. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin eyni müqavilə üzrə eyni sənədlərlə təqdim edilən xidmətlərə görə təhvil təslim aktlarını imzalaması, elektron qaimələri təsdiq etməsi və həmin sənədlər əsasında ödəniş etməsi, sonradan isə fərqli mövqe bildirərək təqdim edilən sənədlərin göstərilən xidmətləri sübut etməməsi mövqeyində olması estopel prinsipi ilə də ziddiyyət təşkil edir.

25. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 442ci, 448.1-ci, 443.1-ci, 448.1-ci maddələrinə istinad etmişdir.

26. Həmin qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, iddiaçı tərəfindən müqavilə öhdəliklərin heç birinin həyata keçirilmədiyini, təhvil-təslim aktlarının alt sənədlərindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlər üzrə müştərilərin cavabdehin bu müqavilə bağlanmamışdan qabaq olmuş müştəriləri olduğunun göründüyünü, iddiaçı tərəfindən qeyd edilən müqavilə üzrə cavabdehə heç bir yeni müştəri cəlb edilmədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

28. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.

30. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.

31. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

35. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

36. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

38. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

39. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

40. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

41. Maddə 789.1. Ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir.

42. Maddə 791.1. Ticarət agenti barəsində tapşıran vicdanlılıq prinsipinə uyğun hərəkət etməlidir.

43. Maddə 791.1.4. Tapşıran ticarət agentinə muzd ödəməlidir.

44. Maddə 792.1. Ticarət agentinin sabit aylıq muzd və (və ya) əqdlərin dövriyyəsindən və ya miqdarından asılı muzd (komisyon muzdu) almaq hüququ vardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

45. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

46. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.

47. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

48. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

49. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

57. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

60. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

Məhkəmə kollegiyasının mövqeyi

61. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

62. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin ticarət nümayəndəsi (agent) ilə bağlı müddəaları təşkil edir və iddiaçı müqavilə üzrə yerinə yetirilmiş xidmətlərin dəyərinin ödənilməsini istəyir.

63. İddiaçı, müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini, tərtib olunmuş təhvil-təslim aktlarının və elektron qaimələrin bu halı təsdiq etdiyini irəli sürmüş, cavabdeh isə iddiaçının müqavilə ilə müəyyən edilmiş xidmətləri göstərmədiyini, ona yeni müştərilər cəlb etmədiyini, iddiaçının təqdim etdiyi invoysda qeyd edilən müştərilərlə onun (cavabdehin) əvvəllər də müqavilələri olduğunu bildirmişdir.

64. Bu kontekstdə kollegiya, tərəflər arasında bağlanmış müqavilənin və onun formalaşdırdığı işgüzar münasibətərin rolunu izah etməyi zəruri hesab edir.

65. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərar).

66. Göründüyü kimi Konstitusiya Məhkəməsinin mövqeyinə görə, tərəflərin münasibətlərinə qiymət verərkən, o cümlədən malların verilməsi məsələsini araşdırarkən məhkəmələr, müqavilənin şərtinə və işgüzar adətlərə ayrı-ayrılıqda deyil, birgə qiymət verməlidirlər.

67. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir (Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2023-cü il tarixli qərarı).

68. Müqavilə iştirakçıları arasında işgüzar adətlər isə (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.

69. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır (§ 35, 36).

70. Ali Məhkəmənin bir sıra qərarlarında sərgilənən mövqeyə görə də, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıb-daşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilib-edilməməsinə4 qiymət verilməsi zəruridir.

71. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.

72. Hazırki mübahisənin tərəfləri arasında formalaşmış işgüzar münasibətlərdən aydın olur ki, xidmətlərin göstərilməsinə dair tərəflər təhvil-təslim aktı tərtib edir, cavabdehə invoys göndərilir və onlar təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar.

73. Belə olan halda tərəflər arasında təşəkkül tapan işgüzar adət həmin şərtə tamamlayıcı ünsürdür və tərəflərin həqiqi niyyətinin göstəricisidir.

74. Başqa sözlə, birinci instansiya məhkəməsinin də vurğuladığı kimi, tərəflər arasında 6 ədəd təhvil-təslim aktının imzalanması, cavabdehin iddiaçı tərəfindən ona göndərilmiş elektron

1 Ali Məhkəmə, İş № 2-2(102)-135/2023

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 2 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 3 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 4 Ali Məhkəmə, İş № 2-2(102)-54/2024

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 qaimələri təsdiqləməsi və öz etirazını bildirməməsi, əksinə, məhz göndərilən elektron qaimələr üzrə iddiçının hesabına ödənişlər etməsi təsdiq edir ki, iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş xidmətlər göstərilmişdir.

75. Digər tərəfdən cavabdeh iddiaçı tərəfindən yerinə yetirilən fəaliyyətlə bağlı hesabatın təqdim edilməsi ilə bağlı hər hansısa tələb irəli sürməmişdir.

76. Cavabdehin iddiaçı tərəfindən yeni müştərilərin cəlb edilməməsi, qeyd edilən müştərilərlə cavabdehin əvvəllər də müqavilə münasibətlərinin olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müqavilədə yeni müştərilərin cəlb edilməsi, eləcə də potensial müştərilərə dair tələblər ilə bağlı hər hansısa şərt razılaşdırılmamışdır. Yəni, iddiaçının mövcud müştərlərlə münasibətləri davam etdirməsi, müvafiq müqavilələrin bağlanması da müqavilə üzrə iddiaçının yerinə yetirməli olduğu öhdəliyi ehtiva edir.

77. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

78. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunsun. Qətnamədən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar