Məhkəmə qərarları › İş №e-2-2(3-6)-565/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-565/2026

05.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-565/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: apellyasiya şikayətindən imtina, apellyasiya icraatına xitam) hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Işin halları

1. Iddiaçı İddiaçı MMC (“icarəyə verən”) ilə cavabdeh Cavabdeh MMC (“icarəçi”) arasında ## ###### 2025-ci il tarixli, **AES/REN** nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən icarəyə verən Atlas Copco markalı NRVS 476 Cd model dizel mühərrikli hava kompressorunu avadanlığını icarəçiyəyə icarəyə verməyi,icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə şərltərini yerinə yetirməyi və bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür. (Əlavə 1-də göstərilmişdir). 15.1-ci bəndinə əsasən icarəçi icarə haqqını 50% öncədən Icarəyə verənin hesabfakturasında əks olunan hesablaşma hesabına Azərbaycan Respublikası Mərkəzi Bankının ödəmə günündə olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı (AZN) ilə keçirməlidir. Icarəçi icarə haqqının qalan 50%-ni icarə müddəti başa çatdıqdan sonra 7 (yeddi) gün ərzində ödəməlidir. 15.2-ci bəndinə əsasən icarə müddəti davam etdiyi halda icarəçi har avans məbləğini icarə başlamazdan icarəvə verənin hesab-fakturasında əks olunan hesablaşma hesabına ödaıııalidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

2. Iddiaçı İddiaçı MMC (“icarəyə verən”) ilə cavabdeh Cavabdeh MMC (“icarəçi”) arasında ## ###### 2025-ci il tarixli, **AES/REN** nömrəli icarə müqaviləsinə ##.##.2025-ci il tarixli ** saylı Əlavə imzalanmışdır.

3. Iddiaçı İddiaçı MMC (“icarəyə verən”) ilə cavabdeh Cavabdeh MMC (“icarəçi”) arasında ## ###### 2025-ci il tarixli, **AES/REN** nömrəli icarə müqaviləsinə ##.##.2025-ci il tarixli ** saylı Əlavə imzalanmışdır.

4. Iddiaçı İddiaçı MMC (“icarəyə verən”) ilə cavabdeh Cavabdeh MMC (“icarəçi”) arasında ## ###### 2025-ci il tarixli, **AES/REN** nömrəli icarə müqaviləsinə ##.##.2025-ci il tarixli ** saylı Əlavə imzalanmışdır.

5. Iddiaçı İddiaçı MMC (“icarəyə verən”) ilə cavabdeh Cavabdeh MMC (“icarəçi”) arasında ## ###### 2025-ci il tarixli, **AES/REN** nömrəli icarə müqaviləsinə ##.##.2025-ci il tarixli ** saylı Əlavə imzalanmışdır.

6. Iddiaçı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ##.##.2025-ci il tarixli 6630 ABŞ dolları,##.##.2025-ci il tarixli 7140 ABŞ dolları,##.##.2025-ci il tarixli 7650 ABŞ dolları məbləğində hesab-faktura göndərilmişdir.

7. Iddiaçı tərəfindən cavabdehə MT2508 ******** nömrəli ##.##.2025-ci il tarixli 14322.84 manat, MT2506 ******** nömrəli ##.##.2025-ci il tarixli 13299.78 manat, MT2505 ******** nömrəli ##.##.2025-ci il tarixli 15345.9 manat məbləğində elektron qaimələr göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 62 371 (altmış iki min üç yüz yetmiş bir) manat 85 (səksən beş) qəpik məbləğində borcun və 277 (iki yüz yetmiş yeddi) manat 12 (on iki) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 62 648 (altmış iki min altı yüz qırx səkkiz) manat 97 (doxsan yeddi) qəpik məbləğində pulun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında avadanlığın icarəyə verilməsi haqqında ## ###### 2025-ci il tarixli, **AES/REN** nömrəli müqavilə bağlanılmışdır. Müqavilənin predmeti iddiacıya məxsus Atlas Copco markalı XRVS 476 Cd model dizek mühərrikli hava kompressorunun (seriya APP № ******) cavabdehə icarəyə verilməsidir. Müqavilənin 15.1-ci bəndinə əsasən Icarəçi icarə haqqını 50% öncədən Icarəyə verənin hesab-fakturasında əks olunan hesablaşma hesabına Azərbaycan Respublikası Mərkəzi Bankının ödəmə günündə olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı (AZN) ilə keçirməlidir. Icarəçi icarə haqqının qalan 50%-ni icarə müddəti başa çatdıqdan sonra 7 (yeddi) gün ərzində ödəməlidir. Icarə müddəti ## ###### 2025-ci il tarixdə başa çatmışdır. Icarəçi Icarəyə verənin təqdim etdiyi 5 ədəd hesab-faktura və malların, işlərin və xidmətlərin təqdim etməsi 5 ədəd elektron qaiməfaktura üzrə pul vəsaitlərini Icraçıya qismən ödəmişdir. Cavabdehin iddiaçıya qarşı borcu 62 371 manat 85 qəpik təşkil edir.

10. Iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, 14322 manat məbləğində borcun və 277 manat 12 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 45 803 manat 29 qəpik məbləğində pulun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh elektron məhkəmə sitemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etmədiyini bildirmişdir.

12. Məhkəmənin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 14322 manat məbləğində əsas borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 141.61 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC (“icarəçi”) arasında ## ###### 2025-ci il tarixli, **AES/REN** saylı icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı icarəyəverən iddiacıya məxsus Atlas Copco markalı XRVS 476 Cd model dizek mühərrikli hava kompressorunu cavabdeh Cavabdeh MMC-yə icarəyə vermişdir. Cavabdehin iddiaçıya ödənilməmiş aylıq icarə haqqı, aylıq internet xidməti üçün 14322 manat borcu yaranması iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar, icarə müqaviləsi,müqaviləyə əlavələr, eqaimələr, hesab-fakturalarla, cavabdeh tərəfindən edilən qismən ödənişlərlə sübuta yetirilir. Cavabdeh isə icarə müqaviləsi üzrə icarə haqqını vaxtında ödəməmiş, icarə obyekti ## ###### 2025-ci ildə iddiaçıya qaytarılmış, həmim tarixə qədər hesablanan icarə haqqı iddiaçıya tam ödəniləmiş, məhkəmə icraatı dövründə müəyyən qədər ödəniş olduğu üçün iddia tələbinin həcmi azaldılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla cavabdehin müqavilə üzrə 14322 manat borcunun qalması öz təsdiqini tapır. Cavabdehə elektron kabinet vasitəsilə məhkəmə iclaslarının yeri və vaxtı barəsində rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə yazılı ərizə ilə etiraz etsə də, ödənişlərlə bağlı heç bir sübut təqdim etməmişdir.  Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş sahəyə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh Cavabdeh MMC-dən 14322 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.  Eləcə də, iddiaçı ödənilmiş 277 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.  Məhkəmə hesab edir ki, cavabdehdən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 141.61 məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

14. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1, 386.1, 442, 447.1. 448.1,697.1, 697.2, 700.1-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarı, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarlarına istinad etmişdir.

15. Həmin qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: ” aşkar olunmuşdur ki, cavabdeh tərəfindən ödənilən icarə haqqlarının böyük hissəsi iddiaçı tərəfindən əsassız olarq cərimə məbləği olunaraq silinmişdir. Ilkin iddia 62 371 manat olmasına baxmayaraq sonradan iddiaçı tələbi azaldaraq 14322 manat tələb olunmuşdur. Lakin həqiqətən belə bir borcun mövcudluğu, icarə haqının ödənilməsi və e-qaimələr, hesab-fakturalarların müşayət etdiyi aktların mövcudluğu yoxlanılmamışdır.”.

Apellyasiya şikayətinə qarşı etiraz

16. Iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya baxışı, izahatlar

17. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün ##.##.2026-cı il tarixə, saat 11:45-ə təyin edilmişdir.

18. ##.##.2026-cı il tarixdə AZEMIS elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə Cavabdeh MMC-nin direktoru tərəfindən apellyasiya şikayətindən imtina edilməsi ilə bağlı ərizə daxil olmuşdur.

19. ##.##.2026-cı il tarixdə AZEMIS elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə İddiaçı MMC tərəfindən ərizə ünvanlanmış, ərizədə Cavabdeh MMC-nin Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə qət edilmiş 14 322 (on dörd min üç yüz iyirmi iki) manat məbləğində əsas borcunu İddiaçı MMC-yə tam ödədiyi, 141,61 manat məbləğində dövlət rüsumunun ödənilmədiyi və Cavabdeh MMCnin apellyasiya şikayətindən imtinasının qəbul edilməsinə və Cavabdeh MMC-yə münasibətdə apellyasiya icraatına xitam verilməsinə İddiaçı MMC tərəfindən etiraz edilmədiyi göstərilmişdir.

20. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 369.1. Işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

22. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

23. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin öz apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin və Cavabdeh MMC-yə münasibətdə apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar