AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2-2(3-6)-570/2026 23.06.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: xidmət müqaviləsi, xidmətdə qüsurlar, öhdəliklərin lazımınca icra edilməməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və AbdullayevElşənUğuroğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçıİddiaçıMMC-ninnümayəndəsi(vəkili)vəkil1iştirakıilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə ödənilməli pulun və dövlət rüsumunun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasındabaxaraq,aşağıdakıqətnaməniqəbuletdi: İşin halları
1. İddiaçı MMC (podratçı) ilə Cavabdeh MMC (subpodratçı) arasında ##.##.2025-ci il tarixdə **/**** saylı “Mühafizə xidmətlərinin göstərilməsi barədə subpodrat müqaviləsi” bağlanmış, müqavilə ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə Cavabdeh MMC arasında obyektlərin mühafizəsini nəzərdə tutan müqaviləyə subpodrat müqaviləsi əsasında İddiaçı MMC tərəfindən göstəriləcək xidmətlər və onlarınşərtlərirazılaşdırılmışdır.
2. Müqavilənin 1.1-ci bəndinə əsasən, subpodratçı müqaviləyə * saylı Əlavədə qeyd edilən qiymətlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat idarəsinin balansında olan obyektlərin bir qisminin mühafizəsini təşkil edir; 1.2ci bəndinə görə, müqavilə üzrə ödəniş hər ay Əlavə 1-də göstərilmiş obyektlərə göstərilən mühafizə xidməti üzrə tərəflər arasında tərtib edilmiş təhvil-təslim aktı əsasında subpodratçının hesablaşmahesabınaödəniştapşırığıəsasındahəyatakeçirilir.
3. Müqavilənin 2-ci bəndinə görə, müqavilənin dəyəri 2096 303,04 manat olmaqla Əlavə 1-dəgöstərilənobyektlərəmühafizəxidmətlərigöstərilməkləbağlanılır.
4. Müqavilənin * saylı Əlavəsində razılaşdırılmışdır ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat idarəsinin 36 müəssisəsinə mühafizə xidməti göstərilir, 1 ay ərzində göstəriləcək mühafizə xidməti haqqı ƏDV daxil 174 691,92 manat, bir il müddətində isə ƏDV daxil 2096 303,04 manat təşkil edir.
5. Müqavilənin * saylı Əlavəsi hər iki hüquqi şəxsin direktorları tərəfindən imzalanmış və hüquqişəxslərinmöhürləriilətəsdiqedilmişdir.
6. Cavabdeh MMC-nin xidmət rəisi X6 və İddiaçı MMC-nin xidmət rəisi əvəzi X3 tərəfindən 2025-ci ilin aprel ayı üzrə göstərilən xidmətlərə dair ** nömrəli İcra aktı tərtib olunaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat idarəsinin 36 müəssisəsinə mühafizə xidmətinin göstərilməsi haqqı ƏDV daxil 174 691,92 manat müəyyənedilmiş,İcraaktıhərikihüquqişəxsindirektorlarıtərəfindəndətəsdiqlənmişdir.
7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə 2025-ci ilin aprel ayı üzrə göstərilmiş xidmətlərə dair ##.##.2025-ci il tarixdə 174691,92 manat məbləğində elektron qaimə-faktura göndərilmiş,CavabdehMMCtərəfindənmüvafiqödənişhəyatakeçirilmişdir.
8. Cavabdeh MMC-nin baş idarə rəisi Rzayev İlqar Davud oğlu və İddiaçı MMC-nin direktoru Ramiz Əsgərov tərəfindən 2025-ci ilin fevral ayı üzrə göstərilən xidmətlərə dair ##.##.2025-ci il tarixdə ** nömrəli İcra aktı tərtib olunaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat idarəsinin 36 müəssisəsinə mühafizə xidmətiningöstərilməsihaqqıƏDVdaxil174691,92manatmüəyyənedilmişdir.
9. Cavabdeh MMC-nin baş idarə rəisi Rzayev İlqar Davud oğlu və İddiaçı MMC-nin direktoru Ramiz Əsgərov tərəfindən 2025-ci ilin mart ayı üzrə göstərilən xidmətlərə dair ##.##.2025-ci il tarixdə ** nömrəli İcra aktı tərtib olunaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat idarəsinin 36 müəssisəsinə mühafizə xidmətiningöstərilməsihaqqıƏDVdaxil174691,92manatmüəyyənedilmişdir.
10. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə 2025-ci ilin yanvar ayı üzrə göstərilmiş xidmətlərə dair ##.##.2025-ci il tarixdə 109230,24 manat məbləğində, 2025-ci ilin fevral ayı üzrə göstərilmiş xidmətlərə dair ##.##.2025-ci il tarixdə 54 280 manat məbləğində, 2025-ci ilin mart ayı üzrə göstərilmiş xidmətlərə dair ##.##.2025-ci il tarixdə 42 480 manat məbləğində, 2025-ci ilin may ayı üzrə göstərilmiş xidmətlərə dair ##.##.2025-ci il tarixdə 175954,402 manat məbləğində elektron qaimə-fakturalar göndərilmiş, həmin qaimələr Cavabdeh MMC tərəfindən təsdiqlənmişdir.
11. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə 2025-ci ilin fevral ayı üzrə göstərilmiş xidmətlərə dair ##.##.2025-ci il tarixdə 121 540 manat məbləğində, 2025-ci ilin mart ayı üzrə göstərilmiş xidmətlərə dair ##.##.2025-ci il tarixdə 133 340 manat məbləğində, 2025-ci ilin iyun ayı üzrə göstərilmiş xidmətlərə dair ##.##.2025-ci il tarixdə 174691,92 manat məbləğində elektron qaimə-fakturalar göndərilmiş, həmin qaimələr Cavabdeh MMC tərəfindən təsdiqlənməmişdir.
12. İddiaçı MMC-nin 2025-ci ilin fevral ayında göstərdiyi xidmətlərə görə Cavabdeh MMC tərəfindən 54280 manat (əsas borc üzrə 46 000 manat, ƏDV üzrə 8280 manat), 2025-ci ilin mart ayında göstərdiyi xidmətlərə görə 42480 manat (əsas borc üzrə 36 000 manat, ƏDV üzrə 6480 manat)ödənişhəyatakeçirilmişdir.
13. Rzayev İlqar Davud oğlu Cavabdeh MMC-nin təsisçilərindən biridir, MMC-də 50% payı vardır.
14. Cavabdeh MMC-də baş idarə rəisi vəzifəsi MMC-nin ##.##.2022-ci il tarixli qərarı ilə təsis olunmuş, baş idarə rəisinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan idarə və müəssisələrlə müqavilələrin bağlanmasını təşkil etməyə, müqavilə bağlanmış idarə və müəssisələrdə mühafizə xidməti ilə bağlı olan bütün məsələlərə cavabdehlik daşıdığı göstərilməkləhəminvəzifəyəRzayevİlqarDavudoğlutəyinedilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
15. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən ##.##.2025-ci il tarixli **/**** saylı müqaviləyə əsasən yaranmış əsas borc üzrə 364 044 manatın, ƏDV borcu üzrə 65 527,92 manatın və ödənilmiş 720 manat dövlət rüsümunun tutulubonaödənilməsibarədəqətnaməçıxarılmasınıxahişetmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında arasında bağlanmış **/**** saylı ## ###### 2025-ci il tarixli “Mühafizə xidmətinin göstərilməsi barədə subpodrat müqaviləsi”nə əsasən, iddiaçı müqaviləyə * saylı Əlavədə qeyd edilən qiymətlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin balansında olan obyektlərin bir qisminin mühafizəsinin təşkil etmək öhdəliyi götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən, müqavilənin dəyəri 2096 303,04 manat olmaqla Əlavə 1-də göstərilən obyektlərə göstərilən mühafizə xidməti göstərilməklə bağlanmışdır. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, cavabdeh təhvil-təslim aktı əsasında aylıq Əlavə 1-də qeyd edilən obyektlərə göstərilmiş xidmətin dəyərini elektron qaimə faktura əsasında subpodratçının hesablaşma hesabına ödəmək öhdəliyini götürmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri tam və vicdanlı şəkildə bugünədək icra etmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi tamamilə icra etməmiş və bugünədək müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyin icrasından yayınmışdır. İddiaçı tərəfindən görülmüş işlərə görə cavabdehin 2025-ci ilin fevral ayı üzrə əsas borcu 149 000 manat, ƏDV üzrə isə borc 26 820 manat təşkil etmişdir. Cavabdeh tərəfindən həmin borc üzrə 46 000 manat, ƏDV üzrə isə 8280 manat ödənilmiş, 2025ci ilin fevral ayı üzrə görülmüş işlərə görə əsas borc üzrə 103 000 (149000 – 46 000 = 103 000) və ƏDV borcu üzrə 18 540 (26 820-8280 = 18540) manat borcu yaranmışdır. Həmçinin, 2025-ci ilin mart ayı üzrə iddiaçı tərəfindən görülmüş işlərə görə cavabdehin 149 000 manat əsas borcu, ƏDV üzrə isə borcu 26 820 manat təşkil etmişdir. Cavabdeh tərəfindən həmin borc üzrə üzrə əsas borca görə 36 000 manat, ƏDV üzrə isə 6480 manat ödənilmişdir. Beləliklə, cavabdehin 2025-ci ilin mart ayı üzrə görülmüş işlərə görə əsas borc üzrə 113 000 (149000 – 36000 = 113 000) manat və ƏDV borcu üzrə 20 340 (26820 – 6480 = 20 340) manat borcu yaranmışdır. Həmçinin 2025-ci ilin iyun ayı üzrə iddiaçı tərəfindən görülmüş işlərə görə cavabdehin əsas borcu 148 044 manat, ƏDV üzrə isə 26 647,92 manat təşkil etmişdir. Cavabdeh tərəfindən həmin borc üzrə ödəniş bugünədək həyata keçirilməmişdir. Ümumilikdə cavabdeh tərəfindən icra edilməmiş öhdəliklərə görə yaranmış əsas borcun məbləği 364 044 (103000 + 113000 + 148044 = 364 044) manat, ƏDV borcu üzrə 65 527,92 (18540 + 20340 + 26 647,92 = 65 527,92) manat ƏDV borcu yaranmışdır. Cavabdehə müqavilə üzrə yaranmış borcunun ödənilməsi ilə bağlı pretenziya məktubunun göndərilməsinə baxmayaraq müraciətlərə məhəl qoymamışdır. Bu səbəbdən həmin pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurətiyaranmışdır.
17. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş, etirazında aşağıdakıları göstərmişdir: “xxxx” MMC ilə İddiaçı MMC arasında ## ###### 2025-ci il tarixdə subpodratçı müqaviləsi bağlanmış, müqavilə ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə "xxxx” MMC arasında obyektlərin mühafizəsini nəzərdə tutan müqaviləyə subpodrat müqavilə əsasında "xxxx” MMC tərəfindən göstəriləcək xidmətlər və şərtlər rəsmiləşdirilmişdir. Müqavilənin 1.1-ci şərtinə əsasən, "Subpodratçı” hazırki müqaviləyə * saylı əlavədə qeyd edilən qiymətlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin balansında olan obyektlərin bir qisminin mühafizəsini təşkil edir. Müqavilənin 1.2-ci şərtinə əasən Müqavilə üzrə ödəniş hər ay müqaviləyə əlavə 1-də göstərilmiş obyektlərə göstərilən mühafizə xidməti üzrə tərəflər arasında tərtib edilmiş təhvil-təslim aktı əsasında “Subpodratçı”nın hesablaşma hesabına ödəniş tapşırığı əsasında həyata keçirilir. Müqavilənin 4-cü bəndində podratçının vəzifələri nəzərdə tutulmuşdur. Müqavilənin 4.4 şərtinə əsasən Təhvil-Təslim aktı əsasında aylıq əlavə 1də qeyd edilən obyektlərə göstərilmiş xidmətin dəyəri elektron qaimə faktura əsasında subpodratçının hesablaşma hesabına ödəmək. Bağlanmış müqavilə əsasında 2025-ci ilin Yanvar, fevral, mart, aprel və may ayları üzrə Subpodratçı xidməti yerinə yetirdiyi üçün təhvil təslim aktı əsasında və göndərilmiş elektron qaimə əsasında göstərilmiş xidmətin dəyəri ödənilmiş, iyun ayından isə Subpodratçı tərəfindən heç bir xidmət göstərilməmiş, xidməti “xxxx - Mühafizə” MMC özü yerinə yetirmişdir. Beləliklər, müvafiq dövr üzrə "xxxx” MMC tərəfindən mühafizə xidməti göstərilmədiyi və tərəflər arasında yerinə yetirilmiş xdmətlərin təhvil-qəbuluna dair Müqavilənin 4.4-cü bəndində müəyyən edilmiş qaydada təsdiq edilmiş təhvil-təslim aktı olmadığı üçün göndərilmiş elektron qaimə faktura tərəfimizdən geri qaytarılmışdır. Dövlət vergi xidmətinin internet vergi idarəsində bunu açıq- aydın görmək mümkündür. Yuxarıda qeyd edilən elekton qaimədə açıq görsənir ki qaimə ##.##.2025-ci il tarixində saat 10:50-də Ramiz Əsgərov tərəfindən təsdiq üçün göndərilmiş, ##.##.2025-ci il tarixində saat 11:11-də xidmət göstərilmədiyi üçün Qanuni nümayəndə tərəfindən sənəd geri qaytarılmışdır. Bu barədə olan sənədləri etiraz ərizəsinə əlavə edirik. Elektron qaimə qəbul edildikdə elektron qaimə ştrix-kodla təsdiqlənir və bu elektron qaimədə görsənir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərindən də göründüyü kimi, ödəniş üçün əsas olan sənədlər müqavilə və malların və ya xidmətlərin təqdim edildiyini təsdiqləyən təhvil-qəbul aktının mövcudluğudur. İddiaçının təqdim etdiyi iyun ayı üçün qaimədə isə qaimə təsdiq edilmədiyi üçün ştrixkod yoxdur. Bu isə öz növbəsində qaimənin bir daha etibarsız olduğunu göstərir. Bir daha vurğulamaq istəyirik ki, Cavabdeh MMC özu xidməti yerinə yetirdiyinə görə Təhsil Nazirliyinin əsaslı tikinti və təchizat idarəsi ilə təhvil-təslim aktı imzalanmışdır. AR Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia ərizəsində xidmət göstərdiyini iddia etsə də bunu sübut edən. yəni xidmətlərin göstərildiyini və müqavilə ilə müəyyən edilmiş qaydada təhvil verildiyini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Göstərilənləri əsas tutaraq məhkəmədən "xxxx” MMC-nin iddia tələbinin rədd edilməsi barədə qərarqəbuledilməsinixahişedirəm”.
18. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi iddia tələbini iddia ərizəsinin məzmununa uyğun izahat verməklə müdafiə etmiş, cavabdehin nümayəndəsi isə iddiayaetirazınməzmununauyğunizahatverərəkiddianınəsassızolduğunubildirmişdir.
19. Cavabdehin nümayəndəsi (vəkili) suallara cavab olaraq bildirmişdir ki, İlqar Rzayevin akt imzalamaq səlahiyyəti olmuşdur və cavabdeh fevral – mart ayları üzrə qalıq borc məbləğini mübahisələndirmir. Fevral-mart ayları üzrə qaimələr tam məbləğdə vurulmadığı üçün, yalnız göndərilən qaimələr üzrə ödənişlər həyata keçirilmişdir. Sonradan müəyyən etmişlər ki, İlqar Rzayev saxta işlərlə məşğul olmuş, vergi ödənişlərindən yayınmalar həyata keçirmiş, fevral-mart ayıüzrəaktlaronuntərəfindənimzalanmışvəsaxtalaşdırılmışdır.
20. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinintəminedilməməsiqətolunmuşdur.
21. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:
İşin mübahisəsiz halıdır ki, tərəflər arasında ##.##.2025-ci il tarixli **/**** nömrəli xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı mübahisə xidmət haqqının tam ödənilməməsi ilə bağlıdır. İddiaçı 2025-ci ilin fevral, mart və iyun aylarında Müqaviləyə uyğun olaraq * nömrəli Əlavədə göstərilən müəssisələrdə mühafizə xidmətini tam yerinə yetirməsini, buna baxmayaraq cavabdehin fevral və mart ayları üzrə qismən ödəniş etdiklərini, iyun ayı üçün isə ümumiyyətlə ödəniş edilmədiyini iddia edir. Məhkəmə hesab edir ki, iddianın əsaslılığının yoxlanılmasından ötrü iddiaçı tərəfindən mühafizə xidmətinin göstərilməsini müəyyən edən müqavilə şərtlərinə diqqət yetirilməsi zəruridir.
Tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli, **/**** saylı Xidmət müqaviləsinin predmeti iddiaçıya həvalə edilmiş və Müqavilənin * nömrəli Əlavəsində göstərilən yerlərdə (müəssisələrdə) mühafizə xidmətinin sonuncu tərəfindən yerinə yetirilməsi (iddiaçının əsas öhdəliyi), bunun nəticəsində də cavabdeh tərəfindən göstərilən xidmətə görə şərtləşdirilmiş haqqın iddiaçiya ödənilməsindən (cavabdehin əsas öhdəliyi) ibarət olmuşdur.
Əvvəldə də qeyd edildiyi kimi, iddiaçı 2025-ci ilin fevral, mart və iyun ayları üzrə mühafizə xidmətini müqavilə şərtlərinə uyğun icra etdiyini iddia edir və bu dəlilinin təsdiqi kimi 2025-ci ilin fevral ayı üzrə göstərilmiş mühafizə xidmətinə dair ##.##.2025ci il tarixli ** nömrəli və 2025-ci ilin mart ayı üzrə göstərilmiş mühafizə xidmətinə dair ##.##.2025-ci il tarixli ** nömrəli İcra aktlarına istinad edir.
Məhkəmə qeyd edir ki, iddiaçı olaraq subpodratçı tərəfindən xidmətin göstərilməsini müəyyən və təsdiq edən şərt Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuşdur. Həmin bənddə deyilir ki, Müqavilə üzrə ödəniş hər ay Əlavə 1-də göstərilmiş obyektlərə göstərilən mühafizə xidməti üzrə tərəflər arasında tərtib edilmiş təhvil-təslim aktı əsasında Subpodratçının hesablaşma hesabına ödəniş tapşırığı əsasında həyata keçirilir. Göründüyü kimi, iddiaçı tərəfindən xidmətin göstərilməsinin təsdiqi hər ay üzrə ayrıca tərtib edilmiş Təhvil-təslim aktının olması şərtləndirilmişdir.
İş materillarında mühafizə xidmətinin göstərilməsi iddia edilən 2025-ci ilin - yanvar ayına aid ** nömrəli, fevral ayına aid ** nömrəli və mart ayına aid ** nömrəli İcra aktları mövcuddur. Tərəflər arasında 2025-ci ilin fevral ayına aid ** nömrəli və mart ayına aid ** nömrəli İcra aktlarının (Təhvil-təslim aktları) hüquqi qüvvəsi ilə bağlı mübahisə olduğundan məhkəmə bu məsələyə hüquqi qiymət verilməsini, bunun üçün tərəflər arasındakı hüquq münasibələrinin yaranmasına əsas olmuş sənədlərin qəbul edilməsi və rəsmləşdirilməsi ilə bağlı məsələlərin araşdırılmasını zəruri hesab edir.
Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, o hüquqi şəxsin qanuni təmsilçiləri - direktorları tərəfindən imzalanmış və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir. Həmçinin, tərəflərin mübahisələndirmədiyi iddiaçı tərəfindən xidmətin göstərilməsini təsdiq edən ** nömrəli İcra aktı da hüquqi şəxslərin direktorları, hər iki tərəfin mühafizə xidmətlərinin rəisi tərəfindən imzalanmış və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir.
İddiaçının xidmətin göstərilməsini iddia etdiyi 04 və ** nömrəli İcra aktları isə iddiaçının direktoru tərəfindən imzalanraq iddiaçının möhürü ilə təsdiq edilsə də, cavabdeh tərfindən yalnız baş mühafizə İdarəsinin rəisi İlqar Rzayev tərəfindən imzalanmış, lakin möhürlə təsdiq edilməmişdir. İddiaçı tərəf cavabdehin ##.##.2022-ci il tarixli qərarına (“xxxx- Mühafizə” MMC-də idarəetmənin müəyyən sahələr üzrə bölgüsünə nəzarət etmək məqsədilə baş idarə rəisi vəzifəsinin təsis edilməsi barədə) əsaslanaraq İlqar Rzayevin xidmətin göstərilməsini təsdiq edən İcra aktını imzalamaq səlahiyyətinin olduğunu qeyd edtmişdir. Lakin cavabdehin ##.##.2022-ci il tarixli qərarında baş idarə rəisinin idarə və müəssisələrlə müqavilənin bağlanmasının təşkil edilməsi və müəssisələrdə mühafizə xidməti ilə bağlı bütün məsələlərə görə məsuliyyətli olduğu göstərilmişdir.
Məhkəmə qeyd edir ki, məsuliyyət şəxsə həvalə edilmiş vəzifələrin icrasına cavabdehlik daşıması, onun nəticələrinə görə hesabat vermək öhdəliyini nəzərdə tutur. Mühafizə xidmətinin göstərilməsinin təsdiq edilməsi isə tərəflər arasında bağlanmış Müqavilənin tərkibinə daxildir və bu halda onun imzalanması üçün səlahiyyət hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən xüsusi qaydada verilməlidir. Çünki hüquqi şəxsin adından istənilən müqaviləni bağlamaq onun üçün hüquq və vəzifələr yaradan, dəyişdirən və xitam edən hüquqi hərəkətlərdir ki, bu səlahiyyət ya hüquqi şəxsin icra orqanı, ya da onun rəsmi qaydada (etibarnamə, qərar və s.) səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Cavabdehin ##.##.2022-ci il tarixli qərarında isə onun baş idarə rəisinə belə bir səlahiyyət verilməsi görünmür. Belə olan halda, İlqar Rzayev tərəfindən xidmətin göstərilməsinə əsas olan İcra aktının imzalanması cavabdeh üçün hər hansı öhdəlik yarada bilməz.
Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən 2025-ci ilin fevral və mart ayları üzrə mühafizə xidməti qismən yerinə yetirilmiş və göstərilmiş xidmətə görə də iddiaçıya xidmət haqqı ödənilmişdir. Belə ki, iş materialları üzrə müəyyən edilir ki, Müqavilə üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat idarəsinin - 12 müəssisəsinə 2025-ci ilin fevral ayı üzrə iddiaçı mühafizə xidməti göstərilmiş və buna görə ƏDV daxil 53 843,4 manat xidmət haqqı iddiaçıya ödənilmişdir. Həmçinin 2025-ci ilin mart ayı üzrə 9 müəssisəyə iddiaçı tərəfindən mühafizə xidməti göstərilmiş, buna görə ona ƏDV daxil 42 480 manat xidmət haqqı ödənilmişdir. İddiaçı isə həmin aylar üzrə xidməti tam icra etməsi barədə təsdiq edici sübutlarını məhkəməyə təqdim etməmişdir. 2025-ci ilin fevral ayı üzrə 24 müəssisəyə, mart ayı üzrə isə 27 müəssisəyə mühafizə xidməti göstərməsini təsdiq edən Aktları isə cavabdeh məhkəməyə təqdim etmişdir.
Bundan başqa, iddiaçı həm də 2025-ci ilin iyun ayı üzrə mühafizə xidmətinin göstərilməsini iddia etsə də, bununla bağlı məhkəməyə ümumiyyətlə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının istər 2025-ci ilin fevral və mart ayları üzrə, istərsə də iyun ayı üzrə Müqaviləyə uyğun tam xidmət göstərilməsini təsdiq edən sübutları məhəkəməyə təqdim etməməsi cavabdehi bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsindən azad edir. Şərh edilənlər əsasında məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlir.
22. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 6.2-ci, 385.1-ci, 425.1-ci, 442-cimaddələrinəistinadetmişdir.
23. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət verməyərək qanunsuz qərar çıxardığını, işin müəyyən olunmuş hallarını nəzərə almadığını irəli sürməklə şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “2025-ci ilin fevral ayı üzrə göstərilmiş mühafizə xidmətinə dair ##.##.2025-ci il tarixli ** nömrəli və 2025-ci ilin mart ayı üzrə göstərilmiş mühafizə xidmətinə dair ##.##.2025-ci il tarixli ** nömrəli İcra aktları cavabdeh şirkətin Baş İdarə rəisi Rzayev İlqar Davud oğlu tərəfindən imzalanmışdır. Sonuncu cavabdeh şirkətlə bizi birbaşa əlaqələndirən və həmin şirkətin əlli faiz pay sahibi olan eləcə də həmin şirkətdə xidmətə nəzarət edən şəxsdir. Cavabdeh şirkətlə ödənişlər barədə mübahisələr yarandıqda bizi bu şirkətlə əlaqələndirən Rzayev İlqardan öhdəliklərinin yerinə yetirilməsini tələb etdik. Cavabdeh tərəfimizdən göstərilmiş mühazifə xidmətinin təhvil-təslim aktına imza etməyi daim ertələyirdi (ona görə ertələyirdilər ki, akta imza etdikdən sonra tərəfimizdən göndərilən e-qaiməni ödəməli olacaqlar, ödəniş etməkçün isə hələki vəsaitləri olmadığını bildirirdilər) O isə bizə onun həm də icra baş idarəsinin rəisi olduğunu və həqiqətəndə iş "xxxx” MMC tərəfindən icra edildiyi üçün təhviltəslim aktını imzalamağı təklif etdikdə tərəfimizdən onun bu vəzifəni icra etməsi barədə qərarı gördükdən sonra razılaşdırıldı. Qərara əsasən Baş İdarə rəisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində olan idarə və müəssisələrlə (İddiaçı MMC-nin subpodrat icra etdiyi müəssisələrdir) müqavilənin bağlanmasını təşkil etməli, müqavilə bağlanmış idarə və müəssisələrdə mühafizə xidməti ilə bağlı olan bütün məsələlərə cavabdehlik daşıması tapşırılmışdır. İşin hallarındakı cavabdeh tərəfindən mühazifə xidmətini təhvil-təslim aktına əsasən təhvil almış şəxsin cavabdehin sıradan bir işçisi olmadığına, onun cavabdeh şirkətin əlli fazi pay sahibi olması, ən əsası da cavabdeh şirkətin ##.##.2022-ci il tarixli qərarına əsasən xidməti barədə mübahisə olunan müqaviləsinin bağlanmasının təşkili və həmin müqavilə üzrə mühafizə xidməti ilə bağlı bütün cavabdehliklər daşıması həvalə olunan, eləcə də iddiaçı şirkətlə əvvəldən bütün münasibətləri təşkil etmiş və icrasını təhvil almış cavabdeh şirkətin baş idarə rəisi olanRzayevİlqarDavudoğlununmübahisəyəaidiyyətiiləbağlıheçbirmövqebildirilməmişdir”.
Apellyasiya şikayətinə qarşı etiraz
24. Apellyasiyaşikayətinəqarşıyazılıetirazverilməmişdir.
Apellyasiya baxışı, izahat
25. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə nümayəndəsini məhkəməyəgöndərməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyatakeçirməyəborcludurlar.
27. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən,malların istehsalından və (və ya)satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət(fərdi sahibkarlar tərəfindən gəlir)götürülməsi olan fəaliyyətdir.
28. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.
30. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfinhüquqlarınavəəmlakınaxüsusiqayğıgöstərməkvəzifəsiniqoyabilər.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.
32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakinonaziddolmayanmüqavilələrdəbağlayabilərlər.
33. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtinməzmunununbuMəcəllədəgöstərildiyihallaristisnatəşkiledir.
34. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitivnormailəmüəyyənləşdirilir.
35. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqaviləninhərfimənasınınonundigərşərtlərivəmənasıiləmüqayisəsininəzərəalır.
36. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər,tərəflərinsonrakıhərəkətlərinəzərəalınır. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə37.icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkətivəyahərəkətsizliyiüçünolandərəcədəməsuliyyətdaşımalıdır.
38. Maddə 456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımıncaicraedilməməsinəsəbəbolmuşsa,borclubuhərəkətlərüçünməsuliyyətdaşıyır.
39. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarınaziyanvurmaqməqsədiiləistifadəedilməsiyolverilməzdir.
40. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalarvəhərəkətlərisəetibarsızdır.
41. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etməköhdəliyiqoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədəonlarıxəbərdaredir,onlarınprosessualhüquqlarınınhəyatakeçməsinəköməkgöstərir.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.
44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlarsübutlarhesabolunur.
45. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatlarıiləmüəyyənedilir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.
47. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələriilətəsdiqedilməliolanişinhallarıbaşqasübutlarlatəsdiqolunabilməz.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.
49. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
50. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsiəkstərəfigələcəkdəbufaktlarısübutetməvəzifəsindənazadedir.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.
52. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.
Apellyasiya baxışının həddi
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiyaşikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər. Məhkəmə kollegiyasının mövqeyi
55. İstəniləniddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqiəsasıaraşdırılmalıdır.
56. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasınaehtiyacqalmır,çünkiişinhəlliüçünbununəhəmiyyətiyoxdur.
57. Beləliklə, mülki (kommersiya) mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
58. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).
59. Tərəflər arasında ##.##.2025-ci il tarixdə “Mühafizə xidmətlərinin göstərilməsi barədə subpodrat müqaviləsi”nin bağlandığı, həmin müqavilənin faktiki icra olunduğu, iddiaçı tərəfindən ən azı müəyyən həcmdə mühafizə xidmətlərinin göstərildiyi və cavabdeh tərəfindən həmin xidmətlərəgörəödənişlərinhəyatakeçirildiyiişinmübahisəsizhallarıdır.
60. Mübahisə iddiaçının 2025-ci ilin fevral, mart və iyun ayları üzrə müqavilədə nəzərdə tutulan həcmdə xidmət göstərib-göstərməməsi və həmin xidmətlərin cavabdeh tərəfindən qəbul olunub-olunmaması,habeləödənişlərinhəyatakeçirilib-keçirilməməsiiləbağlıdır.
61. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin ayrı-ayrı fəsillərində xidmət xarakterli öhdəlik münasibətlərinə dair müddəalar (tapşırıq, podrat, brokerlik, daşıma və s.) təsbit olunsa da, “Xidmət müqaviləsi” adlı ayrıca müqavilə növü nəzərdə tutulmamışdır – lakin bu hal, müqavilə azadlığıprinsipinəuyğunolaraq,beləmüqavilələrinbağlanmasıimkanınıistisnaetmir.
62. Həmin müqavilə münasibətlərindən yaranmış mübahisələr Mülki Məcəllənin ayrı-ayrı fəsillərində xidmət xarakterli öhdəlik münasibətlərinə dair (tapşırıq, podrat, brokerlik, daşıma və s.) müddəaları əsasında; işin hallarından asılı olaraq tərəflər arasındakı müqavilə şərtləri, işgüzar adətlər və mülki qanunvericiliyin öhdəlik münasibətlərini tənzimləyən ümumi normalarının tələbləri əsasında; və ya Mülki Məcəllənin 11-ci maddəsində müəyyən edilən qaydada tətbiq edilən maddi hüquqnormalarıəsasındahəllolunmalıdır.
63. Xidmətlərin göstərilməsi müəyyən nəticə yaratmadan, sifarişçiyə fayda və ya kömək göstərən fəaliyyətdir. Xidmətlər göstərilən zaman nəticə maddiləşdirilə bilən bir formaya çevrilmir, onun məqsədini faydalı fəaliyyətin özü təşkil edir (məsələn, mühafizə və ya təmizlik xidməti, peşə hazırlığınıntəşkiledilməsixidməti,tədrisproqramıçərçivəsindədərslərinkeçilməsivəs.).
64. Bu müqavilələr üzrə xidməti alan qismində icraçı tərəfindən göstərilən xidmətlərdən faydalanan şəxs çıxış edir və göstərilmiş xidmətin haqqını ödəmək vəzifəsi (yükü) də məhz həmin subyektinüzərinədüşür;icraçınınməsuliyyətiisəhəminfəaliyyətindüzgünicrasıiləbağlıolur.
65. Həmçinin nəzərə alınmalıdır ki, xidmətin icrasının qüsursuz həyata keçirilməsi ilə bağlı sübutetmə yükü icraçının (hazırkı halda iddiaçının), xidmətin yerinə yetirilməsi zamanı qüsurların mövcudluğunu və ödənişlərin həyata keçirildiyini sübutetmə yükü isə xidməti alanın (hazırkı halda cavabdehin) üzərinə düşür.
66. Xidmətdə qüsurun sübuta yetirilməsi üçün qüsurun olması faktını irəli sürən tərəf, görülmüş işin qüsurlu olması barədə hansı meyara əsaslandığını göstərməli, bundan sonra həmin meyara uyğun olaraq qüsurun olması ilə bağlı konkret dəillər təqdim etməlidir.
67. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi ##.##.2025-ci il tarixli ** nömrəli və ##.##.2025-ci il tarixli ** nömrəli icra aktlarını sübut kimi qəbul etməmiş, bunu həmin aktların cavabdeh hüquqi şəxsin direktoru tərəfindən deyil, baş idarə rəisi Rzayev İlqar Davud oğlu tərəfindənimzalanmışolmasıiləəsaslandırmışdır.
68. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu yanaşması işin müəyyənedilmişhallarınauyğunolmamışdır.
69. Belə ki, Rzayev İlqar Davud oğlu cavabdeh MMC-nin 50 faiz iştirakçısı olmaqla yanaşı, cavabdehin ##.##.2022-ci il tarixli qərarı ilə yaradılmış baş idarə rəisi vəzifəsini tutmuş, ona Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan idarə və müəssisələrlə müqavilələrin bağlanmasının təşkili, habelə həmin müqavilələr üzrə mühafizə xidməti ilə bağlı bütünməsələlərəcavabdehlikhəvaləedilmişdir.
70. Başqa sözlə, cavabdehin öz daxili təşkilati aktından görünür ki, məhz Rzayev İlqar Davud oğlu mübahisəli müqavilənin aid olduğu fəaliyyət istiqamətinə rəhbərlik və həmin münasibətlərinhəyatakeçirilməsinitəminedənşəxsolmuşdur.
71. Bu baxımdan iddiaçı üçün Rzayev İlqar Davud oğlunun müqavilənin icrası ilə bağlı sənədləri imzalamaq səlahiyyətinə malik olması qənaətinə gəlmək obyektiv cəhətdən əsaslı olmuşdur.
72. Mülki dövriyyənin sabitliyi və hüquqi müəyyənlik prinsipi tələb edir ki, hüquqi şəxsin öz davranışları ilə üçüncü şəxslərdə yaratdığı legitim gözləntilər sonradan həmin hüquqi şəxs tərəfindən daxili korporativ münasibətlərə istinad edilməklə aradan qaldırılmasın. Mülki hüquqda qəbul olunmuş nümayəndəlik institutunun məqsədlərindən biri də məhz üçüncü şəxslərin hüquqi şəxsindavranışlarınaetibaretməkimkanınıtəminetməkdir.
73. Bu mənada, görünən səlahiyyət (apparent authority) konsepsiyasının mahiyyəti ondan ibarətdir ki, hüquqi şəxsin davranışları nəticəsində üçüncü şəxsdə müəyyən şəxsin onun adından hərəkət etmək səlahiyyətinə malik olması barədə əsaslı inam formalaşdıqda, hüquqi şəxs sonradan həmin şəxsin daxili səlahiyyət həddlərini əsas gətirərək öz öhdəliklərindən yayına bilməz.
74. Rzayev İlqar Davud oğlu cavabdehin iştirakçısı olmaqla rəhbər vəzifə tutduğundan, müqavilənin aid olduğu fəaliyyət sahəsinə məsul şəxs kimi müqavilənin icrası ilə bağlı münasibətlərdə cavabdehi faktiki təmsil etdiyindən və mübahisəli aktları imzaladığından, iddiaçının həmin şəxsin səlahiyyətlərinə etibar etməsi mülki dövriyyənin adi qaydalarına tam uyğunolmuşdur.
75. Rzayev İlqar Davud oğlunun qanunsuz hərəkətlərə yol verdiyi və cavabdehi aldatdığı (aktları imzalamaqla saxtakarlığa yol verdiyi) barədə cavabdehin nümayəndəsinin irəli sürdüyü arqumentlərisəmübahisəninhəlliüçünhüquqiəhəmiyyətdaşımır.
76. Belə ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Hüquqi şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər – personalardır, onlar üçün hüquq və vəzifələr də məhz işçilərinin, xidmətlərindən istifadə edilən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se - başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir).
77. Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin - rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclununməsuliyyətimüəyyənləşdirilmişdir(§ 37, 38).
78. Bu normaların məqsədi ondan ibarətdir ki, hüquqi şəxsin daxili fəaliyyətinin təşkilindən irəli gələn risklər vicdanlı kontragentin deyil, həmin hüquqi şəxsin özünün risk sferasına aid edilsin. Əks yanaşma hüquqi müəyyənlik prinsipini pozar və hər bir hüquqi şəxsə sonradan öz əməkdaşlarınınhərəkətlərinimübahisələndirməkləöhdəliklərindənyayınmaqimkanıverərdi.
79. Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, hüquqi şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımidiqqətgöstərməmişdirvəyaonlaranəzarətetməyibacarmamışdır.
80. Bu mənada cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3-cü və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır, istisnanı isə iddiaçının,cavabdehinəməkdaşlarınınmüvafiqhərəkətləribarədəməlumatlıolmasıtəşkiledir.
81. İşin hallarından iddiaçının Rzayev İlqar Davud oğlunun səlahiyyətlərini aşdığını bildiyi və ya bilməli olduğu müəyyən olunmur və cavabdeh bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
82. Əksinə, iş materialları iddiaçının vicdanla hərəkət etdiyini göstərir; nəzərə alınmalıdır ki, mülki hüquqda vicdanlılıq prezumpsiyası tətbiq olunur və əksi sübut edilmədikcə iştirakçıların vicdanlıhərəkətetdikləriqəbuledilir.
83. İş materialları ilə müəyyən edilir ki, 2025-ci ilin fevral ayı üzrə xidmət dəyəri 174 691,92 manat olmuş, bu məbləğdən 54 280 manat ödənilmiş, qalıq borc 120 411,92 manat (174 691,92 –54280)təşkiletmişdir.
84. 2025-ci ilin mart ayı üzrə isə xidmət dəyəri 174 691,92 manat olmuş, 42 480 manat ödənilmiş,132211,92manat(174691,92–42480)borcqalmışdır.
85. 2025-ci ilin iyun ayında göstərildiyi irəli sürülən xidmətə münasibətdə isə iddiaçının tələbiyalnıztəqdimedilmiş(təsdiqlənməmiş)elektronqaiməyəəsaslanır.
86. Bununla belə, iyun ayı üzrə icra aktı və ya təhvil-təslim aktı yoxdur, qaimə cavabdeh tərəfindən qəbul edilməmiş və cavabdeh həmin dövrdə xidməti öz qüvvələri ilə göstərdiyini bildirmişdir, habelə iddiaçı tərəfindən xidmət göstərilməsini təsdiqləyən əlavə sübutlar təqdim edilməmişdir.
87. Halbuki, yuxarıda da qeyd olunduğu kimi, həmin halların sübut edilməsi bunu iddia edəntərəfinüzərinədüşür.
88. Elektron qaimənin birtərəfli qaydada tərtib edilməsi xidmətin faktiki göstərilməsinin mübahisəsizsübutusayılabilməz.
89. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərar).
90. Göründüyü kimi Konstitusiya Məhkəməsinin mövqeyinə görə, tərəflərin münasibətlərinə qiymət verərkən, o cümlədən malların verilməsi məsələsini araşdırarkən məhkəmələr, müqavilənin şərtinə və işgüzar adətlərə ayrı-ayrılıqda deyil, birgə qiymət verməlidirlər.
91. Hazırkı iş üzrə həmçinin nəzərə alınmalıdır ki, fevral və mart aylarından fərqli olaraq iyun ayı üzrə xidmətin qəbul edilməsini təsdiqləyən hər hansı akt və ya cavabdehin sonrakı davranışları mövcud deyildir. Bu səbəbdən iyun ayı üzrə tələb sübut edilməmiş hesab olunmalıdır.
92. Şərh olunanları ümumiləşdirən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin olunaraq cavabdehdən fevral və mart ayları üzrə xidmət haqqı qalıqları olaraq 252 623,84 manat (ƏDV daxil) tutulmalı, iyun ayı üzrə 174 691,92 manatınödənilməsitələbiisərəddedilməlidir.
93. Məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödəmilmiş dövlət rüsumlarının iddianın təmin olunmuş hissəsinə mütənasib məbləği qismində 500 manat cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiqtələbinolub-olmamasınabağlıdeyildir.
94. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrinirəhbərtutaraqməhkəməkollegiyası
QƏT ETDİ:
İddiaçıMMC-ninnümayəndəsinin(vəkilinin)apellyasiyaşikayətiqisməntəminedilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixliqətnaməsiləğvolunsunvəişüzrəyeniqətnaməçıxarılsın. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə ödənilməli pulun və dövlət rüsumununödənilməsi”tələbiqisməntəminedilsin. ##.##.2025-ci il tarixdə **/**** saylı “Mühafizə xidmətlərinin göstərilməsi barədə subpodrat müqaviləsi” üzrə ödəməli olduğu ƏDV daxil olmaqla 252 623,84 (iki yüz əlli iki min altı yüz iyirmi üç manat 84 qəpik) manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 300 (üçyüz)manatCavabdeh MMC-dəntutulubİddiaçıMMC-nəödənilsin. İddiatələbiqalanhissədətəminolunmasın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 200 (iki yüz) manat Cavabdeh MMC-dənİddiaçıMMC-ninxeyrinətutulsun. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinəkassasiyaşikayətiveriləbilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Elşən Abdullayev