Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-591/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbi, iddiaçı Cavabdeh cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair birləşdirilmiş işlər üzrə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbi, iddiaçı Cavabdeh cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair birləşdirilmiş işlər üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)- ****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Satıcı qismində Cavabdeh MMC ilə satıcı qismində İddiaçı MMC arasında ##.##.2023cü il tarixli, 03/2023 nörməli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı alıcıya müxtəlif ölçüdə qranit və mərmər satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir; 3.1-ci bəndinə əsasən satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququ vardır; 3.2.1-ci bəndinə əsasən satıcı malı müqavilənin 4.1 -ci maddəsində müəyyən edilmiş müddətdə alıcının mülkiyyətinə vermək vəzifəsi daşıyır; 3.3.2-ci bəndinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, müqavilənin icrasından imtina etmək alıcının hüququdur; 3.4-cü bəndinə əsasən alıcının əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəmək vəzifəsi vardır; 4.1-ci bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ödəniş həyata keçirildikdən sonra 1 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür; 4.2-ci bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir; 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı sifariş olunan malın dəyərinin 100% həcmində ödənişi sifariş təsdiq edildikdən sonra nağdsız qaydada köçürmə yolu ilə həyata keçirir; 5.2-ci bəndinə əsasən malın alıcıya təhvil verilməsi ilə bağlı öhdəlik lazımınca yerinə yetirilmədikdə alıcı həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. ##.##.2024-cü il tarixli, MT2406 seriyalı, ******** nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, “xxxx" MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri (ƏDV daxil) 82600 manat təşkil edir. Qaimənin əsası kimi ##.##.2023-cü il tarixli, **/**** nömrəli alqısatqı müqaviləsi qeyd edilmişdir.
3. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabında 7000 manat ödəniş edilmişdir. Ödənişin təyinatə və əsası kimi MT2406 seriyalı, ******** nömrəli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.
4. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabında 12100 manat ödəniş edilmişdir. Ödənişin təyinatə və əsası kimi MT2406 seriyalı, ******** nömrəli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.
5. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabında 9900 manat ödəniş edilmişdir. Ödənişin təyinatə və əsası kimi MT2406 seriyalı, ******** nömrəli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.
6. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, **************** nömrəli köçürmənin aparılması haqqında bildirişin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1260 manat ƏDV ödənişi edilmişdir. Ödənişin təyinatı kimi MT2406 seriyalı, ******** nömrəli elektron qaimə üzrə ƏDV ödənişi qeyd edilmişdir.
7. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, **************** nömrəli köçürmənin aparılması haqqında bildirişin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2178 manat ƏDV ödənişi edilmişdir. Ödənişin təyinatı kimi MT2406 seriyalı, ******** nömrəli elektron qaimə üzrə ƏDV ödənişi qeyd edilmişdir. 18. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, **************** nömrəli köçürmənin aparılması haqqında bildirişin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1782 manat ƏDV ödənişi edilmişdir. Ödənişin təyinatı kimi MT2406 seriyalı, ******** nömrəli elektron qaimə üzrə ƏDV ödənişi qeyd edilmişdir.
8. ##.##.2024-cü il tarixli, R/EXP/**/**-** nömrəli “hesab” adlı sənədə əsasən “Rose Marbles PVT” Limited tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 9617 ABŞ dolları olan mal(lar) göndərilmişdir.
9. ##.##.2025-ci il tarixli gömrük bəyannaməsindən müəyyən olunur ki, “Rose Marbles PVT” Limited tərəfindən Cavabdeh MMC-yə 350 ədəd ümumi çəkisi 27750 kq, ümumi dəyəri 12074,44 manat olan qranit plitələr AR-nin gömrük sərhədindən keçirilmişdir.
10. İş materiallarına "WhatsApp" yazışmaları, audio-video yazıların əks olunduğu fləşkart, “Rose Marbles PVT” Limited ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2024-cü il tarixli, ****/** saylı müqaviləsi və konosament sənədləri əlavə edilmişdir. "WhatsApp" yazışmaları ##.##.2024-cü il tarixi ilə ##.##.2024-cü il tarixi aralığında +************ nömrəsi ilə aparılır. a) Birinci qovluq – ##.##.2024–##.##.2024-cü il tarixlərində daşın alınması ilə bağlı tərəflər arasında ilkin razılaşma əldə edilir. Sifarişçi daşın növü və qiyməti ilə bağlı məlumat istəyir, qarşı tərəf isə daşın fotoşəkillərini göndərir və nümunənin təqdim edildiyini bildirir. Daha sonra Aqil adlı şəxs tərəfindən daşın Hindistanda olduğu və sifarişin konkretləşdirilməsinin zəruri olduğu qeyd edilir. b) İkinci qovluq (##.##.2024–##.##.2024-cü il) – Daşın 1 kvadratmetrinin 200 manat olması barədə razılıq əldə edilir və sifarişin detalları müzakirə olunur. Aqil daşın may ayının sonunda gətiriləcəyini bildirir, daşın rəngi və növü dəqiqləşdirilir, nümunənin gözlənildiyi qeyd olunur. İddiaçı daşın parçalanmasının xırda olduğunu, qırılma göstəricisinin aşağı olduğunu və qırılmanın zahiri görünüşünün qənaətbəxş olmadığını bildirir. Həmçinin qeyd edir ki, bağın divarının daşla üzlənməsi onun tərəfindən qəbul edilmiş sifariş üzrə görüləcək işin tərkib hissəsidir. c) Üçüncü qovluq (##.##.2024–##.##.2024-cü il) – Sifarişçi 180 kv.m daş lazım olduğu qeyd edir, sertifikat tələb olunur və Aqil tərəfindən sertifikat, qaimə və hesab-faktura göndərilir. Ödəniş həyata keçirilir. ##.##.2024-cü ildə iddiaçı Aqildən Hindistana gedib-getmədiyini soruşur, Aqil isə daşın kəsildiyini və sifariş verildiyini bildirir. Aqil daşların ən geci ##.##.2024cü ilədək təhvil veriləcəyini qeyd edir. d) Dördüncü qovluq (##.##.2024–##.##.2024-cü il) – Daşın videosu göndərilir və daşların nə vaxt çatacağı ilə bağlı məlumat tələb olunur. Aqil daşların 17–20 iyul tarixlərində çatacağını bildirir və gecikmənin gəmi ilə bağlı olduğunu qeyd edir. ##.##.2024-cü ildə daşın şəkillərinin gözlənildiyi bildirilir. Aqil səsli mesajında konteynerin ##.##.2024-cü ildə yola düşdüyünü, lakin hələ Dubaya çatmadığını və vaxt tələb olunduğunu bildirir. e) Beşinci qovluq (##.##.2024–##.##.2024-cü il) – Tərəflər arasında daşın gecikdirilməsi ilə bağlı müzakirələr aparılır və sifarişin vaxtında çatdırılmaması ilə bağlı narazılıq bildirilir. f) Altıncı qovluq (##.##.2024–##.##.2024-cü il) – ##.##.2024-cü ildə bir şəxs daşın gəmi ilə gətirildiyini və bu səbəbdən müəyyən gecikmənin normal olduğunu bildirir. Elman narazılığını ifadə edir. Aqil isə daşların aparatla kəsildiyini, lakin uyğun alınmadığını və buna görə əl ilə kəsdirildiyini bildirir. Yeni daşların fotoşəkilləri göndərilir və ölçülər 45+25 olaraq qeyd edilir. 27 iyul tarixli yazışmada daşların həftənin üçüncü-dördüncü günü Gendərənbəsə çatacağı bildirilir. İddiaçı ciddi çətinliklərlə üzləşdiyini qeyd edir və daşın konkret ölçüdə olması tələbini irəli sürür. Elman da daşların nə vaxt çatacağını soruşaraq işin gecikdiyini və bununla bağlı ciddi problemlər yarandığını bildirir. g) Yeddinci qovluq (##.##.2024–##.##.2024-cü il) – Elman invoys tələb edir və malın təcili lazım olduğunu bildirir. ##.##.2024-cü ildə gəminin harada olması barədə məlumat istəyir. Aqil tərəfindən malın tezliklə gələcəyi bildirilir və Mehdiye adlı şəxsin səsli mesajı göndərilir. Aqil həmçinin malı inspektorun yoxladığını bildirir. Elman narazılığını ifadə edir. ##.##.2024cü ildə Elman Aqilin məsələyə laqeyd yanaşdığını bildirir və malın yola çıxıb-çıxmadığını dəqiqləşdirmək üçün kod tələb edir. Aqil isə gəminin kodunun İrandan göndəriləcəyini bildirir. h) Səkkizinci qovluq (##.##.2024–##.##.2024-cü il) – Elman malın kodunun ona lazım olduğunu bildirir. Aqil “Bill of Lading” sənədini göndərir, Elman isə gəminin kodunun tələb olunduğunu qeyd edir. Daha sonra elektron qaimə göndərilir. Elman ümumilikdə 29.000 manat ödədiyini və 41.000 manat qaldığını bildirir. ##.##.2024-cü ildə malın gəmiyə yerləşdirilməsi ilə bağlı sənəd tələb olunur və Aqil həmin sənədi göndərəcəyini bildirir. Daha sonra göndərilən sənədlərlə bağlı mübahisə yaranır və təqdim edilmiş sənədin invoys deyil, yalnız draft olduğu, “Bill of Lading” sənədinin isə mövcud olmadığı bildirilir. Həmçinin konteynerin izləmə sistemində görünmədiyi qeyd edilir. ##.##.2024-cü ildə Elman sifarişçinin qaiməni ləğv etdiyini və cərimə hesabladığını bildirərək ödədiyi pulun geri qaytarılmasını tələb edir. ı) Doqquzuncu qovluq (##.##.2024–##.##.2024-cü il) – Elman kifayət qədər gözlədiyini, ciddi çətinliklərlə üzləşdiyini və sifarişçinin qaiməni ləğv etdiyini bildirir. Bu səbəbdən ödədiyi pulun geri qaytarılmasını tələb edir. Aqil isə həmin gün və ya növbəti gün kodu təqdim edəcəyini bildirir. Elman Aqilin atasının ona yeni sənədlər göndərdiyini qeyd edir. Aqil həmin sənədlərdə kodun olduğunu bildirir. Elman isə artıq mala ehtiyacı və marağı qalmadığını açıq şəkildə bildirir. j) Tərəflər arasında sonuncu danışıq ##.##.2024-cü il tarixində baş verir. ##.##.2024-cü ildə Aqil yenidən Elmanla əlaqə saxlamağa cəhd edir.
11. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş ##.##.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, 10 təqvim günü ərzində malların çatdırılması və ya ödənilmiş pulun geri qaytarılması tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbi ilə bağlı
12. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdehxxxxvə əlavə olaraq məhkəməyə müraciət etmək üçün ödənilmiş 193 manat dövlət rüsumu olmaqla, ümumilikdə 34393 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında ## #### 2023 tarixli, **/**** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1ci maddəsinə əsasən satıcı alıcıya müxtəlif ölçüdə qranit və mərmər satmağı, alıcı isə həmin malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh təşkilat tərəfindən həmin müqavilə üzrə tərtib edilmiş ******** nömrəli, MT2406 seriyalı, ##.##.2024-cü il tarixli elektron qaimədə göstəriləcək xidmətlərin və malların ümumi dəyəri olaraq 82600 manat qeyd edilmişdir. Daha sonra cavabdeh təşkilata malların təhvil verilməsi və xidmətlərin göstərilməsi məqsədi ilə ##.##.2024-cü il tarixli, **************** nömrəli bildiriş ilə 1782 manat, ##.##.2024-cü il tarixli, ** nömrəli ödəniş tapşırığı ilə 9900 manat, ##.##.2024-cü il tarixli, **************** nömrəli bildiriş ilə 2178 manat, ##.##.2024-cü il tarixli, ** nömrəli ödəniş tapşırığı ilə 12100 manat, ##.##.2024-cü il tarixli, ** nömrəli ödəniş tapşırığı ilə 7000 manat, ##.##.2024-cü il tarixli, **************** nömrəli bildiriş ilə 1260 manat məbləğində pul ödənilmişdir. Ümumilikdə cavabdehə 34200 manat məbləğində ödəniş edilmişdir. Yuxarıda qeyd olunan məbləğlər cavabdeh təşkilata ödənilsə də, bu günədək cavabdeh təşkilat tərəfindən heç bir mal təhvil verilməmiş və xidmətlər göstərilməmişdir. Bu hərəkətlər müqavilə üzrə Cavabdeh MMC-nin götürdüyü öhdəliklərə ziddir. Belə ki, sözügedən müqavilənin 4.1-ci bəndinə əsasən cavabdeh təşkilat ödəniş həyata keçirildikdən 1 gün sonra malları alıcıya təhvil vermək öhdəliyi götürmüşdür. Həmçinin 3.2.1-ci bəndə əsasən bu müddətdə malları təqdim etmək cavabdeh təşkilatın vəzifəsidir. Lakin cavabdeh təşkilat öhdəliklərini ümumiyyətlə icra etməmişdir. Malları çatdırmaq və ya ödənilmiş pulların geri qaytarılması üçün cavabdeh təşkilata pretenziya məktubu yazaraq müraciət edilmiş və əks halda müqavilə üzrə vurulmuş zərərlə bağlı mülki qanunvericiliyin tələblərinə əsasən müvafiq məhkəməyə müraciət ediləcəyi xəbərdarlığı edilmişdir. Lakin hələ də bir nəticə olmamışdır.
14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 448.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh MMC-nin iddia tələbi ilə bağlı
15. Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə MT2406 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli elektron qaimə üzrə bugünədək ödənilməmiş nəqliyyat və işçi xərclərinə görə 5920 manat, boz qranit daşı üçün 42480 manat və iddianın məhkəmədə baxılması üçün dövlət rüsmunun əvəzi olaraq ödənilmiş 235,2 manat məbləğində pulun cavabdeh İddiaçı MMC-dən alınaraq iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən adı, miqdarı, məbləği elektron qaimə fakturalarda və qiymətlərin razılaşdırma protokolunda əks olunan malların alqı-satqısına görə İddiaçı MMC alıcı olaraq nəqliyyat xidmətlərinə görə 10620 manat, işçilər üçün 29500 manat və eləcə də, boz qranit daşı üçün 42480 manat, cəmi 82600 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərinin ödənilməsinin təmini üçün ##.##.2024-cü il tarixdə Cavabdeh MMC tərəfindən həmin 82600 manatlıq xərclərin əks olunduğu MT2406 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli elektron qaimə rəsmi qaydada cavabdeh İddiaçı MMC-yə təqdim edilmişdir. Bundan sonra ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək cavabdeh İddiaçı MMC tərəfindən iddiaçı Cavabdeh MMC-nin bank hesabına cəmi 34200 manat ödəniş edilmişdir. Aradan keçən təxminən bir il əzində cavabdeh təşkilat olan İddiaçı MMC tərəfindən MT2406 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli elektron qaimə üzrə əlavə olaraq hər hansı ödəniş edilmədiyi üçün malların təhvil verilməsi təxirə salınmışdır. Bununla bağlı dəfələrlə cavabdeh İddiaçı MMC-nin direktoru Elman Cəlilovla əlaqə saxlanılıb alqı-satqı müqaviləsi üzrə gecikən ödənişin təmin olunması xahiş edilsə də, hər hansı nəticə olmamışdır. Cavabdeh İddiaçı MMCnin rəhbərliyi şifahi olaraq müraciət edib, onların digər bir şirkətdən olan sifarişinin yerinə yetirilməsi üçün elektron qaimədə göstərilən malları onlara əlavə ödəniş edilmədən təhvil verilməsini xahiş etsələr də, bununla bağlı onlarla hər hansı razılığa gəlinməmişdir. Belə ki, cavabdeh təşkilata dəfələrlə ilk öncə elektron qaimədə göstərilən heç olmasa, nəqliyyat və işçi xərclərin cəmi 40120 manat müvafiq olaraq (10620+29500 manat) ödənilməsini və daha sonra elektron qaimədə göstərilən boz qranit daşının onlara təhvil verilməsini təklif etsələr də, cavabdeh İddiaçı MMC-nin direktoru Elman Cəlilovdan hər dəfə imtina alındığı üçün hər hansı müsbət nəticə əldə edilməmişdir. Son olaraq isə cavabdeh İddiaçı MMC-nin direktoru Elman Cəlilov iddiaçı ilə əlaqə saxlayıb verdiyi sifarişdən imtina etdiyini və elektron qaimə üzrə ödədiyi 34200 manat pulun geri qaytarılmasını tələb etmişdir. Belə ki, cavabdeh İddiaçı MMCnin direktoru Elman Cəlilov elektron qaimədə göstərilən boz qranit daşlarının istifadə edilməsi nəzərdə tutulduğu digər bir şirkətlə olan razılaşmanın pozulduğu üçün hazırda qeyd olunan mallara olan marağının itdiyini bildirərək, ödənilmiş 34200 manat pulun geri qaytarılmasın tələb edir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, cavabdeh olaraq İddiaçı MMC tərəfindən ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini MT2406 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli elektron qaiməyə uyğun olaraq icra etməkdən imtina etdiyi üçün ümumi dəyəri (nəqliyyat və işçi xərci ilə birgə) 82600 manat olan sifarişin icra olunması təxirə salınmışdır. Cavabdeh İddiaçı MMC tərəfindən ödənilmiş 34200 manat heç elektron qaimə üzrə nəzərdə tutulan nəqliyyat və işçi xərcini bir yerdə ödəmir. Belə ki, elektron qaiməyə nəzər yetirilsə, nəqliyyat və işçi xərci üçün müvafiq olaraq 10620 manat və 29500 manatlıq ödəniş nəzərdə tutulduğu üçün cavabdeh İddiaçı MMC tərəfindən ödənilmiş 34200 manat heç bu xərclərin ikisinin bir yerdə qarşılanmasını təmin etmir. Buna baxmayaraq, cavabdeh İddiaçı MMC-nin rəhbərliyi alqı-satqı müqaviləsinin tələblərini gözardı edib, əvvəlcədən iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə MT2406 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli elektron qaiməyə uyğun olaraq natamam ödədikləri 34200 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsin xahiş ediblər. Halbuki, işin hallarına nəzər yetirilərsə, ##.##.2023-cü il tarixli alqısatqı müqaviləsinin bugünədək icra olunmamasının təqsiri cavabdeh İddiaçı MMC-nin rəhbərliyinin üzərinə düşür. Həmçinin qeyd edilir ki, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən satıcı, yəni Cavabdeh MMC müxtəlif ölçüdə qranit və mərmər satır, alıcı, yəni İddiaçı MMC isə malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Qeyd olunan alqı-satqı müqaviləsinin 1.2-ci maddəsinə əsasən malın adı, miqdarı, məbləği elektron qaimə fakturalarda və qiymətlərin razılaşdırma protokolunda əks olunur. Həmçinin sözügedən müqavilənin 5.1-ci maddəsinə əsasən alıcı sifariş olunan malın dəyərinin 100 faizi həcmində ödənişi sifariş təsdiq edildikdən sonra nağdsız qaydada köçürmə yolu ilə həyata keçirir. ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar olaraq ##.##.2024-cü il tarixdə göstərilən nəqliyyat və işçilik xidmətlərinin, eləcə də boz qranit daşının dəyərinin əks olunduğu MT2406 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli elektron qaimə rəsmi qaydada cavabdeh təşkilata təqdim edilmişdir. Qeyd olunan elektron qaimədə nəqliyyat xidməti üçün 10620 manat, işçilərə ödəniləcək əvəzə görə 29500 manat və boz qranit daşı üçün isə cəmi 42480 (manat ödəniləcəyi göstərilmişdir. Həmçinin cavabdeh təşkilat tərəfindən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixdək müqavilənin icrası üçün cəmi 34200 manat ödəniş edilmiş və yerdə qalan 48400 manat isə bu günədək ödənilməmişdir. Cavabdeh təşkilatın ödədiyi 34200 manat alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar elektron qaimədə göstərilən heç nəqliyyat və işçilərə ödəniləcək məbləği bir yerdə qarşılamağa yetmir. Belə ki, bir tək işçilərə və nəqliyyata müqavilə üzrə cəmi 40120 manat ödənilməli olduğu halda, cavabdeh təşkilat tərəfindən heç qeyd olunan məbləğ də tam ödənilməmişdir. Əlavə olaraq, cavabdeh təşkilatın sifariş verdiyi boz qranit daşı təhvil verilməsi üçün hazırdır. MT2406 seriyalı, ******** nömrəli, ##.##.2024-cü tarixli elektron qaiməyə uyğun olaraq nəqliyyat, işçilik və malın dəyəri cavabdeh təşkilat tərəfindən tam ödənildiyi təqdirdə ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə sifariş tam təmin oluna bilər.
17. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 385.2, 386, 442, 443, 448-ci maddələrinə istinad olunmuşdur.
18. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair e-*(***)- ****/**** saylı işlə bir icraatda birləşdirilmişdir.
19. Cavabdeh MMC tərəfindən iddiaçı İddiaçı MMC-nin iddiasına qarşı qarşılıqlı iddia ərizəsinin məzmununa oxşar məzmunlu yazılı etiraz daxil olmuş və iddia əsassız və qanunsuz tələblər üzərində qurulduğundan rədd edilməsi xahiş olunmuşdur.
20. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 34200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 193 manat olmaqla, cəmi 34393 manat məbləğində pul vəsaitinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddiaçı Cavabdeh cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
21. Məhkəmə gəldiyi onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı alıcıya müxtəlif ölçüdə qranit və mərmər satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında müqavilənin bağlanması, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 34200 manat məbləğində ödənişin edilməsi, malların təhvil verilməməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, Cavabdeh MMC-nin nümayəndəsi İddiaçı MMC-nin alqısatqı müqaviləsinin 5.1-ci bəndinin tələblərini pozaraq müqavilə dəyərini tam ödəmədiyi üçün mal(lar)ın göndərilməsinin dayandırıldığını bildirmişdir. İddiaçı MMC-nin iddia tələbi Cavabdeh MMC-dən 34200 manat məbləğində pulun tutulmasından ibarətdir. Məhkəmə işin hallarını, qanunvericilik normalarını, müqavilə şərtlərini nəzərə alaraq hesab edib ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddiası təmin edilməli, Cavabdehxxxx“xxxx MMC-nin xeyrinə tutulmalıdır. Belə ki, Cavabdeh MMC-nin nümayəndəsi etirazın əsası kimi müqavilənin 5.1-ci bəndinə istinad etmişdir. Etiraz əsassız sayılmalıdır. Belə ki, həmin bəndə əsasən alıcı sifariş olunan malın dəyərinin 100 faizi həcmində ödənişi sifariş təsdiq edildikdən sonra nağdsız qaydada köçürmə yolu ilə həyata keçirir. Eyni zamanda müqavilənin 5.2-ci bəndinə əsasən malın alıcıya təhvil verilməsi ilə bağlı öhdəlik lazımınca yerinə yetirilmədikdə alıcı həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir. Bundan başqa, 1.1-ci bəndə əsasən satıcı alıcıya müxtəlif ölçüdə qranit və mərmər satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Müqavilə şərtlərinə əsasən satıcı malı müqavilənin 4.1 -ci bəndində müəyyən edilmiş müddətdə alıcının mülkiyyətinə vermək vəzifəsi daşımışdır. 4.1 -ci bəndə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ödəniş həyata keçirildikdən sonra 1 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. 3.4-cü bənddə isə deyilir ki, alıcının əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəmək vəzifəsi vardır. Eyni zamanda məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş “WhatsApp” yazışmaları, audio-video yazıların əks olunduğu fləşkarta baxış keçirilmiş və həmin materialdan müəyyən olunmuşdur ki, tərəflər arasında çoxsaylı danışıqlar olmuş, malların tez bir zamanda çatdırılmasına dair vədlər verilsə də, çatdırılmamışdır. Bundan əlavə, ödəniş tapşırıqlarından müəyyən olunub ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 34220 manat (7000+12100+9900+1260+2178+1782=34220) ödəniş keçirilmişdir. Qeyd olunanlara əsasən, müqavilə normalarını əlaqəli şəkildə təhlil edərək, sübutları məcmu şəkildə qiymətləndirərək, iddianı əsaslı sayaraq, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyindən, alıcının əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq, məhkəmə göstərilən nəticəyə gəlmişdir. Eləcə də, İddiaçı MMC 193 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edib ki, iddia təmin edildiyindən ödənilmiş dövət rüsumunun əvəzində 193 manat (yüz doxsan iki manat altmış qəpik) məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Cavabdeh MMC-nin iddia tələbini İddiaçı MMC tərəfindən müqavilə üzrə ödənilməmiş 42480 manat pul vəsaitinin İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi təşkil edib. Yuxarıda qeyd olunanlar, İddiaçı MMC-nin iddiası ilə bağlı gəlinən nəticə nəzərə alınaraq ki, hesab olunub ki, Cavabdeh MMC-nin iddiası təmin edilməməlidir. Belə ki, Cavabdeh MMC tərəfindən müqavilədən irəli gələn öhdəliklər icra edilmədiyindən, İddiaçı MMC müqavilədən imtina etmiş və bu imtina qanuni olmuşdur. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-yə aid edilməlidir.
22. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 442, 443.1, 443.2, 447.1, 448.1, 567, 598.1-ci maddələrinə istinad etmişdir.
23. Cavabdeh Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən, tam qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməsi, "xxxx" MMC-nin iddia ərizəsinin rədd edilməsi və iddaçı Cavabdeh MMC-nin iddia ərizəsinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri:
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən adı, miqdarı, məbləği elektron qaimə fakturalarda və qiymətlərin razılaşdırma protokolunda əks olunan malların alqı-satqısına görə İddiaçı MMC "ALICI" olaraq nəqliyyat xidmətlərinə görə 10620 manat, işçilər üçün 29500 manat və eləcədə boz qranit daşı üçün 42480 manat cəmi 82600 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərinin ödənilməsinin təmini üçün ##.##.2024-cü il tarixdə Cavabdeh MMC tərəfindən nəqliyyat xidmətlərinə görə 10620 manat, işçilər üçün 29500 manat və eləcə də boz qranit daşı üçün 42480 manat cəmi 82600 manatlıq xərclərin əks olunduğu MT2406 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli elektron qaimə rəsmi qaydada cavabdeh İddiaçı MMC-yə təqdim edilmişdir. Bundan sonra ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək İddiaçı MMC tərəfindən Cavabdeh MMC bank hesabına cəmi 34200 manat ödəniş edilmişdir. Aradan keçən təxminən bir il ərzində İddiaçı MMC tərəfindən MT2406 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli elektron qaimə üzrə əlavə olaraq hər hansı ödəniş edilmədiyi üçün tərəflərindən malların təhvil verilməsi təxirə salınmışdır. Bununla bağlı dəfələrlə cavabdeh İddiaçı MMC-nin direktoru Elman Cəlilovla əlaqə saxlanılıb alqı-satqı müqaviləsi üzrə gecikən ödənişin təmin olunmasını xahiş etsə də, hər hansı nəticə olmamışdır. İddiaçı İddiaçı MMC-nin rəhbərliyi şifahi olaraq onlara müraciət edib onların digər bir şirkətdən olan sifarişinin yerinə yetirilməsi üçün elektron qaimədə göstərilən malları əlavə ödəniş edilmədən təhvil verilməsi xahiş etsələr də bununla bağlı onlarla hər hansı razılığa gələ bilməmişdirlər. Belə ki, iddiaçı təşkilata dəfələrlə ilk öncə elektron qaimədə göstərilən heç olmasa nəqliyyat və işçi xərclərin cəmi 40120 manat (müvafiq olaraq 10620+29500manat) ödənilməsini və daha sonra cavabdeh tərəfindən elektron qaimədə göstərilən boz qranit daşının onlara təhvil verilməsini təklif etsələr də cavabdeh İddiaçı MMC-nin direktoru Elman Cəlilovdan hər dəfə imtina aldığı üçün hər hansı müsbət nəticə əldə edə bilmədilər. Son olaraq isə iddiaçı İddiaçı MMC-nin direktoru Elman Cəlilov cavabdehlə əlaqə saxlayıb verdiyi sifarişdən imtina etdiyini və elektron qaimə üzrə ödədiyi 34200 manat pulun geri qaytarılmasın tələb etmişdir. Daha sonra isə onlara pretenziya məktubu göndərilmişdir. Belə ki, iddiaçı İddiaçı MMC-nin direktoru Elman Cəlilov elektron qaimədə göstərilən boz qranit daşlarının istifadə edilməsi nəzərdə tutulduğu digər bir şirkətlə olan razılaşmanın pozulduğu üçün qeyd olunan mallara olan marağının itdiyini bildirərək ödənilmiş 34200 manat pulun geri qaytarılmasın tələb edirdi. Halbuki, yuxarıda da qeyd etdiyi kimi alıcı olaraq İddiaçı MMC tərəfindən ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini MT2406 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli ELEKTRON QAİMƏ-yə uyğun olaraq icra etməkdən imtina etdiyi üçün cavabdeh tərəfindən ümumi dəyəri (nəqliyyat və işçi xərci ilə birgə) 82600 manat olan sifarişin icra olunması təxirə salınmışdır. Bir daha qeyd etmək istərdi ki, iddiaçı İddiaçı MMC tərəfindən ödənilmiş 34200 manat heç elektron qaimə üzrə nəzərdə tutulan nəqliyyat və işçi xərcini bir yerdə ödəmir. Belə ki, elektron qaimə nəzər yetirilsə nəqliyyat və işçi xərci üçün müvafiq olaraq 10620 manat və 29500 manatlıq ödəniş nəzərdə tutulduğu üçün iddiaçı İddiaçı MMC tərəfindən ödənilmiş 34200 manat heç bu xərclərin ikisini bir yerdə qarşılanmasını təmin etmir. Buna baxmayaraq iddiaçı İddiaçı MMC-nin rəhbərliyi cavabdehdən əvvəl iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə MT2406 seriyalı ******** nömrəli ##.##.2024cü il tarixli elektron qaiməyə uyğun olaraq natamam ödədikləri 34200 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş ediblər. Halbuki, işin hallarına nəzər yetirilərsə ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin bugünədək icra olunmamasının təqsiri iddiaçı İddiaçı MMC-nin rəhbərliyinin üzərinə düşür. Həmçinin qeyd etmək istərdi ki, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən "Satıcı", yəni Cavabdeh MMC müxtəlif ölçüdə qranit və mərmər satır, "Alıcı" yəni İddiaçı MMC isə Malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini "Satıcı"ya ödəyir. Qeyd olunan alqısatqı müqaviləsinin 1.2-ci maddəsinə əsasən malın adı, miqdarı, məbləği elektron qaimə fakturalarda və qiymətlırin razılaşdırma protokolunda əks olunur. Həmçinin onu da qeyd edirlər ki, sözügedən müqavilənin 5.1-ci maddəsinə əsasən "Alıcı" sifariş olunan malın dəyərinin 100 faizi həcmində ödənişi sifariş təsdiq edildikdən sonra nağdsız qaydada köçürmə yolu ilə həyata keçirir. Həmçinin onu da qeyd edir ki, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar olaraq ##.##.2024-cü il tarixdə göstərilən nəqliyyat və işçilik xidmətlərinin eləcə də boz qranit daşının dəyərinin əks olunduğu MT2406 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli elektron qaimə rəsmi qaydada cavabdeh təşkilata təqdim edilmişdir. Qeyd olunan elektron qaimədə nəqliyyat xidməti üçün 10620 manat, işçilərə ödəniləcək əvəzə görə 29500 və boz qranit daşı üçün isə 42.480 manat ödəniləcəyi göstərilmişdir. Həmçinin qeyd edir ki, iddiaçı təşkilat tərəfindən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixdək müqavilənin icrası üçün cəmi 34.200 manat ödəniş edilmiş və yerdə qalan 4.8400 manat isə bu günədək ödənilməmişdir. İddiaçı təşkilatın ödədiyi 34.200 manat alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar elektron qaimədə göstərilən heç nəqliyyat və işçilərə ödəniləcək məbləği bir yerdə qarşılamağa yetmir. Belə ki, bir tək işçilərə və nəqliyyata müqavilə üzrə cəmi 40120 manat ödənilməli olduğu halda iddiaçı təşkilat tərəfindən heç qeyd olunan məbləğdə tam ödənilməmişdir. Əlavə olaraq onu da qeyd edir ki, iddiaçı təşkilatın sifariş verdiyi boz qranit daşı təhvil verilməsi üçün hazırdır. MT2406 seriyalı ******** nömrəli ##.##.2024-cü tarixli elektron qaiməyə uyğun olaraq nəqliyyat, işçilik və malın dəyəri cavabdeh təşkilat tərəfindən tam ödənildiyi təqdirdə ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə sifariş tərəflərindən tam təmin olunacaq. Həmçinin onu da qeyd edir ki, iddiaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Whats APP-la edilmiş səsli yazışmaları məhkəməyə təqdim edərək məhkəmə sübut etmək istəyib ki, guya Cavabdeh MMC-nin rəhbərliyi müqavilə predmeti olan boz qranit daşlarını 1 ay ərzində gəmilər vasitəsi ilə Hindistanda İrana gətirəcək və ordanda yük avtomobilləri ilə Bakı şəhərinə çatdırcaqdı. Halbuki həmin səsli yazışmalar qeyri-rəsmi ünsiyyət xarakteri daşıyır, müqavilə şərtlərini dəyişmir və tərəflər arasında olan hüquqi münasibətlərə təsir etmir. Həmçinin onu da qeyd edir ki, Hindistandan daşınmanın real vaxtı – 1 ayda mümkünsüzdür. Qranit daşlarının Hindistandan Azərbaycana çatdırılması, ilkin mərhələdə Hindistan limanlarından dəniz yolu ilə İrana və oradan da yük avtomobilləri ilə Azərbaycana gətirilməklə mümkündür. Bu prosesin real və minimum icra müddəti təcrübədə 60-120 gündən tez olmur. Buna görə iddiaçının cavabdehdən 1 ay müddətində təhvil tələb etməsi qeyri-realdır. Hətta cavabdeh qeyri-rəsmi səs yazısında 1 ay demiş olsa belə, bu, müqavilə öhdəliyi kimi qəbul edilə bilməz. həmin yazılar qeyri-rəsmi ünsiyyət xarakteri daşıyır, müqavilə şərtlərini dəyişmir və tərəflər arasında olan hüquqi münasibətlərə təsir etmir. Çünki hüquqi münasibətlər yazılı müqavilə ilə tənzimlənir, qeyri-rəsmi WhatsApp danışıqları isə müqaviləni dəyişdirmir. Əlavə olaraq onu da qeyd edir ki, müqavilə şərtləri məhz helə iddiaçı tərəfindən pozulmuşdur. Müqavilədə daşın yalnız tam ödənişdən sonra təhvil veriləcəyi qeyd olunmuşdur. İddiaçının ödəməni natamam etməsi nəticəsində gecikmə yaranmışdır. Belə olan halda, cavabdehi gecikməyə görə məsul tutmaq qeyri-obyektivdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
25. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
26. Məhkəmə iclasında iştirak edən ilkin cavabdehin və qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Nümayəndə izahatında bildirdi ki, qranit daşlar ilkin iddiaçı tərəfindən bağ evinin xarici divarların üzlənmə işlərində istifadə edilməli idi, digər şəxslə bağlanmış müqaviləyə əsasən həmin işlər posratçı qismində ilkin iddiaçı görülməsli idi, eyni zamanda bildiklərinə görə son nəticədə ilkin iddiaçı həmin işləri görməmiş, belə ki, sifarişçi işləri başqa şəxsə gördürmüşdür.
27. İlk iddia üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
28. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz etmiş, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
29. Mülki Məcəllənin: 390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.3-ci maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
30. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, ikinci iddia isə rədd edilmiş, ilkin cavabdeh, qarşılıqlı iddiaçının verdiyi apellyasiya şikayətidndə qətnamə bütövlükdə mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı MMC (alıcı) ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC (satıcı) ilə arasında ##.##.2023-cü il tarixli, **/**** nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ilkin cavabdeh ilkin iddiaçıya müxtəlif ölçüdə qranit və mərmər satmağı, ilkin iddiaçı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini ilkin cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Hazırda ilkin iddiaçı ilkin cavabdeh tərəfindən müqavilə üzrə sifariş edilmiş malların təqdim edilməsi gecikdirilməsi əsası ilə müqavilədən imtina etməsini əsas göstərərək müqavilə üzrə ödənilmiş avansın qaytarılmasını, ilkin cavabdeh, qarşılıqlı iddiaçı isə müqavilə üzrə sifariş edilmiş malların Hindistandan AR-ə gətirildiyini və hazırda təhvil üçün hazır olduğunu bildirərək müqavilə üzrə təqdim edilməsi (görülməsi) nəzərdə tutulmuş malların (işlərin) qalıq dəyərinin ödənilməsini tələb edir.
36. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi adlandırılsa və həmin müqavilənin şərtləri alqı-satqı müqaviləsinin xarakterik xüsusiyyətlərini özündə ehtiva etsə də, iş materiallarına əlavə edilmiş sübutlar, o cümlədən tərəflərin whatsapp yazışmaları, eləcə də tərəflərin verdiyi izahatlar əsasında müəyyən edilir ki, ilkin cavabdehin müqavilə üzrə öhdəlikləri qranit daşlarının ilkin iddiaçının sifarişi əsasında xüsusi qaydada (sifariş edilmiş ölçüdə) kəsilməsini, yəni fərdi müəyyən əşyanın hazırlanmasını və AR-ə çatdırılmasını əhatə etmişdir. Odur ki, kollegiya mübahisəli müqaviləni Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən tərəflərin müqavilədən sonrakı yazışmaları və hərəkətləri nəzərə alınmaqla şərh edərək belə qənaətə gəlir ki, sözügedən müqavilə mahiyyət etibarilə alqı-satqı (göndərmə) və podrat müqavilələrinin elementlərini birləşdirən qarışıq müqavilədir. Belə olan halda hazırkı mübahisə müvafiq hissələrdə podrat və alqı-satqı (göndərmə) müqaviləsini tənzimləyən normalar tətbiq edilməklə həll edilməlidir.
37. Hazırkı halda, kollegiya hesab edir ki, mübahisəli müqavilə üzrə ilkin ödənişin geri qaytarılması tələbinə dair ilkin iddianın qanuni əsasını Mülki Məcəllənin 599.3, 759.2 və 1092.1ci maddələri, malların və işlərin dəyərinin ödənilməsinə dair qarşılıqlı iddianın qanuni əsasını isə Mülki Məcəllənin 598.1, 759.2, 752.1-ci maddələri təşkil edir.
38. Kollegiya ilk növbədə qeyd edir ki, məhkəmə tərəfindən araşdırılmalı olan mübahisəli hal ilkin cavabdehin müqavilə üzrə öhdəliklərinin pozuntusuna yol verib-verməməsi ilə bağlıdır.
39. Həmin halla bağlı qeyd edilməlidir ki, mübahisəli müqavilədə malların təqdim edilməsi müddəti müəyyən edilməsə də, tərəflərin nümayəndələri arasında aparılmış (göstərilən hal mübahisələndirilmir) whatapp yazışmaları ilə tərəflərin sifariş edilmiş malların ilkin cavabdeh tərəfindən iyulun 20-dək təqdim edilməli olması barədə razılığa gəlmələri, lakin həmin müddət ərzində müqavilənin predmeti olan malların hazırlanaraq ilkin iddiaçıya təqdim edilməməsi, ilkin iddiaçının malların təqdim edilməsi üçün ilkin cavabdehə bir nüçə dəfə əlavə vaxt verməsi və nəhayət oktyabr ayında müqavilədən imtina etməsi öz təsdiqini tapır. Belə olan halda məhkəmə tərkibi müqavilənin həqiqi məzmununu müəyyən edərkən müqavilənin mətni ilə yanaşı tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh tərəflər arasında razılaşdırılmış müddətdə malları təqdim etməmişdir (işləri görməmişdir).
40. Bununla bağlı ilkin iddiaçının müqavilənin 5.1-ci bəndinə uyğun olaraq malın dəyərinin 100% məbləğində ödənişi sifariş təsdiq edildikdən sonra həyata keçirməli olduğu halda, müqavilə üzrə razılaşdırılmış məbləğin yalnız bir hissəsini ödəməsi, malların təqdim edilməsinin də bu səbəbdən təxirə salınması barədə ilkin cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, müqavilənin 5.1-ci bəndində malların dəyərinin 100% məbləğində ödənişin sifariş təsdiqləndikdən sonra hansı müddətdə həyata keçirilməli olması aydın şəkildə göstərilməmişdir. Odur ki, həmin bəndi satıcının alıcı tərəfindən malların dəyəri ödənildikdən sonra 1 təqvim günü ərzində alıcıya təhvil verilməsini müəyyən edən müqavilənin 4.1-ci bəndi ilə müqayisəli şəkildə şərh etdikdə, eləcə də malların Hindistandan gətirilməsinin razılaşdırıldığını nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, müqavilə şərtlərinə əsasən malların dəyəri həmin mallar hazır olduqdan və AR-ə gətirildikdən sonra ödənilməli və bundan 1 gün ərzində mallar alıcıya təqdim edilməli idi. Hazırkı halda isə razılaşdırılmış müddət ərzində sifariş edilmiş mallar AR-ə gətirilmədiyindən alıcının həmin malların dəyərini tam şəkildə ödəməməsi müqavilə üzrə öhdəliklərin pozuntusu kimi qiymətləndirilə bilməz.
41. O da vurğulanmalıdır ki, tərəflər arasında aparılan yazışmalarda ilkin iddiaçı dəfələrlə malların təqdim edilməsinin gecikdirildiyini bildirdiyi halda ilkin cavabdehin həmin iradlara cavab olaraq ödənişin tam şəkildə edilməməsini irad bildirməməsi və ödənişi tələb etməməsi də ona dəlalət edir ki, tərəflər işlərin (malların) dəyərinin mallar gətirdikdən sonra ödənilməsi barədə razılaşmış və işlərin (malların) görülməsinin (təqdim edilməməsinin ) işlərin (malların) dəyərinin tam şəkildə ödənilməməsi ilə bağlı olmamışdır.
42. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, ilkin cavabdeh müqavilə üzrə sifariş edilmiş malları trazılaşdırılmış müddətdə əqdim etməməklə müqavilə üzrə öhdəliklərin təqsirli pozuntusuna yol verilmiş, belə olan halda isə iddiaçı Mülki Məcəllənin 599.3 və 759.2-ci maddəsinə əsasən müqavilədən imtina etməkdə haqlı olmuşdur.
43. Digər tərəfdən o da qeyd edilməlidir ki, yuxarıda da qeyd edildiyi müqavilə üzrə ilkin cavabdeh tərəfindən icra edilməli olan öhdəliklərin əsas hissəsi fərdi müəyyən edilmiş əşyanın hazırlanmasından (qranit daşlarının sifariş edilmiş ölçüdə kəsilməsindən), yəni podrat işin görülməsindən ibarət olduğundan və müqavilə üzrə ödənilməli olan məbləğin də əhəmiyyətli hissəsini həmin əşyanın hazırlanması üçün tələb edilən materialların (qranit daşları) dəyəri və işçilik haqqı təşkil etdiyindən ilkin iddiaçı müqavilədən imtina edərkən ilkin cavabdehin malik olduğu hüquqlar Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən müəyyən edilməlidir. Sözügedən maddənin tələblərinə görə isə sifarişçi podratçının təqsiri üzündən müqaviləyə xitam verdikdə podratçıya görülmüş işlərə görə muzd yalnız o zaman ödənilir ki, sifarişçinin bu işlərə hər hansı marağı qalsın. Hazırkı halda isə tərəflər arasında yazışmalardan görünür ki, ilkin iddiaçı 2024-cü ilin oktyabr ayında malın gətirilməsinin gecikməsi səbəbindən müqavilədən imtina etmiş və sifariş etdiyi mallara dair hər hansı marağının olmadığını bildirmişdir, mübahisəli mallar isə yalnız yanvar ayında, yəni ilkin iddiaçı müqavilədən imtina etdikdən təxminən 4 ay sonra AR-ə gətirilmişdir. Bununla yanaşı ilkin cavabdehin özü də məhkəmədə verdiyi izahatında ilkin iddiaçının qranitləri özünün podratçı olduğu layihədə istifadə edilməsi üçün sifariş etdiyini, son nəticədə ilkin iddiaçının həmin layihədən kənarlaşdırıldığını, layihədə qranit döşənməsi işlərinin ilkin iddiaçı tərəfindən deyil, başqa podratçı tərəfindən icra edildiyini bildirmişdir. Odur ki, ilkin iddiaçının qranitlərin əldə edilməsində hər hansı marağının qalmaması açıq-aşkardır. Belə olan halda isə ilkin iddiaçı tərəfindən müqaviləyə ilkin cavabdehin təqsirindən (öhdəliyini vaxtında icra etməməsi) birtərəfli qaydada xitam verildiyindən cavabdeh faktiki görülmüş işlərə görə də muzdun ödənilməsini tələb etmək hüququ yoxdur.
44. Kollegiya onu da vurğulayır ki, ilkin cavabdeh tərəfindən mübahisəli qranit daşlar ##.##.2025-ci il tarixdə AR-ə gətirilsə də, ilkin cavabdeh gətirilmiş malları təhvil verilməsini təklif etməsi də iş materialları ilə müəyyən edilmir. Göstərilən hal isə ona dəlalət edir ki, ilkin cavabdehin ilkin iddiaçının müqavilədən imtina etməsi ilə faktiki razılaşmış və yalnız avansın qaytarılması barədə ilkin iddia qaldırıldıqdan sonra malların qalıq dəyərinin və muzdun ödənilməsini tələb etmişdir.
45. Beləliklə, kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməklə ilkin cavabdehin ilkin iddiaçı tərəfindən avansı almaq üçün mövcud olmuş müqavilə əsası aradan qalxdığından Mülki Məcəllənin 599.3, 759.2 və 1092.1-ci maddələrinə əsasən ilkin iddiaçı həmin avans məbləğinin geri qaytarılmasını tələb etməkdə haqlı olduğu halda, qarşılıqlı iddiaçı Mülki Məcəllənin 759.2ci maddəsinin tələbləri baxımından görülmüş işlərin dəyərinin ödənilməsini tələb etmək hüququna malik deyil.
46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Apellyasiya icraatı ilə bağlı məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov