Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-618/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC ilə iddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış ## ###### 2025-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, icarə müqaviləsi üzrə 70800 manat məbləğində ödənilməmiş icarə haqqı, 4034,19 manat kommunal xərclər olmaqla, ümumilikdə 74834,19 manat məbləğində borcun və 315 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hesabına ödənilməsi, cavabdehin hesabına icarə sahəsinin tam boşaldılması və həmin icarə sahəsinin ilkin vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ## ###### 2025-ci il tarixli icarə müqaviləsi üzrə 88500 manat məbləğində ödənilməmiş icarə haqqı, 4982,82 manat kommunal xərclər olmaqla, ümumilikdə 93482,82 manat məbləğində borcun və 459 manat dövlət rüsumunun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdehin müqavilə öhdəliklərini pozması nəticəsində Cavabdeh MMC-yə dəymiş zərərin: - Avadanlıqların əraziyə daşınması üçün: 16800 manat; - fəaliyyət üçün zəruri icazə və razılaşdırmaların alınması üçün: 38000 manat; - cavabdehin əməkdaşlarının iddiaçının işlərinə maneələr yaratması nəticəsində birbaşa zərər: 24000 manat; bu maneələr səbəbindən həyata keçməyən layihələr üzrə real maddi zərər: 180000 manat; qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş icarə haqqı məbləğləri: 123900 manat, qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş 673 manat dövlət rüsumu olmaqla, cəmi 383373 manat məbləğin qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh MMC-nin nümayəndəsi və vəkili ##.##.2026-cı il tarixdə Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdehin müqavilə öhdəliklərini pozması nəticəsində Cavabdeh MMC-yə dəymiş 258800 (iki yüz əlli səkkiz min səkkiz yüz) manat məbləğində vəsaitin, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş icarə haqqı məbləğləri: 123900 (bir yüz iyirmi üç min doqquz yüz) manat məbləğində vəsaitin, qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş 673 (altı yüz yetmiş üç) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 383373 manat (üç yüz səksən üç min üç yüz yetmiş üç) məbləğində vəsaitin qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə ilkin iddia üzrə iddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı ziyanın ödənilməsi tələbinə dair iş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qeyd edilən qərardaddan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil2 tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə ilkin iddia İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdeh MMC-yə qarşı pul tələbinə dair verilmiş, qarşılıqlı iddia isə Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi tələbi ilə irəli sürülmüşdür. Cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsində cavabdehin müqavilə öhdəliklərini pozması nəticəsində yaranmış konkret zərər məbləğləri ayrı-ayrı əsaslar üzrə hesablanaraq ümumilikdə 258800 manat, əlavə olaraq ödənilmiş icarə haqları 123900 manat və dövlət rüsumu 673 manat olmaqla, cəmi 383373 manat məbləğində tələb irəli sürülmüşdür. Sonradan ##.##.2026-cı il tarixdə qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmişdir. Qeyd edilən ərizədə əvvəlki qarşılıqlı iddia ərizəsində göstərilmiş məbləğlər və tələb olunan ümumi məbləğ tam şəkildə saxlanılmış, yəni nə artırılmış, nə azaldılmış, nə də dəyişdirilmişdir. Belə ki, qarşılıqlı iddia ərizəsində göstərilən məbləğ eyni qaydada saxlanılmışdır. Ümumi tələb yenə də 383373manat təşkil etmişdir. Beləliklə, təqdim edilmiş ərizə mahiyyət etibarilə iddianın dəyişdirilməsi, artırılması və ya azaldılması deyil, yalnız iddia tələbinin strukturlaşdırılması və ifadə baxımından dəqiqləşdirilməsi xarakteri daşımışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əlavə edilmiş sənədlər (arayışlar) ## ##### 2026-cı il tarixində tərtib edilmişdir. Halbuki iş üzrə ilk məhkəmə baxış iclası ## ##### 2026- cı il tarixində keçirilmişdir. Bu hal onu göstərir ki sözügedən arayışlar iş məhkəmə baxış mərhələsinə keçdikdən sonra yaranmışdır. Həmçinin nəzərə çatdırılır ki, həmin sənədlər əvvəlcədən təqdim olunmuş sübutların (qaimələr və müqavilələrin) izahı və açıqlanması məqsədi daşıyır. Belə ki, bu arayışlar yeni müstəqil sübut kimi deyil, mövcud sübutların məzmununun aydınlaşdırılması üçün təqdim edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla işin faktiki hallarını düzgün qiymətləndirməmiş, ərizənin hüquqi mahiyyətini yanlış müəyyən etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdırılmış və iş üzrə məhkəmə baxışı iclası təyin edilmişdir. Bundan sonra iddiaçı tərəf ##.##.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, ərizə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra məhkəməyə təqdim edilmişdir. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olduğunu və ya bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, sonuncu ərizədə olan məbləğ (258800 manat), əvvəlki ərizədə olan yekun məbləğlə (ilk hissədə) üst-üstə düşsə də, qarşılıqlı iddiaçının nümayəndəsinin izahatından müəyyən olunmuşdur ki, yeni ərizədə 258800 manat məbləğ göstərilsə də, həmin məbləğ əvvəlki Avadanlıqların əraziyə daşınması üçün: 16800 manat; - fəaliyyət üçün zəruri icazə və razılaşdırmaların alınması üçün: 38000 manat; - cavabdehin əməkdaşlarının iddiaçının işlərinə maneələr yaratması nəticəsində birbaşa zərər: 24000 manat; bu maneələr səbəbindən həyata keçməyən layihələr üzrə real maddi zərər: 180000 manat məbləğin cəmi kimi nəzərdə tutulmamış, ümumilikdə dəymiş zərər kimi göstərilmişdir. Buna görə də həmin hal qarşılıqlı iddia üzrə cavabdehin də narazılığına səbəb olmuş və ərizənin geri qaytarılması xahiş olunmuş və məhkəmə tərəfindən ərizə geri qaytarılmışdır. Eyni zamanda qarşılıqlı iddiaçının nümayəndəsi şikayət ərizəsində qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əlavə edilmiş sənədlər (arayışlar) ## ##### 2026-cı il tarixində tərtib edilmişdir. Həmin arayışlara nəzər saldıqda sadəcə arayışların tarixinin 22 aprel olduğu müəyyən olunur, halbuki həmin arayışlar işin hazırlıq mərhələsində əldə olunaraq təqdim oluna bilərdi və bunun üçün qarşılıqlı iddiaçının kifayət qədər vaxtı olmuşdur. Bundan başqa, məhkəmə iclasında qarşılıqlı iddiaçının nümayəndəsi bildirmişdir ki, hazırda dəymiş zərərin dəyərini ümumiləşdirmişik, yəni əvvəlki tələbdə bölgü üzrə ziyanlar varıydı, indi isə ümumi ziyan məbləği tələb edilir. Ona görə də iddia tələbini dəqiqləşdirmişlər. Qarşılıqlı iddiaçı əgər tələbdə hər hansı dəyişiklik yox idisə, ərizənin və hazırkı şikayətin verilməsini əsaslandırmamışdır. Belə ki, MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə hesab etmişdir ki, iddianın dəqiqləşdirilməsi barədə ərizə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra məhkəməyə təqdim edildiyindən ərizə və və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə kollegiyası məhkəmənin qərardadında qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq dəqiqləşdirmə ərizəsinin geri qaytarılması qərara alınmışdır. Kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-618/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-618/2026
11.06.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver