Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-619/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı borcun tutulması və tutmanın girov predmetlərinə yönəldilməsi və s. tələblərinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qərardadından cavabdeh cavabdeh3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Bakı Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər cavabdeh2 MMC, cavabdeh1 MMC və cavabdeh3 birgə qaydada: K**** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5000000 manat əsas borc, 72221,69 manat faiz borcu, 5613,43 manat cərimə borcu olmaqla, cəmi 5077835,12 manat borc; K**** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 488750 manat əsas borc, 10545,25 manat faiz borcu, 4710,41 manat cərimə borcu olmaqla, cəmi 504005,66 manat manat borc; K**** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 323049,02 manat əsas borc, 3407,07 manat faiz borcu, 16000 manat cərimə borcu olmaqla, cəmi 342456,09 manat borc; K**** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4270833,31 manat əsas borc, 80458,9 manat faiz borcu, 30251,73 manat cərimə borcu olmaqla, cəmi 4381543,94 manat manat borc, ümumilikdə 10305840,81 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 10600 kv.m istixana kompleksinin avadanlıqları və 38304 kv.m istixana kompleksinin avadanlıqlarına; cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 25 adda istixana avadanlıqlarına; cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən girov müqaviləsinə * saylı əlavədə (qoşma) qeyd edilən 30 adda istixana kompleksinin avadanlıqlarına; cavabdeh2 MMC-nin mülkiyyətində olan ##/##/2017-ci il tarixdən başlayaraq 15 il müddətinə götürülmüş 55.0 ha torpaq sahəsinin icarəsinə dair Kürdəmir rayon İcra Hakimiyyəti ilə bağlanmış ## ###### 2017-ci il tarixli * nömrəli torpağın icarə müqaviləsi üzrə icarə hüququna; cavabdeh3 mülkiyyətində olan “xxxx” MMC-nin təsis paylarına; cavabdeh3 mülkiyyətində olan cavabdeh2 MMC-nin təsis paylarına; cavabdeh3 mülkiyyətində olan “xxxx” MMC-nin təsis paylarına; cavabdeh3 mülkiyyətində olan “xxxx” MMC-nin təsis paylarına yönəldilməsi, yuxarıda qeyd edilən girov predmetlərinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin müvafiq olaraq cavabdeh2 MMC və cavabdeh3 qaytarılması, cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən istixana avadanlıqlarının ilkin satış qiymətinin 8000000 manat müəyyən edilməsi, daşınar əmlaklar satıldıqdan sonra 1 ay ərzində mülkiyyətçilərə təhvil verilməsi, ödənilmiş tələblərə mütənasib olaraq ödənilmiş dövlət rüsumu və mediasiya xərcinə görə 5931,7 manat (beş min altı yüz iyirmi) manat, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 15,68 (on beş manat altmış səkkiz qəpik) manat dövlət rüsumu və 36,80 (otuz altı manat səksən qəpik) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçı İddiaçı ASCnin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pulun 98,50 manatının (doxsan səkkiz manat əlli qəpik) cavabdehlər cavabdeh2 MMC, cavabdeh1 MMC və cavabdeh3 birgə qaydada, 1,40 manat (bir manat qırx qəpik) hissəsinin iddiaçı İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: 1401555071, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: 1700326621, hesab: AZ34CTRE00000000000002088501) köçürülməsi qət edilmişdir. Qeyd edilən qətnamədən cavabdeh cavabdeh3 tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ## ####### 2025-ci il tarixdə apellyasiya şikayəti verilmiş və Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-***/**** saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e- *-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qərardadından cavabdeh3 tərəfindən şikayət verilmiş və Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qərardadından cavabdeh cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh3 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2- *(***)-***/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilən qətnamədən cavabdeh tərəfindən yenidən ##.##.2026-cı il tarixdə “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş, şikayətə həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-2-2(113)- ***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh cavabdeh3 tərəfindən verilmiş ərizənin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e*-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qərardadından cavabdeh cavabdeh3 tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadla cavabdehin apellyasiya şikayəti o əsasla geri qaytarılıb ki, “Məhkəmə cavabdehin şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəblərdən buraxılması dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehin qətnaməni əldə etdiyi vaxtdan sonra prosessual qanunvericiliyin tələblərinə uyğun apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı olmuş, lakin həmin müddət ərzində müvafiq hərəkətlər edilməmişdir. Cavabdeh şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəblərdən buraxılması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.”. Əslində isə Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İlk apellyasiya şikayəti müddətin ötürülməsi və onun bərpası haqda ərizə vermədikləri səbəbilə mümkünsüz hesab olunmuşdur. Bu şikayətə müddətin bərpası barədə ərizəni də qoşmuşlar. Cavabdeh qətnamə ilə tanış olan kimi şikayət vermişdir. Buna görə də müddətin bərpası xahiş edilir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Faktiki hallar və hüquqi dəyərləndirmə: -EMİS-dən çıxarışa əsasən müəyyən edilir ki, ##.##.2024-cü il tarixli qətnamə ##.##.2025ci il tarixdə cavabdeh cavabdeh3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə və həmin sistem vasitəsilə bu barədə məlumat “elektron ünvan 1” elektron poçtuna göndərilməklə rəsmi qaydada verildiyi halda cavabdeh cavabdeh3 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti ##.##.2025-ci il tarixdə verilmiş, bununla da sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddət buraxılmış (1 aylıq prosessual müddət ##.##.2025-ci il tarixdə başlamış və ##.##.2025ci il tarixdə başa çatmışdır). Şikayətin arqumentləri: -Kollegiya həmçinin qeyd etməyi zəruri sayır ki, müddətin bərpası barədə ərizədə və şikayətdə istinad edilən hallar prosessual müddətin buraxılmasının üzürlü səbəbləri kimi qiymətləndirilə bilməz. Həmçinin apellyasiya şikayətinin verilməsi müddətinin axımı tərəflərin məhkəmə aktı ilə tanış olduqları tarixdən deyil, aktın onlara rəsmi qaydada təqdim edildiyi tarixdən başlayır. Belə olan halda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-619/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-619/2026
12.06.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver