Məhkəmə qərarları › İş №e-2-2(3-6)-668/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-668/2026

22.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-668/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Star-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilkin, “Star-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: podrat müqaviləsi, müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi, əmlakın qaytarılması, pulun ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Star-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Star-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun ödənilməsi” barədə ilkin, “Star-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “işlərin qəbul olunması, əmlakın qaytarılması və pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ASC (sifarişçi) ilə “Star-İnşaat” MMC (icraçı) arasında ##.##.2023-cü il tarixdə ZTP-Sİ-106/23 nömrəli müqavilə bağlanmış, müqavilənin 1-ci bəndində, sifarişçinin yerləşdiyi ünvanda bütün inzibati binaların və zavodların damında 3329 metr uzunluğunda yağış novlarının dəyişdirilməsi müqavilənin predmeti kimi göstərilmişdir.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilənin predmeti, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavə(lər)də (Qiymət və X4, Sifarişnamə, Təklif, Spesifikasiya, Akt və sair) qeyd olunan iş(lər)in və onların nəticələrinin (bundan sonra “Xidmət(lər)”) icraçı tərəfindən şəxsən görülməsindən, sifarişçi tərəfindən isə bu müqavilə və əlavə(lər) ilə nəzərdə tutulmuş qaydada və məbləğdə xidmət(lər)in dəyərinin (xidmət haqqı) icraçıya ödənilməsindən ibarətdir.

3. Müqavilənin 1.3-cü bəndinə əsasən, xidmət(lər)in icrası tərəflər arasında Əlavə(lər)in imzalanması və möhürlənməsi ilə razılaşdırılır və belə Əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişdirmir və hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindikdən sonra tərəflər arasında göstərilən xidmət(lər) barədə tam razılaşmanı təşkil edir və bütün əvvəlki müzakirələri, layihələri, sənədləşmələri və razılaşmaları əvəz edir və onlara nisbətən üstün hüquqi qüvvəyə malikdirlər.

4. Müqavilənin 1.4-cü bəndinə əsasən, hər bir xidmətin adı, miqdarı, ölçüləri, qiyməti və digər texniki göstəriciləri Əlavə ilə müəyyən olunur.

5. Müqavilənin 2.1-ci bəndinə əsasən, xidmətlərin qiyməti 1 paqon metr üçün 80,20 manat təyin olunub, ümumi qiymət isə 266 985,85 manat + 48 057,44 manat ƏDV təşkil edir.

6. Müqavilənin 2.2-ci bəndinə əsasən, xidməl(lər)in nəticələrinin sifarişçinin ünvanına çatdırılması ilə əlaqədar xərclər, icraçının çəkdiyi digər xərclər, vergilər və digər məcburi ödənişlər xidmət(lər)in qiymətinə daxildir. Bu xərclər Əlavələr ilə müəyyən olunur.

7. Müqavilənin 2.3-cü bəndinə əsasən, əgər Əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, icraçı sifarişçidən bu müqavilənin 2.1-ci maddəsi ilə nəzərdə tutulmuş qiymətlərdən əlavə heç bir ödəniş tələb edə bilməz. Xidmət(lər)in icrası zamanı İcraçı əvvəlcədən razılaşdırılmamış hər hansı xərcinin əvəzini sifarişçidən tələb edə bilməz.

8. Müqavilənin 2.4-cü bəndinə əsasən, xidmət(lər)in qiyməti həm milli valyuta, həm də xarici valyuta ilə göstərilə bilər. Qiymətlər xarici valyutada göstərildiyi halda ödəniş, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş həyata keçirilən günə olan rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə həyata keçirilir.

9. Müqavilənin 2.5-ci bəndinə əsasən, qiymətlərə əymə, boyama, quraşdırma, sərf materialları (elektrod, laqonda, daşı, şruplar100 mm, germetika, əl alətləri və s.) palasa - 1744 p.m, səbət, kran, FVC borular və süzgəclər daxildir. Novların enləri saxlanılmaqla dərinliyi 4-5 sm artırılacaqdır.Daşınma xərcləri qiymətə daxildir.

10. ##.##.2023-cü il tarixli ZTP-Sİ-106/23 nömrəli xidmət müqaviləsi üzrə ##.##.2023-cü il tarixli “Qiymətlərin razılaşma protokolu”na görə, müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş və ümumi dəyəri 315 043,20 manat (ƏDV daxil) (266 958,80 + ƏDV 18% 48 057,44) olan xidmətlərin göstərilməsi barədə razılığa gəlmişlər. “Qiymətlərin razılaşdırılması protokolu” hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. ##.##.2023-cü il tarixli ZTP-Sİ-106/23 nömrəli xidmət müqaviləsi üzrə bağlanmış ##.##.2023-cü il tarixli “Qiymətlərin razılaşma protokolu” üzrə “Star-İnşaat” MMC tərəfindən ##.##.2023-cü il tarixli HF********* nömrəli hesab-faktura tərtib edilmişdir.

12. ##.##.2024-cü il tarixli ***/** saylı hesab-fakturadan müəyyən olunur ki, “Star-İnşaat” MMC tərəfindən İddiaçı ASC-yə ümumi dəyəri 6036,08 manat olan mal göndərilmişdir.

13. ##.##.2023-cü il tarixli EBDP seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, “Star-İnşaat” MMC tərəfindən İddiaçı ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 37 854,40 manat (ƏDV daxil) təşkil edir.

14. ##.##.2023-cü il tarixli EBDW seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, “Star-İnşaat” MMC tərəfindən İddiaçı ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 54 415,70 manat (ƏDV daxil) təşkil edir.

15. ##.##.2024-cü il tarixli EBEB seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, “Star-İnşaat” MMC tərəfindən İddiaçı ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 50 346,35 manat (ƏDV daxil) təşkil edir.

16. ##.##.2023-cü il tarixli ZTP-Sİ-106/23 nömrəli xidmət müqaviləsi üzrə tərtib edilmiş ##.##.2023-cü il tarixli təhvil-təslim aktına görə, təhvil-təslim aktında qeyd edilən xidmət(lər) (Xidmətin adı: inzibati binaların və zavodların damında yağın novlarının dəyişdirilməsi, ölçü vahidi: p/m, ölçü: 575, qiymət: 80,20 manat; məbləğ: cəmi 54 415,70 manat (46 115 manat + ƏDV 18% 8300,70)) icraçı tərəfindən sifarişçiyə təhvil verilmiş, öz növbəsində sifarişçi tərəfindən isə qəbul edilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.

17. ##.##.2023-cü il tarixli ZTP-Sİ-106/23 nömrəli xidmət müqaviləsi üzrə tərtib edilmiş ##.##.2023-cü il tarixli təhvil-təslim aktına görə, təhvil-təslim aktında qeyd edilən xidmət(lər) (Xidmətin adı: inzibati binaların və zavodların damında yağış novlarının dəyişdirilməsi, ölçü vahidi: p/m, ölçü: 400, qiymət: 80,20 manat; məbləğ: cəmi 37 854,40 manat (32 080 manat + ƏDV 18% 8774,40)) icraçı tərəfindən sifarişçiyə təhvil verilmiş, öz növbəsində sifarişçi tərəfindən isə qəbul edilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.

18. ##.##.2023-cü il tarixli ZTP-Sİ-106/23 nömrəli xidmət müqaviləsi üzrə tərtib edilmiş ##.##.2024-cü il tarixli təhvil-təslim aktına görə, aktda qeyd edilən xidmət(lər) (Xidmətin adı: inzibati binaların və zavodların damında yağın novlarının dəyişdirilməsi, ölçü vahidi: p/m, ölçü: 532, qiymət: 80,20 manat; məbləğ: cəmi 50 346,35 manat (42 666,40 manat + ƏDV 18% 7679,95)) icraçı tərəfindən sifarişçiyə təhvil verilmiş, öz növbəsində sifarişçi tərəfindən isə qəbul edilmişdir. Akt yalnız bir tərəfin - icraçı “Star-İnşaat” MMC-nin imzası və möhürü ilə təsdiqlənmişdir.

19. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2023-cü il tarixli, BD * nömrəli ödəniş tapşırığına görə, İddiaçı ASC tərəfindən “Star-İnşaat” MMC-nin AZ**AIIB******F************* nömrəli hesabına 133 492,9 manat (bir yüz otuz üç min dörd yüz doxsan iki manat doxsan qəpik) məbləğində pul vəsaiti köçürülmüşdür.

20. “Star-İnşaat” MMC-nin nümayəndəsi Qanuni nümayəndə tərəfindən Sumqayıt şəhər 2-ci Polis Bölməsinin rəisinə ünvanlanmış ərizədə aşağıdaklar göstərilmişdir: İddiaçı ASC ilə “Star-İnşaat” MMC arasında bağlanmış müqaviləyə əsasən parkın ərazisində işləmişik. “Star- İnşaat” MMC oradan çıxarılandan sonra müqavilə əsasında başqa şirkətlərə məxsus səbətlərin və konteynerlərin ərazindən çxıarılmasına qeyri-qanuni icazə verməyiblər. Uzun danışıqlardan sonra səbətlərin gec də olsa, ərazidən çıxarılmasına icazə verdilər. Amma 2 ədəd konteynerin bu günə qədər də ərazidən çxıarılmasına icazə vermirlər. Konteyner sahibi isə konteynerini tələb edir. Konteynerlərin ərazidən çıxarılmasına köməklik göstərməyiniz sizdən xahiş edilir”.

21. DİN Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən “Star İnşaat” MMCyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “##.##.2024-cü il tarixdə etdiyiniz müraciətə baxılmışdır, qeyd edilən xüsusatlarla əlaqədar aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməyiniz tövsiyə olunur”.

22. “Star-İnşaat” MMC tərəfindən tərtib edilmiş İddiaçı ASC (sifarişçi) ilə “Star-İnşaat” MMC (icraçı) arasında bağlanmış ##.##.2023-cü il tarixli ZTPSİ-106/23 nömrəli xidmət müqaviləsi üzrə yerinə yetirilmiş işlərə dair açıqlama və qiymətləndirmə hesabatında qeyd edilmişdir ki, xidmət müqaviləsi üzrə sifarişçinin yerləşdiyi ünvanda inzibati binaların və zavodların (cəmi 4 bina) damında yağış novlarının dəyişdirilməsi işi 3329 metr təşkil edir. 1 p/m üçün təyin olunmuş məbləğ ƏDV-siz 80,20 manat, ümumi qiyməti isə ƏDV-siz 266 985,85 manat müəyyən edilib. ƏDV daxil olaraq həmin işlərin ümumi dəyəri 315 043,30 manat təşkil etmişdir. Qeyd edilən binalardan yalnız biri, yəni zavod binasının damında işlər görülmüşdür. Belə ki, zavod binasının damında tək və cüt köhnə su novları nəzərdə tutulmuşdur. Bunların ümumi həcmi 1.088 p/m, o cümlədən tək novlar üzrə 559 p/m, cüt novlar üzrə 529 p/m-dir. Müqavilə üzrə həmin binanın damında yerinə yetirilmiş işlərin ümumi həcmi 1.501 p/m, o cümlədən tək novlar üzrə 437 p/m. cüt novlar üzrə 1.064 p/m təşkil elmişdir. Belə olan halda, yerinə yetirilmiş işlərin ümumi dəyəri ƏDV-siz 120 380,20 manat (1.501 p/m x 80,20 manat). ƏDV ilə 142 048,60 manat (120.380,20 manat+18%) məbləğində müəyyən edilir. Qeyd olunur ki. xidmət müqaviləsinin 3.1. bəndinə əsasən görüləcək işlərin həyata keçirilməsi üçün nəzərə tutulmuş məbləğin 50%-i avans olaraq ƏDV ilə 157 521,62 manat öncədən ödənilmişdir. Buna baxmayaraq, xidmət müqaviləsində qeyd edilən 1 p/m üçün ƏDV-siz 80,20 manat faktiki olaraq 2023-cü ildə mövcud olmuş bazar qiymətinə uyğun deyildir. Həmçinin müqavilədə nəzərdə tutulmuş işlərdən əlavə işlər də yerinə yetirilmişdir. Müqavilədə qeyd edilən məbləğin bazar qiymətinə uyğun olmaması və reallıqda görülmüş işlərin, eləcə də müqavilədə nəzərdə tutulmamış əlavə görülmüş işlərin mövcud bazar qiymətlərinə uyğun dəyərinin müəyyən edilməsi üçün aşağıdakı qiymətləndirinə hesabatı təqdim olunur. Aparılmış hesablamalar nəticəsində müəyyən olunmuşdur ki, xidmət müqaviləsində qeyd edilən 1 p/m üçün 80,20 manat (ƏDV-siz) faktiki olaraq 2023-cü ildə mövcud olmuş bazar qiymətinə uyğun olaraq ƏDV-siz 104,53 manat (156 894,73 : 1501 p/m) təşkil edir. Həmin məbləğ müqavilədə nəzərdə tutulmuş və müqavilədən əlavə görülmüş işlərə aiddir. Eyni zamanda qeyd olunur ki, hesablama zamanı tək novun 1 p/mi ƏDV-siz 104,53 manat müəyyən olunmuşdur. Belə olan halda, cüt novun 1 p/m-i ƏDV-siz 209,06 manat (104,53 manat x 2) təşkil edir. Göstərilənləri nəzərə alaraq, müqavilə üzrə nəzərdə tutulmuş işlərə aid olan tək novun həcmi 437 p/m, dəyəri ƏDV-siz 45 679,61 manat (437 p/m x 104,53 manat), cüt novun həcmi 1064 p/m, dəyəri isə ƏDV-siz 111 219,92 manat (1064 p/m x 104,53 manat) təşkil edir.

23. “Star-İnşaat” MMC tərəfindən iş materiallarına xərclər smetası adlı cədvəl, 2023-cü ilin sentyabr ayı üçün hesablanmış əmək haqqı cədvəli, 2023-cü ilin oktyabr ayı üçün hesablanmış əmək haqqı cədvəli, 2023-cü ilin noyabr ayı üçün hesablanmış əmək haqqı cədvəli, 2023-cü ilin dekabr ayı üçün hesablanmış əmək haqqı cədvəli, bank xərci adlı cədvəl, “Star- İnşaat” MMC-nin işçilərinin əmək müqaviləsi bildirişləri, “Star-İnşaat” MMC-nin başqa şirkətlər, fiziki şəxslərlə bağladığı alqı-satqı müqaviləsi, podrat müqaviləsi, icarə müqaviləsi, təchizat müqaviləsi, xidmət müqaviləsi, satış müqaviləsi, qeyd edilən müqavilələr əsasında “Star-İnşaat” MMC-yə göndərilmiş elektron qaimələr, qiymət razılaşma protokolları, təhvil-təslim aktları əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

24. İddiaçı ASC (ilkin iddiaçı) “Star-İnşaat” MMC-yə (ilkin cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, “Star-İnşaat” MMC-dən 55 297,90 manat (ƏDV xaric), hər gecikdirilmiş günə görə hesablanmış 1935,43 manat cərimə və ödənilmiş 262 (iki yüz altmış iki) manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Həmin iddia tələbləri işin yuxarıda sadalanan faktiki hallarına uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, müqaviləyə əsasən İddiaçı ASC (sifarişçi) icraçı “Star İnşaat” MMC-yə 133 492,90 (bir yüz otuz üç min dörd yüz doxsan iki manat doxsan qəpik) manat pul köçürmüş, lakin icraçı müqavilədə göstərilən müddətə işləri təhvil verə bilməmişdir. İcraçı işləri yalnız 78 195 (yuetmiş səkkiz min bir yüz doxsan beş) manat dəyərində icra etmişdir. İddiaçı ASC üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Hal-hazırda “Star İnşaat” MMC-nin İddiaçı ASC-yə geri qaytarmalı olduğu məbləğ 55 297,90 (əlli beş min iki yüz doxsan yeddi manat doxsan qəpik) manat və hər gecikdirilmiş günə görə hesablanmış cərimə borcu 1935,43 (bir min doqquz yüz otuz beş manat qırx üç qəpik) manat təşkil edir.

26. “Star-İnşaat” MMC (qarşılıqlı iddiaçı) isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC və “Star-İnşaat” MMC arasında bağlanmış ## ######## 2023-cü il tarixli ZTP-Sİ-106/23 nömrəli xidmət müqaviləsinin şərtlərinin yerinə yetirilməsi, əsas məbləği 42 666,40 manat, ƏDV məbləği 7679,95 manat olmaqla, ümumilikdə 50 346,35 manat, həcmi 532 p/m olan işlərin qəbul edilməsi, qeyri-qanuni saxlanılmış 2 ədəd konteynerin dərhal qaytarılması, 2 ədəd konteyner üçün hər ay 500 manat olmaqla, 3 ay üçün 1500 manatın, “Star- İnşaat” MMC-nin müqavilə üzrə çəkdiyi xərcin, ƏDV daxil 29 964,41 manatın və ödənilmiş 184,95 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (sifarişçi) və “Star- İnşaat” 27.MMC arasında (icraçı) sifarişçinin yerləşdiyi ünvanda bütün inzibati binaların və zavodun damında 3329 metr uzunluğunda yağış novlarının dəyişdirilməsinə dair ## ######## 2023-cü il tarixli ZTP-Sİ-106/23 nömrəli xidmət müqaviləsi bağlanmış, müqaviləyə və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırma protokoluna əsasən işlərin qiyməti 1 metr üçün 80,20 manat olmaqla, 3329 metr üçün ümumi qiymət 266 985,80 manat əsas məbləğ, 48 057,44 manat ƏDV məbləği, yəni cəmi 315 043,24 manat razılaşdırılmışdır. Müqavilənin 10.3-cü bəndinə əsasən, müqavilə 1 il müddətinə - ##.##.2024-cü il tarixinədək bağlanmışdır. Müqavilənin 3.1-ci maddəsinə əsasən ödəniləcək cəmi məbləğin 50%-i öncədən, digər 50%-i isə işin yekunlaşma aktlarına uyğun olaraq fakt üzrə nəğdsız ödəniş şəklində icraçının hesabına köçürülür. ##.##.2023-cü il tarixində sifarişçi tərəfindən icraçının hesabına əsas məbləğin 50%-i – 133 492,9 manat pul köçürülmüşdür. Məbləğə ƏDV daxil deyildir. Müqavilədə nəzərdə tutulan işlərdən ƏDV xaric 78 195 manat məbləğində işlər tərəfindən yerinə yetirilmiş və işlərin təhvil verilməsinə dair tərəfindən elektron qaimə faktura və təhvil-təslim aktı göndərilmiş, İddiaçı ASC tərəfindən isə təsdiqlənərək rəsmiləşdirilmişdir. Qeyd edilən məbləğə uyğun, yəni 14 075,01 manat ƏDV də əvəzləşdirilmişdir. Lakin həcmi 532 p/m, ƏDV xaric 42 666,40 manat məbləğində, ƏDV 7679,95 manat olmaqla, ümumi dəyəri 50 346,35 manat məbləğində olan işlər tərəfindən görülsə də, elektron qaimə faktura və təhvil-təslim aktı göndərilsə də, işin qəbul edilməsindən və aktın imzalanmasından imtina edilmişdir. İşlərin icrasına başlandıqdan sonra yağış novlarının bəzilərinin 1 tərəfli yox, 2 tərəfli olduğu məlum olmuşdur. Bu isə həm iş həcmini artırır, həm də işin görülməsi müqavilə üzrə tərəflərin razılaşdırdığı qiymətdən baha başa gəlir. Smetadan kənara çıxmanın müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmadığından, dəfərərlə bu barədə cavabdehin nümayəndələri ilə keçirilən görüşlərdə, iclaslarda məlumat verilsə də, müzakirəyə çıxarılsa da, hər dəfə “işləri görün, 1-ci binadakı işləri bitirin, sonra bu barədə danışarıq” demişlər. Buna baxmayaraq, “Star-İnşaat” MMC tərəfindən işlərin görülməsi dayandırılmamışdır. Lakin qəflətən 2023-cü ilin dekabr ayının sonlarında heç bir yazılı bildiriş, imtina məktubu göndərilmədən, məlumat verilmədən sifarişçi tərəfindən işlər dayandırılaraq “Star-İnşaat” MMC-ni ərazidən uzaqlaşdırmışlar. Baxmayaraq ki, hal-hazırda da tərəflər arasında bağlanılan ## ######## 2023-cü il tarixli ZTP-Sİ-106/23 nömrəli xidmət müqaviləsi qüvvədədir, işlərin davam etməsinə sifarişçi tərəfindən icazə verilmir. “Star-İnşaat” MMC tərəfindən ƏDV daxil 142 616,45 manat məbləğində işlər görülmüş, həmin işlərin görülməsi üçün “Star-İnşaat” MMC tərəfindən ƏDV xaric 150 661,88 manat pul xərlənmişdir. Bunun ƏDV məbləği 21 918,98 manat təşkil edir. Ümumi xərc isə ƏDV daxil 172 580,86 manat olmuşdur. Bundan əlavə, icraçı kimi ərazidən çıxarılan zaman işlərin görülməsi üçün müqavilə üzrə icarəyə götürdükləri 2 ədəd səbət və 2 ədəd konteyner qeyri-qanuni “Star-İnşaat” MMC-dən alınaraq ərazidə saxlanılmışdır. 2 ədəd səbət uzun danışıqlardan sonra geri alınsa də, 2 ədəd konteyner bu günə kimi İddiaçı ASC-nin ərazisində qeyri-qanuni olaraq saxlanılır və istismar edilir. Bu barədə hüquq mühafizə orqanlarına da müraciət edilmişdir. 2 ədəd konteynerin də hər ay üçün icarə qiyməti əsas məbləği 500 manat olmaqla, 3 ay üçün 1500 manat və ƏDV-si “Star-İnşaat” MMC-yə ödənilməlidir. İcarəyə verən şəxs invoice və e-qaimə göndərmişdir. Qeyd edilən məbləğ sifarişçi olaraq İddiaçı ASC-nin təqsiri ucbatından yarandığından “Star-İnşaat” MMC-yə ödənilməlidir. İddiaçı ASC-nin “Star-İnşaat” MMC-yə ##.##.2024-cü il tarixinə olan borcu ƏDV daxil 29 964,41 manat (172 580,86 – 142 616,45 manat) təşkil edir.

28. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ASC və “Star-İnşaat” MMC arasında bağlanmış ## ######## 2023cü il tarixli ZTP-Sİ-***/** №-li xidmət müqaviləsinin şərtlərinin yerinə yetirilməsi, təsdiq edilməmiş üçüncü forma 2 və 3 üzrə əsas məbləği 42 666,40 manat, ƏDV-si 7679,95 manat olmaqla, ümumi məbləği 50 346,35 manat, həcmi 532 p/m olan işlərin qəbul edilməsi (avans olaraq ödənilmiş ƏDV xaric 133 492,90 manat - 3 ədəd forma 2 aktının cəmi 120 861,40 manat = 12 631,50 manat), “Star-İnşaat” MMC-nin müqavilə üzrə çəkdiyi və ekspert rəyi ilə təsdiq edilmiş əlavə ƏDV xaric 17 946 manat məbləğində xərcdən 5314,50 manat olmaqla (ƏDV 956,61 manat), cəmi ƏDV daxil 6271,11 manatın, 2 ədəd konteyner üçün hər ay 500 manat əsas məbləğ olmaqla, ##.##.2024-cü il tarixindən ##.##.2026-cı il tarixinədək 24 ay üçün 12 000 manat əsas məbləğ və 2160 manat məbləğində ƏDV-nin və ödənilmiş 220,60 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-dən “Star-İnşaat” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddia tələbinin təmin, qaşılıqlı iddianın rədd olunması; ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi, eləcə də vəkili ilkin iddia tələbinin rədd, qaşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

30. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyində aşağıdakılar göstərilmişdir: İddiaçı ASC və “Star-İnşaat” MMC arasında bağlanmış ## ######## 2023-cü il tarixli ZTP-Sİ-106/23 nömrəli xidmət müqaviləsi üzrə “Star-İnşaat” MMC tərəfindən bütövlüklə əlavə (kanara çıxmalarda nəzərə alınmaqla) görülmüş işlərin faktiki həcmi smetada ətraflı göstərilmişdir. Qiymətləndirməsi elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Yağış novlarının birtərəfli və ya ikitərəfli olmasının işlərin həcminə təsir etdiyi müəyyən edilir. Qeyd olunur ki, tədqiq olunan halda inzibati binanın və zavodun damında yağış novlarının 532,0 metr hissəsinin ikitərəfli vurulduğunu nəzərə alaraq (532,0x2)=1064,0 metr təşkil etdiyi müəyyən edilmişdir. Qiymətləndirməsi elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir”.

31. “xxxx” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə ##.##.2025-ci il tarixli rəydə göstərilmişdir ki, İddiaçı ASC və “Star-İnşaat” MMC arasında bağlanmış ## ######## 2023-cü il tarixli ZTP-Sİ-106/23 nömrəli Xidmət müqaviləsi üzrə “Star-İnşaat” MMC tərəfindən görülmüş işlərin faktiki həcmi: 1507 (bir min beş yüz yeddi) poqon metr, Görülmüş işlərin faktiki dəyəri: 1507 (bir min beş yüz yeddi) poqon metr x 80,2 manat/1 p.m (cədvəl 1.1, 1.2, 1.3) =120861,4 (bir yüz iyirmi min səkkiz yüz altmış bir manat qırx qəpik), Kənara çıxma işləri (cədvəl 2) – 17 946 (on yeddi min doqquz yüz qırx altı) manat, Yekun olaraq: 138 807,40 manat (bir yüz otuz səkkiz min səkkiz yüz yeddi manat qırx qəpik) təşkil edir. Aparılan tədqiqat zamanı “Star-İnşaat” MMC tərəfindən yerinə yetirimiş işlərdə smetadan kənaraçıxma işlərinin görüldüyü müəyyən edilmişdir. Həmin işlərin həcmi Cədvəl 2-də göstərilmişdir. Smetadan kənara çıxma işlərinin dəyəri: 17 946 (on yeddi min doqquz yüz qırx altı) manat təşkil edir. “Star- İnşaat” MMC tərəfindən yerinə yetirimiş işlərdə yağış növlərinin 155.05 kv.m.-i (443 paqon metr) birtərəfli, 851.2 kv.m-i (532+532=1064 paqon metr) ikitərəflidir. Həmin novlarının dəyişdirilməsi işlərinin ##.##.2023-cil il tarixinə dəyəri (smetadan kənar işlərlə birlikdə): 138 807,40 manat (bir yüz otuz səkkiz min səkkiz yüz yeddi) təşkil edir. Yağış novlarının birtərəfli və ya ikitərəfli sistem üzrə layihələndirilməsi və quraşdırılması işlərin həcminə və ümumi dəyərinə birbaşa təsir göstərir. Birtərəfli nov sistemi daha az material sərfi, az sayda birləşdirici element və daha qısa montaj müddəti tələb etdiyindən nisbətən aşağı maya dəyəri ilə xarakterizə olunur. İkitərəfli nov sistemi isə konstruktiv olaraq daha çox uzunluqda nov, əlavə dayaqlar, dirəklər və su axıdıcı elementlər tələb etdiyindən, həm material sərfi, həm də işçilik həcmi artır və nəticə etibarilə ümumi dəyər yüksəlir. Qeyd: Tərtib edilən smeta cədvəllərində (material və işçilik) hesablama zamanı ƏDV nəzərə alınmamışdır”.

32. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və “Star-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ######## 2023-cü il tarixli ZTP-Sİ-106/23 nömrəli xidmət müqaviləsi üzrə təsdiq edilməmiş üçüncü Forma 2 və 3 üzrə ümumi məbləği 50 346,35 manat dəyərində olan işlərin qəbul edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən ƏDV daxil 6271,11 manat (altı min iki yüz yetmiş bir manat on bir qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,40 manat (qırx altı manat qırx qəpik) məbləğində pul vəsaitinin tutularaq “Star İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi qət olunmuşdur.

33. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmşdır:

Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, müqaviləyə əsasən icraçı sifarişçinin yerləşdiyi ünvanda bütün inzibati binaların və zavodun damında yağış novlarının dəyişdirilməsi işlərinin yerinə yetirilməsi, sifarişçi isə müqavilə və əlavə(lər) ilə nəzərdə tutulmuş qaydada və məbləğdə görülmüş işlərin dəyərini (xidmət haqqı) icraçıya ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında müqavilənin və əlavələrinin bağlanması, işlərin bir qisminin görülüb, təhvil alınması, ödənilməsi, müqavilə üzrə avans məbləğin ödənilməsi işin mübahisəsiz hallarını təşkil etmişdir. İlk iddiaçı avans ödədiyi məbləğin qalıq hissəsinin qaytarılmalı olduğunu iddia etmiş, qarşılıqlı iddiaçı isə görülmüş, təhvil alınmamış işlərin təhvil alınması, eləcə də görülmüş işlərin qalan dəyərinin ödənilməsi və s. tələblər irəli sürmüşdür.

"xxxx” ASC ilk iddia tələbində göstərilən əsaslarla məhkəməyə müraciət edərək, "Star İnşaat” MMC tərəfindən işlərin tam olaraq görülmədiyini iddia etmişdir. "Star İnşaat” MMC isə öz növbəsində ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddia ilə müraciət etmiş və qarşılıqlı iddia tələbində göstərilən əsaslarla bildirmişdir ki, işlər tam olaraq görülmüş və hətta smetadan kənar işlər də icra olunmuşdur.

İlk iddia tələbinin bir hissəsi cavabdeh "Star İnşaat” MMC-dən 55 297,90 manat (ƏDV xaric) pulun tutulmasından ibarətdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə görülmüş işlərin həcminin müəyyən edilməsinin hazırkı iş üçün mühüm əhəmiyyət kəsb etdiyini, həmin hal aydınlaşdırılmadan iş üzrə qanuni və əsaslı nəticəyə gəlməyin mümkün olmadığını, göstərilən halın aydınlaşdırılmasının isə tikinti-tenxiki sahəsində xüsusi bilik tələb etdiyini nəzərə alaraq məhkəmə tərəfindən məhkəmə tikinti-tenxiki ekspertizası təyin edilmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müvafiq rəy məhkəməyə daxil olmuş və rəydə qeyd edilmişdir ki, "xxxx” ASC və iddiaçı "Star-İnşaat” MMC arasında bağlanmış ## ######## 2023-cü il tarixli, ZTP-Sİ-106/23 nömrəli xidmət müqaviləsi üzrə "Star-İnşaat” MMC tərəfindən bütövlüklə əlavə (kanara çıxmalarda nəzərə alınmaqla) görülmüş işlərin faktiki həcmi smetada ətraflı göstərilmişdir. Yağış novlarının birtərəfli və ya ikitərəfli olmasının işlərin həcminə təsir etdiyi müəyyən edilir. Qeyd olunur ki, tədqiq olunan halda inzibati binanın və zavodun damında yağış novlarının 532,0 metr hissəsinin ikitərəfli vurulduğunu nəzərə alaraq (532,0x2)=1064,0 metr təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin ekspert rəyində qeyd edilmişdir ki, qiymətləndirməsi elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş rəy natamam olduğundan məhkəmə tərəfindən yenidən ekspertiza təyin edilmiş və ekspertizanın aparılması "xxxx” MMC-yə həvalə edilmişdir.

"xxxx” MMC tərəfindən müvafiq mütəxəssis rəyi məhkəməyə daxil olmuş və rəydə qeyd edilmişdir ki, "xxxx” aSc və iddiaçı "Star- İnşaat” MMC arasında bağlanmış ## ######## 2023-cü il tarixli, ZTP-Sİ-106/23 nömrəli Xidmət müqaviləsi üzrə "Star- İnşaat” MMC tərəfindən görülmüş işlərin faktiki həcmi: 1507 (bir min beş yüz yeddi) poqon metr, görülmüş işlərin faktiki dəyəri: 1507 (bir min beş yüz yeddi) poqon metr x 80,2 manat/1 p.m (cədvəl 1.1, 1.2, 1.3) =120861,4 manat (bir yüz iyirmi min səkkiz yüz altmış bir manat qırx qəpik), kənara çıxma işləri (cədvəl 2) - 17946 manat (on yeddi min doqquz yüz qırx altı), yekun olaraq: 138807,40 manat (bir yüz otuz səkkiz min səkkiz yüz yeddi manat qırx qəpik) təşkil edir. Aparılan tədqiqat zamanı "Star- İnşaat” MMC tərəfindən yerinə yetirimiş işlərdə smetadan kənaraçıxma işlərinin görüldüyü müəyyən edilmişdir. Həmin işlərin həcmi tərtib olunan cədvəl 2-də göstərilmişdir. Smetadan kənara çıxma işlərinin dəyəri: 17946 (on yeddi min doqquz yüz qırx altı) manat təşkil edir. "Star-İnşaat” MMC tərəfindən yerinə yetirimiş işlərdə yağış növlərinin 155.05 kv.m.-i (443 paqon metr) birtərəfli, 851.2 kv.m-i (532+532=1064 paqon metr) ikitərəflidir. Həmin novlarının dəyişdirilməsi işlərinin ##.##.2023-cil il tarixinə dəyəri (smetadan kənar işlərlə birlikdə): 138 807,40 manat (bir yüz otuz səkkiz min səkkiz yüz yeddi) təşkil edir. Yağış novlarının birtərəfli və ya ikitərəfli sistem üzrə layihələndirilməsi və quraşdırılması işlərin həcminə və ümumi dəyərinə birbaşa təsir göstərir. Birtərəfli nov sistemi daha az material sərfi, az sayda birləşdirici element və daha qısa montaj müddəti tələb etdiyindən nisbətən aşağı maya dəyəri ilə xarakterizə olunur. İkitərəfli nov sistemi isə konstruktiv olaraq daha çox uzunluqda nov, əlavə dayaqlar, dirəklər və su axıdıcı elementlər tələb etdiyindən, həm material sərfi, həm də işçilik həcmi artır və nəticə etibarilə ümumi dəyər yüksəlir. Həmçinin tərtib edilən smeta cədvəllərində (material və işçilik) hesablama zamanı ƏDV nəzərə alınmamışdır.

İlk iddiaçı tərəfindən "Star İnşaat” MMC-nin hesabına 133 492,90 (bir yüz otuz üç min dörd yüz doxsan iki manat doxsan qəpik) manat məbləğində avans məbləğin ödənilməsi işin mübahisəsiz halıdır. Həmin hal ödəniş sənədləri ilə də öz təsdiqini tapır.

İlk iddiaçı cavabdehin hesabına 133 492,90 manat avans pul məbləğinin köçürüldüyünü, lakin icraçının müqavilədə göstərilən müddətə işləri təhvil verə bilmədiyini, icraçının işləri yalnız 78 195 (yuetmiş səkkiz min bir yüz doxsan beş) manat dəyərində icra etdiyini (həmin işlər qəbul edilmişdir) bildirərək, "Star İnşaat” MMC-nin "xxxx” ASC-yə geri qaytarmalı olduğu məbləğin 55 297,90 manat (133 492,90 – 78 195 = 55 297,9) təşkil etdiyini və həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir.

Müəyyən olunduğu kimi, icraçı tərəfindən ümumilikdə 138 807,40 manat (ƏDV xaric) dəyərində işlərin görülməsi işdə olan rəylərlə öz təsdiqini tapır. Sifarişçi tərəfindən ödənilən məbləğ isə 133 492,90 manat (ƏDV xaric) təşkil edir. Beləliklə, görülən işlərin həcmi dəyəri ödənilmiş işlərin həcmindən artıqdır.

Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia tələbi göstərilən hissədə əsasssız olduğundan təmin edilməməlidir.

İlk iddia tələbinin digər hissəsini "Star İnşaat” MMC-dən hər gecikdirilmiş günə görə hesablanmış cərimə borcu 1935,43 manat məbləğində pulun tutulması təşkil edir.

Məhkəmə ilk iddia tələbinin hazırkı hissəsinə münasibətdə qeyd edir ki, ilk iddia tələbi əsas hissədə təmin edilmədiyindən göstərilən hissədə də təmin edilməməlidir.

Qarşılıqlı iddia tələbinin bir hissəsini cavabdeh "xxxx” ASC və iddiaçı "Star-İnşaat” MMC arasında bağlanmış ## ######## 2023-cü il tarixli, ZTP- Sİ-***/** №-li xidmət müqavilənin şərtlərinin yerinə yetirilməsi, təsdiq edilməmiş üçüncü forma 2 və 3 üzrə əsas məbləği 42 666,40 manat, ƏDV-si 7679,95 manat olmaqla, ümumi məbləği 50346,35 manat, həcmi 532 p/m olan işlərin qəbul edilməsi (avans olaraq ödənilmiş ƏDV xaric 133 492,90 manat - 3 ədəd forma 2 aktının cəmi 120 861,40 manat = 12 631,50 manat) təşkil edir.

Yuxarıda qeyd edilənlərə əsasən icraçı "Star-İnşaat” MMC tərəfindən tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə işlərin görüldüyü təsdiqini tapdığından, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi hazırkı hissədə təmin edilməli və "xxxx” Açıq Səhmdar Cəmiyyəti və "Star-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ######## 2023-cü il tarixli, ZTP-Sİ-106/23 nömrəli xidmət müqaviləsi üzrə təsdiq edilməmiş üçüncü forma 2 və 3 üzrə ƏDV daxil ümumi məbləği 50346,35 manat dəyərində olan işlər qəbul edilməlidir.

Qarşılıqlı iddia tələbinin digər hissəsini iddiaçı "Star-İnşaat” MMC-nin müqavilə üzrə çəkdiyi və ekspert rəyi ilə təsdiq edilmiş əlavə ƏDV xaric 17 946 manat məbləğində xərcdən 5314,50 manat olmaqla (ƏDV-si 956,61 manat), cəmi ƏDV daxil 6271,11 manat məbləğində pulun cavabdeh "xxxx” ASC-dən tutulması təşkil edir. Məhkəmə qarşılıqlı iddia tələbinin hazırkı hissəsi ilə bağlı ilk növbədə qeyd edir ki, təqdim edilmiş sənədlər, eləcə də ekspert rəylərindən də görünür ki, aparılan tədqiqat zamanı "Star-İnşaat” MMC tərəfindən yerinə yetirimiş işlərdə smetadan kənaraçıxma işlərinin görüldüyü müəyyən edilmişdir. Həmin işlərin həcmi Cədvəl 2-də göstərilmişdir. Smetadan kənara çıxma işlərinin dəyəri: 17 946 (on yeddi min doqquz yüz qırx altı) manat təşkil edir. 133 492,90 manat (avans, ƏDV xaric) – 120 861,40 manat (cəmi iş, ƏDV xaric) = 12 631,50 manat (qalıq, ƏdV xaric). 17 946 manat (əlavə işlər, ƏDV xaric) - 12 631,50 manat (qalıq, ƏDV xaric) = 5314,50 manat (qalıq məbləğ, ƏDV xaric). ƏDV xaric (manatla) 5314,50 + ƏDV (manatla) 956.61 = cəmi məbləğ (manatla) 6271,11.

Qarşılıqlı iddia tələbinin hazırkı hissəsilə bağlı məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli və "xxxx” Açıq Səhmdar Cəmiyyətindən qalıq ƏDV daxil 6271,11 manat (altı min iki yüz yetmiş bir manat on bir qəpik) tutularaq iddiaçıya ödənilməlidir.

Qarşılıqlı iddia tələbinin digər hissəsini cavabdeh "xxxx” ASC-dən 2 ədəd konteyner üçün hər ay 500 manat əsas məbləğ olmaqla, ##.##.2024-cü il tarixindən ##.##.2026cı il tarixinədək 24 ay üçün 12000 manat əsas məbləğin və 2160 manat məbləğində ƏDV-nin tutulması təşkil edir.

Qarşılıqlı iddia tələbinin göstərilən hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, göstərilən hissə ilə bağlı müvafiq üçüncü şəxslə olan icarə müqaviləsi məhkəməyə təqdim edilmiş, həmçinin həmin şəxs məhkəmədə şahid qismində dindirilmişdir. Lakin göstərilən müddətdə icarə haqqının, yaxud hər hansı məbləğin icarəyəverənə ödənilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən qarşılıqlı iddiaçının hər hansı zərərə, məhrumiyyətə məruz qalması öz təsdiqini tapmadığından iddia həmin hissədə təmin olunmamalıdır.

Eləcə də, qarşılıqlı iddia üzrə iddiaçı ödənilmiş 220,60 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx” ASC-dən ixeyrinə tutulmasını xahiş etmişdir.

Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq "xxxx” ASCdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,40 manat (qırx altı manat qırx qəpik) məbləğində pul vəsaiti tutularaq "Star-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.

İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 30,70 manat hissəsi "xxxx” Açıq Səhmdar Cəmiyyətindən, 69,30 manat hissəsi isə "Star-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

Həmçinin, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatının dəyəri olan 500 manat pulun 153,50 manat hissəsi "xxxx” Açıq Səhmdar Cəmiyyətindən, 346,50 manat hissəsi isə "Star-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx” MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ01350100000000002944, SWIFT BIK: IBAZAZ2X, hesab: AZ471BAZ35090019444176788205) köçürülməlidir.

34. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385-ci, 386-cı, 442-ci, 448.1-ci, 752.1-ci, 753.1-ci, 755-ci və Mülki Prosessual Məcəllənin 107.1-ci, 119.1-ci maddələrinə istinad etmişdir.

35. Həmin qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin qanuni nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar qeyd olunmuşdur: “## ######## 2023-cü il tarixli, ZTP-Sİ-106/23 nömrəli xidmət müqaviləsinə əsasən “xxxx” ASC (sifarişçi), “Star İnşaat” MMC (icraçı) arasındabağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən binaların və zavodların damında 3329 metr uzunluğunda yağış novlarının dəyişdirilməsi xidmətlərini yerinə yetirməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən xidmətlərin qiyməti 1 paqon metr üçün 88,55 manat təyin olunmuş, ümumi qiymət isə 266 985,85 manat +48 057,44 manat ƏDV təşkil edir. Müqavilənin bəndlərinə uyğun olaraq icraçı; 3.1 .əgər əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 50%-i öncədən, digər 50%-i isə iş yekunlaşıb təhvil verildikdən sonra nağdsız ödəniş şəklində icraçının hesabına ödənilir. Xidmət(lər) bu müqavilənin 4.7-ci maddəsinə müvafiq qaydada təhvil verildikdən sonra 15 iş günü ərzində köçürmə yolu ilə icraçının hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir. 3.2. icraçı tərəfindən bu müqavilə və ya sifarişçinin hüquqları hər hansı şəkildə pozularsa, pozuntu aradan qaldırılanadək icraçı sifarişçiyə hər gecikdirilən gün üçün cəmi məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. 3.3. sifarişçiyə ödənilməli olan istənilən ödənişlərin, cərimələrin və hər hansı zərərin əvəzinin ödənişi tərəfləri bu müqavilə üzrə öhdəliklərinin icrasından azad etmir. 3.4. əgər sifarişçi icraçıya əvvəlcədən hər hansı ödəniş etmişdirsə, sifarişçinin istənilən zaman həmin ödənişi geri tələb etmək hüququ var. Bu zaman icraçı sifarişçi tərəfindən bu müqavilənin 4.7-ci maddəsinə müvafiq qaydada təhvil alınmış xidmət(lər)in qiymətini ödənilmiş məbləğdən çıxaraq yerdə qalan məbləği, lakin 3 bank günündən gec olmayaraq sifarişçiyə ödəyir. Müqavilənin 4.1-ci bəndinə əsasən əgər əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, bu müqavilə qüvvəyə mindikdən sonra icraçı 3 iş günü müddətində xidmət(lər)in icrasına başlamalı və 60 iş günü müddətinə yekunlaşdırıb sifarişçiyə təhvil verməlidir. Müqaviləyə əsasən İddiaçı ASC (sifarişçi) icraçı “Star İnşaat” MMC-yə 133 492,90 (bir yüz otuz üç min dörd yüz doxsan iki manat doxsan qəpik) manat pul köçürmüşdür. Lakin icraçı müqavilədə göstərilən müddətə işləri təhvil verə bilməmişdir. İcraçı işləri yalnız 78 195 (yetmiş səkkiz min bir yüz doxsan beş) manat dəyərində icra etmişdir. “Zəyəm Texnologiyalar yerinə yetirmişdir. Hal-hazırda “Star İnşaat” MMC-nin İddiaçı ASC-yə geri qaytarmalı olduğu məbləğ 55 297,90 (əlli beş min iki yüz doxsan yeddi manat doxsan qəpik) manat və hər gecikdirilmiş günə görə hesablanmış cərimə borcu 1935,43 (bir min doqquz yüz otuz beş manat qırx üç qəpik) manat təşkil edir. “X2” ASC müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, “Star İnşaat” MMC öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin hissəyə düzgün şəkildə baxılmayaraq ilkin iddia tələbi təmin edilməməklə, qarşılıqı iddia tələbi isə qismən təmin edilməklə qətnamə çıxarılmışdır. Hesab edirəm ki, qətnamə qəbul edilən zaman bəzi araşdırılmamış məqamlar qalmışdır ki, həmin hissələrə hüquqi qiymət verilməmişdir”.

Apellyasiya şikayətinə qarşı etiraz

36. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar İddiaçı Açıq Səhmdar Cəmiyyətinin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, “Star- İnşaat”37. Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

39. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

40. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

41. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

42. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

43. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

45. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

47. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

48. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

49. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

50. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

51. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

52. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

53. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

54. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

55. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

56. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

57. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

58. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

59. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

60. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

61. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

62. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.

63. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

64. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.

65. Maddə 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.

66. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

67. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.

68. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

69. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

70. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

71. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

72. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

75. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

76. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

77. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

78. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

79. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

80. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

81. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

82. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

83. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

84. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

85. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsi).

86. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

87. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı mübahisə üzrə apellyasiya baxışının həddini qətnamənin ilkin iddianın rədd, qarşılıqlı iddianın qismən təmin olunması ilə bağlı hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq qarşılıqlı iddiaçı qətnamədən şikayət verməmiş, ilkin iddiaçının nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissələrini mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin qarşılıqlı iddia tələbinin qismən təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyasının mövqeyi

88. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

89. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

90. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).

91. İddia tələblərinin əsaslandırıldığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, hər iki tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 55-71) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin icrasının qüsursuz həyata keçirilməsi ilə bağlı sübutetmə yükü podratçının, işin yerinə yetirilməsi zamanı aşkar olunan qüsurların mövcudluğunu sübutetmə yükü sifarişçinin üzərinə düşür.

92. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında ## ######## 2023-cü il tarixli ZTP-Sİ-106/23 nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Star-İnşaat” MMC sifarişçinin obyektlərində yağış novlarının dəyişdirilməsi işlərini yerinə yetirməyi, sifarişçi isə görülmüş işlərin dəyərini müqavilə və onun əlavələrində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəflərin iradə ifadəsinə əsasən bağlanmış, onun şərtləri, o cümlədən qiymət, iş həcmi və ödəniş qaydası tərəflər tərəfindən imzalanmış əlavələrlə konkretləşdirilmişdir.

93. İş materiallarında olan maliyyə sənədləri, təhvil-təslim aktları və elektron qaimələr təsdiq edir ki, müqavilə üzrə işlərin icrası mərhələli şəkildə həyata keçirilmiş və sifarişçi tərəfindən icraçıya ümumilikdə 133 492,90 manat məbləğində avans ödənişi edilmişdir.

94. İşin düzgün həlli üçün əsas əhəmiyyət kəsb edən məsələ tərəflər arasında faktiki yerinə yetirilmiş işlərin həcminin və dəyərinin müəyyən olunması olmuş, bu hal xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir.

95. Mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, icraçı tərəfindən ümumilikdə 1507 paqon metr həcmində işlər görülmüş, həmin işlərin dəyəri 120 861,40 manat, əlavə (smetadan kənar) işlərin dəyəri isə 17 946 manat olmaqla, ümumi icra olunmuş işlərin dəyəri 138 807,40 manat təşkil etmişdir.

96. Məhkəmə kollegiyası hesab edir ki, mütəxəssis rəyi iş materialları ilə uzlaşır, elmi və metodoloji baxımdan ziddiyyət təşkil etmir və sübut kimi qəbul olunması üçün Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur. Mütəxəssis rəyinin nəticələri digər mötəbər sübutlarla ziddiyyət təşkil etmədiyindən, həmin rəyin təkzib edilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir.

97. Beləliklə müəyyən edilir ki, icraçı tərəfindən yerinə yetirilmiş işlərin faktiki dəyəri sifarişçi tərəfindən ödənilmiş avans məbləğindən az deyil, əksinə daha yüksəkdir. Bu halda sifarişçi tərəfindən irəli sürülən 55 297,90 manat məbləğində artıq ödənişin mövcudluğu barədə iddia sübut olunmamış qalır və bu iddianın təmin edilməsi üçün qanuni və faktiki əsaslar mövcud deyildir.

98. Mülki qanunvericilik təsbit edir ki, öhdəliklər müqavilə şərtlərinə uyğun icra edilməli, tərəflər yalnız sübut olunmuş zərər və ya öhdəlik pozuntusu hallarında məsuliyyət daşımalıdırlar. Hazırkı işdə isə sifarişçi tərəfindən iddia edilən zərər və ya artıq ödəniş faktı sübut olunmamışdır.

99. Eyni zamanda, qarşılıqlı iddia üzrə birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sübutlara və rəylərə əsasən düzgün olaraq müəyyən olunmuşdur ki, icraçı tərəfindən yerinə yetirilmiş işlərin bir hissəsi sifarişçi tərəfindən qəbul edilmiş, digər hissəsi isə qəbul edilməsə də, faktiki icra olunmuş işlər mövcud olmuş və onların dəyəri sübut olunmuşdur. Bu səbəbdən qarşılıqlı iddianın qismən təmin edilməsi qanuni və əsaslı olmuşdur.

100. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

101. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

102. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar