Məhkəmə qərarları › İş №e-2-2(3-6)-771/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-771/2026

15.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-771/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Elşən Uğur oğlu (məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlu və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh cavabdeh1 qarşı “borcun ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus dəyəri 1000 AZN olan Uğur USS 1500 modelli, barkod nömrəsi 000014999 olan soyuducunu cavabdeh cavabdeh1 alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmasını, soyuducuların vaxtında qaytarılmamasına görə 100 (üç yüz) AZN cərimənin, 34 (otuz dörd) AZN məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh cavabdeh1 tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsi, ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılması qərara alınmışdır. İddiaçı MMC ## #### 2026-cı il tarixdə qərardaddan şikayət verərək, onun ləğv edilməklə “soyuducunun qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə məhkəmə icraatını davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin ##.##.2025-ci il tarixli Qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini qərara almış və iş üzrə icraat dayandırılmışdır. Bundan sonra ##.##.2025-ci il tarixli məktubla Məhkəmə Ekspertizası Mərkəzinə # ###### 2025-ci il tarixdə daxil olmuş e-2-2 (***)-****/**** saylı iş üzrə təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının aparılması üçün əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə ## ###### 2025-ci il tarixli ekspert vəsatəti Məhkəməyə göndərilmişdir. ##.##.2026-cı il tarixli məktubla Məhkəmə Ekspertizası Mərkəzinə 0# ###### 2025-ci il tarixdə daxil olmuş e-*-*(***)-****/**** nömrəli iş üzrə təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə ## ###### 2026-cı il tarixli məlumat Məhkəməyə yenidən göndərilmiş və məktubda cavabdeh1 3- 5 sənəddə sərbəst imza nümunələrinin təqdim olunması barədə ## ###### 2025-ci il tarixdə vəsatət verilmiş, lakin vəsatət bu günə kimi təmin olunmamışdır qeyd edilmişdir. ##.##.2026-cı il tarixli məktubla Məhkəmə Ekspertizası Mərkəzinə ## ###### 2026-cı il tarixdə daxil olmuş e*-*(***)-****/**** nömrəli iş üzrə təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının aparılması üçün əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə ## #### 2026-cı il tarixli ekspert vəsatəti Məhkəməyə göndərilmişdir. ##.##.2026-ci il tarixli məktubla “Məhkəmə Ekspertizası Mərkəzinə ## ###### 2026-cı il tarixdə daxil olmuş e-*-*(***)-****/**** nömrəli iş üzrə təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə ## ### 2026-cı il tarixli məlumat Məhkəməyə göndərilmiş və cavabdeh1 2-3 sənəddə (məs: şəxsiyyət vəsiqəsini, fərdi uçot kartoçkasını, sürücülük vəsiqəsini və s.) sərbəst imza nümunələrinin və 05-07 vərəqədə "cavabdeh1" yazıları dəfələrlə yazdırılmaqla eksperimental xətt nümunələrinin təqdim olunması barədə ## #### 2026-cı il tarixdə vəsatət verilmiş, lakin vəsatət bu günə kimi təmin olunmamışdır qeyd olunmuşdur. Dəfələrlə Məhkəməyə məktub göndərilməsinə baxmayaraq, Məhkəmə ekspertin vəsatətlərinin icrasını təmin etməmişdir. Məhkəmə ##.##.2026-cı il tarixli Qərardad ilə icraatın təzələnməsini qərara almış və yenidən ##.##.2026-cı il tarixli Qərardad ilə yenidən iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin etmiş və Ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırmağa qərar vermişdir. Eyni ekspertizanın yenidən təyin edilməsi işin əsassız uzadılmasına və işə ağlabatan müddətdə baxılması hüququ pozulur. Bu qədər müddətləri ötürdükdən sonra Məhkəmə ekspertin vəsatətlərinin icrasını təmin etmədən, ekspertizanın aparılmasına mane olan halları aradan qaldırmadan eyni ekspertizanı təkrar təyin etmişdir. Bu isə mülki mühakimə icraatının operativlik, prosessual qənaət və işə ağlabatan müddətdə baxılması prinsiplərinə zidd olmaqla işin əsassız uzanmasına səbəb olmuşdur. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə məhkəmə tərəfindən ekspertiza təyin edildikdə iş üzrə icraatı dayandıra bilər. Göründüyü kimi, qanunvericilikdə ekspertiza təyin olunduğu halda iş üzrə icraatın dayandırılması imkanı nəzərdə tutulmuşdur. Hazırki iş üzrə isə məhkəmə ekspertizası təyin edildiyindən birinci instansiya məhkəməsi icraatın dayandırılmasının zəruri olması qənaətinə gəlmişdir. MPM-in 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Kollegiya göstərilənləri nəzərə alaraq qeyd edir ki, hazırki iş üzrə ekspertiza tədqiqatında tədqiqat obyektinin təqdim edilməsi nə qədər zəruridirsə, obyekti təqdim etməli olan tərəf tədqiqatdan qəsdən yayındığı halda yuxarıda qeyd edilən normanın şərtləri daxilində həmin göstərişlər tətbiq edilə bilər. Hazırkı halda məhkəmə kollegiyası icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas görmür. Şikayətdə isə hazırkı halda icraatın dayandırılması barədə qərardadın ləğv edilməsini zəruri edən hər hansı əsaslı dəlil göstərilməmişdir. Şikayətdə qeyd olunan səbəblər qərardadın ləğvi üçün əsas ola bilməz. Beləliklə, Kollegiya hesab edir ki, şikayət əsaslı deyil, qərardad qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar