Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-83/2026 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx”xxxx şirkətinə qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “xxxx”xxxx” şirkətinə qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. Işin halları
1. “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən çıxarışa əsasən, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ##.##.2026-cı il tarixdə, saat 12:41-də iddiaçının “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir.
2. TQS *** nömrəli Səhiyyə Nazirliyinin ambulator kitabçadan çıxarışdan görünür ki, nümayəndə2 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər müayinədə olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx”xxxx şirkətindən 13462,20 ABŞ dolları (13462.20 $ x 1.7 = 22885.74 AZN) məbləğində borcun və ödənmiş 159 manat (159.00 AZN / 1.7 = 93.53 $) məbləğində dövlət rusumunun, cəmi 13555,73 ABŞ dolları (13555.73 $ x 1.7 = 23044.74 AZN) məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN:**********) ##.##.2024-cü il tarixdə, mikro sahibkar subyekti kimi qeydiyyata alınmış, biyan kökü istehsalı-emalı işləri ilə məşgul olmuşdur. MMC ilə cavabdeh “xxxx”xxxx şirkəti ilə **** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında, yaş biyan kökü yığımı təşkil olunaraq, alınmış və istehsalatda emal edilərək qurudulmuş biyan kökü məhsulu istehsal olunmuş, qanunvericiliyə müvafiq qaydada gömrük rəsmiləşməsindən keçirilərək Çin Xalq Respublikasının Şuzhan rayonunda cavabdeh şirkətə ixrac olunmuşdur və cavabdehə catmışdır. Hal-hazıradək cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş, aldığı malın invoys deyərini ödəməmiş və iddiaçıya yaranmış və ödənilməmiş borcu vardır.
5. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh “xxxx”xxxx şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi, iddiaçı İddiaçı Çin Xalq Respublikasının səlahiyyətli məhkəməsinə müraciət etmək hüququ izah edilməsi, hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 159 (bir yüz əlli doqquz) manat məbləğində dövlət rüsumunun iddiaçı İddiaçı (qəbzin nömrəsi:1939614029) qaytarılması qərara alınmışdır.
6. Bundan sonra iddiaçı şikayət və ötürülmüş prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edərək, şikayətin vermə müddətinin buraxılmasının səbəbini üzrlü hesab edib həmin müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
7. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı (hakim – Gülnaz Quliyeva) ilə, Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair iddiaçı İddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməməsi, Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılması qərara alınmışdır.
8. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e*-*(*-**)-***/**** saylı qərardadından ## ###### 2026-cı il tarixdə iddiaçı İddiaçı MMC-nin şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Qərardaddan şikayət vermə müddəti ## ###### 2026-cı il tarixdə bitmişdir. Iddiaçı isə həmin qərardaddan şikayətini ## ###### 2026-cı il tarixdə vermişdir. Göründüyü kimi cavabdeh şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüş, müddətin ötürülməsinə dair hər hansı üzürlü səbəb gətirməmiş, qərardaddan qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayət verməmişdir. Iddiaçı İddiaçı MMC-nin rəhbəri xəstə olması səbəbindən xəstəxanada yatdığını, xəstəxanadan çıxdıqdan sonra da müalicəsini davam etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmə iclasında da təklif edilməsinə baxmayaraq bununla bağlı hər hansı sənədinin olmadığını göstərmişdir.
9. Belə olan halda məhkəmə hesab etmişdir ki, qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün işdə hər hansı bir əsas yoxdur. Ona görə də ərizə təmin edilməməlidir.
10. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 10-1.1, 10-1.3, 10-1.5, 133, 263-264 və 268-ci maddələrinə istinadən əsaslandırmışdır.
11. Qərardaddan narazı qalan iddiaçı şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
12. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Qərardaddan şikayətinin dəlilləri
13. İddiaçı MMC-nin rəhbəri nümayəndə2 səhhətində olan problemlər ilə əlaqədar şikayət gec verilmişdir. Məhkəmə də onun yaşını, sağlamlıq durumunu nəzərə almadan, ərizəni geri qaytarmışdır. Müddət üzürlü səbəbə görə buraxılmışdır. O hələ 2025-ci ilin noyabr ayından həm stasionar, həm də ambulator müalicədə olmuşdur. Sağlamlıq durumu ayağa qalxıb hər hansı iş görməyə və ya harasa sərbəst getməyə imkan verməmişdir. Bu durum indi də davam edir. Lakin məhkəmə bunu təsdiqedici sənəd təqdim etmədiyindən, mövcud sağlamlıq durumunu görsə də, nəzərə almamışdır və beləliklə hüququ məhdudlaşdırılmışdır. Həmin dövrdəki sağlamlıq durumu barədə indi təqdim etdiyi sənəd nəzərə alınaraq qərardad ləğv edilməli və verilmiş prosessual müddətin bərpa edilməsinə dair şikayət təmin edilməli, iddia ərizəsi icraata götürülməlidir.
b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri
14. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 72. Vətəndaşların vəzifələrinin əsası İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
17. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
18. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir
19. Maddə 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
20. Maddə 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
21. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
23. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır.
24. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.
25. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
26. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
27. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
28. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.
29. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
30. Maddə 396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.
“C.Ismayılzadənin şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2007-ci il tarixli Qərarı
31. “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”
Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. MPM-in 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
35. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ##.##.2026-cı il tarixdə, saat 12:41-də iddiaçının “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Bu halda qərardad iddiaçıya Azərbaycan Respublikası MPM-in 135.8-ci maddəsinə əsasən rəsmən verilmiş sayılır və həmin tarixdən şikayət vermək üçün müəyyən olunmuş 10 günlük müddətin axımı başlanır.
36. Iddiaçının Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadından şikayətin verilməsi üçün prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır.
37. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ##.##.2026-cı il tarixdə, saat 12:41-də iddiaçının “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Hazırkı halda qərardad ##.##.2026-cı il tarixdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirildiyindən, şikayət vermə müddətinin axını ##.##.2026-cı il tarixdən başlamış və ##.##.2026-cı il tarixdə başa çatmışdır. Lakin, iddiaçı tərəfindən şikayət yalnız ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. Beləliklə, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət ötürülmüşdür.
38. Baxmayaraq ki, iddiaçı ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin ərizəsinə ötürülmüş prosessual müddətin üzürlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir.
39. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə isə prosessual müddətin bərpası üçün əsaslar mövcud olmadıqda, müddət keçdikdən sonra verilmiş şikayət baxılmadan geri qaytarılır.
40. Şikayətdə müddətin buraxılmasının səbəbi kimi iddiaçı cəmiyyətin rəhbərinin sağlamlıq vəziyyəti göstərilmişdir. Lakin məhkəmə qeyd edir ki, prosessual müddətin bərpası yalnız həmin müddətin buraxılmasına obyektiv mane olmuş və şəxsin iradəsindən asılı olmayan halların mövcudluğu sübuta yetirildiyi halda mümkündür. Bu baxımdan müddətin bərpasını istəyən şəxs üzərinə həmin halları təsdiq edən mötəbər və kifayət edən sübutları təqdim etmək vəzifəsi düşür.
41. Iş materiallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsində müddətin ötürülməsinin səbəbi ilə bağlı hər hansı tibbi sənəd təqdim etməmişdir. Şikayətinə yalnız, TQS *** nömrəli ambulator kitabçadan çıxarış əlavə etmiş və həmin çıxarışda nümayəndə2 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək müayinədə olduğu qeyd edilmişdir.
42. Lakin təqdim olunmuş həmin sənəd şikayət vermə müddətinin axdığı ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək olan dövrdə iddiaçının nümayəndəsinin və ya cəmiyyət rəhbərinin prosessual hərəkətləri həyata keçirmək imkanından məhrum olduğunu təsdiq etmir. Eyni zamanda həmin tibbi sənəddə şəxsin tam hərəkətsiz vəziyyətdə olması, hüquqi və prosessual hərəkətləri həyata keçirə bilməməsi və ya digər şəxslər vasitəsilə nümayəndə təyin etmək imkanının olmaması barədə hər hansı məlumat mövcud deyildir.
43. Məhkəmə həmçinin nəzərə alır ki, hüquqi şəxs olan iddiaçı cəmiyyət öz hüquqlarını yalnız rəhbəri vasitəsilə deyil, nümayəndə təyin etməklə də həyata keçirə bilərdi. Buna baxmayaraq, prosessual müddət ərzində şikayətin təqdim edilməsinə mane olan obyektiv və aradan qaldırılması mümkün olmayan hallar sübuta yetirilməmişdir.
44. Eyni zamanda iş materiallarına əlavə edilmiş iddiaçının adından Cəmiyyətin Kommersiya Maliyyə Hüquq üzrə direktor müavininə verilmiş ##.##.2026-cı il tarixli etibarnamədən müəyyən olunur ki, MMC-nin adından bütün zəruri hərəkətləri o, cümlədən məhkəmə aktlarından şikayət verilməsi səlahiyyətləri həmin şəxsə verilmiş və etibarnamənin müddəti ##.##.2026-cı il tarixədək müəyyən edilmişdir.
45. Belə olan halda səlahiyyətli nümayəndə ona verilmiş səlahiyyətlər çərcivəsində tapşırığı icra etməmiş və MMC-nin direktorunun müalicədə olması iş üçün əhəmiyyət kəsb etmir.
46. Göründüyü kimi, qərardaddan vaxtında xəbərdar olmuş və onu almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə şikayətinin verilməməsi, bunun isə heç də məğbul hesab edilməyən səbəblərlə əlaqələndirməsi, müddət keçdikdən sonra şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. Istisna etmək olmaz ki, həmin şəxs sui-istifadəyə yol verib uzun müddət səhlənkarlığı nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Ismayılzadənin şikayətinə dair” ##.##.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illuziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığna xələl gətirər. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar.
48. Şikayət hüququ Avropa Konvensiyasının 6-cı maddəsinin prizması baxımından da mütləq hüquq hesab edilmir. Belə ki, Konvensiya mülki icraat çərçivəsində ümumiyyətlə apelyasiya hüququnu nəzərdə tutmamışdır. Avropa Məhkəməsi formalaşdırdığı presedent hüququ ilə apelyasiya icraatının 6-cı maddədəki təminatlar baxımından qiymətləndirilməsinin mümkünlüyünü daxili qanunvericilikdə apellyasiya hüququnun nəzərdə tutulduğu halla şərtləndirmişdir (Delkur Belçikaya qarşı iş üzrə qərarı).
49. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğiundan şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır.
50. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.
51. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
52. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.