Məhkəmə qərarları › İş №e-2-2(3-7)-94/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-7)-94/2026

05.05.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-94/2026 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Həsənov Islam Telman oğlunun sədrliyi və məruzəsi ilə, Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı (üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 QSC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC) avadanlıqların qaytarılması və pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı MMC və cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı avadanlıqların qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Əbülfəz Məmmədli) iddia qismən təmin edilmişdir. Qətnamədən iddiaçı İddiaçı MMC və cavabdeh “xxxx” MMC tərəfindən apellyasiya şikayəti verilmiş və şikayətlər işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-*)-**/**** nömrəli qərardadı ilə apellyasiya şikayətlərinə baxılması mümkün hesab edilmişdir. Gəncə Kommersiya Məhkəməsi ## ##### 2026-cı il tarixli məktubla Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Ona görə də işin Gəncə Kommersiya Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-*)-**/**** nömrəli qərardadı ləğv edilməli, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tərəfindən Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün *- *(*-*)-**/**** nömrəli iş apellyasiya baxışından çıxarılmalı və Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 364.1ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 384 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-*)-**/**** nömrəli qərardadı ləğv edilsin. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tərəfindən Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün *-*(*-*)- **/**** nömrəli iş apellyasiya baxışından çıxarılsın və Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar