Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-96/2026 26.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: podrat müqaviləsi; öhdəliklərin lazımi qaydada icra olunmaması Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Isgəndərova Aygül Vulqar qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış ## ###### 2021-ci il tarixli C-***- S-IM-** saylı “Avtomobillərə texniki xidmət və təmiri haqqında müqavilə”-dən görünür ki, müqaviləyə əsasən “Icraçı” “Sifarişçi”nin sifarişinə əsasən hər hansı bir əsasla ona məxsus olan (mülkiyyət, sahiblik, istifadə icarə, etibarnamə və sairə hər hansı bir digər əsasla ona məxsus olan və idarə etdiyi avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini icra etməyi, “Sifarişçi” isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürmüşdür.
2. Elektron qaimələrdən görünür ki, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Cavabdeh MMC-yə ##.##.2024-cü il tarixli ******** nömrəli qaimə üzrə 705,14 manat, ##.##.2024-cü il tarixli ******** nömrəli qaimə üzrə 159,91 manat, ##.##.2024-cü il tarixli ******** nömrəli qaimə üzrə 535,43 manat, ##.##.2023-cü il tarixli ****** nömrəli qaimə üzrə 647.55 manat, ##.##.2024-cü il tarixli ******** nömrəli qaimə üzrə 878,90 manat, məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür.
3. ##.##.2023-cü il tarixli, F********* nömrəli köçürmə tapşırığından, ****** nömrəli servis kartından və ## ###### 2023-cü il tarixli aktdan görünür ki, “xxxx” MMC tərəfindən ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus **AX*** dövlət nömrə nişanlı “Chevrolet Aveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği 449,16 manat olmaqla ƏDV daxil 530.01 manat təşkil edir.
4. ##.##.2023-cü il tarixli, F********* nömrəli köçürmə tapşırığından, ****** nömrəli servis kartından və ## ###### 2023-cü il tarixli görünür ki, “xxxx” MMC tərəfindən ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus **AX*** dövlət nömrə nişanlı “ChevroletAveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği 99,61 manat olmaqla ƏDV daxil 117.54 manat təşkil edir.
5. F******** nömrəli servis kartından görünür ki, “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus **AF*** dövlət nömrə nişanlı “Chevrolet Aveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği ƏDV daxil 370,64 manat təşkil edir.
6. ##.##.2024-cü il tarixli, F******** nömrəli köçürmə tapşırığından, ****** nömrəli servis kartından və ## ###### 2024-cü il tarixli aktdan görünür ki, “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus **JJ*** dövlət nömrə nişanlı “Chevrolet Aveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği 643,62 manat olmaqla ƏDV daxil 759.47 manat təşkil edir.
7. ##.##.2024-cü il tarixli, F******** nömrəli köçürmə tapşırığından, ****** nömrəli servis kartından və ## ###### 2024-cü il tarixli aktdan görünür ki, “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus **JJ*** dövlət nömrə nişanlı “Chevrolet Aveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği 85,81 manat olmaqla ƏDV daxil 119.43 manat təşkil edir.
8. ##.##.2024-cü il tarixli, F******** nömrəli köçürmə tapşırığından, ****** nömrəli servis kartından və ## ###### 2024-cü il tarixli aktdan görünür ki, “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus **AR*** dövlət nömrə nişanlı “Chevrolet Aveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği 597 manat olmaqla ƏDV daxil 705.14 manat təşkil edir.
9. ##.##.2024-cü il tarixli, F******** nömrəli köçürmə tapşırığından, ****** nömrəli servis kartından və ## #### 2024-cü il tarixli aktdan görünür ki, “xxxx” MMC tərəfindən ##.##.2024cü il tarixdən ##.##.2024-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus **JJ*** dövlət nömrə nişanlı “Chevrolet Aveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği135,52 manat olmaqla ƏDV daxil 159.91 manat təşkil edir.
10. ##.##.2024-cü il tarixli, F******** nömrəli köçürmə tapşırığından, ****** nömrəli servis kartından və ## #### 2024-cü il tarixli aktdan görünür ki, “xxxx” MMC tərəfindən ##.##.2024cü il tarixdən ##.##.2024-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus **AF*** dövlət nömrə nişanlı “Chevrolet Aveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği 139,65 manat ƏDV daxil 164.79 manat təşkil edir.
11. ##.##.2024-cü il tarixli, F******** nömrəli köçürmə tapşırığından, ****** nömrəli servis kartından və ## #### 2024-cü il tarixli aktdan görünür ki, “xxxx” MMC tərəfindən ##.##.2024cü il tarixdən ##.##.2024-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus **AF*** dövlət nömrə nişanlı “Chevrolet Aveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği 314,10 manat olaqla ƏDV daxil 370.64 manat təşkil edir.
12. ##.##.2024-cü il tarixli F********* nömrəli servis kartından görünür ki, “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə kimi Cavabdeh MMC-yə məxsus **AF*** dövlət nömrə nişanlı “Chevrolet Aveo” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtiyyat hissələrinin ümumi məbləği ƏDV daxil 370.64 manat təşkil edir.
13. “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış ## ###### 2021-ci il tarixli C- ***-S-IM-** saylı müqaviləyə əsasən ## ### 2024-cü il tarixli üzləşmə aktından görünür ki, müqavilə üzrə görülmüş işlərə əsasən ## ### 2024-cü il tarixə sifarişçinin icraçıya invoyslaşdırılmış 1905,37 AZN borcu vardır.
14. Elektron qaydada ünvanlanmış ##.##.2026-cı il tarixli pretenziyadan görünür ki, borc məbləğinin ##.##.2026-cı il tarixə kimi ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
15. Iddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 2600,71 manat xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 780,2 manat dəbbə pulu, 500 manat hüquqi yardım xərci və 54 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə “xxxx” MMC arasında ##.##.2021-ci il tarixli nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında C***-S-IM-** nömrəli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən “xxxx” MMC tərəfindən Cavabdeh MMCnin nəqliyyat vasitələrinə texniki və təmir xidmətləri göstərilmişdir. Göstərilmiş xidmətlərlə bağlı müvafiq elektron qaimə və zəruri olan digər sənədlər tərtib edilərək cavabdehə təqdim edilmişdir. Müqavilənin 5.7-ci maddəsinə əsasən göstərilmiş xidmətlərin dəyəri elektron qaimənin cavabdehə verildiyi gündən 10 (on) gün ərzində icra edilməlidir. Lakin cavabdeh elektron qaimənin ona verilməsinə baxmayaraq “xxxx” MMC-yə heç bir ödəniş etməmişdir. Hazırda göstərdikləri texniki və təmir xidmətlərinə görə cavabdehin “xxxx” MMC-yə 2600,71 manat borcu yaranmışdır. Cavabdehlə aparılmış danışıqlar heç bir nəticə vermədiyi üçün “xxxx” MMC ##.##.2026-cı il tarixdə borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh nə pretenziyaya münasibət bildirmiş, nə də ki, ödəməli olduğu borcunu ödəməmişdir. Bu isə “xxxx” MMC-nin hüquqlarını pozduğu üçün onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. ##.##.2021-ci il tarixli nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında C-***-S-IM-** nömrəli müqavilənin 5.8-ci maddəsinə əsasən, “Sifarişçi” xidmət haqqının ödənişini gecikdirirsə ödənişi gecikdirdiyi hər bir gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında dəbbə pulu ödəməlidir və dəbbə pulunun miqdarı ödənilməli olan məbləğin 30 faizindən artıq ola bilməz. Cavabdeh isə göstərilmiş xidmətlərin dəyərini təşkil edən 2600,71 manat pulun ödənişini uzun müddət gecikdirmişdir. Hesablanmış dəbbə pulu 2031,54 manat təşkil etsə də, müqavilənin 5.8-ci maddəsinə əsasən biz həmin məbləğdən 780,2 manat olan hissəni cavabdehdən tələb edirlər.
17. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə (hakim Əbülfəz Məmmədli) iddia qismən təmin edilərək, ƏDV daxil olmaqla 2600,71 manat məbləğində xidmət haqqı, 130,04 manat cərimə olmaqla ümumilikdə 2730,75 (iki min yeddi yüz otuz manat yetmiş beş qəpik) manat məbləğində pulun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi; Iddianın qalan hissədə rədd edilməsi; Ödənilmiş 47,30 (qırx yeddi manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi; Ödənilmiş dövlət rüsumunun qalan 7,30 (yeddi manat otuz qəpik) manat hissəsinin iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməsi qət edilmişdir.
18. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 462.1, 465.2 və 467-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 284-1, 284-5.3, 284-6.1, 217.1 və 217.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın tamamilə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Cavabdeh Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, tərəflər arasında müqavilə olması öz-özlüyündə xidmətlərin göstərilməsini təsdiq etmir. Xidmətin göstərilməsini təsdiq edən əsas sənəd kimi təhvil-təslim aktı çıxış edir. Lakin, məhkəmə bunu nəzərə almadan işlərin və xidmətlərin təhviltəslim aktı olmadan sadəcə iddiaçı tərəfindən elektron qaimələrin göndərilməsini onların sistem tərəfindən avtomotik təsdiq olunmasını əsas götürərək iddianı təmin etmişdir. Halbuki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcud deyildir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər:
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi, mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır
25. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
27. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
30. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
31. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər
32. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
33. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
34. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
35. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
43. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
46. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.
47. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin iddianın qismən təmin edildiyi və iddiaçının tələbin təmin edilməyən hissəsini mübahisələndirmədiyi nəzərə alınaraq, hazırkı apellyasiya baxışı çərçivəsində iddianın təmin edilmiş hissəsində qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılmalıdır.
48. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.
49. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
51. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, sifarişçi Cavabdeh MMC ilə icraçı “xxxx” MMC arasında ## ###### 2021-ci il tarixli C-***-S-IM-** nömrəli “Avtomobillərə texniki xidmət və təmiri haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, icraçı sifarişçiyə hər hansı bir əsasla məxsus olan və idarə etdiyi avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini icra etməyi, sifarişçi isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən icraçı üzərinə düşən öhdəliyi yerinə yetirərək işləri təhvil vermiş, lakin sifarişçi müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş və nəticədə onun icraçıya borcu qalmışdır. Borcun ödənilməsi barədə sifarişçiyə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də icraçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
52. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
53. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
54. Burada nəzərə alınmalıdır ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ##.##.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2018-ci il tarixli Qərarı).
55. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır.
56. Tərəflər arasındakı müqavilə şərtləri özlüyündə podrat müqaviləsinin ünsürlərini əhatə etdiyindən hazırkı mübahisə həmin münasibətləri tənzimləyən hüquq normaları çərçivəsində dəyərləndirilməlidir.
57. Məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçının müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etdiyi müəyyən edilir.
58. Belə ki, tərəflərin bağladığı müqavilə üzrə dəyəri 2600.71 manat olan işlərin görülərək, cavabdehə təhvil verilməsi iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sənədlərlə (malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar, üzləşmə aktı və servis kartı) təsdiq edilir.
59. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən görülmüş işlərə görə ödənilməyən ümumilikdə 2600.71 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
60. Həmçinin cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
61. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
62. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, cərimə barədə şərt mövcuddur. Belə ki, müqavilənin 5.8-ci bəndində sifarişçinin xidmət haqqının ödənilməsini gecikdirdiyi təqdirdə, hər bir gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur.
63. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
64. Bu mənada, birinci instansiya məhkəməsi düzgün olaraq müqavilə üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, eyni zamanda işin hallarını nəzərə alaraq, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cərimə məbləğini azaldaraq, 130,04 manat məbləğdə müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.
65. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
66. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 10000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.