Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-97/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), X5 və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndələri X6, nümayəndə1, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkil) Vəkil və nümayəndəsi (direktor) Mirzəyev Şahlar Qərib oğlunun iştirakı ilə, Işin halları
1. ##.##.2023-cü il traixli ** saylı tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolundan görünür ki, “Mənzil fondunun əsaslı təmir işləri” ilə əlaqədar Birliyin balansında olan binalarda əsas təmir işlərinin satınalınması (müsabiqə IN: 56642) ilə bağlı cavabdeh tender təklifinin qiyməti 950041,83 manat olmaqla 100 bal əsasında qiymətləndirilərək tenderin qaibi olmuş, həmin protokola Gəncə şəhəri 3-cü mikrorayon bina 2 (5 mərtəbəli 4 bloklu), 3-cü mikrorayon bina 3 (5 mərtəbəli 4 bloklu), 4-cü mikrorayon bina 1 (5 mərtəbəli 6 bloklu), 4-cü mikrorayon bina 15 (5 mərtəbəli 6 bloklu), 4-cü mikrorayon bina 16 (5 mərtəbəli 6 bloklu), Nizami prospekti bina 14-də görüləcək işin adı, ərtaflı təsviri, miqdarı və ölçüsü qeyd edilməklə iş həcmi cədvəli əlavə edilmişdir.
2. Cavabdeh tərəfindən tərtib edilən qiymət cədvəlinə əsasən, Gəncə şəhəri 3-cü mikrorayon bina 2 (5 mərtəbəli 4 bloklu), 3-cü mikrorayon bina 3 (5 mərtəbəli 4 bloklu), 4-cü mikrorayon bina 1 (5 mərtəbəli 6 bloklu), 4-cü mikrorayon bina 15 (5 mərtəbəli 6 bloklu), 4-cü mikrorayon bina 16 (5 mərtəbəli 6 bloklu), Nizami prospekti bina 14-də görüləcək işin adı, ərtaflı təsviri, miqdarı, ölçüsü, qiyməti və qiymət təklifi qeyd edilməklə cəmi qiymət 805120,20 manat, cəmi ƏDV 144921,60 manat, təklifin ümumi qiyməti 950041,83 manat qeyd edilmişdir.
3. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı IB-nin ##.##.2023-cü il tarixli və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ##.##.2023-cü il tarixli məktublarından görünür ki, açıq tender sorğusunun nəticələrinə dair tender komissiyasının yekun protokolunun surətinin qeydə alınması üçün Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunmuş, dövlət xidmətində Mənzil Kommunal Təsərrüfatı Istehsalat Birliyi tərəfindən təqdim edilmiş 950041,83 manat məbləğində Birliyin balansında olan binalarda əsaslı təmir işlərinin satın alınması məqsədilə cavabdeh ilə müqavilənin bağlanılmasına əsas verən elektron satınalma vasitəsilə keçirilmiş açıq tender prosedurunun nəticəsi barədə yekun protokol qeydə alınmışdır.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X19 Agentliyinin ##.##.2022-ci il tarixli ***** saylı iddiaçının “Mənzil Fondunun əsaslı təmir işləri” ilə əlaqədar Birliyin balansında olan əsaslı təmir işlərinə dair rəyindən görünür ki, təmir işlərinin resurs metodu ilə tərtib olunmuş obyekt smeta üzrə cəmi 844218 manat, o cümlədən TQI-844218 manat dəyərində tikinti layihəsi razılaşdırılır.
5. Iddiaçı ilə cavabdeh arasında bağlanmış ## ###### 2023-cü il tarixli ** nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən, sifarişçi “Mənzil fondunun əsaslı təmir işləri” ilə əlaqədar Birliyin balansında olan binalarda əsas təmir işlərinin satınalınması üçün icraçının 950041,83 manat məbləğində tender təklifini qəbul etmiş, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan “Mənzil fondunun əsaslı təmir işləri” ilə əlaqədar Birliyin balansında olan binalarda əsaslı təmir işlərini təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Müqavilənin 5.1-ci bəndinə əsasən, icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Müqavilənin 5.4-cü bəndinə əsasən, sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Müqavilənin 13.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının tədqim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. Müqavilənin 13.2-ci bəndinə əsasən, sifarişçi satınalma müqaviləsinin yerinə yetirilməsi üçün icraçıya tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün icraçı tərəfindən sifarişçiyə avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunamlıdır. Müqavilənin 13.3-cü bəndinə əsasən, müqaviə üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) sifarişçi tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada və müddətdə icraçıya ödənilir. Satınalma müqavilənin icrası tam başa çatdıqdan (texniki təminat müddəti də daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılması nəzərə alınmaqla) 15 bank günü müddətində sifarişçi ilə icraçı arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ icraçıya ödənilir. Müqavilənin 14.1-ci bəndinə əsasən, icraçı müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi halda sifarişçiyə dəyən ziyanı müqavilənin yerinə yetirilməsi təminatından ödəməlidir. Müqavilənin 17.1-ci bəndinə əsasən, sifarişçi (və ya onun nümayəndələri) tenderin əsas şərtlər toplusunda təzərdə tutulmuş qaydada, heç bir əlavə xərc çəkmədən, müqavilənin texniki və digər şərtlərinin icrasına nəzarət etmək və sınaq keçirmək hüququna malikdir. Müqavilənin 18-ci bəndinə əsasən, müqavilənin icrası müddətində sifarişçi aşkar edilmiş qüsurlar haqqında icraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. Icraçı qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində aradan qaldırır. Icraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırılmırsa, sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və icraçıya ödəniləcək məbləğdən çıxır.
6. Mallar (işlər xə xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsinə əlavə olan xüsusi şərtlərə əsasən müqavilənin başlanma tarixi müqavilənin imzalanması tarixi, işlərin tam başa çatma tarixi ## ###### 2023-cü il, sahənin yerləşdiyi yer Gəncə şəhəri, qüsurlara görə məsuliyyət müddəti 2 ay müəyyən edilmişdir. Həmin şərtlərin 12-ci bəndində göstərilmişdir ki, avans ödənişi məbləği (sifarişçinin tələbi əsasında): Müqavilə qiymətinin 30%-i avans ödənişi sifarişçini qane edən bank zəmanəti əsasında 10 gün müddətində verilir. Həmin şərtlərin 14-cü bəndində göstərilmişdir ki, aralıq ödənişlər: Görülmüş iş həcmlərinə uyğun olaraq avans formasında ödənilmiş 30% nəzərə alınmaqla təqdim edilmiş forma iki aktları əsasında həyata keçirilir. Həmin şərtlərin 15-ci bəndində göstərilmişdir ki, sifarişçi ilə razılaşma olmadan görülən iş həcmləri qəbul olunmur. Sifarişçi müqavilə qiymətindən əlavə iş həcmlərinə görə tələb olunan vəsaitin ödənilməsi üçün müvafiq müqavilə bağlamalıdır.
7. ##.##.2023-cü il tarixli qabaqcadan ödənişlər üzrə qısamüddətli öhdəlik sənədi olan forma 15 sənədindən, qabaqcadan ödənişlər üzrə sifariş sənədi olan forma 17 sənədindən, ##.##.2023-cü il tarixli ** saylı hesab fakturadan, ödəniş tapşırığından və ##.##.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, 285012,55 manat (241536,06 manat əsas və 43476,49 manat ƏDV məbləğinin) pulun “xxxx” MMC-yə köçürülməsi barədə hesab faktura tərtib edilərək Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı IB-nə təqdim edilmiş, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı IB ** saylı regional xəznədarlıq idarəsinə 285012,55 manat (241536,06 manat əsas və 43476,49 manat ƏDV məbləğinin) pulun “xxxx” MMC-yə köçürülməsi üçün müraciət etmiş, ##.##.2023-cü il tarixli ** saylı HF-ya əsasən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı IB-nin hesabından 241536,06 manat əsas və 43476,49 manat ƏDV məbləğinin “xxxx” MMC-yə köçürülməsi üçün köçürmə tapşırığı verilmiş və həmin məbləğ sonuncunun hesabına köçürülmüşdür.
8. Tikinti başlanması dövründən avqust və sentyabr ayında görülmüş işlərin smeta qiymətləri ilə dəyəri olan forma 2 sənədindən, 2023-cü ilin avqust-sentyabr ayında yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə dair arayış - forma 3 sənədindən, ##.##.2023-cü il tarixli mal (iş və xidmətin) alışı sənədi olan forma 16 sənədindən, ##.##.2023-cü il tarixli qısamüddətli öhdəlik sənədi olan forma 14 sənədindən, ##.##.2023-cü il tarixli seriya EBDP ****** nömrəli elektron qaimədən, ödəniş tapşırığından və ##.##.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, “xxxx” MMC tərəfindən işin adı, görüldüyü yer, ölçüsü, miqdarı, qiyməti və məbləği göstərilməklə ümumilikdə 372724,38 manat əsas və 67090,39 manat ƏDV olmaqla 439814,77 manat məbləğində işin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı IB-nə təhvil verilməsi ilə bağlı forma 2 sənədi tərtib edilmiş, hər iki tərəf həmin sənədi təsdiq etmiş, həmçinin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı IB və “xxxx” MMC avqustsentyabr ayında yerinə yetirilmiş podrat işlərinin dəyərinin 372724,38 manat əsas və 67090,39 manat ƏDV olmaqla 439814,77 manat olmasını təsdiq edən arayış imzalamışlar. 372724,38 manat əsas və 67090,39 manat ƏDV məbləği olmaqla 439814,77 manat məbləğində (avans məbləği olan 285012,55 manat məbləğ daxil) elektron qaimə “xxxx” MMC tərəfindən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı IB-nə göndərilmiş, qaimə təsdiq edilmişdir. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı IB ** saylı regional xəznədarlıq idarəsinə 154802,22 manatın (131188,32 manat əsas və 23613,90 manat ƏDV məbləğinin) “xxxx” MMC-yə köçürülməsi üçün müraciət etmiş, ##.##.2023-cü il tarixli ****** saylı HF-ya əsasən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı IB-nin hesabından 131188,32 manat əsas və 23613,90 manat ƏDV məbləğinin “xxxx” MMC-yə köçürülməsi üçün ödəniş tapşırığı verilmiş və həmin məbləğ sonuncunun hesabına köçürülmüşdür.
9. Tikinti başlanması dövründən oktyabr, noyabr ayında görülmüş işlərin smeta qiymətləri ilə dəyəri olan forma 2 sənədindən, 2023-cü ilin oktyabr-noyabr ayında yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə dair arayış, forma 3 sənədindən, ##.##.2023-cü il tarixli mal (iş və xidmətin) alışı sənədi olan forma 16 sənədindən, ##.##.2023cü il tarixli qısamüddətli öhdəlik sənədi olan forma 14 sənədindən, ##.##.2023-cü il tarixli seriya EBDT ****** nömrəli elektron qaimədən. ödəniş tapşırığından və ##.##.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, işin adı, görüldüyü yer, ölçüsü, miqdarı, qiyməti və məbləği göstərilməklə ümumilikdə 251496,29 manat əsas və 45269,33 manat ƏDV olmaqla 296765,62 manat məbləğində iş “xxxx” MMC tərəfindən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı IB-nə təhvil verilməsi ilə bağlı forma 2 sənədi tərtib edilmiş, hər iki tərəf həmin sənədi təsdiq etmişlər. Həmçinin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı IB və “xxxx” MMC oktyabr-noyabr ayında yerinə yetirilmiş podrat işlərinin dəyərinin 251496,29 manat əsas və 45269,33 manat ƏDV olmaqla 296765,62 manat olmasını təsdiq təsdiq edən arayış imzalamışlar. 251496,29 manat əsas və 45269,33 manat ƏDV məbləği olmaqla 296765,62 manat məbləğində elektron qaimə “xxxx” MMC tərəfindən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı IB-nə göndərilmiş, qaimə təsdiq edilmişdir. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı IB ** saylı regional xəznədarlıq idarəsinə 296765,62 manatın (251496,29 manat əsas və 45269,33 manat ƏDV məbləğinin) “xxxx” MMC-yə köçürülməsi üçün müraciət etmiş, ##.##.2023-cü il tarixli ****** saylı HF-ya əsasən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı IB-nin hesabından 251496,29 manat əsas və 45269,33 manat ƏDV məbləğinin “xxxx” MMC-yə köçürülməsi üçün ödəniş tapşırığı verilmiş və həmin məbləğ sonuncunun hesabına köçürülmüşdür.
10. Tikinti başlanması dövründən dekabr ayında görülmüş işlərin smeta qiymətləri ilə dəyəri olan forma 2 sənədindən, 2023-cü ilin dekabr ayında yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə dair arayış, forma 3 sənədindən, ##.##.2023-cü il tarixli mal (iş və xidmətin) alışı sənədi olan forma 16 sənədindən, qısamüddətli öhdəlik sənədi olan forma 14 sənədindən, ##.##.2023-cü il tarixli seriya EBDV ****** nömrəli elektron qaimədən, ##.##.2023-cü il tarixli ** saylı hesab fakturadan, ödəniş tapşırığından və ##.##.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, işin adı, görüldüyü yer, ölçüsü, miqdarı, qiyməti və məbləği göstərilməklə ümumilikdə 180899,53 manat əsas və 32561,91 manat ƏDV məbləği olmaqla 213461,44 manat məbləğində iş cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi ilə bağlı forma 2 sənədi tərtib edilmiş, həmin sənəd hər iki tərəf tərəfindən təsdiq edilmişdir. Həmçinin iddiaçı və cavabdeh dekabr ayında yerinə yetirilmiş podrat işlərinin dəyərinin 180899,53 manat əsas və 32561,91 manat ƏDV olmaqla 213461,44 manat olmasını təsdiq edən arayış imzalamışlar. 213461,44 manatın (180899,53 manat əsas və 32561,91 manat ƏDV məbləğinin) cavabdehə köçürülməsi barədə hesab faktura tərtib edilərək iddiaçıya təqdim edilmişdir. Iddiaçı ** saylı regional xəznədarlıq idarəsinə 213461,44 manatın (180899,53 manat əsas və 32561,91 manat ƏDV məbləğinin) cavabdehə köçürülməsi üçün müraciət etmiş, ##.##.2023-cü il tarixli ****** saylı HF-ya əsasən iddiaçının hesabından 180899,53 manat əsas və 32561,91 manat ƏDV məbləğinin cavabdehə köçürülməsi üçün ödəniş tapşırığı verilmiş və həmin məbləğlər sonuncunun hesabına köçürülmüşdür.
11. ##.##.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilən Nizami prospektində olan bina üzrə pəncərələrin sayı 7 ədəd, ölçüləri 1,48 x 2,58, şüşələrin sayı 21-dir. Abbas Səhhət xəstəxanasının qarşısındakı binalar üzrə pəncərələrin sayı 35 ədəd, ölçüləri 1,18 x 1,49, şüşələrin sayı 70-dir.
12. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2023-cü il tarixli və ##.##.2023-cü il tarixli məktublarından görünür ki, Nizami prospektində yerləşən ** saylı binada müvafiq işlərin yerinə yetirilməsi zamanı bir nəfət bina sakininin əsassız tələblər irəli sürməsi və işlərə müdaxilə cəhdi səbəbindən şirkətin böyük çətinlikə üzləşdiyini bildirmiş, sözügedən məsələnin həllinə köməklik göstərilməsini, podrat işlərinin tamamlanması üçün zəruri iş şəraitinin və mühitinin yaradılmasını xahiş etmişdir.
13. Iddiaçının cavabdehə ünvanladığı ##.##.2024-cü il tarixli məktubundan görünür ki, sonuncunun ##.##.2023-cü il tarixli *** nömrəli və ##.##.2023-cü il tarixli *** nömrəli məktublarına cavab olaraq bildirilmişdir ki, aparılan işlərə törədilən maneçiliklə əlaqədar sakinlərlə müvafiq izahat işləri aparılmış və onların diqqətinə çatdırılmışdır ki, görülən işlərin layihə-smeta sənədləri aidiyyəti dövlət qurumları tərəfindən təsdiq edilmişdir. Yerinə yetirilmiş işlərin yekunlaşması gününə satınalan təşkilat və podratçının məsul şəxslərinin iştirakı ilə yekun protokol tərtib olunmalıdır.
14. Iddiaçının cavabdehə ünvanladığı ##.##.2024-cü il tarixli məktubundan görünür ki, ##.##.2024-cü il tarixli məktubla yerinə yetirilmiş işlərin yekunlaşması gününə satınalan təşkilat və podratçının məsul şəxslərinin iştirakı ilə yekun protokol tərtib olunmalıdır. Hal-hazıradək işlərin yekunlaşması və təhvil verilməsi üçün yekun protokol tərtib olunmamışdır. Odur ki, “xxxx” MMC 5 iş günü ərzində satınalan təşkilat və podratçının məsul şəxslərinin iştirakı ilə yekun protokol tərtib olunması üçün dəvət olunmuşdur.
15. Iddiaçının cavabdehə ünvanladığı ##.##.2024-cü il tarixli məktubundan görünür ki, “xxxx” MMC ##.##.2024-cü il tarixdə birliyin əməkdaşları ilə baxış keçirərək yekun protokol tərtib edib imzalamaq üçün dəvət olunmuşdur.
16. “xxxx” MMC-nin sifarişi ilə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı IB-nin balansında olan binalarda əsaslı təmir işlərinin tam həcmdə yerinə yetirilib-yetirilməməsinin müəyyənləşdirilməsi barədə “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, işlərinin tam həcmdə yerinə yetirilib-yetirilməməsinin müəyyənləşdirilməsi zamanı mövcud fərqin ümumi məbləği 177001,84 manat təşkil edir. Həmin rəyə əlavə olunmuş yekun protokola əsasən adı, ölçüsü, miqdarı, qiyməti və dəyəri göstərilməklə yerinə yetirilməyən işlərin məbləği 248487,42 manat əsas, 44727,74 manat ƏDV olmaqla 293215,16 manat, əlavə görülən işlərin məbləği 98485,87 manat əsas, 17727,46 manat ƏDV olmaqla 116213,32 manat, fərq 177001,84 manat qeyd edilmişdir.
17. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli **/****-*/***** saylı ekspertiza rəyindən görünür ki, rəyə işləri və xidmətlərin adı, ölçüsü və miqdarı qeyd edilməklə yerinə yetirilməyən işlərə dair * nömrəli və əlavə görülən işlərə dair * nömrəli cədvəl əlavə edilməklə 1ci və 2-ci suallar üzrə qeyd edilmişdir ki, “xxxx” MMC-nin qiymət cədvəli nəzərə alınmaqla * nömrəli formaya əsasən tərtib edilmiş 2023-cü ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə dair 3 ədəd arayış və həmin arayışlara əlavə edilmiş 3 ədəd forma 2 sənədlərində göstərilən işlərin həcmləri rəyin tədqiqat hissəsində tərtib edilmiş * saylı (cədvəldə) smetada göstərilən iş həcmlərinin faktiki olaraq yerində mövcud olmadığı, lakin həmin forma 2 sənədlərində göstərilən digər iş həcmlərinin isə yerində mövcud olduğu müəyyən edilmişdir. Yerinə yetirilməmiş təmir-tikinti işlərinin növləri və həcmləri smetada ətraflı göstərilmişdir. 3-cü sual üzrə qeyd edilmişdir ki, “xxxx” MMC tərəfindən mübahisəli binalarda yerinə yetirilmiş əlavə təmir-tikinti işlərinin növləri və həcmləri * saylı (cədvəldə) smetada ətraflı göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qaunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Ekspertiza təyini haqqında qərardadda məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid olan sual qoyulmnadığı üçün təhqiqat aparılmamışdır.
18. Azərbaycan Respublikasının Hesablama Palatasının ## ###### 2025-ci il tarixli *-*/*- *-***/**** saylı kollegiya qərarından görünür ki, dövlət büdcəsindən 2023-2024-cü illərdə və 2025ci ilin birinci yarımilliyində Gəncə şəhər Icra Hakimiyyətinə ayrılmış vəsaitdən mənzil fondunun əsaslı təmirinə, yolların əsaslı təmirinə, şəhərin abadlaşdırılmasına (təmir-tikinti işlərinə), eləsə də dövlət əsaslı vəsait qoyuluşundan Gəncə şəhər idman sarayının tikintisi və Gəncə şəhərində qəzalı vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlərin yerləşdirilməsi üçün yeni yaşayış binalarının (249 mənzil) tikintisi layihələri üzrə (layihələrin başlanma tarixindən başa çatma tarixinədək) ayrılan vəsaitlərin auditin nəticələri barədə Audit hesabatının təsdiq edilməsi qərara alınmışdır. 2.6. 2023-cü ildə mənzil fondunun əsaslı təmiri üzrə “xxxx” MMC-tərəfindən müqavilə üzrə icrası nəzərdə tutulan öhdəlikdən faktiki icra edilməyən işlərin yerinə yetirilmiş işlərin dəyərinin bərpası ilə əlaqədar olaraq Gəncə şəhəri Icra Hakimiyyətinin Mənzil Kommunal Istehsalat Birliyi tərəfindən ##.##.2024-cü il tarixdə Gəncə Kommersiya Məhkəməsində podratçıya qarşı iddia qaldırdığı, hal-hazırda məhkəmə prosesinin davam etdiyinin və məhkəmə prosesinin davam etməsi üzrə portaldan çıxarılmış müvafiq sənədlərin təqdim edildiyi, məhkəmə prosesi başa çatdıqdan sonra bu məsələ ilə bağlı kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən əlavə məlumat veriləcəyinin nəzərə alınması qeyd edilmişdir.
19. Azərbaycan Respublikasının Hesablama Palatasının 2025-ci il tarixli audit hesabatında qeyd edilmişdir ki, audit ## ###### 2023-cü il tarixindən ## #### 2025-ci il tarixədək olan dövr əhatə olunmaqla ## ####### 2025-ci il tarixindən ## ###### 2025-ci il tarixinədək olan müddətdə keçirilmişdir. 15.1.4.3. Mənzil fondunun əsaslı təmir işləri üzrə smeta sənədlərində və müqavilənin qiymət cədvəlində müəyyənləşdirilmiş həcmlərdən faktiki olaraq icra edilməyən bəzi işlərin yerinə yetirilmiş işlərin qəbulu aktlarına daxil edilməsi, müqavilədə nəzərdə tutulmayan bəzi işlərin icrası barədə müvafiq sənədləşmənin aparılması dövlət satınalmaları və tikinti sahəsinə aid normativlərin tələblərinin gözlənilməməsi ilə yanaşı işlərin həcmlərinin və dəyərinin 2023-cü ildə 144277,58 manat, 2024-cü ildə 258197,66 manat artırılması və podratçılara artıq vəsaitin ödənilmənə səbəb olmuşdur.
20. Gəncə MKTIB-nin balansında olan binalarda əsaslı təmir işləri obyekti üzrə nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinə Azərbaycan Respublikasının ## ####### 2021-ci il vəziyyətinə olan cari resurs metodu tətbiq edilərək obyektin ehtimal olunan smeta dəyəri ƏDV daxil 996177,24 manat olmuşdur. (Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsinin ##.##.2022-ci il tarixli ***** saylı rəyinə əsasən) Gəncə MKTIB-nin balansında olan binalarda əsaslı təmir işlərinin aparılması üçün Gəncə şəhəri Icra Hakimiyyətinin Mənzil Kommunal Istehsalat Birliyi ilə “xxxx” MMC arasında açıq tender satınalma metodu ilə ##.##.2023-cü ildə ƏDV daxil 950041,83 manat məbləğində müqavilə bağlanmışdır. müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş işlərin qəbul aktları ilə rəsmiləşdirilərək dəyəri “xxxx” MMC-yə ödənilmişdir. Müqavilə üzrə icrası rəsmiləşdirilmiş əsaslı təmir işləri obyektinə seçmə üsulla baxış zamanı ƏDV daxil 228139,83 manat dəyərində yerində olmayan iş həcmləri müəyyən edilmişdir. Gəncə MKTIB-nin balansında olan təmiri 2023-2024-cü illlərdə aparılmış binaların fasadının təmiri işləri obyekti üzrə MKTIB tərəfindən tərtib edilmiş yekun protokolla müəyyən edilmiş ƏDV daxil 116213,3 manat dəyərində əlavə işlər audit qrupu tərəfindən smeta qiymətləri ilə yenidən hesablanmış və bu işlərin dəyərinin ƏDV daxil 83862,24 manat olduğu müəyyən edilmişdir. Nəticədə artıq işlər nəzərə alındıqdan sonra podratçı təşkilat “xxxx” MMC-yə ƏDV daxil 144277,58 manat vəsait artıq ödənilmişdir.
21. “Mənzil Fondunun əsaslı təmir işləri” ilə əlaqədar Birliyin balansında olan binalarda əsaslı təmir işlərinin satınalınması məqsədilə keçirilmiş tender üzrə Gəncə MKTIB ilə “xxxx” MMC arasında 950041,83 manat məbləğində ##.##.2023-cü il tarixli ** nömrəli satınalma müqaviləsi bağlanmışdır. Açıq tenderin əsas şərtlər toplusunun 14-cü bəndinə əsasən malgöndərənin texniki imkanları (texniki ləvazimatları və texnikaları), icra olunacaq işlər üzrə işlərin görülməsi üzrə standartlara cavab verə biləcək texnikaların 30% öz balansında olmalıdır tələbinə əməl edilməmiş, “xxxx” MMC tərəfindən 165 adda texnika və avadanlıqları “xxxx” MMC ilə ##.##.2023-cü il tarixli icarə müqavilsəi əsasında 2 illiyinə icarəyə götürmə barədə müqavilə təqdim etmişdir. “xxxx” MMC-nin 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinə əlavə 1-in 1.1.2 və 1.1.3-cü bəndlərində də cəmiyyətin texnika və avadanlıqlarının olmadığı göstərilmişdir. Bu məsələ ilə bağlı tender komissiyası ## #### 2023-cü il tarixdə **-*** nömrəli məktubla müvafiq icra hakimiyyətinə müraciət olunsa da həmin orqan tərəfindən bunun iddiaçının qalib seçilməsinə əhəmiyyəti olmadığı bildirilmişdir.
22. Gəncə MKTIB tərəfindən 2023-cü ildə “Mənzil Fondunun əsaslı təmir işləri” ilə əlaqədar Birliyin balansında olan binalarda əsaslı təmir işlərinin satınalınması məqsədilə keçirilmiş açıq tenderin əsas şərtlər toplusunun meyarlar üzrə kəmiyyətlə qiymətləndirilməsi və tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun 19-cu bəndinə əsasən (şərtlər toplusunda maliyyə amili üzrə 60 bal, işlərin 60 gün ərzində təhvil verilməsinə görə 20 bal, istismar müddətinə görə (2-4 il) 10 bal və avans tələb edilmədiyinə görə 10 bal qeyd edilmişdir) iddiaçı “xxxx” MMC qalib elan edilmiş və onunla ##.##.2023-cü il tarixdə 950041,83 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır. Şərtlər toplusu və yekun protokolun qiymətləndirilməsi üzrə “xxxx” MMC qalib elan edilməsinə baxmayaraq müqavilənin xüsusi şərtlərində icra müddəti 60 gün əvəzinə 143 gün (120 gündən sonra təhvil verilmə müddətinə görə işlər 0 balla qiymətləndirilir). Istismar müddəti 2-4 il əvəzinə 12 ay (istismar müddəti 1 il üçün 0 bal) göstərilmiş, avans tələb edilmədiyi halda isə (11-30% arası avans tələb edənlər 0 bal qiymətləndirilib) avans ödənişi nəzərə tutulmuş və ##.##.2023-cü il tarixdə 30% həcmində 285012,55 manat məbləğində avans podratçının hesabına ödənilmişdir.
23. Azərbaycan Respublikasının Hesablama Palatasının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, aşkar edilmiş nöqsan çatışmamazlıqlar, artıq ödənilmiş məbləğ qeyd edilməklə fərqin 144277,58 manat olması göstərilmişdir. Baxış aklarına əsasən işin adı, miqdarı, qiyməti, məbləği, faktiki həcmi, dəyəri göstərilməklə cədvəl tərtib olunmuşdur. X1, X7, X10, X2, X8, X3, X4, X11, X12 ərizələrində qeyd edilmişdir ki, divarlarda və blok hissəsində olan suvaq sökülməmiş, binanın ordan-burdan tökülmüş hissələlərinə suvaq vurulmuş, əsasən köhnə suvağın üstü hamarlanıb rənglənmişdir
24. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfat IB-nin balansında olan binalarda texniki vizual baxış və ölçmə işləri aparılmışdır. Müəyyən edilmişdir ki, təqdim edilən forma 2 sənədlərində əks edilmiş işlər (həcmlər) ##.##.2023-cü il tarixli müqaviləyə uyğun olaraq Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfat IB-nin balansında olan binalarda görülmüşdür, uyğunluq təşkil edir. Təqdim edilən forma 2 sənədlərində əks edilmiş işlər (həcmlər) ##.##.2023-cü il tarixıli müqaviləyə uyğun olaraq Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfat IB-nin balansında olan binalarda görülmüş işlərin, çəkilən məbləği (işçilik və material daxil olmaqla) 954839,59 manat təşkil edir. Təqdim edilən forma 2 sənədlərində əks edilmiş işlərdən (həcmlərdən) əlavə Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfat IB-nin balansında olan binalarda işlər görülmüşdür, görülmüş işlərin, çəkilən xərclərin məbləği (işçilik və material daxil olmaqla) 151764,53 manat təşkil edir.
25. Azərbaycan Respublikası Auditorlar Palatasının ##.##.2026-cı il tarixli müstəqil auditor rəyindən görünür ki, qiymətləndiricilərin tərtib etdikləri qiymətləndirmə hesabatlarında “xxxx” MMC tərəfindən Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfat IB-nin balansında olan binalarda ##.##.2025-ci il tarixə faktiki olaraq 1106604,12 (954839,59+151764,53) manat məbləğində işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi qanuni və əsaslılıq baxımından düzgün müəyyən olunmuşdur, müvafiq Auditor sübutları və keçirilmiş müvafiq audit prosedurları ilə təsdiq olunur.
Birinci instansiya məhkəməsində icraat
26. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müqavilədə nəzərdə tutulmuş işlərin tam həcmdə görülməməsi nəticəsində iddiaçıya cavabdeh tərəfindən vurulmuş 177001,86 manat məbləğində maddi ziyanın tam məbləğdə cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı IB tərəfindən Birliyin balansında olan “Mənzil fondunun əsaslı təmir işləri ilə bağlı” keçirilmiş dəyəri 950041,83 manat olan tenderin qalibi ##.##.2023 tarixində imzalanmış * saylı tender protokoluna əsasən “xxxx” MMC olmuşdur. Birliklə “xxxx” MMC arasında dəyəri 950041,83 manat olan mallar (işlər və xidmətlər) üzrə ##.##.2023 tarixli * saylı satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmeti Birliyin balansında olan “Mənzil Fondunun əsaslı təmir işləri” olmuşdur. Müqavilənin imzalanma yeri və müqavilə üzrə işlərin görüləcəyi yer (müqavilənin icra edilməsi yeri) Gəncə şəhəri olmuşdur. Həmin müqaviləyə əsasən işlərin görülməsi üçün son tarix ##.##.2023 göstərilmişdir. Lakin “xxxx” MMC tərəfindən işlər ##.##.2023 tarixində tam həcmdə görülməyərək yekunlaşdırılmamışdır. “xxxx” MMC tərəfindən işlərin görülərək yekunlaşdırılması barədə məlumat “xxxx” MMC tərəfindən 2024-cü ilin mart ayında Birliyə verilmişdir. Birlik tərəfindən “xxxx” MMC-yə görülmüş işlərin təhvil-təslim prosesində iştirak üçün təklif göndərilsə də, “xxxx” MMC görülmüş işlərin təhvil-təslim prosesində iştirakdan imtina etmişdir. Belə olan halda Birlikdə “xxxx” MMC tərəfindən görülmüş işlərin tam həcmdə yerinə yetirilmədiyi ilə bağlı əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən Birlik “xxxx” MMC tərəfindən görülmüş işlərin tam həcmdə yerinə yetirilibyetirilməməsi ilə bağlı ekspert rəyi almaq üçün “xxxx” MMC-yə, audit rəyi üçün isə “xxxx” MMC-yə müraciət etmişdir. “xxxx” MMC-nin rəyinə əsasən “xxxx” MMC tərəfindən müqavilə üzrə görülmüş işlərin icrası zamanı “xxxx” MMC tərəfindən görülməyən işlərin siyahısı tərtib edilərək dəqiqliklə qeyd edilmiş, “xxxx” MMC tərəfindən görülməyən işlərə görə Birliyə 177001,86 manat maddi ziyan vurulduğu həmin ekspert rəyində öz əksini tapmışdır. “xxxx” MMC-nin audit rəyinə əsasən “xxxx” MMC tərəfindən müqavilə üzrə görülmüş işlərin icrası zamanı “xxxx” MMC tərəfindən görülməyən işlərin siyahısı tərtib edilərək dəqiqliklə qeyd edilmiş, “xxxx” MMC tərəfindən görülməyən işlərə görə Birliyə 177001.86 manat maddi ziyan vurulduğu həmin audit rəyində öz əksini tapmışdır.
28. Iddiaçının nümayəndəsi X9 izahatında göstərmişdir ki, Gəncə şəhər Mənzil- Kommunal Təsərrüfatı IB bu işlərə tam səlahiyyəti şəxs kimi iştirak etmiş, müqavilə Gəncə şəhərində yerləşən 6 binanın əsaslı təmiri ilə bağlı bağlanmışdır. Gəncə şəhər Icra Hakmiyyətinin bu işə aidiyyəti olmamışdır. Tərəflər arasında tərtib edilmiş və imzalanmış arayışlar əsasında müqavilə məbləği olan 950041,83 manat pul ödənilmişdir. Ödənişi iddiaçı öz hesabından etmişdir. Işlər ##.##.2023-cü il tarixədək onlara təhvil verilməli olduğu halda cavabdeh işləri 2024-cü ilin mart ayında yekunlaşdırmışdır. Forma 2 əsasında podratçıya vəsaitin ödənilməsinin səbəbi isə, həmin təmir işləri büdcədən maliyyələşdirildiyinə görə növbəti ilə ödənişin mümkün olmaması olmuşdur. Dövlət büdcəsindən maliyyələşmə olduğuna görə ödəniş ilin sonuna kimi ödənilməli olmuş və sonrakı ildə ödəniş edilməsi mümkün olmamışdır. Belə ki, büdcə bağlanacağı təqdirdə ödəniş etmək mümkün olmayacaqdı. Podratçı da bildirmişdir ki, pul ödənilsin, işi ilin sonuna kimi təhvil verəcəkdir. Forma 2 sənədi tərtib edilmiş, sənədlər razılasdırılmış, lakin işlər bitməmişdir. Təhvil-təslim edilməsi üçün telefon vasitəsi ilə dəfələrlə cavabdehə məlumat verilmişdir. Lakin cavabdeh tərəf təhvil-təslimə gəlməmişdir. Onlar mütəxəssis olmadıqlarına görə sənədləri imzalamışlar, lakin ekspertiza zamanı işlərin tam görülməməsi aydın olmuşdur. Ekspert yerində baxış keçirərək rəy vermişdir. Ekspertiza zamanı cavabdehin iştirakı təmin edilməmişdir.
29. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbinə uyğun izahat verərək əlavə olaraq göstərmişdir ki, audit rəyini tam təqdim etməklə yoxlamanın nəyin əsasında keçirildiyi ilə bağlı sənəd də təqdim etmişlər. Hesablama Palatasının rəyində başqa şirkətlərin də adının qeyd edilməsinə baxmayaraq məhkəməyə müraciət edib-etməmək Birliyinin öz hüququdur, burda cavabdehə qarşı hər hansı qərəzəlilikdən söhbət gedə bilməz. Hesablama Palatası rəyini hər hansı sifariş əsasında verməmişdir. “Azərbeynəlxalq” Auidit Xidməti ilə müqaviləni iddiaçı təşkilat bağlamışdır, onların isə kimdən rəy alması iddiaçıya maraqlı deyil. Iddianın təmin edilməsini xahiş etmişdir.
30. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 izahatında göstərmişdir ki, Gəncə şəhər, MKTIBnin rəis müavini vəzifəsində işləyir. 2023-cü ildə MKTIBnın mənzil fondunun əsaslı təmir işləri üzrə “xxxx” MMC qalib olmuşdur. Işlərə avqust ayında başlanılmış və həmin ilin sonuna qədər yekunlaşmalı olmuşdur. 6 binada əsaslı təmir işləri görülmüşdür. Texniki nəzarəti həyata keçirmiş və binalarda gedən işləri aradabir yoxlamışdır. Dekabr ayının sonuna kimi işlər təhvil verilməli idi. Gəncə şəhəri, Nizami küçəsi bina 14-ün işinin doxsan faizi qalmışdır. Yanvar ayında qalan işlərin görülməsi podratçı təşkilata bildirilmişdir. Həmin işlər dekabr ayında ödəniş edildiyi vaxt qalmışdır. Sonradan yanvar ayında yerinə yetirilmiş və marta kimi qurtarmışdır. Tərəflər gəlmədiyinə görə təhvil-təslim aktı imzalana bilməmişdir. Işin axırında çatışmayan işlər müəyyən edilməli idi. Bundan sonra ya görülməyən işlərin yerinə əlavə işlər görülməli idi, ya da həmin vəsait büdcəyə geri qayıtmalı idi. Özü aşkar etmişdir ki, suvağın sökülməsi mümkün deyil, əvəzində başqa işlər görülməli idi. Divar köhnə beton olduğuna görə suvaq qopmurdu. Özü də çıxıb balta ilə yoxlamış, sökmək mümkün olmamışdır. Suvaq işləri görülməmiş, yəni köhnə suvaq sökülüb yeni suvaq vurulmamışdır. Bundan başqa binanın üzərindəki borular sökülməli, onun altında olan suvaq dağıdılaraq yeni suvaq vurulmalı idi. Köhnə suvaq dağıdılmadığı üçün həmin borular da şəkillərdə olduğu kimi qalmışdır. Əvvəldən nəzərdə tutulmuş bir işin görülməsi mümkün olmadığı halda həmin iş başqa işlə əvəzləşdirilir. Təmir-tikinti barədə müqavilədə suvağın qalınlığı göstərilmir, bunu usta özü bilməlidir ki, hara nə qədər qalınlıqda suvaq vurulmalıdır. Sonuncu dəfə təqdim etdikləri şəkillərdəki sarı hissələri qopartmaq olmamış, qara hissə isə üzdən nazik vurulan mata işlənməsi olmuşdur. Bu onu göstəirir ki, nəzərdə tutulan suvaq sökülüb lazimi qədər suvaq vurulmamışdır. Şəkillərin dəqiq tarixini bilməsə də baş mühəndis tərəfindən Abbas Səhhət xəstəxanası tərəfdə olan iki binada təmir gedən zaman çəkilmişdir. Həmin şəkillərdən əvvəl də, sonra da ödəniş edilmişdir. Iddiaçı tərəf demək istəyir ki, cavabdeh görməli olduğu işi görməmiş, onun əvəzinə başqa işlər görmüşdür. Iddiaçı tərəf 116213 manatlıq işi artıq görülmüş iş hesab edir. Ancaq görülməyən işlərin pulu əvvəlcədən verilmişdir. Həmin pul büdcəyə qayıtmalı idi. Iddiaçı tərəfindən iki dəfə cavabdeh şirkətə məktub göndərilmişdir ki, yekun protokolun tərtib olunması üçün dəvət edilir. Lakin cavabdehin nümayəndəsi məktubun göndərilmədiyini bildirir. Sonradan işlərin keyfiyyətinə, həcminə bir yerdə baxış keçirilməsi ilə bağlı bildiriş göndərilmiş, podratçı təşkilat gəlmədiyinə görə audit dəvət olunmuşdur. Rəy əsasında məlum olmuşdur ki, görülməmiş işlərə görə borc qalmışdır. “xxxx” MMC tərəfindən rəy verilərkən həmin dövrə məxsus bazar qiymətləri nəzərə alınmış, FHN tərəfindən verilən rəy də onlara təqdim edilmişdir. Binaya baxış etməyə gələn eksperti o bütün binaları gəzdirmiş, hamısını gəzəndən sonra binaladan birinin kiçik bir hissəsini dağımış və baxış keçirmişdir. Hesablama Palatası onların təqdim etdikləri sənədlər əsasında hesablama aparmamışdır, özləri Gəncə şəhər Icra Hakimiyyətinə gəlmiş, 2024-2025-ci illər üzrə Gəncə şəhər Icra Hakimiyyəti tərəfindən və onların tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsinin yoxlanmasını həyata keçirmişlər. Hesablama Palatası 2023-2024-cü illər və 2025-ci ilin birinci yarısı dövlət büdcəsindən ayrılmış vəsait hesabına görülmüş işləri yoxlamağa gəlmişlər. Hesablama Palatasından gələn əməkdaşlar ilk öncə 5 nəfər olaraq yoxlama aparmışlar. Auditorlar onların sifarişi əsasında yoxlama aparmamışdır. Auditorların məhkəməyə təqdim etdikləri sənədləri onlar auditorlara təqdim etməmişlər. Özləri gedib bütün binalara baxış keçirmiş, binalarda ölçü işləri aparmışlar, yəni yerində yoxlama aparmışlar. Hesablama Palatasının nümayəndələri binalara baxış keçirəndə onlar da iştirak etmişlər. Onları baxış keçirilməsi barədə və onun iştirakı barədə öz aktlarında qeyd aparıb ona imza çəkdirmişlər. Hesablama Palatası tərəfindən rəyin necə verilməsi barədə onlarda məlumatı yoxdur. Hesablama Palatası öz üsulları ilə yoxlama aparmış və öz üsulları əsasında hesablama aparmışdırlar. Hesablama Palatasının rəyində göstərilmiş 144000 manatı fərq məbləğini qəbul edirlər. Həmçinin “xxxx” MMC ancaq xırda kosmetik işlər görmüşdür. “xxxx” MMC ilə onların arasında müqavilə bağlanmamışdır, üçüncü MDB oyunları ilə bağlı Gəncə şəhərində aparılmış abadlıq işlərinin sifarişçisi Azərbaycan Respublikasının Nazirlər Kabineti olmuşdur. Həmin işlərin onlarla aidiyyəti yoxdur. Gəncə şəhərində qonaqlar üçün müəyyən edilmiş maşurut xətti üzrə müvafiq binalarda təmir işləri aparılmışdır. Nizami prospektikdə olan bina da həmin maşurta düşür və həmin bina da təmir edilmişdir. Təmirə 2025-ci ilin may ayında başlamışlar, MDB oyunları bitənə yaxın təmiri bitirmişlər. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir.
31. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onların şirkəti ilk dəfə 2022-ci ildə tenderdə iştirak etmiş və həmin vaxt onlara geri çəkilmələri üçün təzyiqlər edilmişdir, lakin geri çəkilməmişlər. 2023-cü ilin mart ayında yenidən keçirilmiş tenderdə qalib gəlmişlər. Onlarla müqavilə bağlanmış və işə başlamışdır. Iş əsnasında onlara hər hansı bir irad bildirilməmişdir. Birinci mərhələdə iki bina istifadəyə hazır vəziyyətə gətirildikdən sonra səlahiyyətli nümayəndələri onların işinə nəzarət etmiş və heç bir irad bildirilməmiş, bu barədə rəsmi bildiriş verilməmişdir. Ümumiyyətlə iş prosesi zamanı iddiaçı tərəf onlara şifahi və ya yazılı qaydada heç bir narazılıq, irad bildirməmişdir. Görülmüş işlərin dəyərinə dair arayışdan, yəni forma 3-dən görünür ki, qarşı tərəf işlərin görülməsini təsdiq etmişdir. Lakin,sonradan görülməmiş işlərin olduğunu əsas gətirərək onları məhkəməyə vermişlər. Forma 2 və forma 3 işlərin təhvil-təslim aktlarıdır. Bu halda sual yaranır ki, əgər iş görülməsəydi onda işlərin görülməsi barədə arayışlar niyə imzalanmışdır. 2024-cü ilin yanvar ayının əvvəlində işləri yekunlaşdırmışlar. 2024-cü ilin yanvar, fevral və mart ayında işlər görülməmişdir. Yalnız bəzi pəncərələrin taxılmasına şərait olmamış, həmin pəncərələr iddiaçı təşkilata təhvil verilmişdir. Həmin pəncərələrin quraşdırma xərci təxminən 2000-3000 manar edir. Pəncərələr ona görə quraşdırılmamışdır ki, onlara sakinlər tərəfindən şərait yaradılmamışdır. Bununla bağlı sifarişçiyə məlumat vermişlər. Bundan başqa binaların üzərindəki köhnə suvağı söküb yenidən suvaq vurmuşlar. Binalarda 95% suvaq işləri görülmüşdür. Az bir qism suvaq işləri görülməmişdir ki, onun əvəzində başqa işlər görülmüşdür. Bununla bağlı tikinti materialları gətirilmişdir. Vurulan suvaqların fotoşəkilləri də təqdim edilmişdir. Həmin işlərin pulu da onlara ödənilməmişdir. Vətəndaşlar icazə vermədiyinə görə bəzi yerlərdə işlər görülməmiş və onların da məbləği əvvəlcədən çıxılmışdır. Müqavilədə suvağın neçə sm vurulması qeyd edilməmişdir. Çünki elə yer vardır ki, 2 sm, elə yer var ki 5 sm suvaq vurulmuşdur. Suvağın 2 sm vurulması o demək deyildir ki, suvaq vurmamışdır. Işlərin əvəzləşməsi ilə bağlı rəsmi razılaşma olmamışdır, şifahi olaraq razılaşdırılmışdır. Bundan başqa ekspert binalara ancaq vizual baxmış, heç bir ölçmə işi aparmamışdır. Ekspert necə müəyyən edə bilər ki, cavabdeh olaraq harda hansı işləri görməmiş, hansı binaya suvaq vurmamışdır. Ekspert dəfələrlə demişdir ki, ona bir yer göstərilsin, o da həmin hissəni söksün və baxış keçirtsin, lakin qarşı tərəf belə bir yer göstərməmişdir. Sonda ekspert məcbur olub özü istədiyi yeri söküb baxış keçirmişdir. Qarşı tərəfin təkidi ilə Gəncə şəhərinə gəlmiş və cəmi iki binaya baxış keçirilmişdir. Qanunda yekun protokolun tərtib edilməsi ilə bağlı məcburiyyət yoxdur. Iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
32. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmirlər. Belə ki, iş materillarına əlavə edilmiş 2023-cü ilin avqsut-sentyabr, 2023-cü ilin oktyabr-noyabr və 2023-cü ilin dekabr aylarında görülmüş işlərin dəyərinə dair arayışdan, yəni forma 3-dən görünür ki, qarşı tərəf 2023-cü ilin avqsut-sentyabr ayları üçün ümumi dəyəri 439814,77 manat, 2023- cü ilin oktyabr-noyabr ayları üçün ümumi dəyəri 296765,62 manat və 2023-cü ilin dekabr ayları üçün ümumi dəyəri 213461,44 manat, ümumilikdə 950041.83 manatlıq işlərin görülməsini təsdiq etmişlər. O cümlədən iddiaçı elektron qaimə üzrə bütün pulları ödəmişdir. Iddiaçının əlavə tələbi üzrə onlar 100000 manatlıq əlavə iş görmüş və işlərin görülməsi mart ayınadək uzadılmışdır. Müqavilə üzrə görülməli olan işlər faktiki olaraq 2024-cü ilin yanvar ayının əvvəli tamamlanmışdır. Məbləğ tam olaraq onlara köçürülmüşdür. Onlar işləri yerinə yetirdikdən sonra ödənişləri almışlar. Arayışlar əsasında işlərin yerinə yetirilməsi təsdiq edilmişdir. Forma 3-də görülmüş işlərin smeta dəyəri qeyd edilmişdir. Forma 2-lərdə işlərin təhvil alındığı təsdiq edilmişdir. Qüsurlara görə məsuliyyət müddəti dekabr ayından sonrakı 2 ayı nəzərdə tutur. Tərəf işdən narazı olsa idi, qaimələri elektron qaydada qəbul etməz, o cümlədən forma 3-ü də təsdiq etməzdi. Sonuncu işlərin, yəni pəncərələrin quraşdırılması üçün iddiaçı tərəfindən onlara şərait yaradılmadığı üçün həmin pəncərlər təhvil-təslim aktları ilə iddiaçıya geri təhvil verilmişdir. Qarşı tərəf heç bir zaman, yəni nə 2023-cü ilin dekabr ayında, nə də 2024-cü ilin mart ayınadək qüsurlar haqqında onlara nə yazılı nə də şifahi qaydada məlumat verməmişdir. Halbuki müqavilənin şərtlərində işlərin görülməməsi, qüsürlu görülməsi halları üçün bildiriş müddətləri müəyyən edilmişdir. Iddiaçı tərəf qeyd edir ki, suvaq düzgün vurulmamışdır, lakin onların təqdim etdiyi fotoşəkillərdə binaların üzərində olan boruların suvaqla arasında nə qədər məsafə olduğu görünür. Lakin sonradan onların vurduğu suvağın qalınlığı həmin borunun qalınlığı qədər olmuşdur. Halbuki əvvəlki və sonrakı şəkillərdən aydın olur ki, köhnə suvaqda divardakı borular necə qabaqda dayanıb, sonrakı şəkillərdə isə boruya qədər suvaq vurulduğu görsənir. Qarşı tərəf qiymətləndirmə keçirilən zaman da onlara hər hansı məlumat verməmiş, onların iştiraklarını təmin etməmişdir. Həmçinin rəydə dəqiq olaraq hansı binalar da hansı işlərin görülməməsi tam olaraq qeyd edilməmişdir. Onlar rəyi də qəbul etmirlər. Həmin qiymətləndirici şirkətin lisenziyası hazırda ləğv edilmişdir. Onların barəsində hüquq mühafizə orqanlarında araşdırma gedir. Bildiyi qədəri ilə həmin rəy verilməmişdən qabaq lisenziyaları ləğv edilmişdir.
33. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi daha sonra izahatında göstərmişdir ki, onlar da görülən işlərlə bağlı qiymətləndirici rəyi təqdim etmişlər, həmçinin audit palatasının rəyini təqdim etmişlər. Tərəflərindən təqdim edilmiş qiymətləndirmə rəyini verən şikrət hazırda da fəaliyyət göstərir. Bundan başqa Hesablama Palatasının təqdim etdiyi sənədlərin içində aktlar vardır, aktlarda ancaq onun ili kimi 2025-ci il qeyd edilmişdir. Faktiki olaraq Hesablama Palatası araşdırmaya 7 oktayrb 2025-ci ildə başlamışdır, lakin həmin vaxtda artıq beş binanın birində üzlük işləri yenidən görülmüşdür. Belə olan halda Hesablama Palatasının təqdim etdiyi sənədlər necə mötəbər ola bilər ki. Hesablama Palatası öz yazdığı rəydə 95700 manat çatışmamazlığın Nizami küçəsində yerləşən bina ilə bağlı olduqlarını qeyd etmişlər. Lakin burda məntiqsizlik var. 2025-ci ilin oktyabr ayının 7-də həmin binanın üzərində artıq yeni təmir işləri bitmişdir, çünki MDB oyunları artıq başlamışdı. Belə olan halda Hesablama Palatası həmin binada 95700 manat çatışmamazlığı necə aşkar edə bilərdi. O binada onların gördükləri işlərin izi olmadan Hesablama Palatası 95700 manatlıq çatışmamazlığı necə müəyyən etməsi məlum deyildir. Noyabr ayında isə Hesablama Palatası rəy vermişdir ki, işlər görülməmişdir. Noyabr ayında onların bunu müəyyən etməsi mümkünsüz idi. Həmçinin, Hesablama Palatasının təqdim etdiyi cədvəllərlə mətin şəkilində yazdıqları məbləğlər fərqli-fərqlidir. Bundan əlavə, sənədlərin içərisində Icra Hakmiyyətinin məktub vardır ki, Hesablama Palatası tərəfindən 2025-ci il üzrə aparılmış işlərlə bağlı audit rəyi verilsin. Cavabdehin işləri isə 2025-ci ilə aid deyildir. Onlar işləri 2023-cü ildə görmüşlər. Audit rəyində isə işlərin 2023-2024-cü illərdə görülüməsi qeyd edilmişdir. Ancaq onların əlində hər hansı əsas yoxdur ki, cavabdeh işləri 2024-cü ildə görmüşdür. Bundan əlavə aktlar təqdim edilmişlər, ayrı-ayrı vətəndaşların qeydiyyat yerlərini araşdıranda görünür ki, hamısı başqa-başqa yerdə yaşayırlar. Həmin binalarda qeydiyyatı olmayan, yaşamayan insanlardan izahat almışlar. Həmçinin sadə vətəndaş necə bilər ki, işlər görülüb ya yox. Vətəndaşları izahatı ilə hansı işlərin görülmədəyini necə müəyyən edə bilərlər. Sadə vətəndaş işlərin kvadrat metrini necə bilə bilərki. Bundan əlavə Hesablama Palatası akt təqdim edir, ancaq aktın dəqiq tarixini qeyd etmir. Hesablama Palatasının rəydə qeyd edilmişdir ki, pəncərələr qoyulmamışdır, lakin cavabdeh pəncərələrin yerinə kimi düzəltmiş, amma binada su çənləri qoyduqları üçün pəncərələri taxa bilməmişdir. Tərəflərindən pəncərələri quraşdıra bilmədiklərinə dair iddiaçıya rəsmi məlumat vermişlər. Qeyd etdiklərinə əsasən bildirir ki, Hesablama Palatasının rəyi əsassızdır. Hesablama Palatasından heç kəs verdikləri rəyi izahat etmək üçün məhkəmə iclasına gəlmədi, həmçinin onların məktubuna da ötəri cavab vermişlər. Iddiaçı bununla cavabdehin Gəncə şəhərində keçiriləcək növbəti tenderlərdən çəkindirmək istəyir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
34. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o 2021ci ildən “xxxx” MMC-də işləyir, iddiaçı ilə olan müqavilədən məlumatı vardır. Malları o təchiz etmişdir. Malları Bakıdan alıb göndəmiş, malların göndərilməsinə dair də bütün sənədlər tərtib edilmişdir. Anbardan çıxmış malların hamısına dair sənədlər vardır. Ondan nə qədər material tələb olunmuşdursa hamısını Gəncəyə göndərmiş, lazım olsa materialların göndərilməsinə dair sənədləri təqdim edə bilər.
35. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi (hakim – Gülnaz Quliyeva) ilə, iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X21, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE00000000000002088501) ödənilməsi qət edilmişdir.
36. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış müqavilə üzrə işlərin icra tarixi müqavilə tarixi ilə eyni tarix, yəni ##.##.2023-cü il tarixi, başa çatma tarixi isə ##.##.2023-cü il tarix göstərilmişdir. Müqavilənin xüsusi şərtlərində göstərilmişdir ki, aralıq ödənişlər görülmüş iş həcmlərinə uyğun olaraq avans formasında ödənilmiş 30% nəzərə alınmaqla təqdim edilmiş forma iki aktları əsasında həyata keçirilir. Qeyd edilən müddət ərzində avans ödənişi də nəzərə alınmaqla tərəflər arasında görülən işin adı, yeri, həcmi, qiyməti və məbləği göstərilməklə 3 ədəd (avqust-sentyabr, oktyabr-noyabr və dekabr ayları üzrə) forma 2 sənədi tərtib edilmiş, həmin sənədlərə əsasən görülmüş işlər təhvil alınmış, tərəflər görülmüş işlərin məbləğinin təsdiqi ilə bağlı arayış tərtib edərək imzalamış və müqavilə məbləği tam olaraq sifarişçinin hesabından icraçının hesabına köçürülmüşdür.
37. Məhkəmə qeyd etmişdir ki, müqavilənin icra müddətində sifarişçi tərəfindən icraçıya qüsurların olması bağlı hər hansı bildiriş verilməmiş, görülən işlərə irad bildirilməmiş, iş tam həcmdə qəbul edilmiş, işin məbləği tam həcmdə təsdiq edilmiş və son haqq-hesab aparılmaqla işlərin ümumi məbləği icraçının hesabına köçürülmüşdür. Belə olan halda icraçının müəyyən işləri görmədiyinə istinad edərək ödənilmiş məbləğin bir hissəsinin sifarişçinin hesabına qaytarılması ilə bağlı iddia tələbi əsaslı və qanuni hesab edilə bilməz.
38. Məhkəmə işin həcminin (görülmüş və ya görülməmiş və yaxud əlavə görülmüş) müəyyən edilməsi ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş, habelə məhkəmə tərəfindən alınmış ekspertiza rəylərinə, eləcə də Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən təqdim edilən baxış aktlarına, izahatlara münasibət bildirərək qeyd etmişdir ki, həmin sənədlər mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məsələn, icraçının görəcəyi işlər siyahısına suvağın kərpic divar və tavanlardan qopardılması (divarlardan suvağın sökülməsi) aiddir. Suvaq vurulmuş və təmir olunmuş səthin altında hansı həcmdə suvağın sökülüb-sökülməməsini, rənglənib təmir edilmiş səthin altında hansı həcmdə suvağın vurulub-vurulmamasını və s. vizual baxışla və ya ölçməklə müəyyən etmək ağlabatan deyildir.
39. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 21, 385.1, 386.1, 442, 443, 445.1, 448.1, 448.2, 752.1, 753.1, 762.1, 762.2, 763.1 və 764.1-ci maddələrinə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.21, 38.6, 39.1, 39.2, 39.3, 39.4, 41.1, 41.2 və 41.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
40. Iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
41. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin qətnamədə göstərdiyi “Məhkəmə işin həcminin (görülmüş və ya görülməmiş və yaxud əlavə görülmüş) müəyyən edilməsi ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş, habelə məhkəmə tərəfindən alınmış ekspertiza rəylərinə, eləcə də Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən təqdim edilən baxış aktlarına, izahatlara münasibət bildirərək qeyd edir ki, həmin sənədlər mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məsələn, icraçının görəcəyi işlər siyahısına suvağın kərpic divar və tavanlardan qopardılması (divarlardan suvağın sökülməsi) aiddir. Suvaq vurulmuş və təmir olunmuş səthin altında hansı həcmdə suvağın sökülüb-sökülməməsini, rənglənib təmir edilmiş səthin altında hansı həcmdə suvağın vurulub-vurulmamasını və s. vizual baxışla və ya ölçməklə müəyyən etmək ağlabatan deyildir.” fikirləri iddia tələbinin təmin edilməməsi üçün əsas deyil. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilən ekspert rəyləri, o cümlədən Azərbaycan Respublikasının Hesablama Palatasının rəyi dövlət qurumları tərəfindən tərtib edilən və məhkəmə sorğusu əsasında alınan rəylərdir. Həmin rəylərin mötəbər sübut kimi qəbul edilməməsi dövlətin institutlarının mötəbərliyinin inkar edilməsidir. Iddiaçı kimi bizim ekspert rəylərinin tərtib edilməsinə heç bir müdaxiləmiz və ya iştirakımız olmayıb. Həmin sübutların mötəbərliyinin məhkəmə tərəfindən qəbul edilməməsi anlaşılan deyil. Çünki hakim burada tikinti mütəxəssisinin işinə qarışır və əsaslı sayıla bilməz. Bildirirlər ki, tikinti mütəxəssisləri tərəfindən vizual baxışla müəyyən olunan çatışmazlıqlar tək baxışla deyil, gözlə görünən kəsirin, çatışmazlığın dəqiq ölçü aparılmaqla nəticəsi olaraq yazılmışdır. Nümunə olaraq podratçı tərəfindən binada bütün suvaq işi guya yerinə yetirilmiş işdir. Lakin faktiki olaraq tikinti mütəxəssisi yerində baxış zaman müəyyən edir ki, binanın birinci mərtəbəsində yerləşən obyektlərin fasadı ağlaylı, (sahibkar tərəfindən əvvəlki dövrlərdə üzlənib) “kabançik” daşlı və sair formada üzlənmişdir. Eləcə də eyvanların bağlanmış hissəsinin də “kabançik” daşlardan (evin sahibi tərəfindən) hörüldüyü görünür. Bu işlərə baxış zamanı görünür ki, suvaq işləri görülməmiş, həmin mərtəbələrin eyvanlarının və obyektlərin ölçüləri dəqiq (ölçü cihazları ilə) çıxarılmaqla çatışmazlıq yəni suvaq işinin aparılmaması müəyyən edilmiş və nəticə verilmişdir. Buna görə də hakimin vizual baxışla bildirdiyi fikir məntiqə sığmamaqla əsassızdır. Azərbaycan Respublikasının Hesablama Palatasının rəyində cavabdeh “xxxx” MMC-yə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı Istehsalat Birliyi tərəfindən 144277.58 AZN məbləğində vəsaitin artıq ödənilməsi iddiaçı tərəfindən cavabdehə məhkəmə mübahisəsi predmeti olan iddia tələbinin əsaslı olmasına sübutdur. Lakin məhkəmə artıq ödəmə faktını birbaşa təsdiq edən Azərbaycan Respublikasının Hesablama Palatasının rəyini mötəbər sübut kimi qəbul etməyib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilən ##.##.2025-ci il tarixli **/****-*/***** saylı ekspertiza rəyi, həmin Mərkəzin təqdim etdiyi ##.##.2025-ci il tarixli məktubun, cavabdehin sifarişi əsasında “xxxx” MMC müstəqil qiymətləndirici şirkətinin rəyinin birbirini istisna etməsi halını məhkəmə tədqiq etməyib. Məhkəmənin qətnamədə göstərilən “Məsələn, icraçının görəcəyi işlər siyahısına suvağın kərpic divar və tavanlardan qopardılması (divarlardan suvağın sökülməsi) aiddir. Suvaq vurulmuş və təmir olunmuş səthin altında hansı həcmdə suvağın sökülüb-sökülməməsini, rənglənib təmir edilmiş səthin altında hansı həcmdə suvağın vurulub-vurulmamasını və s. vizual baxışla və ya ölçməklə müəyyən etmək ağlabatan deyildir” fikirləri ilə məhkəməyə təqdim edilmiş yuxarıda göstərilən ekspert rəylərində binalarda tədqiqat aparıldığının qeyd edilməsi məhkəmənin ağlabatan saymadığı əsaslarla ziddiyyət təşkil edir. Məhkəmə bu halı tədqiq etmədən qətnamə çıxarıb. Məhkəmənin qətnamədə göstərdiyi “Həmin müqavilənin 18-ci bəndində göstərilmişdir ki, müqavilənin icrası müdətində sifarişçi aşkar edilmiş qüsurlar haqqında icraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. Icraçı qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində aradan qaldırır. Icraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırılmırsa, sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və icraçıya ödəniləcək məbləğdən çıxır. Buna baxmayaraq müqavilənin icra müddətində sifarişçi tərəfindən icraçıya qüsurların olması ilə bağlı hər hansı bildiriş verilməmiş, görülən işlərə irad bildirilməmiş, iş tam həcmdə qəbul edilmiş, işin məbləği tam həcmdə təsdiq edilmiş və son haqq-hesab aparılmaqla işlərin ümumi məbləği icraçının hesabına köçürülmüşdür.” əsaslar iddiaçının iddiasının sübut edilməməsinə dair əsas ola bilməz. Çünki tərəflər arasında bağlanan həmin müqavilənin 18-ci bəndində göstərilənlərin cavabdeh tərəfindən əslində görülməyən, ödəniş tapşırıqlarında və * №-li Formada görülmüş kimi göstərilən binaların fasadından köhnə suvağın sökülməsi və yeni suvağın vurulması işləri görülməmişdir. Birliyin nümayəndəsi olan Birliyin rəis müavini nümayəndə1 məhkəməyə verdiyi izahatında bəzi binalarda suvağın sökülməsinin mümkünsüzlüyünün hər iki tərəfdən qəbul edildiyi deyilib və bu qətnamənin təsvir hissəsində yazılıb (Divar köhnə beton olduğuna görə suvaq qopmurdu. Özü də çıxıb balta ilə yoxlamış, sökmək mümkün olmamışdır. Suvaq işləri görülməmiş, yəni köhnə suvaq sökülüb yeni suvaq vurulmamışdır. Bundan başqa binanın üzərindəki borular sökülməli, onun altında olan suvaq dağıdılaraq yeni suvaq vurulmalı idi. Köhnə suvaq dağıdılmadığı üçün həmin borular da şəkillərdə olduğu kimi qalmışdır. Əvvəldən nəzərdə tutulmuş bir işin görülməsi mümkün olmadığı halda həmin iş başqa işlə əvəzləşdirilir. Təmir-tikinti barədə müqavilədə suvağın qalınlığı göstərilmir, bunu usta özü bilməlidir ki, hara nə qədər qalınlıqda suvaq vurulmalıdır. Sonuncu dəfə təqdimetdikləri şəkillərdəki sarı hissələri qopartmaq mümkün olmamış, qara hissə isə üzdən nazik vurulan mata işlənməsi olmuşdur. Bu onu göstəirir ki, nəzərdə tutulan suvaq sökülüb lazimi qədər suvaq vurulmamışdır. Şəkillərin dəqiq tarixini bilməsə də baş mühəndis tərəfindən Abbas Səhhət xəstəxanası tərəfdə olan iki binada təmir gedən zaman çəkilmişdir. Həmin şəkillərdən əvvəl də, sonra da ödəniş edilmişdir. Iddiaçı tərəf demək istəyir ki, cavabdeh görməli olduğu işi görməmiş, onun əvəzinə başqa işlər görmüşdür. Iddiaçı tərəf 116213 manatlıq işi artıq görülmüş iş hesab edir. Ancaq görülməyən işlərin pulu əvvəlcədən verilmişdir. Həmin pul büdcəyə qayıtmalı idi. Iddiaçı tərəfindən iki dəfə cavabdeh şirkətə məktub göndərilmişdir ki, yekun protokolun tərtib olunması üçün dəvət edilir. Lakin cavabdehin nümayəndəsi məktubun göndərilmədiyini bildirir.) Yuxarıda göstərdikləri birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillərdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
43. Iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizada ekpsert tərəfindən nöqsanların aşkar edilməsi düzgün müəyyən edilməmişdir. Əsaslı təmir işləri getdiyi üçün bütün sənədlər tərtib edilmişdir. Belə ki, əsaslı təmir olduğu üçün gərək görülmüş işlər dayandırılsın ki, görək divarın köhnə suvağının nə qədər hissəsi qalmışdır. Cavabdeh şirkət təmir işlərinə dair tender üzrə ən aşağı qiyməti təklif etdiyi üçün tenderin qalibi olmuşdur. Onların təqdim etdiyi fotoşəkillərdən görünür ki, əvvəlki suvaq sökülməmişdir. Onların işlərin bitməyini gözləyirdilər ki, sonda ümumi olaraq yoxlasınlar və hansı binada nə qədər suvağın sökülməməsini müəyyən etsinlər. Onlar həmin zaman akt tərtib etməmişlər. Aktın tərtib olunması üçün gərək bütün bina sökülməli idi. Işlərin dayanmaması üçün forma 2 vermişlər və hesab etmişlər ki, sonda hər şeyi təhvil-təslim edəcəklər. Bir binada MDB oyunları ilə əlqədar yenidən təmir işləri aparılmışdır. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
44. Iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, onların hesablama palatasının rəyini təftiş etmək kimi səlahiyyətləri yoxdur. Iş üzrə əsas məqam da həmin rəyin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilməməsidir. Bundan sonra məhkəmə ekspertiza mərkəzinin rəyidə qəbul olunmamışdır və həmin ekspert tərəfindən buna səlahiyyətinin olub-olmaması barədə onların məlumatları yoxdur. Birinci instansiya məhkəməsi bu barədə kifayət qədər əsaslandırma aparmamışdır.
45. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirmişdir ki, 2023-cü ilin avqust və sentyabr aylarında sökünütü işləri bitmiş, oktyabr, noyabr və dekabr aylarında isə növbəti mərhələlərdə işlərə başlanılmışdır. Hər ay demək olar ki, təhvil-təslim olmuşdur. Belə ki, sentyabr ayından sonra onlar üç dəfə təhvil təslim aparmışlar. Iddiaçı tərəf isə protokollaşdırmamasını etiraf etmişdir. Iddiaçı tərəf müqaviləni və işləri qəbul etmiş, göndərilən elektron qaimələri qəbul edilmişdir. Iddiaçı tərəfindən onlara hər hansı formatda rəsmi məktub göndərilməmişdir. Hansı ki, həmin məktublarda öz iradlarını bildirsinlər. Müqavilədə kifayət qədər bəndlər var ki, qüsurlu işlərə görə cərimə tətbiq olunsun, icra dayansın və s. Lakin, iddiaçı tərəf heç hansını etməmiş və görülən işlərə dair iradlarını bildirməmişlər. Əgər, işlərdə nöqsan olsaydı onlar ödənişləri etməyə bilərdilər. Tikintinin tikinti normalarına uyğun aparılmasının məsuliyyətini iddiaçı tərəf dayışır və onlar buna nəzarət edə bilərdilər. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
46. Cavabdehin nümayəndəsi (direktor) Mirzəyev Şahlar Qərib oğlu apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
47. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
48. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
49. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
50. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
51. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
52. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
53. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
54. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
55. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
56. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
57. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
58. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
59. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
60. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
61. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
62. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
63. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
64. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
65. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
66. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
67. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
68. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.
69. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrasıüçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradanqaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
70. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədərazalda bilər.
71. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu
72. Maddə 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.1.21. satınalma müqaviləsi – qalib gələn və ya bir mənbədən satınalma metodu üzrə seçilən təchizatçı (bundan sonra – qalib təchizatçı) ilə satınalan təşkilat arasında bağlanan və satınalma predmetinin satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd; ...
73. Maddə 38.6. Bu Qanunun 38.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, satınalma müqaviləsi satınalan təşkilat tərəfindən imzalandığı gün qüvvəyə minir. Müqavilənin icrasına başlanması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) razılıq (müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazələr istisna olmaqla) alınması tələb olunduğu təqdirdə, satınalan təşkilat belə icazələrin müqavilə imzalanana qədər əldə olunmasını təmin edir. Satınalan təşkilat satınalma müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müqavilə imzalandıqdan sonra 5 (beş) iş günü ərzində təchizatçıya müqavilənin icrasına başlama tarixi, habelə tələb olunduğu halda əldə edilmiş razılıqlar barədə bildiriş göndərir. Satınalma müqaviləsini imzalamış tərəflər arasında münasibətlər bu Qanunla, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir.
74. Maddə 39.1. Satınalan təşkilat şərtlər toplusunda satınalma müqaviləsinin icrası üçün qalib təchizatçıya avans ödənilməsini müəyyən edə bilər. Avans şərtlər toplusunda göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi məbləğinin 30 faizindən (mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə 50 faizindən) çox olmayaraq ödənilir. Avansın alınması üçün təchizatçı tərəfindən satınalan təşkilata avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə avans təminatı təqdim olunur. Təchizatçı avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin icra edilməsi üçün istifadə edir. Təchizatçı tərəfindən avans təminatının azı şərtlər toplusunda göstərilən müddətdə qüvvədə olması təmin edilir.
75. Maddə 39.2. Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalma komissiyası tərəfindən şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, təchizatçının təqdim etdiyi sənədlər (elektron qaimə-fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) iş günündən gec olmayaraq aparılır.
76. Maddə 39.3. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (çatışmazlıqlar olduğu halda, onların aradan qaldırılması müddəti nəzərə alınmaqla) 15 (on beş) iş günü ərzində satınalan təşkilatla təchizatçı arasında son haqq-hesab aparılır, təhvil-təslim aktı imzalanır və həmin müddət ərzində yekun məbləğ təchizatçıya ödənilir.
77. Maddə 39.4. Müqavilənin icrası ilə bağlı satınalma müqaviləsində əvvəlcədən müəyyən edilmiş sənədlər təchizatçı tərəfindən təqdim olunduqdan sonra satınalan təşkilat 15 (on beş) iş günü ərzində bu sənədləri təsdiq etməli və ya bundan əsaslandırılmış imtina etməlidir. Bu müddət ərzində sənədlər satınalan təşkilat tərəfindən təsdiq edilmədikdə və ya həmin sənədlərin təsdiq edilməsindən əsaslandırılmış imtina olunmadıqda, təqdim olunan sənədlər satınalan təşkilat tərəfindən təsdiq olunmuş hesab olunur.
78. Maddə 41.1. Satınalan təşkilat satınalma müqaviləsinə uyğun olaraq və bu Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan son haqq-hesab aparılanadək həmin müqavilə üzrə təqdim olunmuş satınalma predmetinin normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və beynəlxalq standartlara uyğunluğunu yoxlayır.
79. Maddə 41.2. Nəzarət orqanı satınalma ilə bağlı aparılan araşdırma zamanı normativ hüquqi aktların pozulmasına dair əsaslı şübhələr yarandıqda, təchizatçı tərəfindən satınalma müqaviləsinin təqdim olunmuş təklifinə uyğun icra edilməsi ilə yerində tanış olmaq məqsədilə satınalma predmetinə (onun icrasına) baxış keçirə bilər. Baxış zamanı bu Qanunun tələblərinin pozulması halları aşkar edildikdə nəzarət orqanı tərəfindən qanuna uyğun tədbirlər görülür.
80. Maddə 41.3. Satınalan təşkilat nəzarət orqanı tərəfindən satınalma predmetinə (onun icrasına) baxış keçirə bilməsi üçün lazımi şərait yaratmağa borcludur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
81. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
82. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
83. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
84. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
85. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
86. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
87. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
88. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
89. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
90. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
91. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
92. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
93. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
94. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
95. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
96. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
97. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilməsini xahiş etmiş və qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
98. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
99. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
100. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
101. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, “Mənzil fondunun əsaslı təmir işləri” ilə əlaqədar iddiaçının balansında olan binalarda əsaslı təmir işlərinin satınalınması ilə bağlı cavabdehin tender təklifinin qiyməti 950041,83 manat olmaqla 100 bal əsasında qiymətləndirilərək tenderin qalibi olmuş, ##.##.2023-cü il tarixdə tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolu imzalanmış, Gəncə şəhərində yerləşən 6 binada təmirtikinti işlərinin aparılması nəzərdə tutulmuş və protokola işin adı, ərtaflı təsviri, miqdarı və ölçüsü qeyd edilməklə iş həcmi ilə bağlı cədvəl əlavə edilmişdir. Cavabdeh tərəfindən görüləcək işin adı, ərtaflı təsviri, miqdarı, ölçüsü, qiyməti və qiymət təklifi qeyd edilməklə cəmi qiymət 805120,20 manat, cəmi ƏDV 144921,60 manat, təklifin ümumi qiyməti 950041,83 manat qeyd edilməklə qiymət cədvəli tərtib edilmişdir. ## ###### 2023-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmçinin, müqaviləyə əlavə olan xüsusi şərtlər imzalanmışdır. Xüsusi şərtlərə əsasən müqavilənin başlanma tarixi müqavilənin imzalanması tarix, işlərin tam başa çatma tarixi ## ###### 2023cü il müəyyən edilmişdir. Bundan başqa qeyd edilmişdir ki. avans ödənişi məbləği müqavilə qiymətinin 30%-i avans ödənişi sifarişçini qane edən bank zəmanəti əsasında 10 gün müddətində verilir. Aralıq ödənişlər isə görülmüş iş həcmlərinə uyğun olaraq avans formasında ödənilmiş 30% nəzərə alınmaqla təqdim edilmiş forma iki aktları əsasında həyata keçirilir
102. Həmçinin, müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilənin xüsusi şərtlərinə uyğun olaraq müqavilə dəyərinin 30 faizi həcmində 285.012,55 manat (241.536,06 manat əsas, 43.476,49 manat ƏDV) məbləğində avans ödənişinin həyata keçirilməsi məqsədilə hesabfaktura iddiaçıya təqdim edilmiş, iddiaçı tərəfindən müvafiq Forma-15 və Forma-17 sənədləri tərtib edilərək xəzinədarlıq orqanına təqdim edilmiş və qeyd olunan məbləğ cavabdehin hesabına qabaqcadan ödəniş kimi köçürülmüşdür. Sonradan tərəflər arasında 2023-cü ilin avqust-sentyabr, oktyabr-noyabr və dekabr aylarında yerinə yetirilmiş podrat işləri üzrə Forma- 2 qəbul aktları və Forma-3 arayışları tərtib edilərək qarşılıqlı qaydada imzalanmış, həmin sənədlərdə göstərilən iş həcmləri və dəyərləri təsdiq edilmiş, cavabdeh tərəfindən elektron qaimələr və hesab-fakturalar iddiaçıya təqdim edilmişdir. Iddiaçı tərəfindən həmin sənədlər əsasında xəzinədarlıq orqanına müraciətlər edilmiş və müqavilə üzrə görülmüş işlərin dəyəri, əvvəl ödənilmiş avans nəzərə alınmaqla, mərhələli qaydada cavabdehin hesabına köçürülmüşdür. Beləliklə, satınalma müqaviləsi üzrə nəzərdə tutulmuş ödənişlər tərəflər arasında tərtib edilmiş qəbul aktları və maliyyə sənədləri əsasında tam şəkildə icra edilmişdir. Bundan sonra Nizami prospektində olan bina üzrə 7 ədəd pəncərə, 21 ədəd şüşə, Abbas Səhhət xəstəxanasının qarşısındakı binalar üzrə 35 ədəd pəncərə, 70 ədəd şüşə “xxxx” MMC tərəfindən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı IB-nə təhvil verilmişdir.
103. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə mahiyyət etibarilə mülki hüquq münasibətlərindən, daha dəqiq desək, podrat müqaviləsi və onun icrası ilə bağlı öhdəlik münasibətlərindən irəli gəlir və bu münasibətlərin hüquqi qiymətləndirilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normaları əsasında aparılmalıdır.
104. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliklər, bir qayda olaraq, tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə isə öhdəliyə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməli, kreditor isə borcludan həmin öhdəliyin icrasını tələb etmək hüququna malik olur. Bu baxımdan, tərəflər arasında mövcud olmuş birgə fəaliyyət münasibətlərindən irəli gələn hüquq və vəzifələrin müəyyən edilməsi üçün ilk növbədə həmin münasibətlərin müqavilə əsasında formalaşması və konkret öhdəliklərin mövcudluğu araşdırılmalıdır.
105. Mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi çıxış edən vicdanlılıq prinsipi də bu kateqoriyadan olan mübahisələrdə mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Eyni zamanda, həmin Məcəllənin 16.1-ci maddəsinə görə hüquqdan sui-istifadəyə, o cümlədən yalnız digər şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirilən hərəkətlərə yol verilmir. Bu baxımdan, tərəflərin davranışlarının hüquqi qiymətləndirilməsi zamanı onların hərəkətlərinin vicdanlılıq meyarlarına uyğun olub-olmaması da nəzərə alınmalıdır.
106. Digər tərəfdən, Mülki Məcəllənin 6.2-ci maddəsində təsbit olunmuş müqavilə azadlığı prinsipi tərəflərə öz hüquq və vəzifələrini sərbəst müəyyən etmək imkanı versə də, bu azadlıq mütləq xarakter daşımır və qanunvericiliyin imperativ normaları, habelə üçüncü şəxslərin hüquq və mənafeləri ilə məhdudlaşır. Bu səbəbdən, müqavilədən irəli gələn öhdəliklərin icrası zamanı tərəflər yalnız öz maraqlarını deyil, həm də digər tərəfin qanuni mənafelərini nəzərə almalıdırlar.
107. Iddiaçı tərəfindən irəli sürülmüş tələbin hüquqi mahiyyəti zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğundan, bu münasibətlərə podratdan irəli gələn Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüququna malikdir. Eyni zamanda, 21.2-ci maddədə zərərin anlayışı müəyyən edilərək göstərilmişdir ki, zərərə real zərər və əldən çıxmış fayda daxildir. Lakin zərərin ödənilməsi tələbinin təmin edilməsi üçün həmin zərərin mövcudluğu, həcmi və zərər vuranın davranışı ilə səbəbli əlaqəsi müəyyən olunmalıdır.
108. Məhkəmə araşdırması zaanı müəyyən edildiyi kimi, tərəflər arasında dövlət satınalması proseduru nəticəsində podrat münasibətləri yaranmış, cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliklərinin icrası məqsədilə müqavilədə nəzərdə tutulmuş tikinti işlərini yerinə yetirmiş, görülmüş işlərin həcmi və dəyəri tərəflər arasında tərtib olunmuş müvafiq qəbul aktları, yerinə yetirilmiş işlərin dəyəri haqqında arayışlar, elektron hesab-fakturalar, maliyyə sənədləri və digər ilkin uçot sənədləri ilə rəsmiləşdirilmişdir. Həmin sənədlər sifarişçi tərəfindən heç bir irad və ya qeyd aparılmadan imzalanmış, görülmüş işlər qəbul edilmiş və müqavilə üzrə nəzərdə tutulmuş ödənişlər mərhələli qaydada tam həcmdə həyata keçirilmişdir.
109. Digər tərəfdən iş materiallarında mövcud olan Forma-2 və Forma-3 sənədləri, habelə ödəniş sənədləri göstərir ki, sifarişçi müqavilənin icrası zamanı cavabdehin təqdim etdiyi sənədləri qəbul etmiş, onların düzgünlüyünü təsdiq etmiş, görülmüş işlərin həcmi və dəyəri ilə razılaşaraq müvafiq maliyyə öhdəliklərini icra etmişdir. Həmin sənədlərin etibarsızlığı, saxtalaşdırılması və ya təzyiq altında imzalanması barədə iş materiallarında hər hansı mötəbər sübut mövcud deyildir.
110. Apellyasiya şikayətinin əsas məzmunu ondan ibarətdir ki, sonradan aparılmış audit və mütəxəssis araşdırmaları nəticəsində müqavilə üzrə bəzi işlərin faktiki yerinə yetirilmədiyi və ya artıq həcmdə rəsmiləşdirildiyi müəyyən edilmiş, bunun nəticəsində iddiaçıya maddi zərər dəymişdir.
111. Məhkəmə həmin dəlilləri əsaslı hesab etmir.
112. Belə ki, mülki hüquq münasibətlərində bağlanmış müqavilənin icrası zamanı tərəflərin davranışı, onların iradə ifadəsi və hüquqi nəticə doğuran hərəkətləri mübahisənin həlli baxımından həlledici əhəmiyyət daşıyır. Iş materiallarından görünür ki, müqavilənin icrası dövründə sifarişçi tərəfindən görülmüş işlərin qəbulundan imtina edilməmiş, hər hansı qüsur aktı tərtib olunmamış, müqavilədə nəzərdə tutulmuş qaydada podratçıya yazılı irad bildirilməmiş, əlavə icranın həyata keçirilməsi və ya qüsurların aradan qaldırılması üçün müddət müəyyən edilməmişdir. Əksinə, sifarişçi təqdim olunmuş sənədləri qəbul etməklə onların müqavilə şərtlərinə uyğun olduğunu təsdiq etmiş və bunun hüquqi nəticəsi olaraq müqavilə üzrə bütün ödənişləri həyata keçirmişdir.
113. Iş materiallarından həmçinin görünür ki, müqavilədə işlərin qəbul edilməsi, aşkar edilmiş qüsurların rəsmiləşdirilməsi və podratçıya irad bildirilməsi ilə bağlı xüsusi prosedur müəyyən edilmişdir. Lakin iddiaçı həmin prosedurun müqavilənin icrası zamanı tətbiq edildiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Sonradan aparılmış araşdırmaların mövcudluğu isə özlüyündə qəbul edilmiş işlərin hüquqi nəticələrini avtomatik olaraq aradan qaldırmır və tərəflərin müqavilənin icrası zamanı formalaşdırdıqları hüquqi münasibətləri dəyişdirmək üçün kifayət hesab edilə bilməz.
114. Məhkəmə hesab edir ki, sonradan əldə olunmuş audit rəyləri, mütəxəssis arayışları və digər nəzarət tədbirlərinin nəticələri mübahisənin həlli zamanı qiymətləndirilməli sübutlar olmaqla yanaşı, onların hər biri digər sübutlarla birlikdə araşdırılmalı və qiymətləndirilməlidir. Həmin sənədlər əvvəlcədən imzalanmış qəbul aktlarını, tərəflərin qarşılıqlı iradə ifadəsini və müqavilənin icrası zamanı rəsmiləşdirilmiş ilkin uçot sənədlərini etibarsız hesab etməyə hüquqi əsas yaratmır. Çünki, mülki prosessual qanunvericiliyinə görə heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və hər bir sübut digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməlidir.
115. Eyni zamanda iddiaçı cavabdehin müqavilə öhdəliklərini hansı konkret hərəkət və ya hərəkətsizliklə pozduğunu, həmin pozuntu nəticəsində məhz hansı məbləğdə real zərərin yarandığını, göstərilən zərərlə cavabdehin davranışı arasında birbaşa səbəbli əlaqənin mövcudluğunu, eləcə də cavabdehin təqsirini mübahisəsiz şəkildə təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki zərərin əvəzinin ödənilməsi barədə tələbin təmin edilməsi üçün hüquq pozuntusunun bütün elementləri – öhdəliyin pozulması, zərərin mövcudluğu, səbəbli əlaqə və təqsir – məcmu halında sübuta yetirilməlidir. Bu elementlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın təmin edilməsini istisna edir.
116. Bundan başqa, iş materiallarında cavabdehin müqavilə üzrə təqdim etdiyi sənədlərin saxta olması, bilərəkdən həqiqətə uyğun olmayan məlumatların təqdim edilməsi və ya sifarişçini aldatmaq niyyəti ilə hərəkət etməsi barədə mötəbər və kifayət qədər sübutlar müəyyən edilməmişdir. Bu səbəbdən yalnız sonradan aparılmış maliyyə yoxlamalarının nəticələrinə əsaslanaraq cavabdehin mülki-hüquqi məsuliyyətə cəlb edilməsi üçün qanunla tələb olunan sübutetmə standartının təmin olunduğu qənaətinə gəlmək mümkün deyildir.
117. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə görülmüş işin müqabilində razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin hüquq normasından göründüyü kimi, podrat münasibətlərində tərəflərin əsas qarşılıqlı öhdəlikləri podratçının işi yerinə yetirməsi, sifarişçinin isə həmin işi qəbul edərək müqavilədə nəzərdə tutulmuş ödənişi həyata keçirməsindən ibarətdir.
118. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən razılaşdırılmış muzd ödənildikdə podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş hesab olunur. Iş materiallarından göründüyü kimi, müqavilə üzrə yekun hesablaşmalar aparılmış, təqdim edilmiş hesab-fakturalar əsasında sifarişçi tərəfindən bütün ödənişlər həyata keçirilmiş və tərəflər arasında hesablaşmalar başa çatdırılmışdır. Belə olan halda, sonradan müqavilənin icrası dövründə qəbul edilmiş və dəyəri tam ödənilmiş işlərin yalnız audit sənədlərinə istinad edilməklə yenidən qiymətləndirilməsi özlüyündə cavabdehin mülki-hüquqi məsuliyyətinin yaranması üçün kifayət etmir.
119. Kollegiya nəzərə alır ki, Mülki Məcəllənin 762.1 və 762.2-ci maddələrinə əsasən podratçı sifarişçi üçün podratı qüsursuz icra etməli, podratın nəticəsi isə müqavilədə razılaşdırılmış keyfiyyətə uyğun olmalıdır. Bununla yanaşı, həmin Məcəllənin 763–766-cı maddələrində qüsur aşkar edildiyi halda sifarişçinin malik olduğu hüquqlar ardıcıllıqla müəyyən edilmişdir. Belə ki, sifarişçi ilk növbədə əlavə icranı və ya qüsurun aradan qaldırılmasını tələb etməli, bunun üçün podratçıya müvafiq müddət verməli, yalnız həmin müddət nəticəsiz qaldıqdan sonra qanunda nəzərdə tutulmuş digər müdafiə vasitələrindən istifadə edə bilər.
120. Lakin iş materialları ilə müəyyən edilir ki, müqavilənin icrası zamanı sifarişçi tərəfindən cavabdehə hər hansı qüsurun aradan qaldırılması barədə yazılı tələb göndərilməmiş, əlavə icra üçün müddət müəyyən edilməmiş, görülmüş işlərin qəbulundan imtina edilməmiş, qüsur aktı və ya uyğunsuzluq barədə hər hansı sənəd tərtib edilməmişdir. Əksinə, görülmüş işlər tam qəbul edilmiş, onların müqaviləyə uyğun olduğu təsdiq edilmiş və son hesablaşmalar aparılmışdır. Bu baxımdan iddiaçının sonradan yalnız audit araşdırmalarına əsaslanmaqla podratçıdan zərərin tutulmasını tələb etməsi Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən qeyd olunan normalarının hüquqi məntiqi ilə uzlaşmır.
121. Bundan əlavə, Mülki Məcəllənin 773-cü maddəsinə əsasən sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edərsə, həmin qüsurlarla bağlı tələb hüququ yaranmır. Iş üzrə müəyyən edilmiş hallardan görünür ki, sifarişçi müqavilənin icrası dövründə təqdim olunmuş işləri qəbul etmiş, aidiyyəti sənədləri imzalamış və ödənişləri həyata keçirmişdir. Iş materiallarında sifarişçinin həmin mərhələdə aşkar etdiyi qüsurlar barədə podratçıya etiraz bildirməsini və ya müqavilədə nəzərdə tutulmuş qaydada pretenziya verməsini təsdiq edən sübutlar mövcud deyildir. Belə olan halda, sonradan aparılmış yoxlamalar nəticəsində müəyyən edilmiş halların özü-özlüyündə Mülki Məcəllənin 773-cü maddəsində nəzərdə tutulmuş hüquqi nəticələri aradan qaldırmır.
122. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin ödənilməsi üçün hüququ pozulmuş şəxs ona vurulmuş real zərərin mövcudluğunu və həmin zərərin məhz cavabdehin qanunsuz davranışı nəticəsində yarandığını sübut etməlidir. Eyni zamanda Məcəllənin 443.1-ci maddəsinə əsasən yalnız öhdəliyini icra etməyən və ya lazımi qaydada icra etməyən borclu vurduğu zərərin əvəzini ödəməyə borcludur. 443.7 və 448.2-ci maddələrin məzmunundan isə görünür ki, mülki-hüquqi məsuliyyətin yaranması üçün öhdəliyin təqsirli pozuntusu müəyyən edilməlidir.
123. Hazırkı iş üzrə isə iddiaçı cavabdehin müqavilə öhdəliklərini hansı konkret hərəkətlə pozduğunu, həmin pozuntunun hansı həcmdə real zərərə səbəb olduğunu, zərərlə cavabdehin davranışı arasında birbaşa səbəbli əlaqənin mövcudluğunu, habelə cavabdehin təqsirini mötəbər və kifayət qədər sübutlarla təsdiq edə bilməmişdir. Audit və mütəxəssis rəylərində müəyyən edilmiş maliyyə uyğunsuzluqları müqavilənin icrası zamanı tərəflər tərəfindən rəsmiləşdirilmiş qəbul aktlarını, ödəniş sənədlərini və digər ilkin sübutları avtomatik surətdə etibarsız hesab etməyə əsas vermir. Buna görə də mülki-hüquqi məsuliyyətin yaranması üçün zəruri olan bütün elementlərin məcmu halda sübuta yetirildiyi qənaətinə gəlmək mümkün deyildir.
124. Eyni zamanda, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.2, 39.3 və 39.4-cü maddələrinin məzmunundan görünür ki, satınalma müqaviləsi üzrə ödənişlər təchizatçı tərəfindən təqdim olunmuş aktlar, elektron qaimə-fakturalar və digər sənədlər əsasında həyata keçirilir, satınalan təşkilat təqdim edilmiş sənədləri müəyyən edilmiş müddətdə təsdiq etməli və ya əsaslandırılmış qaydada onların təsdiqindən imtina etməlidir. Həmin müddət ərzində əsaslandırılmış imtina edilmədikdə təqdim edilmiş sənədlər təsdiq olunmuş hesab edilir.
125. Iş materiallarından müəyyən olunur ki, sifarişçi müqavilənin icrası zamanı cavabdeh tərəfindən təqdim olunmuş sənədləri qəbul etmiş, onlardan imtina etməmiş, əksinə həmin sənədlər əsasında ödənişləri həyata keçirmişdir. Deməli, satınalma qanunvericiliyində nəzərdə tutulmuş qəbul proseduru sifarişçi tərəfindən tamamlanmışdır. Sonradan aparılmış audit yoxlamaları isə həmin prosedurun hüquqi nəticələrini aradan qaldırmır və qəbul edilmiş sənədlərin etibarsız hesab olunmasına səbəb olmur.
126. Məhkəmə iddiaçının iddia tələbinin əsaslandırılması üçün istinad etdiyi audit rəyini də digər sübutlarla birlikdə araşdıraraq hesab edir ki, həmin sənəd özlüyündə cavabdehin müqavilə öhdəliklərini pozmasını və ya görülmüş tikinti işlərinin müqavilə şərtlərinə uyğun icra edilmədiyini təsdiq edən kifayət qədər və mötəbər sübut hesab edilə bilməz.
127. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən iş üçün əhəmiyyət kəsb edən hallar qanunla müəyyən edilmiş qaydada əldə olunmuş sübutlarla müəyyən edilir, həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və hər bir sübut digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Bu baxımdan audit rəyi də digər sübutlar kimi ayrıca deyil, işdə olan bütün sübutlarla birlikdə qiymətləndirilməlidir.
128. Iş materiallarından görünür ki, iddiaçı audit rəyinə istinad etməklə podratçı tərəfindən bəzi tikinti işlərinin yerinə yetirilmədiyini və ya artıq həcmdə rəsmiləşdirildiyini iddia etmişdir. Lakin həmin audit rəyini tərtib etmiş şəxslərin tikinti sahəsində xüsusi biliyə malik olmalarını, tikinti-texniki ekspertiza aparmaq səlahiyyətinə malik olduqlarını və ya onların apardıqları araşdırmanın tikinti-texniki ekspertiza metodologiyasına uyğun həyata keçirildiyini təsdiq edən hər hansı mötəbər sübut iş materiallarına təqdim edilməmişdir.
129. Kollegiya hesab edir ki, görülmüş tikinti işlərinin faktiki həcminin, keyfiyyətinin, layihəsmeta sənədlərinə uyğunluğunun, tikinti norma və qaydalarının gözlənilib-gözlənilmədiyinin, eləcə də işlərin həqiqətən icra olunub-olunmadığının müəyyən edilməsi xüsusi mühəndislik və tikinti bilikləri tələb edən texniki xarakterli məsələlərdir. Belə məsələlərin həlli audit yoxlamasının predmetinə aid olmayıb, yalnız müvafiq sahə üzrə xüsusi biliyə malik mütəxəssis və ya məhkəmə tikinti-texniki ekspertizasının predmeti ola bilər.
130. Audit yoxlamasının mahiyyəti maliyyə sənədlərinin, mühasibat uçotunun, ilkin uçot sənədlərinin və maliyyə əməliyyatlarının qanunvericiliyə uyğun aparılıb-aparılmamasının qiymətləndirilməsindən ibarətdir. Audit orqanının funksiyası müqavilə üzrə aparılmış maliyyə əməliyyatlarını yoxlamaq olsa da, həmin orqanın tikinti işlərinin faktiki həcmi və keyfiyyəti barədə mühəndis-texniki nəticə verməsi onun qanunla müəyyən edilmiş fəaliyyət predmetindən irəli gəlmir. Buna görə də audit rəyi tikinti-texniki ekspert rəyini əvəz edən sübut kimi qəbul edilə bilməz.
131. Bundan başqa iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin qiymətləndirmə rəyi mövcuddur.
132. Qeyd edilməlidir ki, rəyi təqdim etmiş “xxxx” MMC Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olmaqla sonuncunun fəaliyyət istiqamətləri “Daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi və Daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi”ndən ibarətdir.
133. Göründüyü kimi, rəyi tərtib etmiş MMC-nin hər hansı tikinti-texniki və əmtəəşünaslıq sahəsinə aid olan məsələlər üzrə rəy vermə və araşdırma aparmaq səlahiyyəti yoxdur.
134. Bundan başqa rəydə görülmüş işlərinin həcminin hansı üsulla və ya vasitə ilə müəyyən olunmasına dair araşdırma metodikasına istinad edilməmiş, sadəcə görülməmiş hesab edilən işlərin adı, həcmi və qiyməti göstərilmişdir.
135. Halbu ki, məhkəmə araşdırmaları zamanı məyyən edildiyi kimi binaların üzü rənglənmiş haldadır ki, rənglənmiş sahənin altında hansıişlərin görülüb-gürülməməsini vizual müəyyən etmək mümkün deyildir.
136. Bundan başqa biricni instasiyası məhkəməsinin qərardadına əsasən Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli rəyi mövcuddur və apellyator həmin rəyin qiymətləndirilmədiyini də eyni zamanda mübahisələndirir.
137. Qeyd edildiyi kimi, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və Mülki Prosessual Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
138. Qeyd edilən ekspert rəyində ekspertizanın aparılmasında ədəbiyyatların adı sadalanmış və tədqiqat obyektlərinə baxışın keçirildiyi və görülməmiş işlərin həcminin müəyyən edildiyi göstərilsə də görülməmiş işlərin həcminin hansı qaydada (nümunə üçün boya örtüyünün sökülməsi və s.) müəyyən edildiyinə dair hər hansı əsaslandırma göstərilməmişdirş
139. Halbuki, istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri, tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması ekspert rəyində göstərilməli və məhkəmə ekspertinin (ekspertlərinin) rəyini əks etdirən materiallar rəyə əlavə edilir və onun tərkib hissəsini təşkil edir (Məhkəmə ekspertizası fəaliyyəti haqqında Qanun maddə - 26).
140. Qiymət verilən rəy isə qanunla müəyyən edilmiş tələblərə cavab vermir, rəy əsaslandırılmamış, sadəcə hansı qaydada müəyyən edildiyi bəlli olmayan işlərin həcmi və dəyərini özündə əks etdirmişdir ki, hazırki mübahisənin həllində sübut növü kimi qəbul edilə bilməz.
141. Bu baxımdan birinci instansiyası məhkəməsi ##.##.2025-ci il tarixli qərardadla təkrar kompleks məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
142. Lakin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli məlumatına əsasən ekspertiza aparılmasından imtina edilmiş və imtinanın əsası olaraq göstərilmişdir ki, obyektlərə baxış keçirilən zaman, tədqiqat obyektlərinin ilkin vəziyyətdə saxlanılmadığı, təmir edildiyi müəyyən edilmişdir. Bu səbəbdən də qərardadda qoyulmuş sullar üzrə tədqiqat aparılmamışdır.
143. Göründüyü kimi, Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli rəyi əsaslı olmamış və sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli rəyi verildikdən sonra 4 ay sonra eyni mərkəzindən digər eksperti ekspertizanı aparmaqdan imtina etmiş və əsası isə ondan ibarət olmuşdur ki, tədqiqat obyektləri təmir olunmuşdur.
144. Məhkəmə araşdırması zamanı isə müəyyən edildiyi kimi ilkin ekspertiza zamanı belə tədqiqat obyektləri təmirli olmuş və bir necə binada MDB oyunları ilə əlaqədar yenidən təmir işləri həyata keçirilmişdir.
145. Belə olan halda vizual olaraq görülmüş işlərin həcminin müəyyən edilməsi mümkün deyildir ki, ekspartiza rəyi əsaslı hesab edilə və sübut kimi qəbul edilə bilməz.
146. Bundan başqa iş matariallarına cavabdeh tərəfindən əlavə edilmiş “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli mütəxəssis rəyi mövcuddur. Bu rəy isə əksinə cavabdeh tərəfindən podrat müqaviləsində göstərilmiş işlərin yerinə yetirildiyi göstərilmişdir.
147. Qeyd edilməlidir ki, “xxxx” MMC Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olmaqla sonuncunun fəaliyyət istiqamətləri “Daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi, Daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi, Dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsi, Müəssisələrin qiymətləndirilməsi, Daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi”ndən ibarətdir.
148. Göründüyü kimi, “xxxx” MMC-nin fəaliyyət istiqamətləri də digər qiymətləndirici kimi əmlakın qiymətləndirilməsindən ibarətdir. Bu isə onu anlama gəlir ki, qiymətləndirici mübahisəsiz qaydada qəbul edilən görülmüş dəyərini hesablaya və ya bütöv əmlakın dəyərini müəyyən edə bilər.
149. “xxxx” MMC-də digər MMC kimi görülmüş işlərin həcmini və artıq boya ilə örtülmüş sahənin altında hansı işlərin görüldüyünü müəyyən edə bilməz və bu onun səlahiyyətləri xaricindədir.
150. Bunlardan başqa iş materiallarında Hesablama Palatasının tərtib etdiyi artıq ödəmə ilə bağlı sənədləri mövcuddur ki, həmin sənədlərə əsasən hansı işlərin görülməməsi və ya naratamam icra edilməsini müəyyən etmək mümkün deyildir.
151. Eyni zamanda həmin sənədləri tərtib edən şəxslərin hansı sahənin mütəxəssisi olması müəyyən deyildir və artıq boya ilə üzlənmiş sahələrin altında görülmüş işlərin həcmini müəyyən etməyin metodologiyası barədə məhkəməyə sübut təqdim edilməmişdir.
152. Keçirilmiş auditə münasibətdə isə məhkəmənin mövqeyi yuxarıda əsaslandırılmışdır.
153. Beləliklə məhkəmə araşdırması zamanı təqdim edilmiş ekspert, mütəxəssis və Hesablama Palatasının rəyləri MPM-in 88 və 103-cü maddələrinin tələbləri baxımından qiymətləndirilidiyi zaman sübut stansrtlarına cavab vermir və bu səbəbdən də hazırki mübahisənin həllində sübut kimi qəbul edilməməsi ilə bağlı birinci instansiyası məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
154. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, iddiaçının işlərin natamam və ya qüsurla icra olunması barədə dəlilləri iş materialları ilə təsdiq olunmur, əksinə mövcud sübutlar həmin dəlillərin əsassız olduğunu göstərir.
155. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq araşdırmış, sübutlara düzgün hüquqi qiymət vermiş və qətnaməni işin faktiki hallarına uyğun olaraq əsaslandırmışdır. Iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla, birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edən mötəbər və inandırıcı sübutlarla təsdiq olunmamışdır.
156. Məhkmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
157. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.
158. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.