Məhkəmə qərarları › İş №e-2-2(3-8)-75/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-75/2026

08.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-75/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, Iddiaçı “İddiaçı nümayəndəsi nümayəndə1, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili nümayəndə3 iştirakları ilə, Iddiaçı “İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:

1. Tərəflər arasında bağlanmış ## #### 2023-cü il tarixli **-*/*-****/**** nömrəli stansiya xidmətlərinin göstərilməsinə dair müqavilənin “Müqavilənin predmeti” adlanan 1-ci hissəsinə əsasən, müqaviləyə əsasən, müqaviləyə əlavədə nəzərdə tutulduğu kimi icraçı (iddiaçı) ona məxsus olan yük əməliyyatı həyata keçirilən dəmir yolu stansiyalarında sifarişçinin (cavabdehin) sifarişinə əsasən, vaqon va konteynerlərlə təmin edilməsi və yük daşımaları üzrə digər əlavə xidmətləri göstərməyi, sifarişçi isə göstərilmiş xidmətlərin müqabilində bu müqavilənin əlavəsi ilə müəyyən edilən xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürür.

2. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən, vaqonların qəbulu və təhvil verilməsi müəyyən olunmuş qaydaya uyğun stansiyada həyata keçirilir və göstərilən xidmətlərin təhvil-təslimi icraçının daxili qayda və sənədlərinə əsasən ümumi formalı akt (QU-23), yaddaş vərəqəsi (QU-45) və digər təsdiqedici sənədlər ilə tənzimlənir. - 3.1.1-ci yarımbəndinə əsasən, göstərdiyi xidmətlər müqabilində sifarişçidən xidmət haqqının ödənilməsini tələb etmək icraçının hüququdur. - 3.4.1-ci yarımbəndinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə göstərilmiş xidmətlərin dəyərini ödəmək sifarişçinin vəzifəsidir. - 4.1-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş xidmətlərin yerinə yetirilməsinə görə ödəniləcək xidmət haqqı qanunvericilikdə nəzərdə tutulduğu hallarda əlavə dəyər vergisi (ƏDV) tətbiq edilməklə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən qaydada hesablanır. - 4.3-cü bəndinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş hallarda xidmət haqqına və hesablanma qaydasına yenidən baxıla bilər. - 4.4-cü bəndinə əsasən, xidmət haqqı icraçı tərəfindən sifarişçiyə təqdim edilən hesab əsasında, əməliyyat bitdikdən dərhal sonra sifarişçi tərəfindən köçürmə yolu ilə icraçının müvafiq bank hesabına ödənilməlidir. - 5-ci bəndinə əsasən, tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin pozulmasına, vəzifələrini, habelə öhdəliklərini yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və müqavilədən irəli gələn öhdəliklərinin pozulmasına görə əldən çıxmış fayda istisna olmaqla qarşı tərəfə vurulmuş real zərərin əvəzini ödəyirlər. Müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, sifarişçi hər gecikdirilmiş gün üçün icraçıya gecikdirilmiş məbləğin 0,1 faizi dəyərində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği xidmət haqqının ümumi dəyərinin 30 faizindən çox olmamalıdır.

3. Həmin müqaviləyə ## #### 2023-cü il tarixli əlavədə müxtəlif yığım növləri və onların hesablanma qaydaları qeyd edilmişdir.

4. ## #### 2024-cü il tarixli MT2403 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə 24677,48 manat dəyərində, ## ### 2025-ci il tarixli MT2405 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə 13345,54 manat dəyərində və ## ### 2024-cü il tarixli MT2405 seriyalı ******** nömrəli elektron qaimə-faktura üzrə 15777,54 manat dəyərində olmaqla, ümumi dəyəri 53800,56 manat məbləğində olan görülmüş işlərlə bağlı həmin elektron qaiməfaktura iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.

5. Iddiaçı tərəfindən “xxxx” Qapalı Səhmdar Cəmiyyəti sədrinin ##.##.2018-ci il tarixli **/S nömrəli əmri ilə təsdiq edilmiş, hər biri “Qəbul-təhvilçinin yaddaş vərəqəsi” adlanan, QU- 45 formalı müxtəlif nömrələrə malik 4 ədəd sənəd əlavə edilmişdir. Həmin sənədlərin hər birinin üzərində “xxxx” QSC Sumqayıt stansiyası-546403” möhürü vurulmuş, üzərində “Müştərinin adı xxxx”, “Verilmə yeri xxxx/Dalan yoluna”, “Qatarın nömrəsi”, “Gəldiyi tarix və saat” qrafaları, “Vaqon”, “Yükün adı”, “Verilmə tarix, saat”, “Yükləmə və boşaltmanın bitdiyi tarix, saat”, “Vaqonların götürülməsi tarix, saat”, “Qeyd” sütunlarından ibarət cədvəl və imzalanmaq üçün nəzərdə tutulmuş “Vaqonları qəbul etdi” və “Vaqonları təhvil verdi”, “Stansiyanın qəbul-təhvilçisi təhvil verdi Stansiyanın qəbul-təhvilçisi qəbul etdi”, “Stansiyanın yük xəzinədarı” qrafaları vardır. Sənədlərin hər birində imzalanması üçün nəzərdə tutulmuş qrafalar imzalanmışdır. Həmin sənədlərin seriya və nömrələri aşağıdakılardır: - Seriya: YKX, ****** nömrəli Qəbul-təhvilçinin yaddaş vərəqəsi; - Seriya: YKX, ****** nömrəli Qəbul-təhvilçinin yaddaş vərəqəsi; - Seriya: YKX, ****** nömrəli Qəbul-təhvilçinin yaddaş vərəqəsi; - Seriya: YKX, 062341nömrəli Qəbul-təhvilçinin yaddaş vərəqəsi;

6. ##.##.2024-##.##.2024-cü tarixlərini əhatə edən ** nömrəli Əlavə yığımlar üçün yığım vərəqəsində (“Forma FDU-92”) 24677,48 manat və ##.##.2024-##.##.2024-cü tarixlərini əhatə edən ** nömrəli Əlavə yığımlar üçün yığım vərəqəsində (“Forma FDU-92”) 29123,29 manat məbləğində yığım hesablandığı qeyd edilmişdir. Qeyd edilən hər iki sənəd cavabdehə məxsus möhürlə təsdiq edilmişdir.

7. Iddiaçı tərəfindən tərtib edilmiş ## ######## 2023-cü il tarixli aktın məzmununda “ ... Sumqayıt stansiyasının ## ###### 2023-cü il tarixdən ## ###### 2023-cü il tarixədək olan dövrünün maliyyə, yük və kommersiya fəaliyyəti yoxlanılmışdır. ... Stansiya bağlanmış müqavilələr əsasında 15 dalan dəmir yoluna xidmət göstərir. Yoxlamanı əhatə edən dövr ərzində Sumqayıt stansiyasının maliyyə, yük və kommersiya fəaliyyətinə cavabdeh şəxslərin siyahısı aşağıdakı kimi olmuşdur: ... ##.##.2023-cü il tarixdə 15 özəl çən vaqonu "xxxx" MMC-yə məxsus dalan yolunda ##.##.2023-cü il tarixli DP **/*** saylı naryad əsasında Cavabdeh MMC tərəfindən yüklənərək göndərilmişdir. Vaqonlar ##.##.2023-cü il tarixdə saat 22:35-də "xxxx" MMC-nin ünvanına daxil olmuş, ##.##.2023-cü il tarixdə saat 17:00-dan "xxxx" MMC-yə məxsus dalan yoluna verilmişdir. Naryadın ##.##.2023-cü il tarixdən verildiyini əsas götürərək Cavabdeh MMC-yə "Yük Daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları"nın 6.9- cu bəndinə əsasən 8496 manat, 7-ci bəndinə əsasən 3336,8 manat (vaqondan istifadə yığımı ##.##.2023-cü il saat 18:00-dan hesablanmışdır), ümumilikdə 11832,8 manat hesablanmayaraq itirilmişdir” qeyd edilmişdir.

8. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Idarə Heyətinin ## ###### 2024-cü il tarixli **- *-**/*-*-****/**** nömrəli qərarının həyata keçirilməsi barədə ## ###### 2024-cü il tarixli **-*- **/*-*-****/**** nömrəli əmrinin 1.3-cü bəndinə əsasən, ADY-nin yük əməliyyatı aparılan stansiyalarında ixrac rejimində daşınan neft və neft məhsullarının daşınmasında istifadə olunan çən vaqonlarına verilib-götürülmə və MDB, Baltikyanı və Gürcüstan dəmir yolu administrasiyalarına məxsus vaqon va konteynerlərə görə istifadə haqqı istisna olmaqla, digər yığımlardan azad edilməsi və qeyd olunan güzəştlərin ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək tətbiq edilməsi əmr edilmişdir.

9. Debitor borc barədə arayış adlanan sənəddə cavabdehin iddiaçıya ümumilikdə 67046,2 manat məbləğində borcu olduğu qeyd edilmişdir.

10. Iş materiallarına, həmçinin ## ###### 2023-cü il tarixli *** nömrəli icarə müqaviləsi, ## #### 2023-cü il tarixli AKS-TL-*-**** nömrəli satış müqaviləsi, AZTR/AZK/FCA-DAP-**** nömrəli müqavilə, təhvil-təslim aktları və arayış əlavə edilmişdir. Birinci instansiya məhkəməsində icraat:

11. Iddiaçı cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək ## #### 2023- cü il tarixli **-*/*-****/**** nömrəli müqavilə üzrə 2024-cü ilin fevral və may aylarında Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 53800,56 (əlli üç min səkkiz yüz manat, əlli altı qəpik) manat məbləğində əsas borc, 13245,64 (on üç min iki yüz qırx beş manat, altmış dörd qəpik) manat məbləğində faiz borcu, 292 (iki yüz doxsan iki) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 67338,2 (altmış yeddi min üç yüz otuz səkkiz manat, iyirmi qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında stansiya xidmətlərinin göstərilməsinə dair ## #### 2023-cü il tarixli **-*/*-****/**** nömrəli müqavilə imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, müqaviləyə əlavədə nəzərdə tutulduğu kimi iddiaçı ona məxsus olan yük əməliyyatı həyata keçirilən dəmir yolu stansiyalarında cavabdehin sifarişinə əsasən, vaqon və konteynerlərlə təmin edilməsi və yük daşımaları üzrə digər əlavə xidmətləri göstərməyi, sifarişçi isə göstərilmiş xidmətlərin müqabilində müqavilənin əlavəsi ilə müəyyən edilən xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5-ci bəndinə əsasən, tərəflər müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin pozulmasına, vəzifələrini, habelə öhdəliklərini yerinə yetirməməyə və ya lazımınca yetirməməyə görə məsuliyyət daşıyırlar və müqavilədən irəli gələn öhdəliklərinin pozulmasına görə əldən çıxmış fayda istisna olmaqla, qarşı tərəfə vurulmuş real zərərin əvəzini ödəyirlər. Müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, sifarişçi hər gecikdirilmiş gün üçün icraçıya gecikdirilmiş məbləğin 0,1 faizi dəyərində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği xidmət haqqının ümumi dəyərinin 30 faizindən çox olmamalıdır. Iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin fevral və may aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən Sumqayıt stansiyasında göstərilmiş xidmətlərə görə cavabdehə 53800,56 manat məbləğində yığım hesablanmışdır.

13. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş debitor borc barədə arayışdan görünür ki, iddia tələbini əks etdirən məbləğin əsas hissəsini, yəni 52366,2 manat məbləğində olan hissəsini iddiaçıya məxsus vaqonun (konteynerin) istifadəsi (2024-cü ilin fevral ayı üçün 7358,73 manat, may ayı üçün 9466,08 manat) və dalan yolundan istifadə zamanı cərimə (2024-cü ilin fevral ayı üçün 16425,60 manat, may ayı üçün 19115,79 manat) təşkil edir. Ilk növbədə qeyd edilməlidir ki, cavabdeh iddiaçıya məxsus vaqonlardan istifadə etməmişdir. Tərəflər arasında bağlanmış ## #### 2023- cü il tarixli **-*/*-****/**** nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə yalnız stansiya xidmətləri göstərilmişdir ki, bu xidmətlərlə bağlı iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 2023-2024-cü illər ərzində göstərilmiş bütün xidmətlərin 25370,26 manat məbləğində olan dəyəri ödənilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh tərəfindən istifadə edilmiş ç n-vaqonlar ## ###### 2023-cü il tarixli AZ-**/AZTR/FCA-CPT/** nömrəli yükdaşıma müqaviləsinə əsasən "Aztrans Rail" FZE tərəfindən təmin edilmiş və Sumqayıt stansiyasından Batumi (Gürcüstan) stansiyasına yükdaşıma xidmətlərinə (habelə vaqonlara) görə ödənişlər tam həyata keçirilmişdir. Daşınan malların vaqonlara doldurulması cavabdehin ## ###### 2023-cü il tarixli *** nömrəli icarə müqaviləsinə əsasən "xxxx" ASC-dən icarəyə götürdüyü Sumqayıt şəhəri, Azərbaycan prospekti 2 ünvanında yerləşən zavodun ərazisində * saylı istehsalatında dəmir yol dalanı, neft məhsullarının çənlərə doldurulub boşaldılması üçün maye xammal şöbəsində həyata keçirilmişdir. Belə ki, cavabdeh “xxxx" ASC-dən icarəyə götürdüyü, yəni öz istifadəsində olan dalanda yüklərin "Aztrans Rail" FZE tərəfindən təqdim edilmiş (icarəyə verilmiş) vaqonlara yüklədərək, müvafiq rəsmiləşdirmə aparıldıqdan sonra Gürcüstan Respublikasının Batumi şəhərinə (stansiyasına) - Poti limanına çatdırılmasını təmin etmişdir. Yükdaşıma xidməti isə "Aztrans Rail" FZE tərəfindən həyata keçirilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ## #### 2023-cü il tarixli **-*/*-****/**** nömrəli müqavilədə dalan yolundan istifadə zamanı hər hansı cərimənin, hətta faizin tətbiq olunması nəzərdə tutulmamışdır. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddia ərizəsinin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

14. Sumqayıt Kommersiya Məhkəməsinin 0## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdеh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 13858,07 (on üç min səkkiz yüz əlli səkkiz manat, yeddi qəpik) manat məbləğində əsas borc və 131,57 (yüz otuz bir manat, əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13989,64 (on üç min doqquz yüz səksən doqquz manat, altmış dörd qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Qətnamədən narazı qalan cavabdеh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməklə, iddia tələbinin 12804,54 manat hissədə də təmin edilməməsi və cavabdeh Cavabdeh MMC-dən 1053,74 manat məbləğində əsas borcun iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

16. Cavabdeh apellyasiya şikayətində Konstitusiyanın 25-ci maddəsinin İ, III və IV hissələrinə, 26 və 60-cı maddələrinə; Mülki Məcəllənin 6-cı maddəsinə, NK-nın 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”xxxx“ADY QSC-nin Idarə Heyətinin 2024-cü il ## ###### tarixli 13-1-23/3- *-****/**** nömrəli qərarının həyata keçirilməsi barədə” ADY QSC-nin ##.##.2024-cü il tarixli **-*-**/*-*-****/**** nömrəli Əmrinə istinad etməklə şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə keçirilmiş ilk 5 hazırlıq iclasında iddiaçının nümayəndəsi iddia tələbində qeyd olunan məbləğlərin 2024-cü ilin fevral və may aylarında göstərilmiş xidmətlərə görə hesablanmış yığımlar olduğunu iddia etsə də, cavabdeh tərəfindən “xxxx” QSC-nin ##.##.2024-cü il tarixli **-*-**/*-*-****/**** nömrəli “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Idarə Heyətinin 2024-cü il ## ###### tarixli **-*-**/*-*-****/**** nömrəli qərarının həyata keçirilməsi barədə” Əmri əldə olunaraq ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim edildikdən sonra ##.##.2024-##.##.2024-cü il tarixləri əhatə edən ** nömrəli “Əlavə yığımlar üçün yığım vərəqəsinin” – “Forma FDU-92” sənədinin 5-ci və 12-ci sütunlarının 2-ci qrafasında əks olunan rəqəmlərin (qətnamə ilə təmin olunmuş məbləğlərin) 2023-cü ilin iyun ayına aid olduğunu iddia edərək, həmin məbləğlərin ##.##.2023-cü il tarixli akta əsasən hesablandığını bildirmiş və həmin aktın surətini məhkəmənin 6-cı hazırlıq iclasında təqdim etmiş, lakin hansı səbəbdən iddia etdiyi 2023-cü ilin iyun ayında göstərilmiş xidmətlərə görə hesablanmış yığımların 2024-cü ilin may ayını əhatə edən “Forma FDU-92”-də əks olunduğunu və bu yığımlara dair elektron qaimə-fakturanın 2024-cü ilin may ayında təqdim olunduğunu əsaslandıra bilməmiş, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunan məsələ ilə bağlı cavabdeh etirazını bildirirək, 2023-cü ilin iyun ayında göstərilmiş xidmətlərə görə hesablanmış yığımların 2024-cü ilin may ayını əhatə edən ** nömrəli “Forma FDU-92” sənədində əks olunmasının “Yığımların hesablanması və tətbiqi qaydaları”na zidd olduğunu, bu cür sənəd tərtibatının düzgün olmadığını, 2023-cü ilin iyun ayında göstərilmiş xidmətlərə görə yığımların ##.##.2023-cü il tarixli akta əsasən hesablanması barədə bizim məlumatımız olmadığını, əgər belə bir hesablama aparılmışdırsa, buna dair elektron qaimə-fakturanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.7-ci bəndinə əsasən ən geci 5 (beş) gün ərzində, yəni 2023-cü ilin sentyabr ayında təqdim edilməli olduğunu, bundan başqa, ##.##.2024-##.##.2024-cü il tarixləri əhatə edən ** nömrəli “Forma FDU-92” sənədinin 5-ci və 12-ci sütunlarının 2-ci qrafasında əks olunan rəqəmlərin (“Oxa görə” 7200 manat, “Istifadə”yə görə 3651,30 manat), ***** nömrəli “Qəbul-təhvilçinin yaddaş vərəqəsi” - “Forma QU-45” sənədində “Oxa görə” 7200 manat, “istifadə”yə görə 3669,60 manat, ##.##.2023-cü il tarixli aktda isə “Oxa görə” 8496 manat, “istifadə”yə görə 3336,80 manat olduğunu və hər üç sənəddə qeyd olunan məbləğlərin üst-üstə düşmədiyini bildirmiş və ##.##.2024-cü il tarixli MT2405 seriyalı ******** nömrəli elektron qaimə-fakturada qeyd olunan məbləğlərin 2023-cü ilin iyun ayına deyil 2024-cü ilin may ayına aid olduğu və 2024cü il ərzində göstərilən xidmətlərin yığımlardan azad olunduğu üçün həmin məbləğin də təmin edilməməli olduğunu məhkəmənin diqqətinə çatdırmışdır. Lakin birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almayaraq, iş materiallarında olan ##.##.2024- ##.##.2024-cü il tarixləri əhatə edən ** nömrəli “Forma FDU-92” sənədinin 5-ci və 12-ci sütunlarında əks olunmuş “Oxa görə” 7200 manat məbləğində, “Istifadə”yə görə isə 3651,30 manat məbləğində yığımları, eyni zamanda, ##.##.2024-cü il tarixli MT2405 seriyalı ******** nömrəli elektron qaimə-fakturada qeyd olunan 10851,30 manat (1953,20 manat ƏDV məbləği əlavə olunmaqla) məbləği 2023-cü ilin iyun ayına aid edərək, həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi 12804,54 manat hissədə də təmin edilməməli, cavabdeh Cavabdeh MMC-dən 1053,74 manat məbləğində əsas borcun iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh apellyasiya şikayətində prosessual hüquq normalarının pozulmasına dair MPM-nin 1.3-cü, 3.1-ci, 9.1-9.3-cü, 14.1- 14.2-ci, 77.1-ci, 77.3-cü, 87.1-87.2-ci, 88-ci, 217.1-ci, 217.2-ci, 218.1-ci, 220.4-cü maddələrinə istinad etmişdir.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili nümayəndə3 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin 12804,54 manat hissədə də təmin edilməməsini, cavabdehdən 1053,74 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “İddiaçı nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47. Işdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. Işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Ilk növbədə qeyd olunmalıdır ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində qismən – 2024-cü il 01-31 may dövrünədək Əlavə yığımlar üçün yığım vərəqəsinin (Forma FDU-92 sənədinin) 4cü, 5-ci və 12-ci sütunlarında görünən 2023-cü ilin iyun ayı üzrə “Oxa görə” 7200 manat məbləğində, “Istifadə”yə görə isə görə 3651,3 manat məbləğində (müqavilənin 4.1-ci bəndinə əsasən ƏDV tətbiq edilməklə) cəmi 12804,33 manat hissəsində mübahisələndirmiş, iddia tələbinin təmin olunmuş qalan hissəsi ilə razı olduğunu bildirmiş, iddiaçı isə iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti verməmişdir.

23. Cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Idarə Heyətinin ## ###### 2024-cü il tarixli **-*-**/*-*-****/**** nömrəli qərarının həyata keçirilməsi barədə ## ###### 2024-cü il tarixli 13-1-23/3-5- ****/**** nömrəli əmrinin 1.3-cü bəndinə əsasən, ADY-nin yük əməliyyatı aparılan stansiyalarında ixrac rejimində daşınan neft və neft məhsullarının daşınmasında istifadə olunan çən vaqonlarına verilibgötürülmə və MDB, Baltikyanı və Gürcüstan dəmir yolu administrasiyalarına məxsus vaqon va konteynerlərə görə istifadə haqqı istisna olmaqla, digər yığımlardan azad edilməsi və qeyd olunan güzəştlərin ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək tətbiq edilməsi əmr edilmişdir.

24. Cavabdeh apellyasiya şikayətində tələb olunan və mübahisələndirdiyi məbləğlərin 2023-cü ilin iyun ayına deyil, 2024-cü ilin may ayına aid olduğundan qeyd olunan əmrin əhatə dairəsində olduğunu, FDU-92 sənədindəki möhürün və bəzi imzaların onlara məxsus olmadığını bildirsə də, cavabdeh tərəfindən möhürün və imzaların onlara məxsus olmadığını sübut edən hər hansı dəlil nə birinci instansiya məhkəməsinə, nə də işə apellyasiya qaydasında baxılarkən təqdim edilməmiş, eləcə də, möhür və imzaların həqiqiliyinin müəyyən edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekpertizası keçirilməsinə dair vəsatət verilməmiş, bu hal məhkəmə kollegiyasında kifayət qədər şübhə doğurmadığından kollegiya öz təşəbbüsü ilə ekspertiza təyin etmək zərurətinin olmaması qənaətinə gəlmişdir. Belə olduğu təqdirdə cavabdehin nümayəndəsinin “möhür vuran əməkdaşın savadsız olması” və “imzaların bəzilərinin cavabdehin əməkdaşlarına məxsus olmaması”na dair arqumentləri iş materialları və mötəbər sübutlarla öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.

25. Borcun 2023-cü ilin iyun ayında göstərilmiş xidmətlərlə əlaqədar yaranmasına baxmayaraq, elektron qaimə-fakturaların 11 ay gec, 2024-cü ilin may ayında göndərilməsi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.7.3-cü bəndinə əsasən elektron qaimə-fakturalar işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində təqdim edilir. Lakin stansiya xidmətlərinin göstərilməsi qısamüddətli deyil, uzun müddət davam edən xidmətləri əhatə etdiyindən və “Forma FDU- 92” sənədi göstərilmiş xidmətləri özündə əks etdirən ilkin uçot sənədi olduğundan, həmin sənəd elektron qaimə-fakturaların tərtib edilməsi üçün əsasdır və tərəflər arasında gələcəkdə yaranacaq mübahisələrdə sübutedici fakt kimi çıxış etməsi üçün xidmətlərin göstərildiyi şəxs (cavabdeh) tərəfindən tədiqlənməsi (imzalanması, möhürlənməsi) zəruridir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi də öz izahatında bildirmişdir ki, cavabdehə sənədlər 2023-cü ilin sentyabr ayında göndərilsə də, cavabdeh həmin sənədləri 2024-cü ilin may ayında imzalamışdır. Bundan sonra iddiaçı göstərilmiş xidmətlərlə bağlı elektron qaimə-fakturaları cavabdehə sistem vasitəsilə göndərmişdir.

26. Beləliklə, birinci instansiya məhkəməsi qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirilən hissəsində göstərilmiş xidmətlərin 2024-cü ilə aid olub, yuxarıda istinad edilən Əmrin əhatə dairəsinə düşməsi ilə bağlı cavabdeh tərəfindən mötəbər sübut təqdim edilmədiyindən, 2024-cü il 01-31 may dövrünədək Əlavə yığımlar üçün yığım vərəqəsindəki (Forma FDU-92 sənədi) möhürün və bəzi imzaların cavabdehə məxsus olmaması iş materialları ilə öz təsdiqini tapmadığından kollegiya qeyd edir kI, birinci instansiya məhkəməsi iddianı həmin hissədə qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Eləcə də, kollegiya hesab edir ki, cavabdehin şərtsiz qəbul etdiyi yığımları sonradan mübahisələndirməsi öhdəliklərin icrasının əsas prinsipi olan vicdanlılıq prinsipinin pozuntusu kimi qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 5.3 və 425.3-cü maddələrində təsbit edilmiş vicdanlılıq prinsipi nəzərdə tutur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar