Məhkəmə qərarları › İş №e-2-2(3-9)-125/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-125/2026

30.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-125/2026 30.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Hüseynov İsgəndər Rəşid oğluna və cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Hüseynov İsgəndər Rəşid oğluna və cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim R.Nəbiyev) cavabdeh Hüseynov İsgəndər Rəşid oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı ASC cavabdehlər Hüseynov İsgəndər Rəşid oğluna və cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Hüseynov İsgəndər Rəşid oğlundan və cavabdeh2 ##.##.2023-cü il tarixli RB/AF****/* saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 5546,4 manat, faiz borcuna görə 123,31 manat, cərimə borcuna görə 177,29 manat, borcun cəmi məbləği 5847 manat, cavabdehlər Hüseynov İsgəndər Rəşid oğlundan, cavabdeh2 ##.##.2023-cü il tarixli RB/AF0023/2saylı kredit müqaviləsi üzrə əsas borca görə 14503,73 manat, faiz borcuna görə 797,45 manat, cərimə borcuna görə 243,81 manat, borcun cəmi məbləği 15544,99 manat, ümumilikdə hər 2 kredit müqaviləyə əsasən cəmi 21391,99 manat, eləcə də, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin * saylı Beyləqan Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 205,6 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 216 manat məbləğində pulun tutulması, tələbin cavabdeh Hüseynov İsgəndər Rəşid oğluna məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha və 4,4669 ha torpaq sahələrinə, eləcə də cavabdeh Hüseynov İsgəndər Rəşidoğluna məxsus 2010-cu il buraxılışlı, Ağ metallik rəngli, ban JTEBX9FJ1AK017173 olan, ** RN *** qeydiyyat nişanlı, TOYOTA PRADO markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlaklar hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Hüseynov İsgəndər Rəşid oğlunun və cavabdeh2 ##.##.2023-cü il tarixli, RB/AF****/* saylı və ##.##.2023-cü il tarixli, RB/AF****/* saylı kredit müqavilələri üzrə cəmi məbləği 21391,99 manat, eləcə də, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin * saylı Beyləqan Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 205,6 manat rüsum və dövlət rüsumu kimi ödənilmiş 216 manat məbləğində pul iddiaçı İddiaçı ASC-nə ödənillməsi, ipoteka predmeti olan cavabdeh Hüseynov İsgəndər Rəşid oğluna məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha və 4,4669 ha torpaq sahələrinə, eləcə də cavabdeh Hüseynov İsgəndər Rəşid oğluna məxsus 2010-cu il buraxılışlı, Ağ metallik rəngli, ban JTEBX9FJ1AK017173 olan, ** RN *** qeydiyyat nişanlı, TOYOTA PRADO markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan ##.##.2023-cü il tarixli RB/AF****/* saylı, ##.##.2023-cü il tarixli RB/AF****/* saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdeh Hüseynov İsgəndər Rəşid oğlundan və cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC-nin “Ağcabədi” filialı ilə cavabdeh Hüseynov İsgəndər Rəşid oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli, RB/AF****/* saylı kredit müqaviləsinə əsasən illik 5% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 30000 manat və ##.##.2023-cü il tarixli RB/AF****/* saylı kredit müqaviləsinə əsasən illik 18% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 40000 məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1., 2.3. və 2.4. bəndləri). ##.##.2023-cü il tarixli, RB/AF****/* saylı və ##.##.2023-cü il tarixli RB/AF****/* saylı kredit müqavilələrinin şərtlərinə görə cavabdeh Hüseynov İsgəndər Rəşid oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Hüseynov İsgəndər Rəşid oğlu öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdeh Hüseynov İsgəndər Rəşid oğlunun ##.##.2023-cü il tarixli, RB/AF****/* saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 5546,4 manat, faiz borcuna görə 123,31 manat, cərimə borcuna görə 177,29 manat, borcun cəmi məbləği 5847 manat, ##.##.2023-cü il tarixli, RB/AF****/* saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 14503,73 manat, faiz borcuna görə 797,45 manat, cərimə borcuna görə 243,81 manat, borcun cəmi məbləği 15544,99 manat, ümumilikdə hər 2 kredit müqaviləsinə əsasən cəmi 21391.99 manat təşkil edir. Bundan başqa iddiaçı İddiaçı ASC-nin “Ağcabədi” filialı arasında bağlanmış ##.##.2023-cü il tarixli RB/AF****/* saylı və ##.##.2023-cü il tarixli RB/AF****/* saylı kredit müqavilələri üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə digər borclu – cavabdeh2 ilə iddiaçı İddiaçı ASC-nin “Ağcabədi” filialı arasında ##.##.2023-cü və ##.##.2023-cü ildə Zaminlik müqavilələri bağlanmışdır. Həmin Zaminlik müqavilələrinə görə zamin və borclu ##.##.2023-cü il tarixli RB/AF****/* saylı və ##.##.2023cü il tarixli, RB/AF****/* saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. ##.##.2023-cü il tarixli RB/AF****/* saylı və ##.##.2023-cü il tarixli RB/AF****/* saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh Hüseynov İsgəndər Rəşid oğluna məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha və 4,4669 ha torpaq sahələri, eləcə də ##.##.2023-cü il tarixli, RB/AF****/* saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən cavabdeh Hüseynov İsgəndər Rəşid oğluna məxsus 2010-cu il buraxılışlı, Ağ metallik rəngli, ban JTEBX9FJ1AK017173 olan, ** RN *** qeydiyyat nişanlı, TOYOTA PRADO markalı nəqliyyat vasitəsinin iddiaçı İddiaçı ASC qarşısında İpoteka müqavilələri ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli RB/AF****/* saylı, ##.##.2023-cü il tarixli RB/AF****/* saylı kredit müqavilələrinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eynizamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə),“müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməletməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Hüseynov İsgəndər Rəşid oğlundan və cavabdeh2 müştərək qaydada ##.##.2023-cü il tarixli, * saylı kredit razılaşması üzrə 5546,4 manat əsas borc, 65,13 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 5661,53 manatın, ##.##.2023-cü il tarixli, RB/AF0023/2saylı kredit razılaşması üzrə 14503,73 manat əsas borc, 366,72 manat faiz borcu və 100 manat cərimə, cəmi 14970,45 manat olmaqla, ümumilikdə cəmi 20631,98 (iyirmi min altı yüz otuz bir manat, doxsan səkkiz qəpik) manat məbləğində borcun, ödənilmiş dövlət rüsumuna görə 151,9 (bir yüz əlli bir manat, doxsan qəpik) manat məbləğində pul vəsaitinin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumunun tutularaq, iddiaçı İddiaçı ASC-yə ödənilməsi, tələbin Hüseynov İsgəndər Rəşid oğlunun mülkiyyətində olan 2010-cu il buraxılışlı, ağ metalik rəngli ban JTEBX9fjlakO17173 olan ** RN *** qeydiyyat nişanlı, “TOYOTA PRADO” markalı nəqliyyat vasitəsinin və Hüseynov İsgəndər Rəşid oğluna məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha torpaq sahəsinə və 4,4699 ha torpaq sahəsinə yönəldilməsi, Hüseynov İsgəndər Rəşid oğlunun mülkiyyətində olan 2010-cu il buraxılışlı, ağ metalik rəngli ban JTEBX9fjlakO17173 olan ** RN *** qeydiyyat nişanlı, “TOYOTA PRADO” markalı nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 31500 (otuz bir min beş yüz) manat, Hüseynov İsgəndər Rəşid oğluna məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha torpaq sahəsinin ilkin satış qiymətinin 21,000 (iyirmi bir min) manat, 4,4699 ha torpaq sahəsinin isə ilkin satış qiymətinin 28000 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilməsi, həmin nəqliyyat vasitəsinin və torpaq sahələrinin açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan ümumilikdə 20631,98 (iyirmi min altı yüz otuz bir manat, doxsan səkkiz qəpik) manat məbləğində borcun, ödənilmiş dövlət rüsumuna görə 151,9 (bir yüz əlli bir manat, doxsan qəpik) manat məbləğində pul vəsaitinin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumunun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdeh Hüseynov İsgəndər Rəşid oğluna qaytarılması, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 150 (bir yüz əlli) manatın 144,67 manatının cavabdehlər Hüseynov İsgəndər Rəşid oğlundan və cavabdeh2 müştərək qaydada, 5,33 manatı iddiaçı İddiaçı ASC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə ipoteka predmeti olan bağ evinin qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyərinin qalıq 900 (doqquz yüz) manatının cavabdehlər Hüseynov İsgəndər Rəşid oğlundan və cavabdeh2 müştərək qaydada tutularaq, “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Hüseynov İsgəndər Rəşid oğlu apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını müəyyən etməmiş, maddi hüquq normalarını pozmuşdur. Məhkəmə işin araşdırılmış halları əsasında onun və digər cavabdehin ##.##.2023-cü il tarixli kredit razılaşması üzrə 5.546,40 manat əsas borc, 65,13 manat faiz borcu və 50 manat cərimə olmaqla cəmi 5.661,53 manat, ##.##.2023-cü il tarixli kredit razılaşması üzrə isə 14.503,73 manat əsas borc, 366,72 manat faiz borcu və 100 manat cərimə olmaqla cəmi 14.970,45 manat, ümumilikdə isə 20.631,98 manat borcun mövcud olduğunu, həmçinin ipoteka bildirişlərinin qeydə alınmasına görə ödənilmiş 204 manat dövlət rüsumunun tutulmalı olduğunu qəbul etmiş, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satılmasına qərar vermişdir. Məhkəmə bu nəticəyə işin faktiki hallarını tam araşdırmadan gəldiyindən ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, ekspertiza rəyi ilə müəyyən edilmiş borc məbləği kifayət qədər şişirdilmiş, məhkəmə isə həmin rəyə tənqidi yanaşmadan istinad etmişdir. Şikayətdə həmçinin qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqi üçün lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq hüquq normalarına uyğun qiymət verməlidir. Eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinad edilərək göstərilmişdir ki, milli məhkəmələrin vəzifəsi tərəflərin təqdim etdiyi arqument və sübutların düzgün şəkildə araşdırılmasını təmin etməkdir. Müqavilə üzrə hesablanmış faiz və digər borclar ədalətsiz şəkildə şişirdilmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza düzgün araşdırma aparmadan rəy vermişdir. İlk növbədə araşdırılmalı məsələ ipoteka predmeti olan əmlakların qiyməti deyil, banka həqiqətən bu məbləğdə borcun mövcud olub-olmamasıdır. Onun fikrincə, məhkəmə çəkişmə prinsipini, sübutların obyektiv və hərtərəfli qiymətləndirilməsi qaydalarını pozmuş, qərarını iş üzrə tam araşdırılmamış hallara əsaslandırmışdır Bu baxımdan şikayətçi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin iddiaçı tərəf məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh Hüseynov İsgəndər Rəşid oğlu apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni yalnız borc tələbi hissədə mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını qismən yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. ## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. ## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1-ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci maddəsinə əsasən Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) v axtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1-ci maddəsinə əsasən borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 742.5.3-cü maddəsinə əsasən borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.4-cü maddəsinə əsasən borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair ## #### 2020-ci il tarixli, ** saylı Qərardadı: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan vergi məlumatlarından görünür ki, cavabdeh Hüseynov İsgəndər Rəşid oğlu vergi ödəyicisi kimi ##.##.2011-ci il tarixdə qeydiyyata alınaraq VÖEN: ********** verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC-nin “Ağcabədi” filialı (“Borcverən”) ilə Hüseynov İsgəndər Rəşid oğlu (“Borcalan”) arasında bağlanmış ##.##.2023-cü il tarixli, RB/AF**** saylı Baş kredit müqaviləsinə əsasən illik 30 faiz dərəcəsi olmaqla, 84 ay müddətinə 100 000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Hüseynov İsgəndər Rəşid oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli, RB/AF**** saylı Baş Kredit Müqaviləsi və həmin müqaviləsi əsasında bağlanacaq razılaşmalar üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdeh2 ilə iddiaçı İddiaçı ASCnin “Ağcabədi” filialı arasında ##.##.2023-cü Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC-nin “Ağcabədi” filialı ilə cavabdeh Hüseynov İsgəndər Rəşid oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli, RB/AF****/* saylı kredit razılaşmasına əsasən illik 5% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 30000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsinin: 1.1. Borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana dövriyyə vəsaitlərinin artırılması (pambığın əkin xərci, heyvan,yem və ot alışı) məqsədi ilə 30000 (otuz min ) AZN məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şənlərlə və onun ayrılmaz tərkib hissəsi olan "Kreditin ödəniş cədvəlimə (* saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, cəriməni, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür. 1.2. X1 verənlə Borc alan arasında bağlanan ##.##.2023 -cü il tarixli. RB/AF**** saylı Baş Kredit müqaviləsinin (bundan soma "Baş Kredit Müqaviləsi” adlandırılacaq) ayrılmaz tərkib hissəsidir və bu Müqavilə üzrə kredit Baş Kredit Müqaviləsi üzrə Borc alana ayrılmış limit əsasında verilir. 1.3. Bu Müqavilə əsasında verilən kreditin maliyyələşmə mənbəyi [Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu.] (bundan sonra "Maliyyələşdirən Təşkilat”) tərəfindən ayırılan vəsaitdir. Maliyyələşdirən Təşkilat tərəfindən kreditin verilməsi müvafiq qaydada təsdiqləndikdən və kredit vəsaiti Banka köçürüldükdən sonra bu Müqavilə əsasında Borc alana kredit verilir. 2.1. Kredit digər valyutaya çevrilib verildikdə Borc verənin öz alqı-satqı məzənnəsi əsas götürülür və bu halda Borc verən özünün müəyyən etdiyi miqdarda əməliyyat haqqı (komisyon haqqı) tuta bilər. Xarici valyutada verilən kredit üzrə istənilən ödəniş Borc alan tərəfindən ya kreditin verildiyi valyutada, yaxud ödəniş gününə uyğun Borc verənin müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməlidir. Azərbaycan manatının xarici valyutaya qarşı dəyəri dəyişərsə, xarici valyutada olan Borc verənə ödənilməmiş kreditin (borcun) və ona hesablanmış faizlərin, dəbbənin və digər xərclərin məbləğləri Borc verənin Ödəniş gününə müəyyən etdiyi məzənnə ilə ödənilməlidir. 2.2. Kredit 24 (iyirmi dörd) ay müddətinə verilir. Kredit üzrə güzəşt müddəti 6 (altı) ay təşkil edir. Güzəşt müddəti ərzində Borc alan kredit üzrə hesablanmış faizləri aylıq olmaqla ödəyir. Kredit borcu üzrə əsas məbləğ isə kredit müddətinin sonunda Borc alan tərəfindən Borc verənə ödənilir. 2.3. Kreditə görə illik 5 (beş; faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 7 (yeddi) % təşkil edir. 2.4. Kreditdən istifadə müddəti dedikdə, kredit vəsaitlərinin Borc alana verildiyi və onun müvafiq bank hesabına köçürüldüyü andan, faktiki olaraq Borc alanın Borc verəndə olan müvafiq bank hesabına qaytarılan anadək olan müddət hesab edilir. Kreditin Borc verənə tam qaytarıldığı (bağlandığı ) gün faiz hesablanmır. İş materiallarında olan ##.##.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Hüseynov İsgəndər Rəşid oğluna 30000 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Hüseynov İsgəndər Rəşid oğlunun qeyd edilən tarixə onun ##.##.2023-cü il tarixli, RB/AF****/* saylı kredit müqaviləsinə əsasən əsas borcu 5546,4 manat əsas, 123,31 manat faiz və 177,29 manat cərimə borcu olmaqla ümumilikdə cəmi borc 5847 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ASC-nin “Ağcabədi” filialı ilə cavabdeh Hüseynov İsgəndər Rəşid oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli, RB/AF****/* saylı kredit razılaşmasına əsasən illik 18% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 40000 məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsinin: 1.1. Borc verən bu Müqavilənin şənlən daxilində Borc alana əsas vəsaitlərin artırılması məqsədilə 40000 AZN (qırx min manat 00 qəptk) məbləğdə kredit verməyi. Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şənlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli’ nə (* saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, cəriməni, habelə digər ödənişləri ödəməyi Öhdəsinə götürür. 1.2. X1 verənlə Borc alan arasında bağlanan ##.##.2023 -cü il tarixli, RB AFOO** saylı Baş Kredit müqaviləsinin (bundan sonra Kredit Müqaviləsi" adlandırılacaq) ayrılmaz tərkib hissəsidir və bu Müqavilə üzrə kredit Baş Kredit Müqaviləsi üzrə Borc alana ayrılmış limit əsasında verilir. 2.1. Kredit digər valyutaya çevrilib verildikdə Borc verənin öz alqı-satqı məzənnəsi əsas götürülür və bu halda Borc verən özünün müəyyən eldiyi miqdarda əməliyyat haqqı (komisyon haqqı) tuta bilər. Xarici valyutada verilən kredit üzrə istənilən ödəniş Borc alan tərəfindən ya kreditin verildiyi valyutada, yaxud ödəniş gününə uyğun Borc verənin müəyyən eldiyi məzənnə üzrə manatla ödənilməlidir. Azərbaycan manatının xarici valyutaya qarşı dəyən dəyişərsə, xarici valyutada olan Borc verənə ödənilməmiş kreditin (borcun) və ona hesablanmış faizlərin. dəbbənın və digər xərclərin məbləğləri Borc verənin ödəniş gününə müəyyən eldiyi məzənnə ilə ödənilməlidir. 2.2. Kredit 24 (iyirmi dörd ) ay müddətinə. 2 ay güzəş müddəti olmaqla verilir 2.3. Kreditə görə illik 18 % (on səkkiz) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 19% (on doqquz) faiz təşkil edir. 2.4. Kreditdən istifadə müddəti dedikdə, kredit vəsaitlərinin Borc alana verildiyi və onun müvafiq bank hesabına köçürüldüyü andan, faktiki olaraq Borc alanın Borc verəndə olan müvafiq bank hesabına qaytarılan anadək olan müddət hesab edilir. Kreditin Borc verənə tam qaytarıldığı (bağlandığı) gün faiz, hesablanmır. 2.5. Kredit faizləri hesablanarkən hər ayda 30 (otuz) günün, hər ildə 360 (üç yüz altmış) günün olduğu qəbul edilir. 2.6. Kredit faizləri kreditin verildiyi gündən (həmin gün daxıl olmaqla) hesablanır. İş materiallarında olan ##.##.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Hüseynov İsgəndər Rəşid oğluna 40000 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Hüseynov İsgəndər Rəşid oğlunun qeyd edilən tarixə onun ## ######## 2023- cü il tarixli, RB/AF****/* saylı kredit razılaşması üzrə əsas borcu 14503,73 manat əsas, 797,45 manat faiz və 243,81 manat cərimə borcu olmaqla ümumilikdə cəmi borc 15544,99 manat təşkil edir. Hər iki müqavilə üzrə cəmi məbləğ: 21391,99 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ASC-nin “Ağcabədi” filialı (“Borcverən”) ilə Hüseynov İsgəndər Rəşid oğlu (“ipotekaqoyan”) arasında bağlanmış ##.##.2023-cü il tarixli və ##.##.2023-cü il tarixli ipoteka müqavilələri əsasında, ##.##.2023-cü il tarixli, RB/AF**** saylı Baş Kredit Müqaviləsi və həmin müqaviləsi əsasında bağlanacaq razılaşmalar üzrə öhdəliklərin icrasının təmini üsulu kimi Hüseynov İsgəndər Rəşid oğluna məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha və 4,4669 ha torpaq sahələri və Hüseynov İsgəndər Rəşid oğluna məxsus 2010-cu il buraxılışlı, Ağ metallik rəngli, ban JTEBX9FJ1AK017173 olan, ** RN *** qeydiyyat nişanlı, TOYOTA PRADO markalı nəqliyyat vasitəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka hüququ qeydiyyata alınmışdır. Əmlaklar ipoteka ilə yüklü edilərkən, Hüseynov İsgəndər Rəşid oğlunun arvadı cavabdeh2 müvafiq razılığı alınmışdır. İş materiallarından görünür ki, ipoteka bildirişlərinin qeydə alınması üçün iddiaçı tərəfindən 15 manat, 36 manat, 15 manat, 36 manat, 15 manat, 36 manat, 15 manat və 36 manat olmaqla ümumilikdə 204 manat rüsum ödənilmişdir. ##.##.2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə cavabdeh Hüseynov İsgəndər Rəşid oğlu arasında bağlanmış 11 May 2023-cü il tarixli, RB/AF****/* saylı və ## ######## 2023-cü il tarixli, RB/AF****/* saylı müqavilələr üzrə borcunun 3 iş günü ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilələr üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan tərəflər arasında bağlanmış ##.##.2022ci il tarixli, RB/AF**** saylı Baş kredit müqaviləsi üzrə ##.##.2023-cü il tarixli, * saylı kredit razılaşması və ##.##.2023-cü il tarixli, * saylı kredit razılaşması üzrə cavabdeh Hüseynov İsgəndər Rəşid oğlunun kreditin təyin edildiyi tarixdən etibarən qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə göstərilən ##.##.2025-ci il tarixədək cavabdehin iddiaçı "xxxx” ASC-yə olan borcu aşağıdakı kimi hesablanır: ##.##.2023-cü il tarixli, * saylı kredit razılaşması üzrə ##.##.2025-ci il tarixə: - əsas borc üzrə 5.582,91 manat, - faiz borcu üzrə 65,13 manat, ##.##.2023-cü il tarixli, * saylı kredit razılaşması üzrə ##.##.2025-ci il tarixə: - əsas borc üzrə 14.968,15 manat, - faiz borcu üzrə 366,72 manat borcu müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, */**** nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli rəyindən görünür ki, Aparılmış hesablamalar nəticəsində Şirvan Kommersiya Məhkəməsinin e-*-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardada əsasən Hüseynov İsgəndər Rəşid oğlunun mülkiyyətində olan 2010-cu il buraxılışlı, ağ metalik rəngli ban JTEBX9ijlak017173 olan ** RN *** qeydiyyat nişanlı, “TOYOTA PRADO” markalı nəqliyyat vasitəsinin, Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha və 4,4699 ha torpaq sahələrinin real bazar və likvid dəyərləri müqayisə yanaşmasından istifadə olunmaqla müəyyən edilmişdir. Bazar araşdırmaları aparılmış, uyğun analoqlar seçilmiş və lazimi hesablamalar həyata keçirilmişdir. Beləliklə, l-ci sual üzrə: Hüseynov İsgəndər Rəşid oğlunun mülkiyyətində olan 2010-cu il buraxılışlı, ağ metalik rəngli ban JTEBX9fjlakO17173 olan ** RN *** qeydiyyat nişanlı, “TOYOTA PRADO” markalı nəqliyyat vasitəsinin ##.##.2025-ci il tarixə bazar dəyəri 35,000.0 (otuz beş min) manat, likvid dəyəri 31,500.0 (otuz bir inin beş yüz) manat təşkil edir. 2-ci sual üzrə Hüseynov İsgəndər Rəşid oğluna məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha torpaq sahəsinin ##.##.2025-ci il tarixə bazar dəyəri 25,000.0 (iyirmi beş min) manat, likvid dəyəri 21,000.0 (iyirmi bir min) manat, 4,4699 ha torpaq sahəsinin isə bazar dəyəri 31,000.0 (otuz bir min) manat, likvid dəyəri 28,000.0 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilmişdir. Qiymətləndirmə xidmətinin haqqının bir hissəsi iddiaçı tərəfindən ödənilmişdir. Ödənilməyən qalan məbləğ 900 manat təşkil edir. İş materiallarından görünür ki, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 216 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh Hüseynov İsgəndər Rəşid oğlu narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını müəyyən etməmiş, maddi hüquq normalarını pozmuşdur. Məhkəmə işin araşdırılmış halları əsasında onun və digər cavabdehin ##.##.2023-cü il tarixli kredit razılaşması üzrə 5.546,40 manat əsas borc, 65,13 manat faiz borcu və 50 manat cərimə olmaqla cəmi 5.661,53 manat, ##.##.2023-cü il tarixli kredit razılaşması üzrə isə 14.503,73 manat əsas borc, 366,72 manat faiz borcu və 100 manat cərimə olmaqla cəmi 14.970,45 manat, ümumilikdə isə 20.631,98 manat borcun mövcud olduğunu, həmçinin ipoteka bildirişlərinin qeydə alınmasına görə ödənilmiş 204 manat dövlət rüsumunun tutulmalı olduğunu qəbul etmiş, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satılmasına qərar vermişdir. Məhkəmə bu nəticəyə işin faktiki hallarını tam araşdırmadan gəldiyindən ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, ekspertiza rəyi ilə müəyyən edilmiş borc məbləği kifayət qədər şişirdilmiş, məhkəmə isə həmin rəyə tənqidi yanaşmadan istinad etmişdir. Şikayətdə həmçinin qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqi üçün lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq hüquq normalarına uyğun qiymət verməlidir. Eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinad edilərək göstərilmişdir ki, milli məhkəmələrin vəzifəsi tərəflərin təqdim etdiyi arqument və sübutların düzgün şəkildə araşdırılmasını təmin etməkdir. Müqavilə üzrə hesablanmış faiz və digər borclar ədalətsiz şəkildə şişirdilmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza düzgün araşdırma aparmadan rəy vermişdir. İlk növbədə araşdırılmalı məsələ ipoteka predmeti olan əmlakların qiyməti deyil, banka həqiqətən bu məbləğdə borcun mövcud olub-olmamasıdır. Onun fikrincə, məhkəmə çəkişmə prinsipini, sübutların obyektiv və hərtərəfli qiymətləndirilməsi qaydalarını pozmuş, qərarını iş üzrə tam araşdırılmamış hallara əsaslandırmışdır Bu baxımdan şikayətçi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. İş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh Hüseynov İsgəndər Rəşid oğlu arasında əvvəlcə ##.##.2023-cü il tarixli Baş Kredit Müqaviləsi bağlanmış, həmin müqavilə əsasında ##.##.2023-cü il tarixli RB/AF****/* saylı kredit razılaşmasına əsasən 30.000 manat, ##.##.2023-cü il tarixli RB/AF****/* saylı kredit razılaşmasına əsasən isə 40.000 manat kredit vəsaiti ayrılmış, kreditlərin faktiki verilməsi kassa məxaric orderləri ilə təsdiq edilmişdir. Eyni zamanda həmin öhdəliklərin təminatı məqsədilə cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmış, Hüseynov İsgəndər Rəşid oğluna məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha və 4,4699 ha torpaq sahələri, eləcə də 2010-cu il buraxılışlı “Toyota Prado” markalı nəqliyyat vasitəsi notariat qaydasında təsdiq edilmiş və dövlət qeydiyyatına alınmış ipoteka müqavilələri ilə yüklü edilmişdir. Kredit müqavilələrinin 4.6 və 5.4-cü bəndlərində borcalanın öhdəlikləri vaxtında icra etmədiyi halda bankın girova tutma yönəltmək və bütün borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ birbaşa nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi də məhz bu müqavilə şərtlərini və Mülki Məcəllənin kredit öhdəliklərini tənzimləyən 739 və 743-cü maddələrinin tələblərini düzgün tətbiq etməklə nəticəyə gəlmişdir.

2. Xüsusilə vurğulanmalıdır ki, apellyasiya şikayətinin əsas dəlili müqavilə üzrə hesablanmış faiz və digər borcların ədalətsiz şəkildə şişirdilməsi, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın düzgün araşdırma aparmadan rəy verməsi ilə bağlıdır. Belə ki, apellyator apellyasiya şikayətində qeyd etmişdir ki, ilk növbədə araşdırılmalı məsələ ipoteka predmeti olan əmlakların qiyməti deyil, banka həqiqətən tələb edilən məbləğdə borcun mövcud olub-olmamasıdır. Göründüyü kimi apellyator ona məxsus Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 3,43 ha və 4,4669 ha torpaq sahəsinin, eləcə də ona məxsus 2010-cu il buraxılışlı, ** RN *** qeydiyyat nişanlı, TOYOTA PRADO markalı nəqliyyat vasitəsinin ilkin satış qiymətini mübahisələndirmir. Şikayətdə mübahisələndirilən hissə yalnız kredit borcunun düzgün hesablanmaması təşkil edir.

3. Apellyasiya şikayətində əsas dəlil kimi məhkəmənin işin faktiki hallarını tam müəyyən etmədiyi, ekspert rəyində borcun şişirdildiyi və ilk növbədə borcun düzgün hesablanmasının araşdırılmalı olduğu göstərilsə də, həmin dəlillər iş materialları ilə təsdiq olunmur. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyi alınmış və ekspert ilkin maliyyə arayışındakı hesablamaları yoxlayaraq borcun məbləğini yenidən müəyyən etmişdir. Ekspertiza nəticəsində ##.##.2023-cü il tarixli kredit razılaşması üzrə 5.582,91 manat əsas borc və 65,13 manat faiz borcu, ##.##.2023-cü il tarixli kredit razılaşması üzrə isə 14.968,15 manat əsas borc və 366,72 manat faiz borcu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə ekspert rəyini kor-koranə qəbul etməmiş, əksinə iddiaçının tələb etdiyi 123,31 manat və 797,45 manat faiz məbləğlərini deyil, məhz ekspertiza ilə müəyyən edilmiş daha az məbləğləri əsas götürmüş, eyni qaydada müqavilədə nəzərdə tutulan cərimələri də tam həcmdə deyil, Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipini nəzərə alaraq hər iki kredit üzrə müvafiq olaraq 50 manat və 100 manat həcmində müəyyən etmişdir. Deməli, apellyasiya şikayətində iddia olunduğunun əksinə olaraq, məhkəmə borcu şişirdilmiş məbləğdə deyil, əksinə ekspertiza rəyi və iş materialları əsasında azaldılmış məbləğdə tutmuşdur. Bu hal apellyasiya şikayətində ekspert rəyinin düzgün araşdırılmadığı və borcun əsassız şişirdildiyi barədə dəlilləri təkzib edir.

4. Həmçinin apellyasiya şikayətində məhkəmənin sübutları tam qiymətləndirmədiyi göstərilsə də, iş materiallarından görünür ki, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinə qarşı MPM-in 154-cü maddəsinə uyğun yazılı etiraz da təqdim etməmiş, kreditin verilməsini, zaminlik və ipoteka müqavilələrinin bağlanmasını, yaxud borcun ödənilməsini təsdiq edən hər hansı sübut irəli sürməmişlər. MPM-in 14, 77 və 88-ci maddələrinin mənasına görə hər bir tərəf istinad etdiyi halları sübut etməli, məhkəmə isə sübutları onların qarşılıqlı əlaqəsi əsasında qiymətləndirməlidir. Bu işdə bank tərəfindən kredit müqavilələri, ödəniş sənədləri, maliyyə arayışları, xəbərdarlıq məktubu, zaminlik və ipoteka müqavilələri, dövlət qeydiyyatı sənədləri, ekspert rəyi və qiymətləndirmə rəyi təqdim edilmiş, cavabdehlər isə həmin sübutların etibarsızlığını təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişlər. Bu səbəbdən apellyasiya şikayətində yalnız ümumi formada irəli sürülən borcun şişirdilməsi, ekspertizanın düzgün aparılmaması kimi mülahizələr özlüyündə qətnamənin ləğvi üçün kifayət edən hüquqi əsas hesab edilə bilməz.

5. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh Hüseynov İsgəndər Rəşid oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar