Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(4-11)-235/2026 16.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğli, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipotekaya tutmanın yönəldilməsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, RBYF-6924 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan “Toyota FJ Cruiser” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi barədə bildirişin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən aşağıda göstərilənlərə əsasən imtina edilməlidir. Belə ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)- 1510/2025 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh ASC cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixli, RBYF-6924 saylı Baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli Razılaşmaya əsasən əsas borca görə 21767,02 manat, faiz borcuna görə 1218,89 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 22985,91 manat məbləğində pulun və ödənilmiş 159 manat məbləğində dövlət rüsumu pulun iddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, tələbin cavabdeh İddiaçı məxsus 2009-cu il buraxılışlı, Ban nömrəsi JTEBU11F89K066377 olan, ağ boz metallik rəngli, **-CH-*** qeydiyyat nişanlı, Toyota FJ-CRETİSER minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olumnuş pul vəsaiti hesabına xx.xx.2023-cü il tarixli, RBYF-6924 saylı Baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli Razılaşma üzrə cəmi 22985,91 manat və ödənilmiş dövlət rüsumu 159 manat məbləğində pulun iddiaçı Cavabdeh ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli, RBYF-6924 saylı Baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli Razılaşmaya əsasən borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdeh İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qeyd edilən iddia ərizəsi icraata qəbul edilmiş və hazırki qərardadla ipoteka predmeti olan Toyota FJ-CRETİSER minik markalı, **-CH-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə təyin edilərək, işin icraatı dayandırılmışdır. Göründüyü kimi hazırki iddia tələbinin əsasını təşkil edən məsələ ilə bağlı artıq Şirvan Kommersiya Məhkəməsi tərəfindən icraata qəbul edilmiş kommersiya mübahisəsi mövcuddur ki, həmin işə mahiyyəti üzrə baxılan zaman, ipoteka predmeti ilə bağlı bütün məsələlərə, o cümlədən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin İddiaçı vaxtında verilib-verilməməsi məsələsinə də baxılaraq hüquqi qiymət veriləcəkdir. Bu səbəbdən hesab edirəm ki, eyni tərəf, eyni predmet və eyni əsaslarla başqa məhkəmənin icraatında iş mövcud olduğundan, hazırki iddia ərizəsinin icraata qəbul edilərək baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya izah olunmalıdır ki, onun hal-hazırkı iddia tələbində qeyd etdiyi tələblə eyni məzmunlu kommersiya mübahisəsi Şirvan Kommersiya Məhkəməsinin icraatındadır və həmin məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edilən zaman hazırki tələbdə göstərilən məsələyədə hüquqi qiymət veriləcəkdir. Habelə, İddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin hesabına xx.xx.2026-cı il tarixli, **********88 №-li qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı “ipotekaya tutmanın yönəldilməsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunur ki, onun hal-hazırkı iddia tələbində qeyd etdiyi tələblə eyni məzmunlu kommersiya mübahisəsi Şirvan Kommersiya Məhkəməsinin icraatındadır və həmin məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edilən zaman hazırki tələbdə göstərilən məsələyə də hüquqi qiymət veriləcəkdir. Habelə, İddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin hesabına xx.xx.2026-cı il tarixli, **********88 №-li qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2-2(4-11)-235/2026
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-11)-235/2026
16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver